Quyruq doğdu – 2023

Avqustun 5 -i quyruq doğan və yaxud da ki quyruq donan gecədir.
Xalqımızın soy-kökünə bağlı olan adət-ənənələrimiz vardır.
Öz adət-ənənələri,milli-mənəvi dəyərləri ilə dünyada tanınan xalqımız hər zaman yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, gözəl milli xüsusiyyətləri ilə dünya xalqları arasında özünəməxsus yer tutub.
Bəli ,əzizlərim,gözümüzü açıb yumduq 2023 -cü ilin 8-ci ayını da inşallah geridə qoyuruq.
Xalqımızın bütün adət-ənənələri haqqında rəhmətlik babam Babakişidən və dədəm (atam) Ağaxandan çox eşitmişdim.Onlar deyərdilər ki,quyruq doğduqdan sonra yaylaqdakı mal-heyvan üzü arana tərəf yatarlar .Və bununla da, artıq maldarlar havaların soyuduğunu, yaylaqdan enməyin vaxtının gəlib çatdığını bilərdilər.
“Qora bişirən ay ” 15 iyuldan 15 avqustadək davam edir və bu ayın içində yəni avqust ayının 5-i “Quyruq donan” gecə sayılır. Avqustun 15 i quyruq doğdunun son gecəsi sayılır.Quyruq doğduqdan sonra iqlimdə sərinləmə başlayır, axar sular soyuyur, otların üzərinə şeh düşür.
Bir sözlə payızın gəlişindən xəbər verən “Quyruq doğan” gecə üzü payıza doğru getdiyimiz üçün qışa tədarük görməyimizi bir daha bizə xatırlar.
Özünüz də görəcəksiniz ki, bu gecədən etibarən axşamlar artıq şeh düşəcək.
Minillərin sınağından keçən gecəmiz öz mübarək qədəmlərilə yurdumuza-yuvamıza əminamanlıq,ruzi-bərəkət gətirsin.

Müəllif: Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir