İnsan Kitabxanası (The Human Library Organizations) Bu, ilk dəfə 2000-ci ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən festivalda “kitabı üz qabığına görə mühakimə etmə” şüarı ilə həyata keçirilən bir ideyadır.Təşkilatın yaradıcıları Danimarka gənclərinin “Zorakılığa son” təşəbbüsündən olan Ronni və Dany Abergel qardaşlarıdır. Onların əsas məqsədi gənclər arasında zorakılığı dayandırmaq, gənclərə qarşı ayrı-seçkiliyi və onlara qarşı təzyiqləri azaltmaq idi. İnkişafının müəyyən mərhələsində təşkilat fərdlər arasında anlayış və empatiyaya kömək edən beynəlxalq sosial layihəyə çevrildi. Burada alkoqolik, əlil, qaçqın və s. hekayəsini öz dilindən eşitmək mümkündür. Piylənmə ilə mübarizə aparan, şizofreniya xəstəsi, autizmli, evsiz bir insan bir-biri ilə üz-üzə gələrək onlara deməyə vadar edir ki, ‘xarici görünən şeylərin də daxili tərəfi var, o insanların görməməzlikdən gəldiyi şeylər. keçir” və “desəydim, roman olardı” deyimi də ortaya çıxdı ki, ön mühakimələri və qərəzləri yıxmaq məqsədi daşıyan bu təşkilat sürətlə yayılır. Nyu-Yorkdan Tunisə qədər həyata keçirilən layihə ilk dəfə 2007-ci ildə Türkiyədə “Canlı Kitabxana” adı ilə həyata keçirilmişdir. Beynəlxalq irqçiliyə qarşı hərəkatın şüarı bu formalaşmanın əsasını ümumiləşdirir:
ŞƏHİDİM (Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunur…)
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş… De, heç vaxtın oldumu, pəncərədən baxmağa, Bir-iki, tələm-seyrək, boylanmağı saymasaq… Yuxunu görmək üçün vaxt lazımdı yatmağa, O da, Sən də yox idi, işin-gücün çox idi… Çoxunun gözü ackən, Sənin gözün tox idi… * * * Yuxusuz gözündəki bu hüzn nədi, qardaş??? Yeddi ürək lazımdı, baxışına baxmağa, Qəlb adlı əzamızı, qan vurmağı saymasaq… Bizdə ürək nə gəzir, gözümüz yox baxmağa, O ürək Səndə idi, baxışların ox idi… Çoxunun haqqı yoxkən, Sənin haqqın çox idi… * * * “Nə yatdın ki, nə yuxu”, görəsən, əziz qardaş…. Yaradan yaratmışdı, Səni oyaq qalmağa, Ayaqüstü, sırada, göz qırpmağı saymasaq… Yaranmışdın süzməyə, yaranmışdın dalmağa, Düşüncə, dərin ümman, zehin, iti ox idi… Çoxunda beş-beş olan, Səndə biri yox idi…. * * * Damarda coşdu qanın, ürək dözmədi, qardaş… Dizindəki təpərin bəs eylədi qalxmağa, Dostlarının toyunda oynamağı saymasaq, Toy-düyün də görmədin, oturmağa-qalxmağa, Ərgənlənmiş ər idin, bəy otağın yox idi… Çoxu sayın bilmirdi, Sənin biri yox idi… * * * İgid oğlu, ər idin, bilənlər bilir, qardaş… Sənin etdiklərini ehtiyac yox saymağa, Arada qəmli-qəmli bu baxmağı samasaq, Eyibin də yox idi, barmaq ilə saymağa, Yan-yörədə bildiyin, nacis, naqis çox idi… Bilən bilir qardaşım, Sənin mislin yox idi…. 21.01.2018. Bakı.
Əsrlərdən gələn el əmanəti, Xalqımızın müdrik, dərin hikməti, Təbiətdən rəngi, Tanrı neməti. Dastanlarda adın, şövkəti-şanım, Kəlağayım- butam, öz kəhkəşanım.
Dədə Qorqud sözü, mehri, nəfəsi, Oğuznamələrdən ismət tohfəsi, Milli düşüncəmin sirr fəlsəfəsi. Keçmişdən bu günə “ipək yolu”san, Kəlağayım- dastan, nağıl dolusan.
Milli fəxarətim, milli sərvətim, Qərinələr boyu izim, şöhrətim, Nəsildən-nəsilə yetən qismətim. Əzəldən bəzəyi toyun, nişanın, Kəlağayım- zərim, öz zərəfşanım.
Dağlar zirvəsində minillik qarsan, Yaradanın eşqə verdiyi barsan, Gözəllər nazında işvəsən, yarsan. Baramadan açan ipək çiçəyim, Kəlağayım-naz- qəmzəli göyçəyim.
Ulularımın saf, təmiz niyyəti, Oğuz ellərimin mədəniyyəti, Elimin- obamın sülh ülviyyəti. Keçmişdən bu günə parlayan aynam, Kəlağayım- sirli, sehirli dünyam.
Bir tarix var qədim, ulu adında, Bir sehir dolaşır hələ yadında, Azərbaycan adlı Odlar yurdunda, Kəlağayım- ülfət, sədaqət rəmzi, Kəlağayım- ədəb, ləyaqət rəmzi.
Bu gün böyük fikir adamı – Həsən Bəy Zərdabinin günüdür. Həsən bəy Azərbaycanın tarixində sadəcə “Əkinçi” qəzetini çıxarmaqla tarix olmadı.
Həsən bəy və onun silahdaşlarının başlatdıqları və öz dövrünə görə qəhrəmanlıq sayılacaq işlərin ən böyüyü Azərbaycanda bütün dövrlərdə milli kimliyin itməyinə səbəb olacaq faktorlarla mübarizə aparan fikir adamlarının yetişməsi idi.
Bəli, məhz Zərdabi “Əkinçi”si ilə silahdaşlarını təşkilatlandıraraq, Azərbaycanda türk milli kimliyini ümmətə qarşı qoya bildi, milli kimlik məsələsi heç vaxt assimilyasiya qorxusu altında olmadı, rusların bütün cəhdlərinə baxmayaraq, Azərbaycan türkü öz tarixinə, ənənələrinə sahib çıxmağı bacardı.
Həsən bəy həmçinin Cümhuriyyətimizin əsas nailiyyətlərindən biri olan müasirləşmək ideologiyası ilə turançılıq, türk milli kimliyi ideyasını da bir araya gətirən böyük fikir adamlarımızdan idi.
Demək ki, hər millətin millət kimi var oluşu onun tarixində gəlib keçmiş fikir adamlarının səyi və əməyi nəticəsində baş verir.
Həsən bəy Zərdabinin əziz xatirəsini böyük ehtiramla yad edirəm!
Bədii əsər əvvəl istedadın sonra zəhmətin məhsuludur. Mövzunun aktuallığı, qeyri-adiliyi hələ hekayə deyil . Olsa-olsa məlumatdır, informasiyadır. Mövzu o zaman sənət əsəri olur ki, bədiilik, obrazlılıq, təxəyyül qatqısı və digər yaradıcılıq normativləri yazıçı tərəfindən mətndə təmin olunsun. Bunlarsız qələmə alınan mövzu, hadisə olsa-olsa əhvalatın sadə nəqlidir. Hadisənin adi təsviri maraqlı ola bilər, kimisə düşündürər ,ağladar ,güldürər, amma yenə bədii əsər deyil. İstedadla yazılan bədii mətn ilk cümləsindən bəlli olur. Ədəbiyyat cümləsi bir başqadı. İstedadın enerjisi bir başa sözün iliyinə işləyir, siqlətini,sanbalını ,təsir gücünü artırır. Bəzən Vətən haqqında yazılan bədii mətn qarışqadan yazılan hekayədən zəif ola bilər. Əsas məsələ burda Vətəni qarışqanın ayağına vermək deyil ,mövzunun nə dərəcədə sənətkalıqla işlənməsidir. Yəni sənətkarlıq mətnin bədii gücündədir. Bədii əsərə qiymət vermək üçün mövzu aktuallığı arxa plandadır. Bədii həll isə ön planda. Amma istedada heç nə çatmaz. Necə deyərlər ,özünü göyə qaldırıb yerə çırpmaqla deyil. Belə olmasaydı ədəbiyyatı “söküb yığan” tənqidçilər ən yaxşı yazıçı yaxud şair ola bilərdilər…
Ziyarət Çubuqlarla sıxılmış kol darvaza əvəzi qarşıdakı bağlara aparan torpaq yolun başlanğıcında idi. Əlini atıb tapan qapını açdı. Ani tərəddüddən sonra buralarda indi bir kimsənin olmadığını yəqin bildiyindən yoluna davam etdi. Yolun sol tərəfi ilk yaz yaşıllığını xatırladırdı. Köbər boyu sıralanan seyrək yovşan kollarının ətrini dərhal hiss etdi. Sağda isə armatur çubqlarından qapılar qoyulmuş bağlar gözə dəyirdi. İlk ağlına gələn ümumi və xüsusinin fərqi oldu. İrəli addımladıqca getdiyi yolun bütün bağ sahiblərin ortaq istifadəsində olduğunu yəqin etdi. Çox guman ki doxsanıcı illərdə aparılan torpaq islahatından sonra ayrı-ayrı adamların payına düşmüş sahələrin sərhədləri xəndəklənmiş, hərə öz istəyinə uyğun bağ salmışdır. Yaddaşının ən dərin qatlarını ələk-fələk etməklə nələrisə bütün təfərrüatı ilə xatırlamağa cəhd edirdi. Niyə onu nənəsi illər öncə bura gətirmişdi, axı buralardan təsadüfən yolları düşə biməzdi. Dəqiq xatırlayırdı ki, o vaxt nənəsi ilə bura gələndə hələ məktəbə getmirdi. Demək ən azından onda altı yaşımdan kiçik olduğunu düşündü. Yox, axı mən məktəbə yeddi yaşımda getmişəm. Bəlkə elə altı yaşım olub, ya da… qrşısında gördüyü mənzərə onu heyrətləndirdi. Özüdür ki, var! Bu həmin armud ağacıdır. Torpaq yolun bağlardan əks tərəfində köbər yaxasında. Ağacın gövdəsindəki qırışlar yaşlı adamın alın qırışlarına bənzəyirdi. Qəribə görkəmli ağacın qurumuş budaqlarının bir hissəsində qara çilli yarpaqları o qədər seyrək idi ki, bəlkə də cəhd etsə saya bilərdi. Budaqda bircə dənə armud vardı. Diqqətlə baxdıqdan sonra bu armudun qədim abasbəyi sortu olduğunu yəqin etdi. İllər öncəsi eynən nənəsi etdiyi kimi ağacın gövdəsinə sığal çəkdi. Sığala uyuşmayan cod gövdə ovcunun içini gizildətdi. Bu gizilti sanki onun yaddaşını silkələdi. Yavaş-yavaş nənəsinin dediklərini xatırladı. Bu yurd indi boş qalıb. Yazıq anamın həmişə deyib ağladığı bibisinin ata yurdu. Anamın bibisi bu armud ağacından yürük asarmış. Əri Lənətə gəlmiş Krım müharibəsindən geri qayıtmayıb. Ağlamsına-ağlamsına deyilən sözlər onun yaddaşının dərinlikərindən üzə çıxıb indicə olubmuş kimi xatırlandı. Gör bu yarı qurumuş, iki əsrdən çox yaşı olan armud ağacı nələrə şahidlik etməyib, kimlər onun meyvəsindən dadmayıb. Kaş dili olaydı, kaş danışa biləydi. Bəlkə də onun budaqlarından yürüyü asılmış körpə bu yurddan çox-çox uzaqlarda son nəfəsində elə bu armud ağacını düşünüb, kim bilinir bu budaqlardan neçə-neçə qurbanlıq qoç asılıb, kölgəsində zümzüməsi xoş ovqat bəxş edən neçə-neçə samovar qaynayıb. Qərinələr boyunca meyvələrindən ağızlara dad, kölgəsindən dincələnlərə hüzur verib.
-Xeyirirdimi buralarda? -Heç, elə-belə -Bəs nə əcəb? -Uşaqlıqda gördüyüm idi. İndi vaxtım oldu deyə yolumu saldım. Lap uşaq yaşlarımda nənəmlə olduğum idi. -Sizin atınız var? – deyə simasında qəribə qeyri-adilik olan adam soruşdu -Nə? Bu hardan gəldi ağlınıza Dərhal digər müsahiblər az qala xorla -fikir verməyin ona, xəstədir. O, geri qayıdarkən sonuncu bağın sahibi ilə rastlaşmış, tanışlıqları olduğundan onu çaya qonaq dəvət etməsinə etiraz etməmişdi. Elə bağda meyvə yığan fəhlələr də çay süfrəsi ətrafında idilər. Onlar bir-birlərinə zarafat edir, bağ sahibinin dəvət etdiyi qonağın yanında bayaq sizin atınız var? Soruşan ruhi xəstə təsiri bağışlayan gənci açıq-aydın lağa qoyurdular. Bağ sahibindən başqa tanımadığı adamlara qulaq asdıqca acığı tutduğunun fərqində idi. Niyə bu gənclər belə şit zarafat edir görən. Xəstəni niyə ələ salıb mənasız-mənasız gülürlər. Bağ sahibinin; – müəllim doğurdan bu istidə nə əcəb sualına cavab verməyə həvəssiz idi. Xüdafisləşib ayrıldıqda, burdakı beş nəfərin atmaca və ironiyalarında lağ obyekti olan qəribə simalı gənc; -Müəllim, ziyarətiniz qəbul olunsun! Yenə gülüşmə, yenə qəhqəhə. Yerbəyerdən ona xitabən -burda həc ziyarətindən gələn var? Qəribə simalı gənc elə qeyri-adi yerişi ilə yanındakılara əhəmiyyət vermədən bağın qara-quzeyliyində gözdən itdi.
“Azərbaycançılıq məfkurəsi” Sadıq Qarayevin beşinci kitabıdır. Müəllifin bundan əvvəlki “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr” əsərləri elmi-fəlsəfi və dedektiv, “N” saylı qəhrəmanlıq” elmi-fəlsəfi və tarixi janrlarında yazılmış iri həcmli romanlar, “Sarvansız Zamanlar” isə hekayə və esselerdən, müxtəlif janrlarda yazılmış əsərlərdən ibarət kitabdır. “Azərbaycançılıq məfkurəsi” kitabında altı fəsildən ibarət, müxtəlif janrlarda yazılmış əsərlər yer almışdır. I fəsil hekayələr və esselərdən ibarətdir. Burada Sadıq Qarayev janr, üslub və mətn quruluşu, elmlə bədiiliyin vəhdəti baxımından yeniliklər yarada bilmişdir. Müəllifin “Düzülüş və mövcudluq”, “Zidiyyətin çalarları”, “Bağban və yol” hekayə və esseləri poeziyanın nəsrlə vəhdətinin yeni formada təzahür nümunəsi olmaqla yanaşı, bu əsərlərdə cəmiyyət və təbiətin harmoniyası, insanın bəndə, bəşər övladı və vətəndaş kimi daxili aləmi, onun müqəddəs vəzifələri bir sıra fəlsəfi baxış nöqtələrindən müzakirə edilir. II fəsildə Azərbaycançılıq məfkurəsinin milli dövlətçiliyimizin, yeni milli hədəflərimizin işıqlı yolunun zəfərlərimizin hərəkətverici qüvvəsi olduğunu izah edən, əsaslandıran elmi-fəlsəfi, bədii yazılar yer almışdır. III və IV fəsillərdə müəllifin müxtəlif elmi düşüncələrini, fəlsəfi və ictimai fikirlərini bədii təxəyyüllə təsvir edən, müxtəlif janrlı yazılar yer almışdır. Bu fəsillərdə yer alan yazıların da mahiyyətində milli və bəşəri dəyərlərin, problemlərin mahiyyətinə baxış, Azərbaycan xalqının milli dövlətçilik idealları, azərbaycançılıq məfkurəsinin mahiyyət elementləri, hər bir vətəndaşın dövlətçilik, vətən qarşısında müqəddəs hüquq və vəzəfəlirinə işıq salmaq dayanır. V fəsildə yazıçının sadə, mənalı, bəzi hallarda aforizm səviyyəsində səslənə biləcək fikirləri yer almışdır. VI fəsildə oxucu “Ömür lövhələri” adlanır və bir insanın – bioloqun yaşadığı, müşahidə etdiyi ətraf aləmin, ömür yolunun yazıçı təxəyyülündə əks olunan xatirələri ilə tanış olur. Kitabın Redaktoru Sima Cəfərova, Korrektor: Esmira Fərəcova, Dizaynı: 10-cu sinif şagirdləri: Nəzrin Qarayeva, Əli Qarayev, Məmizadə Fatimə, Şabanova Rəyyandır.
Görkəmli yapon şairi Basyö 1681-ci ildə inzivaya çəkilir; beş il sonra, 1686-ci ildə, ustadı Butço tələbəsi Qohei ilə onu ziyarətə gəlir. Görüşdə Basyönün də bəzi tələbələri iştirak edir. Basyönün bağını ilk dəfə görən Qohei belə deyir: “Bu sakit bağçada bütün bitkiləri, bütün ağaclarıyla necə də Buddanın cövhəri var!” Basyö cavab verir: “Böyük yarpaqlarda böyüklüyü, kiçik yarpaqlarda kiçikliyi ilə…” Ustad Butço söhbətə qoşulur: “Bəs indilərdə necədir?” Basyö deyir: “Yağış kəsib, yosunlar yaşıllaşır.” Ustad Butço soruşur: “Bəs Buddanın cövhəri yosunlar yaşıllaşmamışdan qabaq necəydi?” Deyilənə görə, bu məqamda bir qurbağa suya tullanır və Basyö belə deyir: “Qurbağa hoppandı, suyun səsi.” Rahiblər heyrətlənir, tələbələrdən biri deyir ki, ancaq ilk misra kəmdir. Basyö deyir, nə təklif edirsiniz? Biri “Axşam düşür”, bir başqası “Tənhalıqdakı”, digəri “Dağ çiçəkləri” misrasını təklif edir. Basyö deyir, bu misraların hərəsi vəziyyətin bir tərəfini yaxşı ifadə edir, ancaq mən belə deyəcəm:
Köhnə hovuz. Qurbağa hoppandı. suyun səsi.
Bir vacib məqam daha… Basyöyə inzivaya çəkilmək üçün daxmanı hədiyyə edən tələbəsi Sanpu balıq taciri olub, bağçadakı “köhnə” hovuz əvvəllər ovlanmış balıqları diri saxlamaq üçün istifadə edilirmiş. Belə-belə işlər… Bu üç misra haqqında cild-cild kitab var, ancaq tükənmir ki tükənmir…