“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr – toplusu işıq üzü görüb
“Ərənlərin nəğməsi” – Çeçen şeirindən seçmələr– toplusu “Mücrü” nəşriyyatında çapdan çıxıb. Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsəri daxil edilib. Şeirlərin dilimizə tərcüməçisi, eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur. O bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb: “Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Qatsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva , İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib. Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib. Biz kitabın hazırlanmasında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə, universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə də kitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun. Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. Onda bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanış olmaq üçün bu həcmdə ilk fürsət olacaq…”
YAZARLAR.AZ olaraq, SƏLİM müəllimi, eyni zamanda bütün kitabsevərləri bu mühüm ədəbiyyat hadisəsi münasibətilə təbrik edir və yeni-yeni nailiyyətlər arzulayırıq!
1951-ci ildə “həkimlərin işi” adlı qondarma məsələ ortaya çıxarıldı.”Gözü dörd olan”lardan kimsə institutumuzun tələbələrindən birinin damğalanmış həkimlərdən biri ilə qohumluq əlaqəsində olduğunu üzə çıxarmışdı.Bu məsələyə münasibət o dəqiqə bildirildi.Partbüro və komsomol bürosu tərbiyəvi məqsədlə “açıq” müzakirə təşkil elədilər.
Gündəliyinə :”Tələbə Yulian Semyonovun şəxsi məsələsi” – daxil edilmiş komsomol yığıncağına bütün institut -müəllimlər və tələbələr toplaşmışdı . Rayon partiya və şəhər komsomol təşkilatlarının nümayəndələri də dəvətli idi. Ağzınacan dolmuş zal arı pətəyi kimi uğuldayırdı. Öz aralarında xısın-xısın danışan tələbələr yoldaşlarının vəziyyətinə acıyır, daha diribaşları isə anlayırdılar ki, bu yazıq bütün ölkədə “qırılan meşə”nin kiçik bir “talaşa” sıdır. Rəyasət heyətində əyləşmiş “meşəqıranlar”ı mühakimə etdikləri tələbənin nə bilik və bacarığı,nə dərsə davamiyyəti , nə də insani keyfiyyətləri marağlandırırdı. Onun taleyinə acıyan da yoxdur. Onların qarşısındaki, büllur kimi təmiz komsomolçu gənclər arasında yeri olmayan “xalq düşməni”-nin oğlu iclasa toplaşmış kütləni qorxutmaq aləti idi.
Çıxışçılar bir-birinin dalınca əzbərlədikləri ittihamedici və ifşaedici sözləri təkrarlayıb,axırdada: “Belələrinə komsomolda yer yoxdur!”, “Tələbə adına layiq deil!”,”Utanırıq ki,aramızda…”- deyib əyləşirdilər.Təhqiramiz və alçaldıcı söz yağışından qıpqırmızı qızarmış Yulian ümidlə zala baxır,neçə vaxtdan bəri bir yerdə olduqları , kasıb tələbə tikəsini böldükləri,imtahana birlikdə hazırlaşdıqları , şeir oxuduqları, zarafatlaşdıqları ,sevindikləri,dostlarından kiminsə durub məruzəçilərə etiraz edəcəyini onun düşmən yox,adi sovet gənci olduğunu soyləyəcəyini gözləyirdi.
Sifətlər necə də dəyişmişdi! Bəziləri təmamilə yadlaşmış, bir başqaları nəzərlərini bicliklə qizlədir, onu yaxşı tanıyan qocaman sayseçmə müəllimlər isə dişlərini bir-birinə sıxıb , sadəcə olaraq baş verənlərə tamaşa edirdi.Yalnız bir neçə nəfər onun halına acıyaraq günahkarcasına üzünə baxırdı.İclasın sonluğu məlum idi- xaric etmək! Həmin gün Ziya təsadüfən instituta gəlmiş və auditoriyaları boş görərək təəccüblənmişdi. Ona demişdilər ki, hamı Yulian Semyonovun taleyinin həll olunduğu zala toplaşıb.Ziyanın bütün həyatı boyu öyrənmədiyi bir şey vardı – laqeyd qalmaq! O bu sözləri eşidəndə barıt kimi partlamış , ədalətsizliyin qarşısını almaq üçün özünü təcili olaraq zala yetirmişdi. Vaxta qənaət məqsədi ilə yan qapıdan rəyasət heyətinə , oradanda kürsüyə yönəlmişdi. Onu görəndə zala sükut çökdü.Keçmiş komandirin xasiyyətini çoxları yaxşı bildiklərindən hamı donub onun nə edəcəyini gözləyirdi.
-Nədir,sizin burda qurduğunuz?! İclas, yoxsa məhkəmə?! – deyə qışqırdı. Hirsindən Ziyanın “sözə baxmayan” saçları dağıldı.Sonra da sərt bir hərəkətlə əlini təəccübdən donub qalmış Yuliana tərəf uzadıb soruşdu :
-Kimdir burda düşmən? O??! Siz özünüz indiyə qədər əsl düşmən görmüsünüz?! Sizdən soruşuram!
Rəyasət heyəti bir-birinə dəymişdi.Onlar Ziyanın döşündə parlayan Qəhrəman ulduzuna baxıb , nə haqdasa xısınlaşdılar.  -Onun günahı nədir? Özünüz hamıdan yaxşı bilirsiniz ki,oğul ataya cavabdeh deyil ! Bəs onda gəncin həyatını niyə sındırırsınız? Bacarıqlı və istedadlı tələbədir.Qoyun təhsilini başa vursun,bəlkə o,ölkə üçün başqalarından daha xeyirli olacaq.Ona inanmırsınızsa,mənə- Sovet İttifaqı Qəhrəmanına inanın. Mən zəmanət verirəm. Zalda razılıq nidaları eşidildi.Əl çalmağa başladılar.,kimsə: “Ura” – qışqırdı.Bəzən bir söz də fədakarlıq olur.Ziyanın çıxışı düşünülmüş ssenarini dəyişdi.Belə sonluğu heçkim , hətta Yulian Semyonov gözləmirdi.Bu,dar ağacına aparılan müttəhimin son anda gözlənilmədən bağışlanmasını əks etdirən filmin kadrlarını xatırlatdı. Həmin dəqiqələr Yuliana baha başa gəlsə də , ona gələcək bəhş eləmişdi.Ziya bədbəxt edilməkdə olan insana əl uzatmış,düşdüyü dəhşətli vəziyyətdən çıxmaqda ona kömək olmuşdu.Lakin Yulian Semyonov bu iclas haqqında mətbuata söz açana qədər Ziya heçkəsə bu barədə bircə kəlmə də danışmamışdı.
Məhz həmin olay Ziyanı və Yulianı uzun illərin dostu elədi.Bu möhkəm,səmimi və sədaqətli – əsl kişi dostluğu idi. Ziya Bünyadov ona yardım əlini uzatmasaydı, yəqin ki , əfsanəvi “Baharın 17 anı” filminin müəllifi də olmazdı.
У истоков дружбы Зии с Юлианом Семеновым был интересный случай. В 1951 году возникло пресловутое «дело врачей». И кто-то в институте обнаружил родственные связи между студентом Юлианом Семеновым и одним из заклейменных врачей. Вскоре на комсомольское собрание было выдвинуто персональное дело студента Семенова. Выступающие сменяли друг друга, повторяя заученные обвинительные речи с одинаковой концовкой: «Таким не место в комсомоле», «Не достоин быть студентом», «Нам стыдно что он учится среди нас». Раскрасневшийся от потока оскорбительных и унизительных слов, Юлиан смотрел в зал в надежде, что хоть кто-то заступится за него. В тот день Зия случайно зашел в институт и удивился пустым аудиториям. Ему сказали, что все в зале, на собрании, на котором решается судьба Юлиана. Зия вбежал через боковую дверь прямо на сцену, где восседал президиум: «Вы что здесь устроили!? Собрание или судилище?! Кто здесь враг?! Вы врагов-то настоящих видели?!» Наступило замешательство. Многие кидали растерянные взгляды то на грозное лицо Зии, то на его Звезду Героя. «Его вина в чем? Сами знаете, что сын за отца не в ответе. Так стоит ли парню жизнь ломать? Он способный и талантливый студент, дайте ему возможность доучиться, может быть он больше пользы принесет, чем кто–то другой. Не верите ему, так поверьте мне – Герою Советского Союза, я ручаюсь за него!» В зале раздались одобрительные возгласы, стали хлопать, кто-то крикнул «ура». Такой концовки не ожидал никто, тем более Юлиан Семенов. Эти минуты многого стоили Юлиану, но они дали ему путевку в будущее. Не протяни Зия ему руку, может, и не было бы автора гениального фильма «Семнадцать мгновений весны».
Darvazanın aralı qalmış qapısından həyətə bir uşaq əli uzanmışdı. Çirkli, tozlu, paıçıqlı bir əl. Uşaq özü görünmürdü. Qalmışdı darvazanın çöl tərəfində. Yaxınlsşdım. Uşağın çəlimsiz barmaqlarından tutub əlini özümə tərəf çəkdim. Çəkdi əlini. Qapını açdım. Saçı, başı, üzü, gözü toz torpaq içində, qartmaq bağlamış saçları qara rəngli çöhrəsini örtmüş 3-4 yaşlarında bir körpə. Ayaq üstə güclə dururdu. Cır-cındır içində əsir…”Buna pul versəm, gedib nəsə almağa da çətinlik çələcək. Bəlkə yemək verim. Bir dəfə yeməklə yaşamaqmı olar?! Daha düşünmək vaxtı deyildi. Uşağın qolundan tutub həyətə çəkdim. Yanımca əsə-əsə yeriyirdi. Hardan gəlib çıxıb bira? Bu ki ayaq üstə dura bilmir. Həyətdə tut ağacının kölgəsindəki yemək stolunun arxasında əyləşdirdim. Tələsik qarşısına çörək, bir-iki şirin qoğal, qaymaq, şirinçay düzdüm. Doğranmış çörək dilimləri. ilə qaymağı sıyırıb ağzına basır və tələmtələsik çeynəyib udurdu. Beləcə yeməyini bitirib ayağa qalxdı. İki əlini sinəsinə qoyub baş əydi. Təşəkkür edirdi. Getmək istəyəndə çiyinlərindən tutub ona doğru əyildim. “Anan varmı?” soruşdum. Başını buladı.”Bəs atan?” yenə başını buladı. Və dolmuş gözlərini göyə zilləyib yerində dondu. Bir anlığa fikir məni çulğadı. Bu uşağı götürüb saxlasam, bir yandan polis, o biri yandan mediya …Hardandı? Kimin uşağıdı? Oğurlamısan?.. Gəl indi bunları inandır. İnanmasalar, ciblərini gör ki, səndən əl çəlsinlər…Yox… Bu vəziyyıtdə küçəyə atmaq da olmaz. Uşağın əlindən yapışıb birbaş vanna otağına apardım. Kirli paltarları birdəfəlik əynindən sıylrıb zibil qabına tulladım. Uşağı vannaya salıb əvvəlcə qartmaq bağlamış saçlarını qayçıladım. Sonra yaxşı-yaxşı yuyundurdum. Birdən ağlıma gəldi ki, bu uşaq bir kəlmə də olsun danışmayıb. Bəlkə laldı. Suallarıma da başı ilə cavab verdi. Adını soruşdum. Susdu. Uşağı iri hamam dəsmalına büküb öz yataq otağıma apardım. O otağa ki, orada heç vaxt heç bir körpənin yatmadığı uşaq çarpayısı vardı. Uşağı çarpayıya uzandırdım.Üstününə isti odeyal çəkdim.”Yat, yuxula, mən gedib sənə paltar alım” deyib çıxdım. Qapını eşikdən bərk-bərk bağladım. Kəndin o biri bsşındakı mağazaya yönəldim. Uşağın yaşına, boyuna uyğun paltarlar seçib aldıqca satıcı ” kimə alırsan? Qardaşın uşağına? bacın uşağına?” deyə cavab almasa da, suallar yağdırmaqda davam edirdi. Paltarları götürüb, fikrimcə məni gözləyə-gözləyə yuxuya getmiş “qarabalanı” sevindirməyə tələsdim. Evə çatıb yataq otağının qapısını açdım və çarpayıya tərəf qaçdım. Matım-qutum qurudu. Çarpayıda yatmış qoyub getdiyim uşaq yoxa çıxmışdı. Necə oldu bu?Qapı da bağlı. Buxarlanmadı ki. Odeyalı qaldlrdım. Orada uşaq əvəzinə, balaca bir pişik balası yatırdı. Bərk qorxdum. Həm də içimdəki heç vaxt böyümək istəməyən uşaq heyrətdən çığırdı. Bu çığırtıya yuxudan ayıldım. Demə, bütün bunlar yuxu imiş…
Dekarta görə, fəlsəfə “kökləri metafizika, gövdəsi fizika, budaqları tibb, mexanika və etika olan bir ağac”dır. Fəlsəfə ağacı da adlandırılan bu təsnifat Kartezyen ənənənin və dolayısı ilə müasir fəlsəfənin elmi paradiqmasını simvolizə edir. Dekart “Metod haqqında müzakirə” (“Discourse on Method”) əsərində ağacın gövdəsi və budaqlarının insan biliyinin strukturunu təmsil etdiyini bildirir. Köklər düzgün biliyə çatmaq üçün əsas anlayış və prinsiplərdir. Gövdə əsas bilik sahələrindən ibarət məntiqi quruluşdur. Budaqlar isə əsas bilik sahələrindən əldə edilən digər bilik sahələrini təmsil edir. Dekart iddia edirdi ki, fəlsəfə həqiqi biliyə çatmaq üçün bu ağacın budaqlarından keçməlidir. O, ağacın budaqlarına yaxınlaşdıqca həqiqi biliyə çatmaq üçün dörd qayda müəyyən etdi: 1.Skeptisizm prinsipi 2.Təhlil prinsipi 3.Sintez prinsipi 4.Saysızlıq prinsipi.
Uşaq ürəkli böyük adam var. Üzü nurlu, gözləri həyat eşqi ilə dolu, qəlbi insanları sevib yaxşılıq etmək hissi ilə zəngin böyük adam! İllər keçsə də, zamanın insanlardan, hadisələrdən götürüb gətirdiyi yaxşılıqlarla yanaşı yaxşılıqların əksi olan pislikləri insanlara, onların ürəklərinə bulaşdırdığı anlarda uşaq ürəkli böyük adam insanın uşaq yaşlarında olduğu kimi sevgi və səadət içində qalmağı bacaran, qəlbi Günəş kimi parlayan, əməlləri insanlığa yaxşılıq etmək əlamətləri ilə müşayiət olunan kəsdir. Uşaq ürəkli böyük adam öz həyatı ilə çoxlarına nümunə ola biləcək addımlar ataraq “yaxşıya yaxşı”, “doğruya doğru”, “pisə pis”, “yalana yalan” deyir fərdi və kollektiv münasibətlərdə. Nə bir cümlə o yana, nə də bir cümlə bu yana danışar fikrində və fikirlərin mübadiləsi zamanı. Qəlbi müsbət hisslərlə zəngin olan uşaq ürəkli özündən ətrafa daim müsbət enerji saçar və kiməsə mənfi əhval-ruhiyyə ötürməz bu dünyada. Həyatda insan üçün mühüm dəyərlərdən biri olan canın sağlam olması da uşaq ürəklini bu mövzuda həssas etmiş, daim müsbət hadisələrə, hər zaman xoşluqlara köklənən uşaq ürəkli özündən mənfi enerji axınını dayandırar soruşulan “Necəsən?” sualına cavab verərkən mirvari dişlərini təbəssüm etdirərək gözlərindən sevgi dolu enerji ötürərək “Yaxşıyam!”, “Hər şey qaydasındadır”-deyər dərin sevgi və minnətdarlıq hissi ilə. Uşaq ürəkli böyük adam illərin insanı dəyişmədiyinin bariz nümunəsi olduğunu bildirməklə bərabər, həmçinin, insanın öz həyatında təcrübə etməklə davranışların xarakterə gətirib çıxararaq həyatın mənalanması fikrini daha aydın təqdim edir, insan üçün maraqlı qalan nöqtələri aşılayır. Odur ki, həyatınızda olan hər bir insana, baş verən istənilən hadisəyə diqqətlə yanaşaraq uşaq ürəkli böyük adamın timsalında, eləcə də, digər əhvalatlar misalında nümunələri görüb onları həyatın bu və digər sahələrində canlandıraraq uşaq ürəkli böyük adam tək Günəş kimi parlamaq mümkündür. 15.04.24
2016-cı idə bir ay Amerikada (Los-Anceles) oldum. Mənə görə, bizim qadınlarımız da, kişilərimiz də yaraşıqda, gözəllikdə amerikalılardan üstündülər. Onlar dolu bədənli, həddən artıq kökdülər. Səfərimin axırına yaxın böyük bir marketdən çıxanda, dostumdan əvvəl gəlib maşına əyləşdim. Birdən gözüm marketin qarşısında dayanmış cavan, sarışın qadına sataşdı. Çox gözəldi. Dostum maşının qapısını açıb oturarkən dedim: “Nəhayət, Amerikada gözəl bir qadın gördüm”. Soruşdu: “Hanı?” Əlimi uzadıb göstərdim. Dostum tez aşağı düşdü. Gedib həmin qadına nəsə dedi. O da üzünü mənə tərəf çevirib, təbəssümlə baş əydi. Dostumdan soruşdum: “Qadına nə dedin?” Dedi, ona dedim ki, azərbaycanlı qonağım bir aydı Amerikadadı, bir nəfər də gözəl qadın görmədiyini söyləyir. Nəhayət, sizi görüb çox gözəl olduğunuzu etiraf etdi. Qadın da gözəlliyini qiymətləndirdiyinə görə, sənə öz təşəkkürünü bildirdi…
Bezmişəm hay-küydən, qarışıqlıqdan, Ruhumu oxşamır nə axşam, nə dan. Əzaba, möhnətə necə dözsün can? Umudan, küsüdən bıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Yaşıl zəmiləri qalmasın dənsiz, Zirvələr olmasın dumansız, çənsiz, O meşələr mənsiz, talalar mənsiz, Həsrətlə güləşib, yıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Dərdim dil-dil ötən simli tavarsa, Qəlbimdə çəkdiyim qəmim avarsa, Burda ürəyimə dəyən nə varsa, Üzünə ötəri baxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Ümiddən qanadlı yelə dönəcəm, Sevgidən sədalı telə dönəcəm, Ümman məhəbbətli selə dönəcəm, Sevən könüllərə axıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.
Qəzənfər, o yerlər gözdə-qulaqda, Yamanca darıxıb Soyuq bulaq da. Əlimin sığalı qalıb yarpaqda, Arzumu sinəmə sıxıb gedəcəm, Bir gün bu şəhərdən çıxıb gedəcəm.