Kateqoriya arxivləri: Sərvanə Dağtumas

Sərvanə Dağtumas. Ədəbiyyatın qəbul edə bilmədiyi yazıçı Qaraqanın “Gözəlçə” hekayəsində intihara aparan yol.

Ədəbiyyatın qəbul edə bilmədiyi yazıçı Qaraqanın “Gözəlçə” hekayəsində intihara aparan yol

Qaraqan (Elxan Zeynallı) həm yazıçı, həm də repçi kimi fəaliyyət göstərib. HOST (hava, od,su, torpaq) rep qrupunun üzvü olub. O, yeraltı (underground) ədəbiyyatın nümayəndəsidir. Onun yaradıcılığında oxucu, dinləyici həyatın hər üzü ilə tanış olurdu. Sevginin, nifrətin, kədərin, qəzəbin nə olduğunu öyrənirdi. Qaraqanla tanış olan, onu dərk edən kütlə hər şeyə “niyə?” sualını verərək, həyatını yaşayır, həyatı sorğulayır. Qaraqanın yaradıcılığı neçə insana ilham verdi, dayaq oldu. Onun üçün rep və qələm bir vasitə idi. O, bu yolla insanların paslanmış və qəlibləşmiş düşüncələrini dəyişməyə çalışırdı. Gördü ki, dəyişmək çətin bir prosesdir, ölkədən getməyi seçdi.

Onun kitabları illərlə orta məktəblərdə qadağan olundu, onu oxuyanlara, dinləyənlərə töhmət verildi, çünki o doğruları deyirdi, çəkinmirdi. Cəmiyyət tərəfindən doğru danışanlar dışlanıb, ancaq bugün orta məktəb dərsliyində onun gənc yazıçı kimi adının çəkilməsi böyük uğurdur. Mən oxucuları onun “Gözəlçə” hekayəsi ilə tanış edəcəm.

“Gözəlçə” hekayəsi şüur axını ədəbiyyatıdır. Yazıçı bizi qəhrəmanın baxça, məktəb daha sonra universitet həyatı ilə tanış edir. Bunların fonunda qəhrəmanın ailə həyatı, uşaqlıq travmaları paralel verilir. Əsəri oxuyanda qəhrəmanın ilk başda narsist olduğunu düşünürsən. O, özünü çoxundan üstün görürdü. Həmişə onu çox istəyiblər. Valideynləri ona gözəlçə, mələk deyiblər. Baxçada onunla mübahisə edən yoldaşlarında günah görmürdü, düşünürdü ki, bu, onların paxıllığının əlamətidir.Vaxtını güzgüyə baxmaqla keçirirdi, özünü ideal hesab edirdi, sinif yoldaşlarının onun üçün darıxdığını düşünürdü.

Daha sonra məlum olur ki, adsız gözəlçəmiz gözəllik müsabiqəsindən uğurla keçə bilməyib. Hekayədə incə bir nüans var. Atanın işlətdiyi ifadə: “qızım, gözəllik müsabiqəsi hara, sən hara?”. İplər həmin an çözülür. O, dəqiqə başa düşürsən ki, xanım atasından dəyər görmür, dəyərsizlik, sevgisizlikdən əziyyət çəkir, küçümsənir, aşağılanır. O qədər əziyyət çəkir ki, özünün yazmış olduğu eyni ssenarini qəbul olduğu Tibb Universitetində də davam etdirir. Ailədən görmədiyi sevginin onun qəlbində yaratdığı boşluq onu kölgə kimi izləyir, təhsil həyatına belə mane olur. İlk toxumu əkən valideyndir, əgər valideyn əkdiyi toxumun bəhrəsini görmək üçün ona qulluq etməsə, sağlam böyüməsi üçün əlindən gələni etməsə, o necə gəldi böyüyəcək, ya da ümumiyyətlə böyüməyəcək, quruyacaq, məhv olacaq, bəhrə verməyəcək.

Xanımın tələbəlik həyatı ilə tanış olanda düşünürsən ki, erotomaniyadan əziyyət çəkir. Bəli, elədir ki, var. Narsizm öz yerini erotomaniyaya verir. Xəstəlik getdikcə şiddətlənməyə başlayır. Erotomaniyanın digər adı qarşılıqsız sevgi sindromudur. Xəstəlik dəyərsizlikdən yaranır, eyni zamanda şizofreniya və ya paranoidliyin fonunda davam edir. Elə bilir ki, qrup yoldaşı onu sevir. Sevgi qazanmaq üçün bu travmasını yaratdığı fəsadları həmin tələbəylə kompensasiya edir, atasından görmədiyi sevgini, diqqəti tələbə yoldaşından görmək istəyirdi və “görürdü də”. Əslində, o bütün bunları bilərəkdən etmirdi, o, xəstəliyinin fərqində deyildi. Tələbə yalnız misalların həlli zamanı ondan yaralanmağa çalışırdı, başqa vaxt ona o qız maraqlı deyildi. Qəribədir, insanlar səndə çatışmayan cəhətləri, anormal davranışları səndən qabaq duyur, hiss edir, görür. İş o yerə gəlib çatdı ki, həmin oğlanın sevgilisi oldu, nişanlandı. Qəhrəmanımız isə onun bu addımını qısqanclıq kimi qiymətləndirirdi.

Sonra nə oldu? “Sonra bilmirəm necə oldu. Bir onu gördüm ki, damarlarım kəsilib”. Gözəlçə o qədər öz dünyasına qapanıb orda elə xülyalar qurmuşdu ki, intihar cəhdinin fərqində belə deyildi. Hətta, bu hərəkətinə intihar adını belə qoymamışdı. Ən acınacaqlısı o idi ki, ana-atası onun dünyasından xəbərsiz idi, əlbəttə səbəbkarlar onlar idilər. O, tələbəni itirdiyi üçün intihar etmişdi. O, tələbəni sevmirdi, onun üzərindən xəyallar qururdu, qaranlıq dünyasını dadlı xülyalarla işıqlandırmaq istəyirdi. Onun sonuncu ümidləri də öldü, qurmağa xəyal qalmadı, çünki o tələbə nişanlandı. Gözəlçə daxili aqressiyasının fərqində belə olmadı. Hər intihar etmiş şəxsin bir keçmişi, yaşanmışlığı var. Və onu o nöqtəyə gətirib çatdıran şəxslər var.

Bizim gözəlçəmiz şizofreniya xəstəsi idi. Narsizm-erotomaniya-şizofreniya. O, müalicə aldığı xəstəxananı iş kimi qəbul edirdi, özünü də həkim kimi təsəvvür edirdi.  Öz xəyal dünyasını özü istədiyi kimi qururdu. “Sevgilimsə bir dəfə də olsun gəlmir bura. Sadəcə məktub yazır. Onları da mənə göndərməmiş cırıb atır. Dəlidi də…”

Gözəlçəmiz niyə bu həddə gəlib çatdı? O, doğurdan da mı “dəli” idi? Bəlkə, əsl dəlilər dəli insanı dəli edən dəlilərdir?

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü.

Gülşən Lətifxanın “Azər və Aida adası” romanında siyasi motivlərin fonunda saf və təmiz hisslərin tərənnümü

Romanın qəhrəmanı Aida xeyir-dua verilməyən bir ailənin ocağında dünyaya göz açmışdı. Ondan dünyaya gəlib-gəlməməsi barədə fikir soruşmamışdılar. Bəlkə də, soruşsaydılar, o, dünyaya gəlməyə razılıq verməzdi, qarışıq gendən doğulmaz istəməzdi…

Biz səsyazma adlı “qəhrəmanın” vasitəsilə Aidanın taleyi, həyatı, keçdiyi yaş mərhələləri ilə tanış oluruq. Aidanın sirdaşı səsyazma cihazı oldu. Son vəsiyyətini, son sözlərini, son arzularını onunla paylaşdı, diktofon onun duyğularına, acılarına şahidlik etdi.

Aida (adının mənşəyi yunan mifologiyasında yeraltı dünyanın və ölülərin allahı hesab olunan Aiddən gəlir) emosional, həssas, depressiv, sentimental qızdır. Melanxolikdir, özünə qapalıdır. Həm də tək uşaqdır, bu da xarakerinə təsir göstərir. O düşünür ki, insan sirlərini ən yaxşın rəfiqəsinə belə deməməlidir. Aida sirləri vaqona bənzədir. Onun ailədə aldığı travmalar, istənilməyən bir övlad olaraq, dünyaya gəlməsi, qarışıq genden olduğu üçün ona dırnaqarası baxılmağı, cəmiyyət tərəfindən qəbul edilməməsi xarakterinə və taleyinə, sözsüz ki, təsir edir.

Onun düşdüyü mühitdə erməni qanı daşıdığına görə dışlanan gənc qızın həyatda tutunacaq yeganə dalı, budağı Azər (adının mənası “od”, “atəş”) idi. Aida tək sevgisi olan Azəri gözündə ideallaşdırmışdı. Azərin  həm daxili, həm də xarici cəhətlərini təsnif edərək, belə nəticəyə gəldi ki, (onun gözündə) dünyada Azərdən mükəmməl, ideal insan yoxdur.

Aidanın ata babası İbrahim məcbur qalıb izdivaca razılıq verdi. Onun dilindən bir ifadə işlənir: “Atası qarğıyan oğula Allah oğul verməz”. Maraqlıdır, bəs sonra niyə Allah Murada iki oğul bəxş etdi? Özü də türk gəlinindən. Görəsən, ilk başda erməni olduğu üçün qəbul etmədiyi gəlininin ailəsi ilə niyə mehribanlaşdı? Görəsən, niyə o qəbul etmədiyi qız nəvəsi Aidanın çayına möhtac qaldı? Erməni gəlinindən başqa kimsənin dəmlədiyi çayı içməyən İbrahim kişi vəfatından öncə İçərişəhərdəki evini niyə Aidaya vəsiyyət etdi?

Avtoritar bir tərbiyə üsulundan istifadə edən İbrahim kişinin oğlunun ailəsini qəbul etmək istəməməsi normal idi. O, həm də fanatikdir, övladlarına dindar ad qoyur, donuzu görən gözü yoxdur. O, rayonlulara da xor baxırdı. Qızının salyanlı ilə evlənməsini qəbul edə bilmirdi.  Görəsən, İbrahim kişi bakılı olub nə üstünlük qazanmışdı? Ruqiyyə xanım desən, zor gücünə qaçırıb arvad etmişdi. Nəvəsinin qız olmağını utanc hesab edirdi, oğul nəvəsi olmağı başıucalıq. Qızının razılığı olmadan kiməsə durub söz vermişdi. Elə bilirdi ki, qızı acizdir? Kişinin sözü bir olar. İlk başda dedi ki, onu heç vaxt bağışlamayacam. Sonra…Məlum məsələ..

Ermənilərin əsərdə çörəyə laqeyd yanaşması, oxucuda ikrah hissi oyadır. Ümumiyyətlə, onlar çörək hazırlamaq üçün xəmiri ayaqları ilə yoğururlar. Belə bir “xalqın”  çörəyi tapdalayan zaman öpüb gözünün üstünə qoymaması normaldır.

Romanda Zeynəb Xanlarovanın konserti təsvir olunub. Erməni qadından bir sitat:  “Bizdə sizin xalq mahnılarınızı çox sevirlər, çünki onlar bizim musiqimizə oxşayır”.  Maraqlıdır, ermənilərin musiqiləri bizim musiqilərimizə doğurdan da mı oxşayır ? Xeyr, çünki elə bizim musiqilərdir. Sadəcə erməni qadın “oğurluq” etdiklərini dilə gətirə bilmir. Hətta o, türk xörəklərini də (məsələn, “İmambayıldı”) milli erməni xörəkləri kimi təqdim edir. Erməni qadınları alt paltarını kişilərinin gözünün önünə sərib qurutmaqdan da çəkinmirlər.

Romanda ən gözəl obrazlardan biri “Xəzər dənizi”dir. Azər və Aida onu 3-cü babaları adlandırırdı. Əslində isə Aidanın 2 babası vardı: Xristofor və Xəzər dənizi. Cütlük bütün sirlərini Xəzərə etibar etmişdi, onu sirr saxlayan, əbədi biri kimi təsvir edirdilər.

Azər düşünürdü ki, ağ qərənfil gəlinə oxşayır , gəlin kimi məsum və cazibədar görünür. Buna görə də, Aidaya hər dəfə ağ qərənfil gətirirdi. Ağ qərənfil təmziliyin, saflığın rəngidir. Təəssüf ki, Aida bu saflığını qoruya bilmədi, lakin təmiz, saf olmayan Aidanın bədəni oldu, ruhu yox…

“Krunk” terror təşkilatının əsərdə adı çəkilir. Bu təşkilat haqqında bəs tarix nə deyir? Krunkun hərfi mənası “durna”dır. Abxaziyada yaradılan “erməni mədəni və xeyriyyə cəmiyyəti”dir. Bu təşkilat erməni maraqlarını təmsil edirdi və erməni maraqlarına xidmət edirdi. Bu təşkilata Daşnaksütun (Erməni İnqilabi Federasiyası) partiyası dəstək verirdi. Məhz bu dəstəkdən sonra “Krunk” yaradıldı. Romana qayıtsaq, Aidanın dayısı Rubenin də təşkilata üzv olduğu göstərilir. Rubenin təşkilata üzv olması ona baha-başa gəlir. Ruben elə bir böhranlı situasiya yaşayır ki, daxilindəki nifrət “fışqırır”, ürəyindən zəhər “süzülür”. Öz bacısı qızı Aidaya təcavüz edir. Rubendə hər cür psixoloji problem var idi: yetərsizlik duyğusu, natamamlıq kompleksi, təcavüzkarlıq duyğusu, cinayətkarlıq..

Əsərin ən təsirli səhnəsi təcavüz səhnəsi idi. Aida ilk gecəsini Azərla yaşadı, lakin o, sonacan həyat yoldaşına sadiq qala, “namusunu” qoruya bilmədi. Öz dayısı tərəfindən ləkələndi. Aidaya təsir edən onun dayısı tərəfindən deyil, onun bir erməni tərəfindən zorlanması idi. Bu hadisə onun intihar qərarını qətiləşdirdi, intihar addımının gerçəkləşməsini sürətləndirdi. O, çirkli əl dəymiş bədənindən, qanında daşıdığı çirkli qanından xilas yolunu intiharda gördü. Onun doğulduğu ev onun məhvinə səbəb oldu. Aidanın təcavüz travması onu intihara sövq etdi. Ruben istəyirdi ki, Aidanın bakirəliyi türk tərəfindən deyil, erməni tərəfindən pozulsun. Sonda Rubeni cəhənnəmə öz bacısı-Aidanın anası vasil elədi.

Aida təhqir olunmuşdu, ata qohumları tərəfindən erməni, ana qohumları tərəfindən türk qanı daşıdığı üçün aşağılanmaqdan, yüklənməkdən, qəbul edilməməkdən bezmişdi, usanmışdı. Axı, o, öz istəyi ilə dünyaya göz açmamışdı. Gülşən Lətifxan romanı yazmaqla demək istəyirdi ki, əgər erməni ilə qohum olursansa, bu, sənə baha-başa gələcək. Ailəyə düşən həmin nifaq toxumu-erməni qızı ilə türk kişisinin izdivacı bütöv bir ailənin məhvini sürətləndirəcək, öz “içinizə” düşən erməni yavaş-yavaş sizi “çürüdəcək”.

Bu izdivacdan ən çox zərbə alan həmin ailədə dünyaya gələn övladlardır. Onlara niyə travma yaşadırsınız? Öz genlərinə görə, niyə ittiham edirsiniz? İnsanlar sevir və sevərək, bir dam altında yaşamağa qərar verirlər, sonra isə sevdikləri üçün, sevgilərinin daha məhsuldar olması üçün övlad dünyaya gətirirlər. Aidanın ailəsində isə bu cür olmadı. İki gəncin sevgisi onları məhv etdi, sevginin nəticəsində dünyaya gətirdikləri qızlarını elə sevginin nəticəsində də “öldürdülər”. Bu, taleyin ironiyasıdır.

Məqaləni erməni sovet yazıçısı Petroniy Qay Amatuninin sözləri ilə bitirirəm: “Ermənilər də insandırlar. Amma evdə dördayaqlı gəzirlər”.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas. Akmeizm cərəyanı: tullantıdan ədəbiyyata.

Akmeizm cərəyanı: tullantıdan ədəbiyyata

“Akme” yunanca “hər şeyin ən yüksək dərəcəsi, zirvəsi, iti nöqtəsi” deməkdir. Nümayəndələri: Anna Axmatova, onun həyat yoldaşı Nikolay Qumilyov, Osip Mandelştam, Zen Keviç, İqor Sevelyanen.

Onların incəsənəti nəcib və zərif idi. Onlar adi, lazımsız hesab etdiyimiz şeyləri təsvir edirlər. Anna Axmatova: “Siz bilsəydiniz ki, mənim şeylərim hansı zibillikdən yaranır, özünüz təəccüb içində qalardınız”.

Yağış yağır, yarpaq ağacdan yerə düşür…Onlar bunu o qədər gözəl, nəcib, dəqiq təsvir edirlər ki, cansız varlıqlar (əsərlər) görürük ki, adilikdə gözəllikdir.

Akmeizm 1912-ci ildə Rusiyada “Üç şair” jurnalında yaranıb. Jurnalın əməkdaşları: Anna Axmatova, Qorodetski, Qumilyov, Zen Keviç, Mandelştam.

Akmeizm “Adamizm” termininin sinonimidir. “Adəm necə insan kimi dünyaya gəlirsə, əşyalara ad qoyursa, biz də həmin adları yenidən sizin üçün açıqlayırıq”. Onlar çalışırlar ki, ətraf mühit, təsvir olunan həyat əşya vasitəsilə gözəçarpan olsun, əşya özü-özlüyündə gözəllik təşkil edir. İnsanın çox da diqqət etmədiyi, bəsit hesab etdiyi şeyləri, adi, siravi əşyalar-güzgü, daraq və s. təsvir edirlər. Cərəyanın əsas iki xüsusiyyəti var: gözəçarpanlıq və aydınlılıq.

Onlar deyirdilər ki, bütün Yer kürəsi görünən formada təsvir olunmalıdır. Simvolistlər haradasa məna axtarırdılar, alt qatları, dərinliyi axtarırdılar. Akmeistlər isə deyirdilər ki, görüntü özü-özlüyündə gözəldir. Simvolistlər o qədər müəmmalı obrazlar yaradırlar ki, akmeistlər onlara cavab olaraq, deyirlər ki, olmayan şeyi dərinliyə gedib axtarma, dünya özü-özlüyündə gözəldir, gözəllik dünyanın özüdür, hər şeyin adi səviyyəsidir. Dünyada nə mövcuddursa, hamısı eyni hüquqa malikdir, nəyi görürsənsə, hamısı şeir predmeti ola bilər.

Nə gözəl görünürsə, bu həyatdadır. Anton Pavloviç Çexov deyirdi: “Bax, stolun üstündə külqabı var, istəyirsənsə, 10 dəqiqədən sonra bir “Külqabı” hekayəsini yazım”. Külqabı da  dəyəri olan əşyadır, hər əşya incəsənət, ədəbiyyat predmeti ola bilər.

Markesin “Yüz ilin tənhalığı” əsərində belə bir fikir var: “Əşyaların da canı var, onların ruhunu oyatmağı bacarmaq lazımdır”. Bu fikir akmeizm cərəyanına gedib çıxır.(red.Sərvanə Dağtumas)

Akmeistlər sözə qarşı münasibətlərini dəyişdilər, onlar sözün özünün mahiyyətini açmağa çalışdılar. Simvolistlər isə sözün alt qatlarını araşdırıb gizli bir məna tapmağa çalışırdılar. Akmeistlər hesab edirlər ki, hər bir sözün öz sərhədi var, simvolistlər bu sərhədi yaradaraq, sözə çoxmənalılıq bəxş etdilər. Hər bir sözün əslində öz mənası var. Akmeistlər isə deyirdi ki, hər bir poetik sözün öz sərhədi var. Marina Svitayeva “Sevimlim” şeirindən nümunə verək: “Mənim xoşuma gəlir ki, mənimlə xəstələnməmisən. Mənim xoşuma gəlir ki, mən də səninlə xəstələnməmişəm”. Obraz olduğu hissi inkar edir: “Mən sevinirəm ki, heç bir vaxt Yer kürəsi ayağımızın altında titrəyib başımızı gicəlləndirməyəcək… Mən sənə toxunaraq, alovlanmayacam”. Sevir, amma sevgini inkar edir.

Qumilyovun Afrika haqqında “Zürafə” şeiri var: “Afrikanın çöllərində gözəl bir zürafə gəzir, ətrafdakı göllər zürafənin naxışlarını əks etdirir, həmin gölün ətrafında qarayanız bir qız tayfanın başçısına vurulur, gün batanda onlar mağaraya gedirlər, bir-birlərinə sevgi elan edirlər. Ətrafdakı çiçəklər də onlara elə bil gözəl qoxu bəxş edir ki, onların məhəbbətinə qatılır, amma sən o qədər bu dumanlı havanı udmusan ki, heç nəyi hiss etmirsən, mən nə cür sənə danışım ki, Afrikada belə bir gözəl zürafə gəzir, belə bir gözəl göl, çiçəklər mövcuddur. Sən ağlayırsan? Qulaq as, gözəl bir zürafə göl ətrafında gəzir”.

Akmeizm gördüyünü yazır, məna axtarmır. Cərəyanın nümayəndələri tərcümələrlə dolanırdılar, əsərlərini çap etdirmirdilər. Axmatova Babil şeirlərini rus dilinə tərcümə etmişdi, sonra onlar repressiyaya məruz qaldılar. Oğulları universitetdən çıxarıldı, sürgün olundu.

Kamal Abdullanın tərcüməsindən nümunələr:

1.Anna Axmatovanın ”Kleopatra” şeiri. “Antoninin ölü dodağında öpmüşdü, Avqustinin ayağına sərilmişdi, sabah körpələrə zülm olacaq, nə yaxşı ki, uyumağa lap az qaldı.(Sezar qalib gəlib, Antonini öldürüb-ilanla zəhərləyib)

2.Kumilyovun “Banilər” şeiri. Şeirdə Roma şəhərinin salınması təsvir olunur. Rom və Reme şəhərin əsasını qoyan iki qardaşdır.

Mənbəyə görə, BSU-nun professoru Rəhilə Quliyevaya təşəkkür edirəm.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sərvanə Dağtumas “Mən kiməm?” rubrikasının qonağıdır.

“MƏN KİMƏM?”

“MƏN KİMƏM?” LAYİHƏSİNİN QONAĞI SƏRVANƏ DAĞTUMASDIR.

– Salam, Sərvanə xanım! Necəsiniz? Bu rubrikamızda qonaqlar “MƏN KİMƏM?” sualını cavablandırırlar. Özünüzü  oxucularımıza necə təqdim edərdiniz? Buyurun.

Mən, Fərəcova Sərvanə Xanalı qızı 1999-cu ildə Füzuli rayonunun Xələfşə kəndində anadan olmuşam.

Nənəm Rasta müəllimin dünyagörüşümün formalaşmasında əvəzsiz rolu olub. İbtidai sinif müəllimi olan Rasta müəllim Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, şagirdlərinin hörmətini və sevgisini qazanmağı bacarıb.

2016-2020-ci illərdə Bakı Slavyan Universitetinin filologiya fakültəsində (Azərbaycan dili və ədəbiyyat müəllimliyi) təhsil almışam.

2022-ci ildən Bakı Slavyan Universitetinin Ədəbiyyatşünaslıq ixtisası üzrə magistrantıyam.

Psixologiya və pedaqogika üzrə Türkiyədə ixtisaslaşmışam. Doğan Cüceloğlu, Beyhan Budak, Kemal Sayar kimi müəllimlərdən dərs almışam.

Bakı Slavyan Universitetində keçirilən İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş esse-yazı müsabiqəsinin qalibi kimi rektor tərəfindən diplomla təltif olunmuşam.

Bakı Slavyan Universitetinin filologiya və jurnalistika fakültəsinin AXC-nin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik Cümhuriyyətdir” mövzusunda keçirdiyi elmi seminarda fəal iştirakıma görə, fakültə dekanı tərəfindən sertifikatla təltif olunmuşam.

Nirvana Akademiyasının məzunuyam. (psixologiya)

“Azərbaycanda genderə həssas təhsil sisteminin inkişaf perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirakıma görə, beynəlxalq sertifikatla təltif olunmuşam.

Bir sıra təşkilatlarda üç il təlimçi-müəllim kimi fəaliyyət göstərmişəm.

Dərc olunan məqalələrim:

  1. “Yeraltı (underground) ədəbiyyat”ı əslində nədir?
  2. “Yüz ilin tənhalığı” romanında ailə diziminə gedən yol
  3. Akşin Xəyalın “Mənim erməni oğlum” əsərində ananın mənəvi iztirabları
  4. Azerbaycanlı yazar Agshin Khayal’ın “Benim ermeni oğlum” adlı eserinde annenin manevi ıstırabları (Türkiyədə dərc olunub)
  5. Alber Kamü və absurdizm (“Sizif haqqında mif”)
  6. Amerika romantizmi: Harriet Biçer-Stou və Mayn Rid
  7. Azər Qismətin “Ana söyüşü”  hekayəsinin psixoloji qatları
  8. Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi
  9. Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”
  10.  Çingiz Aytmatovun “Cəmilə” əsərində qadının romantik “xəyanəti”

چینگیز آیتماتووون ” جمیله ” اثرینده قادی نین رومانتیک ” خیانتی    (Tehranda dərc olunub)

  1.    DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”  (ictimai məqalə)
  2.   Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı.  İntellektual detektiv janrı
  3.   Ekzistensializm və Jan Pol Sartrın yaradıcılığına nəzər
  4.   Ədəbi sindromlar
  5.   Ədəbiyyatda gender problemi
  6.   Ədəbiyyatın qəbul edə bilmədiyi yazıçı Qaraqanın “Gözəlçə” hekayəsində intihara aparan yol
  7.   Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölümü
  8.   Azerbaycanlı yazar Firuz Mustafa’nın “At Günü” hikayesinde “insanlığın” ölümü  (Türkiyədə dərc olunub)
  9.   Firuz Mustafanın “Virtual arvad” hekayəsinin “virtuallığı”
  10.   Azerbaycanlı yazar Firuz Mustafa’nın “Sanal Eş” hikayesinde “Sanallık” (Türkiyədə dərc olunub)
  11.   Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət
  12.   Xulio Kortasarın “Xana-xana oyunu” və postmodernizm: Sən olsan, intihar edərdinmi?
  13.   İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında qadının inqilabi “xəyanəti”
  14.   İngilis realizminin zirvəsi Çarlz Dikkens
  15.   İngilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” əsərində sevginin təcəssümü
  16.   Qızıma “nəsihətamiz” məktub (satirik məqalə)
  17.   Qurban Səidin “Əli və Nino” romanı sevgi romanıdır, yoxsa siyasi?
  18.   Yazıçı Araz Əhmədoğlu və Kamal Abdulla yaradıcılığına nəzər (kitab tanıtımı)
  19.   Yerlə göy arasındakı rəqs (sufizm)

Müsahibələrim:

  1. Yazıçı, tarixçi Ülviyyə Tahirlə
  2. Yazıçı, jurnalist Rasim Qaraca ilə
  3. Yazıçı, kinodramaturq İlqar Fəhmi ilə

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

SƏRVANƏ DAĞTUMASIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Azər Qismətin “Ana söyüşü”  hekayəsinin psixoloji qatları

Azər Qismətin “Ana söyüşü”  hekayəsinin psixoloji qatları

Hekayədə gənc nəsillə yaşlı nəslin psixologiyası qarşılaşdırılır. Metroda cavan oğlan ona toxunan müəllimin anasını söymüşdü. Halbuki, müəllim bunu bilmədən etmişdi, çünki metroda adam çox idi. Bu, onun qüruruna toxundu. O çalışırdı ki, buna görə oğlan ondan üzr istəsin, oğlansa ona kobudluq etməkdə, onu təhqir etməkdə davam edirdi. Bizim müəllimimiz isə öz mədəniyyətini, sakitliyini qoruyub saxlamağa davam edirdi. Müəllimin psixologiya müəllimi olması da təsadüfi deyildi. Bəs bir gənc niyə bu qədər kobud idi? Niyə tanımadığı insanın anasını söyməkdən çəkinməmişdi? Onu buna hansı yaşantıları vadar etmişdi?

– Ma, nə tez gəldin?

– Bu kişi kimdir?, – anası aldığı kartofun ağırlığını sol əlindən sağ əlinə saldı.

Oğlanın psixoloji dünyasına bu cümlə ilə daxil ola bilərik. O, anasının əlindəki kartofu götürməmişdi, yəni ona kömək etməmişdi. Ana qədri bilinmədiyi buradan sezilir. Belə olan halda öz anasına hörmət etməyən başqalarının anasına hörmət edər? Bəlkə də “ana söyüşü”nü ilk dəfə psixologiya müəlliminə qarşı işlətməmişdi.

– Yox-yox, siz gedin evə, mən də oğlunuzla insani münasibətlər barədəki yeni monoqrafiyamdan danışacağam.

Doğurdan da gəncə insani münasibətlər haqqında “dərs” keçmək lazım idi. Görəsən, indiki gənclərin çoxu niyə belə kobudlaşıb? Aqressivdir, o qədər basdırılmış duyğuları var ki, hər an “pusquda” durub silahları ilə atəş açmağa hazırdırlar.Gənclərmi tərbiyəsizləşib, yoxsa ailələrimi onları tərbiyəsizləşdirib? Bəlkə gənclərin ətrafında örnək ala biləcək yaşlı nəsil yoxdur? Əvvəllər yaşlılar deyərdi ki, indiki cavanlar…İndi isə cümlə metamorfoz olub: indiki qocalar…

Psixologiya müəllimimiz anasına o qədər dəyər verir ki, o, bu söyüşü öz qüruruna sığışdıra bilmir, gənci daima təqib edir, ondan sadəcə üzr istəməsini gözləyir, hətta döyülsə belə. Sadəcə üzr…

Nəhayət, bir neçə gəncdən “ana söyüşünün haqq-hesabını çəkməyin” yollarını öyrənən professor oğlanı gecə klubunda tapır və insanın ruhunu titrədən o sözü deyir: “Sənin anan-mənim anam”.

Oğlanı bu söz qəfildən ayıltdı. Əslində biz kiminsə anasına, atasına söyürüksə, elə o söyüş bizim yaxınlarımıza ünvanlanır. Qarğış bumeranq olduğu kimi söyüş də bumeranqdır, ikibaşlıdır. Heç bir tərbiyə görməyən, gecə klublarında narkotik vasitələr istifadə edərək, həyatını əyləncə kimi görən gənc bu an nə etdiyini dərk edir, professor ona insanlıq dərsi verir.

“Köhnə kişilərdəndir. Qabağından yeməyi özünə sığışdırmır.” “Köhnə kişilər”. Bu söz birləşməsinə nələr daxildir? Təsəvvürümüzdə onları necə canlandırırıq?…İctimai nəqliyyatda kiçik müşahidə aparsaq, görərik ki, “köhnə kişilər” cəmiyyətdə azlıq təşkil edir.

Bu hekayə bizə gənc kimi necə davranmağı öyrədir, işlətdiyimiz ifadələrə diqqət yetirməyi, həyatımızın ən gözəl çağı olan gənclik illərini hədər verməməyi, ağsaqqal adına layiq yaşlılarla davranış qaydalarını xatırladır. Psixologiya müəllimi öz peşəsinə yaraşan tərzdə gəncə səbrli şəkildə “məsləhət verirsə”, gənc də atdığı hər addımında təmkinli olmağı bacarmalıdır. İnsanları bir hərəkətlərinə görə qəlibə salmamalıdır, necə ki müəllim bilmədən ona toxundu deyə müəllimin anasını söydü.

Yazıçı niyə məhz ananı seçdi? Niyə məhz ana söyüşü? Ananı müqəddəsləşdirən nədir? Ananın insan həyatındakı rolunun sərhədləri varmı? Gənclə professorun analarına qarşı davranışları eynidirmi? Axı, hər ikisi anadır. Fikir versəniz, bizim ölkədə ana və bacı söyüşünün yükü ağırdır. Buna görə həbs olunanlar da var. Professor da həbsə düşə bilərdimi? Bilərdi, lakin etmədi. Onun bu davranışı, toleransı gənclərə örnək oldu. Heç kəsə görə həbsə düşməyə dəyməz və hər bir kəsə verilən cəza üslubu fərqlidir. Bir var, söyüş söyəni öldürüb, həbsə girəsən, bir də var ki, ağlınla, səbrinlə onu cəzalandırasan. Hər iki situasiyada cəzalandırırsan. Fiziki və ya psixoloji cəza. Fərq etməz. Elə cəza verməlisən ki, bu cəzanın yükü sənin çiyinlərinə düşməsin, sənin həyatını məhv etməsin, qarşı tərəf bundan utansın, bu halı bir daha təkrarlamasın, özünü, öz həyatını, mənəviyyatını, özünə yaraşdırdığın hərəkətləri düşünməlisən, axı onu o sözü işlətməyə vadar edən keçmiş yaşantıları, travması var. Axı, sən psixologiya müəllimisən…Axı, sən İNSANSAN!

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru