
Khojaly Genocide
Client: Heydar Aliyev Foundation
Production: Baku Media Center (2015)
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Khojaly Genocide
Client: Heydar Aliyev Foundation
Production: Baku Media Center (2015)
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

18 fevral 2021, 15:30
2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 fevral 2021-ci il.
İlkin mənbə:president.az
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru


İlhamə Dağlını bu özəl gündə təbrik edir, cütlüyə ailə səadəti və bolluca yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!

YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Adətən, söz adamlarının; yazıçıların, şairlərin əvvəlcə əsərləri ilə, sonra isə özləri ilə tanış olurlar. Ancaq bizdə belə olmadı, biz əvvəlcə tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış olduq. Bir-birimizi tanımağa başladıq.

YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

GÖYÇƏ YUXUMA GƏLIR
Kaş şərxin dönəydi, fələk tərsinə,
Dərdim güzgü tutur dərdin səsinə.
Basıb ayrılığı öz sinəsinə,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Ayrılıq yelləri öpür üzümdən,
Min ağrı boylanır hər bir sözümdən.
Açır qapısını keçir gözümdən,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Alnı qırışıbdı ümidlərin də,
Bu dərdin,ağrının kökü dərində.
ƏLƏSGƏR sazının pərdələrində,
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Hünərim azıbdı dumanda, sisdə,
Ağrılar yurd salıb ləpirdə, izdə.
Dədə ƏLƏSGƏRİN məzarı üstən-
Göyçə qərib-qərib yuxuma gəlir.
* * *
Yaddaşı qalıbdı duman içində,
Arzusu çırpınır güman içində.
Harayı don vurub zaman içində,
Göyşə qərib-qərib yuxuma gəlir.
Müəllif: Sona Abbasəliqızı
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Bəşəriyyətin inkişaf mərhələsinə mütəmadi olaraq təkan verən, təfəkkür və təxəyyülləri ilə ölkəsinə, xalqına xidmət edən elm adamlarımızın – alimlərimizin, qələm adamlarımızın xidmətləri, oların keçdikləri ömür yolları tarix səhifələrində özünəməxsus möhtəşəm yer tutur.
Ölkəsini və xalqını dərin məhəbbətlə sevən, fəal ictimaiyytçi, gözəl alim xanım AMEA-nın Zoologiya İnstitutunda çalışan, elmlər doktoru, Yeganə Əbil Həsən qızı Mahmudbəyli də məhz belə alimlərimizdəndir. Vətənpərvər alim ömrünün ən dəyəri illərini elmə və xalqına həsr etmişdir.
QISA ARAYIŞ:
Yeganə xanım orta təhsilini Bakıdakı 52 saylı məktəbdə almışdır. Bakı Dövlət Universitetinin ( 1981-1986) biologiya fakultəsini bitirmişdir. 1987 – ci ildə Azərbaycan Milli Emlər Akademiyası Zoologiya İnstitutununu “Helmintologiya” laboratoriyasında baş laborant vəzifəsinə işə qəbul olunmuşdur.1997 –ci ildə bilogiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülənYeganə xanım 2000 – ci ildə böyük elmi işçi, 2007 – ci ildə dosent elmi adını almışdır.
Yeganə Mahmudbəyli hazırda AMEA –nın Zoologiya İnstitutunda çalışır. Çalışdığı İnstitutun Dissertasiya Şurasının Elmi Seminarının üzvü olan Yeganə xanım Mahmudbeyli mütəmadi olaraq elmi fəaliyyətini davam etdirir. O, 53 elmi məqalənin müəllifidir və məqalələrin bir çoxu xarici ölkə mətbuatında dərc olunub.
Bu gün Yeganə xanımın ad günüdür. Aldığımız məlumata görə xəstədir. Arzu edirik ki, yeni yaşı Yeganə xanıma sağlamlıq və uğur gətirsin.

BU GÜN – GÖZƏL GÜN

Təqvimin bu günü ikinci bir hadisə ilə də əlamətdardır. Bu gün sevilən, istedadlı yazar, mükəmməl insan Kənan Hacının – Hacıyev Kənanın doğum günüdür. Vətənpərvər, yurdsevər, xalqına bağlı yazarımız ömrünün ən dəyəri illərini – geridönməz gəncliyi yaradıcılığa həsr etmiş, qələmə adamışdır. Kənan müəllimi ad günü münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
Kənan Hacı – Kənan Hacıyev — şair, yazıçı, esseist, tərcüməçi.
Həyatı
Kənan Hacı 1975-ci ildə martın 3-də Bakının Buzovna qəsəbəsində anadan olub. 1992-ci ildə Xəzər rayonu Buzovna qəsəbəsinin 125 saylı orta məktəbini bitirib. 1995-ci ildə özəl universitetin jurnalistika fakültəsini bitirib.
Fəaliyyəti
1995-ci ildən yazıları mütəmadi olaraq dövri mətbuatda çap olunur. “”İki sahil””, “”Ədalət””, “”Vətəndaş həmrəyliyi””, “”Yazar”” və digər qəzetlərdə çalışıb. APA İnformasiya Agentliyinin Kulis.az saytında redaktor, “”Qanun”” Nəşrlər Evində redaktor, Publika.az portalının redaktoru, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “”Aydın yol”” qəzetində redaktor vəzifələrində çalışıb. Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Müxtəlif ədəbi əsərlərdən ibarət 11 kitabı nəşr olunub. Tərcümələrindən ibarət 5 kitab çap olunub. Əsərləri rus, türk, ingilis, ukrayn dillərinə tərcümə olunub, müxtəlif nüfuzlu antologiyalarda, almanaxlarda dərc olunub.
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin Elmi Şurasının üzvü olub. Azərbaycan Radiosunun “”Qərib axşamlar”” verilişinin iki buraxılışı onun yaradıcılığına həsr olunub. Yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Tofiq Abdin, Səlim Babullaoğlu, Ülvi Babasoy, Şərif Ağayar, Cəlil Cavanşir, Mətanət Vahid və digərləri yazılar yazıb.

Sonda hər iki ziyalımızı bir daha təbrik edir, həyatda ən gözəl nemət olan can sağlığı və fəaliyyətlərində uğurlar arzu edirik! Uğurlarınız bol olsun!!!
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

SƏBR EDƏK
Ölkədə nə çoxdur şərəfsiz, nadan,
Bunlarla bacarmır, Vallah, yaradan.
Nə Allah bilirlər, nə də ki, Quran,
Səbr edək, bunların kökü kəsilər.
***
Bunların tumunda, yəqin, var calaq,
Acizin zalımı, güclüyə yalaq,
Sonumuz məzarda darısqal otaq,
Səbr edək, bunların kökü kəsilər.
***
Ailəsi, tayfası hazıra nazir,
Harın məmurlardır, milləti əzir,
Övladlar Dubayda, Parisdə gəzir,
Səbr edək, bunların kökü kəsilər.
***
Sapı özümüzdən olan baltalar,
Bunlar gecə-gündüz xalqı baltalar,
Çox dərd eyləsək biz bağrı çatladar,
Səbr edək, bunların kökü kəsilər.
***
Halal çörək ömrümüzün naxşıdır,
Vahid deyərdi ki, Vətən yaxşıdır,
Ədalət olmasa, kəfən yaxşıdır,
Səbr edək bunların kökü kəsilər.
***
Əcaib doğulsa insan anadan,
Məzarda düzəldər onu Yaradan,
Millət artıq seçir ağı qaradan,
Səbr edək, bunların kökü kəsilər.
***
Zaman bir qamçıdır, biz də fırfıra,
Fırlada-fırlada aparır gora,
Az qalıb həriflər düşürlər tora,
Səbr edək, bunların kökü kəsilər.
***
Bu dünyada kim çəkirsə zəhməti,
El içində o, qazanır hörməti,
Allahdan səs gəldi mənə xəlvəti,
Səbr edək, bunların kökü kəsilər.
Müəllif: Vüqar ƏHMƏD
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

GENERAL KƏRİM KƏRİMOV HAQQINDA
QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.
Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

GENERAL KƏRİM KƏRİMOV HAQQINDA
QISA ARAYIŞ: Kərim KƏRİMOV – Kərim Abbasəli oğlu Kərimov — sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri (1966—1991). Sovet kosmik proqramının banilərindən biri. Uzun illər sovet kosmonavtikasında mərkəzi fiqur olsa da, Sovet İttifaqının dağılmasına qədər onun barəsində ictimaiyyətə heç nə məlum deyildi. Kosmonavtikanın inkişafındakı xidmətlərinə görə çoxsaylı dövlət mükafatları laureatıdır.
Həyatı
Kərim Abbasəli oğlu Kərimov 1917-ci ildə Bakıda anadan olmuşdur. Əslən Şamaxılıdır. Onun atası Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində çalışmağa başlamışdır. Azərbaycan Cümhuriyyəti və Azərbaycanda sovet hakimiyyəti dövründə də o, neft sənayesində mühəndis kimi çalışmışdır. Hələ orta məktəbdə oxuyarkən K.Kərimov radio texnikasına maraq göstərməyə başlamışdır. Radio XIX əsrin sonlarında icad edilsə də, onun Azərbaycanda yayılması işi ləngiyirdi. Azərbaycan Cümhuriyyəti dövründə Fransa ilə bağlanmış müqaviləyə əsasən Gəncədə radioqüllə inşa edilmiş və orada quraşdırılmış qəbuledici Avropada yayılan radio verilişlərini dinləməyə imkan yaratmışdır. Təbii ki, radio qovşaqlarının olmaması üzündən radiodan yalnız dövlət əhəmiyyətli işlər üçün istifadə edilirdi. Azərbaycanda radio ilə səslənən ilk nitq Azərbaycanın Parisdəki nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun Avropa ölkələri ilə danışıqlarının gedişi barədə hesabatı olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulanda radioya təbliğat vasitəsi kimi yanaşıldığından o sürətlə inkişaf etdirildi. 1926-cı ildə Bakıda ilk radioötürücü və respublikanın müxtəlif məntəqələrində radioqəbuledicilər işə başladı. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutuna daxil olan Kərim Kərimov özü bir neçə radioqəbuledici düzəltmiş, bu istiqamətdə olan yeniliklərlə dərindən maraqlanmışdır. İstedadlı tələbə Azərbaycan radiosuna işə qəbul edilmiş, bir müddət işlədikdən sonra isə Mərdəkan radio qovşağının müdiri təyin olunmuşdur.
1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Kərim Kərimov elektromexanika üzrə mühəndis diplomu almışdır. Onun bəzi ideyaları hərbi mühəndisləri maraqlandırmışdır. Artıq bu dövrdə İkinci dünya müharibəsi gedirdi. Radiomühəndislərə cəbhələrdə böyük ehtiyac duyulsa da, gənc mütəxəssisin istedadı nəzərə alınaraq 1942-ci ildə ona Dzerjinski adına Artilleriya Akademiyasına daxil olmaq üçün təyinat vermişlər. Maraqlıdır ki, bilikləri yoxlanıldıqdan sonra Kərim Kərimov birbaşa akademiyanın V kursuna daxil olmuşdur. Beləliklə o, 1943-cü ildə bu təhsil müəssisəsini topçu-mühəndis ixtisası üzrə başa çatdırmışdır. O, “Katyuşa” adı ilə tanınan BM-13 yaylım atəş qurğusu üzrə mütəxəssis kimi hazırlanmışdır. Qvardiya minaatan hissələrinin tərkibində olan bu qurğular Sovet İttifaqının ən güclü silahı kimi məxfilikdə saxlanılırdı. Gənc mütəxəssis Qvardiya minaatan hissələri Baş İdarəsinin müvəkkili kimi BM-13 qurğusu üçün mərmilərin zavodlarda istehsalına nəzarət etmək tapşırığı almışdı. Öz işinə can yandıran Kərim Kərimov daim silahın təkmilləşdirilməsi barəsində düşünürdü və bu istiqamətdə bir neçə dəyərli təklif də irəli sürmüşdü. Məhz həmin vaxtdan Kərim Kərimov həyatını raket texnikası ilə bağlamışdır. Ömrünün sonunadək o, raket texnikasının yaradılması və inkişafı naminə var gücü ilə çalışmış, zehni və fiziki qüvvəsini əsirgəməmişdir. Zavodlarda işlədiyi dövrdə onun yüksək təşkilatçılıq qabiliyyəti də özünü büruzə vermişdir. 1945-ci ildən SSRİ Müdafiə Nazirliyi sistemində raket texnologiyaları yaradan konstruktor büroları və zavodlarında çalışan Kərim Kərimov bir neçə elmi ixtiranın müəllifi olmuşdur. 1946-cı ildən başlayaraq o, ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparmışdır. Onun araşdırmaları nəticəsində yaradılan raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sisteminin elmi-texniki göstəriciləri sonradan kosmik sənayedə tətbiq olunmağa başlanmışdır. Bu nailiyyətinə görə Kərim Kərimov 1950-ci ildə ilk dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Baykonur kosmodromunun əsası qoyulan gündən o, Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdir. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu az olmamışdır. Nəticədə ilk kosmonavt Yuri Qaqarin]]in tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni – Lenin ordeni ilə təltif olunmuşdur. 1945-ci ildə böyük mühəndis vəzifəsində çalışmağa başlayan Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin ildə o, Ümumi Maşınqayırma Nazirliyinə ezam olunmuşdur.
1975-ci ildə uçuşun hazırlığı ilə əlaqədar iş Kərim Kərimovun məsuliyyətində idi.
Yeni yaradılan bu nazirlik kosmik sənayenin bütün müəssisələrini özündə birləşdirirdi. Lakin K.Kərimovun istedadını və təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirən məşhur konstruktor S.P.Korolyov 1966-cı ildə təkidlə onun Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının sədri təyin edilməsinə nail olmuşdur. O, bu məsul vəzifədə 25 il çalışmışdır. Kosmik uçuşlarla bağlı bütün sistemlərin hazırlığını yoxlayan, uçuşun başlanmasına icazə verən məhz Kərim Kərimov idi. Kosmik səyahətə çıxan və tapşırığı yerinə yetirib geri dönən üçüş heyətlərinin hesabatlarını qəbul edərək heç vaxt televiziya reportajlarına düşməyən şəxs də Kərim Kərimov idi. 1974-cü ildə Kərim Kərimov əsas vəzifəsi ilə paralel olaraq Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini kimi elmi-təşkilatçılıq fəaliyyətinə qatılmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Azərbaycanla əlaqəni kəsməyən, Azərbaycan Elmlər Akademiyasının Aerokosmik Tədqiqatlar Mərkəzinə əlindən gələn köməkliyi göstərən general bir çox azərbaycanlı alimin bu sahədə fəaliyyət göstərib inkişaf etməsi üçün şərait yaratmışdır. 1991-ci ildə istefaya çıxan Kərim Kərimov ömrünün sonunadək kosmik sahə ilə əlaqəsini kəsməmiş, Uçuşları İdarəetmə Mərkəzinin məsləhətçisi olmuşdur. İstehsalat-təşkilat və elmi fəaliyyətinə görə general-leytenant Kərim Kərimov Sovet İttifaqı Qəhrəmanı fəxri adına, iki dəfə Lenin ordeninə, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenlərinə layiq görülmüş və çoxlu medalla təltif olunmuşdur. Kərim Kərimov 2 dəfə dövlət mükafatı almışdır. O həmçinin Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir.
General-leytenant Kərim Kərimov 2003-cü ildə Moskva şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Xatirəsi
Xalq artisti Vasif Babayev general-leytenant Kərim Kərimova “Yüksəliş” adlı tammetrajlı sənədli film çəkmişdir. Moskvada sənədli filmin təqdimatı olmuşdur. Bakıda – Nizami Kino Mərkəzində də tammetrajlı sənədli filminin təqdimatı olmuşdur.
2017-ci ilin noyabrında AMEA]da Kərim Kərimovun 100 illik yubileyi qeyd olunmuşdur:
Allah Kərim Kərimova və dünyasını dəyişən bütün atalara rəhmət eləsin. Ruhuna Fatihə:
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ATA
Bu gün ad günündür, yenə yığışıb
Bir süfrə başına üç balan, ata!
Sənin də adına qablar düzülüb,
Darıxıb ev adlı bu qalan, ata!
* * *
Hələ otağından öz ətrin gəlir.
Dəftər-kitabından söz ətrin gəlir.
Əlinin saçımda naz ətrin gəlir.
Günbə-gün gözümdə ucalan ata.
* * *
Qəribsəyib sənin gəzdiyin yollar.
Qapımı döydüyün o gözəl anlar.
Hər kəlmə başında adını anar.
Xətrini istəyən el-oban, ata.
* * *
Hər zaman deyirdin yaxşı ki, varsan
Qəlbin üşüsə də üzdə baharsan.
Küsəyən qəlbimi tez ovudarsan.
Yamanca darıxıb bu balan, ata.
* * *
Yəqin atasızdı dünyanın özü.
Onunçün insafsız ayırdı bizi.
Sənsiz qarşılarıq bu ğələn yazı.
Məkanı ruhundan nur alan atam.
25.01.2021.
Müəllif: Rasimə Könül
Allah dünyasını dəyişən bütün atalara rəhmət eləsin.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru