YAZARLAR cameəsi adından Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Təvəkkül GORUSLU nu doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Hörmətlə: Zaur USTAC
Təvəkkül GORUSLUnun öz doğum gününə yazdığı şeiri sizə təqdim edirik:
ÖMÜR QAT
Bir ömür yaşadım əlimdə qələm, Rəqəmlər, hərflər həyanım oldu. Bir ömür rəqəmlər oldusa şələm, Hərflər söz olub, duyanım oldu.
Həm ondan, həm bundan yaranan dünya, Bir yandan cəbr oldu, bir yandan atəş. Rəqəmə həkk olub daranan dünya, Hərfə pənah etdi, doğuldu günəş.
“Ol”,dedi Yaradan, tək bircə kəlmə, Gücü bəyan oldu ikicə hərfin! Hələ də bir sirdir, indi də elmə, Bilən yox varlığın gizli tərəfin.
Qapılıb rəqəmə, qapılıb hərfə, Deyəsən dərinə baş vurdum, heyhat. Tanrıdan ömr adlı qoyulan zərfə, Hərəyə dünyadı verilən həyat.
Mənə də bu zərfdən biri verildi, Verildi, xoşbəxtəm, bəşərəm mən də. Önümə kainat, dünya sərildi, Duam var Tanrıya, doğum günümdə!
Bu gün Azərbaycanın Milli qəhrəmanı, kişilik rəmzi, qeyrət meyarı, qəhrəmanlıq mücəssiməsi Asif (Fred) Məhərrəmovun anım günüdür. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bir dəfə Ağdamlı, Asifli günlərimizdə rəhmətlik mənə dedi ki, ay German, atalar sözü var ey, “Düz düzdə qalar”, bunu necə başa düşək? Düzdə qalmamaq üçün gərək əyri, nadan, oğru olaq? Çox çətin sual oldu. Dedim, ay Asif, vallah, nə deyim? Deyiblər də. Heç bu barədə fikirləşməmişəm. Sən necə düşünürsən? Dedi, məncə “düzdə” sözündəki “də”ni ayrı yazsaq, daha düz olar. Yəni düz adamsansa, düz də qal də. Sözün məntiqinə vardım, gördüm ki, Asif qızıl xırdalayır. Götürüb, bir şer yazdım:
Atalar – Düz düzdə qalar – deyiblər, Bu sözü, ay ata, necə dərk edim? Düzdə qalmamaqçün, deyin, kişilər, Düz yolumu qoyub, əyrimi gedim?
“Doğruya zaval yox!” – sizin sözünüz, “Düz əyrini kəsər” – bu həqiqətdir! “Yalan ayaq açar, amma yeriməz”, “Yeriyən yalanlar” xalqa töhmətdir.
Düzün düzlüyünü görməsin deyə, Yalançı vicdanın gözü kor olar. Nadanlar, alçaqlar düzəlsin deyə, Bəlkə belə deyək: – Düz düz də qalar!!!
Nemət işlədiyi zaman hər iş günündə elə qəribə xasiyyətli zəhlətökən adamlarla üzləşirdi ki, evinə dönəndə yol boyu düşünürdü: “Görəsən, bunların çənəsinin inkişafına mane olmayıb, təfəkkürünü uşaqlığında bloklayan hansı fövqəlqüvvədir?” Bəzən qarşısına elə tiplər çıxırdı ki, etdiyini azyaşlı uşaqlar eləsəydi, əhəmiyyət verməzdi. Uşaqlığın şıltaqlığı kimi qəbul edərdi, zövq alardı. Yaşından, aldığı təhsildən, tutduğu vəsifədən asılı olmayaraq, özünü uşaq kimi aparanlarla ünsiyyətdə olanda bir atalar sözünü xatırlayardı: “Ağıl yaşda deyil, başdadır”.
Dördüncü sinifdə oxuyanda ibtidai sinif müəlliməsi Asiyə müəllimə bir dərs saatının yarıdan çoxunu təkəbbürdən və təfəkkürdən danışardı. Təkəbbürlü olmağın heç kimə başucalığı gətirmədiyini, insanın cəmiyyət arasındakı nifuzunu əngəllədiyini ətraflı izah edərdi. Təfəkkürün isə yüksək insani keyfiyyət kimi öndə gedən müsbət əlamət olduğundan daha çox danışardı. Sonda bir bayatı da söylərdi:
Təkəbbür gendən gələr,
Təfəkkür eldən gələr.
İnsana gələn bəla
Təkəbüründən gələr.
O vaxt müəlliməyə sual vermişdi:
-Təfəkkürlü olmaq üçün nə etməliyik?
-Yaxşı oxumalısınız. Çoxlu bədii ədəbiyyat mütaliə etməlisiniz.
Atası da, anası da kitab həvəsskarı idi. Oxumağı öyrəndiyi vaxtdan ona uşaq kitabları alıb gətirərdilər. O da həvəslə kitabları oxuyardı. Onun oxuduğu dövrdə məktəblilərin hamısı klassik, müasir dövrün şair və yazıçılarını tanıyırdılar, kitablarını həvəslə oxuyurdılar. Onun həmyaşıdları arasında klassik və çağdaş şair və yazıçıların əsərlərini oxumayan az olardı. İndi onun məzunu olduğu məktəbdə şagirdlər arasında sorğu keçirilərsə, görəsən, onun oxuduğu kitabları oxuyanlar tapılardımı? Dünyanın bir çox çox ölkəsində məşhur olan Cingiz Abdulayevin və başqa müasir yazıçıların kitablarını oxuyan varmı? Genindən qaynaqlanan təkəbbürlü gənclik bədii əsərlər oxusaydılar, tanış olduğu obrazlar ilə təmasda olar, nəticə çıxarardılar. Bizim idealımız olan qəhrəmanlar qəlbimizdə indi də yaşayır.
Sözqanmazlar bəzən Neməti o dərəcədə bezdirirdilər ki, valideynlərin övladarının əsgərlik xidmətinin bitəcəyi günü gözlədikləri kimi, o da təqaüdə çıxacağı günləri hesablayırdı.
Nəhayət, səbrsizliklə gözlədiyi an yetişdı. Təqaüdə çıxdığı ilk gün həmişəki kimi sübh tezdən oyanıb, yeməyini yeyib işə tələsmədi. İstirahət günlərində olduğu kimi gec oyandı. Qalxıb geyindi, telefonunu götürüb “Fasebook”dakı bəyəndiyi paylaşımlara münasibətini bildirdi. Xoşuna gələnlərə rəy yazdı. Sonra “YouTube”dəkı yeni xəbərləri nəzərdən keçirdi. Onu oyatmamaq üçün mətbəxdə ehtiyatla qəlyanaltı hazırlayan yoldaşı Xavər onun oyaq olduğunu bilib səsləndi:
-Mən işə getməli olduğum üçün tez oyanmağa məcburam. Sənin ki, tələsən yerin yoxdur. Niyə oyandın?
-Elə bilirsən refleks qanununu pozmaq asandır?
Nemət yuyunub mətbəxə keçdi.
-Həmişə qapını bağlayıb, birlikdə işə gedərdik. İşdən səndən tez döndüyümə görə açar məndə olardı.Bu gün ilk dəfə evdən açarsız çıxacam.Tək-tənha darıxmayacaqsan?
Nemət gülümsədi:
-Mən uşaq olanda, kəndimizdə tək-tük evlərdən yola bir-iki uşaq çıxardı. Dörd uşaqlı ailə azuşaqlı sayılardı. İndi isə üç övladlı ailə çoxuşaqlı sayılır. Biz də valideynlərimiz kimi altı-yeddi uşaq böyütsəydik, heç olmasa biri daha yaxşı dolanışıq ücün xaricə üz tutmazdı. Biz də bu yaşımızda tək qalmazdıq.
Xavər içində qovrulan dərdini ört-basdır edib, ərinə ürək-dirək verdi:
-Harda olur olsunlar, fərq eləməz, təki canları sağ olsun.
-Bizim canımız sağ olmur axı. Nəvələrimlə “Vhatsapp”da görüntülü danışanda, bir-birini itələyib özünü qabağa verib, – baba, necəsən? – deyib halımı soruşandan sonra, günlərlə özümə gəlmirəm.
-Tələsmə! Üç aydan sonra mənim də şələ-şüləmi belimə yükləyib göndərəcəklər təqaüdə. Qoymaram səni darıxmağa.
-On uşağımız da olsa, mənə qalan sən olacaqsan.
-Mən də belə düşünürəm. – Xavər “off” eləyib dərindən köks ötürdü.
Yoldaşı işə gedəndən sonra tək qalan Nemət televizoru işə saldı. Baxılacaq bir veriliş tapmadığından söndürüb həyətə düşdü. Qış vaxtı olduğundan dirrikdə görəcək bir iş olmadığından, evə girib əynini dəyişib yola çıxdı. Kiminlə vaxt keçirəcəyini götür-qoy elədi. Evlərindən beş-altı yüz addım yuxarıda yaşayan Natiqgilə getməyə qərar verdi. O da təzəlikcə təqaüdə çıxmışdı, həm sinif, həm də əsgərlik yoldaşı idi. Bir az getmişdi, evlərinin qabağında, darvazanın yanında taxtadan düsəldilmiş oturacaqda oturub siqaret çəkən qohumu Malik onu görüb ayağa qalxdı.
-Qonşu, nə əcəb işə getməmisən? – deyib, qabağına gəlib onunla görüşdü.
Qonşu, qohum olsalar da, lağlağı danışığına görə onların aralarında isti münasıbət yox idi.
-Bu gündən təqaüddəyəm. Evdə görəcək iş tapmadım. Darıxdığıma görə Natiqgilə getməyi qərara aldım.
-Getmə! Evdə tapmayacaqan.Bir az əvvəl maşınıyla aşağı ötdü.
Nemət heyfsilənib geri dönəndə Malik dilləndi:
-A qonşu, evdə tək nə edəcəksən? Yenə darıxacaqsan. Əvvəllər yaxşı nərd oynayardın. Keçək evə, özümüzü sınayaq.
Nemət bir az düşündü. Öyrəşmədiyi tənhalıqdan bezəcəyini bildiyindən qonşunun təklifini qəbul elədi.
-O vaxtkı kimi uduzsan, cığallıq etməyəcəksən ki?
-Ağlın o vaxtlara getməsin. İndi bunu icad edəni axtarıram.
Onlar həyətə daxil olanda evin xanımı Narınc Neməti görüb sevindi:
-Nə xoş təsadüf, a Nemət, gün hardan doğdu ki, qapımızı açdın?
Nemət deməyə söz fikirləşincə Narınc sevincək halda onun qabağına gedib, görüşdü.
-A səni xoş gəlib, səfalar gətirdin. Necəsən?
-Sağ ol. Sən necəsən?
-Yaxşıyam. Çoxdandlr Xavəri görmürəm.Tovludurmu?
-Onu tovsuz olmağa qoyarammı heç.
-Bax, Malik, qonşundan nümunə götür. Qonşu, dunəndən danışdırmırdım bu Maliki. Nə olmuşdusa, birdən başımın ağrısı tutmuşdu, dözə bilməyib zarıyırdım. Halıma acımaq əvəzınə gör nə arzulayırdı. Deyirdi: “A arvad, sən ağrıyınca, mən ağrıyım. Mən ölüncə, sən öl”.
Malik qəhqəhə çəkərək güldü.
-Qonşu, görürsən də. Mən bunun ağrısına şərik çıxıram. Mən ölsəm, dəli olub dağlara düşəcəyindən narahat oluram. Yenə qədrimi bilmir. Bu qanmazı başa sala bilmirəm ki, ay arvad, ağrımaqdan ölmək yaxşıdır. Heç ölünün zarıdığını görübsənmi? Tapdala, tikə-tikə doğrasan da vecinə alarmı? Onsuz da hər birimiz bir gün, bir il, beş il, on il sonra, vaxtı bəlli olmayan bir məqamda öləcəyik. Ruh ki, cismimizdən ayrıldı, artıq nə sızlayacaq, nə də zarıyacağıq. Bu dünyanın ağrı-acısından, dərd-sərindən qurtulacağıq.
Nemət özündən bir neçə yaş böyük olan Malikin xasiyyətinə bələd idi. Şit, irəli-geri danışdığına görə ondan xoşu gəlməzdi. Şit zarafatını həzm etməyib üstünə cumduğu anlar da olub. O danışdıqca həm onun, həm də digər həmyaşıdlarının indiki davranışını analiz edirdi. Aralarında eləsi var ki, xasiyyəti müsbətə doğru dəyişib, tam başqa bir adama çevrilib. Eləsi də var ki, o vaxtı ilə müqayisə edəndə, tam əksini görür. Malik kimi necə vardı, o cür də qalanlar da var. Deyirlər: mühit adamı dəyişdirir. Görünür mühitin Malik kimiləri dəyişdirməyə gücü çatmayıb.
Nemət Narıncın üzünə baxanda hiss elədi ki, ondan həya etdiyinə görə dilində düyünlənən cavablar içində çalxalanır. Onun necə səbirli-təmkinli, mədəni insan olduğunu gördü və dəyərləndirdi. Bəzi tanıdıqlarını göz önünə gətirib, müqayisə elədi. Onların hansısa biri Narıncın yerində olsaydı, qarşısındakı padşah da olsa dözməzdi. Aləmi bir-birinə qatıb, qarışdırardı. İndiki dövrdə bir acı sözdən hiddətlənib, öz əliylə özünə xəsarət yetirib, ərini polisə yönləndirib, özü isə məhkəməyə üz tutan “cəsur” qadınlarla onu müqayisə elədi. Bu, onların heç birindən əskik deyildi. Nə qədər üstün olması isə göz qabağındadır. Belə üstün cəhətinə görə qohum-qonşular onun xətrini çox istəyirlər. Onun yerində bir başqası olsaydı, Malikin dəvətini qəbul eləməzdi.
-Malik, qonşumuzun sənin mülahızənə ehtiyacı yoxdur. Xoruzun göz verib işıq vermədiyi beçəni kəs, yolub təmizləyim. Siz də keçin evə.
Narınc üzünü Nemətə tutub sözünə davam etdi:
-Qonşu, qohumunun irəli-geri danışığına fikir vermə.
-Narahat olma. Bunu, cücəliyindən tanıyıram. Həm qonşudur, həm də qohum. Necə olmasından asılı olmayaraq, yola verməliyik.
-Verməlisiniz də. Nəslimizdə məndən ürəyiaçıq, xeyrə-şərə yarıyan biri varmı? Düz olduğuma, hər kəsin səhvini üzünə dediyimə görə bəzi qanmazların məndən xoşu gəlmir. Pisəmsə də, yaxşıyamsa da, buyam. Allah məni belə yaradıb. Qurbanı olduğum məni saxlayır. Hər istəyimi də yerinə yetirir.
-Allahın hansısa üstün cəhətinə görə səni dəyərləndirəcəyinə şübhə etsəm də, eşqindən dəli-divanə olduğun Fatmanın nişanını qaytartdırıb, qismətinə Narıncı yetirdiyi faktdır. Burda deyə bilərsən ki, Allah məni böyük xəta-bəladan xilas elədi. İfritə Fatma fağır Nazimin başına elə oyunlar açdı ki, onun yerində sən olsaydın, ömrün türmədə keçərdi. Yazığı hələ də yabıya döndərib minib sürür.
-Nazimini kişimi sayırsan? Mən Fatmanı Qırat kimi minib sürərdim. Məndən qızıl boyunbağı tələb elədi. Dedim, mən it yox, arvad alıram. Zəncirə gərək varmı? Onun cavabı dünyanı başıma dar elədi. Üzümə bozarıb, dişini qıcadı:
-Mən də itə yox, kişiyə ərə getmək istəyirəm. Boyunbağı al! Kişiliyini təsdiqlə. Yoxsa…
-Nə qədər ki, təpiyimin altına salıb qol-qabırğanı qırmamışam, “yoxsa”nı da qoltuğuna vur, itil gözümdən! – dedim. Gördüm yerindən tərpənmir. Duruşundan hiss elədim ki, iliyimi qaynadacaq kəsərli söz axtarışındadır. Özümü yol verə biləcəyim xətadan qorumaq üçün üzümü döndərib ondan uzaqlaşdım. Çox istəyən azdan da olar, deyirlər. O da çox istədi, azdan da oldu. Arada Narınc qazandı.
Nemət çolpanın kəslməsinə əngəl ola bilmədi. Malik hinə dən atıb çolpanı tutub kəsdikdən sonra umu-küsüsünü bildirdi:
-Son dəfə qapımızı açdığın tarixi unutmuşam. Olsaydı bu şərəfə qoç kəsərdim. Mən işimi gördüm. Qalanı arvadlıqdır. Gəl, keçək içəri. Köhnə haqq-hesabı çürüdək. Bu dəfə zərləri stəkanda çalxalayıb atacağıq.
İçəri keçdilər. Malik nərdi gərirdi. Daşları düzdü. Oynamağa başladılar. Bu dəfə də Malikinki gətirmədi. Oynadıqları üç oyunda mars olduğu üçün kefi pozulmuşdu.
-Qonşu, sən nəsə bir əməl işlədirsən. Heç kəsə uduzmadığım halda, necə oldu ki, məni dalbadal mars edirsən? – deyib ayağa qalxdı. Gedib mətbəxdən armudu stəkan gətirdı. Zərləri stəkana salıb, qarışdırıb Nemətə uzatdı. – Artıq məni uda bilməzsən.
Nemət stəkanı çalxalayıb:
-Ya Allah, – deyib zərləri nərd taxtasının içinə atdı.
Malik yan-yana düşən şeş qoşanı görəndə özündən çıxdı:
-Səni andıra qalasan, ay stəkan. Məni yağışdan çıxardıb, yağmura saldın. Qonşu, özündə çay içməyi sevmirəm deyə, bu stəkan məndən heyfini alır. Gəl əlnən ataq.
Nemət gülümsəyib zərləri iki ovcunun arasına alıb, qarışdırıb atdı. Bu dəfə gözlərini deşən beş qoşanı görəndə, Malikin gözləri kəlləsinə şıxdı. Hirslənib daşları qarışdırıb, nərdin qutusunu bağlayıb gileyləndi:
-Bu gün mənimki gətirmir də. Səhər gözümü açdım, arvaddan söz soruşuram, cavab vermir. Nədi-nədi dünən onun könlünü almaq üçün, həmişə etdiyim zarafatdan eləmişəm. Gör nə günə qalmışam ki, öz arvadım sözümü götürmür.
-Arvadım yox, həyat yoldaşım. Nə qədər çalışsan da, zamanı geriyə döndərə bilməzsən.
-Başa düşdüm səni. Babalarımız arvad alırdı. Nənələrimiz də kişiyə gedirdi. Biz isə evlənirik. Bu kənddə məndən başqa arvadına arvad deyən yoxdur. Narıncın bir dəfə də olsun mənə kişi deyə müraciət etdiyinin şahidi olmamışam. O gün xalası qızı ilə teleonda danışırdı. Bu ona deyir: “Yoldaşımla məsləhət edib, sənə zəng edərəm”. Danışıb qurtarandan sonra deyirəm: “Azz, kişimlə desən dilin quruyar?” Bu isə gülümsəyib, dedi:
-Mən keçmişə dönə bilmərəm.
Deyirəm:
-Gəl Türk seriallarındakı kimi bir-birimizə “aşqım” – deyək. Axı biz bir millət, iki dövlətik.
Deyir:
-Burası Azərbaycandır.
-Qonşu, görürsən də günümü? Kəbinli arvadımı mənə kişi dedizdirə bilmirəm.
Narınc mətbəxtdən səslənir:
-Malik, gəlin, yemək hazırdır.
– Eşitdin? “A kişi” desəydi dünya dağılardı?
Onlar mətbəxə keçdilər. Narınc zəngin süfrə açmışdı. Sanki uzun müddət görmədiyi bir doğması onlara gəlmişdi.
-A qonşu, özünə bu nə əziyyətdir verirsən. Mənə də xəcalət. Mən ki, uzaq yol qət eləməmişəm. Mənə bir fincan çayın, bir də gülərüzlu görsənməyin kifayətdir. Düz demirəm, Malik? – deyib Nemət üzünü ona tərəf döndərdı.
Malik masanın baş tərəfini göstərib, Nemətin sualını cavablandırdı:
-Qonşu, düz demirsən. Keç otur. Nəyi düz demədiyinə aydınlıq gətirim. Mənim evimin çardağından alov qalxarsa, ayaqyalın dadımıza yetişəcəyinə şübhə etmirəm. Üst-başın hisə bulaşacaq, əlin, üzün yanacaq, canını oda yaxacaqsan ki, gözlənilməz bəladan az zərərlə qurtulaq. Allah eləməsın, şikəst də ola bilərsən, hətta… təxmin etdiyim bu “hətta”nı səsləndirməyə dilim gəlməz, hər şey baş verə bilər. Bakıda, xaricdə yaşayan dogma qardaşlarım var. Bilirəm ki, laqeyd qalmayacaqlar. Özlərini yetirsələr də, ancaq dərdimə şərik olacaqlar. Nə üst-başları bulaşacaq, nə xəsarət alacaqlar. Edəcəkləri maddi yardım da, sənin zəhmətinin damlasını belə ödəməyəcək. Nə olsun ki, sən uzaqdan gəlməmisən? Bir neçə addımlığımızda yaşasan da uzun illərdir qapımızı açıb, bir dəfə də olsun… “a qonşu, nə var, nə yox?” – deməmisən. Mən pis də ola bilərəm, yaxşı da. Bu yurdu sata da bilərəm, dəyişdirə də. İstəsəm gedib dünyanın o başında da yaşayaram. Tutaq ki, adımı, soyadımı yenilədim. Babalarımızın əmi uşağı, bir baba-nənənın nəvələri olduğunu dəyişdirmək mümkündürmü? Qonşunun yaxın-uzağı, yadı-doğması ola bilər. Qohumluğun isə yaxını, uzağı olmamalıdır. Çox adamlar gətirmişəm evimə. Arvadım heç birini sənin kimi qarşılamayıb. İndi sənin yerində başqa adam olsaydı, onun yadına çolpa düşərdimi, səhərdən yer süpürən qaşqabağı açılardımı? Görürsən? Sən bu evdə arzuolumaz adam deyilsən. Atalarımız bir-birinə qarşı çox mehriban olublar. Hansının ocağında qazan qaynasa, bir-birini haraylayıblar. Biz isə ancaq yolda-izdə rastlaşandan-rastlaşana salamlaşırıq. Sən məndən savadlısan, ictimaiyyət arasında çalışmısan. Mənim öz boşbaşımla sənə ağıl verməyə haqqım yoxdur. Dediklərimi “dəlidən doğru xəbər” kimi qəbul elə. Papağını qabağına qoy, yaxşı-yaxşı düşün. Qaçılmaz reallıqdır ki, hansımız qabağa düşsək, nəşimiz qəbristanlığa çatınca, nərdivanın bir tərəfi çiynimizdə olacaq. Onu da etiraf edim ki, maraqla dinlədiyin, hiss edirdim ki, anlaşılıqla qəbul etdiyin bu uzun məruzəm öz təxəllüyümün məhsulu deyil. Əvvəli rəhmətlik qaynanamın, sonu isə bizdən fərqli olaraq tez-tez bir araya gələn, saatlarla söhbətləşən, dərdləşən böyüklərimizin fikridir. Hazırda biz o böyüklərin yerini tutmuşuq. O vaxtlar uşaqlarımızın üzünü yaydan-yaya, nəvələrimizi tətilindən-tətilə görürük. Onda da biz böyüklər bir araya gəlmirdik. Söhbətləşib, dərdləşmirdik. Bir yerə toplaşsaq da, danışsaq da, müasür uşaqlar bizə qulaq asacaqlarmı? Əllərində telefon, fikri-zikri “tiktok”da. Dünyanın baş-ayağı ovuclarında. Məsləhətlərimiz, iradlarımız qulaqlarından yayınıb, havaya sovrulacaq. Əcdadlarımızın böyüklərimizə, böyüklərimizin bizə ötürdükləri ibrət bunların yaddaşına həkk olunmayacaq. İndiki nəsil qərb intellektinə kökləniblər, Avropalaşıblar. O Avropaya ki, bir zamanlar mənimsədikləri Asiya mədəniyyətini modernləşdirib gerı, Asiyaya sırıyırlar.
Nemət Malikin dedikləri ilə tam razı idi. Onlara gələn böyüklər də stola əyləşən kimi ortaya çay gəlincə, telefonlarını çıxardıb “vayfay”ın kodunu soruşurlar. Malikin dediyi kimi, doğrudan da, onların ataları bir-birinə qarşı çox mehriban olublar. Onda indiki kimi hərənin cibində telefon yox idi. İnsanlar vacib ismarıclarını bir-birinə ya özləri gedib çatdırırdılar, ya da, rastlarına çıxan həmin istiqamətə gedənlərlə. Dəfələrlə olub ki, evlərinə qonaq gələndə, sobada qazan qaynayanda, Malikin ata-anasını dəvət etməyə onu göndərərdilər.
-Ağız! Neçə dəfə sənə demişəm ki, mən məzə üçün çay içmirəm. Eşşəyi qandırmaq, səni qandırmaqdan asanmış. Bir də bu təkrar olsa, stəkan başında qırılacaq.
Qonaq qarşısında təhqir olunması Narıncın kefinə soğan doğrasa da, qonağın gəldiyinə peşman olacağından ehtiyatlanıb, hirsini içində boğdu, dillənmədən stəkanı dəyişdirib, gətirdi. Stəkanın ağzına qədər dolduğunu görən Malik yenə özündən çıxdı:
-Azz! Bu nədir? Dolamısan məni? Çay süzəndə dodaq yeri qoymurlar?
Narınc Nemətə görə hirsini içində boğsa da, artıq o, Malikin dəvətini qəbul edib onlara gəldiyinə peşman olmuşdu. Qohumunun həyat yoldaşını heç bir səbəb olmadan bu cür aşağılaması onu sarsıtsa da, etirazını bildirib, aradan çıxa bilmədi. Ona görə ki, belə olsaydı, o, heç nədən yaranan yersiz münaqişənin katalizatoru olardı. Davranışının qonşusu tərəfindən xoş qarşılanmadığını hiss edən Malik neqativ hərəkətinə haqq qazandırmağa çalışdı:
-Qonşu, bağışla. Öpkəmi cilovlaya bilmədim. Bu arvad tayfasının cilovunu boş buraxmaq olmur. Nə qədər desən də öz bildiklərini çalırlar. Sən Allah, incimə.
-Mənim inciyib-inciməməyim nəyi dəyişəcək? Gözlər gördüyünü görüb. Qulaqlar eşitdiyini eşidib. Beyin də bu həssas üzvülərin ötürdüyü informasiyanı yaddaşa köçürüb. İndi sənə desəm ki, niyə belə etdin? Gərək belə etməyəydin! Heç nə dəyişməyəcək. Çox üstünə gedib, bezdirsəm, dözməyib deyəcəksən ki, etmişəm, əcəb eləmişəm. Haqsız olsan da, özünü haqlı sanacaqsansa, olub-keçən şeyi qabartmağım nəyi dəyişdirəcək? Mən indi aranızda baş verən yersiz, səbəbsiz münaqişəni səngitmək üçün tək mənim yox, bütün qonşuların, qohumların xətrini istədiyi Narınca ərklə deyə bilərəm, – indiyədək dözmüsən, indən sonra da dözməyə məhkumsan. Ona görə ki, siz həyat verdiyiniz uşaqlarınızın, nəvələrinizin cazibə qüvvəsinin daxilindəsiniz.
-Qonşu, heç səndən gözləməzdim. Sənin qohumun mənəmmi, arvadımdımı? Sənin də, digər qohumlarımın da məndən çox bu özgə qızının xətrini istəməyiniz nə dərəcədə düzgündür?
-Dediyin bu “özgə” qızı nəslimizin gəlinidir. Nəslimizin nümayəndələrinin anası, nənəsidir. Elin hörmətini də xoş, gözəl xasiyyəti, şirin diliylə qazanıb. Bəs sənin bundan fərəhlənmək əvəzinə, qıcıqlanmağın nə dərəcədə düzgündür?
-Görürəm ki, heç biriniz məni anlayacaq səviyyədə deyilsiniz. Dediklərinlə razılaşmasam da, bu dəfə susmalıyam. Uzun müddətdən sonra qapımı açan həm qohumumu, həm də qonşumu özümdən incik sala bilmərəm. Vaxt gələr, mənim haqlı olduğumu dərk edərsən.
Narınc Nemətin dediklərindən məmnun olsa da, ərini qıcıqlandırmamaq üçün məntiqli izahına görə təşəkkür etməyi sonraya saxladı. Nemətin söhbətindən sonra dərk elədi ki, əgər o bu cür hallarda ərinə baş qoşsaydı, özündən çıxıb kəllə-kələyə gəlsəydi, el arasında bu cür hörmət qazanmazdı.
Nahar süfrəsini yığışdırdıqdan sonra Narinc Nemətdən soruşdu:
-Qonşu, bəs Xavər təqaüdə nə vaxt çıxacaq?
-Bir neçə ay qalıb. İşimi davam etməyə istəyib-istəmədiyimi məndən soruşmadılar. Yaşım bitən kimi sorğu-sualsız dəhlədilər.
-Nə yaxşı eləməyiblərmi? Arvaddan bezəndə yola çıxıb saatlarla oturardım. Bir köpək oğlu gəlib yanımda oturmurdu ki, söhbət edək. Vaxt keçirək.
Malıkin nəyə eyham vurduğunu anlayan Nemət ürəyində dedi: “Bu ağız ki, səndə var, çətin bir də mənimlə həmsöhbət olarsan”. Nəyə görə qonşulardan heç birinin onun yanında oturub söhbət etməməsinin səbəbini açıqlamaq istəyirdi ki, Narınc onu qabaqladı:
– Görünür həndəvərimizdə səndən başqa arvadından bezən yoxdur.
Nemət Malikin üzünə baxanda gördü ki, onun gözləri parıldayır, yenə Narıncı əqrəb kimi sancacaq, özünü qabağa verdi:
-A Narınc, ağzımdan qopartdın ki, mən də eynən bunu deyəcəkdim.
Təkləndiyini həzm edə bilməyən Malik yenə də coşdu:
-Bu nə işdir, ay Allah! Hamı həmrəy, dilbir olub düşüblər üstümə. Layiq olmadığım ifadələri bir-birinin ağzından alıb, döşəyirlər üzümə.
-Burda emosiyanı qaynadacaq ifadə işlədildimi? – Nemət Maliki sakitləşdirməyə çalışdı.
-Görmürəmmi? Danışığınızdan belə çıxır ki, bu obanın ən pis kişisi mənəm.
-Səni pısləyən oldumu? Şəxsən mən yoldaşımı evdə tək qoyub, gəlib sənin yanında vaxtımı keçirmərəm. Mənim kimi də digərləri.
-Açıq de də! Məndən başqa hamınız arvad qulusunuz. Kimin necə olmağı məni maraqlandırmır. Nə qədər ki, nəfəsim gəlir, arvad mənim qulum olacaq. Çünki kişiyəm. Görürəm bu mövzunun urvası çox su apara bilər. Gəlin diski dəyişək. Vacib məsələləri qoyub, boş şeylərin həllinə vaxtımızı sərf etməyək. Artıq biz yetmişin astanasındayıq. Bu ona işarə verir ki, əcəlin finişinə yaxınlaşırıq. İndi bizim elə vaxtımızdır ki, fikrimizi, zikrimizi bu dünyadan ayırıb, axirətə kökləməliyik. Allahsız quruluş dağıldı. Müstəqil dünyəvi quruluş yaradıldı. Kəndimizdə məscid açıldı. Bir müddət namaza gəlsən də, sonra dayandın. Niyə bu vacib əməldən yayındın? Sənin kimi yaşlılar məscidə ayaq basmırsa, gəncləri qınamağa haqqımız varmı? Sabah cümə namazına gedəndə xəbər eləyimmi?
Nemət səhərdən ilişdiyi, gah müdrikləşən, gah da sərsəmləşən qonşusundan gözləmədiyi suala nə cavab verəcəyini bilmədi. Bir müddət düşündükdən sonra ağlına elə bir fikir gəldi ki, az qala adi bir təsadüf nəticəsində yeni fiziki qanun kəşf edən Arximed kimi “evrika!” (tapdım!) deyə bağıra-bağıra kəndin küçələrini dolaşacaqdı. O, tələbəlik illərində, işlədiyi müddətdə, həm də dost-tanışları arasında elə tiplərlə ünsiyyətdə olmuşdu ki, bunların cilddən-cildə girmələrinə məəttəl qalmışdı. Maliklə onları müqayisə elədi. Tanıdığı eyni xarakterli bu tiplərin aralarında heç bir qohumluq əlaqəsi olmasa da, əməllərinin, davranışlarının, niyyətlərinin üst-üstə düşməsi onu heyrətə gətirirdi. Bu tip insanların böyu, çəkisi, rəngi müxtəlif olsa da, sifətlərinin quruluşu bir-birinə bənzəyir. Onlar qısa müddətdə elə məharətlə obrazdan obraza girirlər ki, məşhur aktyorlar da məharətlərinə heyran qalarlar.
Malikin dediyi kimi məscid açılarkən bir müddət heç bir cümə namazını ötürmürdü. Bir gün həmişə yanaşı namaz qıldığı Natiqlə Aydını yanında görmədi. Rastlaşan vaxt səbəbini soruşanda Natiq demişdi:
-Məscid açılanda sevinmişdim. Düşünürdüm ki, bu müqəddəs Allahın evinə imanlı, mömin, günahsız, saf bəndələr toplaşacaq. Namaza başladığım müddətdə, yan-yörəmdə bir nəfər də olsun müqəddəs ocağa ayaq basmağa layiq saf Allah bəndəsi görmədim. Elə düşük adamlar gözümə dəydi ki, namaz qıldığım müddətdə fikrimi toplayıb ibadətimi yerli-yerində icra edə bilmədim. Ancaq Allana suallar ünvanlayırdım: “Ya Rəbbim! Mən toy məclisində, iclasda, tədbirdə iştirak etmiş olsaydım, ətrafımda gördüyüm bəzi ləyaqətsiz, bədəməl-bədniyyət dələduzların iştirakını adi hal kimi qəbul edərdim. Olmazmı ki, bu müqəddəs məkana qədəm basanları ələkdən, heç olmasa xəlbirdən keçirib, qəbul edəsən? Deyirlər, “məscidin qapısı açıqdır deyə, itin abrına nə gəlib?” Mən orda abırsız adamlar görürəmsə, onlara, “sən hara, bura hara?” – deyə bilmirəmsə, laqeydlyimə görə də balansıma günah yüklənirsə, ən yaxşısı, öz evimdə günorta namazı qılmaqla kifayətlənmək daha məqsədəuyğun deyilmi?
O vaxt Nemət Natiqin fikrinə qarşı çıxmışdı. Onu qandırmağa çalışmışdı ki, məscid də, kilsə də Allaha ibadət ocağıdır. Hər bir insanoğlunun necə biri olmasına baxmayaraq, ora gəlib ibadət etməsi vacibdir. Nə qədər cəhd etsə də, Natiqi fikrindən döndərə bilməmişdi. O, özünün haqlı olduğunu sübut etməyə cəhd eləmişdi:
-Evdə, bağ-bağçada etdiyim ibadətin Allahı bir başqasıdırmı? Öz evimdə sidqi ürəkdən tək olan Allaha etdiyim duam qəbul olunmayacaqmı? Məsciddə gördüklərimin çoxu öz evlərində namaz qılmır. Görünüş xatirinə ancaq cümə namazında edilən duaları Rəbbimiz qəbul edərmi? Elə adamlar tanıyıram ki, namaz qılmırlar. Amma o dərəcədə safdılar ki, bir çox namaz qılanları adlayıb, birbaşa cənnətə gedəcəklərinə şübhə etmirəm.
O gün Malik Nemətə hər ikisinin yaxşı tanıdığı, namaz qılmayanları misal çəkdi. Onları cümə günləri məscidə gəlib, özlərini ibadətkar kimi nümayiş etdirən, kənarda isə min bir hoqqadan çıxan nadürüstlərlə müqayisə elədi. Onun, “Hər şeyi görən Allahın dərgahında bəndəsinin əməlimi vacibdir, yoxsa ibadətimi?” – sualını Nemət cavablandıra bilmədi.
Çox keçmədi Nemət abrını pərdələyib, məscidə soxulan bir-neçə səviyyəsizin yersiz atmacalarını həzm edə bilməyib, cümə namazlarına qoşulmadı. Natiq kimi o da günorta namazı qılmaqla kifayətləndi.
İndi Malik yox, normal xarakterli bir Allah bəndəsi olsaydı sualına düşünmədən “hə”deyərdi. Çünki o, camaat namazının fəzilətini anlayırdı. Davranışının, danışığının, amalının başı-ayağı bilinməyən ünsürlərin sərbəst girib-çıxdığı yer cənnətməkan da olsa, o, imkan daxilində belə yerlərdən uzaq dururdı.
Onun çox düşündüyünu görən Malik yenə soruşdu:
-Nə çox düşünəsi oldun? Sabah səni gözləyimmi?
– Yox! Çox düşündüm. Götur-qoy elədim. Bir qərara gələ bilmədim.
– Başa düşmədim. Dünyada bundan vacib işmi var?
-Var. Elə vacib işlər var ki, cümə namazı arxa plana keçir.
-Sən nə danışırsan, a qohum? Axı namaz dinin dirəyidir.
-Dinin dirəyi namaz olsa da, qayəsi saflıqdır. Təəssüf ki, məscidin qapısı açıqdır deyə, abır-həya yaddan çıxır. Kim gəldi, özünü içəri soxur.
-Mən bilən məscidə dəstəmazsız gələn olmur.
-Dəstəmaz dəridəki kiri təmizləyir. İnsanın daxili aləmini isə əməlisalehlik saflaşdırır.
-Səncə, kimlər məscidə girməməlidir?
Az qala Nemət deyəcəkdi, birinci sən. Özünü yığışdırdı. Qohumunun, qonşusunun öz evində, həyat yoldaşının yanında yox, başqa yerdə olsaydı, saflığın, necə adamların məscidə ayaq basmağa layiq olduğunu izah edərdi. İndi o, qonşusunun sualını elə cavablandırmalıydı ki, nə şiş yansın, nə də kabab.
-Malik, mən ilahiyyatçı deyiləm. Müqəddəs “Quran”ımızın Türkcə tərcüməsini və bir neçə dini kitab oxumuşam. Gəldiyim qənaətimə görə, tandığım məscidə gedənlərin çoxunun cənnətə qovuşmaq şansı sıfıra bərabərdir.
-Demək istəyirsən ki, heç bir namazımı ötürmədiyim halda, mənim də cənnətə qovuşmaq şansım sıfıra bərabərdir?
-Mənim dediklərim heç nəyi həll eləmir, heç nəyi də dəyişmir. Danışmağa nə var ki? Hər kəs gördüyünü, eşitdiyini, oxuduğunu istədiyi kimi yozub söyləyə bilər. Sən soruşdun. Mən də oxuduğum kitablardan qavradığım təəssüratımı bildirdim.
-Kimin cənnətə, kimin cəhənnəmə gedəcəyini Allah bilər. Mənim isə cənnətə gedəcəyim dəqiqdir. Allah gündəlik namaz qılan məni qoyub, məscidin qapısını açmayan Cəfəri cənnətə qəbul etməyəcək ki?
Nemət Cəfəri yaxşı tanıyirdı. Həmyaşıd idilər. Orta məktəbdə sinif yoldaşı olmuşdular. Sakit təbiətliydi, qapalıydı, heç kəsə qaynayıb-qarışmazdı. Uşaqlıq illərində də, indi də, qapısını açdığı yeganə adam özü idi. Heç kəslə six dostluq münasibəti olmasa da, ciddi, tərbiyəli, saf olduğuna görə kənd arasında hörmət qazanmışdı. Onun namaz qılıb-qılmadığından xəbərsizdi. Amma acı diliylə heç kəsin cüzi də olsa qəlbini qırdığının şahidi olmadığı bu adamın sorğu-sualsız cənnətə gedəcəyinə şübhə etmirdi. O, bu gercəyi Malikə açıqlamadı. Bilirdi ki, qəbul etməyəcək. Təəssüf hissilə onu süzdü və ürəyində dedi: “Malik, qalan ömrünü gecə-gündüz məsciddə keçirsən də, sənə cənnətdə yer olmıyacaq”.
***
Xavər heç vaxt işdən şıxanda evə belə tələsməmişdi. Çatan kimi ərindən soruşdu:
-İlk azad gününü necə keçirdin?
Nemət yoldaşına baxıb gülümsündü. Gözlədiyi cavabın ləngidiyindən hiss elədi ki, günü heç də xoş keçməyib.
-Niyə yola-izə çıxmadın? Azdırmı bu kənddə ərklə qapısını döyəcək dost-tanışın?
-Çıxmışdım. Bir qapını açmışdım. Yaxşı da qarşılanmışdım.
-Kimin qapısını açmışdın?
-Açmamışdım, açmışdılar. Yola çıxdım. Natiqgilə getmək istəyirdim. Malikgilin evinin qabağından keçəndə darvazalarının yanındakı taxta oturacaqda oturan əmizadəmiz qalxıb qabağıma gəldi. Hal-xəbər aldı. Evə dəvət elədi…
Xavər nə baş verdiyini təxmin etdiyindən onun sözünü kəsdi:
-Narınc səni görüb sevindi. Yaxşı süfrə açdı. Malik əvvəlcə müdriklərə məxsus söhbətə başladı. Səni heyrətə gətirdi. Çox keçmədi lağlağıya keçdi. Əsl simasını nümayiş elədi. Sən də bundan məyus oldun.
Yoldaşının baş verənləri sanki kənardan izləyirmiş kimi sadalaması Neməti çaşdırdı:
-Sən bunu kimdən öyrəndin?
-Heç kimdən. Hər ikisini yaxşı tanıyıram.
Nemət yoldaşının səmimiliyinə şübhə etmədiyinə görə, artıq heç nə soruşmadı.
-Narıncın halına acıdım, – deyib, köks ötürdü.
-Bütün kənd onun halına acıyır. O isə taleyindən gileylənmir. Bir dəfə də olsun ərindən şikayətləndiyini eşitməmişəm. Bir dəfə Qönçə ona deyəndə ki, mən sənin yerində olsaydım… Narınc gülə-gülə onun sözünü kəsmişdi, – ölmüşəmmi ki, yerimdə olasan. Qönçə gözləmədyi cavabdan pərt olmuşdu. Narıncın onu səhv anladığını zənn etdiyindən şübhələnib dillənmişdi, – a qonşu, bilirsən ki, səni çox istəyirəm. Yenə Narınc gülərək, – məni istə, amma başımın tacına söz demə! Necə olmasına baxmayaraq, o, mənim balalarımın atasıdır, – demişdi.
İllərini birgə keçirmiş, aralarında cüzi də olsa ixtilaf yaranmayan ər-arvad bir-birinə baxdılar. Ortaya dərin sükut çökdü. Əslində buna süküt demək olmazdı. Dil sussa da, gözlər danışırdı. Onlar bir-birini anlayırdılar. Gözlər bəzi yeri səhv düşənlər kimi bir-birinə: “sənə rast gəldiyim günə daş düşəydi” mesajını ötürmürdü. “Nə yaxşı ki, taleyimiz bizi birləşdirdi” – deyə şükranlıq edirdi.
Qəhrəmanlar unudulmaz. Rəcəbov Şamil Kamil oğlu 4 oktyabr 1970 ci ildə Ağdam şəhərində anadan olmuşdur.1sentyabr 1977 ci ildə Ağdam şəhər 5 saylı orta məktəbinin 1 ci sinifinə gedib məktəbdə oxuduğu illərdə müəllimlərin və şagird yoldaşlarının dərin hörmətini qazanmışdır,çox mehriban və səmimi bir insan olub. Rəcəbov Şamil Kamil oğlu 25 may 1987 ci ildə Ağdam şəhər 5 sayı orta məktəbini bitirib sənədlərini Azərbaycan Xalq Təsərrüfatı Univeristetinə təqdim edir,həmən univeristetə qəbul olur və həmən univeristetdə təhsil alır. Rəcəbov Şamil Kamil oğlu 1988 -1990 cı illərdə keçmiş sovet ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılırvə həqiqi hərbi xidmətini Komsomalski na Amure şəhərində yerləşən hərbi hissələrin birində həqiqi hərbi xidmətə başlayır,həqiqi hərbi xidmətdə olarkən nizam intizamlı olduğuna görə yuxarı komandanlıq tərəfindəndəfələrlə təşəkkürnamələr alıb, həqiqi hərbi xidmətini başa vurub vətənə qayıdır və təhsilini davam etdirir . Rəcəbov Şamil Kamil oğlu univeristetdə təhsil alan vaxtlar ermənistanın Azərbaycana qarşı torpaq iddiası başlamış olur münaqişə getdikcə alovlanıb müharibəyə çevrilmişdir. Rəcəbov Şamil Kamil oğlu Azərbaycan Xalq Təsərrüfatının 4 -cü kursunda təhsilini yarıda saxlayaraq 190 saylı hərbi hissənin tərkibində Ağdam rayonunun kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib. Rəcəbov Şamil Kamil oğlu Ağdam rayonunun Atçılıq zavodu,Göytəpə kəndləri uğurunda gedən döyüşlərdə18 aprel 1994 cü il tarixində “QƏHRƏMANCASINA”şəhid olur. Rəcəbov Şamil Kamil oğlu Bakı şəhərində şəhidlər xiyabanında dəfn edilir. Rəcəbov Şamil Kamil oğlunun şəhid olmasından az sonra atası da rəhmətə gedir. Allah şəhidlərimizə rəhmət eləsin,ruhları şad məkanları cənnət olsun. 29.06.2024 cü il.
CAVİD AXUNDOV (Salmanoğlu) – şair, akademik, Ali Sovetin deputatı, ictimai xadim
(Bu rubrikanı sözü qutsal sayan şairlərimizə həsr edirəm)
CAVİDANLIQ QAZANAN CAVİD AXUNDOV
Təzə dostum, al qələmi əlinə, Dərdlərimi mən dedikcə, sən də yaz. Soruşursan, güzəranım necədir, Dinlə deyim, məndə qışdı, səndə yaz.
Nadan olan tökər nahaq qan, anam. Anlamaza necə deyim, qan, anam. Hər mətləbi, dostum, yaxşı qananam, Neyləyim ki, mən dərinəm, sən dayaz.
Cavid deyər, çıxmalısan dərindən, Dost ayağı kəsilərsə dərindən, Qəlbimizi yoxlasalar dərindən, Aşkar olar məndə atəş, sən ayaz. (C.Salmanoğlu)
Əl açana əl uzadan, xeyirxahlığı, nəcibliyi ilə təkcə Gəncəbasarda yox, bütün məmləkətimizdə ad qazanan şair Cavid Salmanoğlunu anmağın lap məqamıdır. Ali Sovetin deputatı, Xırdalan Quşçuluq Fabrikinin 1960-82-ci illər ərzində direktoru vəzifəsində çalışmış, Rusiya Ümumittifaq keyfiyyət məsələləri üzrə akademik olan, şair Cavid Axundovun iyulun 1-də doğum günüdür.1930-cu il, iyulun 1-də əzəmətli şəhərimiz- Gəncədə doğulan Cavid əmi bütün zamanlarda cavidanlıq, əbədiyyət qazanmış Türk dünyasının nəhəng şairinin adından – Hüseyn Cavid əfəndinin mübarək ismindən nəsibini almışdı.Gəncədə Kənd Təsərrüfatı İnstitutunun zoomühəndis fakültəsini qırmızı diplomla bitirən, Moskvada aspirantura təhsilini davam etdirən, sonralar ictimai xadim kimi nüfuz qazanan, akademik elmi dərəcəsinə qədər yüksələn Cavid Salmanoğlu bu gün də sevilən şair kimi tanınır.Özü də Cavid əminin Moskvaya aspiranturaya yollanması maraqlı bir sərgüzəştlə bağlıdır.Gəncədə əslən erməni olan bir qız və Cavid əmi: ikisindən biri yollanmalı idi Moskvaya. Bunu mənə Cavid əminin ömür-gün yoldaşı Firəngiz ana danışıb: Konkursdan parlaq zəkası ilə seçilən Cavidin aspiranturaya girməsi belə olur: İmtahan götürən müəllim həlledici olaraq bir sual verir: Toyuq nə vaxt tərləyir? Gəncəli erməni əsilli qız yanlış cavab verir. Cavid əmi isə bu vəziyyətdə ayıq davranır və deyir ki: “Heç toyuğun tər vəzi olur ki, tərləyə!”
Beləcə aspirantura təhsili almaq üçün Moskvaya Cavid əmi yollanır. Şair Moskvaya yollanmaqda olsun, mən onun bioqrafiyasından yazım:
Kökü Gəncənin ən mübarək nəsillərindən birinə dayanan, xəmiri şifahi xalq yaradıcılığından yoğrulan, təcnisləri dil-dil, ağız-ağız dolaşan Cavid Salmanoğlu Xırdalan Quşçuluq fabrikinin fəaliyyətində və inkişafında qənirsiz işlər görüb.Onun Baltikyanı ölkələrdə, Bolqarıstanda mənimsədiyi yeni texnologiyaları ölkəmizdə tətbiqi faktı danılmazdır.Məhz Cavid Axundovun inadkarlığı sayəsində Quşçuluq fabrikinin Karton fabrikinə çevrilməsinin qarşısı alınıb. Ondakı bacarığı və qətiyyəti görən nazirlik 29 yaşlı Cavid Axundovu Quşçuluq fabrikinin direktoru təyin edir.Cavid müəllim bununla da kifayətlənmir, ədəbi və elmi işlərini paralel olaraq davam etdirir.Əslində, Kühkana bənzətmək olar Cavid müəllimi, folklorumuzu Fərhad misalı yaxşı mənada yarıb-ələyər, seçib-sonalayardı görsün üzü bizə sarı nələr gəlmiş ulularımızdan: Molla Pənahdan, Aşıq Alıdan, Aşıq Ələsgərdən öyrəndiklərimiz nədir? Tərifini Hüseyn Arifdən, Rasim Kərimlidən alan Cavid Axundovun elə ən yaxın dostları arasında bu şairlər də vardı.Əlbəttə Böyükkişi Ağayev və Həşim Qərvəndi ilə ülfətləri, munis münasibətləri bir ayrı söhbətdir.Madam Hüseyn Arifin, Rasim Kərimlinin adını çəkdim, onlarla keçən şux məclislərə də nəzər yetirsək əla olar. Cavid Axundovun çırağını mən yandırdığımdan yəqin ki, belə yazmağa haqqım çatar.Ən azı şəxsi əşyaları, irsi, kitabxanası, külliyyatı bəndənizə çatıbsa, onda deyim:
Bizdə-Şüvəlandakı bağ evimizdə dəfələrlə olanlardan biri də Rasim Kərimli idi.Şairin gəlişi münasibətilə Firəngiz ana turşu-qovurmalı plov dəmləyərmiş.Bu məclislərdə Aşıq Xanlar, Rasim Kərimli, hətta bir dəfə Qəzənfər Paşayev də olub.Əsasən Həşim Qərvəndi və Böyükkişi müəllim daha sıx-sıx gələrmişlər.
Haşiyə: Həşim dayı həkim idi, Cavid əmi ilə Moskvada birgə aspiranturada oxumuşdular, Eksperimental Xəstəxananın baş həkimi Böyükkişi Ağayev də həmçinin.Böyükkişi müəllim haqqa qovuşanda doxsanı haqlamışdı.Onlardan ən tez Cavid əmini itirdik.2000-ci ilin yanvarın 25-də, daha sonra Həşim dayını, bu yaxınlarda isə Böyükkişi müəllimi.
Cavid əmi Rasim Kərimli və başqa imkanı dar olan söz əhlinə əl tutardı.Axsaq kişi idi Rasim Kərimli.Daha çox nimdaş, boz pencəyini geyinərdi.Həyatı gətirməmişdi, həyat yoldaşı Zəminə xanımdan ayrılmışdı.Rasim Kərimlinin cibinə pul qoyardı Cavid əmi.Ona ithafən yazdığı şeirlərini də kitabına salıb.Ərz edim ki, Cavid Salmanoğlunun sağlığında 4 şeir kitabı çıxıb.Həmin 4 kitabını indi mən qoruyuram.
Qeyd: “Haçan olsa…” 1991-ci ildə Azərnəşrin buraxdığı ilk kitabı idi. İkincisi, 1998- də çıxan “Təcnislər, qoşmalar, gərayılılar” “Səda” nəşriyyatında… Üçüncüsü, həmin ildə nəşr olunan “O xala məni…” “Nərgiz” nəşriyyatında. Sonuncu – dördüncüsü isə vəfatından bir ay qabaq yəni 1999-cu ilin dekabrında çap olunan “Təcnislər…” kitabıdır ki, bunu da “Səda” nəşriyyatı buraxıb.
Bəli, Cavid əminin Rasim Kərimliyə yazdığı şeirini tapıram ki, sizinlə bölüşüm:
Qalıbdı
Bilmirdinmi söz yarası sağalmaz, Sinəmə vurduğun dağlar qalıbdı. Pozdun ilqarını, pozdun andını, O vaxtdan gözlərim ağlar qalıbdı.
Eşqimizi biz əbədi bilərdik, Gələcəyə min arzular dilərdik. Bir yerdə gəzərdik, deyib gülərdik, Xatırımda gözəl çağlar qalıbdı.
Sən qoydun Cavidi yar sorağında, Yandırdın cismini hicran dağında. Nə peşman olmusan qoca çağında, Soğulub bostanın tağlar qalıbdı.
6 sentyabr, 1988-ci il
Yaxud Aşıq Xanlara yazdığı təcnisi oxuyaq: A çala-çala
Gələ aşıq Xanlar bizim məclisə, Sədəfli sazını a çala-çala. Ömrünün yolları uğurlu olsun, Çıxmasın önünə a çala-çala.
Cərrah kimi ürəyimi yaralar, Sinəm üstə qövr eyləyib yaralar, Hər baxanda yar könlümü yaralar, Xəncər müjganını a çala-çala
Bir gözəl var qaşı, gözü qaradı, Sinəsi yanında çəkmə qar adı. Heyif ki, həyatda baxtı qaradı, Gedib qismət olub, a çala-çala.
Kəsilib Cavidin səbri, aramı, Mən qul oldum namusamı, aramı. Xain xəbis yarla vurdu aramı, Əfi ilan kimi a çala-çala
9 oktyabr 1984 Moskva
Bu şeirlərdən göründüyü ki Aşıq Alıdan, Aşıq Ələsgərdən dərsini yaxşı almışdı Cavid Salmanoğlu.Bunu əla duyan Xalq şairi Hüseyn Arif Cavid əminin ilk kitabına “Ön söz” ünü yazmışdı. “Ön söz” dən kiçik bir hissəni verirəm:
“Cavid Salmanoğlu əsasən xalq ruhunda yazan şairdir.Onun şeirlərinin əksəriyyəti qoşma, gəraylı, təcnis, müxəmməs formasında yazılmışdı.Cavid Salmanoğlu sözdə israfçılığa yol vermir, həmişə fikrin qısa, aydın ifadəsinə çalışır.Özü də buna ustalıqla nail olur. “Nə çəkir” gəraylısından götürülmüş bənddə sözlərin necə yerində işləndiyi fikrimizə sübutdur:
Yarası var yazarın da, Həkimi var azarın da, Naşı, nadan bazarında Allah bilir, söz nə çəkir.”
Hüseyn Arif Xalq şairi, Dövlət mükafatı laureatı
Sözün zillət çəkdiyi yerdə, imkansız bildiyi hər şeyə sinə gərmiş Cavid Salmanoğlu “qarıldayan qarğanın mükafat aldığı, biçarə bülbülə söz verilmədiyi” zamanda da həyatla mübarizəsini mərd-mərdanə aparmış, silahı yerə, qılıncı qına qoymamış, alnı açıq 69 il ömür sürmüşdü.Bu gün də yaşayır Cavid əmi. -Harada? -Ömür-gün yoldaşı Firəngiz xanımın dualarında, övladları Kamilin, Cəmilin qürbət xəyallarında, nəvəsi Cavidin şıltaq əməllərində.Bir də ona minnət borcu olan kəslərin rəhmət söyləyən lisanlarında göyə pərvaz eyləyir şair.
Xırdalan məzarlığında uyuyan Cavid əmiyə indi baş çəkib gəlirəm.İyulun 1-i doğum günündə, yanvarın 25- anım günündə mütləq onu ziyarət edib, ruhu ilə uzun-uzadı söhbət edirəm.O mənə güc verir, sanki işlərimə kömək göstərir.Rahatlıq, azadlıq hiss edirəm onu görəndən sonra.Həm də özümü ona görə bəxtiyar sayıram ki, 2020-ci ilin iyulunda Cavid müəllim haqqında “Sətirlər” verilişinin bir buraxılışını hazırlaya bildik.”İtirdiklərimiz” rubrikasının bir bölümünü məhz Cavid əmiyə ithaf etdik, həmçinin müəllifi olduğum hər iki kitabıma onun haqqında fəsillər yazdım. Böyük rəssamımız Səttar Bəhlulzadənin ona verdiyi peysaj hədiyyəsi bəndənizdə olduğu üçün ayrıca fərəh hissi duyuram, Bu, Cavid əminin irsində ən dəyərli bəxşişlərdəndir. Bir bəxşiş də Firəngiz ananın mənə nəql etdiyi söhbətlərdir ki, onlar da gündəliyimdə əksini tapır. Cavid müəllimin çağdaş siyasətçilərlə, şairlərlə, nazirlərlə, ictimai xadimlərlə olan söhbətləri, dialoqları gündəliyimi bəzəyirlər. Əminəm ki, Cavid Axundov öz zəngin həyatı ilə “Öncə söz vardı…” rubrikasını da bəzəməyə gücü yetəcək. -Hə, necə bilirsiz, bir yoxlayaq? O zaman, buyurun, oxuyun! -Aha gözlərinizlə sətirdən-sətrə keçdiyinizi görürəm… Aha, duyuram pıçıltı səsinizi… Aha, sezirəm ürəkdə oxuduğunuzu… Aha, indi bu saat başlayırsız oxumağa…
“Cavidanlıq qazanan Cavid Axundov…”
(Xatirə- yazımda müəllifi olduğum “Sətirlər” və “Tale şairi: Məmməd İsmayıl” kitablarına, habelə ailəmizdə eşitdiyim xatirələrə, faktlara söykənmişəm)
Xəstəliyin yolunu səbirsizliklə gözləyirdim. Ola bilməzdi , bu rahatlıqda, bu gözəllikdə , bu sakitlikdə azar məni xırxalamasın.
Həkimim 60 yaşında ,nazik rus qadınıydı. Əsil həkimiydi. Həmişə deyirəm, Allah mənim bəxtimə gözəl həkimlər yazıb.
Qızdırmam qalxan kimi, məni ” bağladılar” çarpayıya , tibbi dəstəni də oturtdular yanımda. Elə qulluq elədilər, xəstəliyimin üçüncü günü ayağa qalxdım. Dördüncü günü həkimim dedi:
– Bu gün qonaqlarımız Maşuk dağına, Lermontovun öldürüldüyü yerə gedəcəklər, səni də dəstəyə qoşacam. Beş qardaş dağı çoxillik cökə meşələridi. İndi ağacların çiçək vaxtıdı, bu gəzinti bütün xəstəliyi canından çıxaracaq.
Hansı bulağın başında dayansalar, ordan su iç, əllərini yu, üzünə vur. Nağıllarımız yadıma düşdü, bir bulaqdan üzünü yu, birində saçlarını, birində qaşlarını, ol ,dünya gözəli. Olan- olmazdan torbama atıb, qarışdım camaata. Şəhər at şabalıdıyla əhatələnib. Bizdəki çoxillik çinarlar kimi iriləniblər.
Pyatiqorskı (yerli xalq beş tau deyir)çıxmamış avtobusumuz xarab oldu. Şəhər çox sakit, balaca , qırmızı kirəmitli , təmiz , tozsuz yerdi. Küçələrində adamlar azdı. Cavanların hamısı müharibədə, müharibəyə nifrət eliyənlər isə çoxdan sərhəddi bəridə qoyublar…
Qırılmış avtobusdan düşən kimi şıdırğı yağış başladı. Canım qızdırmalıdı deyə qalın geymişəm. Oğlumun qəribə xasiyyəti var. Bir saatlıq evdən çıxsam belə, yenə məni at kimi çullayır.
İndi yenə qalın qoftalar, şərflər, ayaqqabılar yığıb ey zəmbilimə…
Dəstədə millət olaraq təkəm, bu heç mənim vecimə də deyil. Danışırlar, gülürlər, torbalarından nəsə götürüb yeyillər.
İri şabalıd ağacının altında daldalandım. Yeni avtobus gəldi, doluşub yola düşdük. Altı saatlıq gəzinti olacaq.
Beş qardaş dağını aralıdan görən kimi ,Kəlbəcərin Ağdaban kəndindəki yeddi qardaş dağı yadıma düşdü… O dağlar da beləcə yan-yana sıralanıb durmuşdular , mən görəndə .
İlk duralğamız şairin öldürüldüyü yer oldu. Qalın meşənin içi, günəşin çox az düşdüyü bir yer.
Elə orda da barelyefini qoyublar.
Bələdçi xanım pafosla danışır, Martınova çox acıqlıdı, mən hündür ağacın dibində otururam. Ayaqlarım əsir, başımdan tər açılır, hündürlükdən təzyiqim qalxır.
Gəldiyimə peşmanam. Daldaya çəkilib yaş qoftamı dəyişirəm, boyunu sevdiyim kəlağayımı çiynimə salıram, yenidən dəstəyə qoşuluram.
Bir anlıq hamı böyük şairi unudur, diqqətlər mənim çiynimdəki ovsunlu kəlağayıya yönəlir. Bunu hiss eləyib lap forslanıram. Bədənimdə “ikinci cəbhə” açılır…
Qızdırma yoxdu, başım ağrımır, əhvalım çox yaxşıdı…
Bütün bunları gözəl yaylığıma borcluyam.
Rus xalqı həqiqətən öz şairinə layiqincə sahib çıxıb. Bütün şəhər ancaq Lermontov qoxuyur. Müxtəlif şəhərlərdən gəlmiş adamlar onun öldürüldüyü yerdə dualar oxuyur, xaç çevirir, göz yaşı tökür, torpağı öpürdü.
Onun sıldırım qayalar arasında çimdiyi iyli gölə tunel çəkiblər, gölü cağbəndə alıb ora heç kimi buraxmırlar. Gölün üstündən göyə millənən qayalarda yüzlərlə göyərçin yuva qurub.
Şairin hər gecə gölə enən ruhunun çiyinlərinə qonurlar…bunu bələdçi xanım dedi.
Onlarla yeri gəzdik, muzeyini ziyarət elədik, bura gələrkən qaldığı küləş örtüklü komasına baxdıq.
At axuruna getdik. Yoruldum, hətta paxıllıqdan bezdim. Çox paxıllığım tutdu, Lermontova.
Başladım öz dilimdə azeylənməyə, deyinməyə.
Bayaqdan kəlağayıma qəribə bir baxışla baxan cütlük artıq üzümə gülümsəyirdilər. Hara gedirdimsə, arxamca gəlirdilər. Mən ilk baxışdan onları gürcü ailəsi zənn etmişdim.
Narzanın iyli suyunu içən kimi, mədəm hoppanıb ağzıma dürtüldü.
Elə biləsən bir qabın içinə qurbağa, siçan, it öldürüb atıblar, üstünə də su töküb qoyublar günün altına. İndi o suyu süzüb sənə içirdillər.
Daldaya çəkilib qaytardım, dana kimi böyürdüm.
Bir də gördüm kimsə əlini başıma qoydu, qolumdan tutdu. Qaraqaş, qara saçlı, qarayanız xanım , (məni izləyən cütlüyün xanımı) mənim dilimdə danışmağa başladı.:
– Al suyu ,üzünə vur, yəqin təzyiqin qalxıb, deyib şüşədən ovcuna tökdüyü suyu üzümə vurdu.
Gülüşüm, həyəcanım içimə qayıtdı, mədəmdəki sonuncu qidanı da bayıra püskürdüm. Heç demiyəsən qadın da üzümə iyli sudan çırpıb…
Olan- qalan heyimi də qusmaq aldı əlimdən. Hardan təmiz su tapdılarsa yenə əlimin, üzümün iyini təmizləyə bilmədim.
Oturuqlu qaldım, mənim dəstəm meşənin içinə doğru getdi. Lermontov depressiyada olanda Maşuk dağındakı bir talada , iri palıd , cökə ağaclarının altında, özünün daşdan yonduğu stulabənzər şeyin üzərində oturub saatlarla xəyala dalırmış.
Geri baxdım ki, gəldiyimiz avtobus görünür. Mən də düşdüm dəstənin getdiyi cığıra.
Qalın meşənin içində tanıdığım çiçəkləri dərib ovalayıb üzümə sürtürddm ki, bəlkə üfunət iyini apara bildim. Xeyli urəli- geri getdim, bəni- insan görmədim. Sürətlə geri qayıtdım, avtobus yerində yoxuydu….
Səfər başlayanda bələdçi öz nömrəsini telefonlarımıza yazdırdı. Hamı arvada zəng eliyə bildi, məndə alınmadı, heç özüm də əhəmiyyət vermədim. Təkidlə tapşırmışdı, azdığınızı hiss elədizsə, gördüyünüz cığırlarda oturun…
İlk ağlıma oğlum gəldi. Məni bu qalın meşədə tapmasalar, o neyliyəcək.
Çünki, bu səfərin torbasını o tikmişdi. Mənim nə işim vardı ,uzaq ellərdə.
Sonra qardaşlarımı düşündüm, gec tapılsam, onların təhnizindən, lağlağısından necə yayınacam?
Məni burda ayı, canavar, çaqqal parçalasa, elin üzünə necə çıxacaqlar?
Ancaq pis şeylər düşündüm. Cığırın alt tərəflərində, tanımadığım ağacların dibindən dolma yarpağı yığdım, türklərin sarı kantoron, bizim çay çiçəyi dediyimiz çiçəkdən balaca bir taya qurdum…
Jaketimi sərib üstündə uzandım, başı göylərə dəyən ağaclardan yuxarı boylandım…
Meşənin sıxlığı göyü aydın görməmə mane olurdu İstəyirdim burdan özümü Allaha göstərim.
Mən hər zaman demişəm, məni qoruyan bir qüvvə var. Elə qüvvə ki, mən onu görmürəm, amma o hər an mənimlədi. Məni gözündən qoymur ,illərdi məni hər bəladan xilas eləyir. Yenə o qüvvəmlə sakitcə danışmağa başladım. Əlimin ,üzümün üfunət qoxusunu unutdum. Özümü sehirli bir aləmə saldım…
Bilmirəm nə qədər keçdi, birdən qulağıma öz dilimizdə səs gəldi:
– Bacı, ay bacı, yaylıql bacı… Azmamışdan qabaq üzümə su vuran qadınıydı, əri də yanında. Qalxıb onlara əl elədim…
Bir az irəlidə səfər yoldaşlarımdan çoxunu gördüm…
Heç demiyəsən hamı məni gəzirmiş. Aradan əlli dəqiqəlik bir zaman keçib.
Məni tapan , öz dilimizdə danışanların kimliyini yəqin ki, bildiniz … Bizim köhnə qonşularımız. Amma heç vaxt Qarabağımızda olmayıblar. Krasnodar vilayətində yaşayıblar.
Avtobusa qalxan kimi hamı əl çalmağa başladı. Bir neçə xanım məni qucaqladı.
Otelə çatanda həkimimi qapıda təlaşlı gördüm. Düşən kimi altıma stul verdilər, təzyiqimi ölçdülər, iynə vurdular.
Mən də içimi yeyirdim, öyrəncəliyik axı, xəstələnəndə danlanmağa, yıxılanda döyülməyə, Evə gec gələndə söyülməyə…
Xüsusi diqqət və qayğı yaza bilmədiyim isterikaya saldı. Məni bir şey maraqlandırırdı.
– Oğluma xəbər verməyiblər ki? Həkimim yox deyəndə, elə bərkdən güldüm!! Nə vaxt belə güldüyümü heç xatırlaya bilmədim.
Səfər yoldaşlarım dedilər ki, sənin dəstədə olmadığını o ailə bildi.
– Yaylıqlı qadın yoxdu, dedilər…
Nə Maşuk dağı, nə kəlağayı , nə də meşədə itməyim sinəmdəki Qarabağ yarasını mənə unutdura bilməz. Sadəcə öz dilimdə eşitdiyim sözlər, mənə ( bəlkə də yaylığıma) təbəssümlə baxan baxışlar, mənim üçün narahat olan adamları sizlərə demək istədim. Başqa heç nə….
İgid Natiqə Milli Qəhrəman adı verdi , dövlət başçımız…
Nə qədər ki, Natiqin o duruşu, idman geyimindəki baxışları var eyy, bizim nəyisə unutmağa haqqımız çatmaz.
Özünün ixtiyarında olan qəzeti, jurnalı zəif, məzmunsuz yazan cızma-qaraçıların imzalarının tanınması üçün işlətməkləri azmış kimi üstəlik ədəbi orqanlardakı tanışlarının səlahiyyətindən də bu məqsədlə istifadə edirlər. Ədalətsiz əməlindən xəbərsiz olduğu yetmir, bir yandan da sosial şəbəkələr vasitəsilə şeirlərini, mətnlərini paylaşıb məşhurlaşan istedadlıları tənqid edirlər. Adam, sən istedad yox, baş əymək tələb edirsən, kimlə şəxsi münasibətin varsa, onu tanıtdırırsan, heç olmasa əl çək günahı yaxşı yazmaq olanlar bacardıqları formada yazdıqlarını ictimaiyyətə çatdırsınlar. Təbliğatını apardıqlarınızdan yaxşı yazanların qazancları həqiqi oxuculardır, bunun da adını kütlə qoyursunuz. Jurnalınızda şəklini, imzasını gözə soxduqlarınızın “yaradıcılığını” tədqiqatçılar təhlil edib kitaba salırlar da, bu yazıq yetimlərə niyə imkan vermirsiniz? Sizə yaltaqlanmalı, yalvarmalıdırlar ki, yazılarını dərc edəsiniz? Onlar öz işləri ilə məşğuldur, siz də öz işinizlə — xətir-hörmətə, tapşırığa, pula-filana görə imza tanıtmaqla məşğul olun. Mümkün olsaydı Marka tapşırardınız ki, onların şeirlərini “blokla”.
Yaxşıya pis desələr, pisə yaxşı desələr, Bunu görcək qəzəblənib, yaxşılar da pis olmaq istəsələr…
Əli Kərim
Bünövrəsi: “Mərdi qova-qova namərd etmək…”
Müasir forması: Zəif yazan müsabiqədə qalib çıxarılır, həyalını itələyib arxaya atırlar, savada qiymət verilmir, titulu əsas götürürlər.
Adamı pisliyə həvəsləndirməyin yollarını yaxşı bilirlər.
Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə ərkyana döydüyüm qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir kənara. Sözün işığı çağırdı məni. Axı külün altında qoru görənlərdənəm. Odu söndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilər deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil.
…Zaur Ustac ürək qızdırdığım, günün hansı vaxtında olur-olsun ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı. Baxmayaraq ki, dostluğumuzun yaşı elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım şair həmkarlarımdandı. Sözündən tanıyıram. Hər yazar özünü sözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.
Şairliyi də özünə bənzəyir. Hay-küysüz, utancaq…
Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu minnətdarlığı ilə adamı özünə borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..
Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi də sevməz. Qəribə nizam-intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli gəlir. Axı uzun illər Zaur Ustac vətənə sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır: Yurdumun dörd yanını Hürr görmək istəyirəm
– deyən şairin arzuları yavaş-yavaş çin olur.. Bundan böyük, müqəddəs arzumu var? Kim bilir adam bu arzuya çatmaqçun neçə qat göynəkdən keçib bu çağacan: Vətəndə əbədi nəğməyə döndün , Xudayar, zəfərli çağın mübarək… Payızda Vətənə bahar gətirdin, Şəhadət ətirli bağın mübarək.
Bu sətirlərdə sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin Bu dəfə bir az fərqli baxmaq istədim çox sevdiyim sözə. Həmişə ərkyana döydüyüm qapıya bir ayrı məqamla gəlmək istədim bu dəfə. Dostluğu, yoldaşlığı da qoydum bir kənara. Sözün işığı çağırdı məni. Axı külün altında qoru görənlərdənəm. Odu söndürüb külüylə oynayanları sevmirəm. Ürəyimin istisinə bütün dünya qızına bilər deyə elə bütün ürəklərin də günəş tərəfində dayanmaq istəmişəm həmişə. Sazaq mənlik deyil….Zaur Ustac ürək qızdırdığım, günün hansı vaxtında olur-olsun ərklə qapısını (simvolikdi) çaldığım dostlardandı. Baxmayaraq ki, dostluğumuzun yaşı elə də çox deyil, bununla belə aramızda min illik hörmətimiz və ehtiramımız var. Arxalandığım şair həmkarlarımdandı. Sözündən tanıyıram. Hər yazar özünü sözüylə ələ verir. Zaur Ustacın sözü heç vaxt adamı incitməz. Qorxar incitməkdən.Şairliyi də özünə bənzəyir. Hay-küysüz, utancaq…Adam onun böyük səmimiyyətindən utanar. Göndərdiyimiz bütün materialları öz balası kimi əzizlər, qoruyar, muğayat olar. Hələ ürəkdolusu minnətdarlığı ilə adamı özünə borclu etməyi də var. Bu da Zaur Ustacın böyük ürək sahibi olmasından irəli gəlir. Bunu təkcə mən demirəm. Zənnimcə onu tanıyan hər kəs mənim dediyimlə razılaşar. Bu ürəklə yaşamağa nə var ki..Layk (bəyənmə) azarkeşi deyil. Öz hücrəsində, öz səssizliyindədi həmişə. Sakitliyində də özüdü. Kiməsə bənzəməyi də sevməz. Qəribə nizam-intizamı var. Verdiyi sözü həmişə tutar. Bəlkə bu onun vaxtilə ordu sıralarımızdakı xidmətindən irəli gəlir. Axı uzun illər Zaur Ustac vətənə sədaqətlə xidmət edib. Bəlkə sözə bu qədər sadiqliyi də burdan başlayır:Yurdumun dörd yanınıHürr görmək istəyirəm- deyən şairin arzuları yavaş-yavaş çin olur.. Bundan böyük, müqəddəs arzumu var? Kim bilir adam bu arzuya çatmaqçun neçə qat göynəkdən keçib bu çağacan:Vətəndə əbədi nəğməyə döndün ,Xudayar, zəfərli çağın mübarək…Payızda Vətənə bahar gətirdin,Şəhadət ətirli bağın mübarək.Bu sətirlərdə sevinci dolu-dolu yaşaya bilməyən şair ürəyinin həsrətini duyursan.. Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü də.. Amma özü bu narahatlığından heç nə demir. Sadəcə yazır.Ütüsüz, boyasız, rəngsiz. Ağ-qara yazılarında bir özüdü, bir də çox sevdiyi azadlığı.Üstündən yüz Araz axsınTorpaq bizim torpağımız.Güney, Quzey – fərq eləməz,Oylaq bizim oylağımız.Canı torpaq, amalı Bütöv Azərbaycandı Zaur Ustacın. Tanrı muradını versin.Bütün yazılarına ürək qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına bilirsən şairin. Bu da bir ayrı bəxtəvərlikdi.”Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş,De, heç vaxtın oldumu, pəncərədən baxmağa- deyir Zaur Ustac.Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair dincəlməyə vaxt tapmasa da qələmi yerə qoymur.Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən doğan şeirlərdi.Gəzdim qarış-qarış doğma torpağı,Hər dağda, dərədə izim var mənim.Hələ keçilməmiş uca dağlarınUca zirvəsində gözüm var mənim!Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən keçənləri dilə gətirməkdi. Bir də söz deməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı – hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə “ölü şeirlər” deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən uzaq.Zaur Ustacın bir “Yazarlar” yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə seçilənlərdəndi. Həm də sözə məqsədsiz yanaşanlardan.Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!Bu yazı da belə doğuldu. Birnəfəsə. Boyasız, bərsiz-bəzəksiz. Elə şairin özü və sözü kimi..
duyursan.. Olumla ölümün, həqiqətlə yalanın mübarizəsində İlahi qələbənin nəfəsi duyulur bu sətirlərdə. Bu qalibiyyətdən, bu zəfərdə şairin də böyük payı var. Qanın, qadanın içindən keçmiş qalibiyyət özü də.. Amma özü bu narahatlığından heç nə demir. Sadəcə yazır.
Ütüsüz, boyasız, rəngsiz. Ağ-qara yazılarında bir özüdü, bir də çox sevdiyi azadlığı.
Üstündən yüz Araz axsın Torpaq bizim torpağımız. Güney, Quzey – fərq eləməz, Oylaq bizim oylağımız.
Canı torpaq, amalı Bütöv Azərbaycandı Zaur Ustacın. Tanrı muradını versin.
Bütün yazılarına ürək qoyan yazardı. Hər sətrində qəlbinin odunu, alovunu duyursan. Şeirlərində qızına bilirsən şairin. Bu da bir ayrı bəxtəvərlikdi.
“Dünya bir pəncərədir”, pəncərən olsa, qardaş, De, heç vaxtın oldumu, pəncərədən baxmağa
– deyir Zaur Ustac.
Yorğunluğunu sözündən tutursan Zaurun. Zamanı qova-qova ömrünü yarılamış şair dincəlməyə vaxt tapmasa da qələmi yerə qoymur.
Onun şeirləri əhvaldan doğan şeirlərdi. Ağına-bozuna baxmadan yazanlardandı həm də. Söz əhvalının hansı səmtinə tuş gəlirsə, elə də yazır. Əsas odur ki, hamısında qəlbinin çırpıntıları var. Əsl şeirlər də səmimiyyətdən doğan şeirlərdi.
Gəzdim qarış-qarış doğma torpağı, Hər dağda, dərədə izim var mənim. Hələ keçilməmiş uca dağların Uca zirvəsində gözüm var mənim!
Vətənə əsgər sevgisi var bu sətirlərdə. Üstəgəl vətəndaş sevgisi. Əsas ürəyindən keçənləri dilə gətirməkdi. Bir də söz deməyə cəsarət də lazımdı. Şeir cəsarətlə yazılmalıdı. Sözü buxovlamaq olmaz.
Bəzən baxarsan ki, bir şeirin gözü, qaşı, əli, ayağı – hər şeyi yerindədi. Amma bircə ruhu yoxdu. Mən belə şeirlərə “ölü şeirlər” deyirəm. Amma Zaur Ustacda həmişə bir cəsarət görürəm. Düşündüyü kimi yazır. Sözü boyamır. Fikrini birbaşa deyir. Tənqiddən də qaçmır. Bilir ki, uğura gedən yol tənqiddən keçir. Əlbəttə əsl tənqiddən. Qərəzdən uzaq.
Zaur Ustacın bir “Yazarlar” yükü də var. Yazılarımızı onun rəhbərlik etdiyi jurnalın səhifələrində görmək xüsusi zövq verir bizə. Çox vaxt özümüzdən xəbərsiz dərc olunuruq. Bu sarıdan da böyük ürəyi var Zaur Ustacın. Çalışqanlığı və yeniliyi ilə seçilənlərdəndi. Həm də sözə məqsədsiz yanaşanlardan.
Zaur Ustac özünə və sözünə arxalanan yazardı. Tanrı qorusun!
Bu yazı da belə doğuldu. Birnəfəsə. Boyasız, bərsiz-bəzəksiz. Elə şairin özü və sözü kimi..