Həqiqət Həqiqinin yeni şeirləri – SEVGİNİN RƏNGİ

TÖHMƏT ALARDI

Ömür yollarımın sahilindəyəm,
Həyat ləpələnir dalğalar kimi.
Xəyallarım xırda qum dənəciyi,
Dəniz düşüncələr yuyur eşqimi.

Fırtınalar qopur ömür yolumda,
Dönür qağayıya xoş xatirələr.
Tutub əllərimdən məni aparır,
Yolunu itirmiş, boş xatirələr.

Sevgim dalğaların arasındadır,
Həsrəti bir ümman, cağlayan dəniz.
Ləplər siləcək göz yaşlarını?
Ay mənim dərdimə ağlayan dəniz?!

Yelkənsiz gəmiydi ötən günlərim,
Arzular içində azıb qalardı.
Şaşqınlıqlar ilə itən ömrünə,
Həyatdan ən ağır töhmət alardı…

10. 07. 2024.

GƏLƏ BİLMƏDİM

Vəfasız əllərə əl uzatmaram,
Gözəl həyatıma kədər qatmaram,
Sevirəmsə yarı, heç vaxt atmaram,
Əsdi xəzan yeli, gələ bilmədim!

Kədər bəzək burdu naxışlarımdan
Kəsildi ümüdüm alqışlarımdan,
Elə leysan axdı baxışlarımdan,
Kəsdi sellər yolu gələ bilmədim!

Qaranlıq gecənin sübh sabahı var,
Bir açı kədərin, sevinci olar,
Mən sənə gələrkən bağlandı yollar,
Tökdü leysan,dolu, gələ bilmədim.

06. 07. 2024.

MÖHÜRLƏNİB RUHUNA

Sənin saçarında bəyaz teləm mən,
Eşqimlə qəlbində böyük eləm mən,
Soyuq ovucunda odlu məhəbbət,
Dərin baxışında güclü seləm mən.

Sənin ürəyində gəzəcəm daha,
Burda ötən zaman hər şeydən baha,
Gəzdiyim məkanı qorusun deyə,
Hər gün yalvarıram uca Allaha.

Həyat yollarının izində varam,
Sevgi libasımla könlünə yaram,
Həsrətin açdığı köz yaraların,
Gəlmişəm əzizim qəlbimlə saram.

Gözəl duyğularla olmuşuq qohum,
Daha möhürlənib ruhuna ruhum,
Hicranın uzaqdan boylanıb baxsa,
Acı ayrılığa qalmayib qorxum.

04.07.2024.

SƏNİN DOĞUM GÜNÜNƏ

Bu gün ad günündür nə deyim axı,
Yaraşsın səndəki gözəl ürəyə.
Əzizim, deyirəm çətin həyatda,
Asan yollarla çat arzu – diləyə.

Nə deyim könlünə yatsın sözlərim,
Misramı qəlbinə əbədi hörüm.
Hər kirpik çalanda dinən gözlərim,
Sənin baxışınla danışan görüm.

Ömrünün yüzüncü pilləsində dur,
Vüqarın heç zaman yerə enməsin.
Sevincdən, şənlikdən qəlbdə oda qur,
Səni üzən kədər geri dönməsin.

Nə desəm, nə yazsam şəninə azdır,
Dəryadır, dənizdir sənə arzular.
Bizim unudulmaz illərimiz var,
Otuz il geridə, o, məsum qızlar…

01.07.2024.

SƏNLƏ GÜLÜRƏM

Hər gün doğulursan sevgilərinlə,
Qəlbimə yeni ruh köç edib gəlir.
Sənin hər zamanın, cümlələrinlə,
Mənim kədərimi, qəmimi dəlir.

Ruhun gözəlliyi nur içindədir,
Bizim məhəbbətin üstə ələnir.
Aldığın o nəfəs eşq köçündədir,
Odama səninlə eşq səpələnir

Səninlə çox şadam mən bu düyada,
Səsini, sözünü məlhəm bilirəm.
Səni yaradana, tanrıya şükür,
Sən varsan, dərdə də sənlə gülürəm.

01.07.2024.

BİR EŞQ MƏBƏDİ

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Qaçıb gizlənirəm, qəm məni sarır.
Bürünüb sən adlı məhəbbətimə,
Sevmək istəyirəm, bağrımı yarır.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Yolumu dəyişdim, yoluma çıxdı.
Sənin eşqin ilə elə güclüydüm,
Taqətimi aldı, dərd məni yıxdı.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Uzağam, qəlbinə gəlib köçmüşəm.
Daha azarımda təhlükə yoxdur,
Sənin ürəyindən məlhəm içmişəm.

Deyirsən kədərdən, qəmdən uzaq ol,
Deyirsən sevincə bağlan əbədi.
Əzizim, məkanım sənin qəlbindir,
Mənimçün tikmisən bir eş məbədi.

29.06.2024.

EŞQ APARARSAN

Bir gün əl verərsən, ovuclarında,
Yenə də evinə eşq apararsan.
Dünyaya sığmayam məhəbbət dolu,
Sevən ürəyimi sən qopararsan.

İlahi gözəllik ram edər səni
Yenə də yol boyu xəyal qurarsan,
Sevgini min dəfə anlatmaq üçün,
“TUPOYSAN” deyərsən, tənə vurarsan.

Bir gün pəncərəni döyər damcılar,
Xəyalım boylanıb boyuna baxar.
Külək döyəcləyib qapını açar,
Rahiyəm süzülüb qəlbinə axar.

Bir gün səs duyarsan, qulaqlarında,
Pıçıltım yenidən ağlını alar.
Bir gün o təbəssüm dodaqlarında,
Öpdüyün telimin ətiri qalar.

Yenə ağladarsan süzgün baxışı,
Sinəndə yaranar məhəbbət seli.
O sənə qısılar tənhalığından,
Eşq ilə sararsan o incə beli.

23. 06. 2024.

SEVGİNİN RƏNGİ

Sizə məhəbbətin gözəlliyindən,
Sevginin rəngindən söhbət açıram.
Nura boyayıram misralarımı,
Çünki, mən eşq ilə işıq saçıram.

Günəş şəfəqi tək göz qamaşdıran,
Məhəbbət gecəmin ay işığıdı.
Sevgi paklığından şəffaf, dupduru,
Sevən ürəyimin yaraşığıdı.

Mən eşqdən yaranıb, eşqə varıram,
Eşqin bir qətrəsi cahana dönür.
Aldığım nəfəsdə, vuran ürəkdə,
Sevgi var, olmasa kainat sönür.

22. 06. 2024.

Müəllif: Həqiqət HƏQİQİ

HƏQİQƏT HƏQİQİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yusif Mirzəzadə – Mənim idealım!

Hər kəsin bir idealı vardır və olmalıdır. Bu inkişafın əsas şərtlərindən biridir. 1 il kimi qısa bir müddət olmasına baxmayaraq çox xatirələr və böyük bir təcrübə yaşadım. Qeyd etmək lazımdır ki, bu yolda hər gün yanında olan bir nəfər var idi ki, bu əziz və dəyərli müəllimim Yunis müəllim idi. Yeri gəlmişkən, heç kəs bilməsə də, ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinində Hüquqşünas təhsili almağı seçməyimin əsas səbəblərindən biri məhz onun kimi yüksəkixtisaslı kadrın burada olması idi. Bizə ilk dərsə gəldiyi gün yadımdadı. Danışıq tərzi, söz seçimləri və duruşu məndə çox xoş təsürat və maraq yaratmışdı. Keçən bir il göstərdi ki, Yunis müəllim sözün əsl mənasında peşəsinin üstəsindən layiqincə gəlir və gələcəyə savadlı hüquqşünas kadrlar yetişdirmək üçün əlindən gələni edir. Bu gün qeyd etmək istəyirəm ki, Yunis hocam təkcə mənim üçün bir müəllim deyil, açıldığım bu geniş dəryada yol göstərən bir mayakdı, yoldaşdı, daim yanımda hiss etdiyim bir qüvvədi. Bu qeyri-şərtsiz onun uğurudur ki, tələbələrinə özünü hərtərəfli sevdirə bilib. Yeri gəlmişkən, bu gün həm də onun doğum günüdür. Ən səmimi və içdən arzularımla Yunis hocama möhkəm can sağlığı, uzun ömür, sarsılmaz iradə, böyük nailiyyətlər, xoşbəxt və səadət dolu günlər arzu edirəm. Doğum gününüz mübarək !

Hörmətlə: Yusif Mirzəzadə

YUNİS XƏLİLOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qazi Zaur Ustac

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

10 iyul Yunis Xəlilovun doğum günüdür!

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilovu YAZARLAR cameəsi adından təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, YUNİS müəllim!

Hörmətlə: Zaur USTAC

10.07.2024. Bakı şəhəri.

YUNİS XƏLİLOVUN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kamal Sunal Ankarada əsgərlikdə

1981-ci il. Kamal Sunal Ankarada əsgərlikdə. Atası Mustafa Sunal onu ziyarətə gəlib.

Mənbə: Vasif Ayan

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

9 iyul Lənkəran Səfərovun anadan olduğu gündür.

Bugün ( 9 iyul 1975 – 4 yanvar 2015 ) gözəl insan, əsl ziyalı, tanınmış həkim Lənkəran Səfərovun anadan olduğu gündür…

QISA ARAYIŞ:

Səfərov Lənkəran İldırım oğlu 9 iyul 1975 – ci ildə Ağdam rayonu Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Ağdam rayon Yusifcanlı kənd orta məktəbində, daha sonra Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsində təhsilini davam etdirərək ürək – damar cərrahı ixtisasına yiyələnmişdi. Azərbaycan Ordusunun Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrində Tibb Xidməti bölməsində həkim-zabit kimi xidmət keçmiş, ehtiyatda olan tibb xidməti həkim-zabiti idi. Öz ixtisası üzrə həkim işləyirdi. 4 yanvar 2015 -ci ildə qəfil ürək tutmasından dünyasın dəyişib. Allah rəhmət eləsin… Ruhu şad olsun… Amin…

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qədim Yunanıstanda Sokrat müdrikliyi

Qədim Yunanıstanda Sokrat müdrikliyə görə böyük şöhrətə malik idi. Bir gün bir nəfər böyük filosofu tapmağa gəlib ona dedi:

– Bilirsən, dostun haqqında nə eşitmişəm?

“Bir dəqiqə” deyə Sokrat cavab verdi. “Mənə deməzdən əvvəl mən onu üç ələklə yoxlamaq istərdim.”

“Üç ələk?”

– Bəli, – Sokrat davam etdi. “Başqaları haqqında danışmazdan əvvəl, nəyi nəzərdə tutduğunuzu süzgəcdən keçirməyə vaxt ayırmaq vacibdir. Mən bunu üç ələk sınağı adlandırıram. Birinci ələk HƏQİQƏTdir. Mənə deyəcəyiniz şeyin doğru olub-olmadığını yoxladınızmı? “

– Yox, indicə eşitmişəm.

“Çox yaxşı! Deməli, bunun doğru olub-olmadığını bilmirsən. Keçək ikinci ələyə, XEYİRLİYƏ. Dostum haqqında mənə demək istədiyin şey yaxşı bir şeydirmi?”

“Oh, yox! Əksinə.”

“Deməli,” deyə Sokrat soruşdu, “sən mənə onun haqqında mənfi bir şey söyləmək istəyirsən və bunun doğruluğuna belə əmin deyilsən? Bəlkə hələ də üçüncü ələkdən, FAYDALILIQ sınağından keçə bilərsən. Mənim üçün faydalıdırmı? Bu dost haqqında mənə nə deyəcəyinizi bilirsinizmi?

“Yox, əslində yox.”

“Ona görə də, – Sokrat yekunlaşdırdı, – sənin mənə deyəcəklərin nə doğru, nə yaxşı, nə də faydalıdır.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – SÖZ YÜKÜ

SÖZ YÜKÜ

Bu günkü qəhrəmanım xeyli gəncdi. Amma çiynində min ilin yükü var– Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı sözünün- Hər mənada. Yaşına görə çox bilir. Elə çox da görüb məncə. Çətinliyin və ağrıların içindən keçib. Həyatda bişənlərdəndi. Ona görə də özünə arxayındı . Elə sözünə də. Aramızda bir fəsillik yol var. O bahardadı, mən payızda. Hərə öz pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır. Hərdən sözü adama payızdan boylansa da əhvalına bağışlayırsan duyğularını. Hər məqamda özüdü. Ərklə sözünün qapısını açdığım gənc dostlardandı. Elə hər mənada arxalana biləcəyimiz gəncdi. Gözəl vətəndaşdı, gözəl oğuldu, gözəl atadı, gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin içində istedadlıdı həm də. Ürəklə “şairdi” deyə bildiklərimdəndi ən əsası:

Bu dünyaya mən dan yeri
söküləndə gəlmişəm.
Tanrının dərgahından bu bəxtəvər dünyanın
Qapqara saçlarına
İşıq rəngli ləl-cəvahir
Töküləndə gəlmişəm
–deyir bu günkü qəhrəmanım—Taleh Mansur.
Mənsə –nə yaxşı ki, gəlmisən bu ağlı,qaralı dünyaya. Nə yaxşı sözün qulpundan yapışmısan . Nə yaxşı ki, sözə qahmar çıxanlardan olmusan –deyirəm. Qəlbiylə sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar.
Qələm sözünə baxmayanda da sözə tutunmağın bir ayrı hikməti var. Hələ sözlə əl ələ verib bu dünyaya meydan oxumağın özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın özü də bir igidlikdi.
Talehin qələminə Tanrı sığal çəkib . Göy üzündən gələnlərdəndi. Bu çoxluğun içində özünü isbat etmək, seçilmək elə də asan deyil. Hərdən Talehdən daha ağır , daha dərin söz, fikir gözləyirəm. Sonra dönüb yaşına baxıram. Yaşına bağışlayıram o vaxt duyğularından asılan gənci. İçindəki atəşinə, oduna bağışlayıram. Yaşıdlarından tez böyüyən adına bağışlayıram .
Mənə görə şairi sözündən tanıyırsansa , demək şairdi. Öz cığırı , öz yolu varsa , demək ,özünə sadiqdi . Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan yuxarı yazılmayıb. Kökü var. Havadan asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa , daşa salmır adamı, düz yola çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:

Şeir qəlbi şah tutasan, şah qala,
Söz başını düz önündə əyəsən.
Qoşulasan İlahi bir xəyala,
Aradabir gedib ərşə dəyəsən.

Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda . Bu baxımdan Talehdə özünə özündən baxmaq fəlsəfəsi güclüdü. Nə olursa olsun , ən əsası hər məqamda içindəki sevgini qoruyub saxlamağın bir adı da müdriklikdi . Taleh də gənc müdriklər siyahısındadı bu sarıdan. Bu da bir məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə sarılarsan. Özününkü edərsən. Deyərsən bax budu hər şeydən ucada dayanan Söz.
Nə qədər gizlətsə də şairi sözündən tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:

Göyün xəyalımdı,
Yerin yuxumdu.
Sən olan yuxular dərin yuxumdu….
…Bir də ki , sən özün yaxşı bilirsən
Sənli yuxuların dayazı olmur,
Yağış , qar töksə də ayazı olmur.
Nə qışı, nə də ki , payızı olmur.
Həsrətə bələnmiş sətirlər ruhuna hopur adamın. Bürünürsən şeirə. Hopur canına ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı özünə boylanırsan. İtib batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir də bu deyilmi?

Döndü göz yaşına gülən sevdalar,
Bir də doğularmı ölən sevdalar?
Ay mənim başıma gələn sevdalar
Başımdakı ürək deyil , ağıldı.

Bilə -bilə ki, sevdaların hamısı hisslərin məhsuludu , yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar.

..Vəcdə gəldim söz əlindən danışdım,
Qəşəngindən, gözəlindən danışdım,
Mən dünyanın əvvəlindən danışdım,
Sonrasını bilirsən də, nağıldı.

Axıcı misralar duyğulara sığal çəkir.
Fikirləşirsən ki, onsuz da hər şey nağıldı. Təki yaşamağı bacarasan.
Taleh həm də sözündə özünü göstərənlərdəndi. Heç kimin fikirlərinə söykənmir . Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. . Dayaz şeirlərin içində boy verir sözüylə. Cılızlıqdan qaçandı . Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı. Səbrsizliyi başına bəladı. Arxayınlaşmaz heç nəylə. Heç razılaşmaz da. Sözündən tanıyıram axı.
Bir “Ulduz” sevdası da var onun. Ustadı Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da usanmaz . Sevə -sevə çəkər yükü. Quludan dərs alıb axı.
Biz müəlliflərin də yazılarının nazını çəkmək var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də.
Elə Qulu Ağsəs də mənim kimi Talehdə başqalarından fərqli nəsə görüb ki, bu yaşda bu boyda məsuliyyəti onun boynuna yükləyib. Tanrı kömək olsun!
Bizdənsə bu gənc dostumuza bolluca səbr, dözüm və uğur arzulamaq qalır. Sözü və yolu həmişə açıq olsun.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ŞEH KİMİ QISA ÖMÜR – ŞAMO RƏHİMOV

ŞEH KİMİ QISA ÖMÜR – ŞAMO RƏHİMOV

9 iyul yazıçı-publisist, geoloq, böyük yazıçımız Süleyman Rəhimovun oğlu Şamo Rəhimovun doğum günüdür.
Xatırlayaq. Ruhu şad olsun.

O, 1931-ci ilin aprelində Xalq yazıçısı Süleyman Rəhimovun ailəsində anadan olmuşdu. Ömrü çox qısa olub – cəmi 34 il! Arzuları içində vulkan kimi püskürsə də, ömrü şeh kimi qısa oldu…

Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist:

Orta məktəbdə oxuduğu illərdə şeirə maraq göstərər, ara-sıra ürəyindən keçənləri misraların dili ilə qələmə alardı. Amma atası sevimli oğlunun ədəbiyyat sahəsinə gəlməsini istəmirdi. Süleyman Rəhimov Şamonun fizika-riyaziyyat kimi dəqiq elmlərdə böyük qabiliyyəti olduğunu hiss etdiyindən, təbliğatını həmişə bu istiqamətə yönəldirdi. Şamo atasını eşitdi, amma ilhamına da biganə qalmadı. Hələ məktəbli vaxtlarından şeirlər yazan Şamo Rəhimov gəncliyində də bu sevimli vərdişini davam etdirib. Təqribən 2.000 misradan çox şeir yazmışdı. Bəzən də şeirlərini Kəskin təxəllüsü ilə qələmə alırmış. İndi ondan yadigar qalan şeir dəftərçələrini və vəfatından bir neçə il sonra çap edilmiş “Ayrılıq” adlı kitabını vərəqlədikcə, məni ən çox heyrətləndirən məktəbli gəncin ölüm barəsindəki düşüncələridir: “Ayrılıq nə vaxtdandır oxuyur nəğməsini”. “…Zamanın əsən küləyi ömür çəmənimi tapdayıb biçir” söyləyən xiffətli Şamonun 24 yaşında yazdığı şeirdən bir parçaya diqqət edək:

İstərəm qəlbimə səs verə-verə,
Dilim öz halını desin bəşərə.
Halım elə səda salsın hər yerə,
Nəhrlər, dalğalar, sellər ağlasın,
Tufanlar, ormanlar, göllər ağlasın!!.

Həyat eşqli, yaşamaq arzulu bir gəncin şeirlərindəki ölüm hökmünün addımları nədən belə tez görünüb, məni xeyli düşündürdü. Bu dərəcədə hər şeyi əvvəlcədən duymaq hansı hissin təsiridir? Şamonun şeirlərində həm də sevən bir gəncin duyğuları da dil açır, amma bütün sonluqlarda əbədi ayrılığın rüzgarı əsməkdədir:

Yer fırlanır, günəş batır, dayanmadan külək əsir,
Kainatı dərk etməyə insan oğlu hey tələsir.
Karvan gəlir, karvan gedir, təbiət şən, zaman yorğun,
Əlvidalıq yeli əsir, insan isə ömrə vurğun.

Onun erkən yaşlarında yazdığı şeirlərdə zamanın, quruluşun gerçək sifəti də görünür. Çox güman ki, bu da ailə mühitindən, atasının söhbətlərindən, ətrafda olan müzakirələrdən yaranırmış. Cəmi 14 yaşında yazdığı misralara fikir verin:
Xalqın mərd oğulları zindanlarda çürüyür,
Ölüm vəhşi qurd kimi insanlığa yüyürür.

Məşhur alimlərin səhv etdiklərini aşkarladı
Şamo Rəhimov orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskvada M.V. Lomonosov adına Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Sonra SSRİ Elmlər Akademiyasının Fizika İnstitutunun seysmologiya üzrə aspiranturasına daxil olub. 1958-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb Onun haqqında çox mükəmməl bir məqalənin müəllifi olan profesdor Qulu Xəlilov yazırdı: “Hələ ali məktəbdə ikən öz parlaq istedadı və cəsarətli mühakimələri ilə fərqlənən Şamonu akademik Otto Yulyeviç Şmidt və professor Yevgeni Fyodoroviç Savaranski kimi görkəmli alimlər yüksək qiymətləndirmiş və xəbərdarlıq etmişlər ki, Qafqaz oğlu, böyük bir döyüşə atılırsan”.

Yer quruluşunun və qabığının öyrənilməsi sahəsində tədqiqatlar aparmaq üçün böyük ingilis fiziki Reley tərəfindən kəşf edilmiş metod uzun illər (80 ildən çox) əsas götürülürdü. Şamo Rəhimovun seysmologiya sahəsinə gətirdiyi yeniliklər nəticəsində isə bir çox məşhur alimlərin səhv etdikləri də aşkarlandı. Gənc seysmoloqun şöhrəti təkcə Qafqaza, Rusiyaya deyil, bütün dünyaya yayıldı. Şamo Rəhimov seysmologiyaya yeni anlayış- “qlobal dalğalar anlayışı” gətirmişdi. Bu qlobal dalğalar bu gün də bütün dünyanaın seysmik stansiyalarında qeyd edilir. Azərbaycan aliminin elmi kəşfi dünya alimlərinin diqqətini çəkirdi. Hətta onu Amerikaya da dəvət etmişdilər. Sovet hakimiyyətinin qadağaları nəticəsində Şamo Rəhimov okeanın o tayında keçirilən konfransa buraxılmadı… Doğrudur, Şamo Rəhimovun əsərləri xarici ölkələrdə çap olunurdu, məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi. Amerikalı professor Elvari Filin Şamoya yazırdı: ” Çox təəsüf ki, Sizin dili bilmirəm, Lakin mütləq öyrənəcəyəm. İstəyirəm Sizə doğma dilinizdə təşəkkür edəm. Tədqiqatlarınız gözəl nəticə vermişdir. Bundan sonra Yer qabığının quruluşunu daha asanlıqla öyrənmək olar.”

“AZƏRBAYCANIN SEYSMİK ULDUZU”
Azərbaycan seysmoloji elminin banilərindən sayılan Şamo Rəhimovun bu istiqamətdəki axtarışları, tapıntıları barəsində dünya mətbuatında maraqlı məqalələr də dərc edilirdi. Hind mətbuatında Şamo Rəhimovu “Azərbaycanın seysmik ulduzu” adlandırırdılar. Onun 40-dan artıq elmi əsərinin şöhrəti sərhədləri çoxdan aşıb və müxtəlif dillərə tərcümə edilərək bu gün də qiymətli kəşf kimi istifadə olunur. Onun seysmologiya elmindəki kəşfləri ildırım sürətilə bütün dünyanı dolaşdı . Azərbaycanlı alimin kəşfindən sonra bir sıra xarici ölkə alimləri də istifadə etdikləri metodlara tənqidi yanaşmağa başladılar. Uzun illər bütün dünya tərəfindən qəbul olunmuş, ötən əsrin ortalarına qədər də tətbiq edilmiş və Amerika alimi M. Yunq tərəfindən irəli sürülmüş faza sürətlərinin təyinetmə metodundakı yanlışlıqları elmi dəlillərlə əsaslandıran Şamo Rəhimova ABŞ prezidentinin elmi katibi , professor Fyodr Press tərəfindən dəvətlər, məktublar gələrdi. Hətta öz kitablarını da Şamoya hədiyyə göndərərdi. Bundan başqa, seysmologiya ilə bağlı çap etdikləri bülletenləri də Azərbaycana – Şamo Rəhimova göndərərdi. Şamonun ölümündən sonra da bu ənənənə 11 il davam etmişdir. Amerikada elmi problemləri öyrənən cəmiyyətin orqanı “Nauka” jurnalının naşiri Filip Eybelsonun məktubundan: ” Əziz həmkar! Bizim jurnalımız… elmin və texnikanın, həmçinin elmi cəmiyyətlərin qarşılıqlı əlaqə və problemlərinin müzakirəsi üçün Beynəlxalq forum rolu oynayır. Sizi bu cəmiyyətin üzvü olmağa və bizim elmi səylərimizə kömək etməyə ürəkdən dəvət edirik. Əgər siz bizim jurnalın səhifələrində dünyanın bir sıra, eləcə də Amerika alimlərilə elmi əlaqə saxlasaydınız, çox şad olardıq.” Arxivində dünyanın bir çox ölkələrindən gəlmiş belə məktublar çoxdur.

“Şamo Rəhimov respublikanın geniş seysmostatistika məlumatına əsaslanaraq, Yer qabığını öyrənmək üçün yeni metod hazırlayıb tətbiq etmişdir. Yeni metod zəlzələnin əhatə etdiyi sahədə zəlzələ gücünün dəyişilməsi qanunauyğunluqlarını öyrənmək əsasında Yer qabığındakı yarıqları və eyni tipli sahələri ayırmağa imkan verir. Müəllif geologiyanın bir çox məsələlərini də tədqiq etmiş, yeni söz demişdir. O, qeyri-adi güclü zəlzələlərin nəticələrinə görə, ərazilərin seysmik mikrorayonlaşdırılması metodunu irəli sürmüşdür. Bu seysmik mikrorayonlaşdırma metodu seysmologiyada indi mövcud olan bütün metodlardan daha səmərəli və daha sərfəlidir. ” ( “Kommunist” qəzeti,21 iyul 1966).

Ermənilərin xisləti heç xoşuma gəlmədi
Yer qatının xüsusiyyətlərini öyrənmək üçün Şamo Rəhimov Qafqazın bütün yaşayış sahələrində tədqiqatlar aparardı . Belə elmi araşdırmaların növbəti ünvanı İrəvan şəhəri olub. Oradan qayıtdıqdan sonra hansı elmi nəticəyə gəlib? Bu barədə elmi bülletenlərdə rəylər var. Diqqətimi çəkən Şamonun dəftərçəsinə yazdığı qeydləri oldu: “Ermənilərin xisləti heç xoşuma gəlmədi. Onlar əhalidən pul toplamaqla məşğuldurlar. Silahlanırlar. Ürəklərindən Dağlıq Qarabağ keçir. “Bizimdir” deyirlər…” Şamo Rəhimov tərəfindən bu xəbərdarlıq diqqət edin, görün nə vaxt -1960-cı ildə qələmə alınıb. Təəssüf ki, amansız əcəlin qara caynaqları Şamonun başının üstünü çox tez aldı. Neçə-neçə arzusu yarımçıq qaldı. Şamo ailə də qurmamışdı. Cəmi 34 il yaşadı. Bütün ömrünü elmə həsr edən bu istedadlı alim neçə kəşfini, yaradacaqlarını özü ilə apardı. Şamodan sonra nələr baş verdi?. Qardaşı adının əvvəlinə onun ismini yazaraq doğmasını bu şəkildə yaşatmağa çalışdı: Şamo Arif. Cild-cild romanların müəllifi Şamo Arif. Atası Süleyman Rəhimov ömrünün sonuna kimi “Şamo” epopeyasının üzərində işlədi. Yoxluğu onu tanıyanları yandırıb-yaxdı. Toy üstündə olan oğlunu itirən Aşıq Şəmşir görün Dədə Süleymana nə yazırdı:

Yanmalıdır yaralıya yaralı
Ürəyim alışdı ürəyin kimi.
Uzaq olsun qalanların canından,
Dirəyim çəkildi dirəyin kimi.

“Biləyim sınıbdır biləyin kimi” deyən Şəmşirin şərikləri çox olub. Məmməd Rahim, Ramiz Heydər, Feyruz Məmmədov kimi şairlər məhz öz sarsıntılarını şeirlə dilə gətiriblər.
Şamo Rəhimov Azərbaycanın seysmorayonlaşdırılmasının xəritəsini yaradan əsas müəlliflərdəndir. Şamo Rəhimov seysmologiyaya yeni anlayış “qlobal dalğalar” gətirməklə, bunun əsasında Yer quruluşunun bütünlüklə öyrənilməsinin son dərəcədə səmərəli üsulunu kəşf etmişdir. Mütəxəssislər dəfələrlə qeyd və etiraf edirlər ki, gənc Azərbaycan aliminin bu elmi kəşfi daha dəqiq və sabit elmi nəticələr çıxarmağa imkan yaratmış, Yer kürəsinin quruluşunu daha dərindən öyrənilməsi işinə təkan vermişdir. Onun gördüyü məhsuldar və faydalı işlər müasir seysmologiya elminin inkişafına səbəb olmuşdur.
2 aprel Şamo Rəhimovun doğum günüdür. Heykəltəraş Ömər Eldarovun böyük ustalıqla yaratdığı qəbirüstü abidə elə canlı və mükəmməldir ki…Bir qədər diqqətlə baxdıqda, sanki Şamonun öz səsini eşidirsən:
Qəlblərdə sönməyən xatirə qoydum
İndi xumar-xumar rahat uyuyum.

Mənbə: Sultan Əhmədova

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

          

Aşık Veyselin aşk hikayesi

Aşık Veysel Evli Olduğu Zamanlarda Eşi Başka
Bir Adama Aşık Olur Ve Kaçmaya Karar Verir..

Gece Uyumak İçin Yataklarına Girdikten Sonra
Eşi Kalkar, Bohçasını Alır Sonra Pabuçlarını Giyer
Ve Arkasına Bakmadan Hızla Kaçmaya Başlar.

Biraz aradan sonra ayağına bir şeyin vurduğunu Fark eder. Pabuçlarını Çıkardığında Gördüklerine İnanamaz. Aşık Veysel’in TÜM PARASI Oradadır.

***

Kaçacağını Anlayıp Sahip Olduğu Her Şeyi Eşine Bırakmıştır.
Ayrıca Paranın Yanında Bir Kağıt Görür.
AŞIK VEYSEL KAĞITA ŞUNLARI YAZMIŞTIR:

“Al Bu Parayı Ananın Ak Sütü Gibi Helal Olsun,
Gittiğin Yerde Kendini Ezdirme.

Birde Güzelliğin On Para Etmez Bende ki Aşk Olmasa…”

Aşık Veysel’i 126. YAŞ GÜNÜNDE RAHMETLE ANIYORUZ ..

Mənbə: Qılman İMAN

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"