Etiket arxivi: Xatirə SƏFƏR

Xatirə Səfər – Yasaq düşüncələr

Yasaq düşüncələr
Fərqli olmaq dar ağacına belə əyləncə kimi baxmaq deməkdir.
Sənin bədənin dünyadan köç edir, amma sən bunun fərqində ola-ola bunu qəbul edirsən.
Tarix boyunca istənilən yaş dövründə ən dərin hiss və arzularını dilə gətirməyə çəkinən adamlarla zəngin olub Yer kürəsi. Bu, neçə illər sonra da belə davam edəcək. Çünki insan beyni öz həyatını bəzən öz əleyhinə kodlaşdırır.
Yasaq istəklər insanları həyata daha sıx bağlayır, etiraz ediləcək dərəcədə baş verən hadisələr daha çox diqqət cəlb edir.
Günah hər zaman ağrılı və qorxulu görünsə də, heç bir bəşər övladı onu etməkdən çəkinmir. Etdikdən sonra isə vicdanını rahatlatmaq üçün müxtəlif üsullara əl atmağa çalışır.
Kimisi məscidin qapılarına üz tutur, kimisi evində səcdəyə qapılır, kimisi kilsəyə gedir, başqa biri gizli-gizli xeyir işlərlə məşğul olur ki, etdiyi hər hansı yanlış bir işi ört-basdır etsin. Maraqlıdır, bu vicdanın səsidirmi, yoxsa qorxunun yaratdığı saxtakarlıqdımı?
Həyatda ən qiymətli varlıq nədir, görəsən? Tanrı, valideyn, övlad, sərvət, yoxsa mücərrəd bildiyimiz şeylər – dostluq, sevgi, zaman, ədalət, ağıl, təfəkkür, idrak?.. Bu siyahını o qədər əlavələrlə davam etdirmək olar ki, sayı-hesabı bitməz.
Amma yenə də yasaqlar, “olmazlar” həyatımızdan əsla çıxmayacaq. Çünki yasaq düşüncələrin mənbəyi elə öz beynimizin məhsuludur. Zehnimiz bizi həmişə qorumaqla yanaşı, ağılsızlıqlara da sürükləyir.
Etdiyimiz hər hansı bir səhvə istənilən şəkildə bəraət qazandırmaqla ömrümüzün çox hissəsi keçir.
Keçmiş dövrün qalığı olan qadın yasaqları və qadağaları bir çox ölkələrdə hələ də qanuni şəkildə və ya birtərəfli olaraq qanunsuz formada ölkədaxili qaydaların, qərarların hegemonluğunu təsdiqləyir.
Yasaqlar olmadan yaşamaq necə olardı, görəsən? Cəmiyyətə xaos kimi təqdim olunan hal-hazırkı mühit, ictimai-sosial vəziyyət, insanlar arasındakı münasibətlərdə yasaqların aradan qalxması şəxsi fikirlərin, şəxsi azadlıqların daha çox qabardılaraq gündəmə gətirilməsinə, bir çox şeylərin haqlı olmaya-olmaya haqq qazandırılıb normal səviyyədə təqdim edilməsinə səbəb olur.
İnsan düşünən, idrak edən varlıq olduğu üçün öhdəsinə yaratmaq və öyrətmək kimi missiyalar qoyulur. Hər kəs yaratmağa və ya öyrətməyə sahib bacarıqla dünyaya gəlirmi? Xeyr, mümkün deyil.
Bəzən indiki dövr üçün aktual olan problemlərdən danışanda kitab sektorundakı ciddi narahatlıqlar yada düşür. İnsanları vicdanları ilə sınağa çəkərək hədələmək, qorxutmaq həmişə asan olub. Ona görə də istədikləri sözləri, arzuları, hətta xəyalları belə ya utana-utana deyiblər, ya da elə sadəcə xülya kimi təsəvvür ediblər, yaxud da kitablarla ovudublar özlərini.
“Doğru sözü deyəni daş-qalaq edərlər” deyə söz yayılan cəmiyyətdə insan çətin ki, öz arzu-istəklərini asanlıqla gerçəkləşdirə bilsin. Hətta arzu-istək bir yana, haqqı olanı tələb etmək hüququndan belə məhrum edilir. Söz azadlığının ancaq kağız üzərində, formal şəkildə mövcud olduğu bir toplumda yaşamaq və bu toplumun bir üzvü olmaq həddindən artıq böyük iradə tələb edir.
Mən bu yazımda Şərq qadınlarının duyğularının kor, kar, lal, əlil qaldığı bir dövrü təsvir etmək istərdim.
İstənilən ailələrdə “cəmiyyət nə deyər, qohum-əqrəba nə deyər” düşüncəsi ilə doğulan, tərbiyə edilən qız övladları yaşayır. Onların beyninə təlqin olunan, “günah keçisi” adlanan bu düşüncələr və qadağalar vaxtından əvvəl ruhlarının qocalmasına, özlərini yalnız ana, bacı, qız övladı kimi görmələrinə səbəb olur.
Amma qadın yaradıcıdır, doğaraq artandır, öyrədəndir, sağaldandır, yaraları sarandır və s. Cəmiyyətdə və ailədə müxtəlif rollarda çıxış edən qadının ana təbiətdən tək istəyi var: gənc qalmaq, sevgi ilə bəslənmək, çəkdiyi ağrı-acıları gördüyü hörmət və qayğı ilə unutmaq, unudulmamaq.
Bəli, unudulmamaq… Yasaqlar qadınların mövcudluğunu unudur. Onların bəzən “zərif cins” olmaları ön plana çıxarılır və cəmiyyətə sərf edilən tərəfdən baxılaraq ictimaiyyətə təqdim olunur. Qadınların əksəriyyətinin qorunmağa, ailədə saxlanılmağa, müəyyən qadağa çərçivəsində qalmağa məcbur edildiyi bir toplumla eyni torpağı, havanı bölüşdüyümüz üçün təəssüf hissi keçirirəm.
Bu cəmiyyətdə qadın sevə bilməz, əl-ələ tutub hardasa oturub söhbət edə bilməz. Rəfiqələri ilə dostluq bağı qurduğu zaman mütləq rəfiqələri ədəb-ərkan, mənəviyyat, tərbiyə testindən keçmiş olmalıdır; əks halda həmin adamlar qadını uçuruma aparacaq. Yaddan çıxan bir şey var: heç kim heç kimə öz iradəsindən artıq təsir edə bilməz.
Qadınlara qarşı qoyulmuş şəxsi qərəzli, dolu, hesablı, çıxarlı — səhv olsa belə — bu yasaqlar istənilən kişinin zəifliyini göstərir.
İndiki dövrdə əksər kişilər həm psixoloji, həm də maddi cəhətdən zəif olduqlarını məhz ailədə qoyduqları fərqli tərz qadağalara sığınaraq sübut edirlər.
Sevgi, hörmət, anlayış olmayan istənilən mühitdə yasaq düşüncələr çıxış yoluna çevrilir.
Bu “çıxış yolu”nun qapısını bağlamaq isə özünə hörmət edən, özünü sevən, dəyərini ayaq altına atmayan qadınlara düşər.
Qorxma… Sən qadınsan, kölə deyilsən. Haqqını kiminsə tapdalamasına izin vermə. Sən həyat yoldaşısan, həyat isə müştərəkdir. Bölüşüncə azalar dərd, ağrı. Sən dostsan, rəfiqəsən – istər kişi ilə, istərsə də qadınla dostluq bağı qura bilərsən. Sən övladsan – istədiyin peşəni, istədiyin insanı sərbəst və özgüvənli şəkildə seçmək haqqın var.
Unutma… Sən səni sevənlər üçün baş tacısan. İzin vermə ayaq altına sərsinlər səni. Öz yerini özün müəyyən etmədikcə, üstünə uzadılan dilin ölçüsünü bilməyən sahiblər daha da çoxalacaq.
Seçimlərini düzgün etdiyin təqdirdə bütün yasaq düşüncələrin qara tilsimi qırılacaq, üzərindəki hökmünü itirəcək və qadınlar xoşbəxt dünya sakinlərinə çevriləcək.

Müəllif: Xatirə SƏFƏR

XATİRƏ SƏFƏRİN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

XATİRƏ SƏFƏR – QAYIT

Qayıt

Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?

Unutdum əlifbada adından başqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını

Mən niyə Tanrı bildim..niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt
Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt

Baş qoyaram önündə ömrün son gününədək
Dodağından ,dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, sənə yalvarım
Sən insafa gələsən , qayıt ömrümə yenə.

Müəllif: Xatirə SƏFƏR

XATİRƏ SƏFƏRİN YAZILARI

“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:

“Yazarlar” Xatirə Səfəri (Səfərova Xatirə) təqdim edir:

Xatirə Səfər (Səfərova Xatirə) 22.08.1988 ci ildə Qəbələ rayonunda dünyaya gəlib. Bakıda yaşayır. Hal -hazırda Bakıda 316 nomreli tam orta məktəbdə ingilis dili müellimi kimi fəaliyyət göstərir. Hekayələr və şeirlər müəllifidir. Şeirləri müxtəlif antalogiyalarda
(Günəşin nuru, Zəfər qoxusu , Zərif kölgələr), saytlarda (oxumeni.az, ziyalılar.az və s) qəzet (noqte qəzeti) ve jurnallarda ( Azad qələm, gufte edebiyyat ) (Qarabağ müharibəsinin ilk generalı kitabında) çap olunmuşdur.

Bu gün onun doğum günüdür!

“Yazarlar” doğum günü münasibətilə tanınmış şair, pedaqoq Xatirə Səfəri təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!! Bir daha təbriklər!!!

Xatirə Səfərin şeirləri:

Qayıt…

Sən qəlbimə saldığın o təlatümdən söylə
Necə baş çıxararam, necə xilas olaram
Uzun-uzun baxmağın, dərin-dərin düşünmən
Sənsizlikdən heçnəyəm , haçan yenə dolaram?

Unutdum əlifbada adından başqa bütün
Hərfin mövcudluğunu, sözlərin varlığını
Gedişinlə göstərdin dünyanın neçə küncdə
Neçə bucaqda olan o kiçik darlığını

Mən niyə Tanrı bildim..niyə tapındım sənə
Axı bütpərəst olmaq mənlik deyildi heçvaxt
Qüdrətinin ,gücünün həddi yoxdur gözümdə
Qəlbimdəki yerini əvəz etmir heç bir taxt


Baş qoyaram önündə ömrün son gününədək
Dodağından ,dilindən çıxan hər bir kəlmənə
Mən hansı dildə dua edim, sənə yalvarım
Sən insafa gələsən , qayıt ömrümə yenə

15.07.2023

Səni sevirəm

Səsin qulağımın ən xoş sədası
Gülüşün ruhuma paydır , birdənəm
Sürmüşəm yarama sən adlı məlhəm
Sabaha​ ağrısı qalmaz​ bir dənə

Qolların anamın qucağı​ kimi,
Nəfəsin duyduğum ən isti ocaq
Başımı dizinə qoysam​ o andan
Bütün​ küskünlüyüm unudulacaq

Dodağın cismimin​ atəş yeridir
Yandırar toxunsa bütün dərdimi
Görən sevənlərin​ eşqi, sevdası
Vüsala çatdımı ,sona ərdimi ?

Bizim məhəbbətin adını​ deyim?
“Bir qara eşq “olsun gərək ki, ismi
Sən necə sevirsən xəbərim yoxdur
Amma hər nəfəsdə doğulur cismim.

17.07.2022

Dostum

Saç ağarıb birbəbir​ dişlərin​ tökülən­də
Qamətin də əyilib əməlli büküləndə
Ağlın​ itən zamand­a, yaddaşın söküləndə
Bu həyatdan​ çalış sən beşəlli​ yapış,d­ostum

Olmaz bir daha​ ötən o cavanlıq çağların
Hər gün artar​ ürə­kdə​ sağalmaz ağrıl­arın
Varsa əgər xatirə dəftərdə varağların
Hər gün birin gəlsə­nə, mənə aç danış,dos­tum

Qocalığın ən böyük​ əlamətidir​ əsmək
Uşaq təki ən azı gü­ndə yüz dəfə küsmək
O dünyaya hələki​, lazım deyil​, tələsm­ək
Amma vaxtın​ azalır , qalır bir qarış , dostum

Dünya sandığın açıb əməllərini yoxla
Özündən sevdiyinə mütləq xatirə saxla
Vaxtın çatıb​ həya­tı​ indi son dəfə qoxla
Çiyinlərdə aparar​ ya yad , ya tanış, dostum

Bayrağım

Sən çıxmısan zülmət, zülmün içindən
Aydınlaşır daha büt­ün sabahlar
Ey uğruna ŞƏHİD olan bayrağım
Nahaq yerdə qalmayı­bdı bu ahlar

Doya doya TORPAĞINDA gəzəsən
Bax qələbə qoxur artıq ,bu hava
Gözümüzü sevinc yaşı bəzəsin
Qələbəylə möhürləns­in bu dava!!

Yaşadıqca bu xalqım­ız, ordumuz
Fəxr eylə sən, qüru­rla sən, dalğalan!
Sənə baxıb köks ötü­rsün,​ düşmənin
Qoy əbədi köksü qal­sın dağlanan!
2020

Nigaran

Səndən nagümanam ,səndən nigaran
Gecə də yatmağa​ qoymur​ düşüncən
Elə bilirəm​ ki çox fikir etsəm
Bəlkə​ sən də məni çox düşünərsən

Yastığı​ qoyuram​ o yan​ bu yana
Bu sərin​ havada yuxum​ da qaçıb
Ürəyim​ sıxılır,​ darıxıb​ yaman
Sirrini​ o mənə bu gecə açıb

Dünyanın​ dərdi də bitmir,​ İlahi
İnsanlar​ yaşayır​ kinlə, həsədlə
Dedim ki​ ,fikrimi​ dağıdıb​ baxım
Xəbərdə​ yenə​ də ölü,​ cəsədlər

Canıma​ üşütmə​ düşür​ bax o an
Ölümdən, itkidən​ kimsə​ danışsa
Bilmirəm​ nə edim, necə​ davranım
Kaş sənsiz bir işə başım qarışsa

26.08.2020

Mən susmağı​ o vaxtdan
Anamdan​ öyrənmişəm..

Anam bu​ evimizin
Ən müti​ qonağıydı..
O vaxt mənim​ atamın
şiddət saçan səsindən
Ən gözəl sığındığım
Yer mənim gül anamın
yamaqlı balağıydı..
Mənim döyülməyimsə
anamın hər gün​ üçün​
ürəyinin​ yeməyi,​
ürəyinin​ dağıydı..
Məni təsəlli edib,
gecə yatızdıranda
Oxuduğu​ laylalar​
mənim üçün ağıydı.

Mən beləcə böyüdüm
Dəhşətli​ ağrılarla
Sevimli​ ağılarla
Sağalmaz​ ​ qorxularla
Üzümdəki, dizimdəki
Atadan xatirəlik
Qan izli qoxularla..

Həyatın​ bu​ ​ sınağı
Meni Hec sındırmayıb
Bu kiçicik​ yaşımda
Ata yumrugu​ qədər
Bax, hecnə yandırmayıb

Mənim sınıq qəlbimi
Atasızlıq dondurub
Mənim cırıq cibimi
Bir də aclıq doldurub

Acılarım , dərdlərim
Dayaq oldu , ölmədim
Mən atalı ömrümdə
Bircə dəfə gülmədim

Mən hər şeyə susmuşam
Qaygisiz​ günlərimi
Mən Burnumdan​ birbəbir
Ömür boyu qusmuşam
19.02.2021

Qadın

Bilinmir ,gülürsən ya ağlayırsan
Gülüşü üzünə sığmayan​ qadın.
Həyat bağçasında illər qət etdin
Bir dəfə xoşbəxtlik yığmayan​ qadın..

Qəlbində gizlidir bütün dərdlərin
Evinə xosbextlik​ saçan qadınsan
Bircə damla​ sevgi ,məhəbbət olsa
O gün çiçək kimi açan qadınsan

Gəzirəm gün boyu səndən ötəri
Mən əli dualı,​ dili dualı
Görəsən kim bilir cavabın, Allah
“Haçan xoşbəxt olar​ qadın “? sualın

10.06.2023
Müəllif: Xatirə SƏFƏR

XATİRƏ SƏFƏRİN YAZILARI

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru