Cəlil Cavanşir bu xoş xəbəri izləyiciləri ilə bölüşüb:
“İstəyirəm yatmadan xoş xəbərlər paylaşım.
Bu həftə C.C. Literary Agency olaraq Türkiyənin bir nəşriyyatı ilə əməkdaşlıq qurduq. Eyni zamanda ədəbiyyat agenti kimi xidmət göstərdiyimiz ilk yazıçının romanın Avropada ingilis dilində nəşri üçün böyük bir nəşriyyatla danışıqlarımız uğurlu oldu.
Sentyabr ayına planlaşdırdığımız yeni bir layihəmiz üçün donor təşkilatdan razılıq aldıq. Bir sözlə ümidli gələcək üçün addım-addım irəliləyirik. Baxmayaraq ki, mən bir az hövsələsiz və darıxan adamam, ancaq inanıram hər şey gözəl olacaq.
Bir də bütün qəlbimlə arzuladığım böyük bir ədəbi layihə var. Danışıqlar, hazırlıqlar gedir. Ümid edirəm bu layihəyə də sentyabrda start verə biləcəyik.
Siz də kitabınızın Türkiyədə və Avropada, eyni zamanda ölkəmizdə yüksək keyfiyyətlə çapını arzulayırsınızsa, kimə müraciət edəcəyinizi artıq bilirsiniz.
Biz sizə ancaq keyfiyyətli iş vəd edirik.”
Ədəbiyyaımızın inkişafı və yazarlara dəstək uğrunda atılmış bütün addımları dəstəkləyirik.
Yazarlar olaraq başda Cəlil Cavanşir olmaqla bütün yaradıcı kollektivə yeni – yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun!
Sual : “Biz özümüzün kim olduğunu özümüzə belə etiraf etmək istəmirik”,- deyir Kənan Hacı. Eyni zamanda mənimlə səmimi söhbətə razılıq verir. Sizcə səmimi söhbətimiz alınacaqmı? Cavab: Mən bütün həyatım boyu dəfələrlə səmimiyyətimin cəzasını çəkmişəm. Amma düşünürəm ki, səmimiyyət insan üçün rahatlıqdır və əlbəttə, səmimiyyət sadəlik kimi gözəl və ali xüsusiyyətdir. Sual:Kənan Hacı kimdir? Bu “Səmimi söhbətin” ənənəvi sualıdır. Cavab: Mən bu suala yazdığım mətnlərdə cavab verməyə çalışmışam. Nə dərəcədə nail olmuşam, bilmirəm. Əslində, bu, “həyat nədir” sualı qədər mürəkkəb bir sualdır. Ağacdan soruşursan ki, yarpaq nədir, havadan soruşursan ki, külək nədir. Qazandıqlarım (əgər varsa) Allahın lütfüdür. Bundan artıq özüm haqqında nə deyə bilərəm? Başqalarının gözündə mən kiməm? Bu, mənim üçün daha maraqlıdır.
…
Sual: “Hiyləylə, kələklə dolu dünyanın içindən sakit bir çay kimi axıb gedə” bilirsizmi? Cavab: Dünya ilə çoxdan barışmışam. Sual: Ən çox nədən qorxursuz? Cavab: Doğmaları itirməkdən. …
Bütün titulları adından sonra gəlir Babasına layiq nəvə, atasına layiq oğul, dostlarına layiq dost…. Rəşad Məcid… Təqdimata ehtiyacı olmayan adam. Tanıyan da, tanımayan da onu özünə dost bilir. O da tanıdı, tanımadı hər bir azərbaycanlıya dost münasibəti göstərir. Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü… Bu yazı Rəşad Məcidin 55 yaşı tamam olanda doğum günü müasiəti ilə hazırlanıb. Rəşad Məcidin ən qəribəliyi odur ki, adam onun yaşı barədə düşünə bilmir. Elə bilirsən ki, yaşca ondan kiçik və böyük adam yoxdur. Unikal adam, yararlı adam, ağayana adam… Uşaqla uşaq, yaşlı ilə yaşlı adam… Jurnalist Rəşad Məcid… Hidayət Elvüsal: “Öncəliklə təbrik edirəm. Rəşad Məcid çox bacarıqlı insandır. Deyəsən şeir də yazır, amma yazmasa yaxşıdı (gülür). Yazıçı kimi də onun fəaliyyətini yaxşı qiymətləndirirəm. Rəşad yaxşı oğlandı. Düzünü deyim, yazılarını oxumamışam, amma bacarıqlı şəxs kimi tanıyıram. Rəşad olduqca xeyirxah və mehribandı. Hər kəsə, xüsusilə gənclərə kömək edir. O, jurnalistlərin, həmçinin gənc yazarların əlindən tutur. Yazılarını oxumamağıma baxmayaraq, Rəşada böyük hörmətim var, dostumuz-qardaşımızdı. Zarafatları kənara qoyum, Rəşad doğurdan çox yaxşı oğlandı, mən onun xətrini çox istəyirəm. Rəşadın ən çox sevdiyim xüsusiyyəti məhz gənclərə yardım göstərməsidir. O insan ki, gənclərə yardım göstərir, sadəcə oturduğu vəzifəni, özünü düşünmür, deməli o, əsl insandı. Rəşad həmçinin Yazıçılar Birliyinin katibidir və orda da gənclərdən öz yadımlarını əsirgəmir. Harda olursa olsun, Rəşad xeyirxah biri kimi tanınır. Mənim 70 yaşım var. Ona arzu edirəm ki, mənim yaşıma gəlsin çatsın, sonrasına Allah kərimdir”. Azadə Balayeva: “Rəşad Məcid “525-ci qəzet”dəki fəaliyyəti ilə jurnalistikada nə qədər böyük işlər gördüyünü ortaya qoyub. 525-ci qəzet neçə-neçə insanlar üçün məktəb olub. “525-ci qəzet”in yetirmələri olan jurnalistlər hazırda Türkiyənin də media orqanlarında uğurlu fəaliyyət göstərirlər. Rəşad Məcidi tək jurnalist kimi deyil, bir rəhbər kimi, dost kimi xarakterizə etmək istərdim. Çünki mən Rəşad Məcidlə eyni redaksiyada çalışmışam. 1990-cı illərdə-universitetdən məzun olduğumuz illərdə ən böyük arzularımızdan biri “525-ci qəzet”də işləmək idi. 4 il Rəşad bəylə eyni redaksiyada çalışdım. Jurnalistika fakültəsində necə mühit var idisə, “525”də də elə mühit var idi. Rəşad Məcid redaksiyada rəhbər-işçi münasibəti deyil, dostluq münasibəti yaratmışdı. Biz Rəşad Məcidlə sirrimizi bölərdik, o da böyük qardaş kimi hər zaman bizim yanımızda olardı. Burdan təbriklərimi çatdırıram”. “525-ci qəzet”in əməkdaşı, jurnalist Türkan Turan: “Rəşad Məcidlə bağlı günlərlə, aylarla, hətta bir ömürboyu danışa bilərəm. Yəni onu bir-iki cümləyə sığdırmaq çətin məsələdir. Amma yenə də “iki cümlə ilə söyləyin” desəniz, belə cavab verərdim: Rəşad Məcid bütün hallarda, hər məqamda sığınıla biləcək qala kimi adamdır. Şükür, təşəkkür, minnətdarlıq səbəbidir. Sağlam və sevgi dolu 55 diləyirəm”. Şair, yazıçı Rəşad Məcid… Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Musa Urud: “Rəşad Məcid Azərbaycanın tanınış qələm adamı, söz adamıdır, Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan adamdır. Gənclərin inkişafında, formalaşmasında Rəşad Məcidin böyük rolu var. Olduqca istedadlı şəxsdir, onun gözəl şeirləri, hekayələri, gözəl publisistikası var. Onun yaradıcılğı şaxəli və genişdir. Eyni zamanda Rəşad Məcid ictimai-siyasi xadim kimi də Azərbaycanın ictimai həyatında öz yeri, öz sözü olan bir şəxsdir və daim fəal vətəndaş mövqeyində olan bir ziyalımızdır. Bu mənada Rəşad Məcidin həm yaradıcı fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti hesab edirəm ki, hər kəs üçün gərəklidir. Rəşad Məcid olduqca səmimi bir insandır, hər kəslə ünsiyyət qura bilən, dostluq edə bilən, hər kəsə qapısı açıq olan bir insandır. Rəşad Məcidi ürəkdən təbrik edirəm, ona ümum yaradıcılıq uğurları arzulayıram. Şəxsi həyatında da can sağlığı və xoşbəxtlik arzulayıram”. Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca: “Rəşad Məcid aktiv yaradıcılıqla məşğul olan yazıçılarımızdandır. Hazırda daha çox jurnalist kimi fəaliyyət göstərir, amma orda da yaradıcılıq qabiliyyəti, yazıçılığı onun köməyinə çatır. Daha çox gənclərlə, gənc qurumlarla işləyir, yanına daha çox gəncləri alır və onlar üçün bir məktəb olur. Bu çox böyük işdir. O, gənc yazıçıları gələcəyə hazırlayır, onların yazılarını qəzetdə oxuculara təqdim edir. Rəşad Məcid həmçinin Yazıçılar Birliyində də çox aktiv çalışır, yaxşı işlər aparır. Bildiyiniz kimi, “525-ci qəzet”in baş redaktoru kimi uğurlu fəaliyyəti ilə də öz sözünü deyib və deyir. Ona uzun ömür, can sağlığı və xoşbəxt gələcək arzulayıram”. Yazıçılar Birliyinin üzvü, gənc yazıçı Kəramət Böyükçöl: “55 yaşı tamam olmağına baxmayaraq, Rəşad Məcidin fəaliyyəti Yazıçılar Birliyinin gənclər üzrə katibi kimi hələ də gənclərlə münasibətdən ibarətdir. Mənim Rəşad Məcidlə bağlı ədəbi-ictiamai mühitdə kəskin tənqidi yazılarım da olub, amma o, müəyyən zaman keçəndən sonra haqqında tənqidi yazı yazdığım adamlar içində məndə peşmançılıq hissi yaradan bəlkə də yeganə adamdır. Təbii ki, insan gənc, emosional ola bilər, insanı səhv tanıya bilər. Amma tək mən yox, zamanla onun haqqında tənqidi fikir söyləyən istər gənc, istər yaşlı nəslin nümayəndələri vaxt keçdikcə Rəşad Məcidin yaxşı insan olduğu qənaətinə gəliblər. Rəşad Məcid kinsiz insandı, bütün yönləri ilə yaradıcıdır. Mən hesab edirəm ki, zaman, tale Rəşad Məcid kimi insanlara daha çox ömür verməlidir. Anar müəllimi başa düşürdüm ki, həmişə bir yerdə olublar deyə Rəşad Məcid haqqında daim xoş sözlər deyir, amma Ramiz Rövşənin Rəşad Məcidi dərindən çox istəməsini heç vaxt anlamırdım. Müəyyən zaman keçəndən sonra mən Ramiz Rövşənin Rəşad Məcid haqqındakı fikirlərini başa düşə bildim. Rəşad Məcid yaşından fərqli olmayaraq – 30, 40, 50, 55 yaşında da həmişə qaynar ədəbi mühitin içində olub, fəaliyyəti dayanmayıb. Həmişə fikirləşmişəm ki, niyə görə dünənin uşağı onun haqqında sərt fikir söyləyəndə Rəşad Məcid həmin gəncə də cavab verib. Belə baxanda, yuvarlaq götürsək, mənim 30 yaşım var, amma mən daha eqositəm. Mən hətta deyərdim: “O kimdir ki, mən ona cavab verim?!”