
İlk sevgi-ilk azar
Uşaqlıq illəri,saralmış dəftər,
bir parça məhəbbət, bir ömür dərddir.
İnsan sevdiyinə məktub yazanda,
Dindirir ruhunda min belə dərdi.
Sənsə yanlış idin, sənsə səhv idin,
Səni uydurmuşdum öz saf ömrümə.
Bilmirəm, Allahın verdiyi savab,
Yoxsa ki, şeytanın oyunu ilə?
Mən səni beləcə göz yaşı kimi,
Duzlu və niskilli xatırlayıram.
Yol kənarindakı telefon köşkün,
Havanı çiskinli xatırlayıram.
O uşaq ağlımla anladığımda,
Sevmək bir mərəzdi ,ağrıdı ağrı.
Səni itələyib ömrümdən çölə,
Qaçmışdım yollarda özümə doğru.
Hətta bu yaşımda, ahıl yaşımda
çətin həzm edirəm sən tək azarı,
Qanım canda donur,heyf ruhumdan,
Ey mənim sevgimin insan məzarı.
Müəllif: AYSEL FİKRƏT