Məmmədov Məmməd Sərdar oğlu. 1965 ci ildə Gürcüstanda Borçalı mahalının ağır eli olan Faxralı kəndində dünyaya gəlmişəm.
2. Bəs nədən Lahıcoğlu maraqlıdır bir özəl səbəbi var?
Atam Sərdar Məmməd oğlu Azərbaycan respublikasının İsmayıllı rayonunun Lahıc qəsəbəsində dünyaya gəlib əslən Lahıclıdır. Gözəl deyim var. Ot kökü üstə bitər.
3. Lahıcda olub sonradan gürcüstana köçmüsünüz? Yoxsa atanız lahıclı olub siz orada dünyaya göz açıb böyümüsünüz?
Atam Lahıcda dünyaya gəlib anam əslən Faxralıdandır onlar ailə qurduqdan sonra Gürcüstana gəliblər . Mən Faxralı kəndində dünyaya gəlmişəm.
4. Necə oldu ədəbiyyata gəldiniz?
Bizim eldə saza sözə demək olar ki, hər bir kəsdə var. El şənlikləri saz sözlə başlayır, saz sözlə qurtarır. Belə eldə şair olmamaq günahdır.
5. Siz necə saza marağınız var ifa etmisiniz?
Bəli sazımda var ,hətta övladlarımda ifa edir Düzdür peşəkar olmasamda özüm üçün züm-zümə edirəm.
6. Atanız nə peşə sahibi idi?
Sadə bir kəndçi baba. Amma incəsənətə meyilli insan olub.
7. Övladlarınız necə ədəbiyyata marağı var?
Bəli hər ikisi ali savadlıdır. Bildiyimə görə ara sıra şeirdə yazırlar, amma, hələ mən meydandayam deyə meydana çıxmırlar.
8. Ananız da sadə kəndçi qızı idi yoxsa hər hansısa bir peşəsi vardı?
Anam evdar qadın olub amma çox savadlı bir qadın idi. Sadəcə ali təhsili olmayıb…
9. Yaradıcılığınızın ilk nümunələri nələrdir təbii ki mövzular da nəzərdə tutulur?
İlk şeirim orta məktəb illərində yazdığım ana şeiri olub. Amma şeirlərinin əsası el oba, Vətən, sevgi mövzulardır.
10. Məktəb də necə şagird olmusunuz?
Çox nümunəvi şagird olmuşam həmişə təlim tərbiyə və oxumağımağımla seçilmişəm. Bir sinifdə 29 uşaq oxumuşuq.
11. Övladlarınız ali savadlıdır dediniz, hansı peşə üzrə oxuyublar? Razısınız övladlarınızdan?
Bəli hər ikisindən çox razıyam. Allah saxlasın bütün övladları hər ikisi vəzifə sahibidir…
12. Bir sinifdə 29 uşaq görüşürsünüz yoxsa?
Bəli hərdən görüşürük…
13. Kitabınız var?
Yox hələ kitabım yoxdur o, da maddi vəziyyətindən asılı olan bir işdir. Yəqinki, məni başa düşərsiz. Həyatda qayğılar çoxdur.
14. Gənc yazarlarla aranız necədir?
Çox gözəl və mehriban tez tez görüşürük, şeir dünyasına baş çəkirik. Saz söz məclisi qururuq. Bu bizim elin adətidir.
15. Son olaraq nə demək istərdiniz? Oxuculara dostlara?
Əvvəla hamısına can sağlığı arzulayıram və demək istəyirəm ki, özümdə başda olmaq şərtiylə şeirə düz qiymət versinlər. Nəyinsə xatirinə tərif etməsinlər. Birdə onu deyim ki, Faxralı kəndi söz dünyasını azman , Türk dünyasının gözəl şairi şair Nəbi Misginə borcludur ruhu şad olsun ustad şairin. Təşəkkür edirəm. Sizə uğurlar arzu edirəm. Çox sağ olun minnətdaram…
Elə deyirlər
Cənnətdir həmişə, bil ana yurdum Bülbül cəh-cəh vurur , güldə deyirlər. Sönməyib işığı , sönməz alovu, Odu gizlənibdir, küldə, deyirlər.
Gilanda harayı, oynadır dağı , Heç zaman solmayıb, al-əlvan bağı. Güclüdür əzəldən həm solu-sağı Yenilməz o coşan, seldə deyirlər.
Turacı, kəkliyi uçar qayada Qartalı qürurla o, uca dağda. Yaşılbaş ördəyi, nazlı sona da Hey üzüb üzəcək, göldə, deyirlər.
Bil haqqın yoludur, bu elin yolu Sinəsi sazlıdır, ürəyi dolu. Vətəni sevənlər, ay Lahıc oğlu Ən xoşbəxt şairdi, eldə, deyirlər.
16.04.2020
Qalandı dünya
Ya qızıl taxt versin, yada quru baxt, Onsuzda borcunu, alandı dünya. Heç vaxtı söykənib sən arxalanma Yaranan günündən, yalandı dünya.
Nələr pəhlavanlar, çökdürdü dizə, Süleyman, fironlar çatmadı yüzə. – Əzab əziyyəti, Hey verib bizə , Hər insan ömrünə, talandı dünya.
İstəmir yaxşını, seçə yamandan, Görürsən şah olur, bir axmaq nadan. Özü uzaq düşübdü , dini imandan Mərdləri, namərdə qıyandı dünya.
Şair Lahıc oğlu, qəm sarvanıdı, Yüklənib karvanı, dərd karvanıdı. Ədalət, səxavət haqqın canıdı- Mənlidə, mənsizdə qalandı dünya.
18.12.2021
Qocalmışam
Dünya məndən istəyin nə? Yoxsa sənlə ucalmışam. Gəl incitmə,daha məni, Vallah, daha qocalmışam.
Bir çörəyə, sac vermədin Bac almadın, bac vermədin. Ucalmağa, tac vermədin Vallah, daha qocalmışam.
Sən apardın, mənlə rəğbət Bağlamadın, mənlə ülfət. Elimdə var, az-çox hörmət Vallah, daha qocalmışam.
İstəyimi, qoydun gözdə Gül-çiçəyim, qaldı düzdə. Əməllərin, quru sözdə, Vallah, daha qocalmışam.
Lahıc oğlu, qəm eyləmir Dərdinidə, sənə demir. Səndən daha, rəhm istəmir, Vallah, daha qocalmışam.
30.09.2021
Sevmişəm
İncə bədən, nazlı yeriş, şirin söz Pambıq əllər, şux qamətli qara göz. Oğulsansa gəl bu eşqə sən də döz Özü bilir toruna mən düşmüşəm. Bax, bu qızı dəli kimi sevmişəm
Şəlalədir, şıçrayıb o qayadan Bülbül təki enməyir ki, budaqdan. Hansı gündə, yaradıbdır yaradan Ona deyin ayağına gəlmişəm – Bax, bu qızı dəli kimi sevmişəm.
Gül-çiçəkdi, bənövşədi , düzündə Qara xalı , canım alır , üzündə. Açan yazdı, bir nəğmə var sözündə Fərhadammı, Məcnunammı, kimmişəm. Bax, qızı dəli kimi sevmişəm.
Lahıc oğlu, sevgiyə yox qadağa Qorxuram ki, düşər səsə sorağa. Ömrüm olsun, qoy o qıza, sadağa Bir gün bilər, mən yolunda ölmüşəm. Bax, o qızı dəli kimi sevmişəm.
Ps ; Borçalı mahalında yaşayıb Yaradan şair hansı mövzuda yazır yazsın İşlədiyi mövzuların öhdəsindən professionalıqla gəlir Oxucu bu şeirləri oxuduqca o hissləri yaşayır Bu da şairin dünya görüşündən irəli gəlir. Oxuyacağınız bu şeirlərdə şairin dünyasıyla az da olsa tanış olacaqsınız…uğurlar.
Kulis.az “İlin hekayəsi”müsabiqəsində 10-luğa (archive.vn) düşmüş hekayələri təqdim edir. Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 209 hekayə arasından seçilib.
Qeyd edək ki, münsiflərin adları müsabiqənin mükafatlandırılma mərasimində (dekabrın 29-u) açıqlanacaq.
Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz HeydərƏliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyəböyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyənvə millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəmprezidentimiz İlham Əliyevi görürük!
Hakimiyyətdə olduğu illərdəo, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb,iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb,ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.
İlhamƏliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsidəfələrlə artmışdır və artmaqda davam edir. DövlətlərinAzərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkərəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələrimzalayır, diplomatik əlaqələr yaradırlar. Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçılarıilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır, Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.
Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda cənab İlham Əliyev deyir: “Azərbayjan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”.
Həmin sözlərdə dərin həqiqət vardır.
Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.
İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyaının qabaqjıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbayjan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işlərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifdə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.
Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət bücdəsindən təhsilə ayrılan xərcclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşaası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.
Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.
İlham Əliyev təhsilimizin inkişafında dünya tərcübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbayjan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.
Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.
Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.
İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).
Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.
Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin komputerləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənlər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.
Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.
Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olnması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.
Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.
Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.
Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.
Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsnətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.
Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!
30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsi Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.
Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azırbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.
Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.
Cənab İlham Heydər oğlu Əliyevin 60 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 60 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!
Cənab Prezidentimiz həmişə var olsun!!!
Müəllif:Akif ABBASOV Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Təhsil İnstitutununelmi katibi, respublikanın Əməkdar müəllimi.
Səma ilə ilk tanışlığı iki il əvvəl, sosial şəbəkədə olmuşdu. Əslində dostluq təklifini də qızın özü etmiş, “messenger”lə göndərdiyi bir neçə şəkil aralarında ilıq münasibətlər yaratmışdı. Hələ üzünü görməsə də ürəkdən vurulmuşdu qıza. Telefonla tez-tez danışırdılar. “Vatçap”da görüntülü danışıqlar davam etdikcə, ən gizli sirlərindən də halı olmuşdular… Səma Bakıya yaxın qəsəbələrdən birində yaşayırdı. İlk virtual tanışlıq zamanı dediyinə görə özəl ali məktəblərdən birində oxumuş, valideyinlərinin təhriki ilə yaxın qohumlarından birinin oğlu ilə nişanlanmış, toylarının üstündən heç bir il keçməmiş ayrılmışdılar. Səma özü imtina etmişdi bu evlilikdən. Günahı ərə getdiyi oğlanın özündən çox, onun valideyinlərinin ayağına “yazmışdı”. Qızın dediklərindən bilmişdi ki, gəlin köçdüyü ailənin imkanları geniş olsa da, buradan dava-dalaş əskik olmurdu. İki baldızından biri-böyüyü-iki il qabaq qonşu ölkələrdən birinə qaçıb getmiş, elə o vaxtdan da, ondan heç bir soraq gəlməmişdi. Qızların balacası isə orta məktəbi bitirən kimi ata-anasından xəlvət varlı bir kişi ilə bir müddət gizli yaşamış, ondan ayrılandan sonra isə, şəhərdəki gecə barlarının birində işə düzəlmişdi. Həmin qız da ata-ana tənbehindən bezərək, günlərin birində evi tərk edib harasa çıxıb getmişdi. Arabir anası ilə danışanda gürcüstan əsilli birisiylə ailə qurub, Rusiyada yaşadığını deyirdi. Səmanın əri də bu ailənin “zay” törəməsi idi. Narkaman dostları ilə gəzib dolaşır, evə qayıdanda da, hamının canını boğazına yığırdı… Səma bu müsibətə cəmisi on bir ay tab gətirə bilmişdi. Valideynlərinin etirazına baxmayaraq, ər evini tərk edərək geri qayıtmışdı. Atası bir müddət onunla küsülü qalsa da, axırda övladının taleyi ilə barışmalı olmuşdu. Əslində, anasına dediyi kəlmələr atasının qulağına çatandan sonra kişi vəziyyətin ciddi olduğunu, qızın evdən baş götürüb gedəcəyini anlayaraq güzəştə getmişdi. Ürəyində düşünmüşdü ki, onsuz da Səmanın dönük taleyinin səbəbkarı özüdür, sonrakı biyabırçılıqdansa, elə bəri başdan övladına arxa-dayaq olub, onun incik könlünü şad etməyə çalışmalıdır… Ailənin günü-güzəranı pis keçmirdi. Atası uzun müddət yaxın xaricdə hərbçi olduğundan yüksək pensiya alır, şəhərin ucqar yerlərindən birində sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. On nəfərə yaxın işçisi var idi, həm ailəsini, həm də öz işçilərini dolandırmaq imkanında idi… Səma bir müddət evdə oturub, gücü çatdığı qədər anasına kömək edirdi. Günlərin birində işləmək arzusunda olduğunu evdəkilərə bildirəndə əvvəlcə atası bir az yumşaq şəkildə dedi: – A qızım, Allaha şükür, kasıb deyilik, ən yaxşı evlərdən birində yaşayırıq, Bağ evimiz, minik maşınımız da var. Sənin işləməyinə ehtiyac yoxdur axı! Səma həmin vaxt kipriklərindən süzülən göz yaşlarında boğula-boğula söyləmişdi: -Ata, onsuz da mənimki heç əzəldən gətirməyib. Evdə qalıb neyləməliyəm ki, Allaha şükür özün demişkən pula ehtiyacımız yoxdur, qardaşım və məndən böyük bacım ailə qurandan sonra köçüb Rusiyada yaşayırlar. Sənin oradakı keçmiş dostlarının köməyi ilə əlləri bir parça çörəyə çatıb. Burada qalıb işləməyimi istəmirsənsə, qoy gedib onlardan birinin yanında qalım. İnsafən bu dəfə anasıının özü də Səmanın tərəfini tutdu: -Qızım, atanın elə deməyinə baxma, sənsiz yaşaya bilməz, axı evdə səndən başqa kimimiz var ki? Allah qardaşının-bacının canlarını sağ eləsin, ayamda-sayamda bir dəfə üzlərini görürük. Sən də çıxıb gedəndən sonra bəs, biz kimin umuduna qalacağıq? -Yaxşı, qızım, bu dəfə çalışacağam ki, sən deyən olsun, ancaq mənə bir az möhlət ver. İndi hər adama etibar etmək olmur. Çalışacağam ki, sənə adımıza layiq bir iş tapım. Atası idi bu sözləri deyən… Aradan üç ay keçsə də iş barədə söhbət bir daha təzələnmədi. Səma bunu üzə vurmasa da, atasından hələ də cavab gözləyirdi. Evdə bekar oturmaqdan yorulmuşdu, Sosial şəbəkədə elə də çox dostu-tanışı yox idi. Əslində başı daşdan-daşa dəyəndən sonra hər adama inanmırdı. İlk evlilikdən sonra qəlbinin dərinliklərinə qədər gedib çıxan psixoloji zədə sağalmaq bilmir, onu haldan-hala salırdı. Yasinlə xəyali tanışlıqdan sonra əhvalında bir az müsbət əlamətlər hiss olunmaqda idi. Ər evində eşitmədiyi şirin kəlmələri onun dilindən eşitdikcə hiss edirdi ki, sevgi adlı bir dəfedilməz qüvvə onun cismində peyda olmaqdadır… Yasin ailənin ikinci övladı idi. Uşaq vaxtlarından atasız böyümüşdü. Ağır yol qəzası zamanı həlak olan atasının üzünü doyunca görə bilməsə də, həyatın sərt üzündən yetərincə halı idi. Böyük qardaşı dolanışıq dalınca xarici ölkələrdən birinə üz tutmuş, elə həmin yerdə də türk əsilli bir qızla ailə həyatı qurub yaşayırdı. Özünün deməsinə görə vəziyyəti yaxşı idi. Arabir anası ilə, bəzən də onun özü ilə danışırdı. Hələ geriyə qayıtmaq fikri yox idi. On üç yaşlı sonbeşik bacısı məktəbli idi. Şamaxının qədim məhəllələrinin birində babasından qalma bir evdə yaşayırdılar. Anası məktəblərdən birində xadimə, özü isə çörəkbişirmə sexində işləyirdi. Başqaları ilə müqaisədə dolanışıqları babat idi. Anasının son vaxtlar giley-güzarı dilindən əskik olmurdu: -Bilmirəm heç nəyi gözləyirsən, sənin tayların çoxdan oğul-uşaq sahibi olublar. Bəlkə, qız kimi evdə qarıyıb un çuvalına tay olmaq istəyirsən? Yaşın bu gün-sabah otuzu haqlayacaq. Sən doğrudanmı özümüzə bab bir qız tapa bilmirsən? Əgər belədirsə, mən “arşın malçının” sözü olmasın, çadramı başıma örtüb sənə qız axtarım? Yaxşı yadındadır, həmin vaxt Yasin anasını bağrına basandan sonra, onun vaxtsız ağarmış saçlarından öpərək demişdi: -Darıxma, ana, tezliklə səni sevindirəcəyəm. Ana isə köksünü dərindən ötürərək ona xeyir-dua verib pıçıldamışdı: -Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,-mənim gəlinim-halal süd əmənlərdən biri olsun… Səma ilə ilk dəfə “kukla teatrının” qarşısında görüşmüşdü. Köhnə dostlar kimi bulvarda əl-ələ tutub xeyli gəzişəndən sonra, “Mirvari” kafesində çay içmişdilər. Həmin gün ilk dəfə görüşərkən qızın dediyi sözləri sonralar dönə-dönə xatırlamışdı: “Yasin, könlümü sənə verirəm, başıma gələnlərdən halısan, etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” Eşitdiyi kəlmələr onu ruhən silkələsə də, cavabı gecikməmişdir: “Sən nə danışırsan, Səma, mən sənin taleyindən yaxşı halıyam, bununla belə əhdimdən-ilqarımdan geri dönən deyiləm, İnşallah, özün də buna şahid olacaqsan!”… Növbəti görüşlər onların arasındakı sədləri büsbütün yox eləmişdi. Fürsət tapan kimi, xəlvəti bir yerə çəkilib bir-birlərinin boynuna sarılır, illər ayrısı kimi qucaqlaşırdılar. Bir-iki dəfə gözdən uzaq bir yerdə nahar da etmişdilər. Ad günü ərəfəsində görüşəndə Yasin qıza kiçik bir hədiyyə də almışdı. Bundan artığına onsuz da gücü çatmazdı… Günlər ötüb keçdikcə Yasin qıza elə bağlanmışdı ki, onsuz yaşayacağını heç təsəvvürünə də gətirmək istəmirdi. Ancaq qız nədənsə çox vaxt fikirli olur, Yasinin arzuladıqlarına rəğmən bəzən özünü qeyri-adi aparırdı. Səmanın laqeydliyini əvvəllər üzləşdiyi arzuolunmaz ailə həyatı ilə ilgili olduğunu düşünəndə ürəyində deyirdi: “Yəqin ki, keçirdiyi sarsıntının izləri hələ də qəlbindən silinməyib. Baxanda, yaxşı qıza oxşayır, çox yaraşıqlıdır, düşünürəm ki, hər şey axırda istədiyim kimi olacaqdır!” Yasin Şamaxı ilə Bakının arasını su yoluna döndərmişdi. Səmadan ötrü dəli-divanə idi. Xəyallarında yer alan arzuladığı xoş günlərini Səmasız təsəvvürünə gətirmirdi. Təkcə nigarançılığı anasının verəcəyi rəydən, sevdiyi qızın boşanmış birisi olduğunu biləndə deyəcəyi sözlərdən idi. Ancaq bununla belə, Səmaya bəslədiyi sevgisinin yolunu heç xətrini dünyalar qədər istədiyi anası da kəsməyə qadir deyildi. Bilirdi ki, ürəyində anası onunla razılaşmasa da, gec-tez onun xətrinə güzəştə gedəcəkdi. Səma ilə evlənəcəyini qət edəndən sonra, aldığı əməkhaqqınından toy xərci üçün vəsait də toplamışdı. Bu vəsait yetərincə olmasa da, böyük qardaşının toya gəlməsə də, pul göndərəcəyinə əmin idi. Elə də daşürəkli deyildi qardaşı… Səma ilə növbəti dəfə görüşəndə toylarından da söhbət açmışdı. Qızın razılığını alandan sonra elçi göndərmək fikrində idi. Nədənsə Səma bu dəfə onunla bir az soyuq görüşdü. Səbəbini soruşanda dedi ki, şəhərdəki uşaq baxçalarından birinə işə düzəlib. Bir az vaxt istədi ki, özünə gəlib görsün ki, əli işə yatırmı? Ayrılanda da onu bir az soyuq tərzdə yola saldı. Dənizlə Nargin adasına gedib geri qayıdan gəmi ilə yarımsaatlıq gəzintidən də boyun qaçırıb: “İncimə, Yasin,-dedi-işdən icazəsiz çıxmışam, tez qayıtmalıyam!..” Sonuncu dəfə görüş üçün paytaxta gələndə, dəfələrlə etdiyi telefon zənginə cavab almadı. Qızın iş yerinin harada olduğunu bilsəydi oraya gedərdi. Ancaq Səma işlədiyi baxçanın ünvanını ona bildirməkdən imtina eləmişdi… Ürəyini tuta-tuta çox məyus halda geri qayıtdı. Günün müxtəlif vaxtlarında etdiyi zənglərdən sonra ancaq mobil telefonundan eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon nömrəsi ya söndürülmüş, ya da əhatə dairəsindən kənardadır!.” Az qala ürəyi partlamaq dərəcəsində idi. Yazdığı mesajlar da cavabsız qalmışdı. Nə edəcəyini bilmirdi. Ertəsi gün, Səmadan üzücü bir cavab gəldi: “Yasin, məndən incimə, artıq yolun sonuna gəlib çıxmışıq. Buradan o tərəfə səninlə birgə getmək fikrim yoxdur, səbəbini soruşsan da deməyəcəyəm!.. Yasini elə bil, qəfildən ildırım vurmuşdu. Əlləri əsir, dili söz tutmurdu. Səmaya sonuncu dəfə nəsə yazmaq istəyəndə, anladı ki, qız onu dostluqdan silmiş və telefon nömrəsini bloka atmışdı… Nə qədər fikirləşsə də, Səmanın gözlənilməz hərəkətinin yozumunu tapa bilmədi. Anasının sözləri yadına düşdü: “Ancaq ehtiyatlı ol, ha… İndiki qızların bəzilərinin dilləri ilə ürəkləri arasında böyük məsafə olur. Çalış ki, bəyəndiyin qız,- mənim gəlinim-halal süd əmənlərdən biri olsun!..” Qəlbinin bulud harayını pışıltıyla dilinə gətirdi: “Düz deyirmişsən, ana, mən Səmanın kimliyini öyrənmədən, ona könlümü verdim. Gərək onun ilk dəfə mənə dediyi: “Etibarsızlığı özümdən yox, səndən gözləyəcəyəm!” kəlmələrindən nəticə çıxaraydım. Heç demə bu kəlmələr müəmmalı məhəbbətin gizli kodları imiş! Sən etibarlı idinsə niyə belə etdin, Səma?..
Kulis.az “İlin hekayəsi”müsabiqəsində 20-liyə (archive.vn) düşmüş hekayələri təqdim edir. Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 209 hekayə arasından seçilib.
Qeyd edək ki, münsiflərin adları müsabiqənin mükafatlandırılma mərasimində açıqlanacaq.
İLHAM HEYDƏR OĞLU Sən dahisən, sən ərsən, Sən hünərsən, zəfərsən. Zülmət dalınca doğan, İşıqlı bir səhərsən. Azərbaycan xalqının İgid oğlu, ər oğlu, Ey İlham Heydər oğlu! * * * Düşmən burda qudurdu, Qurdun güclü bir ordu. Qətiyyətin, əzminlə, Azad etdin bu yurdu. Oldun ulu millətin Yenilməyən nər oğlu, Ey İlham Heydər oğlu! * * * Heyran olmuşuq sənə, Diz çökdürdün düşmənə. Qarabağdan çıxmağa, Qol çəkdirdin düşmənə. Qalib etdin yurdunu, Yurdunun Öndər oğlu, Ey İlham Heydər oğlu! * * * Məhv eylədin artsaxı, * O Paşinyan sarsağı. Azad etdin işğaldan. Sən müqəddəs torpağı. Əhsən söyləyir sənə, Bu vətənin hər oğlu, Ey İlham Heydər oğlu! * * * Sevinc ilə, gülüşlə, Doğma yurdla görüşlə, Tam otuz il sonradan, Qarabağa dönüşlə, Oldun xalqın gözündə, Xalqın müzəffər oğlu, Ey İlham Heydər oğlu! * artsax- Qarabağda yaradılmış qondarma “respublika” 12.11.2020.
Ad gününüz mübarək olsun, cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz!
ŞANLI ZƏFƏRİMİZİN MEMARINA İTHAF
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustdan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq? Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam. orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.
2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi? O, da demək olar orta 5,4,3,
3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi? Bəli atam, qardaşım bacım şeirlər yazırdılar. Mən də orta məktəb illərində şeirlər yazırdım. Lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən sosial şəbəkəyə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər, Hacı Gülqardaş, Arif Cəfərov, Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.
4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır? Əvvalə onu deyim ki, oğul düşmən gözünə batan oxdur. Bir oğlum 14 ildir ki vətənin keşiyində durur. Kiçik oğlum şeir və qəzəl yazır. Üçü də qürur yerimdir…
5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki? Yox, rəqabət olmur. Əksinə bir- birimizə lazım olanda məsləhət veririk.
6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz? Dar günümün dayağı olub dostlarım. Mən hər kəslə dostluq etmirəm, etdiyim kəslərə də sadiqəm…
7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları… Nə deyim, gənc yazarların eləsi var ki, dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb, hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi, şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. Gərək hər şeyi Ədalət Naminə deyəsən:
Səsinə səs verən, həyan yoxdusa Yazdığın şeiri, duyan yoxdusa. Səni şair bilib, sayan yoxdusa, Atılıb düşməyin, nə mənası var.
8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız? Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. Zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. Əldən ələ gəzməlidir.
9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz…. Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir…
10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır? Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.
11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz? Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. Sizə də təşəkkür edirəm. Mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.
Mən şair deyiləm şeir yazıram, Şər böhtan yazmıram, xeyir yazıram, Haqdan bir səs gəlir, deyir yazıram, Ədalət Naminə qanun naminə . * * * Hərdənbir həddimi mən də aşıram, Düz yoldan çıxıram yolu çaşıram, Xəyalən kimləsə hey dalaşıram, Ədalət Naminə qanun naminə. * * * Sevmədim heç zaman qanun pozanı , Ayağlar altını eşib qazanı, Sevirəm ölçünü düzü mizanı, Ədalət Naminə qanun naminə. * * * Ömrümü yarıdan ötürmüşəm mən, Cavanlıq çağımı bitirmişəm mən, Əkbərəm təxəllüs götürmüşəm mən, Ədalət Naminə qanun naminə .
Bilməsin Quran mənim imam mənim can, mənim , Şəhid mənim şərəf mənim qan mənim, Sabah mənim şəfəq mənim dan mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Vətən mənim torpaq mənim yurd mənim, Aslan mənim pələng mənim qurd mənim, Ləzgi mənim Talış mənim Kürd mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Qeyrət mənim namus mənim ar mənim, Yaxşı mənim yaman mənim xar mənim, O tay bu tay çox millətim var mənim, Bilən bilir kimsə bilmir bilməsin. * * * Ürək mənim atəş mənim köz mənim, Abır mənim həya mənim üz mənim, Şeir mənim cümlə mənim söz mənim, Bilən bilir kimsə bilmir bilməsin .
Qardaşım Çox müsübət zillət çəkibdir başım, Bilməzdim bu qədər ağırmış daşım. Kefimdən çıxmadım uca dağlara Mənə bəxtəvərsən deyən qardaşım. * * * “Haqq deyən şairi sərpa soydular”.* Nə olsun sonra da heykəl qoydular, İndi dı çox olur hoydu- hoydular, Mənə bəxtəvərsən deyən qardaşım. * * * Şairin həyatı dərbədər olur, İçində ah nalə dərd kədər olur, Sevincli günləri bir qədər olur, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İlhamı qəm qüssə dərd olur qardaş, Günləri pərişan pərt olur qardaş, Yayı da qış kimi sərt olur qardaş, Mənə bəxtəvərsən deyən qardaşım. * * * İndiki zamanda dpnəmdə mənim, Dağ boyda dağım var sunəmdə mənim, Düşmən at oynadır binəmdə mənim, Mənə bəxtəvərsən deyən qardaşım.
*Nəsimidən gedir söhbət.
Dağların Hey baxdıqca qəlbim yanır odlanır İsti olur yayı bizim dağların. Bir yeri var haramı dağ adlanır Çox da deyil sayı bizim dağların. * * * Yamacları yaşıl olmur boz olur, Yay uzunu hər tərəfi toz olur, Aran yeri şoran olur duz olur, Toz torpağdı layı bizim dağların. * * * Şəlalədən danışmağa lüzüm yox, Tərif üçün bircə kəlmə sözüm yox, Bulağında nə çayında gözüm yox, Lilli axır çayı bizim dağların. * * * Şeytan deyir ev eşiyi ” sat” getsin, İstəyinə muradına “çat” getsin, Kəs ayların onbirini “at ” getsin, Gözəl olur mayı bizim dağların. Yoxdu vallah tayı bizim dağların.
Ps : Şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram.
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən bütün hekayələrin (archive.vn) siyahısını təqdim edir. Bu siyahıdan hər iştirakçı öz hekayəsini asanlıqla tapa və linkə daxil ola bilər.
Qarabağ döyüşlərində qəhrəmancasına varlıqlarını qurban verənlərin əbədi xatirəsinə:
Üç gün idi kəndi erməni quldurlarından təmizləiyb, mərkəzlə əlaqə saxlamışdılar, quvvə göndərsinlər. mərkəzdən ona qəti cavab verməiyb demişdilər: “görək nə edə bilərik.”
Üç gün idi kəndin ətrafına gözətçi qoyüb və özləri kəndin körpü kənarında olan yeməkxanada yerləşib mərkəzlə əlaqə yaratmağa çalışırdılar. Əlaqə yaranmırdı. Bütün dəstə təşviş içındə idi. “Bəlkə mərkz ələ keçib, odur ki cavab vermirlər” Bir an ürəıyəndən keçdi. ürəıyndəkını dilinə gətirmədi. Yeməkləri qurtarmaq üzrə idi. Telçi bir an dəstəiy yerə qoymürdü. Ancaq o tərəfdən cavab gəlmirdi.
Səhərə yaxın hava soyuqlamışdı. Tək-tək qar ələnırdı. postdan gələn gözətçilar yatırdılar. Hava ayazılayıb çiskin kəndin və yeməkxananın üzərındən çəkilirdi. Onbeş-iyirmi metirlik aydınca görünürdü.
Birdən kəndin yuxarı başında atışma başladı. Tez ayağa durub iki nəfər o tərəfə göndərdi: “Tez olun siz ikiniz yuxarıya gedin. bizdə o bırı postları möhkəmləndirməliyik.” – dedi.
Neçə an keçmədən kəndin aşağı tərəfində də atışma başladı. Atş səsləri çoxaldı. postlara kömək yolladı. Hər posta bir başçı təyin edib və tapşırıq verdi: “Çalışın quldurları kəndin içərisinə çəkib dərslərini verin.”
Atışma güclənmişdi. Pilimiyotlar bır an səngimirdilər. Hava ışıqlanıb ətraf aydınca görünürdü. Erməni quldurları böyük bir neçə dəstə ilə bunlara hucüm etmişdilər. Onların sayı qat-qat bunlardan artıq idi. Güclü silahlarla təchiz olunmuşdular. Quldurları kəndin içərisinə çəkib böyük tələfata məruz qoymuşdular. Döyüş şidətlə davam edirdi. Mərmiləri qurtarmaq üzrə idi. Postlara xəbr göndərdi: “Mərmilərinizdən yetərincə yararlanın. Mühasirəiə alınmışıq. Son mərmi bizi onların əlindən qurtarmalı dır. Onlar gərk bizə qalib gəlməsinlər. Biz ölümümüzlə onları nakam qoymalıyq.”
İrəlidə ermənilər hucuma başlamışdılar. hər tərəfdən atş yağırdı. Getdikcə sayları azalırdı. Geri çəkildilər. Yeməkxana arxadaydı. Özlərini yeməkxanaya yetirib ikinci qata qalxdılar. Üç nəfər qalmişdilar. Divarları özlərinə səngr edib pəncərədən onları atşə tutdular. Ermənilər xəzl yarpağı sayağı yerə tökülürdülər. Ancaq beşi ölürdüsə, altısı yerini tütürdü.
Ermənilər qumbara atdılar. Yeməkxananı toz-tustu və barıt qoxusu bürüdü. İçəridə qalmaq mümkün olmadığından özünü yeməkxananın bayırına saldı. Yeməkxananın manqalı onun gözünə çarpdı. Oranı yaxşı tanıyrdı. Buranın ustu manqal və aşağısı kömür anbarı idi. Manqal dörd dəmir ustündə ətrafı taxtayla örtülmüşdü. Enı bir metir ozunu iki və ucalığı yerdən həştad santim idi. Çox kömür tütsün deyə içərısini ovub bir metir yerdən aşağı salmışdılar. Özünü oraya yetirib kömür taylarının altında gizləndi. Atş səsi azalırdı. Bırazdan yeməkxananın pilləkənlərindən ayaq taqqıltıları eşidildi. Deməli bütün yoldaşlarını itirmişdi.
Yerindən tərpənmirdi. Nəfəsini sinə buşluğunda həbs etmişdi. Bütün hissləri ilə bayiri dinşəiyrdi. Taxtanın cırığından bayiri görürdü. Quldurlar gəl-get edirdilər. O onların ayaqlarını, dizdən aşağı görürdü.
Erməni başçısı “sıraya düzülün” -deyə səsləndi. Dəstə sıraya düzüldü. Əllı-altmış nəfər olardılar. Neçə nəfər səsləiyb tapşırıq verdi: “Bütün kəndin bur-bucaqlarına kimi dolaşın. Bir şey nəzərdən qaçmasın” -dedi. Dəstəiə rahatlıq verdi. Hərə öz durduğu yerdə sərələndi. Başçı ona yaxın olduğundan bütün əmrlərı ayndınca eşidirdi.
Gedənlər bir-bir qayidib raport verdilər: “Bütün kənd zərərsizləşib. Bu kənd bizim əlimizdə olduğundan onlar əks hucumla kəndi ələ keçiriblər. Sayları az olduğundan kəşfıyatçıimışlar. Heç biri canını sağ qurtara bilməiyb. Yaralılarıda yoxdur. Bütün kənd və öndəki kənədlərdə bizim əlimizdədir”.
Başçı telçini səslədi: “Qərargahla əlaqə saxla” -dedi. Telçi əlaqə yaradib dəstəiy ona verdi: “Bütün kənd ələ keçib. əllı nəfərə yaxın itirmişk. Ondürd nəfər ağır yaralı dir. Əmrinizi gözləiyrəm.” Telin o tərəfində danışanın sözlərini eşidə bilmədi. “Baş üstə, əmrinizə əməl olunur.” -deyə dəstəiy telçiyə verdi.
Başçı dərhal xəbrdarlıq verdi. hamı öz yerində sıraya düzüldü. “İrəlidə ağır döyüş gedir. bizimkilər tab gətirməiyb, geri çəkilirlər. Onların bizim köməimizə ehtıyacı var. On kilometir qabaqda xəstəxana var. Yaralıları da özümüzlə aparmalıyq. Arxadan ağır texnıka və tanklar bizim köməimizə gəlir. Tələsin yola düşürük.” -dedi.
O durduğu yerdə onların getməsini görürdü. O nə edəcəiyni bilmirdi. Tanklar və ağır texnıka onun fikrini darmadağın etmişdi. İçəridə boğulurdu. Dəstə sırayla körpünün ustündə irəliləiyrdi. Onlar uzaqlaşdıqda ətrafı dinşədi. Səs-küy kəsilmişdi. Manqalın anbarından çıxıb sürünə-sürünə yeməkxanaya tərəf yönəlib özünü zerzəmiyə saldı.
Nərman dayı bu yeməkxananı bağının qırağı və yolun kənarında tikmişdi. Yol tərəfdən bir və bağ tərəfdən iki mərtbə idi. Yeməkxananın arxasında böyük bir qovaq ağacı varidi. Bu qovağın dövrə kölgəsində dürd-beş masa yerləşrdi. Ağacın gövdəsi elə böyük idi ki, bu masada oturanlar o biri masalarda oturanları görməzdilər. Muştrilər yaz-yay mövsümündə aşağı və payız-qiş aylarında ust qatda oturardılar…
Özünü qovağın arxasına çəkdi. axırıncı quldurlar körpünün ustundən keçirdilər. O qərara gəldiki körpünü partlatsın. Körpü otuz-qirx metirlikdə idi. Ora necə getəmli idi? Onu görə bilərdilər. Birdən bir xatirə yadına düşdü.
…Yeməkxananın arxasında nərman dayının bağı yerləşirdi. Bu bağın süyü bir köhüldən gələrdi. Yazın ortalarından yayın əvvəllərinə qədər çayın süyünün səthi qalxardı. Sü ayağı ilə gəlib bağı suvarardı. Süyün səthi aşağı düsənədə dəcəl uşaqların sınaq meydanı olardı.
Yayın axırları idi. Orta məktbi qurtarmışdılar. Hərə öz sənədini istədiyi instuta vermişdi. Namıq kənd təssərufatı instutu, İntiqam inşaat, oda ukrayna yer quvvələr instutuna. Cavablar gəlib, üçünüdə götürmüşdülər. Günlərini nərman dayının bağında keçirirdilər. Bir gün axşam ustu intiqam dedi: “Gəlin mərcləşək. Köhülün bu başından girib o biri başından çıxmalıyq. Bir-birimizdən aralı olmalıyq. Hərkəs geri qayidsa uduzur. O hamını yeməyə qonaq etməlidir”.
Köhülə əvvəl namıq, ondan bir neçə dəqiqə sonra intiqam və axırda o keçdi. On-onbeş metir getmişdi, onu vahimə bürüdü. Qaranlıq ,nəm qüxülü hava və divarda oçuşan yarasalar onu qıcıqlandırdı. Tab gətirə bilməiyb, geri döndü. Dostların qonaqlıqı onun hesabına verildi.
Ukrayına instutunu qurtarıb, cəsarətinə görə medal alıb, kəşfıyat bölümündə zabıt vəzifəsinə yiələnmişdi. Sovetlər dağılıb, Azərbaycan mustəqil olduqda bakı da yer quvvələr alanın kəşfıyat bölümünün komanderı olmuşdu. Qarabağ, erməni quldurları tərəfindən ışğal olduqda, könüllü cəbhəiə gəlib, kəşfıyat bölümün yaratdı.
Onların kəndi böyük strateji yönlərə malik idi. Kənd erməni işğalında olduğundan o bırı cəbhələrdə çətinlik çəkirdilər. Baş komanderın iclasında ayağa dorüb on beş nəfərlik bir dəstə ilə kəndi erməni quldurlarından azad etməiə söz verdi. Baş komanderdən xahış etdi ki kənd azad olduqda quvvə göndərilsin.
İkicə gün çəkmədən dəstəni yaratdı. Dəstə özvlərinin çoxü həmyerlisi idi. Onlar kəndi əllərının ıçı kimi bütün bur-bucaqlarına kimi bəld idilər. Gün batar-batmaz kəndə yaxınlaşdılar. Çayın içərisində gizlənib havanın qaralmasını gözlədilər. Bütün lazımı tapşırıqları verib dörd tərəfdən kəndi qomaralayib və səssiz-səmirsiz bütün postda olan quldurları soyuq alətlə aradan götürdülər. Erməni qərargahını dinamitləiyb kənara çəkildilər. Qərargah bir anın içində partlayıb havaya sovruldu. Içərıdən canını qurtaran da bayirda güllələndi……
Zerzəmiyə keçib dinamit yeşiyini götürdü. Bir kəndirlə sağ ayağına bağlayıb və köhülə girdi. İndi ətrafına fikir vermədən, dörd əl-ayaqlı irəliləiyrdı. Onu düşündürn ancaq köhüldən o tərəfə çıxması və körpünü dinamitlə partlatması idi.
Nəhayt körpüdən çıxdı. Dinamit yeşiyini ayağından açıb boynuna keçirdi. İlk sutundan qalxıb dinamitlərı sutuna yerləşdirdi. Sutunlar bir-birindən beş metir arali idi. Duşüb birdə qalxmaq vaxt itirməkdən əlavə ehtiyatsızlıq idi. Körpünün tirindən yapışıb var gücüylə irəliləiyb sutunları dinamitləıyrdı. Qol saatına baxdı. on dəqiqəiə iki sutun dinamitləmışdı. Hələ səkkiz sutun arxada qalırdı. Deməli azı əlli dəqiqə vaxt lazım idi ki işini qurtarsın. Yeşiyi gözdən keçirdi. Yetərincə dinamit vardı. Xərcləri bırazda artırdı.
Altıncı sutunu qurtarmışdı. Birdən tankların səsini eştdi. Dörd sutun hələ arxadaydı. Bu az muddətdə sutunların hamısını dinamitləiyb, qurtara bilməyəcəkdi. Dinamitlərı yoxun fasilə ilə körpünün tirlərinədə yerləşdirirdi.
Yeddinci sutuna çatmışdı. Körpü birdən titrədi. Tanklar körpünün ustünə çıxırdılar. qalan dinamitləri yeddinci sutunda yerləşdirdi. Hər an taqqıltı çoxalırdı. Boş yeşiyi boynundan çıxarıb tirdən asdı. Dinamit işə salan cihazı əlinə aldı. Qan-tər içində boğulurdu.
Hər an sankı bir gün idi. Ayaqlarını tirə dayayaraq kürəiyni sutuna yapışdırdı. İndi əllərı azad olmuşdu. Taqqıltı beyninə düşürdü. Körpü elə silkələnirdi ki, az qala tərazlığını itirirdi. Var gücünü ayaqlarına verib özünü sutuna yapşdırdı. Tanklar başının üstundə idi. Cihazı işə saldı.
Bir anın içində böyük bir partlayış yarandı. Duman qarışq alov ətrafı bürüdü. Körpü havaya sovrüldü. Ustündə olan tanklar və bütün hərbi texnikalar yuvarlanıb çayın içinə tökülüb alovlanıb yenidən partlayış səsi aləmi bürüyürdü………..
….Deyilənə görə səməndər quşü oddan yaranır. Məncə qarabağ qartalıda oddan yaranır. Onun cismi dağılsada ruhu qartal kimi qarabağın səmasını dolaşır…..