Əli Çağla – Qara top

QARA TOP

(proza)

Dəcəlliyimdən adımı tülkü səsləyərdilər uşaqlar,
Uşaqlığımda bir qara topum var idi
Bütün nifrət pəncərələrini tuşlayardım.
Yox, indi nifrət pəncərəsindən baxa bilmərəm bu yaşımda.
Bu yaşımda çaxnaşır ürəyimin hər tərəfi.
Təcrübələrimi alovlandıran sevgidirsə bir tərəfində,
Bir tərəfində sükut içindədir nifrət
Qalaqlandırır zamanın kölgəsində tonqalını.
Sənin gedişindən sonra öyrəndim
Güclənmək, səssizlikdən ibarətdir.

Bipolyar olduğumu dediyində psixoloqum
Sındın,
Uşaqlıqda qara topum ilə sındırdığım pəncərələrin şüşələri kimi.
Sonra maşında danışmadın, susdun,
Həmin susqunluqdan başladı aramızdakı savaş,
Mən ucadan güləndə, sən deyirdin “Sus… Yavaş”.
Maşında ayağımın altında bir qara top var idi – qızın Hananın idi.
Bir yorğanımız da var idi arxa oturacaqda
Hərdən qonşular görməsin deyə arasında gizlənərdim evə qədər,
O da bizim deyil idi, ananın idi.
Bir qara topumuz var idi olub-qalan,
Bir şüşəsi sınmış pəncərə,
Bir səsimi qonşular eşitməsin deyə sakitcə dediyin “Sus… Yavaş.”
Bir də mənim səni sevdiyimdən
Melanxolik duyğularımda həmişə şübhələndiyimdən yaranan savaş!

Bu savaşda yenidən doğurdumsa hər şeyi,
Hər şeyi bir gecədə gömdün xatirələrdə.
Nə qədər nəhs imiş ayaqlarım;
Məndən sonra həyətində çiçəklər açdı,
Məndən sonra günəş sevdiyin kimi saçdı,
Məndən sonra Kiti¹ də doğdu ala-bula yavrularını,
Məndən sonra, nə bilim o sevgilisi sarı pişik harasa qaçdı.
Səni öpdüyüm yatağın altındamı əmizdirir övladlarını?
Yatağın altında pişiklərin həyatının davam etməsinə baxma
Üstündəsə sən həyatı davam etdirirsən tək başına.
Savaşına giribsən, mənə nifrət etməyin savaşına.
Ayaqdamı öpüşürdük?
Yoxsa ayaqda qalmaq üçün döyüşürdük?
Bu savaşda səni, sənin sevdiyin əllərim ilə yaraladım,
Bu savaşda bilmədən, bilmədən, bilmədən ağ bəxtimi qaraladım.

Təzadlar dünyasında simfoniya idisə sevgimiz,
Qəlb krizi keçirdi orkestrin rəhbəri ayrılıqdan.
Ayrılıqdan başladı heç zaman əlimizə çatmayan duyğular
Və mən pullarımı psixi dərmanlara investisiya etdim.
Sən isə mənim dərdlərimlə özünü məhv etdin.
Yıxma, bütün günahları mənim boynuma
Bu simfoniyanı dinləmədən vaz keçdik hər şeydən
Və gecələrin sükutundan qorxmağımıza haq verirəm indi.
İndi… Ax… Yadımdan çıxmamış bunu da deyim ki,
Dünən gecə duzum da bitib-tükəndi mətbəximdə
İndi yaralarımın üzərinə xatirələrimizi səpirəm…

Sənin gedişindən sonra nə qədər qar olub yağdım?!
Nə qədər özüm-özümə bulud oldum, özümü sağdım?!
Nə qədər göy olub guruldadım?!
Nə qədər özümü sənin hələ getməməyinlə tovladım?!
Sənin gedişindən sonra
Durdurdum əqrəbəsini saatların
Hər saniyə içimdə yandı,
Hər saniyə, içim də yandı,
Hər saniyənin içində yandım.

Sənin gedişindən sonra öyrəndim,
Güclənmək, səssizlikdən ibarətdir!
Of… Susa bilmirəm sevgilim,
Yəni güclənə bilmirəm ey ruhuna işgəncə verdiyim qadın.
İçimdəki bu alovu
Sonsuzluq dənizinin dalğaları da söndürə bilməz, bilirəm.

Gücsüzlük, içimdəki alovlarla savaşan dənizin abraziyasıdır
Bir azdan intihar edəcəyəm, darıxma!
Əzaya Bakıdan da gələcəkmi dostlarım?
Çünki sabah içimdəki xatirələrin yasıdır…

Sonuncu nəfəsimdən sonra
Sınacaq şüşələr,
Dayanacaq əqrəbələr
Və sağ gözümdən bir qara top diyirlənəcək ortalığa…

——-

¹ Kiti: Pişik adıdır.

Müəllif: Əli Çağla

ƏLİ ÇAĞLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Жансая (Бийбимәрьям) Утамбетова

ИЛҲАМ ДЕГЕН ЖИННИҢ
ҚАҚҚАНЫ ЖАМАН

(қыялый – қосық)

Арқа қозып гүзли, бәҳәр келгенде,
Жақынлап инсанның жүреги таман.
Ақ қағаз ҳәм қолға қәлем бергенде,
Илҳам деген жинниң қаққаны жаман…

Негедур адамды ойға талдырар,
Гей ўақыт ишлейин жылайды адам.
Ашықлық гирдабы,жолға салдырар,
Илҳам деген жинниң қаққаны жаман…

Таўларды титирентип, толқытып суўды,
Жақынлап барады соларға таман.
Гейде палды берип ишкизип уўды,
Илҳам деген жинниң қаққаны жаман…

Гейде жаўлап алып өзге жүректи,
Мақлуқты күсейди қаслары каман.
Саҳибжамал ушын бәлким керекти,
Илҳам деген жинниң қаққаны жаман…

Гейде жалын болып отта күйдирер,
Жүректе жанбаған бос болған ханам.
Гейде серпип таслап, гейде сүйдирер,
Илҳам деген жинниң қаққаны жаман…

Ертектей дизилип келип турады,
Алданыш гей ўақта, мен ушын соләм.
Аямай төрт қатар берип турады,
Илҳам деген жинниң қаққаны жаман…

Биреўлерди шығарады шоққыға,
Таза нәпес алар сондайда адам.
Тыңламайды суўды ҳәтте оттыда,
Илҳам деген жинниң қаққаны жаман…

Шексиз ойларымның болып қурдымы,
Деймен бузылмағай бул ақыл санам.
Етпегей адамды алжы – булжылы,
Илҳам деген жинниң қаққаны жаман…

Кимлер жүр арқалы дүзде елирип,
Кесегин шыңғытып , дус келген таман.
Көреалмаслық деген ишлей кемирип,
Илҳам деген жинниң қаққаны жаман…

Қызғанба биреўге берген илҳәмди,
Адамның тек ғана сол жери сорам.
Бәлки өзи ушын , даўа мәлҳәмди,
Илҳам деген жинниң қаққаны жаман…

Сол жин қаққанлардың еси пүтиндей,
Мудам бир тилегим саў жүрсин аман.
Сонда да ишлери қара түтиндей,
Илҳам деген жинниң қаққаны жаман…

Қуўанады жаңа тема тапқанда,
Бир адым жақынлар дөретпе таман.
Я.. билмедим жөргегинде қаққан ба.?
Илҳәм деген жинниң қаққаны жаман…
1- Апрель 2024 жыл

YAZAR: BİBİMƏRYƏM

BİBİMƏRYƏMİN DİGƏR YAZILARI

ЖАНСАЯ (БИЙБИМӘРЬЯМ) УТАМБЕТОВА

TÜRK DÜNYASI YAZARLARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sədaqət Kərimovanın doğum gününə

ƏDƏBİ TALEYİNDƏN BOYLANAN ADAM
Sədaqət Kərimovanın doğum gününə

30 mart zaman-zaman dəyişən, yeniləşən ədəbi mühitdə 50 ildən çox böyük bir yolda yorulmadan irəliləyən şair, yazıçı, jurnalist, tərcüməçi, kinossenarist, bəstəkar Sədaqət Kərimovanın doğum günüdür. Bu münasibətlə ədəbi potensialına güvənərək öhdəsinə aldığı çoxşaxəli yaradıcılığında böyük uğurlara nail olmuş istedadlı xanımı ürəkdən təbrik edirəm…

İlk olaraq xatırladım ki, ikimiz də zamanında yeganə Universitet – məbədgah olan Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışıq. Aydındır ki, 50-60 ildə jurnalist ixtisasına yiyələnmiş minlərlə məzun olub. Amma elə bu günə qədər də ədəbi-mətbu fəaliyyəti ilə yadda qalan, yeni nəslə nümunə ola biləcək simalar, imzalar çox azdır. Və mən bu azların içərisində Sözü, yaradıcılıq məhsulları ilə üzdə-gözdə olan, tanınan görkəmlilər sırasında böyük ehtiramla Sədaqət Kərimovanın adını çəkirəm. İllərdir, ədəbi mühitdə yaradıcılığının nizam-tərəzisində kəmiyyətlə keyfiyyətin bərabər olduğu Qələm Adamı kimi O, çox şəffaf və aydın görünür…

Sədaqət xanımın yaradıcılığında özəlliyi ilə seçilən xüsusiyyətlər diqqətçəkəndir. Yazıçı əsərlərini 3 dildə – Azərbaycan, rus, ləzgi dillərində yazır. Bitib-tükənməyən çoxşaxəli mövzuları yaz aylarında dağların, düzəngahın sinəsində boy göstərən allı-güllü, rayihəli gül-çiçək timsallı gülzarlıq kimidir…

Ədəbi yaradıcılığın bir neçə növ və janrında əsərlər ərsəyə gətirən Sədaqət Kərimova mətbuata hələ orta məktəb illərindən respublikanın bir sıra mətbu orqanlarında çıxış etdiyi hekayə, şeir və məqalələrlə gəlmişdir. Demək ki böyük ədəbiyyata, mətbuata, mədəniyyətə gəlişi təbiətindən doğmuş, doğallıq kəsb etmişdir.
Məni bu gün də yaxşı mənada heyrətləndirən Sədaqət xanımın ədəbi yaradıcılığında tez-tez keçidlər edərək, poeziya və nəsrdə, jurnalistikada, kinematoqrafiyada şair, yazıçı, publisist, ssenarist, bəstəçi olaraq dərin məzmunlu əsərlərə imza atmasıdır…
Əmək fəaliyyətinə gəlincə, qəhrəmanım Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışmışdır. İllər içrə mətbuatda təcrübə qazanmış, zənginləşmişdir. Bundan sonra “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. Sədaqət Kərimova 1997-ci ildən bu günə qədər öz vəsaiti ilə üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. 28 ildir ki, qəzet özünün çoxçeşidli mövzuları, ədəbi örnəkləri ilə oxucuların görüşünə gəlir…

Yazıçı Azərbaycan, rus, ləzgi və türk dillərində çap olunmuş minlərlə məqalənin, 40 adda poetik və nəsr əsərlərinin, Azərbaycan və ləzgi dillərində 700 səhifəlik “Qusar, qusarlılar” ensiklopedik toplunun müəllifidir. Xanım sənətkar yazıçı-jurnalist Müzəffər Məlikməmmədovla birlikdə “Ləzgicə-azərbaycanca lüğət” və “Azərbaycanca-ləzgicə lüğət” kitablarını tərtib edib çapdan çıxarmışdır.

Sədaqət xanımın yaradıcılığında mədəniyyət sahəsində yaratdığı incilər də heyrətamizdir. İndi bu yığcam yazıda əsərlərinin mövzusundan, adlarından bəhs etmədən onun ədəbi taleyinə qısaca ekskurs etməyi münasib sandım. Lakin sözün bu məqamında tarixilik baxımından yanlışlığa yol verməyim deyə, sənətkarın vikimənbə səhifəsində yer almış bəzi məlumatları da diqqətə çatdırmağı məqsədəuyğun sayıram…

Sədaqət Kərimovanın ssenari müəllifi, bəstəkarı və prodüseri olduğu, 2018-ci ildə çəkilib, 2021-ci ildə Youtube-də yerləşdirilmiş “Soyuq günəş” bədii filmi tamaşaçıların dərin rəğbətini qazanmışdır. Onu bu günə kimi ləzgi, azərbaycan və rus dillərində 15 milyon insan izləmişdir.

2013-cü ildə Azərbaycan Respublikasının Nobel İnformasiya Mərkəzi tərəfindən filologiya elmləri namizədi Bəybala Ələsgərovun müəllifliyi ilə “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı biblioqrafik vəsait çap olunmuşdur.

2014-cü ildə Azərbaycan Milli Kitabxanası Sədaqət Kərimovanın həyat və yaradıcılığını əks etdirən geniş biblioqrafik kitab hazırlayıb çapdan çıxarmışdır. Sədaqət Kərimovanın sözləri və musiqisi özünə məxsus olan 100-dən çox mahnısının mətnləri və notları onun 2018-ci ildə çapdan çıxmış “Mənim mahnılarım” adlı kitabına daxil edilmişdir.

Sədaqət Kərimova 1997-ci ildə yaratdığı “Suvar” Ləzgi Mahnı və Rəqs Ansamblına 20 il rəhbərlik etmiş, 40-a yaxın ləzgi xalq melodiyasını yenidən işləmiş, bir neçə rəqs yaratmışdır. “Qarılar”, “Şən qızlar”, “Qu quşları”, “Dem”, “Kəpənəklər” və sair belə rəqslərdəndir.

Sədaqət Kərimovanın ssenari müəllifi və rejissoru olduğu “İtən gündəlik” və “Səssiz haray” filmləri də YouTube-də ən çox izlənən filmlər siyahısına düşmüşdür. Eləcə də ssenari müəllifi və rejissoru olduğu sənədli, musiqili, etnoqrafik, o cümlədən qısametrajlı bədii filmlər onun Youtube kanalında yerləşdirilmişdir.


Sədaqət Kərimova jurnalistika sahəsindəki uğurlarına görə hələ Sovet dövründə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (1984) və Həsənbəy Zərdabi (1991) mükafatlarına layiq görülmüşdür. Lakin mənim düşüncəmə görə (inanıram ki, onun özünün də nəzərində belədir!) ədəbi yaradıcılığında qazandığı nailiyyətlər, böyük oxucu, tamaşaçı sevgisi sənətkarın malik olduğu ən böyük uğuru, mükafatıdır…

Qusarda doğulub yurdunun suyu, çörəyi havası ilə böyüyən qusarlı qızın Azərbaycanın görkəmli şəxsiyyətlərinə, göz açdığı obasına, yurdunun mədəni həyatına, tarixinə, folkloruna ədəbi ömür verməsi bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə bəxş etdiyi töhfəsidir. Mənim tanıdığım Sədaqət Kərimova bu gün də gənclik həvəsi, duyğusu, tükənməz sevgisi ilə yazıb-yaradır.

Həmkarım, qələmdaşım Sədaqət xanımı belə gördüm, belə tanıdım, beləcə də “Taleyimdən keçən seçmələr” sırasına aldım. Zəkan iti, yolun aydın olsun, taleyindən boylanan İşıqlı Adam…

Sədaqət Kərimovanın yazıları

P.S.Bu yazını dünən işləsəm də gün ərzində və bu gün ziyarət yerlərim, qonaqqarşılama və məişət qayğıları ilə məşğul olduğumdan paylaşıma indi macal tapdım…
31.03.25.

Hörmətlə: Şəfəq Nasir

Şəfəq Nasirin yazıları

ƏSMƏT MƏHSƏTİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR AZ ÜRƏYİMDƏ QAL

BİR AZ ÜRƏYİMDƏ QAL

Gəl, səni ürəyimin
köynəyindən keçirim;
bir az ürəyimdə qal,
gör, mən nələr çəkirəm;

qaradı, ağdı, yuxum,
hələ oyaqdı, yuxum;
gecələr yoxdu, yuxum,
ulduzları sökürəm;

göydə bulud ləliyir,
damcı-damcı çiliyir;
fələk tumu əliyir,
mən də, bostan əkirəm;

hanı, yolun axırı,
geri qaytar, naxırı;
payız qonaq çağırır,
yarpaqları bükürəm;

mən, dərd daşıdım, burda,
dağlar yaşıdım, burda;
bəsdi, yaşadım burda,
uzaqlara köçürəm;

Musa Ələkbərli – Deyir

DEYİR

Bir ülkər doğulub könül səmamda
Nur saçır qocalma, cavanlaş deyir.
Sən mənim eşqimlə dərələr keçib,
Üfüqlər adlayıb, dağlar aş deyir.

Bu sevgi deyilən ayrı bəladı,
Sənin ac gözlərin gözlər yaladı…
Yüz dəfə könlündə ocaq qaladın,
Tapmadın könlünə bir sirdaş deyir.

Çox müşkül işləri çözüb, yaşadın,
Əsil ürək dostu gəzib, yaşadın.
Elə bir bəlaya dözüb yaşadın
Heç buna dözməzdi, vallah, daş deyir.

Görüşlər, vidalar tamam şərtidi,
Sevgilər tanrının yaşam şərtidi.
Dərdin ömür boyu Novruz dərdidi,
Ayrı dərdinmi var ondan baş deyir.

Həsrətin dizini qıraq, olmasın,
Niyə yanar qəlbin çıraq olmasın?!
Gözəllik gözündən iraq olmasın,
Ona misra-misra yaxınlaş deyir.

O şimşək baxışlar tərpətsə yeri,
Yanıb kül olarsan dayanma, yeri.
On səkkiz yaşını qaytarma geri,
Səni tamam üzər bu təlaş, deyir.

Düşmüsən qoynuna yanar közlərin,
Qəlbin ümmanıdır inci sözlərin,
Ay Musa od-alov saçır gözlərin,
Heç gözə görünmür ötən yaş deyir?!

Başdaşında yazılmışdı: “Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur…”

SSRİ dövründə, 1963-cü ildə Şah Abbas məscidinin həyətində fəvvarə inşa etmək məqsədi ilə qazıntı işləri aparılır. Bu zaman ərazidə üstü ərəbcə yazılan baş daşı və məzar aşkarlanır. Yazılar bu məzarın Cavad xana aid olduğunu göstərirdi. Başdaşında yazılmışdı: “Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur…”.
O vaxt Gəncənin İcraiyyə Komitəsinin sədri Ələsgər Əlizadə, qəbrin Cavad xana aid olduğunu bilib, məzarı “Səbiskar”qəbiristanlığına aparılmasına göstəriş vermişdir. Gəncəlilər xanın qalıqlarını 27 il tarixçi Mirzə Adıgözəl bəy Qarabağinin nəvəsi, Əsgər ağa Goraninin türbəsində gizli qoruyub saxlayıblar.
Ələsgər Əlizadə bir müsahibədə deyirdi: “1963-cü ildə Gəncənin İcraiyyə Komitəsinin sədri idim. Mən də Cavad xanın qəhrəmanlığı haqqında eşitmişdim, ona dərin hörmətim vardı. Şəhərin azadlığı uğrunda öldüyünü bilirdim. Amma 60-cı illərdə çətin vaxt idi, Cavad xanın adını çəkmək xətalıydı. Çox təhlükəli olsa da, mən qorxmadım, qəbrin Cavad xana aid olduğunu bilən kimi, məzarının “Səbiskar”a köçürülməsinə göstəriş verdim. Çalışdıq ki, bu işi mümkün qədər səs-küysüz görək, gizli qalsın, “yuxarı”lara xəbər çatmasın. Xəbər tutsaydılar, bəlkə də məni işdən çıxarıb həbs edərdilər… Əsas qəbri qorumaq lazım idi. Gələcək nəsil, tarix məni bağışlamazdı”.
Azərbaycanda milli azadlıq hərəkatı başlayanda, Gəncə əhalisinin ilk tələblərindən biri məhz xanın öz yerində dəfn olunması olur. Hadisənin canlı şahidi olan, şəhər sakini Əlisəftər Səfərəliyevin sözlərinə görə, 1990-cı ilin mart aylarında xanın qalıqları kecmiş yerinə aparılır və dəfn edilir.
Digər Gəncə sakini Əlaslan Cəfərovun sözlərindən: “Dəfndə böyük izdiham vardı, təxminən 70-80 min, bəlkə də çox adam olardı. Gəncə sonuncu xanını möhtəşəm şəkildə dəfn edirdi. Cavad xanın tabutunu “Səbiskar” qəbiristanlığından Şah Abbas məscidinədək, təxminən 4 km yolu insanlar çiyinlərindən yerə qoymadan piyada gətirdilər. Gəncə doğma, əziz adamını dəfn edirdi. Yaşlı adamlar ağlayırdı. Həm də sevinc var idi, haqq-ədalət öz yerini tapmışdı“.
2005-ci ildə məzarın üstündə Cavad xana türbə inşa edilib.

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hərdən küsər qafiyələr adamdan

Hərdən küsər qafiyələr adamdan,
Misra -misra, heca- heca ağlayar.
Düşüb sınar o bacadan, bu damdan,
Ağrısını quca-quca ağlayar.

Gah arzudan, gah həvəsdən yıxılar,
Gah baxışdan, gah nəfəsdən yıxılar,
Gah o səsdən, gah bu səsdən yıxılar,
Sözdən sözə keçə-keçə ağlayar.

Sevdalanar, qış qapını kəsdirər,
İnadlaşar, “kaş” qapını kəsdirər,
Xəyalları sətir-sətir gəzdirər,
Heç nə tapmaz, durub heçə ağlayar.

Gözə girər varaq-varaq şeirlər,
Sınıq-salxaq, yüngül-yaraq şeirlər,
Gündüz sərsəm, gecə oyaq şeirlər
Uçan vaxta, gedən köçə ağlayar.

Заур Устаҹ – ҜӘЗДИМ

ҜӘЗДИМ
Ҝәздим гарыш-гарыш Вәтән торпағын,
Һәр дағда, дәрәдә изим вар мәним.
Һәлә кечилмәмиш уҹа дағларын,
Уҹа зирвәсиндә ҝөзүм вар мәним.


Ҝәздим јорулмадан араны, дағы,
Сејр етдим ән уҹгар чәмәни, бағы,
Һеч вахт гынамадым заманы, чағы,
Чох булаг башында үзүм вар мәним.


Ҝәздим бу торпағы мән ојмаг-ојмаг,
Ән ади даша да олмушам гонаг,
Һәр отун, чичәјин һалын сорараг,
Синәмә јығдығым сөзүм вар мәним.
01.12.2000. Батабат.
Мүәллиф: Заур Устаҹ
Транслитерасија: Тунҹај Шәһрили

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”

Milli Kitabxanada “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası və “31 Mart – tarixi yaddaşımızdan silinməyən soyqırımı” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/soyqirim/ linkindən istifadə edə bilərlər.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/31_Mart_Soyqirimi/index.htm linkindən istifadə edə bilərlər.

Mənbə və Ətraflı: https://www.millikitabxana.az/news/31-mart-soyqirimi

"…yazarlar, ancaq yazarlar…"