QANLI 20 YANVAR FACİƏSİ

QANLI 20 YANVAR FACİƏSİ
1990-cı il

Qarabağda qırırdı ermənilər milləti,
Qalxmışdı ölkəmizdə azadlıq hərəkatı.
Tarix bu gün çox göynədi, titrədi,
Gələcəyə nə dedi, nə söylədi?

1990-cı il 20 yanvar gecəsi,
Girdi SSSRİ ordusu və onun birləşməsi.
Vətən torpaqlarına girdi zirehli tanklar,
Qanlara qəltan oldu ön sırada olanlar.

Günahsız insanlara divan tutulur burda,
Təcavüz baş alıbdır əliyalın bir xalqa.
Maşınların cəsədi tankın altında qalır,
Bilinmir qopan başlar, əllər , qollar hardadır?

Avtomatlar açılır,güllələr vıyıldayır,
İldırım kimi çaxır, yağış kimi səpilir.
Qan çilənir yollara, zarıyan insanlardan,
Kimsə xəbərdar deyil Bakıda olanlardan.

Heç kəsə yoxdur aman ağrıdan donub zaman,
Bu, necə faciədir,ətraf dəhşətdir yaman.
Haray səsi ,inilti hər tərəfə yayılır,
Can verən yaralılar köməksizcə bayılır.

Hər tətəf qan ağlayır, ürək yara bağlayır,
Analar saçın yolur, qızlar səssiz ağlayır.
Ara yaman qarışıb , Bakı çox çalxalanır,
Hər küncdə, hər bucaqda qan gölləri yaranır.

Qan ağlayır qərənfil, asfaltlara döşənir,
ALLAH bu nə zülmdür, bu nə faciədir?
20 yanvar gecəsi,hər yan ağlaşma səsi,
Bu SSRİ ölkəsi, bu da ki, himayəsi.

Görən kimdir günahkar,düşündürür hər kəsi
Tarix unutmaz bunu!— ucalır xalqın səsi.
Zülmət qaranlıq gecə, necə söyləyim ,necə?
Qırmaq üçün həvəsi,kəsmək üçün nəfəsi,
Hərəkatı xəlvəti, dağıtdılar gizlicə.
Vəhşi haylara qarşı azadlıq hərəkatı,
Boğulurdu qərəzli, boğulurdu beləcə.

Müəllif: Həqiqət ŞAMİLLİ

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir