Yəqin ki, hər kəs Şamaxının girişində bu qırıcı təyyarəni görüb. Bu qırıcı təyyarə II dünya müharibəsindən sonra Şamaxıda xatirə abidəsi olaraq qoyulub. Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan Abdullayev Ağanəsir Ağaməsim oğlu 1942-ci ildə II Dünya müharibəsinə yollanır. O bu müharibədə iştirak edən az saylı qırıcı təyyarə idarə edə bilən pilotlardan olub. Hətta onu tanıyan yaxınlarının söylədiyinə görə təyyarə ilə nişanlısıgilin həyətinə ara-sıra məktublar gətirib atarmış. Zaman keçir. Müharibə zamanı Ukraynadakı döyüşlərin birində təyyarəsi vurulur. Təyyarə kimsənin olmadığı əraziyə düşür. 10 gün çətin və əlverişsiz şəraitdə qaldıqdan sonra şəhid olur. Abdullayev Ağanəsir Şamaxı hərbi komissarlığında çalışıb və Şamaxıda hər kəsin hörmətini qazanıb. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Şamaxının hörmətli adamları yola yaxın ərazidə qırıcı təyyarə yerləşdiriblər. Abullayev Ağanəsirdən geriyə nə bir foto, nə bir əşya qalıb. Tək xatirəsi bu təyyarədir.
Mənbə: Aygün Əliyeva Ələkbərova (qohumu)