Etiket arxivi: AĞDAM

ZAUR USTAC KİMDİR?

Zaur Ustac – Batabat / Şahbuz / Biçənək aşırımı. 2000 – lər.

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun  nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Zaur Ustac – baxış istiqaməti Laçın, məsafə təxminən 30 km. 2000 – lər.

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

13.11.2020 – Bakı.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Сколько на Земле живет азербайджанцев?

На 1 июля 2019 года население Азербайджана составляло 10 019 575 человек.

На 1 июля 2019 года население Азербайджана составляло 10 019 575 человек. Из них этнических азербайджанцев 96%.
Цифра не малая — более 9.6 млн. человек, но тем не менее составляющая ложное представление о общей численности нации. Особенно у людей старшего поколения, прошедших советскую школу, и делающих выводы на основании населения республик бывшего СССР.

Судя по этим данным азербайджанцы занимают шестое место, в разы уступая лидерам. Но как обстоят дела на самом деле?

Самые многочисленные титульные нации бывших советских республик

Первое место, как и ожидалось занимают русские — 134 млн. человек. Причем, более 20 млн. живут за пределами России.

Украинцев, втрое меньше — порядка 45 млн. человек.

Совсем рядом идут узбеки — 35 миллионов.

Распределение первых трех мест соответствует расположению по численности стран, где эти национальности являются титульными. А вот дальше начинается самое интересное.

Четвертое место занимают таджики — более 20 млн. человек.

И наконец пятые — казахи — около 16 млн. человек.

Где же азербайджанцы спросите вы?

Сколько азербайджанцев проживает в мире

Ответ может шокировать людей не знакомых с вопросом. В мире проживает более 50 млн. человек считающих себя азербайджанцами.

В мире проживает более 50 млн. человек считающих себя азербайджанцами.

Это сразу же ставит азербайджанцев на второе место после русских в нашем импровизированном рейтинге.

Русские, азербайджанцы, украинцы и другие …

Таким образом общая таблица по титульным нациям стран бывшего СССР будет выглядеть так (в миллионнах человек):

  1. Русские — 134.
  2. Азербайджанцы — 50.
  3. Украинцы — 45.
  4. Узбеки — 35.
  5. Таджики — 20.
  6. Казахи — 16.
  7. Армяне — 12.
  8. Белорусы — 10.
  9. Туркмены — 8.
  10. Киргизы — 6.
  11. Грузины — 3.9
  12. Литовцы — 3.7.
  13. Молдаване — 3.5.
  14. Латыши — 2.
  15. Эстонцы — 1.

Первоисто́чник: pulse.mail.ru

Təqdim etdi: Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YARADANLA BAŞ-BAŞA

Zaur Ustac – şair, publisist.

        YARADANLA  BAŞ-BAŞA

İYİRMİ  ÜÇÜNCÜ  YAZI

Salam olsun, çox dəyərli oxucum! Hər bir yaranmışın öz səbəbi və məqsədi olduğu kimi, bu yazının da özünəməxsus yaranma şəraiti, təyinatı var. Tanınmış şair-publisist Qələndər Xaçınçaylının təklifi üzrə yaranmış və onun tərtib etdiyi “Taclı şair”, mənim müəllifi olduğum “Yaradanla baş-başa”, “Qələmdar” eyni zamanda Gülü xanımın tərtibçisi olduğu “Zaur Ustac” kitablarında yer alacaq bu yazı Qələndər müəllimin dediyi kimi, elə olmalıdır ki, mən kiməm, hardan gəlib, hara gedirəm bütün bu qəbildən olan sualların hamısını cavablandırmalı və arxada qalan 45 ilə dönüb baxanda qaranlıq heç bir sual olmamalıdır. Bəli, bu yazı məni tanıtmaq, oxucularıma və maraqlı şəxslərə anlatmaq kimi mühüm bir vəzifə ilə mükəlləfdir. Beləliklə, mən – Zaur Ustac (Mustafayev Zaur Mustafa oğlu) 1975 – ci ildə yanvar ayının 8 – Bakı şəhərində səhər saat 6:15 də anadan olmuşam. Ancaq nədənsə bu tarix sənədlərdə 14 yanvar kimi qeyd olunub. Dünyaya gözümü açandan, anlayandan yadımda qalan ilk rənglər atamın mənə aldığı, minilə biləcək plasmasdan olan  çəhrayı rəngli oyuncaq təkərli atın rəngi, çəhrayı və qonşu uşağın şar kimi üfürülərək şişirdilən yaşıl rəngli balon atın rəngi, yaşıldır. Tale elə gətirdi ki, kəndə köçməli olduq. Maraqlısı odur ki, burada da yadımda qalan ilk epizod atla bağlıdır. Demək olar ki, hər axşam mal-qara örüşdən qayıdanda babamı doqqazda qarşılayar, oradan evin qabağına qədər onun Qarabağ cinsindən olan qumral – qaşqalı atının tərkində gələrdim. Bilmirəm bu yaxşıdır, ya pis 1979 – cu il mart ayının 21 –dən (tam təfərrüatı ilə xatırladığım ilk Qarqaraçıxılangündən – Novruz bayramı – bu gün həm də kiçik qardaşım Talış anadan olub) bu günə qədər (24.02.2020) baş verən bütün hadisələr, ən xırda detalları ilə birlikdə yaddaşıma həkk olunub. Yəni, yaddaşım mənə əziyyət verəcək dərəcədə güclüdür. Yazıb oxumağı dörd yaşım olanda Yamən əmimdən öyrənmişəm. İntensiv mütaliəyə atamın aldığı kitablarla 1981 – ci ilin payızından başlamışam. İlk oxuduğum kitab (Əlifbadan sonra) “Qızıl şamdan” adlı nağıl kitabı olub. 1981 – 1991 Ağdam rayonu Yusifcanlı kənd orta məktəbində təhsil illərində hazırlıqdan birinci sinfə və onuncu sinifdən on birinci sinfə keçirilmişəm. Yuxarı siniflər və gənclik illərim demək olar ki, müharibənin gətirdiyi fəsadlarla mücadilə içərisində keçib. Ancaq bu hal məni digərləri kimi o qədər də narahat etmirdi bütün baş verənlərə bir tarix, tarixi hadisə kimi normal baxırdım. Məni narahat edən tamam başqa məsələlər var idi. Uşaqlıq dövrümdə qeyri-adilik axtaran Qələndər müəllim və eləcə də Sizlər üçün maraqlı ola biləcək aşağıdakı bir neçə halı sadalaya bilərəm. Məsələn, artıq 10-12 yaşlarımdan adi gündəlik məişətdə baş verəcək hadisələri qabaqcadan hiss edə bilirdim. Həddindən artıq  həssas idim. (Bu gün də belədir – hərdən çox əziyyət verir.) Təxminən 1986 – 87 ci illərdən abort əməliyyatları məni ciddi narahat edirdi. Bu necə baş verdi? – Atam “Elm və Həyat” jurnalına abunə idi və biz bu jurnalı müntəzəm olaraq alırdıq. Xatırlayanlar varsa, jurnalın son səhifəsində maraqlı faktlar yer alırdı. Bir gün orada amerikalı bir alimin abort əməliyyatı barədə qeydlərini oxuyanda çox sarsılmışdım. Yazıda alim qeyd edirdi ki, abort əməliyyatının hansı vaxt aparılmasından asılı olmayaraq (ilk həftələr olsa belə) döl-rüşeyim bunu hiss edir və ona tərəf uzanan maqqaşdan qaçmağa çalışır. Uşaqların cinsini öncədən təyin etməklə ən azından cinsə görə baş verən qətliyamların qarşısını almaq olardı. Çox erkən yaşlarımdan ibadətə başlamışdım. Onu qeyd etmək istəyirəm ki, evdə hər iki tərəfdən qocalardan namaz qılan olsa da mənim ibadətə başlamağımın onlarla heç bir əlaqəsi yox idi. Yəni bu tam müstəqil qərar – daxili ehtiyac və cavabsız qalan sualların nəticəsi idi. Bir də maraqlı yuxular. Belə yuxugörmələr indi də davam edir. Bu barədə ayrıca “Yuxularım” kitabında hər bir yuxu haqqında ətraflı yazdığıma görə burada xırdalığa getmirəm. 1988 – ci ilin may ayının 24 də ilk yazım o vaxtlar Ağdamda çıxan “Lenin yolu” qəzetində dərc olunmuşdu. Bu orqanda müntəzəm olaraq məktəb və kəndin həyatında baş verən mühüm hadisələrlə bağlı yazılarla çıxış edirdim. İlk şeirləri çox erkən yaşda yazsam da, 1990 -91 – ci illərdə həm baş verən hadisələr, həm də artıq can evimin qapısını döymüş ilk məhəbbətin eşqi-havası ilə silsilə şeirlər, hətta bir neçə mənzum pyes yazmışdım. Yəni artıq doxsanıncı illərdə yazdığım yazılar bu gün yazdıqlarımdan elə də fərqlənmirdi. Sizi çox maraqlandıran “Ustac” təxəllüsünü də məhz bu dövrlərdə ilk dəfə “Gözüm qaldı” şeirində işlətmişəm:

Saçların var, qulac-qulac,
Ustac olmuş sənə möhtac!!!

1990-Yusifcanlı

 Nə bu vaxta qədər, nə də bundan sonra ikinci bir təxəllüsüm olmayıb. İndi də əvvəllər olduğu kimi, ya atam verən “Zaur” – öz adımdan, ya da özüm seçdiyim soy-kökümə və durumuma işarət edən “Ustac” təxəllüsümdən istifadə edirəm. “Ustac” tarixdə mövcud olmuş Ustaclı tayfasına işarə edir, mənası-anlamı tacı ağıldan olan deməkdir. Həm ruhən, həm də maddi aləmin belə qarışıq olduğu bir dövürdə orta təhsilimi tamamlayıb Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə qəbul olundum. Ömrümü kitablarla bağlı sakit bir peşəyə həsr etmək niyyətində idim. (O vaxt son siniflərdə dəbdə olan xatirə dəftərlərində də uşaqların “kim, nəçi olacaqsan?” sualını məhz  belə cavablandırırdım – sakit bir peşə istəyirəm.) Ancaq, necə deyərlər sən saydığını say, gör zaman nə sayır. Artıq BDU-nun əsas binasının girişindən qeydiyyat üçün girdiyim ilk gün bunun mümkün olmayacağını anlamışdım. Foyedə asılmış şəhid tələbələrinin əksəriyyəti dördüncü, beşinci kursda təhsillərini yarımçıq qoyaraq cəbhəyə yollanmış və şəhid olmuşdular. Belə bir vəziyyətdə Qarabağdan olan bir gəncin oxumağa gəlmişəm deyib, paytaxtda gün keçirməsi (o vaxtlar elə keyfiyyətli dərs keçən də yox idi, auditoriyalar, tədris korpusları, xüsusi ilə pilləkənlər zibilin içində itib-batırdı) nəsə mənə qəribə gəlirdi. Və ailədə də uzun söz-söhbətdən sonra döyüşən orduya qoşuldum. Yadımdadır, evdə son qərarımı verdiyim həmin gün axşam istixarə etmişdim və bu müharibədə mənə heç nə olmayacağına tam əmin idim. Nəsə hələ orduya qoşulmazdan əvvəl də səksəninci illərin sonları, doxsanın əvvələri atəşkəsə qədər (13-14 may 1994 Tərtər, Qapanlı.) çox qarışıq dövrləri arxada qoyduq. Artıq təhsilimi davam etdirmək barədə düşünməyə başlamışdım. İlk olaraq 1994 –cü ilin dekabırında (sağ olsun p-k F. Şabanov N saylı hərbi-hissədə qərərgah rəisim idi) BDU-ya belə bir arayış göndərdik ki, hərbi-hissə mənim təhsilimi davam etdirməyə etiraz etmir. 1995 – ci ilin mayına qədər onlardan bir cavab gəlməyincə, komandirlərin təşəbbüs və qərarı ilə bir qurup seçilmiş əsgərlərin təhsillərini davam etdirməsi üçün şərait yaradıldı. Biz əvvəlcə hazırlıq üçün məzuniyyətə sonra isə Bakıya ezamiyyətə göndərildik. Mən ilk olaraq BDU – ya gəldim və orada o vaxtlar prorektor olan Rasim müəllimlə görüşdüm (Rasim Süleymanov). Onu hələ Tərtərdən tanıyırdım. Sağ olsun, məni kabinetində qəbul etdi (indi daha foyedəki şəkillər məni narahat etmirdi – deməli bu təqdiri-ilahi imiş…), çay içə-içə ata-oğul kimi söhbət etdik. Ayrılanda məni binanın giriş qapısına qədər yola saldı. Onun da tövsiyə və xeyir-duası ilə sənədlərimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə verdim. Və təhsilimi burada davam etdirdim. 1995 – 99 – cu təhsil illərimi başa vuraraq, artıq zabit kimi orduya qayıtdım. Ancaq, yenə çox keçmədi ki, məni narahat edən məsələlərin burada reallaşmayacağını anladım və ordudan ayrılmağa qərar verdim. Sağ olsunlar komandirlərim məni anlayışla qarşıladı əvvəlcə p-k l-nt A. Seyidov, sonra isə p-k M. Rzayevin köməkliyi və bilavasitə təşəbbüsləri sayəsində ehtiyata buraxıldım. 2002 –ci ilin 12 mart tarixindən yenidən Bakı şəhərinə yerləşdim. Və indi məni narahat edən bütün məsələlərlə rahat məşğul ola bilərdim. Yenə qeyd edim ki, ədəbi yaradıcılıq bu günə qədər heç vaxt mənim üçün birinci məsələ olmayıb. Nəzmi cavabı olmayan sualları və ya etik normalara görə açıq deyilməsi mümkün olmayan məsələləri işıqlandırmaq üçün istifadə edirəmsə, nəsrdən tarixilik baxımından əhəmiyyətli hadisələri yaşatmaq, tövsiyə, məsləhət, maarifləndirici xarakterli yazılar yazmaq üçün istifadə edirəm. Ancaq, bu planlı şəkildə fəaliyyət növü olmayıb, müəyyən bir proqramlaşdırma nəticəsində özü ortaya çıxan işdir. Onu qeyd etmək istəyirəm ki, məşğul olduğum, araşdırdığım, xidmət göstərdiyim sahədən asılı olmayaraq həmişə iş – fəaliyyət oblektim insan olub. İstər əsgər, peşəkar zabit olub, onu necə, hansı effektiv yollarlarla, üsullarla  öldürməyin, məhv etməyin sirlərini öyrənmək olsun, istəsə də ordudan sonrakı illərdə onun yaşamını yüngülləşdirmək, həyat tərzini yaxşılaşdırmaq yolunda etdiyim çabalar. Hələ hərbi təhsil aldığım illərdə ikinci bir təhsili ordudan sonra  hüquq, din və ya pedaqoji olaraq alacağımı planlaşdırırdım. Psixoloji biliklərimi artırmaq həmişə aktual olaraq qalıb və qalır. Mütəmadi olaraq olduqca müxtəlif mövzuları əhatə edən əcnəbi və yerli mütəxəssislərin təşkil etdiyi psixoloji kurslara qatılır və bu sahədə olan biliklərimi artırıram. Xidmət zamanı rastlaşdığım gənclərin olduqca acınacaqlı vəziyyəti və xidmətdən sonra gündəlik fəaliyyətimlə əlaqədar olaraq ünsiyyətdə olduğum saysız-hesabsız müxtəlif səviyyəli təhsil görmüş, ayrı-ayrı zümrələrin nümayəndələri ilə söhbətlər zamanı gördüklərim məndə əməlli-başlı çaşqınlıq yaratmışdı. Bütün bunların təsiri ilə pedaqoji təhsil, özü də ən əsas saydığım ibtidai təhsil üzrə mütəxəsis olmağa qərar verdim. 2013 – cü ildə test imtahanlarında iştirak edib, Şamaxı Dövlət Regional Kollecində İbtidai Sinif Müəllimliyi ixtisası üzrə təhsilimi davam etdirmək imkanı qazandım. 2017 – ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurub İbtidai Sinif Müəllimi ixtisasına yiyələndim. 2007 – ci ildən müstəqil yaradıcılıq və inkişaf məsələləri ilə məşğul olan “Yazarlar” jurnalını təsis etmişəm. Hələ bu məqsədlə Ədiliyyə Nazirliyinə müraciət edəndə niyyət ərizəsinin “Məqsəd” bölümündə qeyd etdiyimiz fikirlərə daim sadiq qalaraq yaradıcılıqla məşğul olan şəxslər arasında fərq qoymadan onların mətbuata çıxışını asanlaşdırmaq, həvəsləndirmək kimi amallara xidmət edirik. Bu işdə daha məhsuldar və məqsədyönlü olmaq üçün yazarlarımız Müstəqil Yazarlar Konfederasiyası və Yazarlar Dərnəyi adlı işçi qruplarda birləşiblər. Yazarlar jurnalı olaraq mütəmadi şəkildə xüsusi buraxılışlar, antalogiyalar və almanaxlar formasında yazarlarımızın əsərlərini nəşr edib yayımlayırıq. Eyni zamanda uşaqdan böyüyə onları həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis etmişik. Uşaqları  “Rövşən Hüseynov”, “Bəhmənyar”, “Kirkid”, böyükləri isə  “Ziyadar”, “Vintsas”, “Ustac Milli Mükafatı”, “Bayram Bayramov”, “Tağıyev – Xeyriyyəçi”, “Napaleon – Mütaliəçi” diplomları ilə təltif edir, həvəsləndiririk. Və bütün bunların hamısı haqqında istər ənənəvi, istərsə də elektron kütləvi informasiya vasitələrində məlumatlar dərc olunaraq, yayımlanır. Hal-hazırda ədəbi yaradıcılıqla yanaşı, hamiləlikdən əvvəl ailə planlamasının tərkib hissəsi olan uşağın cinsinin əvvəlcədən planlaşdırılması, uşaqlara onların gələcək həyatlarını müəyyən edəcək adların seçilməsi, kiçik yaşlı məktəblilərlə, onların valideyinləri olan gənc ata və analarla iş,  uşağın – ailənin yaşadığı ev-məkanların seçiməsi və təhcizatı kimi mühüm əhəmiyyətli məsələlərlə bağlı fərdi konsultant kimi də fəaliyyət göstərirəm. Bütün bunlardan əlavə müraciətlər olduqda özümün tərtib etdiyim xüsusi “39 – HƏFTƏ” adlı proqramla kiçik yaşlı məktəblilərə ingilis dili öyrədirəm.  Fəaliyyət sahələrim hələlik bunlardan ibarətdir. Bir sözlə çörəyimiz sözdən çıxır. Təhsil məsələsi əgər yenə nə vaxtsa gündəmə gəlsə, bu yəqin ki, dini təhsil olacaq. Kompüter biliklərim normaldır. Yəni, bütün kompüter, internet və idarə etdiyim saytların əsas işlərini özüm görürəm. Dil bacarıqlarım, ingilis və rus dillərində də eyni ana dilimizdə olduğu kimi mütaliə vərdişlərim var. Hətta ingilis dilindən bir-neçə uşaqlar üçün hekayələr də tərcümə etmişəm. Maraqlı alınıb. Hal-hazırda türk dili adlandırdığımız dlin bizim ana dilimizdən elə bir fərqi yoxdur (o da bizim ata dilimizdir). Odur ki, mən onu xarici dil hesab etmirəm. Yazılarımı adətən sübh vaxtı və ya gecə boyu yazıram. Şeirlər isə ani olaraq, bir – neçə dəqiqə ərzində yazılır. Özüm üçün və eyni zamanda gələcəkdə araşdırmaçılar üçün də maraqlı ola bilər deyə, adətən, son vaxtlar yazdığım şeirlərin sonunda vaxtı mütləq qeyd edirəm. “Qucağını geniş aç” şeirinin yazılma müddəti anbaan “Şeir necə doğulur?” filmində öz əksini tapıb. Həcm və ölçüsündən asılı olmayaraq, hər hansı bir istər nəzm, istərsə də nəsr əsərin yaranması ilkin olaraq ideyadan başlayır və o yaranır. İdeyadan yaranmaya qədər olan müddət ani də ola bilər, bir-neçə il də uzana bilər. Yenilik barədə onu deyə bilərəm ki, şeir də “Ustacı”  adlandırdığım xüsusi bir qayda ilə yazılmış orijinal nəzm nümunələrinin müəllifiyəm. Bu haqda “Ustacı”- lar haqqında – adlı yazımda geniş məlumat vermişəm. Bir də araşdırmaçı – filoloqların yazdıqlarına görə “Şehçiçəyi”  çiçəyini ədəbiyyat bağçasında mənə qədər görən olmayıb. Bu haqda Ülviyyə Hüseynlinin “Ədəbiyyat bağçasında öz çiçəyi olan şair” adlı maraqlı yazısı var. Hal-hazırda məni narahat edən yeganə məsələ torpaqlarımızın işğal altında olmasıdır. Bu barədə mətbuatda “Məcburi köçkün – qaçqın olmaq nə deməkdir?” adlı əhatəli yazı ilə çıxış etmişəm. Ona görə də burada çox xırdalığa getmədən sadəcə bir məsələni vurğulamaq istəyirəm ki, son vaxtlar vaxtımın çox az qaldığını hiss edirəm. Bu məni çox sıxır. Yazmaq istədiklərimin hələ heç birini yazmamışam. Bir insan, fərd olaraq həyata keçməmiş heç bir arzum yoxdur. Min şükür Uca Yaradana!!! Yaradanla baş-başa keçən bütün həyatım boyu onu daim baş ucumda hiss etmişəm dilimə gətirməyə cürət etmədiyim, ancaq, nə vaxtsa ani olaraq xəyalımdan keçən bütün istəklərim də daxil omaqla arzularımın hamısı həyata keçib. İstədiyim hər şeyi mənə verib, ən ağır, çıxılmaz hesab etdiyim vəziyyətlərdə belə hifz edib, qoruyub yəqin ki, boynumuza düşən missiya bitənə qədər bu belə də davam edəcək. Və ümid edirəm ki, torpaqlarımız azad olunacaq, ata-baba yurduna dönəcəyik və orada bütün yazılmalı, deyilməli sözlər bitəcək… Nəslimiz hər iki tərəfdən son beş yüz il ərzində –  Şah İsmayılın vaxtından bəri dəqiq Qaradağ – Ərdəbil, Qarabağ – Yusifcanlı, Zəngəzur – Göyçə – Sivas aralığı ərazilərdə yaşamışdır. Ana tərəfdən babalarımın adı Mürşüd, Ələkbər, Qəhrəman, ata tərəfdən Müseyib (Alagöz kişi), Mahmud, Mustafa, Quluya qədər dəqiq sıra ilə sonra isə ən çox təkrarlanan Mustafa, Mahmud və bir də Allah, Məhəmməd, Əli, Həsən, Hüseyn, Şah kimi müxtəlif adların sonunda “qulu” olmaqla adlar olub. Yadımdadır 1992 – ci ilin payızında Ağdam rayonu, Yusifcanlı kəndində rəhmətə getmiş Müseyib babamdan babalarımızın adını soruşanda həmişə Mahmud, Mustafa, Qulu deyib dayanardı. Bəs onun babasın adı nə olub? – soruşanda – Şahqulu – cavab verərdi. Baba, bəs onun babasın adı nə olub? – yenə soruşanda təbəssümlə Adınaqulu – deyə cavab verərdi. Bu cavab artıq söhbətin bitməsi anlamına gəlirdi. Bu hal biz balaca – qanmaz olanda dəfələrlə təkrar olunmuşdu. Bir də babam deyərdi ki, ulu babamız Mahmud şah qoşununda qoşunbaşı olub. Ulu babamızın adı uzun illərdi nəsildə yaşadılır. Hal-hazırda əmioğlanlarından biri bu adı daşıyır. Dünya, həyat barədə fikirlərimin formalaşmasında Bəhmənyarın, Nəsiminin, Lev Nikolayeviç Tolstoyun, Vintsas Krevenin düşüncələrinin təsiri ola bilər. İbrət aldığım şəxslərin həyatı isə Şəhriyar, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi və yenə də Lev Nikolayeviç Tolstoydur. Bu iki qurup şəxslərin arasında göründüyü kimi Lev Nikolayeviç Tolstoyun adına iki dəfə rast gəlirik. Həqiqətən onun yeri bir başqadır. Onu özümə bütün hali ilə daha yaxın hiss edirəm. Başımıza gələn bütün bəlaların kökünü (adi məişət məsələlərindən tutmuş – dünya işlərinə qədər) cəhalətdə görürəm. Bütün anlaşılmazlıqların kökü məhz odur – CƏHALƏT!!!

24.02.2020. Bakı ş.

QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ ÜÇÜNCÜ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda Qələndər Xaçınçaylının “Taclı şair” və Gülü xanımın “Zaur Ustac”  kitabları tərtib olunarkən istifadə olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – QAÇQIN – KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?

Zaur Ustac – şair, publisist.

QAÇQIN – KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?

İYİRMİ  BİRİNCİ  YAZI

Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər ürəkaçan olmasa belə daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü, bu saatı harda olduğumu, nə iş gördüyümü daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla sakinləri kəndi tərk etməyə məcbur etmişdilər… 
https://www.youtube.com/watch?v=SbD8GVJv8vs
Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə, bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam… 
SÖZÜ QƏRİB, GÖZÜ QARA QOCALAR 
Arsız aşıq elsiz necə yaşadı?!
Ölsün Ələsgər tək qulların, dağlar…
Aşıq Ələsgər
“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan qocalardan bu sözü ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm.
HAŞİYƏ
Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir… 

“ÇADIR  FACİƏSİ”

“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…” 
Aqil Abbas

Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…

Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır… İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?! Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!

İTİRDİKLƏRİMİZ:

Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz bir-neçə çox vacib dəyərləri Sizlər üçün sadalamağa çalışacam:
– Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi.
– İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
– Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb.
– Və nəhayət toy və yas adətləri…
Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…

QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!

Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…


https://www.youtube.com/watch?v=YnzFQbsV_VA

QEYD:
Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm. Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…”
22.07.2019. Bakı ş.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında İYİRMİ BİRİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda “Köçkün (qaçqın) Olmaq nə deməkdir?!”, “Ədalət”,23.07.2019, say: 125 (5589), s.6. dərc olunub.


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



RƏFAİL TAĞIZADƏ – RƏMİŞƏ

Rəmiş – Rafiq Hüseynov.

RƏMİŞƏ
Çox-çox uzaqda
buludlu, buludsuz
səmanın altda
baş əydiyimiz baş,
baş əyib,
sarılıb gitaraya.
Nəsə pıçıldayır
pərdələrdə gəzə
MÖCÜZƏ BARMAQLARA.
O da salıb ardınca
aparır bizi
anlatmaq istədiyi
müqəddəs aləmə sarı.
Anlamarıq, sevərik,
sevgidən ağlarıq.
Ağlat bizi Rəmiş,
ağlat.
Özüm-özümü
ağlada bilmirəm
içimdəki ağrılara.
Məni boğan hıçqırtıları
hönkürtülərə çevir,
boğuluram.
Gör nə qədər yol gəlmişəm…
Ağlat məni –
baxım ağlayım,
eşidim ağlayım,
udum ağlayım –
doyum.
Doya bilmirəm,
nə sənli musiqidən,
nə belə ağlamaqdan.
Muzeylik barmaqlarınçün
çox gələcəyik dalınca.
Nə vaxtadək
döyüb ağladacaqlar.
Düz,
sən ağlat bizi.
Ağlat.
26.02.2002.
Müəllif: Rəfail Tağızadə



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİRİN PLAN DƏFTƏRİ

Zaur Ustac, 1989, Ağdam. Fotoqraf: Tahir.

Xüsusi Proqramlı Yusifcanlı İbtidai Məktəbinin planı (Yanvar – 1993, Ağdam rayonu, Yusifcanlı kəndi.) PLAN PDF:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI

AĞDAM RAYONU YUSİFCANLI KƏNDİ TELEFON ABONENTLƏRİNİN MƏLUMAT KİTABÇASI – PDF:



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YUSİFCANLI KƏNDİNİN ƏN SON GÖRÜNTÜLƏRİ

Ağdam rayonu, Yusifcanlı kəndi.

Azərbaycan Respublikası, Ağdam rayonu, Yusifcanlı kəndinin 08 fevral 2021-ci ilə olan vəziyyəti – ən son görüntülər:

Ağdam rayonu, Yusifcanlı kəndi ən son görüntülər – 08.02.2021.


Təqdim edir: Zaur USTAC

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

Şair-publisist, Zaur USTAC.

Zaur USTAC (زائـــور اوستاج)

  Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin  üzvü  olan  Zaur Ustac  “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar”  jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”,  “Şehçiçəyim”,  “Məhdud həyatın məchul düşüncələri”,  “Mum kimi yumşalanda”,  “Bayatılar”,  “Balçiçəyim”,  “Bərzəxdə”,  “Gülünün şeirləri”,  “Sevin ki, seviləsiz…”,  “Qəlbimin açıqcası”,  “Ustadnamə”,  “Nişangah”,  “Çəhrayı kitab”,  “Zimistan” (1), “Ülyahəzrət” (2),  “45”,  “Qədimliyə bürünmüş yenilik”,   yaradıcılığının  30 illiyi  yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm”  kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin  anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının,  “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı  məqalə  toplularının, 2019-20 tədris ilindən  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə  daxil edilmiş “Güllünün şeirləri” tədris  vəsaitinin,  üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu”  (povest) kitabının müəllifidir.

ZAUR  USTAC  HAQQINDA  PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:

Zaur Ustac – qələmdar olmaq missiyası

(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,

Yaxşı bax ətrafa, dövranı izlə,

Ustac əmanəti, aram ol sözlə,

Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

QurbanBayramov,tənqidçi-ədəbiyyatşünas, doktor-professor,“Fədakar alim” ,”Elm fədaisi”,“Ən yaxşı Vətənpərvər tədqiqatçı alim”, “Vintsas” mükafatları diplomantı,“SəmədVurğun mükafatı” laureatı,1984-cü ildən AzərbaycanYazıçılar Birliyinin üzvü28.04.2020

 MƏQALƏ  KİTABLARDA  ÖN  SÖZ  KİMİ:

Zaur Ustac “Qədimliyə bürünmüş yenilik” (şeirlər).

Qələndər Xaçınçaylı “Taclı şair” (Zaur Ustac haqqında).

MƏQALƏNİN  YAYIMLANDIĞI  MƏTBU  ORQANLAR:

ƏNƏNƏVİ  QAYDADA:

“TƏZADLAR” qəzeti N : 12 (2253) 5 may 2020-ci il. səh. 14.

“HƏFTƏ  İÇİ” qəzeti N : 42 (3280) 5-6 may 2020-ci il. səh. 8.

“ƏDALƏT” qəzeti N : 69 (5729) 16 may 2020-ci il. səh. 11 və 14.

“KREDO” qəzeti N : 35  (1015)  01 oktyabr  2020-ci il. səh. 10.

“ƏDƏBİYYAT  QƏZETİ”  N : 46 (5274) 17 oktyabr  2020-ci il. səh. 29.

ELEKTRON  QAYDADA:

moderator.az

ilkxeber.org

mustaqil.az

525.az

goyce.az

yazyarat.com

yenises.az

tezadlar.az

pravdainfo.org

kultur.az

hafta.az

ZAUR USTACIN İDARƏÇİLİYİNDƏ OLAN SAYTLAR:

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR  USTAC  HAQQINDA  OLAN  KİTABLAR:

1. Hacıxanım AİDA    “ÖMRÜN ANLARI ”  Bakı – 2018.
2.Hacıxanım AİDA    “OTUZ ŞEİR, OTUZ FİKİR ”  Bakı – 2018.
3. Gülü “ZAUR  USTAC”        Bakı – 2020.
4.Qələndər Xaçınçaylı “TACLI  ŞAİR”   Bakı – 2020.

5. Ayətxan ZİYAD “Zaur Ustacın uşaq dünyasıl” Bakı – 2021.

 

YAZARLAR.AZ    

“ZİYADAR”  MÜKAFATI

 ZİYADAR – زییادار


Yeni kitabların nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən verilən mükafat.
Award of Azerbaijan for new books. From The “Yazarlar” Magazine.

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM RAYONU, YUSİFCANLI KƏNDİ – USUBCAN ƏFSANƏSİ

İKİNCİ YAZI

USUBCAN  ƏFSANƏSİ                                                               

Salam, dəyərli oxucum bu yazını həm Gülünün xahişi üzərinə, həm də bir növ onun mənə xatırlatdığı borc kimi dəyərləndirərək, qələmə aldım. Yazım Azərbaycanın, Qarabağın, dilbər guşələrindən olan qədim tarixə malik Yusifcanlı (Sufcalı, Usubcanlı) kəndi, onun tarixi, yerləşdiyi ərazi, adət-ənənələri, insanları haqqındadır. Yusifcanlı kəndinin yerləşdiyi ərazinin lap qədimdən, yəni Miladdan öncədən də yaşayış məntəqəsi olması müzakirə mövzusu belə ola bilməz – bunu kədin öz ərazisi daxilində yaşayış üçün əlverişli olmasına baxmayaraq, dəfələrlə yer dəyişməsi, ən qədim inancların 1993-cü ilin yayına kimi ilk günlərdə (ibtidai dövrlərdə – Adəm oğullarının indiki Təbriz şəhərinin olduğu ərazidən  Ağrı  dağı istiqamətində hərəkətə başladığı ilk vaxtlarda – hansı fikrə inanmağımızdan asılı olmayaraq) olduğu kimi təzə-tər qutsal şəkildə yaşaması, qədim “Elçi yolu” adlanan karvan yolunun üzərində yerləşməsi, bu günümüzdə də demək olar ki, bütün ərazidən addımbaşı müxtəlif dövrlərə aid maddi-mədəniyyət nümunələrinin tapilmasıdır. Əsasən 1950-60-cı illərdə kəndin ətraf ərazilərində eləcə də daxilində qazıntılar zamanı tapılmış küplərin dəqiq İslamdan qabaqkı dövrə aid olduğu sübut olunmuşdur. Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnsitutunun əməkdaşlarının 1950-də “Kültəpə”, 1960-da isə “Çalağantəpə”də bir çox qədim maddi-mədəniyyət nümunələri tapılmışdır ki, bunların içərisində 7 – min illik tarixi olan daşlaşmış. kömürləşmiş buğda dənələri olmuşdur. Yusifcanlı kəndinin zəngin və olduqca qədim özünəməxsus tarixinə bir də inancalr bölməsində sadə xalqın təbii, tərəfsiz və qatqısız baxışları fonunda nəzər salacağıq. Bu bölmədə qısaca deyə bilərik ki, dövrümüzdə də hamı Nüşiravanlığı, Şah İsmayılı, Şah Abbası, Nikolayı, Lenini, Müsavatı- Hürriyətçiliyi, Stalini bütün gavur (kafir)-müsəlman, sünni-şiə, erməni-müsəlman (türk), dünya müharibələrin dildən-dilə, ağızdan-ağıza yaxşı xatırlayır və bütün bu tarixi hadisələr Azərbaycanın bütün torpaqları kimi həmişə Yusifcanlını da ətkiləmişdir. Özəllik ondadır ki, həmişə bütün hadisələrin tam ortasında qalmağına baxmayaraq, xüsusi ilə 1970 – ci ildən sonra – bu fakt olaraq belədir – böyük siyasətçi Heydər Əliyev 1969-da hakimiyyətə gələndən sonra Yusifcanlı böyük bir sıçrayışla inkişaf etmiş, 1990-cı illərdə sözün əsil mənasında ən parlaq – briliyant dövrünü yaaşamışdır, məhz briliyant- bunu ancaq və ancaq belə adlandırmaq olar. Bütün dövrlərdə əsas göstərici iqtisadi vəziyyət olmuşdur. Tam əminliklə qeyd edirəm ki, öz təmiz əməyi, zəhməti ilə yaşayan Yusifcanlı kəndində 1993-cü ilin yayında bir ailəni belə kasıb adlandırmaq olmazdı. Məsələn, orta statistik ailə hərbi xidmətdə olan varsa var, yoxsa hamı ailədə- kəndədir. Hamı işləyir. Həyətin meyvəsi, mal-qaraya da baxmaq lazımdır. Əsgərə nişanlanıb gedir, gələn kimi heç bir problemsiz ev tikilir toy edilir. Bütün aillələrin ən azı bir minik avtomobili və bir-neçə kənd təsərrüfatı texnikası var idi(adı savxozun olsa da). İnsanlar lap qədimdən bu tarixə qədər- 1993- cü ilin yayının o gününə səhər saat 10:00 – a qədər qurub yaratdılar. Hətda o gün də hamı səhər-səhər adi qaydada durub, işə getmişdi, ancaq daha heç  kim işdən öz evinə qayıda bilmədi. Bu sətirləri sözlə yazmaq çox asandır, ancaq dərk etməyə baş lazımdı – bir anın içində əsrlərdən bəri ata- babaların qurub yaratdıqlar bir göz qırpımında məhv olur yerində bu quru sözlər (hələ şükür, min şükür ki, biz Azərbaycan kimi bir ölkədə yaşayırıq) bir də nə vaxtsa mütləq bu torpaqlara qayıtmaq  ümidi  qalır…Yusifcanlı kəndinin böyük bir hissəsi 1994-cü il aprelin 12-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur, kiçik bir hissəsi isə ordumuzun nəzarəti altındadır.Tez-tez Ermənistan silahlı qüvvələri Yusifcanlı kəndinin işğal olunmuş hissəsindən Azərbaycan ordusunun üzbəüz mövqelərini atəşə tutur. Bütün hallarda  Azərbaycan Silahlı Qüvvələri  cavab atəşi ilə qarşı tərəfi susdurur.

Usubcan əfsanəsi

Əfsanənin kökləri Şah İsmayılın zamanından şox əvvəllərə gedib çıxır; deyilənə görə çox-çox qədimlərdə yəni, Şah İsmayıl  toy-büsatla bu yerlərdən keçib Təbrizə getməmişdən çox əvvəl Qarqarçayla Qobu arasındakı qalın olduqca sıx, keçilməz meşənin ortasında yerləşən bu kənddə Usubcan adlı çox güclü bir gənc yaşayırmış bir ucu Ərdəbildə, Təbrizdə bir ucu Bərdədə, Gəncədə, İrəvanda, Makuda bu ətrafda bunun kürəyini yerə vuran yox imış. Usubcandan əvvəl kəndin yəqin ki, hansısa adı olub, ya bəlkə də heç olmayıb. Nəsə əfsanəyə görə Usubcanın şöhrəti artdıqca kənd də tanınmağa başlayıb. Şah İsmayılın padşahlığı başlayandan sonra kənd Təbrizdən gəlib Gəncədən keçib gedən “Elçi yolu”-nun üstündə qalması ilə sonralar ətraf şəhərlərdən belə adamların köçüb gəlməsi(Qaladan zaman-zaman daha çox köçüb gələn olub- bu da yenə köç yolunun üzərində olması ilə əlaqəli olub yəqin) ilə daha da böyüyən kənddən ətrafa gediş- gəliş artıb; hardan gəlmisən sualının cavabı sözsüz ki, həmişə Usubcanın kəndindən olub. Bu minvalla sonralar aşağı (Təbrizə, Araza tərəf), yuxarı (Gəncəyə, Kürə tərəf) sülh vaxtı tacirlər, müharibə vaxtı əsgərlər yolüstü kəndin adın “Usubcanlı”, “Sufcanlı” deyə yaymağa başlamışlar. Günümüzdə də “Yusifcanlı” ancaq sənədlərdə yazılır, yəni siz bu kənddən olan bir nəfərdən soruşsaz ki, hardansan cavab ” Sufcanlı” olacaq.

Kəndin sayılıb seçilən ağsaqqalları olub:

  • Hacı İsmayıl,
  • Hüseyin Qara ,
  • Abış Kişi ,
  • Məşədi Mustafa ,
  • Vəli Kişi ,
  • Talış Kişi,
  • Məşədi Əzim ,
  • Cümşüd Kişi ,
  • Molla Mürşüd,
  • Alagöz Kişi və başqaları bu kənddə həmişə ağsaqqal sözü eşidilib, hörməti saxlanılıb. Bu yerdə özümün şəxsən müşahidə etdiyim  maraqlı bir məqamı diqqətinizə çatdırmağı özümə borc bildim. Deməli, son günlərədək, yəni şəhid xəbərləri, yas mərasimləri toyları səsiz edənə qədər heç kim cürət edib toy-düyün və digər şadyanalıq  şölənlərində süfrəyə sipirtli içki qoya bilməzdi. Cavanlar (içmək istəyənlə) gizlin bir yolun tapıb içərdilər. Ümumiyyətlə kənd camaatı çox dindar və adət -ənənələrə sadiq idi. Əsrlərdən bəri süzülüb gələn Şiəlik mövcud olmuş  atribut və tədbirləri  ilə bütün dönəmlərdə fasiləsiz şəkildə nəsildən nəsilə (babadan – nəvəyə)  ötürülmüşdür. Novruz bayramı “Qarqara çıxılan gün” , “Çilə günü”, “Çilə bayramı” (“Novruz”-dan başqa çox adlarla) çox zəngin adət və tədbirlərlə, oyunlarla həmişə,  bütün dövrlərdə fasiləsiz olaraq qeyd olunmuşdur. Qarqara çıxılan gün (21 mart)  bütün ətraf bölgələrin camaatı da “Sufcanlı”-ya bayramı qeyd etməyə, bəlkə də daha çox Kəndirbaza baxmağa, Dirədöymə oynamağa yığışardılar. Kəndə bayram tədbirləri fevralın axırında yanan yalançı çərşənbə ilə başlayar, qalan dörd gerçəkci  çərşənbələrin hamısı yelləncək günü kimi qeyd olunardı. Bu günlər  (dörd çərşənbə boyunca) evdə heç kim qalmaz hamı kəndin kənarında yellənck ağaclarında  (iki-üç yerdə) qurulmuş yelləncəklərin  ətrafına toplaşar, yumurta döyüşər, dirədöymə oynayardılar. Bayram şöləni hava tam qaralana qədər yelləncəklərin ətrafında, sonra məhlələrdə ki, çərşənbələrin başında, çox vaxt səhərə qədər evlərdə davam edərdi. Axırıncı çərçənbə məxsusi olaraq “Çilə gecəsi” adı ilə qeyd olunar, sübhə qədər hamı oyaq qalardı. Bütün yaş qrupunda olan insanlar dəstə-dəstə toplanar əvvəcədən hazırlıq görüb, seçilmiş evlərdə Çilə keçirərdilər. Bu gecələr çox maraqlı idi. Ən birinci hamı bu gecəni ilboyu səbirsizliklə gözləyərdi ki, Dağdağan ağacının altında niyyət edib, budağından gözmuncuğu düzəltmək üçün kəsəcək.  Kosa gedilər, torba atılar, cavalar niyət tutub dinləməyə gedərdilər. Maraqlı oyunlar oynanılırdı. Sübh olanda sonucu tonqal qalanar. (Sübhdən.) Kəhriz üstə gedilər, yol boyu arxların üstündən hoppanır, tənəyin altından keçərdilər. Qayıdanbaş kəhrizdən su gətirərdilər. Həmin gün martın neçəsinə düşürdüsə, o gündən 21-i matra (Qarqara çıxılan günə) qədər hər gün bayram olardı. Adamlar bir-birlərinə gedib gələrdi. Bu gün nə qədər çox olsa uşaqlar o qədər də sevinirdi. Kəndimiz adından əlavə Çöpçülər (boğazda qalan çöpü çıxardan türkə-çara təbiblər), Mollalar, Seyidlər adları ilə də tanınmışdı. Günü bu gün də (14 mart 2014) baxmayaraq ki, bütün kənd camaatı  bütün dünyaya səpələniblər, baş tutan məclislərdə – adətən toylarda ilk söz mütləq seyidlərə verilir.

Seyidlər:

  • Seyid Məmməd,
  • Seyid Əhməd,
  • Seyid Həşim ,
  • Seyid Mirəliş (Seyid Əliş) və başqaları gənclər…

Mollalar:

  • Molla Məmmədbağır ,
  • Molla Fərrux,
  • Molla Qulu ,
  • Molla Məhərrəm ,
  • Molla Məmməd və başqaları gənclər…

Sənətkarlar:

  • Təlifçi Pöhrüz ,
  • Dəllək Fəqan ,
  • Dəllək Allahyar ,
  • Usta Hümbətalı ,
  • Usta Fazil ,
  • Usta Şahin ,
  • Usta Yamən və başqaları gənclər… Deməli təlifçilər xeyir və şər mərasimlərində atın belində məhlə-məhlə gəzərək, bütün evləri bir-bir sabahkı və ya bir-neçə gündən sonra olacaq tədbirə (toy-düyün, yas məclisi;3,7, 40, il) dəvət edərdi. Təlifçinin mətni təxminən belə idi: “ Məhəmməd, Məhəmməd sabah Əhməd oğluna toy edir, ora dəvətlisiz…”  Dəlləklər həm təraş həm də sünnət işinə baxırdılar. Digər ustalar ev tikmədən tutmuş, müxtəlif xirda işlərə qədər bütün məsələri həll edərdilər.

İnanclar:Yuxarıda qeyd etdik ki, Yusifcanlı kəndinin ərazisində lap qədimlərdən yaşayış olmuşdur. Təbiidir ki, mədəniyyət də müxtəlif və zəngin olacaqdır. Günümüzdə kəndin əhalisi bir mənalı olaraq şiə-müsəlman Azərbaycan-Türklərindən ibarət olub, bir dildə Azərbaycan Turkcəsində danışırlar. Bu tərkib Şah İsmayılın zamanından bəri belə formalaşıb və illər ötdükcə daha da möhkəmlənib, yekcinsləşib. Ancaq bunula belə ən qədim Totemizmdən üzü bəri Atəşpərəstlik-oda sitayiş və xristianlıq İslamla(Şiəlik) birlikdə yaşamış, hamısının varlığı sübut olunmuşdur. Zamanla demək olar ki, Xristianlıq öz izlərini qoyub tam ərimişdir, yəni Albaniya dövründən sonra, xüsusi ilə də İslamın qəbulundan sonra həm də kənd camaatının qatı dindar olması səbəbindən Xristianlıq öz izlərini bir neçə məsəldə və islamdan əvvəlki dövrə aid küplərin dibindən tapılmış şərab, üzüm çəyirdəyi qalıqlarında qoyub bir dəfəlik zamanın arxivinə keçmişdir.Günümüzədək ağaca inam Totemizmi özünü qoruyub saxlamış və onu qeyd edim ki, Dağdağan ağacı müqəddəs sayılmaqla bərabər kəndin ərazisindəki xüsusi bir Dağdağan ağacı var ki, onun hörməti son günlərə qədər kənd məscidinin hörmətindən çox olub ki, az olmayıb. Bu ağacla bağlı rituallarda kifayət qədər Şamanizm əlamətləri də olub.Atəşpərəstlik-Oda sitayiş də həmişə İslamla qoşa addımlayıb. Belə ki, sadə insanlar, yəni xalq, əsas elektarat bir dəfə Allaha and içəndə beş dəfə də Oda, Günəşə and içib həmişə: “o, Gün haqqı”, “o, İşıq haqqı”, “o, isti zindan haqqı” hətta daha müasir formada, “o, peç haqqı” od-ocaq həmişə müqəddəs sayılıb.

Adətlər:

  • Yellənçək (bayram adəti) ,
  • Çilə çıxartmaq (bayram adəti) ,
  • Qarqara çıxmaq (bayram adəti) ,
  • Ciyar axşamı (toy adəti) ,
  • Kəmləşmək (toy adəti) ,
  • Kosa getmək (bayram adəti) və başqa unutduqlarım ola bilər, baxmayaraq ki, çalışmışam heç nə yaddan çıxmasın..

Bayramlar- bir bayram var idi o da bahar bayramı;

  • Qarqara çıxılan gün

Oyunlar:

  • “Topaldıqaç”,
  • “Huydurma ağac”,
  • “Dirədöymə”,
  • “Mətə-mətə”,
  • “Ənzəli”,
  • “Çilikağac” və başqa unutduqlarım ola bilər…

Şəhidləri- bu qanlı- qadalı ilər bizim kəndən də yan keçmədi, əksinə tam ortasında qaldı, ən anlaşılmaz (bu gün-14 mart 2014, cavabsız suallar çoxdur…) məqamlar yaşadı. Canlar aldı və hələ də almaqda davam edir….“Ustaclıyam, əlim ərşi – əlada,Bu nə sitəm, Millətim nə bəlada???!!!…”

  • Vahid Abbasov Muxtar oğlu
  • Knyaz Abbasov Əliqulu oğlu
  • Əliyev Zəfər Düşgar oğlu
  • Tağıyev Həmzə Tağı oğlu
  • Hüseyinov Hüseyin Əkbər oğlu
  • Mejdunov Etiraz Oruc oğlu
  • Xəlilov Elbar Eldəniz oğlu
  • Seyidov Abuzər Rəsul oğlu
  • Rüstəmov Sərdar Böyükkişi oğlu bu siyahının bitməsini daha uzanmamasını arzu edirəm….

İtginlər – şəhidlərimizdən əlavə səsi-sorağı olmayan oğullarımız da var:

  • Quliyev Heydər Qurban oğlu,
  • Rüstəmov Azad Həsənqulu oğlu,
  • Əliyev Kamil Hidayət oğlu,
  • Quliyev Mübariz Ramiz oğlu, bitsin bu siyahılar…..

Tarixi abidələri:

  • Yataq təpəsi ,
  • Cənnətalı məscidi,
  • Mahmudun körpüsü ,
  • Hacı İsmayıl məscidi ,
  • Su dəyirmanı ,
  • Hacılar Od dəyirmanı (motorla işləyən) ,
  • Qayabaşı Od dəyirmanı (motorla işləyən) , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Meydan və küçələr:

  • Həbibin evinin dalı (baş meydan) ,
  • Dükanın qabağı ,
  • Poçtun qabağı ,
  • Daş yol (əsas yol ),
  • Dar yol (aralıq yol da deyilir), çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Toponimlər:

  • “Elçi yolu” ,
  • “Köhnə Qarqar” ,
  • “Təzə Qarqar” ,
  • “Qışlaq arxı” ,
  • “Təzə arx” ,
  • “Yataq təpəsi” ,
  • “Təpə-təpələr” ,
  • “Üzərlik təpəsi”,
  • “Öküzçü” ,
  • “Daşlıq aralığı” ,
  • “Kərpicli” ,
  • “Quzeydən” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Bağları:

  • Vəlinin narlığı ,
  • Hərifin palıdlığı ,
  • Mahmudun bağı ,
  • Böyük bağ ,
  • Kiçik bağ ,
  • Saqqızlq ,
  • Şıx Həsən,
  • Hacılar qırması, çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Məhəllələr:

  • “Sivişdili” ,
  • “Ənbərdə” ,
  • “Hacılar” (Hajılar) ,
  • “24-lər” ,
  • “Şəhrili” ,
  • “Təzə məhlə” ,
  • “Aşağı məhlə” ,
  • “Yuxarı məhlə” , çalışmışam heç nə yaddan çıxmasın, ola bilər mənə məlum olmayanlar da ola bilər…

Aydınları:

  • Kərbəlayi Əşrəf (1895 – 1959) -din alimi ,
  • Sadıqov Hümbət (1922) – tanınmış müharibə veteranı, şair,
  • Zeynalov Qurban (1926 – 1941) – publisist, müəllim,
  • Əhməd Qasımov (1927 – 1998) – ictimai xadim, jurnalist,
  • Şahnəzər Hüseyinov(… – 2004) – alim,
  • Abbasov Zeynal (… – …) – alim,
  • Xəlilov Allahqulu(… ) – hərbiçi, polkovnik,
  • Əmirov Həsən (….) – hərbiçi, polkovnik,
  • Salam İbrahimoğlu (1950) – rəssam, şair,
  • Şahin Qasımov (1951) – mədəniyyət işçisi ictimai xadim və başqa digər onlarla gənclə bu siyahını uzatmaq olar…
Photo by Zaur Ustaj

Coğrafiyası və iqlimi:Bu kənd Ağdam  şəhərindən 12 km cənub şərqdə, Qarqarçayın  sağ sahilindəki ərazidə yerləşir. Əslində, kəndin özü indiki Qarqarın yox, çayın ən qədim yatağı olan Köhnə Qarqarın sağ sahilində yerləşir. Ərazi çox da böyük olmayan yastıdüzənlik olan Qarqarçayın Kaynozoy erasının dördüncü dövr gətirmə süxurlarından ibarətdir. Üzəri isə qalın gil-torpaq qatı ilə örtülmüşdür. Bu qat suvarma əkinçiliyi üçün çox əlverişli olub, məhsuldardır. Ərazinin əsas problemi su məsələsidir (yerin 120-150 metr dərinliklərində keyfiyyətli sular kifayət qədərdir). Kəndin suya olan təlabatı bir kəhriz, bir neçə arteizan, həyətlərdəki çoxlu sayda fərdi su quyuları, mövsümdə sel olarsa Qarqarçaydan  götürülən sular və Tərtərçaydan,  Mərzili çölünəqədər çəkilmiş Ağdam kanalından götürülən suların hesabına ödənilir.Kəndin torpaq sahəsi Qarqarçayın  sağ sahili boyunca qərbdən şərqə doğru 4 km, şimaldan cənuba isə 4 km-dən az uzanır. Göstərilən bu ölçülər daxilində kəndin ümumi sahəsi 15 kvadratkilometrə qədərdir ki, bu da 1500 hektara qədər torpaq sahəsi deməkdir. Bu qədər sahənin 700-800 hektarı əkin üçün yararlı, o cümlədən 450-500 hektarı isı üzümlüklərdir.Kənd ərazisinin şimal hissəsində Qarqarçay  özü təbii sərhəd təşkil edir. Qərbdə Novruzlu kəndi ilə Yusifcanlı arasından “Qobu” deyilən “Quru çay” dərəsi keçir ki, o da öz suyunu Qarqarçaydan götürüb. Qobudan əlavə “Qışlaq arxı” (Qışdı arxı) və “Köndələn arxı” da suvarmada istifadə olunub. “Köndələn arx” qonşu Mərzili kəndi ilə təbii sərhəd təşkil etməklə uzanıb şərq qonşumuz Ağcabədi rayonunun Qiyaməddinli kəndinin ərazisinə qədər gedir. Şərqdən Ağcabədi  rayonunun Qiyaməddinli kəndi ilə sərhəd təşkil edir ki, o isə başqa kəndlərə nisbətən daha yaxında yerləşir. Qarqarın sol sahilində Əfətli və Acarlı kəndləri ilə qonşudur. Yusifcanlı kəndininbir hissəsi olan “Quzeydən” massivi Mərzili tərəfdədir. “Qızlar” arxı da buradadır. Yusifcanlı-nın coğrafi kordinatları aşağıdakı kimidir: 39 dərəcə, 58 dəqiqə, şimal enliyi isə 47 dərəcə, şərq uzunluğu, yəni, kənd Bakıdan 3 dərəcəlik məsafədədir. Bu da hava xətti ilə 256 km edir.3 dərəcəlik məsafə isə 12 dəqiqə vaxta bərabərdir. yəni Bakıda 8 tamam olanda kənddə 8 – ə hələ 12 dəqiqəqalır. Günəş Yusifcanlı-da Bakıdan 12 dəqiqə sonra çıxır.Digər məsafə və ölçülər: Yusifcanlı-dan İran sərhəddinə,Araz çayına qədər olan məsafə hava xətti ilə 110 km-dir.Kənddən ekvatora qədər olan məsafə 4450km, şimal qütbünə qədər isə 5565 km-dir. Coğrafi kordinatlardan da göründüyü kimi Yusifcanlı nəinki Azərbaycanın, habelə dünyanın ən gözəl və mənzərəli yerinin düz ortasında yerləşir. İqlimi mülayim, quru subtropik iqlimə malikdir. İllik maksimum temperatur 39-40 dərəcə, minimum temperatur isə 10-13 dərəcə təşkil edir. İllik yağıntının miqdarı minimum 250-300 mm, maksimum isə 550 – 600 mm miqdarında olur. Buxarlanma çox olduğundan süni suvarmaya ehtiyac var.Flora və faunası:Kəndin əsas təbii sərvətləri – gözəl ( olduqca mülayim ) iqlim şəraiti, münbit torpaqları, bu torpaqların dərinliyindəki subartezian suları, illik günəşli günlərin çox olması, kəndətrafı ucaboylu bağların varlığı, palıd meşəsinin yayılması ola bilər. Bu bağlar və palıdlıqlar hələ çox qədimlərdə təbii meşəliklər olub. Bitki örtüyü zəngindir. Onlardan palıdı, qaraağacı, qozu, qovağı, tut ağacını, yabanı nar, saqqız ağacı, dağdağan, habelə cır üzüm, böyürtkan və qaratikan kollarının dibində bənövşə və qulançarı göstərə bilərik. Çollər xüsusi əhəmiyyətli biyan – la başdan-başa örtülür.Bu zəngin bitki aləminin içərisində heyvanlardan canavar, çaqqal, tülkü, meşə pişiyi, vaşaq, köstəbək, kirpi, porsuq, ilanlar, tısbaöa, qurbaöa, quşlardan – çalağan, qaraquş, qara qarğa, boz qarğa, saxsağan, qaratoyuq, göyərçin, sərçə, alabaxta, köç vaxtı vağlar və digərləri də yaşayır.Əziz və çox dəyərli oxucum, əgər bu sicilləmə baş alıb gedən – tam səmimi olaraq onu qeyd edim ki, bir təhər qısa-qısa danışıb güclə yekunlaşdırdım…. Yazdıqca yada düşür və səndə yazmaq istəyirsən. Ancaq əvvəldədə qeyd etdim yazının bəlli bir nəqsədi var və Gülü xanımın istəyi, tələbi. Onun qoyduğu çərçivə daxilində yazmağa çalışdım. Yazı zamanı, əsasən gördüklərimə və eşitdiklərimə ( dədə – babadan, tarix müəllimim  Əbdüləli müəllimdən – ruhu şad olsun…) əsaslandım.  Bəzi yerlərdə -əsasən coğrafi məlumatlarda dəqiqliyi gözləmək xatirinə öz coğrafiya müəllim Yusif müəllimin  və yuxarıda qeyd etdiyim kimi,  hamımızın fəxri olan    Şahin müəllimin həmmüəllif olduqları  kitabdan (Yusif Əkbərov, Şahin Qasımov “Qarabağda bir kənd var – Yusifcanlı”. Bakı. 2004) istifadə etdim. Qızıldan qiymətli vaxtınızı ayırıb bu yazını oxuduğunuza görə təşəkkür edirəm… Həqiqətən də belə getsə,  gücümüz  ancaq “Qarabağda bir kənd vardı…” deməyə çatacaq… Bu məsələ çox uzandı… Torpaqlara qayitmaq vaxtı çoxdan çatıb….. Kimsə ümid edir ki, vaxt ötdükcə  torpaqlar  unudulacaq  yanılır. Bu yazı elə bunun ən bariz sübutudur, Bakıda doğulmuş Ağdamı, Yusifcanlını söhbətlərdən tanıyan Gülü belə bir yazı tələb edirsə, yenə Bakıda anadan olmuş heç söhbətlərdən də bir şey anlaya bilməyən 5 yaşlı Tuncaydan soruşanda ki, “ə, sən haralısan?” – Xüsusi bir ədayla, şəstlə cavab verirsə ki, – “Ağdamlıyam” –  demək bu söhbət bitməyib… Sadəcə biz böyüklər çalışmalıyıq  ki, atalardan bizə miras qalan bu problemlər indiki “Ağdamlıyam”, “Qarabağlıyam”  deyən körpələrin çiyinlərinə yükləməyək… Görürsənmi, dəyərli oxucum sağollaşandan sonra da söhbət bitmir ki, bitmir……

14.03.2014. Bakı.     

QEYD:Yazı – Azərbaycan Respublikası, Ağdam rayonu, Yusifcanlı kəndi haqqında Viki – məqalə  kimi kiçik ixtisarla istifadə olunub.

Müəllif: Zaur USTAC

© Zaur USTAC,2021. Bakı.

YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru