Kateqoriya arxivləri: GİZLİ ADLAR

Bircə Xanım: And içmişəm…

And içmişəm…
Xankəndində özümə iri bağı olan həyət evi alacam.
Həmən bağda çoxlu qoz- fındıq ağacları əkəcəm.
( kimsə gəlib Vəz….un qozları zad yazsa , həmən blok..)
Bağımın ağacları belə bar verəndə şəklini çəkib paylaşacam.
Dəniz Çiçəyi şişirdəcəm. Düz bir ay ceviz toplayacam , heç bundan yorulmayacam.

Orda qəşşşəng bir ev tikəcəm , Vüsal Oğuzun qonaqlar üçün tikdiyi evini döyəcək.
Qızıl Əhmədi almalarım Nargilə Rəhman almalarını xaralda saraldacaq…
Yuvamın ağbirçəyi mənim gözəl anam Azəri Həsənxani hamınıza üzərlik yandıracaq.
Evimin küləfirəngisindən baxacam eeee, mənim gözəl diyarıma.
İmarətimin gəvəli- kilimli yerindən Alov Inanna Eyvazova bütün şəhərə Şaman duaları oxuyacaq.

Ay toooova, şer də yazacam, direktor da olacam, molberti balkonumda qoyub rəsm də çəkəcəm, hələ arada saz da çalacam. Qoy Elşən Əzim in bağrı çatlasın.

Eləcə sevgi şerləri yazacam . Xa Nım hər gün öz dəniziylə sinəmə çəkdiyi dağın, yaranın yerini Qalanın havası sağaldacaq. Şəkillərimlə onun da işinə baxacam.

Bütün günü nə danışsam, altından həmən adımı yazacam. Məsələn, Təranə, dur mənə çay süz, müəllif Bircə…

Əziz qardaşım Fazil Yusif kimi , maaşımı başı bitli uşaqlara xərcləyəcəm.

Bağımdakı kirpiləri Azər Azer Qismetə göndərəcəm.
Çiyələk ləkələrim yetişən kimi Rəbiqə xanımı başının dəstəsiylə çağıracam.

Adilə Nəzər Xankəndini bir günə gəzib qutara bilməz, Aləmzər xanımla bir xeyli qalarlar, gəzib çiçək yığallar. Narıngül Nadir qəşəng donlarını geyinib şəhərin küçələrində gəzəcək, mən də düşəcəm dalınca ki, günortadı, gəlin Qarabağ basdırması yeyək.

Bəsti İsmayıla özüm samovar qaynadacam. Besti Elibeylini özüm bilirəm neyliyəcəm. Onu Ərim gəldidə arı pətəklərinin yanında üşüdəcəm.

Şərq otağımı Qismət Rüstəmovun ixtiyarına verəcəm ki, bütün günü orda Prustdan , Kafkadan , Nobelli yazarlardan mühazirələr oxusun.

Sonra tərcümələr eliyəcəm.
Həəəə, nolsun ki, dil bilmirəm. Guya hamı dil bilir????

İçində istədiyimi yazıb , kitabın üstünə V. Vulf, C. Ostin , Banin, Bunun yazacam.
Onsuz da içini axtaran olmur ki.

Pul yığıb özümə çoxlu titullar alacam.
Fəlsəfə mürəbbəbişirəni, Qvatemalanın fəxri vətəndaşı, Afrika qadın yazarlarının məşşatəsi,
Çexovun palatasının medsestrası…
Çox eee, lap çox.

Şuşa Dram teatrında tamaşalarımı səhnələşdirəcəm. Biletləri burdakı bütün dostlarıma paylayacam.

Adını yazmadığım dostlarım məndən inciməsinlər.
Bu bir zarafatdı .
Hamınızın xətri çox əzizdi…

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bircə Xanımdan tövsiyə

Bircə Xanım yazır:
“Ən yaxşı şeyləri müəyyən yaşıma qədır özümə qıymadım.
Məsələn, ən gözəl yeməyi bişirdim, oğlum dərsdən gəlməyincə qazanın ağzını açmadım.
Yavan çörək gəvələdim, o gələndə ,iştahım çoxdan ölmüş olurdu. Guya mən dolu qazandan onsuz bir tikə yesəydim, dünya dağılacaqdı?..

Onu evdə qoyub kollektivlə heç bir gəzməyə getmədim. Qaz, su, işıq, zəlzələ qorxusundan…

İş yoldaşlarımla axşam yeməyinə belə gedə bilmədim. Düşündüm ki, mənim soyuducumda bir qazan sup var, mən oğlumsuz necə gedib kabab yeyərəm.
Hər şeyi (kitab oxumaqdan savayı) saxladım o evlənəndən sonraya.
Oğlumun bal ayına aldığım biletin məbləğinə iş yoldaşım ev aldı.
Mənim iyirmi günlük bir gəzintiyə verdiyim pul hələ də onu yandırır, mən qətiyyən peşman deyiləm.

Mən öz səyahətlərimi də saxladım yarı yaşdan sonraya.
Bax buna çox heyif…
Gərək eləməzdim.
Heç olmasa sizlər eləməyin.

Çünki o yaşdan sonra sağlamlıq əl vermir. Ruh , həvəs, maraq sanki yasa batır.
Adamı qəribə bir ərincəklik basır. Yuxu saatın, ayıq saatından lap çox olur.

Yanından yel ötən kimi xəstələnirsən, yaşdan doğan bir vasvasılıq, eybəcərlik hakim olur xarakterinə.
Çoxunun bişirdiyini yeyə bilmirsən, bəzi yerlərin yatağında yata bilmirsən.

Gənc olanda bu şeylər haqda heç düşünmürsən.

Dediyim o ki, uşağınızla bərabər həyatın dadını çıxardın. Onun böyüməsini gözləməyin. Özünüzü də yekəldərək çox şeydən mərhum eləməyin.

P.S. Bir il iki ay əvvəl Naxçıvana getdim, hələ də özümü sağalda bilmirəm.
Bütün dəlilikləri vaxtında eləyin.”

Mənbə: Afaq Zeynallı

Müəllif: Bircə XANIM

BİRCƏ XANIMIN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru