Əfşan Yusifqızı. Dünya… .

“DÜNYA SƏNİN, DÜNYA MƏNİM, DÜNYA HEÇ KİMİN”
Yay tətili girəndən nəvələr Fəxri Xiyabana getmək istəyirdi. Vaxt edə bilmirdim, iş elə gətirdi ki, rayondan bacımın uşaqları da gəldilər. Gördüm onların da çox həvəsi var Şəhidlər Xiyabanına, Fəxri Xiyabana getməyi, uşaqların diliylə desəm ,,Heydər baba”nı ziyarət etməyi çox arzulayırlar….
Və getdik.
İlk olaraq Şəhidlər xiyabanını ziyarət etdik, sonra 1-ci və 2-ci Fəxri Xiyabanlarda olduq. Təbii ki, Ulu Öndərdən başlayaraq demək olar ki, bütün xiyabanı gəzdik. Tanıdıqlarımın hansısa misrasını, ya rolunu, ya fəaliyyətini deyib, kimlikləri barədə uşaqlara məlumat verirdim…
Amma demək istədiyim, bu deyil, özümə də maraqlı olan bir məqamdı. Hər üç ziyarətgahda qulağımda yalnız bir mahnı sözü, musiqi səslənirdi;
” Dünya sənin, dünya mənim, dünya heç kimin”
Və həmişə dediyim kimi, yenə də tam təsdiqləyirəm ki, söz adamlarında beyinə qoşulma var. Yüz il əvvəl dünyadan köçənlə də ola bilər, qalanla da…
Sıra ustad şairlərdən birinə çatanda və üstünü oxuyanda gözlərimə inanmadım. 7-dən, 77-yə kimdən soruşsan ki:-
” Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim” misraları kimə məxsusdur? Heç şübhəsiz ki, düşünmədən həmin şairin adını sevə-sevə çəkəcəklər. Və ya,
” Səndən mənə bir ömürlük xatirə,
Məndən sənə nə qalacaq, bilmirəm” deyən ustad şairin məzarı üstündə məhs, mənim qulağımda səslənən misralar yazılmışdı. Bəli, məhs o misralar, mat qaldığım bu oldu, niyə mənim qulağımda o misralar səslənirdi, başqa bir şeirdən başqa misralar olsaydı…
O möhtəşəm misralar ola bilsin ki, dəyərli Irade xanımın təşəbbüsü ilə yazılıb. Bəlkə də hörmətli Aqil müəllimin məsləhəti ilə yazılıb, bilmirəm… Bildiyim bir şey var ki, mənim qulağımda səslənən o sözləri sinə daşında oxudum və bir daha ustadın böyüklüyünə heyrət elədim:
” Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin, dünya mənim, dünya heç kimin “

  • Dünyanı dəvəyə bənzədən şair, bu sözlərdə əfsun var, irfan var, yaranış var, əzəl var, axır var…
    Həqiqətən dünya dəvədi, həm kini var, həm mehri, çəkdikcə çəkir, həvə dişləri ilə istədiyi şəkilə salır, əyir, bükür, döyür, çeynəyir və yaranışın aldanışına qəhqəhə çəkir, hər kəsə özünü sevdirir və sonda heç kimin olmur…
    Mən şairin ruhuna əl qaldırıb dua oxusam da bu sözlərin sehrindən çıxa bilmirdim. Bəlkə elə qulağımda səslənən o sözlərin təsiri ilə hansısa bir qüvvə məni o məzara doğru apardı. Düzü heç düşünməmişdim…
    ” Bir taleyin oyununda cütlənmiş zərik,
    Yüz il qoşa atılsaq da qoşa düşmərik.
    Bir zərrənin işığına milyonlar şərik,
    Dünya sənin, dünya mənim, dünya heç kimin “
    deyən Məmməd Arazın məzarını ilk dəfə ziyarət edirdim.
    Dəqiq bilmirəm, bəlkə də 1986-cı il olardı bu şeiri oxuyanda, çünki hələ ata evində idim.
    ” Çevrəsindən çıxsa əgər sevda fırfıran,
    Bir ümidin ətəyindən tutub da fırlan.
    Eşidərsən pıçıldayır yıxılan, duran,
    Dünya sınin dünya mənim, dünya heç kimin…”
    Bir də, düz 36 il pıçıldadığım:
    ” Bu sevgidə kim uduzdu, kim uddu” misraları şairin sevgi heykəlini ürəyimizə əbədi həkk edib. Amma bu şeirin hər misrasında bir hikmət yatır, bu hikmıtli sözlərin sahibi isə heç kimin olmayan dünyanın səssiz bir guşəsində kirimişcə yatır…Yox, yanıldım, o kirimişcə yata bilməz, çünki elə iki saatlıq ziyarət zamanı o sözləri mənim qulağıma pıçıldadyaraq məni ziyarətinə çağırdı, o bu misralarla əbədi yaşayanlardandır!
    “Ayaq saxla, dövrənə bax ötəri belə,
    Min illərdi Araz belə, Həkəri belə.
    Axşamların, səhərlərin təkəri belə,
    Dünya sənin, dünya mənim, dünya heç kimin. Gülünclərə gülünc gələn bu ada güldüm,
    Yüyəninə hər əl yetən bu ata güldüm.
    Mən özümlə oynadığım şahmata güldüm…
    Dünya sənin, dünya mənim, dünya heç kimin!

Ruhun qarşısında baş əyirəm, böyük şair Məmməd Araz!
………………
Ustadın ruhuna sayğılarımla.

Qoşa düşən milyonlara hey baxdım gendən,
Nə zər kimi cüt düşmədik doğulan gündən.
Ömür boyu sitat dedim ay şair, səndən,
“Dünya sənin, dünya mənim, dünya heç kimin”

Nə sevdamın fırfırasın tapa bilmədim,
Nə yıxılan ətəyindən tuta bilmədim.
Bu dünyada mən ümidə çata bilmədim,
Yana-yana pıçıldadım, “dünya heç kimin”

Səntək görən olmamışdı-dəvə dünyanı,
İçin-için sökdü yedi güvə, dünyanı.
Əsarətdə saxlayıbdı NÜVƏ dünyanı,
Əzəlindən olmayıbdı dünya heç kimin.

Bu dünyanı gülünc görüb, bezən şairim,
Nisgilndə Arazboyu üzən şairim.
Bir misrayla ürəklərdə gəzən şairim,
“Dünya sənin, dünya mənim, dünya heç kimin”.

MÜƏLLİF: ƏFŞAN YUSİFQIZI
Yazıçı-AYB-nin üzvü.

ƏFŞAN YUSİFQIZININ YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şamaxı “Qırıcısı”

Yəqin ki, hər kəs Şamaxının girişində bu qırıcı təyyarəni görüb. Bu qırıcı təyyarə II dünya müharibəsindən sonra Şamaxıda xatirə abidəsi olaraq qoyulub. Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan Abdullayev Ağanəsir Ağaməsim oğlu 1942-ci ildə II Dünya müharibəsinə yollanır. O bu müharibədə iştirak edən az saylı qırıcı təyyarə idarə edə bilən pilotlardan olub. Hətta onu tanıyan yaxınlarının söylədiyinə görə təyyarə ilə nişanlısıgilin həyətinə ara-sıra məktublar gətirib atarmış. Zaman keçir. Müharibə zamanı Ukraynadakı döyüşlərin birində təyyarəsi vurulur. Təyyarə kimsənin olmadığı əraziyə düşür. 10 gün çətin və əlverişsiz şəraitdə qaldıqdan sonra şəhid olur. Abdullayev Ağanəsir Şamaxı hərbi komissarlığında çalışıb və Şamaxıda hər kəsin hörmətini qazanıb. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Şamaxının hörmətli adamları yola yaxın ərazidə qırıcı təyyarə yerləşdiriblər. Abullayev Ağanəsirdən geriyə nə bir foto, nə bir əşya qalıb. Tək xatirəsi bu təyyarədir.

Mənbə: Aygün Əliyeva Ələkbərova (qohumu)

“HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”

“HƏSRƏT YOLÇUSU”NUN “SAHİBSİZLİK DƏRDİ”

(Rəfail Tağızadənin Qarabağ esselərinə esse)

Qarabağda talan olandan gözü yolda qalanların “xəyalındakı Şuşa”, Ağdam, külli-Qarabağ dərdinin halı necədir? Torpaq həsrətlilərə o yerlər əlçatmaz, ünyetməzdi. Onlar ölülərini “gözlərində, beyinlərində basdırırlar”. Onların dərdini heç dağlar da çəkə bilməz. “Həsrət yolçuları”nın dərdi birdi ki? Ən ağırı düşmən tapdağında olan torpaqlarımızın sahibsizlik dərdi”ni…
“Ölənlərimiz “məni yurdumda basdırın. Rahat ölüm”, – deyirdilər. Bu gözümüzdəkinə, fikrimizdəkinə, yaddaşımızdakına da aiddir. Basdırmadıqlarımız basdıracaq bizi”.
“Başımızdakı, içimizdəki” ölü xatirələr yaddaşımıza dinclik vermir. Xatirələr ölmür desələr də “sahibsizlik dərdi” hər şeyi öldürür – maddi və mənəvi varlıqları. Ölülərin qiyamı dirilərinkindən daha güclüdü. Torpağı yağmalananlar ölülərini “qaçqın qəbristanlığı”nda dəfn eləsələr də, ölü xatirələri torpaq da qoynuna almır, şəhid ruhları kimi göylərdə gəzirlər…
“Bu payız küsəcək məndən Qarabaq”. Bu Qarabağın həlim xasiyyətli, kövrək oğlu Şahmar Əkbərzadənin nigaranlığıydı. Görəsən Qarabağın bu gününü görsəydi şairin narahat ürəyi dözərdimi? Şair qəlbi həssas olur. İnanıram ki, Şahmar Əkbərzadə də son otuz ildə son mənzilində bir an da rahat uyumayıb.
Həsrətdən gözlərinin kökü saralan ana torpaq necə çəksin Vətən oğullarının, igidlərin arxadaşı hər qayanın, daşın, rəngi solmuş, ətri itmiş Xarıbülbülün, kövrək bənövşənin, barsız qalmış ağacların “sahibsizlik dərdi”ni? Bu qədər ağır yükə ana ürəyi dözərmi? Şəhid dərdi, qazi dərdi, yuvasından perik düşən oğul-qız dərdi, “beşiyindən mavi göyləri yox, çürüməkdə olan vaqonun altını görən” körpələrin uşaqlıq arzularının puç olmasını görə-görə necə yaşasın xain düşmənin tapdağı altında ana torpaq? “Sahibinə həsrət qazi qıcı”nı necə qoynuna alsın ana torpaq? Niyə anamızın ürəyinə bu qədər ağır dağlar çəkilməsinə biganə olduq? Səbrimizin səbri nə qədər qalınmış…
“Qarabağa payız gəlib, çoxdan uçubdu quşlar. İlk avtomat, ilk top səsindən, barıt qoxusundan boğulmaqdan qaçan quşlar” nəhayət isti yuvalarına qayıdırlar. 28-30 ildən sonra Qarabağa doğma payız gəldi. Bahar kimi payız. Xarıbülbül, bənövşə bu payızda açdı. Qorxmadı ləçəklərinin solmasından. Yanındakı doğmalarının isti nəfəsindən, sevincli baxışından, əllərinin hərarətindən ürəkləndi. Payızın xəzanına, qışın soyuğuna meydan oxudu. Köçəri quşlar bu payız qayıtdı baharlı yurda, isti yuvalarına. Quşların sağ qanadı başımıza. “Bizdən xoşbəxtdirlər”. Bizdən tez ayaqları dəydi doğma ellərin torpaqlarına…

Paxıllığım tutur quşlara
göydə qanad çalırlar.
Yuvalarına dönmək üçün
nə tikanlı məftil tanıyırlar,
nə buraxılış vəsiqəsi.
Təkcə səngər görəndə
yüksəkdən uçurlar.

Qazi-şair qardaşım, “bizim yerimizə çəkdiyi xəcalətdən kiçilən dağlar, çüxura düşmüş gözə dönən dərələr, yiyəsizlikdən üşüyən”, yurd-yuvasızlıqdan Azərbaycana səpələnən Xarıbülbül, utancaq bənövşə, Qarabağ atlarının kişnərtisinə, muğam məclislərinə həsrət Cıdır düzü, Topxana meşəsi, həzin zümzüməli İsa bulağı, “tək qoyub gəldiyimiz bizdən küsən torpaqlar” bizdən vəfalıdı, mərhəmətlidi, bağışlamağı bacarandı, “axır ki, gəldiniz” deyərək bizimlə barışacaq”…
“Vətən sən ona qədəm basanda vətən olur. Həsrətinə qovuşmaq qədər böyük xoşbəxtlik yoxdur”. Gözünüz aydın, “həsrət yolçu”ları! “Sevgiyə qovuşmaq ayrı hissdir. İlk sevgini unutmaq olmur”…
Əcnəbi jurnalistlərdən biri Ağdamı “mina xalçası”na bənzətdi. Bir çox bənzətmələrdən qürurlansaq da, bu bənzətməyə sevinə bilmədik, həsrətimizin, nisgilimizin ömrünü uzatdı insanlığa qənim düşmənin basdırdığı minalar. Ağdamın torpağını qucaqlayıb öpəcəyimiz günü səbirlə gözləyənlərin səbir kasasını daşdırdı. Biz tezliklə sənə qovuşacağıq, Qarabağ! Bu aksiomdur. Bəs necə, hansı üzlə, hansı ərklə o qapıları döyəcəyik? Tanrı, üzüntülü günlərdən tez qurtar bizi!..
“Ağdama, kəndimizə çatanda torpağı bağrıma basıb, məni bağışla deyəcəm. Sonra öpəcəm”. Arzuların çin olacaq vaxtı uzaqda deyil, Rəfail Tağızadə. Qarabağ əraziləri kimi həsrətdən cadar-cadar olmuş dodaqlarımız torpağa dəyəndə qayıdacaq gəncliyimizin şirin dadı, analı – atalı dünyamız…
Düşmənin qisasının özü də qeyri-insanidir. “Düşmən qisasını kimsəsiz qalan yerlərin daşından, torpağından aldı”. Yaxşı deyiblər, tale insana düşmən verəndə heç olmasa mərdini versin. Yaradan bizə beləsini də qıymadı. Yəqin hansısa günahın sahibiyik…
Rəfail müəllim, “indi o yerlərdə bənövşə bitir”. Az qala bir qərinəydi bitmirdi. Necə bitəydi ki? “Bənövşə sevgi çiçəyidi”. Bənövşəni ana torpağa, insanlığa sevgi həyalandırır, ətirləndirir, balaca boyu ilə sevgi çiçəyinə döndərir. Bəşərin, Türkün düşmənlərinin mənfur nəfəsi gəzən yerlərdə bənövşə bitməz. Nazlı olduğu qədər də qürurludu bənövşə…
Artıq başımızı dik tutacağıq. Ərənlərimiz düşməndən intiqam aldı. Şəhid ruhlarının qarşısında baş əyirik, qazilərin yaralarına məlhəm oluruq bu gün. Vətənin gözünün içinə dik baxmaq səadəti qazandıq. “Artıq məğlub məmləkətin vətəndaşı deyilik”, bütövük, hamının yanında qürurluyuq, biz qanımızla, canımızla paramparça olmuş Vətəni bütöv etdik. İndi Vətənin “tozundan, torpağından öpərək rahatlanacağıq. Ruhlar qovuşantək”.
Bir ilahi yola çıxırıq, “nə qədər nəfəs qalıb gedəcəyik bu yolu”.
“Hava da, səma da təmiz,
Sevgimiz də ləkəsiz”…

Müəllif: Vaqif OSMANOV

VAQİF OSMANOVUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

                                                    

KƏNDİMİZƏ GEDƏN YOLLAR – Qəzənfər Məsimoğlu

KƏNDİMİZƏ GEDƏN YOLLAR

Həsrətimdən içib gedir,
Gözlərimə köçüb gedir.
Ürəyimdən keçib gedir,
Kəndimizə gedən yollar.

Bəxtimizin ağ yoludu,
Sevgi bitən tağ yoludu,
Möcüzəli dağ yoludu,
Kəndimizə gedən yollar.

Laləliklər qan yeridi,
“Çullu tətə” şan yeridi.
Ruhumuzun dan yeridi,
Kəndimizə gedən yollar.

İntizarı qəddim əyər,
Balasıtək sevər, öyər.
İzlərimi əzizləyər,
Kəndimizə gedən yollar.

Borçalıya zümrüd qaşdı,
Günəş kimi şəfəq saçdı.
Qəzənfərə yollar açdı,
Kəndimizə gedən yollar.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

İLHAM QAZAXLININ YAZILARI

ADİL CƏFAKEŞİN YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
======================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Pencereme kuş kondu!

Pencereme kuş kondu!

Bir kuş geldi pencereme kondu
Cırladı, ciyakladı, gözlerimin içine bakmaya başladı

Gözlerinin derinliklerine baktım
Kalbim çok hızlı atmaya başladı
Ona uçmasını söylemedim, oda benden hiç korkmadı

Binlerce dilek vardı gözlerinde
Her yerde esen bir rüzgar gibiydi
Kim bilir hangi yüzyıldan beri özlemimi çekiyordu?

Bana olan özlemini asla silemem.”

Ne kuş olabilirim , ne de ona uçabilirim.

Çok yorulduğumu fark ettim”
Bana sevdalandığını hissettiğimden beri.

22/08/2023-Paris.

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Azərbaycan Əsgəri!

 ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Hayranım!

Hayranım !

Hayata sunulan günlerin düzenine hayranım!
Ve gecenin zümrüt siyahına..
Ağır kayaları taşımaktan yorulmayan dağlara
Denizdeki dalgalar birbirine değmeden iskeleye ulaşmak için birbirleriyle mücadele ediyor.
Gökyüzünde tatlı su ile dolup taşan bulutlara
Bir yağmur damlasının yere düşüp kuru dala nasıl hayat verdiğini, daldaki gül çiçeğini bir günde nasıl parfüme dönüştürdüğünü hayranlıkla izliyorum.

Doğa, rengarenk çiçeklerle ve içinde yaşayan her türlü canlıyla ne güzel dans ediyor.

Yıldızlar hem uzakta hem de yakındadır. Ay’da vadiler ve dağlar oluştururlar.
Güneşe sınırsız hareket gücü, ışıktan ateş, ateşten ısı verdi.
Her şey ne kadar özenle yapılmış, her şey ne kadar güzel, her şey birbirine yakın, birbirine değmiyor.

üzüm bağları şarap nehirleri
Ağacın kökü, yumrusunun altındaki zeytin çekirdeğinin yarattığı mucizevi ağaçlar.
Meyve bahçelerindeki hurma ve incir ağaçları
Bu ağırlığı taşıyan harika bir evren, evrenin içinde sonsuz bir okyanus

ruhu insan bedeniyle giydirdi
şah damarını ipek iplikle işlenmiş bir bez örtüyle kapattı

Altını, gümüşü ve değerli incileri nasıl düzenleyip aksesuar olarak insanlığa sunmuştur?

Varlığın ve yok oluşun kapısı.
Tatlı ve acı şeref ve erdem”
Cennet Cehennem ve Kıyamet
Cennet bahçesini, yüzü güneş gibi parlak hurilerle süsledi.

Hayran olmamak mümkün mü?

Ey arzu ve arzulara esir olan nefis!
Aldananlardan olma
Bu ihtişam ve gösterişli dünya sadece göz açıp kapayıncaya kadar
Hatırlarsan bir dönem bizi anne ve babamız büyütmüştü.
Ve ataları gibi bizi ve her şeyi bıraktılar.
Bir süre daha üremeyi artırmaya devam edeceğiz, çocuklarımızı büyütüp gideceğiz.

Bu sözleri kulaklarına küpe gibi takmayı unutma.
Bu evrende daha önce yaşayan çocuklar vardı, hepsi arkasına bakmadan gittiler.

Ey bizi sabaha ve akşama kavuşturan Rabbim!
Varlığına inanmayanlar senin sadece bir rüya olduğunu iddia ettiler.
Şüphesiz bu söze inananlar kurtuluşa eremeyeceklerdir.

Uyanık ol ey Ademoğlu!
İşin ciddiyetinin karakterize edildiği anlaşılmaktadır.
Bütün bu paramparça cafcaflı hayatlar.
Kısa bir süreliğine size emanet..
Küllere dönüşen bir ateş kadar uzun
Unutmayın, bir tapınakta solmuş çiçeklere yer yoktur.
Her sabah veya akşam yenilenir…

22/08/2023 -Paris.

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:

“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:

Xatirə Səfər (Səfərova Xatirə) 22.08.1988 ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıda 316 nomreli tam orta məktəbdə ingilis dili müellimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(Günəşin nuru, Zəfər qoxusu , Zərif kölgələr), saytlarda (oxumeni.az, ziyalılar.az və s) qəzet (noqte qəzeti) ve jurnallarda ( Azad qələm, gufte edebiyyat ) (Qarabağ müharibəsinin ilk generalı kitabında) çap olunmuşdur.

Bu gün onun doğum günüdür!

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq Xatirə Səfəri təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!

Xatirə Səfərin şeirləri:

Qayıt…

Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?

Unutdum əlifbada adından başqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını

Mən niyə Tanrı bildim..niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt
Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt


Baş qoyaram önündə ömrün son gününədək
Dodağından ,dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, sənə yalvarım
Sən insafa gələsən , qayıt ömrümə yenə

15.07.2023

Səni sevirəm

Səsin qulağımın ən xoş sədası
Gülüşün ruhuma paydır , birdənəm
Sürmüşəm yarama sən adlı məlhəm
Sabaha​ ağrısı qalmaz​ bir dənə

Qolların anamın qucağı​ kimi,
Nəfəsin duyduğum ən isti ocaq
Başımı dizinə qoysam​ o andan
Bütün​ küskünlüyüm unudulacaq

Dodağın cismimin​ atəş yeridir
Yandırar toxunsa bütün dərdimi
Görən sevənlərin​ eşqi, sevdası
Vüsala çatdımı ,sona ərdimi ?

Bizim məhəbbətin adını​ deyim?
“Bir qara eşq “olsun gərək ki, ismi
Sən necə sevirsən xəbərim yoxdur
Amma hər nəfəsdə doğulur cismim.

17.07.2022

Dostum

Saç ağarıb birbəbir​ dişlərin​ tökülən­də
Qamətin də əyilib əməlli büküləndə
Ağlın​ itən zamand­a, yaddaşın söküləndə
Bu həyatdan​ çalış sən beşəlli​ yapış,d­ostum

Olmaz bir daha​ ötən o cavanlıq çağların
Hər gün artar​ ürə­kdə​ sağalmaz ağrıl­arın
Varsa əgər xatirə dəftərdə varağların
Hər gün birin gəlsə­nə, mənə aç danış,dos­tum

Qocalığın ən böyük​ əlamətidir​ əsmək
Uşaq təki ən azı gü­ndə yüz dəfə küsmək
O dünyaya hələki​, lazım deyil​, tələsm­ək
Amma vaxtın​ azalır , qalır bir qarış , dostum

Dünya sandığın açıb əməllərini yoxla
Özündən sevdiyinə mütləq xatirə saxla
Vaxtın çatıb​ həya­tı​ indi son dəfə qoxla
Çiyinlərdə aparar​ ya yad , ya tanış, dostum

Bayrağım

Sən çıxmısan zülmət, zülmün içindən
Aydınlaşır daha büt­ün sabahlar
Ey uğruna ŞƏHİD olan bayrağım
Nahaq yerdə qalmayı­bdı bu ahlar

Doya doya TORPAĞINDA gəzəsən
Bax qələbə qoxur artıq ,bu hava
Gözümüzü sevinc yaşı bəzəsin
Qələbəylə möhürləns­in bu dava!!

Yaşadıqca bu xalqım­ız, ordumuz
Fəxr eylə sən, qüru­rla sən, dalğalan!
Sənə baxıb köks ötü­rsün,​ düşmənin
Qoy əbədi köksü qal­sın dağlanan!
2020

Nigaran

Səndən nagümanam ,səndən nigaran
Gecə də yatmağa​ qoymur​ düşüncən
Elə bilirəm​ ki çox fikir etsəm
Bəlkə​ sən də məni çox düşünərsən

Yastığı​ qoyuram​ o yan​ bu yana
Bu sərin​ havada yuxum​ da qaçıb
Ürəyim​ sıxılır,​ darıxıb​ yaman
Sirrini​ o mənə bu gecə açıb

Dünyanın​ dərdi də bitmir,​ İlahi
İnsanlar​ yaşayır​ kinlə, həsədlə
Dedim ki​ ,fikrimi​ dağıdıb​ baxım
Xəbərdə​ yenə​ də ölü,​ cəsədlər

Canıma​ üşütmə​ düşür​ bax o an
Ölümdən, itkidən​ kimsə​ danışsa
Bilmirəm​ nə edim, necə​ davranım
Kaş sənsiz bir işə başım qarışsa

26.08.2020

Mən susmağı​ o vaxtdan
Anamdan​ öyrənmişəm..

Anam bu​ evimizin
Ən müti​ qonağıydı..
O vaxt mənim​ atamın
şiddət saçan səsindən
Ən gözəl sığındığım
Yer mənim gül anamın
yamaqlı balağıydı..
Mənim döyülməyimsə
anamın hər gün​ üçün​
ürəyinin​ yeməyi,​
ürəyinin​ dağıydı..
Məni təsəlli edib,
gecə yatızdıranda
Oxuduğu​ laylalar​
mənim üçün ağıydı.

Mən beləcə böyüdüm
Dəhşətli​ ağrılarla
Sevimli​ ağılarla
Sağalmaz​ ​ qorxularla
Üzümdəki, dizimdəki
Atadan xatirəlik
Qan izli qoxularla..

Həyatın​ bu​ ​ sınağı
Meni Hec sındırmayıb
Bu kiçicik​ yaşımda
Ata yumrugu​ qədər
Bax, hecnə yandırmayıb

Mənim sınıq qəlbimi
Atasızlıq dondurub
Mənim cırıq cibimi
Bir də aclıq doldurub

Acılarım , dərdlərim
Dayaq oldu , ölmədim
Mən atalı ömrümdə
Bircə dəfə gülmədim

Mən hər şeyə susmuşam
Qaygisiz​ günlərimi
Mən Burnumdan​ birbəbir
Ömür boyu qusmuşam
19.02.2021

Qadın

Bilinmir ,gülürsən ya ağlayırsan
Gülüşü üzünə sığmayan​ qadın.
Həyat bağçasında illər qət etdin
Bir dəfə xoşbəxtlik yığmayan​ qadın..

Qəlbində gizlidir bütün dərdlərin
Evinə xosbextlik​ saçan qadınsan
Bircə damla​ sevgi ,məhəbbət olsa
O gün çiçək kimi açan qadınsan

Gəzirəm gün boyu səndən ötəri
Mən əli dualı,​ dili dualı
Görəsən kim bilir cavabın, Allah
“Haçan xoşbəxt olar​ qadın “? sualın

10.06.2023
Müəllif: Xatirə SƏFƏR

XATİRƏ SƏFƏRİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəşad Məciddən tövsiyə: – “…yorulmayın…”

Minnətdarlıq

Doğum günü münasibətilə məni təbrik yağışına tutan bütün insanlara hədsiz təşəkkürümü bildirirəm.
Hamıya bir-bir cavab vermək imkanım olmadığından daha çox texnoloğiyanın gətirdiyi işarələrdən bəhrələnməli oldum. Üzrlü sayın.
Sözü hiss edən, istedadlı, səmimi fikri “yeddi hasar o yandan” duyan adam kimi ürəkdən gələn təbriklərdən təsirləndim.
Amma düşündürücü məqamlar da oldu.
Belə bir deyim var: “Balığı at dəryaya, balıq bilməsə də, Xalıq biləcək”. Başqa bir fəlsəfi düşüncə isə buna qarşı çıxır: əgər sən Xaliqin biləcəyini düşünürsənsə, qeyri-səmimisən, mənfəət və minnətdarlıq güdürsən. Təbrik yazanların arasında unutduğum hadisələri yada salanlar da oldu. Mən bu hadisələrin çoxuna adi hal kimi baxmışam. Həyat normam belə olub, nəyisə minnətdarlığa görə etməmişəm. Amma insanların bunları yadda saxlayıb, uzun illərdən sonra xatırlatmaları, minnətdarlıq bildirmələri düşündürücü və təsirləndirici idi.
Zamanın böyük sürətlə, çaparaq ötüb keçdiyi, insan ömrünün az qala hər gününün, hər saatının qəlibləşdiyi bir dövrdə təsirlənmək, dyğulanmaq kimi mübhəm hisslərin itib-batmaması, diri qalması çox önəmlidir.
Bu hissləri haçansa yaşamaq istəyirsinizsə, yaxşılıq etməkdən yorulmayın və etdiyiniz yaxşılıqları unudun. Belə daha rahatdır.
Təbriklərinizə, isti, səmimi sözlərinizə, xoş arzularınıza görə bir daha hər birinizə təşəkkür edirəm.

Hörmətlə: Rəşad MƏCİD

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏCİDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adil Cəfakeş – Laçın.

ADİL CƏFAKEŞ HAQQINDA

Adil Cəfakeş (Ziyadxan oğlu) 1966-cı ildə Laçın rayonunun Şeylamlı kəndində anadan olub.
Şuşa Kənd Təsərrüfatı Texnikumunun İqtisadiyyat və Qazax Müəllimlər İnstitutunun İbtidai Təhsilin Metodikasi fakültələrini bitirib.
Hələ uşaqlıqdan şeirə həvəs göstərib, kiçik şeirlər yazmağa başlayıb.
Şeirləri 1980-ci illərdən dövri mətbuatda, jurnallarda və çoxsaylı qəzetlərdə çap olunur.
“Bir aği de, ay Ana”, “Yolçu hara gedirsən” və
“Ağam alidi”, “Azmışam öz içimdə” (2019), “Özümə cəza yeriyəm” (2021), “Bir misrayam” (2022)
adlı təcnislər kitabının müəllifidir.
Sinəsi dolu olan şair gözəl saz ifaçısıdı.
130-a qədər saz havasını bilir və ifa edir.
Çoxlarının bilmədiyi elə saz ifalarını bilir ki, bəlkə də başqaları bilmir. Həmin havalardan “Zəngəzur gözəlləməsi”
və “Laçin gülü” havalarını misal gətirmək olar.
2012-ci idə özü ilə tələbəsi Təşəkkül Əmralıyevin ifasında
“YUNESKO”nun milli mədəni irs siyahısına daxil edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və
“Sazlı-sözıü Borçalı” Ədəbi Məclisinin üzvüdür.

*** *** *** ***

ADİL CƏFAKEŞİN ŞEİRLƏRİ

             

LAÇIN

Sənə qovuşanda gül – çiçəkdən yox,

Əvvəl torpağından öpəcəm Laçın.

Əyilib diz üstə bir buz bulağın,

Soyuq dodağından öpəcəm Laçın.

Tarixin oxuyub daş yaddaşının,

Biləcəm çəkdiyin nələr başının,

Durursa, atamın məzarı daşının,

Qaya yanağından öpəcəm, Laçın.

Namusunu çəkən balan əsgərin,

Səni yağılardan alan əsgərin,

Döyüşüb qələbə çalan əsgəlin,

Düşüb ayağından öpəcəm, Laçın.

Boylanıb kəndimin yuxarısından,

Koluna, kosuna can deyəcəm, can.

Dağılmış damımın buxarısından –

Sönmüş ocağından öpəcəm, Laçın.

Danışıb ahəstə, dinib ahəstə,

Məna axtaracam hər gələn səsdə.

Diz çöküb bir şəhid məzarı üstə,

Vətən bayrağından öpəcəm, Laçın!

*** *** *** ***

OXUCULARIMA

Birinci kitabıma ön söz əvəzi.

Sizə arxalanıb mətin oluram,
Ay mənim istəkli oxucularım.
Həvəsim bircə an olmayır aram,
Əyilməz, yenilməz olur vüqarım,
Ay mənim istəkli oxucularım!

Siz mənim ilhamım, siz mənim təbim,
Siz mənim əvəzsiz həyat məktəbim,
Siz mənim məlhəmim, siz mənim həbim,
Siz mənim ürəyim, siz şah damarım,
Ay mənim istəkli oxucularım!

Daim arzularam elimə xeyir,
Sinəmdə telli saz, dilimdə şeir.
Həm sazbəndəm, həm bir ozan, həm şair,
Sənət adlı bağam, sizindi barım,
Ay mənim istəkli oxucularım!

Cəfakeşəm, çəkinməyin, izindi,
Söhbətiniz musiqidən həzindi,
Ön sözü mən dedim, son söz sizindi,
Son sözü deməyə yox ixtiyarım,
Ay mənim istəkli oxucularım!

*** *** *** ***

Ta şeir yazmağın başın buraxdım,
Yazsam bundan sonra ağı yazacam.
Daha bar vermədi ömür bostanım,
Çiçəyi qurumuş tağı yazacam.

Binam tikilmədi, təməlim qalıb,
Dilimdə nə yoxum, nə bəlim qalıb.
Allaha uzalı sol əlim qalıb,
Çiynimdən kəsilmiş sağı yazacam.

Keçir sınıq-sökük ömür şayədə,
Tapım təsəllimi hansı ayədə?
Daha şeirlə yox, bir hekayədə,
Sinəmə çəkilən dağı yazacam.

Şairdə xoş günmü, bir xoş anmı var?
Əriyib, canında məgər canmı var?
İndi şeriyyatı oxuyanmı var?
Şairə edilən lağı yazacam.

Adiləm, nə yazdım, bəxtdən nə sildim?,
Haqqım tapdalandı, daim əzildim.
Mən özüm özümə qənim kəsildim,
Özümü özümə yağı yazacam.

*** *** *** ***

ADİL CƏFAKEŞI DİRİ GƏZMƏYİN

Gəzib əgər məni soraqlasalar,
Kövrəlib deyəcək biri, gəzməyin.
Sonra deyəcək ki, bu dam çökübdü,
Sınıbdı bu damın tiri, gəzməyin.

Deyəcək bir şerin nəqarət edin
Hər bir kəlməsinə nəzarət edin.
Gedin uçuq evin ziyarət edin,
Ocağı gəzməyin, piri gəzməyin.

Dünya bir quyudu, itib dərində,
Yoxdu indiyədək bilən yerin də.
Yaşayır yazdığı şeirlərində,
Adil Cəfakeşi diri gəzməyin.

Müəllif: Adil CƏFAKEŞ

ADİL CƏFAKEŞİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

              

"…yazarlar, ancaq yazarlar…"