. Rəşad bəyin isə içində belə şey yoxdur. Mən Rəşad Məcidə burdan parlaq ömür arzulayıram. Mənə elə gəlir ki, onu ancaq sevmək olar”. Dost Rəşad Məcid… Milli Məclisin deputatı Aqil Abbas: “Rəşad Məcid tək kəlməylə dostluğun rəmzlərindən biridir. Sədaqətli, dostcanlı insandı və həmçinin böyük nəslin nümayəndəsidir. Rəşad Məcid gözəl şair, yazıçı və gözəl redakatordur. Əsas odur ki, atasına layiq oğul, babasına layiq nəvə, dostlarına layiq dostdur. Əvvəllər Rəşadın bir maşını var idi, onda mənim maşınım yox idi. Lakin onun maşını həmişə məndə olurdu. Ağdama gedəndə həmişə onun maşınını sürürdüm. Maşının markası “Vaz 2106” idi. Tez-tez həmin maşınla gəzməyə, yeyib-içməyə gedərdik. Arzum o olardı ki, indiki “Mersedes”lərimiz olmazdı, eybi yox, amma yenə o “Vaz 2106” ilə bulağa istirahətə gedərdik”. Jurnalist, teletənqidçi Qulu Məhərrəmli: “Rəşad Məcid müasir mətbuatımızın ən parlaq simalarından biridir, çox gözəl redaktordur. “525-ci qəzet” indiki şəraitdə hadisələrə elə ölçülərlə yanaşır ki, onu mətbuatın önəmli nümunəsi kimi nəzərdə saxlayırıq. Əlbəttə, bu 15-20 il öncəki “525” deyil, amma Rəşad Məcid düşüncə etibarı ilə 15-20 il əvvəlin Rəşad Məcididir. O, hadisələrə yanaşma tərzi, intelektual cəhətləri ilə insanları ünsiyyətə cəlb edən xüsusiyyətlərə sahibdir. Onun həm şəxsi keyfiyyətləri, həm ictimai düşüncəsi bizim dövr üçün çox gərəklidir. Rəşad Məcid həm də Yazıçılar Birliyinin katibidir və o istiqamətdə də çox qiymətli işlər görür. Gənc yazarların müəyyən platformada birləşməsində Rəşad Məcidin çox böyük rolu var. Mənim üçün Rəşad Məcid həm də dar gün dostudur. İstənilən çətin vəziyyətlərdə adam onu həmişə yanında görür. O, çox səmimi insandır. Hesab edirəm ki, belə adamlar Azərbaycanda barmaqla sayılası qədərdir. Yəni müəyyən dəyərlər var ki, RəşadMəcid həmişə onlara sadiq qalır. Biz onunla çox səfərlərdə olmuşuq, bizim onunla dərin yoldaşlığımız olub. Mən hesab edirəm ki, özü kimi məcid ailədəndir. Rəşad Məcid xalq dəyərlərini həmişə özündə saxlayır. Lakin bəzi müasirlərimiz kimi Rəşad Məcidin də bəxti o mənada gətirməyib ki, bu zamanda və bu cəmiyyətdə yaşayır. Ona görə ki, bu zaman və cəmiyyətdə yaşamağın spesifik çətinliyi var və Rəşad Məcid də bu çətinliklərdən əziyyət çəkən adamlardandır. Amma bütün bunlarla yanaşı o, bizim mətbuatın ən parlaq, istedadlı insanlarından biridir. Rəşad Məcidin doğum gününü təbrik edirəm. Onun həmişə xoş sədasını eşitmək istəyirəm. Onun daim belə dostluğa və dəyərlərə bağlılığını, sadiqliyini görmək istəyirəm. Hesab edirəm ki, Rəşad Məcid özünün həm şəxsi dəyərləri, şəxsiyyəti ilə gənclərə nümunədir”.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Rəşad Məcid, yaxud ürəyi dünya qədər genişliyin metafizikası Əgər akademik İsa Həbibbəyli bütün tərəflərilə, həqiqətən, dəyərli olan «Bütün yönləri ilə yaradıcı» məqaləsini çap etdirməsəydi, yəqin ki, mən Rəşad Məcid haqqında yazmağı hələ beş-on il də gecikdirəcəkdim… Neçə illərdir hər Rəşadı görüb onu hansısa yaradıcılıq uğuru münasibətilə təbrik edəndə əlavə eləyirəm ki, «Rəşad, gərək sənin bu möhtəşəm xidmətlərin barədə yazam”… O da özünəməxsus səmimi (və yumorlu) bir təbəssümlə, təvazökarlıqla söhbəti belə yekunlaşdırır ki, «bax da, professor». Ancaq akademik İsa Həbibbəylinin geniş həcmli (monoqrafik) məqaləsi çap olunandan, hətta ayrıca kitab şəklində çıxandan sonra Rəşad həmin səmimi (və yumorlu) təbəssümü saxlasa da, təvazökarlıq məsələsində çox da dərinə getməyib cəsarətlə dedi ki, «professor, o boyda akademik yazandan sonra da hələ fikirləşirsən…” Dedim ki, «Rəşad, oxudum, vallah, akademik elə yazıb, sənin yaradıcılığını elə təhlil edib ki, mənə bir söz qalmayıb, qorxuram bundan sonra heç yazası olmayam…» Dedim… Ancaq elə o andaca düşündüm ki, ürəyi dünya qədər geniş bu yazıçı, jurnalist, ictimai xadim (və ziyalı!) barəsində həmişə yazmaq (və düşünmək!) üçün nə qədər istəsən material var. Hər şeydən əvvəl ona görə ki, Rəşad Məcid, İsa Həbibbəylinin dəqiq ifadəsilə desək, «müstəqillik dövrü Azərbaycan ziyalılığının fəal vətəndaşlıq mövqeyi, aydın milli düşüncəsi, açıq və yetkin təfəkkürü» olan nümayəndəsidir. Və bu, o deməkdir ki, Rəşad Məcidin şəxsində (timsalında!) təzahür edən çoxmiqyaslı (və çoxşaxəli) istedad, yaradıcılıq enerjisi yalnız bir nəfərə məxsus, fərdi, subyektiv (və «qapalı», mücərrəd) bir hadisə deyil, bütövlükdə, bütün ictimai mütəvazeliyi ilə mənsub olduğu xalqa, cəmiyyətə məxsusdur… Mən Rəşadın «bütün yönlərilə yaradıcı» olmağının səbəbini, mənbəyini (metafizikasını!) , təkrar- təkrar deyə bilərəm ki, Tanrının ona səxavətlə bağışladığı dünya qədər geniş ürəyində görürəm!.. Heç bir şübhə etmirəm ki, Rəşad Məcidin həm yaradıcılığında, həm də geniş ictimai fəaliyyətində (əslində, bu da yaradıcılıqdır) qazandığı nə uğurlar varsa, Tanrıdan gəlir. Və deyəsən, bu, hərdən bir özünə də əyan olur… Olsun ki, şeiri Allah adama Yaşadıb ömründə tufan yazdırır. Birinə «Məsnəvi», birinə «Xəmsə», Birinə sevgidən roman yazdırır. *** …Mənə də lütf edib öz kərəmini, Yenidən yolladı öz qələmini. Yaşlı gözlərimin silib nəmini, Oturdub diz üstə dastan yazdırır. *** Tanıdım üzünü, duydum rəngini, Hiss etdim göylərin bu ahəngini. Ard- arda düzülən söz çələngini, Özüm yazmıram ki, yazan yazdırır. Mən Rəşadı kifayət qədər gənc yaşlarından tanıyıram. Və onu həmişə istedadlı, ziyalı, yaradıcı insanlar arasında, elə gənc yaşlarından «ağsaqqal», nüfuzlu, sözünə, şəxsiyyətinə hörmət edilən görmüşəm… Onu az və ya çox tanıyanların hamısı yaxşı bilirdi ki, Rəşad bu dünyaya təmiz, müqəddəs və insanı «uyqudan bidar» (M.Füzuli) edən sözün arxasınca gəlib… O illərdə Rəşad Məcidin sözü hələ ağ işıq kimi bütöv idi, ancaq çox keçmədi ki, tamamilə təbii olaraq, öz spektrlərinə ayrıldı. Və Rəşad ömrü boyu davam edəcək «söz oyunu»na girdi… Özü demiş… Başlayanda macəradı, Dəcəllikdi, zarafatdı. Bir də gördün ciddiləşdi, Yaxın gəldi addım- addım – söz oyunu. *** … Qaydası yox, düsturu yox, Yüz yerə aparar səni. Orbitindən aralayıb Oxundan qoparar səni söz oyunu. *** Kimində qulaqda bitər, Kimində yataqda bitər. Çox dalsan dərinliyinə Bu qara torpaqda bitər söz oyunu. Rəşad Məcid ilk gəncliyindən bu dünyada nə iş görübsə ürəklə görüb, nə «oyun» oynayıbsa ürəklə oynayıb. Qələbəsi, uğuru da ürəkdən gəlib, haradasa «məğlubiyyət»i, «uğursuzluğ»u da… Hətta «peşimançılığ»ı da… Bilməzdim bu qədər ağrı verəcək, Hər təzə misrası üzəcək məni, Yolumu daşlığa sarı döndərib, Bu qədər incidib əzəcək məni… Bilsəydim, yazmazdım bu şeirləri. *** Mən dedim, yazdıqca unutduracaq, Köhnə ağrıları, əski dərdləri.- Bağrımın başında qalayıb ocaq, Yenidən yaşatdı məşəqqətləri… Bilsəydim, yazmazdım bu şeirləri. *** Ağrılar, əzablar ac quzğun kimi, Boynuma uzatdı caynaqlarını. Vurduğun yaralar sağalmamışkən, Yenidən qopardı qaysaqlarını… Bilsəydim, yazmazdım bu şeirləri. Rəşadın şeirlərində ən çox işlədilən bir söz var, o da «ürək»di, hətta bu sözü işlətmədiyi şeirlərində, hekayələrində, məqalələrində, müsahibələrində də bir ideya var – o da ürək yanğısıdı… İlişib bir küncdə qalan fikrimin, Düşünüb, daşınıb sirrini tapdım. Dəyişən halımın səbəbin gəzdim, Yüz səbəb içindən birini tapdım. *** Bildim bahar gəlib yenə payızda, Duyğum çiçək açdı cansız kağızda. Çoxları üzərkən hələ dayazda, Yaxşı ki, adlayıb dərini tapdım. *** Şırıltı duyulur mürgülü qandan, Ayılır yuxudan, açılır dondan, Beş ildi xəbərim yoxuydu ondan, İtmiş ürəyimin yerini tapdım. Rəşadın ürəyinin dünya qədər genişliyinin birinci göstəricisi onun qeyri- adi həssaslığıdır ki, bu keyfiyyət özünü ən bəsit məişət məsələlərindən başlayıb ən mürəkkəb sosial- siyasi, ideoloji proseslərə münasibətə qədər davam edir. Qeyri-adi (və çoxmiqyaslı) həssaslıq Rəşad Məcidin təbiətən səmimiliyində, ünsiyyətcilliyində, dostlar arasında mütəvaze (və xarizmatik) liderliyində bütün aydınlığı ilə təzahür edir. Adətən, daxilən zəngin, intellektual insanlar bir az qapalı, eqoist olurlar, mümkün qədər çalışırlar ki, öz daxili mənəvi-intellektual enerjilərini, zənginliklərini hara gəldi sərf eləməsinlər. Və belə insanlar, bir qayda olaraq, hisslərini, düşüncələrini, mülahizələrini cəmiyyətə ünvanlı bir şəkildə, başqa sözlə, yazıb nəşr etdirərək çatdırmaq istəyir, «müəlliflik hüququ»nu qısqanclıqla qoruyurlar. Hətta hisslərinin müəllifliyini belə… Yəni mən keçirdiyim sevinci heç kim keçirməsin, mən çəkən dərdi heç kim çəkməsin… Bu baxımdan Rəşad kənardan olduqca paradoksal görünə bilər… Çünki o nə qədər daxili dünyasının sakinidirsə, o qədər də cəmiyyət (məclis!) adamıdır. Və sayını-hesabını itirdiyimi çoxlu, eyni zamanda çox müxtəlif səviyyəli görüşlərimizdə Rəşadı bir dəfə də olsun nəinki darıxan, özünü camaatdan təcrid edən, heç belə bir fikrə düşən də görməmişəm… Əksinə, dərin (və həssas!) məntiqi, zərif yumoru, təmkinli, rahat, şövqlü səsi, sirayətedici, işıqlı təbəssümü ilə məclisə, məclisdəkilərin münasibətlərinə sözün böyük mənasında ton verən Rəşadı bircə dəfə görüb dinləyən, inanmıram ki, onun suqqestiv obrazını nə vaxtsa unuda bilsin. Heç yadımdan çıxmaz ki, Antalyada, «Dialoq Avrasiya»nın kifayət qədər mötəbər bir toplantısında idik. Toplantı beynəlxalq dialoqda medianın xidmətlərinə həsr olunduğundan dünyanın müxtəlif ölkələrindən çoxlu jurnalistlər, mətbuat işçiləri gəlmişdilər. Azərbaycandan olan biz «dialoqçu»lar belə qərara gəldik ki, çoxşaxəli (və çoxmiqyaslı) «fəaliyyətlər»imizi koordinasiya etmək üçün özümüzə bir «ağsaqqal» seçək. Belə də oldu… Hamımızın çox hörmət elədiyi, nüfuzlu, intellektual (ancaq təşkilatçılıq qabiliyyəti o qədər də böyük olmayan, həddindən artıq demokratik, insanpərvər və ürəyi yumşaq!) bir dostumuzu «ağsaqqal» seçdik. Səhərisi gün bir yerə yığışanda «ağsaqqal» öz işi ilə məşğul olmaq, rəhbərlik missiyasını həyata keçirmək əvəzinə dedi ki, «Rəşad, Rusiyadan gəlmiş bir məşhur xanım jurnalistlə tanış oldum, xeyli səmimi söhbət elədik…» Rəşad zahiri bir laqeydliklə soruşdu: «Bu səhər liftin qabağında söhbət elədiyiniz xanımı deyirsiz?» Yəni ki, geniş izahata ehtiyac yoxdur, xəbərim var, görmüşəm… «Ağsaqqal» onun müvəffəqiyyətinə bu qədər diqqətsiz yanaşıldığına dözməyib «yox, əşi, bu tamam başqasıydı» deyəndə Rəşad məsələyə öz münasibətini elə bildirdi ki, hamımızın yaddaşına əbədi həkk olundu: «Ağsaqqal, siz əməlli-başlı məişət pozğunu imişsiniz ki…» Bu sözdən sonra «ağsaqqal» ha çalışdısa özünün bizim üzərimizdəki beş-altı gün davam edəcək halal hakimiyyətini heç formal olaraq da bərpa eləyə bilmədi. Çünki Rəşadın son sözü bizlə bir yerdə «yazdığı» bir şeirin, yaxud hekayənin son misrası, və ya son cümləsi idi… Həssaslıq həm də həyatın insan qarşısına qoyduğu hər cür suallara cavab axtarmaqdır… Hətta cavabını verə bilməyəcəyinə əvvəlcədən əmin olduqlarımıza da… Zamanında döyülmədi dəmirin, Hələ çox su aparacaq xəmirin. Topalaşıb məni qurdtək gəmirir, Cavabını tapmadığım suallar. *** Biri sönmür, mayak kimi hey yanır, Üçü burda, beşi orda oyanır. Gah divandan, gah mətbəxdən boylanır, Cavabını tapmadığım suallar. *** Düşünməkdən yağmalandım, talandım, – Bəlkə, elə uydurmadı, yalandı? Belə getsə axirətə qalandı, Cavabını tapmadığım suallar. Rəşadın ürəyinin dünya qədər genişliyinin ikinci göstəricisi onun yaradıcılığının (istedadının!) çoxşaxəliliyidir ki, İsa Həbibbəyli öz məqaləsində məsələnin bu tərəfini təfsilatı ilə təhlil etsə də, fikrimcə müəyyən mənada, polemikaya da yer qoymuşdur… İsa müəllim yazır: «Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir də, hekayə də yazan, publisistik məqalələrini də, ədəbi- tənqidi yazılarını və müsahibələrini də geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır». Ancaq mən düşünürəm ki, Rəşad Məcid peşəkar publisist kimi formalaşana qədər artıq istedadlı bir şair olaraq tanınırdı, özü də yaxşı tanınırdı… Poeziya meydanında kifayət qədər ustalıqla söz oynadırdı. Və xeyir-duasını da Hüseyn Hüseynzadə (Arif) vermişdi… Lakin təəssüf ki, «onun, demək olar ki, ədəbiyyatşünaslıq elminin diqqətindən kənarda qalmış lirikası bir şair olaraq Rəşad Məcidin şeir yaradıcılığı haqqında konkret, sistemli və ümumiləşmiş elmi söz demək üçün meydan açır. Nəhayət, Rəşad Məcidin şeir yaradıcılığı müstəqillik ərəfəsinin və yeni dövrün (müstəqillik dövrünün –N.C.) Azərbaycan poeziyasındakı inkişaf proseslərini izləmək, təhlil etmək, nəticələr çıxarmaq baxımından da əhəmiyyətlidir» (İsa Həbibbəyli). Mən inanmıram ki, Rəşad Məcidin poeziyasının ideya-estetik və poetexnoloji məzmun-mahiyyətini kimsə hələ bundan neçə illər sonra da İsa Həbibbəyli qədər dəqiqliklə, peşəkarlıqla (və həm özünəməxsus, həm də Rəşada layiq ürək genişliyilə!) aşağıdakı kimi interpretasiya edə bilsin: «…Rəşad Məcid üçün şeir «bir dolu ürəyin püskürmə çağı»dır, «dikəlib asfaltı deşən bənövşə»dir, «sinədə boğmaq olmayan bir qəfil hönkürtü» kimi təbii proseslərin nəticəsində yaranmış bədii düşüncənin ifadəsidir. Rəşad Məcidin lirikası içərisində olduğu cəmiyyətlə və doğma təbiətlə birgə nəfəs alan cavan bir qəlbin həyata şairanə şəkildə vurğunluğudur. Onun şeirlərində dünya da, Vətən də, ictimai motivlər də, milli duyğular da, sevgi də, təbiət də, tale də öz şeiriyyətini təqdim edir. Mövzusundan asılı olmayaraq, Rəşad Məcidin şeirləri daşdan süzülüb keçən bulaq suyu qədər saf, təmiz və təbiidir…» Bu su bu daşdan keçincə, Nə çəkir, Allah bilir. Daş çəkir suyun, Şəhdini-şirəsini. Ən iri damcı da Əzilir, didilir. Bu su bu daşdan keçincə Nə çəkir, Allah bilir… Rəşad Məcid «təpədən dırnağa» şair olmasaydı bu qədər səmimi publisist olmazdı… Ola bilməzdi!.. Rəşadın ürəyinin dünya qədər genişliyinin üçüncü göstəricisi özünü təbiətinin (və yaradıcılığının) hər cür regionçuluqdan uzaq ümummilliliyində (və ümumbəşəriliyində!) göstərir… Əsli-kökü etibarilə Qarabağdan olması, bu gün uğrunda bütün varlığımızla (həm maddi, həm də mənəvi!) mübarizə apardığımız bu müqəddəs torpaqda doğulub boya- başa çatması Rəşadın daxili aləmini, elitar ailə tərbiyəsini (və geniş mənada, təbiətini), böyük-kiçik yerini bilməsini, qandan-gendən gələn aristokratlığını təmin edən mənbə-amillərin ən mükəmməli, ən mötəbəridir. Çox gənc yaşlarında atasına müraciətən yazdığı bir şeiri var… Qəlbimiz bir olub, ürəyimiz bir, Mənim kədərimə hər an yanmısan. Mənim uğuruma özümlə birgə, Duymuşam, şadlanıb qanadlanmısan. *** …Ömrüm apaydındı qarşında sənin, Yaxşımı, pisimi görmüsən, ata. Bəzən təsəlliyə möhtac olmusan, Mənəsə təsəlli vermisən, ata. *** …Büdrəsəm, sızlayar yaran, bilirəm, Ümid doğrulmasa, yaşamaq çətin. Oğulluq adını haram bilərəm, Əgər ucaltmasam başını sənin. Rəşad atasının oğludur… Ona görə də doğma yurdun düşmən əlində olması onu körpə uşaq kimi kövrəldib ağlada bilər… Bu qədər ağrını, bu qədər dərdi, Sıxıb ürəyimdə saxlamamışdım. Camaat içində, adam içində, Bu qədər kövrəlib ağlamamışdım. *** Sən, dostum, Ağdamdan danışma mənə, Sən də heç Laçından, Şuşadan demə. Məni yandıracaq xatirələri, Sakitcə pıçılda, ucadan demə. *** Mən indi o qədər kövrək, həssasam, Gözümün suyundan pas tutasıyam. Təkcə torpağa yox, təkcə elə yox, Hətta hisslərə də yas tutasıyam. «Cıdır düzü» deyəndə Rəşadın ürəyi qanayırmış… Hələ çox gənc ikən… Dərədə möcüzə, dağda möcüzə, Torpağa bu qədər vurulmamışdım. Gözəllik önündə heç vaxt, heç vədə, Belə təzələnib durulmamışdım. *** Dili tutulubmu torpağın, daşın? Görən niyə belə səssizdi bu yer? Haçansa Üzeyir ayağı dəyib, Yəqin ona görə əzizdi bu yer. *** …Burda daşları da qoruyaq gəlin, Hansı bir daşdasa Vaqif qanı var. Bura yaddaşıdır obanın, elin, Burda hər bir nəslin öz ünvanı var… Bununla belə Rəşad Məcid dünyagörüşünün miqyası etibarilə həm mükəmməl, bütöv, etibarlı bir Azərbaycan övladı, həm də dünyanın gəliş-gedişindən, ümumən həyat (və insan) mənzərələrindən yaxşı baş çıxaran həssas analitikdir, dünyanın tarixindən olduğu kimi bu günündən də dərs almağın, öyrənməyin, ona uyğunlaşmağın və ya onunla polemikaya girməyin metodlarını, üsullarını yetərincə mənimsəmiş çevik, öz mövqeyi olan mütəfəkkirdir. Və Rəşad Məcidin analitizminin, mütəfəkkirliyinin canlılığı, məhsuldarlığı ondadır ki, «amorf», sxolastik və ya pedant deyil, dünyayla onun öz dilində – onun az qala hər gün dəyişən «çağırışlar»ının (həyəcanlarının!), stilizasiyalarının, improvizələrinin, ritm-intonasiyalarında danışa bilir… Məsələn… «525- ci qəzet»!.. Rəşad Məcid ürəyini səmimiyyətlə (və cəsarətlə!) dünyaya açır, onun əsərləri, xüsusilə şeirləri beynəlxalq aləmə çıxır. Və Azərbaycan bədii, elmi, publisistik təfəkkürünün humanizmini yüksək kürsülərdən nümayiş etdirir. Və sonra əlavə edir ki… Bütün bunlar bir nağıldı, Açdım mən sizə danışdım. Hamının xəbəri oldu, Guya gizlicə danışdım. *** Cəmi bir fəslin içində, Doğuldum, yaşadım, öldüm. Ölümün dadına baxdım, Həyatın qədrini bildim. *** …Göydən on üç şeir düşdü, Səhv saldım, dedim almadı. Hamısını Sizə verdim – Mənə biri də qalmadı. Rəşadın ürəyinin dünya qədər genişliyinin dördüncü göstəricisi onun yaxşı tanıdığı, sevdiyi, hər hansı sahədəki istedadını dəyərləndirdiyi insanlara, dostlara sonsuz (və təmənnasız!) sevgisi, özündən yaşlılara daxildən gələn ehtiramı, özündən cavanlara təmkinli qayğısıdır… Hərdən mənə elə gəlir ki, Rəşadın bu dünyada sevmədiyi insan yoxdur və əgər Rəşad kimə qarşısa bir az laqeyd, yaxud biganədirsə, deməli, həmin Allah bəndəsini yaratdığına Allahın özü də peşmandır. Kifayət qədər gənc yaşlarında bu gün ən təcrübəli (və populyar) mətbuat orqanlarından olan «525-ci qəzet»i yaratdı, gənclərdən ibarət gözəl bir yaradıcı kollektiv yığdı, heç bir şəxsi və ya qrup mənafeyi güdmədən bütün az və çox istedadlı qələm adamlarının yazılarını geninə-boluna çap elədi. Və Azərbaycan Yazıçılar Birliyinin katibi seçiləndən sonra Birlikdən «narazı» gəncləri bir yerə yığıb onlara sözün həqiqi mənasında böyük qardaşlıq qayğısı (və düz yol!) göstərdi… Həm də bu tarixi işləri elə bir təvazökarlıqla gördü ki, çoxlarına, xüsusilə qaşınmayan yerdən qan çıxarmaq həvəskarlarına həmişəlik dərs oldu. Hansı gəncdə bir balaca yaradıcılıq qabiliyyəti – intellekt, ürək gördüsə, onu dərhal hər yerdə təbliğ eləməyə, məsuliyyətini artırmağa, özünü, ilk növbədə, öz gözündə ucaltmağa, qarşısında geniş meydan açmağa çalışdı. Və bütün bunları bacardı. Sübut elədi ki, istedad heç zaman istedada mane olmur, yaradıcılıqda heç kim heç kimin yerini dar eləmir. Rəşad Məcidin öz ətrafına olan bu «dopdolu» sevgisi özünü poeziyasının intim (təhtəlşüur) dərinliklərində də bütün açıq-aşkarlığı ilə göstərir… Necə də dopdoluyam səninlə – ağlınla doluyam, sözlərinlə, coşğunla, ruhunla doluyam, heyrətinlə, saflığınla doluyam, inadınla, fədakarlığınla, bəxş eləməyinlə doluyam, ətrinlə, nəfəsinlə, baxışınla doluyam. *** Gülüşün qanadlarımdı – səmanla, göyünlə, torpağınla doluyam, təmasınla, həyəcanınla, sevginlə doluyam. Sənsən varım, varidatım, mülküm, dövlətim- səninlə dopdoluyam. Çox zənginəm, çoox… Mövlanə Cəlaləddin Rumi deyirdi ki, istəyirsən buddist ol, istəyirsən iudaist, istəyirsən xristian, istəyirsən müsəlman, fərqi yoxdur, mənim dərgahıma gəl!.. Rəşad Məcid də ulu əcdadından altı-yeddi əsr sonra eyni şeyi deyir, ancaq fərqli «qrammatika», fərqli «terminologiya» ilə… Əsəblərim tarıma çəkildi, Damarımda qanım soyuyur. Ürəyim zorla vurur, Bu yandan da sən gəlmirsən. *** Boğuluram səfalət içində, Həyat adlanan bu bataqlıqdan çıxmağa gücüm qalmayıb. Bu yandan da sən gəlmirsən. Yorğunam. *** Min ilin yorğunu, havanın, işığın yorğunu. Bu yandan da sən gəlmirsən. Gicgahım ölür dəmir bir «oyuncağın» soyuq lüləsindən ötrü. Bu yandan da sən gəlmirsən. Və nəhayət, Rəşadın ürəyinin dünya qədər genişliyinin beşinci göstəricisi bu dünyadan, Tanrının ona bağışladığı bu gözəl həyatdan istedadla, göz (və ürək!) dolusu, özündən sonra iz (və nümunə!) qoya- qoya zövq almağı bacarmasıdır… «Sevinci nə qədər bölüşərsən, o qədər çoxalar; kədəri nə qədər bölüşərsən, o qədər azalar» deyiblər. Rəşad həm həyatda, həm də yaradıcılıqda həm sevinci, həm də kədəri bölüşməyə həmişə (və ürəkdən!) hazır olan insandır. Və bu onun təbii müdrikliyidir… Elə bir müdriklik ki, ağıldan, düşünüb daşınmaqdan, ölçüb biçməkdən daha çox, ruhdan, candan, ürəkdən gəlir. Nə vaxtsa müqəddəs kişilər deyib ki, dünyanı yaradan gözəl yaradıb, ona görə də insanın nə haqqı var ki, ondan zövq almasın… Əgər dünya boyda geniş (və böyük!) ürəyi varsa… Zəmanəmizin bir müqəddəs kişisi (Nəriman Həsənzadə) də əlavə edib ki, «bu dünya gözəldi, yaşa dünyada!..» Müəllif: Nizami CƏFƏROV “Ədəbiyyat qəzeti” (07.XI.2015.)
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
SEVİN, A TƏBRİZ! Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
Avqustun 5 -i quyruq doğan və yaxud da ki quyruq donan gecədir. Xalqımızın soy-kökünə bağlı olan adət-ənənələrimiz vardır. Öz adət-ənənələri,milli-mənəvi dəyərləri ilə dünyada tanınan xalqımız hər zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutub. Bəli ,əzizlərim,gözümüzü açıb yumduq 2023 -cü ilin 8-ci ayını da inşallah geridə qoyuruq. Xalqımızın bütün adət-ənənələri haqqında rəhmətlik babam Babakişidən və dədəm (atam) Ağaxandan çox eşitmişdim.Onlar deyərdilər ki,quyruq doğduqdan sonra yaylaqdakı mal-heyvan üzü arana tərəf yatarlar .Və bununla da, artıq maldarlar havaların soyuduğunu, yaylaqdan enməyin vaxtının gəlib çatdığını bilərdilər. “Qora bişirən ay ” 15 iyuldan 15 avqustadək davam edir və bu ayın içində yəni avqust ayının 5-i “Quyruq donan” gecə sayılır. Avqustun 15 i quyruq doğdunun son gecəsi sayılır.Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür. Bir sözlə payızın gəlişindən xəbər verən “Quyruq doğan” gecə üzü payıza doğru getdiyimiz üçün qışa tədarük görməyimizi bir daha bizə xatırlar. Özünüz də görəcəksiniz ki, bu gecədən etibarən axşamlar artıq şeh düşəcək. Minillərin sınağından keçən gecəmiz öz mübarək qədəmlərilə yurdumuza-yuvamıza əminamanlıq,ruzi-bərəkət gətirsin.
Bu gün hamımızın sevimlisi, elimizin vətənpərvər qızı, yazıçı-jurnalist SONA XANIM ABBASƏLİ QIZI İSMAYILOVA Prezident Mükafatına layiq görülüb. Sevənləri adından Sona xanımı təbrik edirəm! Uzun, sağlam, xoş, mənalı ömür, işlərindən müvəffəqiyyətlər arzulayıram! Sona xanım elə insanlardandır ki, onunla görüşəndə, danışanda özünü doğma kəndimizdə hiss edirəm. O getdiyi yerlərdə, iştirak etdiyi bütün tədbirlərdə, konfranslardada, xarici ölkələrdə kəndimizi, elimizi, obamızı layiqincə təmsil edir və fəxrlə Göyçəli, Ardanışlı, Azərbaycanlı olduğunu deyir! Yazdığı şerlərin əksəriyyətində də bu duyğunu hiss edirsən. TƏBRİKLƏR GÖYÇƏMİZİN SONASI! UĞURLARIN DAHA DA BOL OLSUN! İsmayılova Sona Abbasəli qızı
İsmayılova Sona Abbasəli qızı 20 dekabrda Göyçə mahalının Ardanış kəndində anadan olmuşdur. Orta məktəbi də orada bitirmiş və ailə həyatı qurmuşdur. Erməni daşnaklarının mənfu siyasəti və havadarlarının köməyi ilə ailəsi ilə birlikdə deportasiya olunmuş və Bakıda məskunlaşmışdır. Bakıya ARDNŞ-də işə düzəlmiş və eyni zamanda BDU-nin jurnalistika fakültəsini bitirmişdir. O dövrdən də “Vətən işığı” qəzetində baş redaktor vəzifəsində çalışmışdır. Sonralar “Şərqin səsi”, “Elm və təhsil”, “Sərbəst düşüncə”, “Azad hüquqşünas” və s.qəzetlərdə məsul vəzifələrdə çalışmışdır. 27 yaşlarından iri həcmli məqalələrlə dövlət qəzetlərində dərc olunur. “Fədakar ana”, “Acı həyat” ilk nəsir kitabları çap olunmuşdur. 420 adda kitabların redaktorudur. Ədəbiyyatı orta məktəbdə sinif müəllimi rəhmətlik Abduyev Vəli müəllim sevdirmişdisə, zamanında tanınmış xalq şairi Nəbi Xəzri isə qələminin necə ürəyə yatan olduğunu görmüş və iki kitabın ön sözünü yazmışdır. Sona xanım Abbasəliqızı özünü şeirdə də sınamışdır və artıq 4 şeir, 4 povest, 2 hekayə, 2 tarixi roman və bir uşaq şeirləri kitablarının müəllifidir. “Sözün xaqanı” tarixi romanı müəllifə şöhrət gətirmişdir və Türkiyədə ilin ən yaxşı romanı adına layiq görülmüşdür, “OSCAR” mükafatı təqdim olunmuşdur. Bu kitabın təqdimatı Bakı şəhəri ilə bərabər respublikamızın rayonlarında, Türkiyədə, Gürcüstan respublikasında, da keçirilmişdir. Yazıçı-şairənin kitabları Türkiyədə, Cənubi Azəbaycanda türk və fars dillərinə tərcümə olunmuş və Türkiyədə dövlət kitabxanalarına verilmişdir. Sona Abbasəliqızı Aərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, İrak Türkmən Yazıçılar Birliyinin üzvü seçilmişdir. İstedadlı jurnalist, yazıçı-şairə Sona xanım Türkiyə “Kaya haber” ajansının Azərbaycan təmsilçisi, ASKEF (Avrasiya Sanat Kültür ve Edebiyyat Federesyonu) təşkilatının Azərbaycan və Asiya başkanıdır. Bu qədər işlərə baxmayaraq Sona xanım kitablarını yazmağa davam edir. Bu yaxınlarda müəllifin yeni bir romanı işıq üzü görəcəkdir. Sona Abbasəliqızının yazdığı şerlərə Türkiyədə, Azərbaycanda və Özbəkistanda mahnılar bəstələnib. Müəllifin bu günə kimi çap olunan kitablarını işlədiyi SOCAR şirkəti maliyyələşdirib. Türkiyə və Azərbaycan Dövlətləri və müxtəlif təşkilatlar tərəfindən çoxlu sayda mükafatlara: medallara, diplomlara, tərifnamələrə, sertifikatlara və s. layiq görülmüşdür. SOCAR şirkəti 60 illik yubileyinə görə “İşıqlı arzular toplusu” adlı kitabını çap etdirmişdir, 60 illik yubileyini və kitablarının təqdimatını respublikamızla bərabər SOCAR-ın Gürcüstan bölməsində, Gürcüstan Yazıçılar Birliyində və Mirzə Fətəli Axundov ev muzeyində keçirilməsinə kömək etmişdir və xüsusilə də pul mükafatı və ödül təqdim etmişlər. Tanınmış bəstəkar və müğənnilər Sona xanımın şeirlərinə müraciət edirlər, aşıqlar onun şerlərinə mahnılar oxuyurlar. Müəllif haqqında Türkiyədən dr.professor Kərəm Karabulut, dr.professor Malik Bülbül, Azərbaycandan filologiya elmlər doktoru professor Nadir Məmmədli, Xalq şairi, yazıçı Nəriman Həsənzadə, Əməkdar jurnalist, 50 kitabın müəllifi, yazıçı -şair mərhum Eldar İsmayıl , mərhum yazıçı Cavad Cavadlı və başqaları yazıçı-şairə Sona Abbasıliqızınin yaradıcılığı haqqında öz ürək sözlərini demiş, kitablarının ön sözlərini yazmışlar. İki övladı, 5 nəvəsi var. Övladları ali təhsillidirlər. Qızı Samirə Həziyeva Arif qızı müəllimə, oğlu Samir Abdullayev Arif oğlu isə Neft şirkətinin nümunəvi əməkdaşıdır. Sona xanıma uğurlar arzu edirik. Hörmətlə: Əli Vəliyev
Bu gün AJB-nin, Aşıqlar Birliyinin üzvü, gözəl insan, əsl ziyalı, el-obasına bağlı, Yurdunu sevən, təəssübkeş araşdırmaçı – yazar Araz Yaquboğluna “Sazın-sözün sorağında” kitabının işıq üzü görməsi münasibətilə “Ziyadar” Mükafatı təqdim olunub. Araz müəllimi bir daha təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!!! Uğurlarınız bol olsun, Araz müəllim!!!