Nazlı Çələbi ilə müsahibə
1. İnsanlara tez inanırsınız? Belə deyək inandığınız hər hansı biri inamınızı boşa çıxardıb?
İnsanlara inanıram. Çünki mən də insanam və heç kimi aldatmıram. Kimsə barədə onu tanımadan sui-zənn edə bilmərəm. İnamımdan istifadə edənlər olub təbii ki, amma murdar əməllərin üstü tez açılıb, rəzil olublar
2. Gözəlliyinizə güvənirsiniz? Heç olub günəşə sən çıxma mən çıxım deyəsiniz?
İnsan gözəlliyinə yox, ağlına, iradəsinə, elminə güvənər. Gözəllik isə qəlb işidir. Birinə gözəl, digərinə çirkin görünə bilərəm. Günəşə qarşı da belə iddiada olmamışam.
3. Bu günə kimi olub? Ürəyinizi oxuyan biri olsun sizi bir sözlə belə anlasın?
Ürəyimi oxuyan yox, amma fikirlərimiz ûst-ûstə düşən, dünya görüşümüz eyni olan adamlar olub.
4. Gözə aldığınız çətinliklərin yorğunluğuna təssüfləndiyiniz olub?
Əgər hansısa işdə çətinliyi gözə almışamsa, yorğunluğu da normal hesab edirəm, heç təəssüflənmədim.
5. Dostluğa sadiq birisiniz? Dostun acı sözünə üzlmüsünüz? Ona qarşı reaksiyanız sərt olsun?
Dostluğa sadiqəm. Dostun acı sözü həqiqətdirsə qəti buna üzülməmişəm. Sərt reaksiyanı isə barəmdə böhtan deyənlərə göstərirəm
6. Elə bir dərdiniz olubmu ki, onu bir şokoladla unudasınız? Hər şeyə rəğmən gülümsəyəsiniz?
Şokoladla dərd unutmamışam, amma hər şeyə rəğmən həmişə gülümsəməyə çalışmışam.
7. Tənqidə açıqsınız? Sərt tənqidi qəbul edirsiniz?
Tənqidə açığam, lakin bir şərtlə ki, məni yox, gördüyüm iş tənqid edələr. Tənqid edən şəxs də, gördüyüm işin peşəkarı olmalıdır. Yalnız bu halda sağlam tənqid qəbul edilə bilər.
8. Aynalara küsdüyünüz olub? Günlərlə aynaya yaxın durmayasınız?
Xeyir, aynalardan heç küsmədim.
9. Həyatda ən çox həzz aldığınız bir şeydən İkinci dəfə həzz almaq olarmı sizcə?
Əgər nədənsə həzz alıramsa, deməli bu davamlı olacaq
10. Həsaslığınıza yenik düşdüyünüz olub heç kimsə bilməsin kimsə duymasın özünüzdə saxlı olsun? Səmimi…
Heç bir hissimə yenik düşməmişəm, qəzəbimdən başqa.
Söhbətləşdi: Alik DƏNİZSEVƏR
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru