Ayna tək əks olunurdu. Xeyr! Rəsmlər deyil, görüntülər deyildi yansıyanlar. Duyğuların, düşüncələrin əks olunması idi bu. İzlədiyimiz həyat həqiqətənmi daxilimizdən gəlməkdədir? Yoxsa, həyat şablonlardan ibarətdir? Budaqdan qoparaq enən yarpaqları görür, amma onların zəriflik, ürəyə toxunan rəngbərəngliyinə necə, fikir veririkmi? Yarpağın qoparaq külək seli ilə havada süzərək enməsi şablonluq olaraq göstərilə bilər bəlkə də, lakin onun ecazkar rəngi, forma aldığı materialı və daxili aləmi isə əsla. Əsla bunlara şablon deyə bilmərik, sanki deyənləri görürəm. Kristal kimi aydın olan bu incəliyi görməyənlər, gözü sağlam korlar var, deyəsən, həyatda. Vaxt itirmədən əllərinə dəsmal alaraq öz aynalarını təmizləmələri gərəklidir. Aynamızı kristal tək parıldatmalıyıq.
Bataqlıq
Sanki bataqlıqda boğulmaqdayam, lakin korluq boğulması yaşayıram.Bəli! Nəfəsimin əvəzinə, müşahidəm kəsilməkdədir. Hər şeyə səthi, yalnız maddi yanaşıram. Zaman keçdikcə bataqlıq məni çəkir və kristalın nurundan məhrum oluram. Onun nuru aləmlərə yayılmış olsa da, mən görmürəm. Bataqlıq getdikcə diqqətimdən çıxarır onu. Xeyr, mən kristala, onun nuruna baxıram, lakin baxmaqla görmək fərqli duyğulardır. Bataqlıqda özümü maddi olaraq hiss edirəm, amma getdikcə kiçilən sonsuz genişlik olmağımdan bixəbərəm!…
Tanrını Görmək
Tanrını görmək hissini yaşamaq olarmı? O Uca Yaradanı bu maddi gözlərlə izləmək, onun varlığına maddi olaraq şahid olmaq mümkündürmü? Çürbəçür bitkiləri, ürəyə xoş mənzərəli məkanları və səmada bizi izləyən Günəş və Ayı yaradanla üzbəüz olmaq hissini düşünürəm. Çox ecazkar və tərif olunmaz olardı. Dayan! Yoxsa həmin hissi yaşayırıq və fərqinə varmırıq. Həqiqətən bu ola bilərmi? Baxmaqla birgə görmək də gərəklidir.
Bəzən müəyyən hadisələri və s. nə qədər unutmaq istəsək də onlar barədə düşünməyi dayandıra bilmirik. Bəlkə də bu vəziyyətlə çoxumuz rastlaşmışıq. Bu zaman beynimizin iki qütbü qarşı-qarşıya gəlir. 1987-ci ildə psixoloq Daniel Wegner, düşüncələrə mane olmağın çətinliyini ölçmək məqsədi ilə bir təcrübə etmək qərarına gəlir. Təcrübə zamanı Daniel bir qrup insandan 5 dəqiqə boyunca bir qütb ayısı barədə düşünmələrini və bu zaman ağıllarına gələn şeyləri də ona çatdırmalarını, amma ağıllarına ağ qütb ayısı gəldikdə isə zəngə vurmalarını istəmişdi. İkinci bir qrupa isə həmin təcrübəni sadəcə”bir ağ qütb ayısı barədə düşünməyin” kimi yenilədi. “Ağ ayı” deyənlər və o bardə düşünənlər zəngə vurmalı idi. Nəticə isə belə idi: Zəngin səsi demək olar, dayanmırdı. Sindromun adının “Ağ ayı” olmasının isə xüsusi səbəbi yoxdur. Burada “ağ ayı” bizim istəmədiyimiz düşüncələri təmsil edir. Düşünmək istəmədiyimiz, düşünməməyə çalışdığımız şeyləri daha çox düşünməyə başlayırıq. Yemək, içki, başımıza gələn trajikomik hadisələr və s. bunlara nümunə göstərmək olar. Ona görə də özümüzü düşünməməyə zorlamaqdansa sadəcə fikrimizi başqa yerə yönəltməyin daha məqsədəuyğun olduğu düşünülür.
“Özünüzə bu tapşırığı verin: ağ ayı haqqında düşünməməyə çalışın və görəcəksiniz ki, bu lənətlənmiş şey hər dəqiqə ağlınıza gələcək”– Dostoyevski “Yay təəssüratları üzərində qış xatirələri”
Vaxt gələr, əbədi ölər, bu həsrət, Qol açar vüsala, gülər, bu həsrət, Amalı sevincə bələr, bu həsrət, Sevgidə çəkilən zəhmət, gözəldir. İlahi yazısı, qismət, gözəldir.
Перед вами последний снимок Льва Толстого. Он сделан секретарем графа Валентином Булгаковым 23 сентября 1910 года в Ясной Поляне по случаю 48-й годовщины свадьбы с Софьей Андреевной. Спустя месяц с небольшим, в ночь на 28 октября, писатель навсегда покинет свой дом, оставив жене вот такое послание: “Отъезд мой огорчит тебя. Сожалею об этом, но пойми и поверь, что я не мог поступить иначе. Положение моё в доме становится, стало невыносимым. Кроме всего другого, я не могу более жить в тех условиях роскоши, в которых жил, и делаю то, что обыкновенно делают старики моего возраста: уходят из мирской жизни, чтобы жить в уединении и тиши последние дни своей жизни. Пожалуйста, пойми это и не езди за мной, если и узнаешь, где я. Такой твой приезд только ухудшит твоё и моё положение, но не изменит моего решения. Благодарю тебя за твою честную 48-летнюю жизнь со мной и прошу простить меня во всём, чем я был виноват перед тобой, так же как и я от всей души прощаю тебя во всём том, чем ты могла быть виновата передо мной. Советую тебе помириться с тем новым положением, в которое ставит тебя мой отъезд, и не иметь против меня недоброго чувства. Если захочешь что сообщить мне, передай Саше, она будет знать, где я, и перешлёт мне, что нужно; сказать же о том, где я, она не может, потому что я взял с неё обещание не говорить этого никому”.
Упоминаемая в письме младшая дочь Толстого – Александра Львовна, занявшая в семейной драме родителей сторону отца, – была единственной из родных, кого Лев Николаевич посвятил в планы своего ухода из Ясной Поляны. Она проводила графа, а 30 октября присоединилась к нему в Шамордине и находилась с ним до самого конца его жизни. Именно она передала отцу ответное послание Софьи Андреевны:
“Лёвочка, голубчик, вернись домой, милый, спаси меня от вторичного самоубийства. Лёвочка, друг всей моей жизни всё, всё сделаю, что хочешь, всякую роскошь брошу совсем с друзьями твоими будем вместе дружны, буду лечиться, буду кротка, милый, милый, вернись, ведь надо спасти меня, ведь и по Евангелию сказано, что не надо ни под каким предлогом бросать жену. Милый, голубчик, друг души моей, спаси, вернись, вернись хоть проститься со мной перед вечной нашей разлукой. Где ты? Где? Здоров ли? Лёвочка, не истязай меня, голубчик, я буду служить тебе любовью и всем своим существом и душой, вернись ко мне, вернись; ради Бога, ради любви Божьей, о которой ты всем говоришь, я дам тебе такую же любовь смиренную, самоотверженную, я честно и твёрдо обещаю, голубчик, и мы всё опростим дружелюбно; уедем, куда хочешь, будем жить, как хочешь. Ну, прощай, прощай, может быть, навсегда. Твоя Соня. Неужели ты меня оставил навсегда? Ведь я не переживу этого несчастья, ты ведь убьёшь меня. Милый, спаси меня от греха, ведь ты не можешь быть счастлив и спокоен, если убьёшь меня. Лёвочка, друг мой милый, не скрывай от меня, где ты, и позволь мне приехать повидаться с тобой, голубчик мой, я не расстрою тебя, даю тебе слово, я кротко, с любовью отнесусь к тебе. Тут все мои дети, но они не помогут мне своим самоуверенным деспотизмом; а мне одно нужно — нужна твоя любовь, необходимо повидаться с тобой. Друг мой! Допусти меня хоть проститься с тобой, сказать и последний раз, как я люблю тебя! Позови меня или приезжай сим. Прощай, Лёвочка. Я всё ищу тебя и зову. Какое истязание моей душе!»
На следующий день, 31 октября (13 ноября по новому стилю) , в Ясную Поляну пришло последнее письмо Льва Толстого, адресованное жене: «Свидание наше и тем более возвращение моё ТЕПЕРЬ совершенно невозможно. Для тебя это было бы, как все говорят, в высшей степени вредно, для меня же это было бы ужасно, так как теперь моё положение, вследствие твоей возбуждённости, раздражения, болезненного состояния стало бы, если это только возможно, ещё хуже. Советую тебе примириться с тем, что случилось, устроиться в своём новом, на время, положении, а главное — ЛЕЧИТЬСЯ. Если ты не то что любишь меня, а только не ненавидишь, то ты должна хоть немного войти в моё положение. И если ты сделаешь это, ты не только не будешь осуждать меня, но постараешься помочь мне найти тот покой, возможность какой-нибудь человеческой жизни, помочь мне усилием над собой и сама не будешь желать теперь моего возвращения. Твоё же настроение теперь, твоё желание и попытки самоубийства, более всего другого показывая твою потерю власти над собой, делают для меня теперь немыслимым возвращение. Избавить от испытываемых страданий всех близких тебе людей, меня и, главное, самоё себя никто не может, кроме тебя самой. Постарайся направить всю свою энергию не на то, чтобы было всё то, чего ты желаешь, — теперь моё возвращение, а на то, чтобы умиротворить себя, свою душу, и ты получишь, чего желаешь. Я провёл два дня в Шамардине и Оптиной и уезжаю. Письмо пошлю с пути. Не говорю, куда еду, потому что считаю и для тебя, и для себя необходимым разлуку. Не думай, что я уехал потому, что не люблю тебя. Я люблю тебя и жалею от всей души, но не могу поступить иначе, чем поступаю. Письмо твоё — я знаю, что писано искренно, но ты не властна исполнить то, что желала бы. И дело не в исполнении каких-нибудь моих желаний и требований, а только в твоей уравновешенности, спокойном, разумном отношении к жизни. А пока этого нет, для меня жизнь с тобой немыслима. Возвратиться к тебе, когда ты в таком состоянии, значило бы для меня отказаться от жизни. А я не считаю себя вправе сделать это. Прощай, милая Соня, помогай тебе Бог. ЖИЗНЬ НЕ ШУТКА, И БРОСАТЬ ЕЁ ПО СВОЕЙ ВОЛЕ МЫ НЕ ИМЕЕМ ПРАВА, И МЕРИТЬ ЕЁ ПО ДЛИНЕ ВРЕМЕНИ ТОЖЕ НЕ РАЗУМНО. Может быть, те месяцы, какие нам осталось жить, важнее всех прожитых годов, и надо прожить их хорошо. Л.Т.». Льву Николаевичу оставались не месяцы, всего неделя.
L. N. Tolstoyun son fotolarından biri. 23 sentyabr 1910.
Yalnız Gədəbəy demə, ged a bəy de… Ged və gör də görk nəymiş…
Məmləkətimizin hər köşəsi gözəldir, əlbəttə! Aranın aran yeri, dağın dağ yeri, dənizin dəniz yeri – Hər obamızın bir özəlliyi var. İndiyəcən ölkəmizin hər yerini gəzib dolaşmışdım, bircə Gədəbəydən başqa. Zarafatla gədəbəyli dostlara deyirdim ki, mən az qala bütün Turan coğrafiyasını gəzib dolaşmışam, ancaq hələ “Gədəbəy Demokratik Cümhuriyyəti”ndə olmamışam. İnsafən, dostlar da hər dəfə gəl gedək deyirdilər. Ancaq vaxtım heç cür təkliflərlə dəng gəlmirdi. Nəhayət, yaxın günlərdə bu arzum da gerçəkləşdi. Şair dostum Süleyman Abdullanın dəvəti və təkifi ilə onun dəmir atının tərkində Qazağın İncə Dərəsinə baş çəkib, Ağstafanın Köçəsgərindən şair Saqif Qaratorpağı da ikinci tərkimizə götürdük, Tovuzun Xınna Dərəsi boyu gözəllikləri seyr edə-edə gözəlim Gədəbəyə varid olduq. Orda bizi həmin gün özünü Sumqayıtdan Gədəbəyə çatdırmış şair dostumuz Polad İbrahimoğlu gözləyirdi. İstəyimi nəzərə alıb məni birbaş Başkəndə apardılar. Bəlli söhbətlərdən və yaylaq seyrindən sonra, bərəkətli Gədəbəy süfrəsi arxasında əyləşdik. Aşıqlar meydan sulayıb, könlümüzü ovsunladılar. Aşıb-daşan dağ çayı, göylərin ərməğanı olan yağış, dolu səfərimizə bir ayrı rəng qatdı. Amma təəssüf ki, ARABAÇIya qalxa bilmədik. Dedilər ki, o kəndə ancaq qışda – bərk şaxta, AYAZ olanda, yollar buz bağlayanda, ZƏKAlı bir adamla qalxmaq olar. Belə çiçəkli bir zamanda oralar çən-dumana bürünür, yamaclarda PƏRVANƏlər Bayram eləyir. Düşündüm ki, neynək bir “ağrın alem”lə “Ayazlı, şaxtalı bir qış axşamı yeddi yoldaş olub yolla düzəllik!” düz oraa… Gecəni sirli-sehirli Çobankənddə Polad əfəndinin ata ocağında gecələdik. Səhəri Gədəbəyin rayon mərkəzinə baş çəkib, Yasamal dağının dolayları ilə Şəmkirə endik. Əziz şair dostumuz Çiçək Mahmudqızının yubileyində iştirak etmək üçün özümüzü Gəncədən Hacıkəndə yetirdik. Çiçək xanımın “Könül körpüsü”ndən adlayıb Dəlidağ istirahət mərkəzində gözəl bir törənə, sazlı-sözlü bir etkinliyə qatıldıq. Yay günləri üçün qənimət bir səfər oldu, əlbəttə!
Bu səfərin baş tutmasında əməyi keçən hər kəsə sonsuz minnətdarlıq duyğuları ilə; İBRAHİM İLYASLI P.S. Səfərlə bağlı ayrıca təəssürat yazısı isə qalsın gələn dəfəyə.
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
Ülviyyətdi Xəlil Rza.
Sən incə çiçəklərdəki jaləm kimi gəldin, Bir qan bahası bağçama laləm kimi gəldin. Aldın da, ucaltdın məni əflakə özünlə, Endikdə müqəddəs, yeni Aləm kimi gəldin.
-Gəldinmi? -Yox, hələ ki, getmisən, Xəlil kişi, alov kişi, atəş kişi, ər kişi, Vətən kişi! Aramızdan, sıramızdan getmisən, bir piyalə su səpmişəm ardınca.Səpmişəm ki, ideallarınla dönəsən, yurd eşqini Turan çələnginə hörüb gələsən. Odur ki, Xəlil Rza, dağınıq gülləri yığıb bir cəm kimi gəl, sevgidən sərxoş kimi gəl, şəhid Təbrizin atası, şəhri-Təbrizin balası kimi gəl! Yaşamamaq yox idi Xəlil Rza leksikonunda.Yaşamaq vardı, azad ruh kimi cahanı dolaşmaq, 1932-ci il oktyabrın 21-də Salyanın Pirəbbə kəndində doğulmaq və bir daha ölməmək vardı.Bu saat şairin gündəliklərini varaqlayıb yazılan hər xatirənin hərarətini duyuram.Bu sətirlərin hərarəti ahənrüba kimi məni özünə çəkməkdədir.Özümə borc bilirəm ki, Xəlilin adını çəkərkən ömür-gün yoldaşı Firəngiz xanımın da adını tələffüz edim. Lap gənc yaşlarından Firəngiz Aşurbəyovanın çevrəsində bir gənc dolaşırdı.Az qala “pərvanə kimi dolaşırdı” deyəcəkdim, özümü güclə saxladım.Firəngiz xanım şam deyildi ki, onun çevrəsində pərvanə kimi fırlanasan, sevən bir qadın, Xəlili sevən növrəstə birisi idi.Salyan şəfaxanasında baş həkim işləyən Böyükağa Aşurbəyovun da xəbəri olsunmu bu məsələdən? -Olsun! -Bəs Xəlilin atası Rza kişinin? Onun bu izdivaca rzası varmı? Ayağımız Yer kürəsində, əlimiz çatırsa Aya, Marsa, hələ bu cahanda Xəlil kimi 5 kişi varsa, o zaman doktor Böyükağa da, Rzaya da xeyir-dua etmək qalır. Dövlət Universitetində tələbə idi Xəlil.Filoloq, jurnalist olacaqdı, vətəndaş oldu, alim, tərcüməçi oldu.Bir də sevdiyi Firəngizin duyğularının dilmancı olacaqmış.Sonralar nələr olacaqmış, nə görüşlər, nə gülüşlər, nə yanğılar, nə fəryadlar, nə acılar, fəqət çox var hələ, qardaşlar, bacılar! Öncə toy-büsat olacaqmış, ayazlı-şaxtalı dekabr ayında Salyanda keçirilən toya məclis iştirakçıları-lap elə ailə dostu, tələbə yoldaşı, şair Nəriman Həsənzadənin timsalında nəzər salaq: 1957-59-cu illərdə Moskvada Ali ədəbiyyat kurslarında oxuyarkən Nərimanın xanımı Sara, Xəlilin yarı Firəngiz də yollanırlar o şəhərə.Şərqli adaxlıların ardınca üzü şimala sarı.Sıcaq, maraqlı günlərin fonunda müşkül məqamlar da az deyildi.Çöl-biyabandan çör-çöp yığan dostların vaxtları şad-xürrəm keçirmələri, gözəl təbiətdən nuş edib, Moskva axşamlarında ara-sıra kabab çəkmələrinimi deyim? Təki Nərimanın bu sözündən uzaq olsunlar, hər ağac qıranda “ona dəyməyin, muraz üstdədir”-deyə nalə çəkərmiş Xəlilin ahbabı.Elə Xəlilin də aldığı təhsildən murazı varmış.Bu torpağa yarınsın, bu məmləkətə yarasın deyə gecəsini gündüzünə qatan Xəlil idi.Bəzən məclislərdə ögey qarşılansa da, işsiz-gücsüz günlərində qəhərdən hayqırsa da, unudulsa da, özünün sağlığına badə qaldıran yeganə şair idi Xəlil. Xoşbəxt ailə həyatının xoşnud anlarını gözləmək Xəlillə Firəngizin yeddi ilini dəhrələyir.Kəcrəftar tale onların yeddi ilini çırpışdırır, yalnız 1964-cü ildə onlara övlad payını verir.Özü də asanlıqla yox, Xəlil Rza taleyin əlindın qapmışdı oğul payını.Bütöv Azərbaycan naminə Xəlil ilk övladını Təbriz adlandırır. Gözəlim Təbriz, əzəlim Təbriz, səhərim Təbriz, şəhərim Təbriz! O Təbrizə ünü yetməsə də, bu Təbrizə əli çatan oldu Xəlil Rzanın. O sahilin dərdi də dərdi idi Xəlil Rzanın.Bu səbəbdən bir-birindən cüda düşən o taylı-bu taylı yurddaşlarımızın qəribsəyən könüllərində, qubarlanan kökslərində Xəlil Rza misraları közərirdi. Şairin gündəliklərini oxuduqca görürsən ki, çılğın, alovlu biri olması ilə yanaşı həm də adama tez yovuşan, məclisə tez qaynaylb-qarışan insan olmuş.Bəzən söhbət əsnasında zarafatlardan uğunub getməyi də varmış Xəlilin.Zəhmi mərhəmətindən, heybəti yuxa ürəyindən süslənən şairin tək idealı Vətən idi. Tarix qədər müdrik olan bu zatı “Lefortovo” zindanında uzun müddət görmək istəyənlərin yağlı tikələri qursaqlarında qalmışdı, gövşəsinlər görək necə gövşəyirlər.Yeri gəlmişkən, 8 ay 12 günlük həbs həyatını sovet rəhbərlərinin burunlarından piltə-piltə gətirən bir xanım vardı: Firəngiz xanım.18 dəfə Bakı-Moskva yolunda İstiqlal şairimizin ziyarətinə yollanan bu möhtərəm xanımın ər qayğısını yalnız ərənlər qanar. Ənginlərə sığmayan, 20-ci əsr poeziyamızdan gülab təki süzülən Xəlil Rza azad olub, “Lefortovo” zindanından qurtulub gəldiyi kadrları görcək sanki damardakı qanım donur.O səadət anında şairin cavabı belə olur: Biz Türküstan elləriyiz, Qeyrət-qüdrət selləriyiz. Daşnakları qovan bizik, Dar gözləri ovan bizik. Yetər meydan suladılar, Bakımızı taladılar. Bakımızı əzizləyək, Əqrəblərdən təmizləyək. Şölə versin bu ləl-mərcan, Ermənisiz Azərbaycan!
Aləmlərə izhar ediləsi bir misranı vaxtilə özün bəyan etmişdin, şair! -“Aləmlərə bildir ki, Xəlil heç zaman ölməz”
Xəlil döndü aramıza.44 günlük Zəfər savaşından sonra daha fərəhli, daha sevincli döndü sıramıza.Belə də olmalı idi… Axı bir xilqətdi ki, Xəlil Rza lovğalıqdan xeyli uzaqdı. Axı bir vəhdətdi ki, Xəlil Rza dünyanın özü boydadı. Axı, axı Ülviyyətdi Xəlil Rza.
Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) – Sirvani (onu avropada və rusiyada Şamaxılı Alis kimi də tanıyırlar) 21 aprel 1322 – ci ildə Şamaxıda anadan olubş Hal-hazırda Qobustan rayonu Ərəbşalbaş kəndində yaşayan tanınmış Kərimlilər nəslindəndir. (Bu nəslin nümayəndələri bütün dövürlərdə əl qabiliyyəti – rəngkarlıq, ustalıq, düşüncə, istedad tələb edən sahələrdə fərqlənmişlər.) Şamaxının elmin, təbabətin mərkəzi olduğu çağlarda elə orada – doğma Şamaxıdaca günümüzün universitetlərinin verə bilmədiyi mükkəmməl dini və dünyəvi təhsil almışdır. O, məşhur memar olduğu kimi, bilikli təbib, münəccim, riyaziyyatçı və ya din alimi də ola bilərdi. Ancaq, rəsm çəkməyə xüsusi marağı olan Əliş bəy üzünü o vaxt çiçəklənməkdə olan şərqə tərəf tutaraq memarlığı seçdi. Qısa müddət ərzində Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə ad qazandı. Kırımda Bağçasarayda gördüyü işləri sorağını Rusiyaya ordan avropaya aparıb çatdırmışdı. Onun son işi dünyaca məşhur, gözəlliyin və möhkəmliyin vəhdət tapdığı, çərqlə qərbin qovuşduğu Moskva Kremlidir. (Kərəmli qalası -bürcü) 22 iyun 1371 ci ildə xəyanət – alçaqcasına sui-qəsd nəticəsində Moskva yaxınlığında öldürülmüşdür. Şamaxıda dəqiq bilinən günümüzədək qalıqları gəlib çatan işi şəhərin girişindəki köhnə körpüdür. (Bu məlumatı sonuncu dəfə 2017 -ci ilin yayında 83 yaşlı Şamaxı sakini tarixin demək olar ki, bütün çağları barədə zəngin məlumatlı Balayev Qulu baba böyük əminliklə təsdiq etmişdir.)
Sovetlər dönəmində fəaliyyət göstərən Azərbaycan Yazıçılar İttifaqının filiallarından fərqli olaraq (İndiki günlərimizdə də öz işlərini davam etdirən həmin filiallarda təmsil olunan qələmdaşlarıma uğurlar arzulayıram!) AYB-nin 1991-ci ildən sonra yaradılan Şəki, Aran, Xəzər, Sumqayıt, Abşeron, Qubadlı Mingəçevir…bölmələri müstəqilliyimizin bölgələrdə yaşayıb-yaradan yazarlarımıza yönəlik ən dəyərli töhfəsidir.
İllər boyu sənaye mərkəzi, fəhlə şəhəri kimi tanınan Mingəçevirdə 23 oktyabr 1999-cu ildə AYB sədri Anar, Fikrət Qoca, o vaxtkı şəhər rəhbəri Məhəbbət Qarabağlı (Allah hər ikisinə rəhmət eləsin!) və ictimaiyyət nümayəndələrinin xeyir-duaları ilə fəaliyyətə başlayan Mingəçevir bölməsi çox keçmədən sözün əsl mənasında ədəbi aləmin bir parçasına çevrildi. Tanınmış ədəbiyyatşünas Ramiz Göyüş və görkəmli alim Rüstəm Kamalın yazdıqlarına istinadən desəm, “sovetlər birliyi dövründə tədricən kosmopolitləşən və rus dilinin təsiri ilə milli köklərindən uzaqlaşmaqda olan bir bölgədə ədəbi mərkəzin yaradılması, ilk növbədə yerli yazarların püxtələməsində böyük rol oynadı. Həmin vaxta qədər tək bircə nəfər istisna olmaqla, mərkəzi mətbuatda heç vaxt imzaları görünməyən yerli yazarların əsərləri çeşidli adlar altında nəşr olunan qəzet-jurnallarda ayaq açdı. Onların böyük bir qisminə yubiley və poeziya gecələrində, kitab təqdimatı mərasimlərində, tele-verilişlərdə öz sözlərini demək imkanı yarandı, ilk kitablarını çap etdirdilər. 2008-2020-ci illər aralığında bölmənin xəttiylə nəşr olunan “Bənövşə” (əzəlki adı “Mingəçevir leysanı”) ədəbi dərgisi öz qapısını istedad sahiblərinin üzlərinə taybatay açdı. Xeyli sayda mingəçevirli yazar AYB-yə üzv qəbul olundu, 2014-2022-ci illər aralığında bölmənin xəttiylə dörd almanax işıq üzü gördü… Son iyirmi beş il ərzində ortaya qoyduğumuz önəmli işlərin hamısını sadalamaq fikrində olmadığımdan, bölmənin 25 yaşını qeyd etmək məqsədiylə nəzərdə tutulan silsilə tədbirlərin yalnız bir neçəsini diqqətə çatdırmaq istəyirəm. İnşallah cari ilin payızında əvvəlcə Mingəçevirdə, sonra isə paytaxt Bakıda yubiley sevincimizi sizlərlə bölüşəcəyik. Bu məqsədlə yazının sonunda üz qabığı ilə tanış olacağınız “Söz yaddaşı” adlı almanaxımız (bölmənin sayca beşinci toplusu) hazırda Bakıdakı nəşriyyatlarından birində yaxın həftələrdə işıq üzü görəcəkdir. Sonra isə yəqin ki sonnrakı aylardan birində AYB və Mingəçevir şəhər rəhbərliklərinin, bir neçə dəyərli alim-yazar dostlarımızın təbriklərinin, bölmənin 25 illik fəaliyyətini əks etdirən xronikanın, foto-şəkillərin yer aldığı “Bənövşə” jurnalının xüsusi buraxılışı ilə qarşınıza çıxacağıq… Ümid edirik ki son 25 ildən bəri nur timsallı Mingəçevirdə şölə saçan söz ocağımızın xoş sorağı ilahi sözə dəyər verən hər kəsi ürəkdən sevindirəcəkdir. İSMAYIL İMANZADƏ AYB Mingəçevir bölməsinin sədri 21.06.2024
Yazarlar cameəsi adından əzizimiz, dəyərlimiz Zəhra Həşimovanı doğum günü münasibətilə təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Hörmətlə: Zaur Ustac
Ətrafımızda bəzi insanlar var ki, onların həyat yolu namus, əxlaq, alın təri və zəhmətlə hörülüb. Onların keçdikləri hər bir yol, atdıqları hər bir addım, gördükləri hər bir iş bizə ilham verir, ümidimizi artırır, təsəlli olur.
Bu insanlar həyatın çətinliklərinə, sınaqlarına və maneələrinə qarşı dayanıqlı durmağı bacarır, hər bir çətinlikdə iradələrini gücləndirir, səbrlərini artırır. Onlar namusla, əxlaqla işlər görüb, alın təri ilə uğurlar qazanır, zəhmətlə yüksəlirlər.
Bu insanlar ətraflarındakılara örnəkdir. Onların yaşadığı həyat hekayələri, çətinliklərə qarşı göstərdikləri iradə, sarsılmayan ruhları, səbrləri və zəhmətləri bizə öz yolumuzu seçməkdə ilham verir. Onların uğurlu karyeraları, həqiqətə və ədalətə olan inamları, bizə də öz işlərimizdə uğur qazanmaq üçün bir nümunə olur.
Onların həyatı bizə göstərir ki, bəli, zəhmətlə də yüksək uğurlar qazanmaq mümkündür. Bu insanlar sanki həyatı öz əlləri ilə yavaş-yavaş tikib qururlar. Onların hər zəhməti, hər damla alın təri, gələcəyin bünövrəsini möhkəmləndirir. Biz də onların yolunu izləyərək həyatımızı daha dəyərli, daha uğurlu edə bilərik.
Onlar bizə göstərir ki, səmimi zəhmət və əzmkarlıqla, heç bir zirvə əlçatmaz deyil!..