Kateqoriya arxivləri: ALİK DƏNİZSEVƏR

Alik Dənizsevər – Adsız şeir

ALİK DƏNİZSEVƏRİN YAZILARI

Adsız şeir

Yenə də öldüm, dirildim…
Qəbrimi, qazan olmadı.
Qələm çoxdan üz döndərib,
Bəxtimi, yazan olmadı…

Üzüdönük, söylə görüm,
Neynəmişəm axı sənə?!
Bu həyatda heç görmədim,
Can yandırsın biri mənə.

Bircə xoş sözə möhtacam,
Bilirsənmi, bədbəxt adam?
Elə acam, çox istərəm;
O, udumluq eşqdən dadam…

07.04.2022.

Müəllif: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Həkim Xalidə Muştaqova haqqında

Həkim Xalidə Muştaqova

HƏKİMLİK ALİ PEŞƏDİR

Mən onu İsmayıllımızın günəşi adlandırardım.
İnsanların həyatına ümid işığı olan, İşini sevən
peşakar həkim Xalidə Muştaqova təhlilləri və
müşahidələri xəstələrinə göstərdiyi qayğı,
ana qayğısıdır. Dost qayğısıdır. Təbii ki,
belə həkimlər qürur yerimizdir.

Bu yazını yazmazdan əvvəl doğrusu bir az
tərədüd etdim. Ancaq yazmaq qərarına gəldim.
Xalidə Muştaqovanın tərifə ehtiyacı yoxdur.
O, öz sözünü artıq deyib. Bu gün də deyir.
Xalidə Muştaqovanı İsmayıllımızın günəşi
adlandırmağımda məqsədim həkimlik elə
ali bir peşədir ki, günəş kimi əl çatmazdır.
Alilik də o peşəylə birgə doğulur, əlçatmaz
olur. Bu əlçatmazlığın bir adı da alilikdir.

Xalidə Muştaqovanın təvazökarlığı və
sadəliyi digər insanlar üçün nümunədir.
Peşəsində aliliyi qazanan
insanlar həyatda da o, aliliyi
qazanırlar.

İsmayıllımızın günəşi qoy hər zaman
parlasın!

Müəllif: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Əbdürrəhim bəy Haqverdiyev – 150

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ALİK DƏNİZSEVƏR – BİR NEÇƏ SÖZ…

ALİK DƏNİZSEVƏRİN YAZILARI

1. Sevinci dad dərdi yaşa, bu ömrün enişi sevinc yoxuşu
dərddir. Qaçma dərddən dərdi özünə dost bil, onda
sonradan gələn sevincin dadını daddıqca unutmayacaqsan.
Dərdlə üz-üzə dur, qorxma sevinclə aran da məsafə saxla,
Sevinc bir günün dadı, dərdsə bir ömrün ortağıdır.

2. Sən sev qarşılıq belə gözləmdən sev, dəli-divanəliyə
ehtiyac yoxdur. Sadəcə ona qarşı bəslədiyin duyğuların
bir adı olsun. Onu sevirəm, arzuların əl çatmazlığında,
Məsafələrin uzaqlığında sən sev düşünmə o, sevginin
Qarşılığı olsun. Sevgilərin ən gözəli, qarşılıq belə gözləmədən sevməkdir.

3. Allahın, bəxş etdiyi ömrü yaşa ömrün enişi bir başqa
incidər insanı, sevinci bir başqa qorxma, yürü addımla
Qoy adınla tanısınlar səni, ömür dediyin nədir? Bu paydan
hamıya bir dəfə verilir. Çalış haramdan qaç haqqa tapın,
Ömür bir var, bir yox arasındadır.

4. Böyütmə dərdi gözündə, səni incidər küsmə ağladar səni
ayrılma dərdə bir addım da yaxınlaş, qulağına pıçılda varlığın mənə güc verir. Yıxılsam belə ayağa qalxmağı,
sən öyrətdin mənə. Dur yürü qarşına qoyduğun məqsədlərinə doğru, dərdi doğman say hamı çıxar gedər.
O, yenə də səni yalnız buraxmaz incitsə də, ağlatsa da,
Səni qoyub getməz.

Müəllif: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN EMFİRA XANIMIN DOĞUM GÜNÜDÜR! – MÜSAHİBƏ:

Emfira Ərklinin kitabı

EMFİRA XANIMLA MÜSAHİBƏ

1. Salam, Emfira xanım. Necəsiniz? Özünüzü bir neçə kəlmə ilə oxucularımıza necə təqdim edərdiniz?
Mən Emfira ƏrkliEmfira Hacıbaba qızı Tağıyeva 1950 -ci fevralın-17 də Xaçmaz rayonundakı Alıc-qışlaq kəndində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Konserva kobinatında laborant və hesablaycı vəzifəsində çalışıb, 1969-cu ildə Bakı yeyinti-sənaye texnukumuna daxil oldum. Texnukumu bitirdikdən sonra Xaçmaz taxıl hazırlığı kobinatında hesablama şöbəsinin müdiri işləməyə başladım.
Həm də “partkom” ( İlk partiya təşkilatının katibi) kimi çalışırdım.
Daha sonra texniki peşə ixtisası üzrə istehsalat təlimi ustası işləməyə başladım. Həm də müəllimlik edib, o eyni zamanda uzun müddət məktəbin ilk partiya təşkilatının katibi oldum.
Hələ orta məktəbdə oxuduğum illərdən şeirə, poeziya vurğunu idim. Özüm də arada yazırdım.
Şeirlərim müxtəlif mətbuat orqanlarında, almanaxlarda, poeziya antalogiyalarında işıq üzü görüb. Tanınmış şair Vidadi Ağdamlının t’rtib etdiyi “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ”, “Qarabağ Azərbaycandır” poeziya antalogiyalarında davamlı çap olunuram. Şeirlərində Qarabağ müharibəsindən, şanlı qələbədən mərd oğullarımızın döyüşlərdə göstərdikləri qəhramanlıqlardan bəhs olunur.
AKİVİHİ rəyasət heyətinin qərarı ilə 70-illik yubileylə əlaqədar olaraq “Qızıl Qələm” və “Ulu Öndər” fəxri media mükafatları ilə eləcə də “Azərbaycan Bayrağı”, “Abdulla Şaiq”, “Xəlil Rza Ulutürk” diplomları ilə təltif olunmuşam.
“Düyam Mənim” kitabım işıq üzü görüb. İkinci kitab hal-hazırda çapdadır. Emfira xanımın ilk kitabıdır.
Ailəliyəm. Üç övladım (iki oğl, bir qız), yeddi nəvəm var.

2. Emfira xanım, məktəb illərinizi necə xatırlayırsınız?
Məktəb illərim çox gözəl keçib. Özfəaliyyətlə və idmanla məşğul olmuşam çox çıxışlarım olub.
Rayonda Atıcı kimi də 3-cü yer tutmuşdum. Valeybol komandamız var idi. Kapitan mən idim. Yarışlara çıxırdıq. Həm də şeirlər yazırdım.

3. Gənc yaşlarında yazdığınız o şeirlər qalır yoxsa?
Əfsus. Bir tək yadımda ana şeirindən bir parça qalıb. Ailə vəziyyətimlə əlaqədar maneələr vardı. Anam rayonun rəhbəri olub uzun illər. 1959 -1980 kimi! Respublikada o dövrün ən fəal qadını anam güclü riyaziyyatçı idi. Paralel dərs də deyirdi. Yüksək mükafatlara da layiq görülmüşdü. Vəli Axundovun rəhbərliyi dövründə tanınmış bir Azərbaycanlı qadını idi.

4. Ailədə neçə uşaq olmusunuz evin böyüyü ya kiçiyi olmusunuz?
İlk övladı mən 3 uşaq olmuşuq. Bir bacım və bir qardaşım var.

5. Yəqin ki, siz onlardan seçilirdiniz şeirlər yazdınığınızı ana – atanız bilirdi, necə qarşıladılar?
Atam 1969- cu ildə rəhmətə gedəndən 16 gün sonra gözü yaşlı öz biliyinə 4-5 qiymətlər alıb Yeyinti Sənaye texnikumuna daxil oldum. Çox gözəl, atam mənə, “Oğul” deyərdi. Bəli tək mən seçildim həm təhsil həm yaradıcılığımla.

6. Ruhu şad olsun. Atanız necə bir insan idi, ailədə övladlarına qarşı sərt idi, yoxsa?
Atam 1939- cu ildə müharibəyə gedib. 1948 də qayıdıb evlənib. Anam Qubadandır. Kəndə riyaziyyat müəlliməsi olub. 20 yaşında sevib evləniblər. 1916-dən atam,1928 anam idi. Yaş fərqi çox olsa da, mehriban idilər. Çox gözəl ailə başçısı idi. Yəqin ki, başa düşərsiz müharibənin acılarını çəkmiş insan idi. O, da sovet işinə dəvət almışdı. Partiya sovet işçisi olmaq o dövrün ən çətin vəzifələrdən biri idi.

8. Yoldaşınız haqqında zəhmət olmasa?
Yoldaşımla orta məktəbin axırıncı siniflərində tanış olmuşam. Ona qədər tanımırdım. Özüm oğlan kimi böyümüşdüm. Sinifdə ərköyün bir qız idim.
Evləndikdən sonra kəndə köçdüyüm üçün yaradıcılığıma son qoydum. Amma 3 günə bir kitab oxuyurdum gecələr. Vaxt yox idi. Qaynanam da olmadığına görə işim çox olurdu.

9. Hal-hazırda yaradıcılığınızı davam etdirirsiniz?
52 ildən sonra sosial şəbəkələrin yaratdığı imkandan istifadə edirəm. Təsadüf məni yenə yaradıcılığıma qayıtmağa yol açdı. Tanınmış yazarlarla söhbətlər stimul yaratdı yazmağa 17 yaşında başlasam da, qeyd etdiyim kimi 52 ildən sonra 71 yaşında ilk kitabım çıxdı. İndi də ikinci kitabım bu gün, sabah işıq üzü görəcək. Müharibə ən aktual məsələ kimi povest hekayə şeir və sairə toplanır. 10 Dan çox antologiyada, həm öz rayonumuzda, həm Quba və Dəvəçi rayonlarında, həm də Bakıda şeirlərim çap olunub.

10. İndiki gənc yazarlarımız haqqında fikirləriniz necədir?
Əlbəttə, əfsus ki, şərait onlara imkan vermir özlərini xalqa tanıdanlar. Hər şey maddiyyata bağlı olduğu üçün çox əzab çəkirlər. Mən özüm də təqaüdümlə çap elətdirirəm əsərlərimi.

11. Aldığınız bu mükafatların sevincini ifadə etsəydiniz ?
Əlbəttə, çox sevinirəm. İlk Türkiyə tanıdı məni. Bunu unutsam, nankor olaram. Güldürün xanımın sayəsində. Mükafatların içində
“ZİYADAR” Mükafatı mənim üçün xüsusi ilə çox dəyərlidir.

12. İkinci kitabınızda “Borçalı” nəşiryyatında olacaq yoxsa, fikrinizdə başqa bir nəşiryyat var?
Bəli. “Borçalı” nəşriyyatı artıq nüsxələrini yoxlamağa verib mənə. Bilirsiz rayon adamıyam hər dəfə gəlib, getmək olmur. Artıq tanımışam rahatdı. Onlarla gələcəkdə də iş birıiyimiz davam edəcək.

13. Çox gözəl qiymətləri necə sərf edir, bir kitab neçəyə başa gəlir?
Var indiki tələbatla baha olsa da cəmiyyətə bəxş etdiyin üçün qiyməti düşünmədən çalışıram ki, gənclərə çatdırım.
2022 -ci il bizim ailə qurmağımızın 50 ilidir. Brilyant toy.
İlk kitab 71 də çıxıb ikincisi 50 illiyimizə töhfə olar.

15. Emfira xanım, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edir, həyatda və yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzu edirik. Sizi çox yormayaq. İnanın çox xoş oldu. Sonda oxucularımıza sözünüz nə olardı?
Oxucularımıza sözüm odur ki, sadə xalq dilində yazdığım şeirlərimdə hər cür nəsihətlər var. Onlara can sağlığı, həyatda sağlam ömür arzulayıram. Gələcək nəslə gözəl töhfələr hazırlasınlar. İzləri qalsın. Sizə də dərindən təşəkkürümü bildirir, işlərinizdə uğurlarınızın davamlı olmasını arzu edirəm. Çox sağ olun.

Biz də YAZARLAR kollektivi olaraq, Emfira xanımı təbrik edirik. Uğurlarınız bol olsun, Emfira xanım! İlhamınız tükənməsin!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

EMFİRA ƏRKLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Nazlı Çələbi – Həmişə gülümsəyən Nazlı xanım

NAZLI ÇƏLƏBİ

 Nazlı Çələbi ilə müsahibə

1. İnsanlara tez inanırsınız? Belə deyək inandığınız hər hansı biri inamınızı boşa çıxardıb?

İnsanlara inanıram. Çünki mən də insanam və heç kimi aldatmıram. Kimsə barədə onu tanımadan sui-zənn edə bilmərəm. İnamımdan istifadə edənlər olub təbii ki, amma murdar əməllərin üstü tez açılıb, rəzil olublar

2. Gözəlliyinizə güvənirsiniz? Heç olub günəşə sən çıxma mən çıxım deyəsiniz?

İnsan gözəlliyinə yox, ağlına, iradəsinə, elminə güvənər. Gözəllik isə qəlb işidir. Birinə gözəl, digərinə çirkin görünə bilərəm. Günəşə qarşı da belə iddiada olmamışam.

3. Bu günə kimi olub? Ürəyinizi oxuyan biri olsun sizi bir sözlə belə anlasın?

Ürəyimi oxuyan yox, amma fikirlərimiz ûst-ûstə düşən, dünya görüşümüz eyni olan adamlar olub.

4. Gözə aldığınız çətinliklərin yorğunluğuna təssüfləndiyiniz olub?

Əgər hansısa işdə çətinliyi gözə almışamsa, yorğunluğu da normal hesab edirəm, heç təəssüflənmədim.

5. Dostluğa sadiq birisiniz? Dostun acı sözünə üzlmüsünüz? Ona qarşı reaksiyanız sərt olsun?

Dostluğa sadiqəm. Dostun acı sözü həqiqətdirsə qəti buna üzülməmişəm. Sərt reaksiyanı isə barəmdə böhtan deyənlərə göstərirəm

6. Elə bir dərdiniz olubmu ki, onu bir şokoladla unudasınız? Hər şeyə rəğmən gülümsəyəsiniz?

Şokoladla dərd unutmamışam, amma hər şeyə rəğmən həmişə gülümsəməyə çalışmışam.

7. Tənqidə açıqsınız? Sərt tənqidi qəbul edirsiniz?

Tənqidə açığam, lakin bir şərtlə ki, məni yox, gördüyüm iş tənqid edələr. Tənqid edən şəxs də, gördüyüm işin peşəkarı olmalıdır. Yalnız bu halda sağlam tənqid qəbul edilə bilər.

8. Aynalara küsdüyünüz olub? Günlərlə aynaya yaxın durmayasınız?

Xeyir, aynalardan heç küsmədim.

9. Həyatda ən çox həzz aldığınız bir şeydən İkinci dəfə həzz almaq olarmı sizcə?

Əgər nədənsə həzz alıramsa, deməli bu davamlı olacaq

10. Həsaslığınıza yenik düşdüyünüz olub heç kimsə bilməsin kimsə duymasın özünüzdə saxlı olsun? Səmimi…

Heç bir hissimə yenik düşməmişəm, qəzəbimdən başqa.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

NAZLI ÇƏLƏBİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Еy müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,

İMADƏDDİN NƏSİMİ

QƏZƏLLƏR

* * *

Еy müsəlmanlar, mədəd, ol yar pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.

Еy sənəm, hicran əlində nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,
Хəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Rəngi-çöhrəm zərd olubdur, qamətim həm çün hilal,
Ol günəş üzlü həbibim, lə’li-хəndan ayrılır.

Taqətim, səbrim tükəndi, yarsız mən nеylərəm?
Əqlimi şеyda qılan ol çеşmi fəttan ayrılır.

Məhşəri-yövmül-hеsab, qopdu qiyamət başıma,
Еy Yusuf surətli, məndən piri-Kən’an ayrılır.

Еy cigərsuz nari-firqətdən Nəsimi çarə nə?
Hər kimə nəhnü qəsəmna çün əzəldən ayrılır.

* * *

Hǝr kim ki, baxa bir dǝm dilbǝr qaşı yasına,
Navǝklǝrinǝ qarşu ya can tuta, ya sinǝ.

Dedim sǝnǝ, ya naseh, yar tǝrkin edǝ bilmǝn.
Bil doğru bu sözümnü sınamavü ya sına.

Bimari-qǝmi-eşqin timar ilǝ önülmǝz,
Yarǝb, nola bir sorsan bu halǝti-yasina.

Daş alubani dilbǝr, könlüm şişǝsin atar.
Qarşu tutaram, şişǝ bilmǝm qala ya sına.

Qaşı yayını qurmuş, qanımı tökǝr billah.
İnanmaz isǝn baxgil qolları boyasına.

Mǝhbubi-dilaramsan bir bax mana sǝn, yarǝb,
Yarǝb, dilǝrǝm sǝndǝn bu sureyi-yasina.

Xǝstǝ Nǝsimi, yarın ǝhvalını heç sormaz,
Sormağına çün gǝlmǝz, barı gǝlǝ yasına.

* * *

Vǝchindǝ peydadır sǝnin ǝnvari-zati-kibriya,
Ol nurǝ qarşı daima şǝrmǝndǝdir şǝmsüzzüha.

Leyli cǝmalından cüda Mǝcnun kimi sǝrgǝştǝyǝm,
Fǝrhadivar istǝr könül Şirin dodağından şǝfa.

Cami-müsǝffadǝn mǝnǝ saqi içirdi bir qǝdǝh,
Sufi nǝ bilsin mǝn necǝ ol camdǝn buldum sǝfa.

Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.

Eynǝl-yǝqin hǝq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.

Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.

* * *

Aşiq bǝla yolunda gǝrǝk kim, hǝmul ola,
Mǝşuqǝdǝn ana nǝ gǝlürsǝ, qǝbul ola.

Gerçǝk mühibbǝ cövrü cǝfa çünki yar edǝr,
Neçün cǝfadǝn incinǝ, qǝmdǝn mǝlul ola?

Nazü nǝimü işrǝti-cavid içindǝdir,
Dilbǝrdǝn ol könül ki, muradı hüsul ola.

Hǝr aşiqin ki, yar ilǝ oldu çǝravü çün,
Arif qatında adı anın bülfüzul ola.

Şirin hǝlavǝt ol yemiş imiş ki, sidrǝsi,
Zatında xub xilqǝtü şirinüsul ola.

Yoxdur nǝsibi eşqi-hǝqiqǝtdǝn, ey könül,
Şol kimsǝnin ki, mürşidi naqisüqul ola.

Ey xaliqin ǝmanǝtini zaye eylǝyǝn,
Layiqdir ada ol ki, zülumǝn-cǝhul ola.

Gǝr şǝrh edǝrsǝm ayǝti-hüsnün kitabını,
Hǝr bab içindǝ fǝslinǝ yüz min füsul ola.

Meracǝ çıxdı ruhi-Nǝsimi Buraq ilǝn,
Şol laşǝdǝn nǝ faidǝ kim, la-zǝlul ola?

* * *

Vǝchindǝ peydadır sǝnin ǝnvari-zati-kibriya,
Ol nurǝ qarşı daima şǝrmǝndǝdir şǝmsüzzüha.

Leyli cǝmalından cüda Mǝcnun kimi sǝrgǝştǝyǝm,
Fǝrhadivar istǝr könül Şirin dodağından şǝfa.

Cami-müsǝffadǝn mǝnǝ saqi içirdi bir qǝdǝh,
Sufi nǝ bilsin mǝn necǝ ol camdǝn buldum sǝfa.

Hǝr kim ki, tovhid ǝhlidir, ol didü vadid ǝhlidir,
Ruzi-ǝzǝldǝn ta ǝbǝd istǝr kamali-müntǝha.

Eynǝl-yǝqin hǝq sirrinǝ idrak edǝn insan mǝnǝm,
Ey mǝrifǝtdǝn bixǝbǝr, insafa gǝlgil, biriya.

Canı, cahanı sǝnsizin neylǝr Nǝsimi xǝstǝdil,
Sǝndǝn müdam ehsan umar, çün kim, gǝdadır binǝva.

Müəllif: İmadəddin NƏSİMİ

Hazırladı:Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Həqiqət Həqiqi – sevgidən güc alan xanım

HƏQİQƏT HƏQİQİ

HƏQİQƏT HƏQİQİ İLƏ MÜSAHİBƏ

1. Köhnə ildən razı qaldınızmı? 2022 -ci ildən gözləntiniz nələrdir?

2021 -ci il girəndən xərçəng xəstəliyi ilə üz -üzə dayandıq.
Buna baxmayaraq 2021 -ci ildən çox razı qaldım. Çünki bu il mənə doğmalarımın, yaxınlarımın və məni sevənlərin sevgisini bir daha sübut etdi. Mən sevgidən güc aldım. İl ərzində yazılan şerilərimin də əksəriyyəti bu mövzuda oldu.

2. Səhətiniz indi yaxşıdır bu şeirlərin baş qəhramanı sevgidir yoxsa özünüz?

Səhətim hal – hazırda yaxşıdır.
Əlbəttə ki, sevgidir. Yazdığım kimi, ətrafımdakı insanların sevgisi məni həyata qaytardı.

3. Bu xəstəliklə üz-üzə dayanmaq mübarizə aparmaq bu çətinlikləri gözə almaq oldumu sizi ruhdan salsın gücdən salsın sevginin gücünə inamınız çoxdur bu inam bir gün tükənsə?

Bu ağır xəstəliklə üz – üzə qalsam da sevginin gücü bütün ağrıları üstələdi. Əslində ruhumuz biri birini tamamlayır. Bu tükənməz bir sərvətdir!

4. Sizi sevənlərin arasında varmı sizi sevməyən belə deyək sizə qarşı düşmənçiliyi olsun?

Məni sevənlərin arasında yalnız xoş ünsiyyət var və düşmənçilik olsa belə mən o ədavəti görməzdən gələrəm. İnsanlarda da ayın görünməyən tərəfi kimi görmədiyimiz tərəflər var. Buna görə də mən heç vaxt heç kimlə ədavət aparmadım.

5. İnsanların o görmədiyiniz üzünü görsəydiniz bu sizi üzərdimi?

Xeyir, üzülməzdim, çünki, bu dünya məfi və müsbət üzərində qurulub.

6. Yaradıcılığınızda necə? Mənfi müsbətləri ayıra bilmisiniz? Oxucularınız o mənfi müsbətlə üz-üzə durmasın yormasın.

Əslində şeirlərimi seçmirəm. Hər misrası bir xatirə olduğu üçün. Oxucularıma gəldikdə isə onlar mənim şeirlərimin stunudur.

7. Oxuclarınız şeirlərinizin sütunu dediniz olub ki belə bir şey o sütunun içində bir çürük olsun şeirlərinizə irad tutsun?

Buna çürük demək olmaz, əlbəttə ki. Əslində sizin çürük dediyiniz insanlara təşəkkürüm sonsuzdur. Tənqid bir əlifba kimidir, öyrədir.

8. Olub siz kimisə yaxşı mənada tənqid edəsiniz bu belə olsa daha yaxşı olar qüsurunuz budur yaxşınız bu?

Əlbəttə ki, hər yazarın özünə məxsus yolu, rəng çaları var. Duyğulara toxunmuram.

9. Sizi yormadıq ki, oxuculara son sözünüz nə olardı?

Söhbət incə ruhdan gedirsə bu yolda yorulmaq bilmərəm. Oxucularıma və sizə öz təşəkkürümü bildirirəm!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

HƏQİQƏT HƏQİQİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mövlud Ağamməd – “Ömrün bənövşəsi” solmayan şair

Mövlud AĞAMMƏD – şair, pedaqoq.

MÖVLUD AĞAMMƏDLƏ MÜSAHİBƏ

1. 2021 -ci il necə ürəyinizcə oldu, yoxsa köhnə ildən gözlədiklərinizi 2022-ci ildən gözləyirsiniz?

Əlbəttə, ürəyimcə oldu ötən il mənim üçün. İkinci şeirlər kitabım işıq üzü gördü. 60 illk yubileyim qeyd olundu. “Zəfər yazanlar” şeir müsabiqəsində şeirim 3-cü yerə layiq görüldü. Yeni ili daha uğurlu olmasını arzu edirəm.

2. Birinci və ikinci kitablar sizcə hansı daha uğurlu oldu oxucular necə qarşıladı?

Əlbəttə, hər ikisi uğurlu oldu, deyərdim. Çünki ilk kitabım “Sən ömrümün bənövşəsi”ndə heca vəznli şeirlərim yer almışdı. İkinci-“Ey gülüm, can həmdəmim” kitabında əruz vəznli şeirlərim toplanıb.

3. Gələk kitablarınızın adına bir özəl səbəbi var, “ömrünüzün bənövşəsi” solsun can həmdəminiz sizdən uzaq düşsün?

Özəldir, təbii ki. Bənövşə tez açar, tez solar, ancaq mənim ömrümün bənövşəsi həmişə təzə-tərdir. Ayrı düşsək də bir təndə bir canımdır mənim.

4. İstərdiniz canımdır dediyiniz bircə günlüyə sizi görməyə gəlsin deyirlər bir qəhvənin min illik xətri vardır? Amma səmimi?

Son ölən ümid olar, deyiblər. Bəlkə də, bu qisməti yaşayacağam nə vaxtsa…

5. Qismətin sınağına imtahan vermək nə zamansa sizi yorsa?

Mən bu sınaqla yaşayıram, bir ömür sonra da yaşayaram. Ancaq yorulmaram.

6. “Zəfər yazanlar” müsabiqəsində şeirinizin üçüncü olması sizi bir an olsun düşündürüb; üçüncü yox, kaş birinci olsaydı deyə?

Əlbəttə, hədəf ilk olmaq idi. Düşünürəm ki, gələcəkdə buna nail olaram.

7. Nail olmaq istədiyiniz başqa nələr var, yaxınlaşdığınızda bir əngəl çıxsın?

Çox istərdim şeirlərimə mahnılar bəstələnsin, qoşma, gəraylılarım aşıqlar tərəfindən ifa olunsun. Əlbəttə, əngəl deməzdim, ancaq maddi imkanların məhdudluğu hələ ki, buna yol vermir.

8. Hansı şeirinizə istərdiniz mahnı bəstələnsin, hər onu dinlədiyinizdə sizə can həmdəminizi xatırlatsın?

Konkret hansı şeir olduğunu deməkdə, düzü, çətinlik çəkirəm. Elə adları göstərilən şeirlər daha uğurlu olardı, məncə yəni kitablara adları verilən…

9. Yaradıcılığınızda uğursuz saydığınız şeirlər var, oxuduğunuzda ürəyinizcə olmasın?

Əlbəttə, var. Ancaq bu məni qətiyyən kədərləndirmir. Hətta onlardan bir neçəsini kitaba da əlavə etmişəm.

10. İnsan bəzən uzaqlara alışar bir gözlənti belə ona ümid işığı olar kitablarınızdan ona ayırmısınızmı? Nə zamansa gəlsə verəsiniz?

Əslində, bu kitablar onun özüdür mənim üçün. Onun gəlişi özü ilə bərabər məni də özümə qaytarar.

11. Sizə öz minnətdarlığımızı bildirirəm son sözünüz nə olardı oxucularınıza?

Mən Sizə təşəkkür edirəm.
Oxuculara sözüm çoxdur. Şairin hər şeiri bir nəsihətdir. Sevsinlər Vətənimizi, qorusunlar müstəqilliyimizi bu günkündən də çox. Biz buna qadirik.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI


MÖVLUD AĞAMMƏDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ədalət naminə yazan şair

Ədalət NAMİNƏ ( Əkbər Ağayev ) – Şair.

Ədalət naminə yazan şair

1. Xoş gördük Əkbər müəllim. Sizi tanıyaq?
Mən Əkbər Ağayev 1962- ci il fevralın 26 da Hacıqabul rayon Muğan qəsəbəsində anadan olmuşam.
orta təhsilliyəm ailəliyəm üç oğlum bir qızım var.

2. Orta təhsilliyəm dediniz qiymətləriniz necə idi?
O, da demək olar orta 5,4,3,

3. Necə oldu ədəbiyyata maraq yarandı? Ailə də ədəbiyyata marağı olan var idi?
Bəli atam, qardaşım bacım şeirlər yazırdılar. Mən də orta məktəb illərində şeirlər yazırdım. Lakin uzun müddət ara verməli oldum. 2006 -cı ildən sosial şəbəkəyə gələndən yenidən yazmağa başladım. dostluğuma demək olar ki şairləri qəbul edirdim. Abdulla Cəfər, Hacı Gülqardaş, Arif Cəfərov, Zahir Ağayev, Qafqaz Quruçaylının şeirlərini oxuduqca içimdəki şeiryyata olan həfəs oyanmağa başladı.

4. Üç oğul atası olmaq necə bir hissdir onların ədəbiyyata marağı var yoxsa peşələri ayrıdır?
Əvvalə onu deyim ki, oğul düşmən gözünə batan oxdur. Bir oğlum 14 ildir ki vətənin keşiyində durur. Kiçik oğlum şeir və qəzəl yazır. Üçü də qürur yerimdir…

5. Aranızda bir rəqabət olur təbii ki bir evdə iki yazan çətin olmur dadlı bir rəqabət təbii ki?
Yox, rəqabət olmur. Əksinə bir- birimizə lazım olanda məsləhət veririk.

6. Dostlarınız necə sizə qarşı vəfalıdır siz dostlarınıza qarşı necəsiniz?
Dar günümün dayağı olub dostlarım. Mən hər kəslə dostluq etmirəm, etdiyim kəslərə də sadiqəm…

7. Gənc yazarlarla münasibətiniz necədir qane edir sizi? Yazdıqları…
Nə deyim, gənc yazarların eləsi var ki, dünən başlayıb şeir yazmağa adının önündə şair filankəs yazıb, hansı ki, şeirlərinə baxanda adamı ağlamaq tutur heca səhvi, şəkilçidən qafiyə qurur heç bölgü nədir bilmir poeziyamızı məhvə aparırlar (gənc yazarlar içərsində ) xanımlar üstünlük tuturlar onlara münasibətim müsbətdir yaxşı yazırlar. Gərək hər şeyi Ədalət Naminə deyəsən:

Səsinə səs verən, həyan yoxdusa
Yazdığın şeiri, duyan yoxdusa.
Səni şair bilib, sayan yoxdusa,
Atılıb düşməyin, nə mənası var.

8. Kitab çapı necə düşünürsünüz yoxsa var kitablarınız?
Kitabım yoxdur, hələ mən ona hazır deyiləm, söhbət maddi tərəfdən getmir. Zehini tərəfdən hazır deyiləm, kitab rəfdə qalmamalıdır. Əldən ələ gəzməlidir.

9. Saxta təriflərə reaksiyanız necədir? Saxta təriflərə ehtiyac duymusunuz….
Bir zaman sosial şəbəkələrdə də saxta təriflərə qarşı çıxdım, amma xeyri olmadı, tərifdən çox tənqidə önəm verirəm. Çünki tənqid mənim püxtələşməyimə stimul, verir təkan verir…

10. Sərt tənqid sizi üzər yoxsa maraqlıdır?
Sərt tənqid insanı ruhdan salar, həmçinin məni də, sərt tənqid edən sənə paxıllıq edəndir ki, O, əsəbi şəkildə deyir səhvlərimi sadə və yumşaq deyən mənim dostumdur.

11. Sizi çox yormayaq sizi bilib tanıyanlara dostlarınıza son sözünüz nə olardı, bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?
Hər kəsə ədalətli olmağı arzu edirəm, məhz buna görə də Ədalət Naminə, özümə təxəllüs götürdüm, haqq ədalət yolunda mübariz olmaq şərəfli işdir. Sizə də təşəkkür edirəm. Mənə görə dəyərli vaxtınızı ayırmısız, çox sağ olun.

Əkbər Ağayevdən (Ədalət NAMİNƏ) bir neçə şeir:

Mən şair deyiləm şeir yazıram,
Şər böhtan yazmıram, xeyir yazıram,
Haqdan bir səs gəlir, deyir yazıram,
Ədalət Naminə qanun naminə .
* * *
Hərdənbir həddimi mən də aşıram,
Düz yoldan çıxıram yolu çaşıram,
Xəyalən kimləsə hey dalaşıram,
Ədalət Naminə qanun naminə.
* * *
Sevmədim heç zaman qanun pozanı ,
Ayağlar altını eşib qazanı,
Sevirəm ölçünü düzü mizanı,
Ədalət Naminə qanun naminə.
* * *
Ömrümü yarıdan ötürmüşəm mən,
Cavanlıq çağımı bitirmişəm mən,
Əkbərəm təxəllüs götürmüşəm mən,
Ədalət Naminə qanun naminə .

Bilməsin
Quran mənim imam mənim can, mənim ,
Şəhid mənim şərəf mənim qan mənim,
Sabah mənim şəfəq mənim dan mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Vətən mənim torpaq mənim yurd mənim,
Aslan mənim pələng mənim qurd mənim,
Ləzgi mənim Talış mənim Kürd mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Qeyrət mənim namus mənim ar mənim,
Yaxşı mənim yaman mənim xar mənim,
O tay bu tay çox millətim var mənim,
Bilən bilir kimsə bilmir bilməsin.
* * *
Ürək mənim atəş mənim köz mənim,
Abır mənim həya mənim üz mənim,
Şeir mənim cümlə mənim söz mənim,
Bilən bilir kimsə bilmir bilməsin .

Qardaşım
Çox müsübət zillət çəkibdir başım,
Bilməzdim bu qədər ağırmış daşım.
Kefimdən çıxmadım uca dağlara
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
“Haqq deyən şairi sərpa soydular”.*
Nə olsun sonra da heykəl qoydular,
İndi dı çox olur hoydu- hoydular,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
Şairin həyatı dərbədər olur,
İçində ah nalə dərd kədər olur,
Sevincli günləri bir qədər olur,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
İlhamı qəm qüssə dərd olur qardaş,
Günləri pərişan pərt olur qardaş,
Yayı da qış kimi sərt olur qardaş,
Mənə bəxtəvərsən deyən qardaşım.
* * *
İndiki zamanda dpnəmdə mənim,
Dağ boyda dağım var sunəmdə mənim,
Düşmən at oynadır binəmdə mənim,
Mənə bəxtəvərsən deyən qardaşım.

*Nəsimidən gedir söhbət.

Dağların
Hey baxdıqca qəlbim yanır odlanır
İsti olur yayı bizim dağların.
Bir yeri var haramı dağ adlanır
Çox da deyil sayı bizim dağların.
* * *
Yamacları yaşıl olmur boz olur,
Yay uzunu hər tərəfi toz olur,
Aran yeri şoran olur duz olur,
Toz torpağdı layı bizim dağların.
* * *
Şəlalədən danışmağa lüzüm yox,
Tərif üçün bircə kəlmə sözüm yox,
Bulağında nə çayında gözüm yox,
Lilli axır çayı bizim dağların.
* * *
Şeytan deyir ev eşiyi ” sat” getsin,
İstəyinə muradına “çat” getsin,
Kəs ayların onbirini “at ” getsin,
Gözəl olur mayı bizim dağların.
Yoxdu vallah tayı bizim dağların.

Ps : Şairin oğlu da şeirlər qəzəllər yazır ona da yeni yaradıcılıq uğurları arzulayıram.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

ƏDALƏT NAMİNƏNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sənəm Səbayel – Gözəl ürək sahibi

SƏNƏM SƏBAYEL – şair, yazar.

Sənəm Səbayellə müsahibə

1. Əlbbəttə də ki oxucularınız sizi çox yaxşı tanıyır oxuyur yenə də sizi tanımaq xoş olar?

Xoş gördük. Mən Sənəm Səbayel. (Səfərova Sənəm Nəcəf qızı.) Ağstafa rayonunun Göyçəli kəndində doğulmuşam. Ailədə tək uşaq olmuşam. 13 yaşımda doğulduğum kənddən köçmüşük. Ancaq o dağətəyi kəndəki 13 yaşlı qızcığazı hələ də daxili dünyamda qoruyub saxlayıram.
Radio verilişlərinin birində bir şeirimi oxudum. Orda aparıcı iki misranın üzərində dayandı:-

Yarpağın yanaqdan gizli öpüşü,
Sirr kimi saxlandı, ormanda qaldı…

Aparıcı soruşdu daha nəyin qaldı? Dedim kəndin ayağında bir bulaq varıydı, Vəzuha bulağı deyirdilər. Yayda qonşu qızlarla o bulağın üstündə qaynar asıb saçımızı yuyardıq. Darayanda çıxan saçı daraqdan alıb ordakı çəpərin üstünə atmışam, bir də o saç qalıb orda…
Nə isə…Yenə fikrim köhlən atını çapıb apardı məni kəndimizə. ( Ali təhsilliyəm. Bakıda yaşayıram. 4 övladım, 7 nəvəm var. )

2. Necə oldu? Ədəbiyyata marağınız yarandı ədəbiyyat sizi özünə çəkdi?

Əslində ədəbiyyat bizim ruhumuza ana laylasıynan, eşidib dərk elədiyimiz ilk sözlərnən hopur. Yəni dilimiz açılanda artıq ədəbiyyatın içində oluruq. Ancaq hər ana dilində danışıb fikrini ifadə edən, hətta şeirə bənzər nələrisə yazan, adi hadisələri nəsr adıynan oxucuya “sırımaq” istəyən hər kəs ədəbiyyat adamı olmur. Mənə sırf ədəbiyyata marağı doğulduğum kəndin orta məktəbində dil- ədəbiyyatdan dərs deyən Aşurov Fərhad müəllim olub. Ruhu şad olsun. o vaxtın balaca, dəcəl, qıvrım saçlı qızcığazı Sənəmin bu günkü Sənəm Səbayel olacağına inanırdı…

3. Yazdığınız ilk şeir yadınızdadırmı…

İlk şeir…Bilirsizmi, məncə ilk şeir ilk məhəbbət kimidir, heç vaxt unudulmur. İlk şeirimi beşinci sinifdə oxuyanda bənövşəyə yazmışam. Hamıdan gizlətmişəm. Ümumiyyətlə mən şeirlərimi gizlədirdim. Bilmirəm niyəsə utanırdım şeir yazıram deməyə. Heç yadımdan çıxmır,bir dəfə şeir dəftərim təsadüfən Fərhad müəllimin əlinə düşmüşdü. Oxuyub bəyənmişdi. Məktəbdə, də, sinifdə də “sirrimin” üstü açılmışdı. Utandığımdan iki gün məktəbə getmədim.)

4. Evdə necə qarşı çaxanlar oldu şeir yazmağınıza? Narazlıq olsun…və ya iradını bildirsinlər səndən olmaz şeirin daşını at?

Nə uşaq vaxtı, nə də ailə qurana qədər mənə sədd çəkən olmayıb. Ailə qurandan sonra çox ciddi etiraz ediblər, həyat yoldaşım da, ailəsi də. Biz öz taleyimizi özümüz yazmırıq, yazılanı yaşayırıq. Mən də onların bu tələbiynən razılaşdım. Sovetlər dönəmində yaşayanlar bilərlər, o vaxtlar meşin üzlü, 96 vərəqli dəftərlər vardı. İki dəftər şeirimi gözümün qabağında odun peçinə atıb yandırdılar. Dünyam başıma uçdu onda…Mən onlara etiraz etmədim, istedadıma görə mübarizə aparmadım. Ona görə yox ki, aciziydim, zəifiydim, çarəsiziydim. Mən çox mübariz və möhkəm adamam. Ona görə razılaşdım ki, mənim düşüncəmə görə bütün istedadlar, bütün sənət növləri insanlara xidmət eliyir. İnsanların da sənə ən yaxını gecə yatanda üzünə baxıb yuxuya getdiyin, səhər oyananda ilk gördüyün kəsdir. Adama həyat yoldaşından mərhəm və yaxın heç kim yoxdur. Mənim istedadım mənə ən yaxın adama xoş deyildisə, başqaları maraqlı deyildi. Ancaq söz adamları bilirlər, söz söz sahibini asanlıqla tərk etmir. Mən gizlicə şeirlər yazırdım, ən çox halıma uyğun bayatılar yazırdım və oxuyub ağlaya-ağlaya cırırdım. Bir neçə dəfə rəhmətlik qaynanam görübmüş. Qonşu arvadlara deyirmiş ki, gəlin tezdən durub cadu yazır.)))
Yazıq qaynanamda günah görmürəm, ömrü boyu yaşadığı kənddən çıxmamışdı. Mən də intuisyalı adamam. Bir neçə dəfə əvvəlcədən nə demişdimsə olmuşdu. Yazıq qadın da görəndə ki, mən nəsə yazıb gizlədirəm, özü bildiyi səmtə yozmuşdu. Beləliklə uzun illər sizin dediyiniz kimi şeirin “daşını” atmağa məcbur oldum…Tək ailə başçısı “titulu” qazanandan sonra yenidən başladım yazmağa. Bilmirəm, hansısa dahinin fikridi, deyir “İstedad dəmir kimidi işlənməyəndə pas atır.” Mən bu pası təmizləyib ədəbi mühitə yenidən gəldim. Şükürlər olsun ki, sözümün bəxti özümün bəxtimdən kəsərli oldu.

5. İlk oxucunuz kim olub Ana Ata yoxsa yazdıqlarınızı üzə çıxartmaq biraz sizi həyacanladırır elə yazıb bir kənara qoyurdunuz?

Söz adamlarında ilk oxucu arzusu həmişə uğurlu olmur. Çoxumuz qələmdən təzə süzülən yazımızı başı çıxan, ruhu olan, anlayışlı birinə oxumaq istəyirik. Bu hamıya nəsib olmur. Ailəmdə ilk oxucum olmayıb və yoxdur. İlk oxucum yazdığımı ilk oxuyan oxucudur. Onun da kimliyini bilmək mümkün deyil.

6. Məktəb illərinizi necə xatırlayırsınız parta yoldışınızı necə Müəllimlərinizin sevimli şagirdi idiniz yoxsa dəcəl? Biri kimi xatırlayırlar Müəllimləriniz sizi?

Məktəb illəri…Məndə bu illər tam deyil, ikiyə parçalanıb. Doğulduğum kənddə 8-ci sinifə qədər oxumuşam. Parta yoldaşım Tərifə adlı qonşu qız idi. Məktəbə də bir gedib gələrdik. O da yaxşı oxuyurdu. Məndən fərqli olaraq o çox sakit idi.
Mən əlaçı idim. Rayon üzrə keçirilən olimpiyadaların hamısında iştirak edirdim və birincilik qazanırdım. Təkcə fizika və həndəsəyə aid olanlarda birincilik götürə bilmirdim. Çünki həndəsi fiqurları, sxemləri çəkə bilmirdim. Mən indi də xətkeşlə belə olsun düz xətt çəkə bilmirəm.)) Saatlarnan əzbərdən şeir deyərəm, klassiklərin yaradıcılığından danışaram, ancaq bir alma şəkli çəkə bilmərəm. Amma rəsm əsərlərini başa düşürəm, oxuya bilirəm. Maraqlıdı ki, mən həm də babat dərziyəm. Parçanı lazım olduğu kimi kəsib istədiyim formanı alıram. Nə bilim, beləyəm də…
Müəllimlərimin sevimlisi olmuşam həmişə. İstər orta məktəbdə, istərsə tələbə vaxtı. Arada dərsdən qaçmağım olurdu, yaxşı oxuyurdum deyə keçirdilər günahımdan. Sinif yoldaşlarımdan Bakıda olanlar var, indi də arada zəngləşib görüşürük.
Məktəb illərindən ən yadda qalan hadisə isə, məndən arxada oturan oğlanın hörüyümü partaya bağlamağıdır. Mənim saçım uzun idi…

7. Neçə uşaq olmusunuz Ailədə böyüyü sizsniz yoxsa evin kiçiyi olmusunuz?

Mən evin həm böyüyü, həm kiçiyi olmuşam…Yuxarıda da dediyim kimi, ailədə tək uşaq olmuşam. Atasız böyümüşəm. Atasız uşaqlara həyat “dədəlik” eliyir, bərkə-boşa çəkir, çətin sınaqlarnan sınayır. Zəif olanları bağışlamır, əzir. Güclü olanlar, sınaqlarda sınmayanlar öz ayaqlarının üstündə durmağı, daha da möhkəm olmağı, hər işdə Allaha sığınıb özünə güvənməyi öyrənirlər. Mən də hələ ki, həyat imtahanlarında üzü ağ çıxıram. Ümumilikdə xoşbəxt adamam.

8. Ata Ananız necə övladlarına qarşı sərt idi sənəm xanım?

Atam olmayıb. Məni nənəm saxlayıb. Nənəm çox sevərdi məni. Anam sərt adamdı. İndi 85 yaşı var. Yenə də hər yeyin onun istədiyi kimi olmasını tələb edir.

9. Həyat da təssüfləndiyiniz şeylər olub hər onu xatırladıqca təssüflənəsiniz?

Həyatdı da…Ancaq ölülər və doğulmayanlar səhv eləmirlər. Təbii ki, təəssüf etdiyim şeylər var, həm də çox. Mənim bir şeirim var, yazmışam ki, :- Məni göydə basdırarsız, yerdə yer azdı. Bir dəfə canlı yayımda bu şeiri oxuyurdum bir tamaşaçı efirə zəng eliyib dedi ki, gözəl bacım, dəyərli şairəmiz, sizin yeriniz bizlərin ürəyimizdədi. Xahiş eliyirəm bu şeiri televiziyalarda, radioda demə. Bizim bələdiyyə sədri eşidib gedib göyü də satacaq. ilk baxışdan bir yumor kimi görünür. Ancaq təəssüfləndiyim ən çox ictimai bəlalarımızdan biridir vətəndaşın dediyi…
Xatırladıqca təəssüfləndiyim ən çox ikinci Qarabağ müharibəsinin heç birində cəbhədə əsgərlərimizlə birlikdə olub, savaşlarda iştirak edə bilməməyimdi. Bilirəm, sizlərə qəribə gələcək, ancaq mən tam səmimiyəm. Mənim 4 övladım var. Birinci savaşda yaşım da, sağlamlığım da, gücüm də savaşda yaralılara kömək etməyə imkan verirdi. Ancaq uşaqlarım balaca idilər, onları tapşırıb getməyə isə heç kimim yox idi…Ən böyük təəssüfüm budu.

10. Dostlarınızla aranız necədir sənəm xanımın dostları vəfalıdırlarmı?

Taleyimin dost payından razıyam. Allahıma şükürlər olsun ki, yaxşı dostlarım var. Mən dostlarıma güvənirəm. Demək olar ki, ölkənin hər bölgəsində dostlarım, məni sevə-sevə qarşılayacaq dost ailələri, dost evləri var. Ümumiyyətlə, mənim fikrimcə mən arzu olunan adamam. Ölkədən xaricdə də dostlarım var. Təbii ki, söz adamlarıdırlar.
Vəfalılığa gəldikdə isə, vəfasızdan dost olmaz ki…Belələri özləri həyatımdan silinib gedirlər. Heç tanış kimi də qalmırlar.

11. Nəsr də özünüzünüzü sınamısınız?

Bəli, sınamışam. Povest və hekayələrim var. Nəzmə sığışdırıb deyə bilmədiklərimi nəsrdə deyirəm. “Şahanə” povestimi rəhmətlik Əlibala Hacızadə mətbuatdan oxumuşdu və müsahibəsində povest barədə yüksək fikir söyləmişdi. Onda mən Əlibala Hacızadəni həyatda görməmişdim. Çox həyacanlanmışdım. Gərək böyük yazarların verdiyi dəyəri qoruyub saxlayasan axı, etimadlarını doğruldasan. Nəsrdə də əsas mövzum Qarabağ mövzusu olub. Təbii ki, həm də ədəbiyyatın əzəli və əbədi mövzusu, məhəbbət mövzusu da var.

12. Sizi düşündürən mövzular nələrdir kimləri mütailə edirsiniz son günlər?

Məni düşündürən əsasən ictimai bəlalardır, cəmiyyətdir, təhsildir, vətəndir, vətəndaşdır…
Klassikləri də, çağdaş ədəbiyyatımızı mütaliə eliyirəm. Təbii ki, imkanım daxilində. Əvvəlki kimi davamlı mütaliə etmirəm. Yaş da işini görüb, ailə də.

13. Gənc yazarlar sənəm xanımı qane edir yoxsa sadəcə oxucuların gözünü boyayırlar…

Mən gəncləri çox sevirəm, onlara dəyər verirəm, güvənirəm. Hər mənada…
Yaradıcılıqda da istedadlı gənclərimiz çoxdu. Mən arabir gənclər arasında keçirilən şeir müsabiqələrinə münsif kimi dəvət olunuram. İnanın, çox istedadlıları var. Ancaq sizin də dediyiniz kimi gözboyamaq istəyənlər də var. Belələri zamanın ələyindən-xəlbirindən keçib ədəbiyyat adamı ola bilməyəcəklər. “Gözboyayanlar” yaşlı nəsildə də var, həmişə olub və olacaq.
Gənclərimizə həyat yollarında uğurlar arzulayıram.

14. Son olaraq nəşiryyatlarımızın durumu göz açandır nələr düşünürsünüz…

Bu bir az mənim sahəm deyil, ancaq ümumi fikrimi deyə bilərəm. Nəşriyyatlar özləri özlərini maliyələşdirir deyə, kim pulunu verirsə nə olsa çap elətdirə bilir. Fərq eləməz nə yazıb, pulunu verir kitabını aparır. Ancaq əvvəllər, sovetlər dönəmində belə deyildi, senzura varıydı, nəşriyyatlar çapa görə məsuliyyət daşıyırdılar. Dövlət maliyyəsi alırdılar. Yazdığımız çap olunanda qanorar alırdıq. Bu yaxşı idi. İndi yazar həm bədii əsər yazır, ömrünü, canının cövhərini, gözünün nurunu xərcləyir, həm də yazdığını çap etdirmək üçün pul verməli olur…
Neçə ildi bir kitablıq yazım var, çap elətdirə bilmirəm. Elə qiymət deyirlər ki, adamın əli gəlmir o pulu versin. Nə isə…Buna da bir düzəliş olar yəqin. Hər şey düzələr

Müsahibəyə görə sizə təşəkkür eliyirəm. Oxuyanlara yenidən görüşmək ümidi ilə Allaha əmanət olun deyirəm. Söz ömrü, söz qüdrəti, söz ucalığı yaşayasız.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

SƏNƏM SƏBAYELİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru