Etiket arxivi: FOTO

Rəsul RƏXŞANLI – BƏXT OĞRUSU

Rəsul Rəxşanlı – Bəxt oğrusu.

                                  BƏXT  OĞRUSU
                                        
(Hekayə)

Düşüncələrimlə üst-üstə düşən atamın məsləhətləri, bir də çoxdankı olsa da babat görünən  çemodanı ilə evdən çıxanda balaca bardağa doldurduğu  suyu  anam arxamca atdı. Yaxşıca, dərindən təhsil alacağam, əc-nəbi dildə danışmağı öyrənəcəyəm, həm məişət mövzusunda, həm də ixtisasım, sahəm üzrə. Bir də yataqxa-nadakı otaq yoldaşımın yuxarı kursun yaxşı oxuyan tələbəsi düşməsini istəyirdim.
            Universitetdə ilk dəfə otağa girəndə tələbələrimizin hamısını gözdən keçirdim. Oturmağa boş yerlər var-dı. Qapı tərəfdəki sırada , orta skamyada sakitcə əyləşib uşaqlara diqqətlə baxan oğlanın yanını münasib seç-dim. Yandan ehmalca qıza baxdım, o qıza ki, qapıdan girəndə göydən enmiş mələk kimi gözümə dəymişdi. O kimsəyə baxmırdı. Bəlkə də düz eləyirdi, o hara qalanları hara.
           Mühazirədə anlamadığım, yüzdən çox tələbənin qarşısında sual verməyi həqarət  sandığım məqamı otaq yoldaşımdan soruşdum. Orta səviyyəli yuxarı kurs tələbəsinə bu heç də çətin olmamalıydı, fikrimcə. O isə cavab vermək istəmədi. Sir-sifətini turşutdu, sanki demək istədi ki, bir daha dərsə aid sual verməyim. Olsun, dərsə da-ha çiddi yanaşmağı hədəfə götürdüm. Tanımadığına ümid bağlamaq əminli iş deyilmiş. Olsun, fəqət o maneçi-lik törətmir, ziyanvuran deyil, bu özü bəsimdi.  Baxmayaraq ki, ilk günlərdə əcnəbi  dilindən də köməyinə  ümid-li idim.   
            Fikrimdə dərslərlə yanaşı o da özünə yer eləmişdi. Ona baxmaq könlümdən keçirdi, gözaltı da olsa. Ya-nında oturan qız S. riyaziyyata aid tez-tez məndən soruşurdu, bəzən evə  verilənləri onunçün həll etməyimə işarə vururdu. Qrupumuzda riyaziyyatı əməlli başlı bilən bəlkə də yox idi. Bu səbəbdən köməyimi əsirgəmirdim, fəqət üzündəki, alnındakı  xallar gözümə dəyəndə ürəyim… nə isə xoş olmurdu.  Onu özümdən uzaqlaşdırmağa bəhanə axtarırdım. Ev tapşırığına görə tənəffüsdə, ya da dərsdən sonra yaxınlaşırdı. Bəzən onunla eyni skam-yada əyləşən  M. də   gəlirdi, fəqət aralıda dayanırdı. Ağlıma gəldi ki, S. ilə belə yaxınlıq M.-i  görməyimə bəha-nə, vəsilə, imkan ola bilər. Bir bəhanə də özüm tapdım, guya mühazirələri yazmağı  çatdıra bilmirəm. S.-in mü-hazirə dəftərini istəyirdim. Mənə alıb qaytarmaq gərək idi, onlara yaxınlaşmaq xatirinə. Aydın oldu ki, o da çat-dıra bilmədiyindən M-dən dəftərini alıb köçürürmüş.  Sonra da öz dəftərini mənə verirdi. Bir bəhanə də düşün-düm, onun xətti əyri-üyrü olduğundan oxumağa çətinlik çəkirəm. Mənim adımdan xahiş eləsin, M. dəftərini mənə versin. Etiraz olmadı. Demə, M. də  riyaziyyatdan zəif imiş, S.-ə həll elədiklərim ev tapşırıqlarını ondan alırmış.  Dəftəri hərdən  M.-in özünə qaytaranda mənə qarşı pis nəsə duymurdum. Onlara rəsmxətt  tapşırıq-larını da çəkmək ağır gəlirdi. S. soruşurdu, başa salırdım, çəkib göstərirdim. Rəfiqəsi M. də onun arxasından baxırdı, eşidirdi, öyrənirdi, fəqət  soruşmurdu. Belə günlərin birində mən ona baxanda baxışlarımız toqquşdu və o bir addım geri çəkildi. Düşündüm ki, bircə səhvə, yəni xoşuna gəlməyən sözə, yaxud  hərəkətə görə o birdə-fəlik məndən uzaqlaşar.
            Fikrim dəsrdə, gözüm onda qalırdı. Nə gizlədim, bəzən elə fikrim də onda idi. Necə deyim ki, düz çıxsın? Keçmişə dair  filmlərdəki kral qızlarına, şahzadələrə bənzəyirdi. Dərisi ağappaq, qar kimi. İri xurmayı gözlərində sükut, təmkin vardı. Danışanda əsla tələsmirdi, handa bir sözləri seçirdi, handa bir paltar geyinirdi.  Əllərinin, başının hərəkəti  rəvan. Bəs mən? Mən… bilmirəm.  Fəqət mənim də üstünlüyüm vardı, riyaziyyat və rəsmxətt.
         Dərslər bitəndə tədris binasından çıxarkən S. ilə rəfiqəsinin  birgə getdiyini gördüm. Onların arxasınca ad-dımladım, xeyli aralıda, ixtiyarsız. Onlar hara, mən də ora. M-in hökumət işçilərinin binasında yaşadığı aydınlaş-dı.
          Qonşu kənddən olan tanışımla rastlaşdım, başqa universitetdə oxuyurdu, yuxarı kursda. Yay tətilinə iş tapıb, geçə qarovulçusu. Oturacaq iri binanın mühafizə otağında, mərtəbələrdə baş verənləri qarşısındakı ekranlarda müşahidə eləyəcək. Hərdən mərtəbələri gəzəcək. İşdi, hadisə baş versə təcili polisə zəng vuracaq. Növbəni tək çəkməyəcək, bu da vacibdi. Ağlıma fikir gəldi, xahiş elədim ki, öyrənsin, mənə də yer tapılarmı? Tapıldı, digər idarədə. Anama xəbər göndərdim, gələ bilməyəcəyəm, iş tapmışam. İş ağır deyildi, sadəcə təzə-likcə səhərədək yuxusuz qalmağa alışa  bilmirdim, gözlərim yumulurdu.  İkinci kursa təzə köynəkdə, şalvarda, ayaqqabıda yollandım. Hə, əlimdə də portfel. Saç düzümüm də təzə dəbə uyğun.
            Danışığımı da dəyişirdim, şəhərlisayağı danışmağa çalışırdım. İş vaxtı dinməzcə, ağzımın içində məşq elə-yirdim, kənd sözləri əvəzinə şəhər sözləri işlətməyi. Küçədə də, boş olanda da. Ləhcəmi dəyişirdim. Hərdən alı-nırdı, hərdən yox. Alınmayanları təkidlə təkrarlayırdım, bezmədən, təkrar-təkrar.
               İşi əldən buraxmadım. Həftədə iki  gecə növbə çəkmək nədi ki? Yatmamağa  alışmışdım. Payızın ortası kostyum, qışın əvvəli palto, papaq aldım, sonra da boğazlı çəkmə. Maaşımla, təqaüdlə əməlli-başlı dolanırdım. Kənddən köməyə ehtiyac aradan qalxdı.
           Riyaziyyatı və rəsmxəti ikinci kursda da keçdik. Bu dərslər mənimçün ən sevimlisi idi. Hamıdan yaxşı bi-lirdim. M.-ə yaxından baxmağıma, hərdən bir kəlmə də olsa danışmağıma yeganə vəsilə bunlardı.
           İsti havada geyindiyi  paltarda daha cazibədar göründüyündənmi dərsdən sonra arxasınca düşdüm. Xeyli aralı addımlasam da onu bütövlükdə görməyə çalışırdım. Gözəlliyinin cazibə qüvvəsi məni çəksə də məsafəni saxlamağın öhdəsindən gəlməyi bacarırdım. Evlərinə az qalıdırdı, mən də geri dönməyə köklənirdim. Qəflətən adamların arasından çıxan cavan kişi onun qarşısında peyda oldu. Qısa söhbətdən sonra birgə yan küçəyə dön-dülər. Mən də onların ardınca. Bu intelligent cavan kişi kimdi? Kİm ola bilər? Hara gedirlər? Onlar çoxmərtəbəli yaşayış binasına girəndə çaşdım. Binanın həyətindəki bağçada əyləşdim. Gözlərimi giriş qapısından çəkmədən saatdan artıq gözləyib yataqxanaya döndüm.
              Səhər həvəslə yox, əzgin,  tamam sakitləşməmiş əhvalda universitetə yollandım. Otağa girəndə gözlə-rim onu axtarsa da, fəqət daxilən pis hislərlə, düşüncələrlə ona baxdım. Özümü ələ almışdım, pis olanları içim-də saxlamışdım, üzdə rəvanlığımı qoruyurdum. Onun üzündə fərqli nəsə tuta bilmədim. Guya dünən kişi ilə çoxmərtəbəli  binaya girən bu deyilmiş.  Riyaziyyatda, rəsmxətdə köməyimi dayandırdım, mühazirə dəftərini almadım. S.-in mənə acığı tutdu, başını və gözlərini qaldırıb acıqla soruşdu:
            – Sənə nə olub eee?
           Son  günlərdə dediyimi təkrarladım:
            – İşim var, getməliyəm.
              Günlər ötmüşdü, hirsim yatmışdı. Köməyimi eləyirdim, mühazirə dəftətini alırdım, fəqət öncəki kimi yox, içimdə az da olsa soyuqluq qalırdı. Hirsim tamam soyuyanda, günəşli  gündə arxasınca baxa-baxa getdim. Görəsən o cavan yenə M.-i o hündür evə aparacaqmı? Yaxud təzəsi onu qarşılayacaqmı? Haqlı imişəm, təzəsi onu başqa yerə apardı. Körpə arabası sürən gənc qadın M. ilə qısa söhbət elədi. M. körpəyə baxdı, birgə astaca getdilər. Fəvvarəli bağın  qoşa,  enli, yaşıl budaqları altındakı skamyada rahatlandılar. Danışıb gülümsəyirdilər. Hərdən də körpəyə baxırdılar. Burada dayanmağıma səbəb görmədiyimdən aralandım. Bağdan çıxarkən böy-numu burub geri baxanda yanlarında kişi vardı. Qayıdıb baxdım. Həmin o cavan idi, M.-i  çoxmərtəbəli evə aparan.
             Bayramı kənddə keçirməyə burnumun ucu göynəyirdi. Ata evinə əlidolu girmək necə də qürurverici imiş.  Toyuq-cücəyə dən səpən  anam məni görcək ovcundakıları cəld onlara atıb əllərini çırpdı, gülümsəyərək qollarını açıb:                              
            – Mənim balam, üzünü görək,-deyərək iti addımlarla üstümə yeridi, amma qucaqlamadı, fərəhlə üzümə, üst-başıma baxdı,- Allah saxlasın, səni bizə çox görməsin. Amin. Əndişədə qalmayasan.
             Anam əllərini yuyub paltarını dəyişənədək mən gətirdiklərimi bir-bir eyvandakı masaya düzdüm. O məni bağrına basıb yanaqlarımdan öpdü. Kətənin qırağından çıqqan qoparıb ağzına qoydu və duyğulandı:
         – Övlad çörəyi yemək mənə qismət oldu, çox şükür, -gözləri doldu,- o gün olaydı yanında ismətli gəlinimi görəydim, sənin kimi qəşəng nəvəmi qucağıma alaydım, bağrıma basaydım, gözlərindən öpəydim.
            Utandığımdan qızardım, başımı salladım. Əyilib özünü şalvarıma sürtən pişiyimizin başını tumarladım. Anam ağzındakını  yedi:
           – Çox dadlıdı, ağzın şirin olsun. Hamısından süfrəyə düzəcəm.  Axşamçağı atan suqovuşandan qayıdacaq, bir azdan bacı-qardaşların gələr. Yeyəcəklər, sevinəcəklər.
            Uşaqlar gəldi, qucaqlaşıb öpüşdük. Atam da tez qayıtdı, məni qolları arasına aldı.  Göy qurşağıkimi çox-rəngli quyruğu olan iri xoruzu kəsdi.  Anam ən çox xoşladığım çığırtma xörəyini bişirdi. Yuxumuz ərşə çəkilmişdi, gecə yarıyadək söhbətimiz bitmək bilmirdi. Kənddə qaldığım iki gündə həyət-bacada əl-ayaq eləməyə imkan verilmədi.
           – Oralarda nələr yediyindən xəbərsizəm,- deyən anam yalnız ləzzətlə yediklərim xörəkləri süfrəyə  gəti-rirdi. 
            Evdən çıxmağa hazırlaşırdım. Böyüyən göz yaşı damlaları ağırlıqdan kipriyindən qopub yanağına düşən anam məni qucaqlayıb alnını sinəmə dirədi. Mən də onun kürəyini  qollarım arasına alıb daranmamış saçla-rından öpdüm. Paltarımı dəyişdim. Ayna qarşısında dayanıb saçlarıma daraq çəkdim, saçdüzümü yaratdım.  Anam mənə göz qoyurdu.  Yola salanda arxamca atmağa bardağa su tökdü. Biz qapıya sarı qoşa addımlayanda:
               –Kəndimizdə nə çoxdu gözəl-göyçək, alyanaq, çatmaqaş  qızlarımız,- anam rahatsızcasına dedi,- bizim ocağımıza sinəsini, budunu çöldə qoyan qız yaraşmaz. Gözəl balama belələri nə qədər baxsa da balam onlara məhəl qoymaz, bilirəm.
               Bunu elə rahatsızlıqla, həyəcanla  dedi ki, bu halda onu hələm-hələm görməmişdim. Bəlkə şəhər  oğ-lanları kimi geyindiyimdənmi dedi? Saç düzümüm ona qəribə göründüyündənmi?
             Doğrusu, M.-in handa bir paltar geydiyini görürdümsə, fəqət gödək-uzunluğuna göz qoymamışdım. Onun xanımlığı gözlərimi tutmuşdu. Bəlkə bu səbəbdənmi? Buna baxmağımsa gərəkdi. Göz qoydum. Yuxarısı da, aşağısı da örtülü geyinirdi. Hətta, yayın cırhacırında belə tam qolsuz nəsə geyinmirdi, qısaca da olsa qollu idi.  Diqqət yetirdim, qolsuz geyinənlərin çiyni yanırdı, dərisi soyulurdu.  M. bəzən bəzək əşyaları da taxırdı, handa birini,  bayram günlərində. Qızlarımızda fərqli, təzə nəsə olanda necəsə nəzərə çarpdırırdılr. M. isə üs-tünlüklərini  diqqətə yetirməyə can atmırdı. Açığı, məmnunluq… Nədənsə bəziləri düşünür ki, vəzifəlilərin hər birinin, yaxud böyük qisminin qızı…abırsız …geyinir. Nədən?
              Əsas binaya girəndə əlaçıların şəkli asılmış iri lövhənin önündə rəfiqələri gördüm. Şəkillər təzələnmişdi, mənimki də orada vardı. Onlar şəklimin önündə dayanıb danışırdılar. Vaxt tapıb şəkillərə baxaram fikri ilə uzaq-laşdım. Bundan sonra dərslərə dair M. də ara-sıra mənə qısaca  müraciət eləyirdi. Mən də cavabımı qısa deyir-dim ki, hürkütməyim, bezdirməyim. Yuxarı kurslarda da hər ikisi soruşurdu, kömək istəyirdi. Mühəndislik ixti-sasının dərsləri ağır idi. Demək olar ki, hər birində də riyaziyyatsız, rəsmxətsiz, daha nələrsiz  keçinmək müm-kün deyildi.
              Paltarımla, saç düzümümlə yanaşı danışığıma, ləhcəmə, əl-ayaq hərəkətlərimə görə artıq xeyli fərqlə-nirdim şəhərdəki ilk günlərimdəkindən. Yox, şişirtmirəm, fərq vardı, həqiqi sözümdü.
             Onun arxasınca düşən gözəgəlimli oğlan ortaya çıxdı. Arxadan güddüm. Universitet binasından arala-nanda oğlan yaxınlaşıb nəsə deyirdi. Mən  eşitməyə can atsam da xeyri yox idi. M. susurdumu? Nəsə deyir-dimi? Arxadan görə bilmirdim. Gördüyüm bu idi ki,  M. üzünü ona çevirmirdi. Neçə gün ötdü, universiteti-mizdən olmayan həmin  oğlan çıxacağın lap kandarında durmuşdu, yəqin M. diqqətindən yayınmasın. Qız qon-şu küçəyə keçəndə oğlan yaxınlaşıb üzünü ona çevirdi, yəqin danışmağa başladı. O evə çathaçatadək oğlan deyirdi nəsə, hər halda üzünü qızdan çəkmirdi. Bir dəfə də olsa ona sarı başını döndərməyən M. həyətə daxil olanda oğlan ayaq saxladı. Arxasınca bir qədər baxıb geri qayıtdi və daha gəlmədi.
            İş yerində dərs oxumağa, əcnəbi dil öyrənməyə imkan vardı, fəqət qoruduğu obyektdən işçinin diqqətini yayındırması təlimatla qadağan idi. Bir məqam xeyrimə həll edildi. Mən məzuniyyətə çıxarkən işçimizin ailə-sində nəsə baş verdi. O işə çıxa bilməyəcəyindən əvəzinə mənim çıxmağımçün aramızda razılaşdıq. Əsas razılığı rəis verməli idi. O izin verdi, mən əlavə qazandım. Əlaçılıq təqaüdü, maaş, bədxərcliyə yol  verməməyim, təsa-düfi gəlir. Hə, xeyli pul yığılmışdı, banka qoyurdum, üstünə faiz gəlirdi, azacıq da olsa.
            S.-in mənə  münasibəti isti idi, üzümə gülümsəyirdi, şirin yanaşırdı. Dilimə gətirdiyim hər nəyisə canla-başla yerinə yetirirdi. Çəkildiyi ölkədə böyük uğurla nümayiş etdirilmiş geniş ekranlı, rəngli və iki seriyalı bədii filmin yaxın günlərdə şəhərimizin kino-teatrlarında  göstəriləcəyini xəbərləyən S. iki bilet tapmağımı istədi. Bu nədi? Filmə mənimlə baxmaq istəyirmi? M.eşidib bilsə haqqımda nə düşünər ? Sözsüz ki, bunu M.-ə danışacaq. Susub ona baxdım.
            – Aaa, rəfiqəmlə birgə baxmaq istəyirəm dəəə. Bəs sən necə başa düşdün? Pulunu verəcəyəm, təqaüdü-mü alanda. Birinci dəfə ərk elədim, yazıq uşaq pis hala düşdü, -deyərək S. ağız büzdü.            Ürəyim yerinə gəldi. Vəziyyətdən çıxmağı bacardım:
           – Pul problem deyil.  Çətin olacaq, bilmirəm, ala bilərəmmi?
           –Çalışsan taparsan. Oğul deyilsəəən? Bizi sevindirməyəcəksəəən?        
          Ertəsi günü  S. bileti xatırladanda dedim ki, hələ tapmamışam. Filmi həftəboyu göstərəcəklər, taparam.
           –Bilet üç olsa necə,- ona sual verdim.
            Xırda gözlərini təəccübdən iri açan S. də mənə sual verdi:
             – Bıy, buna bax eee. Bizimlə getmək istəyirsəəən?
             Gözlərimi  qırpmaqla “ hə” deyəndə az qala məni bağrına basacaqdı. Həyəcanlandı:
             – Hə, hə, hə.
             – Bəs rəfiqən necə? Etiraz etməzmi?
             – Aaaa, niyə ki,-soruşub yumru burnunu  çəkdi, – o sənin haqqında pis söz  demir.
             Necə də xoş idi bunu eşitmək. Bəxtəvər anlar  yaşadım içimdə, üzümdəki rahatsızlıqsa qalmışdı. Biletləri S.-ə verəndə dedim ki, onlara  məndən hədiyyədir. O sevinirdi, çox sevinirdi.
              Kino-teatr binasına gedəndə S. yanımca  addımlayırdı və gülümsəyərək gözlərini məndən çəkmirdi. Elə hey danışırdı. M. isə rəfiqəsi tərəfdə idi. Binanın birinci mərtəbəsindəki  kafedə onları  qəlyanaltına qonaq elə-mək fikri peyda olsa da dərhal özümdən uzaqlaşdırdım. M. ilə bir masa arxasında yeməyə cəsarətim çatmadı, birdən elə yemərəm, o da görər. Onları dondurmaya qonaq elədim.
                Təsirli çəkilmiş film iki gəncin məhəbbətindən bəhs edirdi. Kübar ailənin oğlu təsadüfən rastlaşdığı sa-də qıza vurulur. Qız onun səmimiyyətinə inana bilmir, aralarındakı fərqə görə. Oğlansa məhəbbətindən qətiy-yən əllərini üzmək istəmir. Uzun zaman kəsiyində, çətinliklə də olsa qızı səmimiyyətinə inandırmağı bacarır. Bu dəfə oğlanın valideynləri heç  vəchlə onların evlənmələri fikri ilə barışmır. Gənclər qoşulub uzaq şəhərə yolla-nırlar. Bax belə.
         Film bitəndə ayrılıb yataqxanaya gedəcəkdim, gecə işdə olmalı, növbə çəkməli idim. S. onun rəfiqəsini bir-gə ötürməyi dedi. M.-ə baxdım, etiraz hiss eləmədiyimdən onlara qoşuldum. Yolboyu filmin müzakirəsini apar-dıq. S. filmdə cərəyan edən hadisələri sadəcə ardıcıllırla sadalayırdı. M. bəzən ehmalca mənə baxdığından cə-sarətlənib ona sual verdim.
          –Düşünürəm ki, valideynlərin məsləhəti nəzərə alınmalıdır, səhvə yol verməmək, aldanmamaq məqsə-diylə. Lakin gənclərin ailə qurmaq istəyinə hörmətlə yanaşılması başlıcadır.
           Cavabını söyləyib o da məndən filmdəki bir məqama dair soruşdu. Sevgi ilə evlənməyə üstünlük vermək cavabım onu qane elədi. M.-in  həyəti  qarşısında ona, həm də  S.-ə “sağ ol”deyib ayrılmaq üçün  dönüb ad-dım  atmaq istədim. S. gözlərimin içinə incikli baxmaqdan ötrü başını xeyli qaldırdı:
         – Aaa, bəs məniii? Məni ötürməyəcəksəəən?
         – İşim çoxdu, yataqxanaya qayıtmalıyam.
          –Mənimlə gəzməyə  utanırsaaan ?
         – Vacib işim var, başa düş.
           Onun hirsli baxışına məhəl qoymadan təkrar “sağ ol” deyib ayrıldım. Hə, məncə aydınlaşdı. Deməli, onu evlərinədək ötürməyim olubmuş məqsədi. M.-i birgə ötürməyimizsə  bəhanə imiş.
            S. məndən yenə küsdü. M. ilə salamlaşmağımız, qısa söhbətlərimiz görünür onda qısqanclıq oyatdığın-dan bir neçə günlüyə dözə bildi.
           M.-in mənə münasibəti  pis deyildi, amma indi də rahatsız edən digər məqam ortaya çıxdı. Atam suqovu-şanda əyni kombinezonlu texnikdi. Anamın günü-güzəranı həyət-bacada ev quşlarının, heyvanlarının arasında keçir. Necə olacaq? “Hə” deyəcəkmi?  Fərz edim ki, dedi. Bəs valideynləri? Nədənsə əvvəllər bu haqda düşün-məmişdim.
          Rəfiqələr kurs layihələrini də təkcə işləməyi bacarmırdılar. Bu dəfə vəziyyət  bam-başqa  idi. Onların layi-hələri fərqli olduğundan  sualları da ayrı idi,  hər qız özü verirdi. Biz danışmalı olsaq da onu hürkütməməyə ça-lışırdım, üzünə az baxırdım, cavabım qısa və aydın olurdu.
        Yataqxanada işgüzar ogullar varmış. Sifariş götürürlər, dəstədə birləşib layihə üzərində işləyirlər, qazanır-lar. Birinin başçısı məni söhbətə tutdu. Söylədim ki, kurs layihələri üzərində çalışarkən mütəxəssislər üçün yazılmış kitablardan, məlumat kitabçalarından da faydalanıram. Əcnəbi dili nə qədərsə  bilirəm, bilmədiklərimi də lüğətlərdən tapıram. Məni layihəyə cəlb elədi, sağ olsun.  Qarşıda xeyir iş gözləyirdim, pul gərək olacaq.
            S. yaydı ki, M.-ə elçi gəlib, oğlan yuxarı ailədəndi, anası tərəfin qohumlarındandı. Ana razı, ata razı. Hə, məsələ bitəcək. Bir ay ərzində təkidlə gəldilər. Qızsa “yox” deyib dururmuş. Uşaqlarımız müzakirə açdı. Bəlkə kiməsə “hə” cavabı verib? Yəqin  ürəyində tutduğu var. Fikir məni  götürdü. Eləsinə “yox” deyən qız məni kimi-sinə nə deyəcək? Hərdən göydə uçduğum bəsdir,  bir dəfəlik  yerə enmək vaxtı çatdı.
          Qadınlar bayramı yaxınlaşırdı. Qızlarımıza hədiyyə almağa qrup nümayəndəmiz gizlicə oğlanlardan pul toplayırdı, həmişəki kimi. Fasilədə S. nazlı-qəmzəli baxışla mənə yanaşdı:
            – Xəbərimiz var bayrama oğlanlarımızın hazırlaşmasından. Mənə sənin hədiyyən bəs edər.
             Bunu gözləmirdim. Qəflətən deyilənə nə cavab verim? Ağlıma gələni dedim:
             – Düzələr, lap ikisi.
             O xırda gözlərini süzüb razı halda aralandı.
             Paketi ona gizlicə verib:
             – Təbrik edirəm, səni də, ayrılmaz rəfiqəni də,-deyəndə o razılıqla gülümsədi və həm özünün, həm də rəfiqəsinin adından minnətdarlıq bildirib aldı.
            Mənə xoş olan, çox xoş məqam dərs bitəndə baş verdi. Necə oldusa M. hədiyyəyə görə təşəkkürünü təklikdə bildirdi mənə, zərif gülüşlə. Açığı, bunu gözləmirdim. Bu da onun mənə hədiyyəsi oldu, qat-qat də-yərlisi. O dərəcədə ürəklənmişdim ki, sabahı universitetdən çıxarkən S.-in ondan ayrıldığnı görcək dərhal özüm yaxınlaşdım. Qapılarınadək söhbətləşdik. Xoşagəlməz nəsə nəzərimə çarpmadı, fəqət hərdən zərif gülüşünü görürdüm.  
            Layihədə işləməyə axşamdan xeyli ötmüş gedirdim. Gecə yarıyadək çalışırdıq. Ortaya düyün çıxanda süb-hədək qalırdıq.  Səhər açılanadək rahatlıqla yoldaşlarla qalırdım. Yuxu rejimim dəyişmişdi.  Universitetdən qayı-danda yeyib yatırdım, köməyi  vardı. Tapşırıqları yerinə yetirirdim. Mənə elə də mürəkkəb  şey verilmirdi. Öh-dəsindən gəldikcə  tədricən mürəkkəbləşdirirdilər. İşimi görüb otağıma qaçmırdım. Layihənin mürəkkəb hissə-sini  görənlərin necə işlədiyini izləyirdim. Dəstəmizdə kənardan gələn mühəndislər də vardı . İzlədiyim məqam-da onlarda da düyün peyda olurdu.  Belə hadisə baş verdi. Təklifləri eşidəndə  işində düyün yaranmış mühəndis düşünürdüsə  də  “hə”, “yox” demirdi. Layihəçi mühəndislər üçün yazılmış kitabda rast gəldiyimi dedim. O mə-həl qoymadı. Məncə haqlı idim. Tənbəllik eləmədim, liftimiz təmirə dayansa da doqquz mərtəbəni düşüb qalx-dım. Kitabın lazımi səhifəsini  açıb onun qarşısına qoydum. Mühəndis səhifəni başdan oxumağa başlayanda barmağımla gərəkli yeri göstərdim. Diqqətlə oxudu:
       – Bizə gərəkli budu, hə, bu yarıyar,-dedi,-bu oğlanın yükünü ağırlaşdıra bilərik.
        İşimi ağırlaşdırdılar, öhdəsindən gəlirdim. Əməkhaqqım da ağırlaşdı.
         Geyinıb kecinməyimlə imkanlı ailə uşaqlarından fərqlənmirdim. Danışığım, hərəkətlərim də şəhər uşaq-larınınkına oxşayırdı. Bəlkə də şəhərli oğlan demək olardı mənə. S. gülümsəmədən mənə baxa bilmirdi. Şoko-ladlı konfeti mənə verəndə xoşbəxtcəsinə dedi ki, kiçik bacısına nişan taxılıb, bu da onun şirnisidir. Baxdı göz-lərimin içinə, məndən nəsə umurmuş kimi. Təbrik elədim. Deməyə digər sözüm yox idi. Küskün halda ayrıldı. Neçə gün mənə tərəf baxmadı.
            Yaraşıqlı yekəpər oğlan qapıda dayanıb dərs otağımızda kimisə axtardı. Baxışı M.-in üstündə dayandı. Tamaşaya gəlmişdi, içəri girmədi. Yekəpər növbəti fasilədə də gəldi. Qapıda gözləsə də M. koridora çıxmadı. Qoşasaat məşğələ dərsimiz bitdi. Mühazirə zalına gedərkən oğlan koridorda yaxınlaşıb qıza nəsə deyirdi. M. ona əhəmiyyət vermirdi. O, dərsdən sonra küçədə qızdan əl çəkmədi. Qız bir dəfə də ona tərəf baxmadı.  Oğlan həyətlərinədək  onunla qoşa addımladı.  Dərsdən sonra daha bir neçə dəfə M. ilə küçədə söhbətə can atdı. Heç nə alınmadı.
             Yay tətilində evləri tərəfdə hərdən gəzişsəm də onu görə bilmədim. Mövsüm paltarları  yarmarkasında rastlaşanda yanında qızcığaz vardı. M. qaralmışdısa da gözəlliyini itirməmişdi, bəlkə də qaydasında qaraldığın-dan. Bir də ki, o,  yay paltarında daha gözəl, cazibədar olur. Bu heç deyiləsi deyil. Təzəcə istirahətdən gəlib-lərmiş. Deməyinə ehtiyac qalmırdı, güneydə olublar. Xeyli gəzdik, baxdıq. Bəyəndiyim köynək M.-in də zövqunə uyğun çıxdı. Klassik rəssamların əsərlərindən söhbət saldım, xoşlayırmış. İncəsənət muzeyində açılmış  belə əsərlərin sərgisinə dəvət elədim. Duruxdu.
              –  Əsərlərin orijinalı şəhərimizə gətirilib, belə imkanın növbəti dəfə neçə ildən sonra yaranacağı  bilin-mir,- deyəndə o sınayıcı baxışla gözlərimin içinə baxdı.
                Artıq danışmaq istəmədim, səbirlə gözlədim. Nəhayət:
             – Doğrudu, gözəl imkandı,- deyib razılaşdı.
               Necə də gözəl, xoşbəxt  gün idi. Birlikdə nadir əsərlərə tamaşa elədik, nahara  kafeyə getdik. 
               İşlədiyimi universitetdə kimsə bilmirdi, otağımıza göndərilmiş təzə oğlandan rica etmişdim, üstəlik də hərdən xatırladırdım. Soruşanda dərslərinə köməklik  göstərirdim. O da dilini saxlayacağına məni əmin edirdi. Axşamdan səhərədək xidmət növbəsini çəkmək məşuliyyətli  iş olsa da çətin deyildi.  Yayda sərin, qışda isti otaqda  yumşaq stulda əyləşib  ekranlara baxmaqla binanı nəzarətdə saxlamaq nədırki?  Bəzən iş yoldaşım, bəzən də özüm binada gəzişirdik.  Dərslərə də hazırlaşmaq olardı, dil də öyrənmək mümkün idi. Fəqət təlimata görə işçinin fikrini yayındıran nələrsə etməyə icazə verilmədiyindən kitab-dəftər açmırdım. Təlimat öz yerində, fikrimin işdən yayındığı da az olmurdu, bunu təkcə özüm bilirdim. Bilərəkdən eləmirdim. Gözüm ekranlarda olsa da xəyalım  qanad açırdı M.-in yanına.
             Rəfiqəsinin M.-ə elçi gəldiyini xəbərləməsi keyfimi pozdu. Valideynlərinin ona təkidlə təsir göstərməsi isə ümidimi heçə endirirdi. Yuxarı kursdayıq, imkanı olanlar nişanlanır. Sonda valideynlərin dediyi olacağına inandığından elçilər ayaq kəsmirdi. M.-in ilk gündən razılıq vermədiyini eşitmişdim.  Onun sözündən dönmə-diyini biləndə ürəyim yerinə gəldi.
             Universitet binasından aralıda ona yaxınlaşdım. Bu bəslənən gözələ hündür boylu deyilsə də, mən on-dan uca idim. Buna da ilk dəfə fikir verdim. Nə kök idi, nə də arıq, elə mənim kimi. Rəvan və sərbəst danışırdı, özümə qarşı artıq nəsə hiss, həyəcan duymadım. Güldürməyə cəhd göstərdim. Xumar baxışlarıyla məni süzüb gülümsədi və xoş sözlər söylədi. Mən də onun dediklərinə gülümsədim. Beləcə qapılarınadək getdik.  
            Məni rahatsız edən qəlbimi necə açacadım və  böyük ehtimalla   “yox” eşidəcəyim haqda  idi. İnamsızlıq, şübhələr… Doğum günü dərsdən sonra  S. ondan aralananda mən ürəklə yaxınlaşdım. Baxıb yüngülcə xoş gü-lümsədi. Təbrik elədim, münnətdarlıq bildirdi. Hədiyyəmi təqdim etdim, götürmədi. Söylədim ki, şəxsən onun üçün sifariş verilib. Ona bir addım da yaxınlaşdım. Pəncərədən müğənninin səsi  zəif gəldi, ürəkdən oxuyurdu:
                          Bu gələn yar olaydı,
                          Əlində nar olaydı,
                          İkimiz bir köynəkdə,
                          Yaxası dar olaydı.
            Mən təsirlənib gözucu ona baxdım. İlk dəfə qollarımız toxundu. Onun üz-gözündə dəyişiklik hiss eləmə-dim, sanki nəsə eşitməmişdi və qollarımız toxunmamışdı. Bir qədər cəsarətlənib qarşısında durdum:
            – Bu sənindir, götürməsən kimsəyə verilməyəcək,- deyib ona ciddi baxdım, canımda qorxu baş qaldır-mışdı.
           Cavabında M. təmkinlə, fəqət  səmimiyyətlə baxdı və aldı:
           – Xoşdur belə diqqət.
            Daha da cəsarətlənib:
            – Tələbəlik illərində diqqətimdə təkcə sən olmusan,-deyəndə o, bu dəfə məni daha ciddiyətlə süzdü, – tələbəlikdən sonrakı illərdə də birlikdə olmağımızı arzulayıram.
             Cavan kişi yanımızda ayaq saxladı, bu başqası idi. M. onunla salamlaşıb bizi tanış elədi:
             – Bu mənim qardaşımdır,-ağ əli ilə onu göstərib adını dedi,- bu isə qrup yoldaşımdır,-adımı ilk dəfə onun  dilindən eşitdim və  əlini mənə tuşladı.
             Çaşqın hala düşdüm və sağollaşıb ayrıldım. Sonraya saxlamadım, sabahı dərsdən çıxanda aydınlaşdır-dım. Əla!  Ancaq bu,  məsələnin birinci yarısı idi. Daha ağırını, yəni ikinci yarısını aydınlaşdırmaq onun öhdəsinə düşdü. Xeyli vaxt aparsa da M. məsələni həll etməyi bacardı.
             Ailəmizdə söhbəti açdım. Anam şəhərli qızına evlənməyimin qətiyyən tərəfdarı deyildi. Atamsa şad idi:
            – Mənim oğlum qız seçimində səhvə yol verməz. Adət-ənənələrimizi bilir, ağıllı, düşüncəlidi. Şəhərdə ya-şayacaq, yanında özünə tay gəlini olmalıdı. Seçimi düzgün eləyib.
            Yumşalan anam:
             – Buy, qızı görməmiş elə bu başdan bəyəndin ki,-atama yüngülcə lağla güldü.
            Qızı görəndə anam xoşhallandı, təəccüblə xəbər aldi:
            – Ay oğul, sən bu qızı harda tapmısan?
              – Bir yerdə oxuyuruq, beş ildi.
             – Mən oğluma bələdəm, afərin,- atam  deyib  ürəkdən gülümsədi.
              Nişanlanmağımızdan xoşbəxt oldumsa da sonrası məşəqqətli günlər yaşamaq məcburiyyətində qaldıq. S. məni də, M.-ı də xain adlandırdı. Qızlarımızın əksəriyyəti  M-ə rəfiqəsinin sevgilisinin oğrusu damğasını  vur-du. Oğlanlar məni S.-ə xəyanətdə suçladı, guya qızı ümidli elədim, axırda da atdım. S.-ə qarşı bu cür münasi-bətimə görə qızlarımız da mənə tənə edirdi. Fəqət mənim belə fikrim olmamışdı, heç ağlıma da gəlməmişdi. Məgər  S.-ə sevdiyimi söyləmişdimmi?  Yaxud xoşuma gəldiyinə işarə vurmuşdummu? Sadəcə dərslərdə mən-dən kömək alırdı. S. isə ağladı ki, beş illik ən yaxın rəfiqəsi bəxtini oğurladı, bundan sonra kimsəyə inanmaq, etibar etmək  olarmı? Nədənsə tələbələrimiz M.-i məndən qat-qat artıq təqsirləndirirdi. Mənsə illərcə  gizlincə düşünürdüm ki, M. ilə bağlı qəlbimdən keçən bəlkə də baş tutdu. Ümidim az idi, çox az, amma hər halda vardı. Əgər  varsa niyə də çalışmayım, cəhd göstərməyim? Çalışdım, düzgün də elədim. Bir-iki tələbə yoldaşımız bizi anladı. Təkcə birisi qulağıma pıçıldadı ki, bunların hamısı paxıllıqdandı. Dözülməz keçdi bir müddət. Nə yaxşı ki, tələbəlik dövrü tezliklə başa çatdı.
             Səadət sarayında keçən toyumuz bizi birdəfəlik qovuşdurdu, kimlərin nə deməsindən, düşünməsindən asılı olmayaraq. Atamla anam toya  aldığım kostyumları geyinmişdi. Atam mənim bərbərimin əlindən keçdi. Anamı gözəllikxanadakı M.-in ustası dəyişmişdi. Toyumuz yaddaqalan idi, razı qalmışdıq. Biz toydan  xoşbəxt-liyin qoşa qanadları kimi bizə hədiyyə edilmiş təzə mənzilimizə yollandıq,  birgə həyata başlamaqdan ötrü.  
   Noyabr, 2020.     

       

Rəsul Rəxşanlı – Əhmədov.

  Müəllif:  Rəsul  RƏXŞANLI             

     


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

                       
        

Лейла Алиева – Память о Захре…

Лейла АЛИЕВА – общественный деятель.

Память о Захре…
За что тебя, скажи, убили?
В 2 года! В чем твоя вина?
И унесут навек в могиле
Ту, кто недавно рождена!
Возможно, ты любила горы,
По травке бегала босой…
Кто стер с земли моей узоры,
Окутав сердце в дикий зной?
Скажи, купалась ли ты в море
И видела ль летящих птиц?
Кто внес к нам в дом такое горе
И слез несчитанных страниц?!_
Они стреляли темной силой
С усмешкой страшной на устах,
А ты во сне такой красивой
Ушла, прости меня, Аллах!
Сжимает боль так тяжко сердце,
И эту боль не исцелить!
За что убили вы младенца?
И как теперь вам с этим жить?
Прости, что я тебя не знала!
Прости, что плачет вся страна…
По жизни ты не зашагала,
И ангелом от нас ушла!
За что тебя, скажи, убили?
И как ответит тот злодей?
Цветы завянут на могиле…
Столь маленькой – ребенок в ней!


Автор: Лейлa АЛИЕВA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

LEYLA ƏLİYEVA – ZƏHRANIN XATİRƏSİNƏ

Leyla Əliyeva – ictimai xadim.

Zəhranın xatirəsinə…

Niyə öldürdülər, de, səni axı?
O körpə canına necə qıydılar?
İki yaşlı qızın nəymiş günahı –
Aparıb soyuq bir qəbrə qoydular!
Dağları, düzləri sevirdin yəqin,
Qaçırdın otluqda ayağıyalın…
Zərif izlərini kim sildi sənin –
O hansı cəlladdı, o hansı zalım?!_
Heç mavi dənizdə çimmişdinmi sən,
Durub baxmışdınmı uçan quşlara?
İndi hara qaçaq dərdin əlindən,
Kim bizi qərq etdi göz yaşlarına?
Cəllad gülüşüylə durub, yaxından
Tutdular gülləyə, qurşuna səni;
Sənsə köçüb getdin şirin yuxuda…
İlahi, sən özün bağışla məni!
Sıxır ürəyimi, sıxır bu ağrı –
Bu yara heç zaman sağalan deyil!
Nədən o körpəyə qıydınız axı?
Axı neyləmişdi sizə o tifil?
Bağışla məni ki, deyildik tanış!
İndi bütün ölkə yas tutub sənə…
Həyat yollarında addım atmamış
Uçdun mələk kimi uca göylərə!
Niyə öldürdülər, de, səni axı?
Nə cavab verəcək zalım, nə üzlə?
Solan çiçəklərin nədir günahı
O bircə qarışlıq məzarın üstdə…


Müəllif: Leyla ƏLİYEVA


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

“YAZARLAR” JURNALININ APREL – 2021 SAYI PDF

“YAZARLAR” JURNALININ APREL – 2021 SAYI PDF

BU  SAYIMIZDA

Baş redaktorun guşəsi………………………………………………..3

Ayətxan Ziyad (İsgəndərov). II Qarabağ Müharibəsinin

 salnaməsini yazanlar………………………………………………….4

Taleh Xəlilov. Gənc tədqiqatçının ilk əsəri……………………..15

Təranə Məmməd. Qaranlıqdan işığa…………………………..18

Mehmet Faruk Habiboğlu. Dağlar………………………………..27

Leyla Koçak Oruç. Coşma………………………………………….28

Lalə İsmayıl. Daş imiş………………………………………………..32

Zaur Ustac. Məşəqqət………………………………………………..35

“TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!” layihəsi çərçivəsində ödənişsiz əsaslarla nəşr olunur. Qiyməti: Pulsuz

 ∑ = 41 səh.                Çapa imzalanıb: 05.04.2021.

“YAZARLAR” JURNALININ APREL – 2021 SAYI PDF:

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ŞƏHİD ANASI

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

CAN  AY  ANA…

(Polad Həşimovun Anasına)

Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda, Poladının ilk dişi,
İlk addımı, gülüşü var, yeriş var…
Bu baxışdan asılıbdı murazlar…
Bu baxışda Poladının ilk beşi,
Gülərüzü, şux qaməti, duruş var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda yoxa çıxıb diləklər,
Bu baxışda zaman da yox, məkan da…
Bu baxışda itib bütün mizanlar…
Bu baxışda dünya çöküb iməklər,
Bu baxışda yelkən də yox, sükan da…
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladın ilk rütbəsi,
Bu baxışda şərəf də var, şan da var…
Bu baxışda fəğan edir arzular…
Bu baxışda min vaizin xütbəsi,
Al don geymiş qürub da var, dan da var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda qədər namı ağlayır,
Bu baxışda Polad adlı oğul yox… 
Bu baxışda tükənibdi niyazlar…
Bu baxışda kədər qəmi dağlayır,
Mum tək yumşaq, polad kimi oğul yox….
*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda Poladının mərdliyi,
Ərənliyi, cəsurluğu, qürur var…
Baxışının hərarəti  dondurar…
Bu baxışda fəxarətin sərtliyi,
Ağalığı, amirliyi, onur var…
*   *   *
Can ay Ana, bu baxışda nələr yox?!
Bu baxışda  susub qapı zəngləri,
“Polad gəldi”, dur ayağa deyən yox…
Bu baxışda od qalayır xəyallar…
Bu baxışda itib dünya rəngləri,
 “Ana” – deyə,  şirin-şirin gülən yox…

*   *   *
Can ay Ana, bu baxışda nələr var…
Bu baxışda xanım, xatın bir Ana,
Sinəsində bağrı çat-çat olan var…
Bu baxışdan neçə Ana boylanar…
Bu baxışda Nüşabə tək şir Ana,
Tomris kimi kükrəyən var, yanan var…

12.01.2021. – Bakı.

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

Milli Qəhrəman General Polad Həşimovun anası Səmayə Ana dəfn günü…

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

ZAUR USTAC – HƏRB MÖVZULU YAZILAR

Zaur Ustac – şair, publisist.

          HƏRB MÖVZULU YAZILAR

                            və  ya

         DÜNYANIN BİR RƏNGİ VAR

ON  YEDDİNCİ  YAZI

Salam olsun, çox dəyərli oxucum. Min şükür Uca Yaradana ki, Sizlərlə yeni bir görüş də qismətdə var imiş hələ… Bu dəfəki söhbətimizin mövzusu hərflər, sözlər, kitablar silsiləsindən olan, müasir dövrümüzdə bəlkə də ən vacibi, ən yaralı yerimiz, xüsusi diqqət və qayğıya ehtiyacı olan sahə hərb mövzulu yazılardır. Günümüzdə – yeniyetmə və gənclərimizin bu qədər informasiya bolluğu içində itib-batdığı bir vaxtda bizim bundan vacib mövzumuz ola bilməz deyə düşünməkdəyəm. Məncə, gəncliyin lazımlı-lazımsız, çox vaxt zərərli məlumatlarla istər-istəməz yükləndiyi vaxtda bu məsələyə xüsusi diqqət göstərilməlidir. Bundan əvvəlki yazılarda bir çox tanınmış və hələ bir o qədər də tanınmamış yazarlardan çoxlu misallar gətirərək, nələrin, hansı istiqamətlərin bizə faydalı ola biləcəyi barədə mülahizələr irəli sürmüşdük. Ancaq, indi vəziyyət tamam fərqlidir. Ümumi yazılardan, standart romançılıqdan fərqli olaraq, hərb mövzulu yazılar yazardan xüsusi dəqiqlik tələb edir ki, yazıçı müəyyən kriteriya və dəyərlərə ciddi əməl etməli, bu işə səthi yanaşmamalıdır. Əgər, ehtiyac yaranarsa mütləq peşəkar hərbçilərdən, mütəxəssislərdən məsləhət və tövsiyələr almalı, bunu özünə eyib saymamalıdır. Əks təqdirdə, yəni öz bildiyi kimi, bir az hissə qapılıb, bir az da eşitdiyi real vəziyyəti əks etdirməyən şişirdilmiş söhbətlərdən bəhrələnərək qələmə alınan yazılar, povest, roman (indi dəb halını almış sənədli romanlar da daxil olmaqla) deyil, olsa-olsa nağılvari publisistika şəklində, çox gülünc formada təzahür edir. Və əlbəttə, bunu çox az sayda oxucu kütləsi, o kütlə ki, onlar işin əsli ilə maraqlanır, bu yeni kitabı oxumaq üçün büdcələrindən pul ayırır, alır, oxuyur və gülür… Acı-acı gülür… Bilirsiz, daha yaxşı anlaşılan olması üçün belə bir misal çəkim, hərb mövzulu yazılar əslində məsələn, tibbə, coğrafiyaya, idarəetməyə və s. konkret obyekti olan, dəqiq məsələ və terminlərdən istifadə olunan yazılardan heç nə ilə fərqlənmir. Nəsə xırda bir qeyri-dəqiqlik olsa, təxminən hamımızın sevə-sevə dəfələrlə izlədiyi “Bəxtiyar” flimindəki o məşhur səhnəni (“10 metr – 5 metr ” məsələsi) xatırladan gülünc vəziyyət ortaya çıxır. Hansı ki, xüsusi ilə son dövrlər Birinci Qarabağ Müharibəsindən bəhs edən yazılmış əsərlər belə səhvlərlə zəngindir. Bu qəbildən olan qeyri-müəyyənliklər əsasən subardinasiya məsələlərində və döyüş səhnələrini təsvir edərkən məlumatsızlıqdan baş verir. Bu proses bir yandan təbiidir, çünki, məşhur yazarların da belə problemləri olub. Məsələn, dünyaca məşhur Remarkın (Erich Maria Remarque) əsərləri bu tip çatışmazlıqlarla doludur və onun fikirləri, təxəyülü bir tərəfli olub, gənc əsgər düşüncələrindən o yana keçə bilmir… Halbuki, ordu, müharibə təkcə əsgərlərdən ibarət olmayıb, daha mürəkkəb quruluşa malik bir təsisat və hadisədir. Hələlik bizim Remarkla heç bir işimiz yoxdur. Misalı sadəcə ruh düşkünlüyünə qapılmağa əsas olmadığını göstərmək məqsədi ilə çəkdim. Bir də axı biz hal-hazırda müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq. Hardasa, az qala hamımızın ətrafında döyüş yolu keçmiş qazilərimiz, haliyədə hərbi xidmətini davam etdirən hərbçi dost-tanışlarımız var. Sadəcə bu məsələdə bir balaca diqqətli və məsuliyyətli olmaq tələb olunur. Bütün şübhəli məqamlarda təxəyülün məhsulunu və ya real hadisəni kağız üzərinə köçürüb, tarixin yaddaşına atmazdan əvvəl mütləq “dosta ganaşmaq” lazımdır. Necə deyərlər, – “məsləhətli don gen olar”. Bir cümləni yazarkən düşünün ki, nə vaxtsa bu sətirləri saatlarla qızmar Günəşin istisində qanlı döyüşün od-alovunu unudan və ya şıdırğı yağışın altında islanıb, çim su mundirdə ayağını qoymağa bir barmaq quru yer axtarışında soyuq güllənin hər an bəxş edə biləcəyi buz kimi ölümü unudaraq, ilan-çayınlı, qarlı-şaxtalı, çovğunlu-boranlı məşəqqətli yollar keçərək sağ qalmış əsgərlə yanaşı, həmin döyüşləri təşkil edən, tək-tək əsgərləri deyil, yüzlərlə, minlərlə nəfərlərdən ibarət bölmələri şahmat taxtasındakı fiqurlar kimi döyüş sahəsinə düzən və hər nəfərinə görə məsuliyyət daşıyan, döyüşlərə rəhbərlik edən, müharibələri udan, bəzən uduzan – bu qaçılmazdır – generallar da oxuya bilər… Düşünürəm ki, hərb mövzulu yazının uğurlu alınmasının birinci şərti yazarın hadisələrə reala yaxın təfəkkürlə baxmasından, və qəti olaraq hissə qapılmamasından ibarət ola bilər. Bu yazıdan əvvəlki on beşinci və on altıncı yazılardakı prinsipə sadiq qalaraq, yenə böyük əksəriyyətimizə məlum olan yazarlar və onların əsərləri üzərindən mühakimə yürüdərək bu məsələyə aydınlıq gətirməyə çalışacağam. Bu söhbətə başlamazdan əvvəl kiçik bir haşiyəyə çıxmaq istəyirəm:
HAŞİYƏ
Bəşər övladı əlinə qələm alan gündən onu əsas iki məsələ; döyüş və eşq düşündürüb. Demək olar ki, lap qədimdən üzübəri yazı nümunələri ya döyüş və ov səhnələri ilə zəngin müharibələrdən, ya da eşqi, sevgini tərənnüm edən məhəbbət dastanlarından ibarət olub. Ən uğurlu nümunələr bu iki mövzunun birlikdə işləndiyi, hadisələrin həmahəng inkişaf etdiyi əsərlərdir. Belə nümunələr lap qədim zamanlardan mövcuddur və günümüzdə də var. Bu hadisə öz-özlüyündə onu göstərir ki, dünya nə qədər rəngarəng, hadisələrlə zəngin görsənsə də əslində onun bircə rəngi var, bizim onu hansı məqamda, hansı rəngdə görməyimizdən asılı olmayaraq, dünya qırmızı rəngdədir. Dünya müharibələrin qırmızı qanı, eşq məclislərinin qırmızı şərabı rəngdədir. İddia edirəm ki, dünyada tək bircə əsl rəng var o da qırmızıdır, al-qırmızı… Yerdə qalan ağdan qarayadək olan rənglər sadəcə qırmızının ağa doğru solğunlaşmasından, nəhayətdə “AĞ”dan – XEYİR (GÜNDÜZ) – və qaraya doğru tündləşməsindən sonda “QARA” dan – ŞƏR (GECƏ) – ibarətdir. Al-qırmızı rəng bu spektrin düz mərkəzində dayanır və həyat mənbəyi rolunda çıxış edir. Yəqin ki, bəşər övladının kəşf edib, adlandırdığı ilk rəng də məhz qırmızı, al-qırmızı olmuşdur. Bu proses çox sadə – insanın özü yaralandıqda və ya ovladığı ovun axan qanı ora-bura bulaşdıqda (yəqin ki, insan əlini ocaq qalamazdan əvvəl yaralayıb) baş verə bilərdi… Çox güman ki, insan oğlu ilk müharibənin başlaması xəbərini də, elə ilk sevgi məktubunu da məhz öz qanı ilə, qırmızı rəngdə yazmışdır…
Yuxarıda, haşiyədə tanış olduğumuz məlumatlar üzərindən belə bir mühakimə yürütmək olar ki, qırmızı elə, mükəmməlliyin rəngidir. Al-qırmızı rəng əslində elə, mükəmməllikdir. Özündə sevgi ilə nifrəti, savaşla barışı, sülh ilə müharibəni birləşdirən vəhdətin, birliyin, tamlığın, bərabərliyin simvoludur, qırmızı… Bəli, məhz tamlığın, mükəmməlliyin rəmzidir, qırmızı… Yerdə qalan rənglər onun çalarları, sadəcə bu rəngin mövcudluğunu göstərmək, mütləq hakimliyini sübut etmək üçündür. 
Mətləbdən uzaqlaşmayaq, əlbəttə,yazılı nümunələrin içərisində misal göstərmək üçün belə bir əsər var. Hansı ki, onu böyük əminliklə qırmızı, mükəmməl adlandırmaq olar. Bu, dahi Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Əslində əsərin adı artıq özü barədə tam məlumat verir. Ancaq, bu sadəcə təsadüfi belə seçilimiş maraqlı, cəlbedici ad da ola bilərdi. Əsərlə tanış olanlar bilir ki, bu belə deyil. “Hərb və sülh” yuxarıda sadalanmış və sadalanmamış bütün vacib kriteriyalara, meyarlara tam cavab verən mükəmməl bir əsərdir. Olduqca geniş spektrli müşahidə qabiliyyətinə, vacib biliklərə, dərin dünyagörüşünə malik olan böyük sənətkar döyüş səhnələrindəki ən xırda detalları, rütbə və statuslardan asılı olmayaraq hərbçilərin hiss və fəaliyyətlərini, mülki həyatda olan münasibətləri, sevgi məsələlərini elə yüksək zərgər dəqiqliyi ilə təqdim etmişdir ki, sadəcə deməyə söz tapmırsan. Bu əsərdən bütün insanlığa tövsiyə ola biləcək bir vacib məsaj da çıxır. Qərarsızlıq, elə yoxluğun özünə bərabərdir. “Etməyib peşman olmaqdansa, et peşman ol…” – deyir mütəfəkkir. Bəli, dahi Lev Tolstoyun, məşhur “Hərb və sülh”- ü mükəmməldir. Ancaq, görək, bu əsər müasir azərbaycan oxucusunun tələblərinə cavab verirmi? Mən deyərdim ki, çox az bir qisim oxucu kütləsi bu cür iri həcmli əsərlərə maraq göstərib oxuyur. Nə qədər dəyərli və mükkəmməl olsa da ilk baxışda müasir gənclərin olduqca böyük əksəriyyəti üçün “KİM OXUYACAQ???” baryeri yaradan belə vacib əsərlər günümüzdə rəflərdə qalmağa məhkumdur. “Hərb və sülh”-ü misal çəkməkdə məqsədim sadəcə böyük əksəriyyətimizə məlum olan, tanıdığımız belə bir əsərin varlığını xatırlatmaqdan ibarətdir. “Hərb və sülh” ümumi bir əsər olsa da, sırf hərb mövzulu yazılar üzərində işləyən yazarlarımız bu, məlum və məşhur əsərdən faydalana bilərlər. Sual ola bilər ki, bu əsər təkdirmi? Yəni heç alternativ variant yoxdurmu? Bu suala böyük əminliklə belə cavab verərəm ki, Miladi ilə 19 fevral 2019 – cu il saat 13:31 – ə qədər mənə ikinci belə bir variant məlum deyil. İndi fikrimi əsalandırmaq üçün yenə böyük əksəriyyətimizə məlum, məşhur nümunələrdən istifadə etməklə qısa açıqlama verəcəyəm. Başqa –başqa nümunələrə keçməzdən əvvəl ümumi olaraq onu qeyd etmək istəyirəm ki, sovet ədəbiyyatı döyüş yolu keçmiş müxtəlif rütbəli zabit memuarlarından tutmuş, olduqca dəyərli sovet yazıçılarının müharibədən, qələbədən bəhs edən əsərləri ilə zəngin idi. Sovet dönəminin kitabxanaları xidmət etdiyi ideologiyadan asılı olmayaraq hərb mövzulu əsərlərlə yetərincə, tam təmin olunmuşdular. Və biz istər-istəməz bu nümunələrlə tanış olurduq. Sovet yazıçılarından əlavə rus dilinə çoxlu tərcümələr də olurdu. Yəni bizim şəxsiyyət kimi formalaşdığımız dövrdə hərb mövzulu yazıların qıtlığı olmayıb. Ayrı-ayrı məşhurlara gəldikdə, gənclər arasında yayğın şəkildə mütaliə olunan Remark tam birtərəfli yazıb. Onun haqqında dördüncü yazıda ətraflı yazmışam. Remarkın yazdıqlarının nəinki, bizim gəncliyə faydası var, hətta düzgün başa düşülmədikdə zərəri ola bilər. Sonra, məsələn vaxtında rus dilində belə bir əsərlə tanış olmuşdum (öz dilimizdə rast gəlməmişəm və adı tərcümə edəndə də çox uyğunsuzluq yarandığına görə belə qeyd edirəm – əvvəlcədən üzr istəyirəm) müəllifi Кирст Ганс olan “Фабрика офицеров”. Məşhurdur ancaq yenə birtərəfli, çatışmazlıqlarla dolu olan əsər. Ümumiyyətlə istər qərb, istər sovet – rus ədəbiyyat nümunələrində ya xidmət etdiyi ieologiyadan dolayı, ya sadəcə məlumatsızlıqdan natamam hərb mövzulu əsərlər çoxdur. 
Ümumi olaraq keçid üçün bundan əvvəl “Yazarlar və yazılar” adlı on beşinci yazıda da adlarını çəkdiyim Vasiliy Yan və Tarle, eyni zamanda onların yazdıqları bir neçə əsər haqqında qısa fikir bildirmək istəyirəm. Vasiliy Yan və onun digər əsərləri ilə yanaşı xüsusi ilə diqqət çəkən, faydalı ola biləcək “Çingiz Xan” , “Kurqanlardan gələn işıq” tarixi –müharibələrlə dolu romanları. Tarle (Евге́ний Ви́кторович Та́рле) və onun da müharibə mövzulu digər əsərləri ilə yanaşı “Napoleon” əsəri. Tarle bu əsərində Napoleonun timsalında çəlimsiz, cılız lakin, olduqca çalışqan bir uşaqdan ölkələr fəth edən, papanı hüzuruna gətirən, tirana qədər inkişaf etmiş, anında mühüm qərarlar verməyi bacaran, müharibə qərarları alanda qətiyyətli sərkərdə, döyüşdə öndə gedən, cəsur, qələbəyə susamış əsgər, sevgidə aciz və eyni zamanda odlu – atəşli aşiq, idarəetmədə incə, adi detalı da unutmayan, dərin düşüncəli, sonunda baş əymədən təslim olmağı bacaran insan obrazı yaratmağı bacarmışdır. Bu iki yazardan və onların yazdıqlarından bəhrələnmək olar. 
Qismən nümunə ola biləcək, yəni müəyyən məqamlarda faydalanmaq mümkün olan Ernest Heminquey, Sent-Ekzüperi barədə onu qeyd edə bilərəm ki, bu yazarların təsvirləri, ifadə vasitələri güclüdür.
Belə ümumi baxışdan sonra dünya ədəbiyyatından üç yazar və üç əsər timsalında fikirlərimi daha dəqiq formada Sizə çatdırmağa çalışacağam. Bu əsərlərin birində hərbçinin mülki həyatda hissləri və istəkləri, ikincisində həm mülki, həm də xidmətdə olan hissləri və fəaliyyəti, üçüncüsündə isə həm mülki, həm xidməti, həm də döyüşdə başına gələnlər, düşdüyü real vəziyyətlər, həyat həqiqətləri oxucunun gözləri önündə canlanır… 
Birinci, dünyaca məşhur, kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazdığı və ilk dəfə 1961-ci ildə dərc etdirdiyi “Polkovnikə məktub yoxdur” povesti – hamını özünə borclu bilən bir hərbçinin xidmətdən (bütün həyatını nəyinsə və ya kiminsə uğruna xərclədikdən) sonra keçirdiyi hisslər…
İkinci, yenə məşhur, görkəmli İtaliya yazıçısı Dino Bussatinin ilk romanı olan “Tatar çölü”. Bu roman haqqında bir az ətraflı yazmaq istəyirəm. Romandan və qəhrəmandan söhbət açmazdan əvvəl bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. İnanın ki, əgər bu romanın adını dəyişib məsəl üçün “Gözlərimiz üfiqdə”, “Səngərlərdən sonra”, “Qarşı duran dağlar” və s. və i… qoysaq və Covanni Droqonu Məlikşah adlandırıb, bəzi adları, təbir və terminləri müasirləşdirib, özümüzünküləşdirsək, hadisə və hisslər atəşkəsdən sonra, son iyirmi beş ildə bizim orduya və hərbçilərə elə uyum sağlayır ki, sanki, bu yazı iyirmi il Azərbaycan ordusunda, Haramı düzündə və ya digər bir bölgədə – təmas xəttində xidmət etmiş zabitin qələmindən çıxıb… Bu dərəcədə oxşardır vəziyyətlər…
Dino Bussatinin “Tatar çölü” əsərinin qəhrəmanı Bastiani qalasında xidmət edən Covanni Droqonun bütün həyatı, gənc zabit kimi seçim qarşısında qalması, ümidlərlə dolu xidməti, mülki həyatla ordu həyatı arasında çırpıntılar, dünyadan istədikləri, ala bildikləri, nələrin uğrunda nələrdən vaz keçdikləri və son… Hamısı elə ustalıqla təqdim olunub ki, yazarın ustalığına heyran olmamaq mümkün deyil. Və onu qeyd edim ki, heyran olmaq azdır, nümunə götürmək, əxz etmək lazımdır… Və nəhayət üçüncü, Emmanuil Kazakeviç və onun 1948 – ci ildə qələmə aldığı “Двое в степи” povesti

( Эммануи́л Ге́нрихович Казаке́вич, “Двое в степи”). Təəssüfki, bu povestin dilimizdə olan tərcüməsinə rast gəlməmişəm. Kazakeviçin bu povestdən başqa da hərb mövzulu bir-birindən maraqlı əsərləri var. Kazakeviç İkinci Dünya Müharibəsinin sovetlər birliyində yaşayanlar üçün Böyük Vətən Müharibəsi adlanan əsas və həlledici hissəsinin başlandığı ilk gündən qələbəyədək döyüşən ordunun tərkibndə, olduqca müxtəlif cəbhələrdə şərəfli döyüş yolu keçmiş, tanınmış sovet yazıçısıdır. Görkəmli yazarın həyat və fəaliyyəti ilə tanış olduqda görürsən ki, həqiqətən də o fərqlidir və bütün xüsusiyyətlərinə görə öz müasirlərindən fərqlənir… Bu fikri onun öz müasirləri səsləndiriblər. Onun haqqında hələ sağlığında belə bir deyim olub: “Kazakeviç başqaları kimi isti kabinetlərdə, orda-burda, küncə-bucağa qısılıb yazmayıb…” Kazakeviçin yaratdığı Oqarkov obrazı dahi Lev Tolstoyun, məşhur Qabriel Qarsiya Markesin, görkəmli Dino Bussatinin qəhrəmanlarından nümunə ola biləcək dərəcədə fərqlənir. Əlinə qələm alıb hərb mövzusunda nəsə yazmaq istəyən şəxsin Emmanuil Kazakeviçin yaradıcılığı ilə, ələxsus bu povesti ilə tanış olması olduqca faydalı ola bilər deyə düşünməkdəyəm. Povestdəki istər döyüş səhnələri, insan taleləri, qəbul olunan qərarlar istərsə də əsərin qəhrəmanı gənc zabit Oqarkovun başına gələnlər, onun ən müxtəlif; həm döyüş, həm şəxsi münasibətlər zəminində aldığı doğru qərarlar ibrətamizdir. Əgər fikir verdinizsə, Lev Tolstoyun “Hərb və sülh” əsərindən başqa misal gətirdiyim və əslində ən faydalı ola biləcək əsərlər sırasında adı hallanan nümunələr ikisi povest, biri isə o qədər də böyük həcmli olmayan roman oldu. Bu nümunələr xarici – dünya ədəbiyyatından seçmələr idi. Bəs görək bu qəbildən özümüzün olan, milli, nəyimiz var? 
Və əlbəttə, yenə keçid üçün tarixilik baxımından İsa Hüseynovun (İsa Muğanna), İsmayıl Şıxlının, Bayram Bayramovun adlarını çəkib, onların ekranlaşdırılmış əsərlərini misal göstərmək olar. Sırf hərb mövzusunda (şəxsi münasibətlərin inkişafı, döyüş tapşırıqlarının yerinə yetirilməsi səhnələrinin təsviri baxımından) mükəmmələ yaxın, yəni, qırmızımtıl olan yeganə nümunəmiz var. Bu, ötən əsr, 50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə alıb, nəşr etdirdikləri “Uzaq sahillərdə” əsəridir. Kitab az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır və əldən-ələ gəzir. Xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verən əsərin populyarlığı onun filmə çevrilməsinə səbəb olur. Aradan uzun müddət keçməsinə, cəmiyyətdə və ictimai şüurda müəyyən dəyişikliklər olmasına baxmayaraq, görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan eyni adlı film Azərbaycan kinosunun nadir incilərindən biri olaraq qalmaqdadır. Əgər diqqətinizdən qaçmayıbsa, yuxarıda sovet və dünya ədəbiyyatından adı çəkilən nümunələrin də əksəriyyəti ekranlaşdırılıb. Elə əsərlər var ki, dövrün tələbinə görə dəfələrlə təkrar-təkrar müraciət olunub. Bu faktın özü həmin əsərlərin vacibliyinin və tərbiyəvi əhəmiyyətinin hansı dərəcədə yüksək olmasının bariz nümunəsidir.
Bütün bunlarla bərabər bizim bir sevimli yazarımız da var ki, tarixiliklə müasirliyi yaradıcılığında böyük ustalıqla birləşdirməyi bacarıb. Onun “Batmanqılıncı” nə qədər tarixidirsə, “Dolu” – su da o qədər müasirdir. Bu şəxs doğru olaraq, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasdır. Aqil Abbasın “Dolu” romanı da eyni adlı ekran əsəri olaraq tarixin yaddaş səhnəsində öz yerini almışdır. İstər roman kimi, istərsə də film kimi “Dolu” yuxarıda sadaladığımız tələblərin çoxuna cavab verən, faydalana biləcəyimiz nümunələr sırasına daxildir. Ancaq, bütün bunlara rəğmən, nə dünya, nə sovet, nə müasir ədəbiyyatımızda elə bir nümunə yoxdur ki, bundan əvvəlki – on beşinci – “Yazarlar və yazılar” adlı yazıda “Əli və Nino” kimi misal gətirib, nümunə göstərəsən. İndi mükəmməl yazı ortaya qoymaq istəyən yazar, “Hərb və sülh”-dən, “Двое в степи” – dən, “Uzaq sahillərdə”-dən, “Dolu”-dan eyni dərəcədə bəhrələnib, təxminən 70 – 80 səhifə həcmində iri həcmli povestlər və ya yığcam romanlar ortaya qoymaqla dövrümüzün standartlarını yaratmalıdırlar. 
Demək olmaz ki, heç bir iş görülməyib, əksinə çox iş görülüb. Müxtəlif yaş təbəqələrindən olan çoxlu yazarlarımız öz səyləri, vəsaitləri hesabına nələrsə etməyə çalışırlar. Hələ ötən əsrin 90-cı illərindən başlayaraq, müharibə, onun gətirdiyi problemlər, cəmiyyətdə törətdiyi fəsadlar haqqında hekayələr, povestlər, romanlar, publisistik yazılar yazılmağa başlayıb. Son on illikdə (2010-cu ildən), xüsusi ilə Mübarizdən və Aprel hadisələrindən (2016-cı il) sonra silsilə əsərlər ortaya qoyulub ki, əslində bu yazının yaranma səbəblərindən biri, bəlkə də birincisi elə bu yazılar olmuşdur. Son illər nəşr olunmuş bəzi əsərlərlə tanış olduqda yazarın ən elementar məlumat və biliklərdən xəbərsiz olduğu ortaya çıxır. Yuxarıda buna aid “Bəxtiyar” filmindən “qazmaçı”


“yoldaş oynayanlar”-in vəziyyətini misal gətirmişdim. İnanın, elə misallar var ki, rəqqaslar onların yanında toya getməlidir. Rast gəlinən ən çox və yolverilməz səhvlər aşağıdakılardır: 
– Subardinasiya məsələlərinin pozulması (buna maksimum Aqil Abbasın “Dolu”-sundakı “Komandir” xitabı səviyyəsində icazə verilə bilər ki, bu da Birinci Qarabağ Müharibəsi və hal-hazırda bəzi döyüş postlarındakı təcrübədən qaynaqlanır), 
-Rütbələrin və vəzifələrin qarışdırılması (X – XI sinif səviyyəsindəki hərbi bilikdir), 
-Bölmə (bölük, tabor və s.) adlarının səhv salınması, -Döyüş səhnələrinin təsvirində adı keçən silah-sursatın texniki göstəricilərinin bilməməzlik ucbatından nəzərə alınmaması (çox gülünc mənzərlər ortaya çıxır ki, əgər qiyaslasaq, heç nağıllarımızda belə söhbətlər olmayıb) və s. bu qəbildən olan digər məsələlər.
Unutmayaq ki, həkimlik, rəssamlıq, memarlıq, coğrafiyaşünaslıq, mühəndislik, hesabdarlıq kimi, hərb işi də spesfik bir sənətdir. Və sadaladıqlarımın hamısından çətin, məsuliyyətli, dəqiq olduğu qədər də yaradıcılıq tələb edən bir işdir. Yuxarıda nümunə göstərdiyimiz əsərlərin müəlliflərinin həyatına bir də qısa nəzər salaq:
-Həm Lev Tolstoy, həm də Emmanuil Kazakeviç müharibədə iştirak etmiş, real qanlı döyüş səhnələrinin və bütün digər proseslərin canlı şahidi olmuş peşəkar zabit idi.
-Həsən Seyidbəyli və İmran Qasımovun ömürlərinin yeniyetməlik-gənclik çağları, təhsil illəri, demək olar ki, şəxsiyyət kimi formalaşdıqları vaxtlar müharibənin ən amansız, qızğın dövrlərinə təsadüf edir. Məncə, bu nəsil yaradıcı insanlar üçün “onlar müharibənin şinelindən çıxmışdılar” ifadəsi vəziyyəti tam izah edir. Üstəgəl bu şəxslər daim yazdıqlarını ilk öncə bir-birlərinə oxuyur, cavabdeh qurumların qarşısına çıxmazdan əvvəl dost-tanışdan məsləhət alırdılar.
-Müasirimiz Aqil Abbas – Qarabağ həsrəti-dərdi ilə qovrulan həsas, şair ürəkli qələm adamı və eyni zamanda Birinci Qarabağ Müharibəsinin başlandığı ilk gündən istər-istəməz daim baş verən hadisələrin tən ortasında qalmış, bütün baş verənlərdən az-çox xəbəri olan ictimai-siyasi xadim. 
Məncə, müəlliflərin keçdiyi həyat yolu və onların yaratdıları əsərlərlə tanış olduqdan sonra bu məsələdə qaranlıq heç nə qalmır.
Son söz: – müharibə, hərb mövzusunda yazdıqda, xüsusi ilə əgər orda döyüş səhnələri varsa, mütləq bu işdən anlayışı olan bir nəfərlə məsləhətləşin, verin ilk oxucunuz dəyərli qazilərimiz olsun, şübhəli məqamları peşəkarlarla dəqiqləşdirin, yox əgər bunların heç birini etmək istəmirsizsə, “Google” dostumuzun xidmətindən yararlanın (internetdə istənilən məlumatı tapıb dəqiqləşdirmək olar). Əvvəlki yazılarda da mütəmadi olaraq bu barədə qeydlər edirəm. Ümumiyyətlə, onu unutmayaq ki, indi nə yazırıqsa, sabahkı gənclik bizim bu günümüzdən xəbərdar olmaq üçün böyük acgözlüklə o yazıları tapıb oxuyacaqlar. Gəlin elə yazaq ki, onları aldatmayaq… Baxmayaraq ki, biz çox aldanmışıq… Qoy onlar aldanmasınlar…
Sona qədər həmsöhbət olduğunuza görə təşəkkürlərimi bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Uğurlarınız bol olsun. Bu yazının ilk sözündən sonuna qədər bir məqsədi olub – faydalı olmaq, uğura xidmət etmək…
19.02.2019. Bakı.



QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “YARADANLA BAŞ-BAŞA” və “QƏLƏMDAR” kitablarında ON YEDDİNCİ yazı kimi müstəqil məqalə şəklində yer almışdır. Eyni zamanda; I – “Dünyanın bir rəngi var”, “Həftə içi”, 21.06.2019, say: 110 (3158), s.7.
II – “Dünyanın bir rəngi var”, “Həftə içi”, 25.06.2019, say:112 (3160) s.8.
I – “Hərb Mövzulu yazılar”, “Ədalət”,26.06.2019, say: 113 (5577), s.4.
II – “Hərb Mövzulu yazılar”, “Ədalət”,28.06.2019, say: 114 (5578), s.4. dərc olunmuşdur.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



ZAUR USTAC – APREL ŞƏHİDLƏRİ HAQQINDA

Xüsusi Təyinatlı gizir Pəncəli Teymurov səmada…

QUCAĞINI GENIŞ AÇ…
( Gizir Pəncəli Teymurova həsr olunur.)
Qucağını geniş aç, gəlirəm Ana Torpaq,
Çox döymüşdüm qapını, səhər-axşam taq-taraq,
Hər gəlirəm deyəndə, əlimdə vardı bayraq,
O qutsal əmanətin, ünvanına yetibdi…
Sancmışam Sancağımı, rahat gəlirəm indi…

* * *
Səhər-axşam deyərdim, bu canım sənə fəda,
Nə olur mənə olsun, təki sən görmə qada,
“Komandir yaxşı olsa, ordunu verməz bada”,
Komutanım öndədir, gül-çiçək düz yoluna…
Sıra ilə gəlirik, yer ver girək qoynuna…
* * *
Çox dilək diləmişdim, Bayraq olsun kəfənim,
Xəyalım gerçək olub, sevinməsin düşmənim,
Dualarım qəbuldu, ağlamasın sevənim,
Ana, sən də gözünün qorasını sıxma ha…
“Oğul düşmən çəpəri”, qurban gedər torpağa…
12.04.2016. Bakı.

MÜƏLLİFİN ÖZ DİLİNDƏN:


Müəllif:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV – ALÇA AĞACI

Akif Abbasov – alim, yazıçı.

                        ALÇA AĞACI

                          (hekayə)

Tərlan bağ-bağça sevən idi. Odur ki, səliqəli, bərəkətli bir bağ düzəltmişdi. Bir ucdan meyvə tingləri, gül toxumları daşıyıb gətirir, bağı laləzara çevirirdi. Həyətdə  alma, armud, albalı, gilas, şaftalı, nar, heyva ağacları ilə yanaşı bir alça ağacı da vardı. Çox dadlı, ləzzətli, qırmızı yanaq alçalardı. Dadına baxan doymaq bilmirdi.

Amma Tərlangil özləri bu alçadan yemirdilər. Nə özü, nə həyat yoldaşı, nə anası, nə də uşaqları.

 Bu, səbəbsiz deyildi. Tərlanın anası Gülöyşə arvad  bar ağacını heç vaxt qoymurdu kəsməyə. Həyətdə bəlkə də bir əsirlik ağaclar vardı.

Gülöyşə arvad  haqq dünyasına qovuşandan sonra Tərlanın həyat yoldaşı Zümrüd ağaclardan bir-ikisini kəsdirdi ki, bağ çox basırıqdır, ağaclar bir-birinin qucağına girib, qoy həyət açılsın.

 Evin içərisində sanitar qovşağı, hamam olsa da, sanitar qovşağının birini də həyətdə tikdirmişdilər. Həyət-bacası olanlar üçün bu, son dərəcə vacib şərtdir. Evə qonaq gələndə, həyətdə oturub söhbət edəndə, qonaqlıq, ad günü olanda birdən qonağa sanitar qovşağına getmək lazım olanda mənzilin içərinəmi aparmalısan?

Yox, əlbəttə. Tərlangilin həyətinin aşağı hissəsində Avropa üslubunda sanitar qovşağı vardı.

Haqqında danışdığımız tərifli alça ağacı düz sanitar qovşağının – ayaqyolunun dibində bitmişdi. Gövdəsi düz  sanitar qovşağı ilə yan-yana idi.

Akif Abbasov – Alça ağacı – hekayə.

Ona görə də bu evin sakinləıri  o alcaya yaxın düşmürdülər. Qırmızı yanaq alçalar yetişib, budağından üzülür, yerə düşürdülər. Tərlan neçə dəfə alça ağacını kəsmək istəmişdisə, Gülövşə xala qoymamışdı.

Belə gözəl alçalara Tərlanın heyfi gəlirdi. Nə ağacı kəsə bilirdi, nə də onun meyvəsini yeyən vardı. Bir gün qərarını arvadı Zümrüdə dedi:

-Heyfim gəlir bu alçalara, o balaca vedrələdən birini ver, yığım, aparım işdəkilər yesinlər. O gün görürəm qızlar gedib bazardan alça alıblar. İştahla yedilər. Amma bizim alçanın yanında o alçalar heç nə idi. Bizim alçadan dadsalar, daha dükan-bazara getməzlər.

Zümrüd:

-Nə deyirəm ki, – dedi və  gedib balaca, iki kiloqramlıq bir vedrə gətirdi.

Tərlan vedrəni qırmızı yanaqlı, dadlı alçalarla doldurub səhəri gün işə apardı. İşdəkilərbu alçaları, necə deyərlər,  gözlərinə təpdilər, “bəh-bəh” dedilər.

Tərlan yoldaşların xahişi ilə bir neçə gün işə alça daşıdı. Bir gün işdəkilər bu dadlı, ləzzətli alçaları yetişdirən ağacı görmək üçün Tərlangilə gəldilər.

Mahir həyətə girər-girməz: “Əslində meyvəni gərək ağacından dərib yeyəsən”, – deyib özünü bağa saldı. Nadir, Gülbahar, Nazənin, Rəna, Mürşüd də Zümrüd xanımla salamlaşıb meyvə ağaclarına daraşdılar.

-Hanı sənin tərifli alçan, ay Tərlan?

Bunu Mürşüd dedi.

Tərlan onu alça ağacının yanına apardı, Nadirlə, Nazənin və Gülbahar da onlara qoşuldu.  Nadirlə, Gülbahar alçanın bitdiyi yeri görəndə üzlərini yana çevirdilər. Mürşüd isə alçalardan birini dərdi, barmağı ilə tozunu təmizləyib ağzına qoydu:

-Alça belə olar e…

Nazənin:

-Puf, görmürsən alça harada bitib?!

Mürşüd alçanın birini də dərib ağzına qoydu, yeyə-yeyə:

-Mən də deyirəm bu alça nə dadlıdır. İndi səbəbini tapdım. Bunun gübrəsi çox olub…

Özünü onlara çatdıran Mahir də öz növbəsində:

-Əlbəttə, gübrəsindəndir, – deyib onun sözlərini təsdiq etdi.  Sonra əlini uzadıb ağacdan bir neçə alça dərdi və ləzzətlə yedi.

                         Bakı şəhər, 31 mart 2021-ci il.

Müəllif: AKİF ABBASOV


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA ABBASƏLİQIZI – SƏNGƏR

Sona Abbasəliqızı – şair, yazıçı.

SƏNGƏR

(Lələtəpə şəhidlərinin xatirəsinə)
Ana namusudur,bacı isməti.
Boynuna biçilib ərən xisləti
Bu ulu millətin uca qisməti,
Haqqın ən müqəddəs yeridir SƏNGƏR!
* * *
Ocagı alışıb Babək közündən,
Bir cınqı yayınmaz qırğı gözündən.
Vətən kəlməsindən,Vətən sözündən
Güc alan möcüzə,sehrdir SƏNGƏR!
* * *
Müqəddəs olçüdür,müqəddəs mizan,
Varlığı düşmənin varlığın pozan,
Vətəni şəfqətlə bağrına basan ,
Isti bir qucaqdır,mehrdir,SƏNGƏR!
* * *
Üçrəngli bayrağı dalğalandıran,
Düşmənin bağrını yaxıb-yandıran
Göyçəli Sonanı ilhamlandıran,
Bir döyüş himnidir,şeirdir SƏNGƏR!
Müəllif: Sona Abbasəliqızı


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İBRAHİM RÜSTƏMLİ – APREL DÖYÜŞLƏRİ

İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist.

APREL DÖYÜŞLƏRİ
(Birinci yazı)
Aprel doyüşləri Azərbaycan ordusunu bütün dünyaya kəskin redaktələrlə təqdim etdi; uzun illər ictimai şüurda formalaşmış və qismən bərkimiş hökmran mövqeləri kökündən sarsıtdı; az qala hər tərəfdən düşmən təpkisilə üz-üzə qalmış azsaylı bir toplumun iradəsini ortaya qoydu; haqqı-hüququ tapdanan, yurdu-yuvası yağmalanan bir elatı kül altında qalmış köz kimi yenidən alovlandırdı…
Yəni, amansız TARİX hamımızın böyük həsrətlə gözlədiyimiz o möhtəşəm tamaşanı bu dəfə də eyni ssenari ilə gündəmə gətirdi: uzun illərin cansıxıcı sükutundan, yabançı siyəsət dəllallarının ürəkbulandıran zəvzəyliyindən boğaza yığılanlar, nəhayət, ədalətsizliyə qarşı üsyana qalxdı. Sanki şahmat taxtası üzərində izlənilən bu debüt ilk baxışdan bütün cəhətlərilə (açıq, yarımçıq və bağlı məzmunda) səhnə önünü qapatsa da, daha dərində fiqurların və piyadaların qarşılıqlı əlaqəsilə, əsas qanunlara tabe olan strateji prinsiplərlə, ən ümdəsi, ƏSGƏRİ RƏŞADƏTLƏ yadda qaldı.
Çünki öz abrına sığınan bir xalqın səbr kasasının nə vaxtsa sel kimi daşacağı gözlənilən idi. Mən bu selin qarşısını qəfildən böyük bir platina kimi kəsən siyasi qərarları müzakirə mövzusuna çevirməyəcəm: xalqımın mənafeyinə yad bir qərarda yabançı nəfəsəni, yabançı barmağını duymayacaq qədər sadəlövh deyiləm. O üzdən bəzi qonşularımızın Aprel döyüşlərilə bağlı səsləndirdiyi düşük bəyanatlarını öz dövlətinə və xalqına hörmətlə yanaşmağı bacarmayan siyasət bəzirganlarının davamlı əxlaqsızlığı kimi dəyərləndirirəm. Bütün cinahlardan düşmən təpkisilə üz-üzə qalan, ancaq yenə də tapdanmış haqqı uğrunda döyüşməyi bacaran bir xalqı bilərəkdən bu sayaq şərəfsizcəsinə aşağılamaq kişilikdən deyil. Çünki Aprel döyüşlərində kürəyini bu yurda, bu dövlətə sipər edib, sinəsini düşmən qabağına verənlərin son sözü – ilahi monoloqu həm də ulu yaradının diqtəsi idi: “Sağ qaldığına görə Allaha minnətdar olmayacaqsan!!!”
Mən əsgərəm, bilirəm, günəşli bir ölkəyə, xüsusilə, qızğın döyüşlərin getdiyi vaxtda soyuq qütblərdən təşrif buyurmuş şaxtalı ab-havanı “sinirmək” hamımız üçün çətindi. Ancaq belə bir məqamda öz içimizdə müharibə veteranlarına, müharibə əlillərinə arxadan təpik atanları da qınamaq iqtidarında deyiləm. Çünki canında-başında düşmən mərmilərinin nişanələrini gəzdirən o müharibə veteranlarının, o müharibə əlillərinin başbilənlərini sonradan həmin adamların ayağında böynubükük gördüm; bir əsgər kimi dünyanın ən ucuz əzabını yaşadım, dünyanın ən böyük cəzasını çəkdim.
Ancaq bu da son olmadı. Dünənlərdə müharibə əlillərinin haqqına girənlər bugünlərdə məvacib “savaşına” qalxmaqla qanı kəsilməyən yaralarıma yenidən köz basdılar, köz!..
Bax beləcə başlanğıçı ilə sonu bilinməyən bu nəfs davasının məntiqi davamı ucu itirlimiş kələf kimi boğazımıza sarılır, yediyimiz çörəyi, içdiyimiz suyu zəhərə döndərir. Müəllimləri daş daşımağa, divar hörməyə göndərilən xalq ən ucuz təsəlli menyusunda “soğan əkməkdən” başqa heç nə tapmır…
O üzdən öz fikrimi “dəmir kansler” Bismarkın dahiyanə deyimilə yekunlaşdırmaq niyyətimi də söz dalınca yüyürmək imkanımın məhdudluğu kimi dəyərləndirin. Gəlin parçalanmış alman knyazlıqlarını vahid dövlətdə birləşdirən, yeni xalq yaradan, general-ferldmarşal Otto Bismarkı dinləyək: “Fransa-Prussiya müharibəsində biz ona görə qələbə çaldıq ki, alman müəllimi fransız müəlliminə qalib gəldi…”
Bununla belə, Aprel döyüşləri Azərbaycan ordusunu Azərbaycan dövlətinin və xalqının ən mükəmməl, ən etibarlı güc mərkəzi, istinad nöqtəsi kimi təqdim etdi. Azərbaycan hökumətinin illər uzunu düşmən təxribatına cavab olaraq ali tribunalardan səsləndirdiyi haqlı tələblər bu dəfə fərqli farmatda, Azərbaycan əsgərinin simasında ifadə olundu. Mübariz İbrahimovun Qəhrəmanlıq salnaməmizə yeddi il bundan qabaq təkbaşına vurduğu möhür, bu dəfə onlarla igid hərbçimiz tərəfindən əsgəri rəşadət səviyyəsində təsdiqini tapdı. Düşmən seytnot vəziyyətinə düşdü…
Məhz bu anlarda erməni cəbhəsində baş verənlər Aprel döyüşlərinin obyektiv obrazını yaratmaq baxımından ən dürüst informasiya mənbəyinə çevrildi. Zorla əyninə əsgər libası geydirilən, əlinə silah verilən və yad torpaqlara göndərilən erməni gəncləri aldandıqlarını başa düşüb, tapdanmış hüquqlarını nə vaxtsa müdafiə etmək ümidilə geriyə üz tutdular. Amma daha gec idi. Çünki onların bu son şansı da mafiyalaşmış erməni iqtidarının “zaqradotryad”ı tərəfindən amansızcasına gülləbaran edildi…
Və dərhal səhnəyə birinci Qarabağ savaşının (ağzında protezini, əlində silahını saxlaya bilməyən) azsaylı tör-töküntüsü çıxarıldı. Di gəl mənəvi və fiziki imkanlarının aşılanması üzündən onlara da ön cəbhəyədək addımlamaq, səngərlərə qədəm basmaq qismət olmadı. Bu veteranların canısulu tam böyük əksəriyyəti isə öz arxasını sarqisyan hökümətinə çoxdan çevirib, çünki bir tikə çörək dalınca düşmək, sarqisyan kimi körpə qatilinin arxasınca düşməkdən daha vacibdi. Çünki erməni iqtidarı onları nə vaxtsa Qarabağa gətirən mənəvi tellərlə bağlı uydurulmuş əfsanələri indi xımır-xımır xalqın cibindən oğurladığı milyonlarla vəsait hesabına ucaldılan mal-mülk qismində heykəlləşdirib.
Nəhayət, belə bir məqamda, heç şübhəsiz, əlazsızlıqdan dolayı erməni qızlarının ifasında izlədiyimiz “striptiz” də tamamilə gözlənilən idi. Biz bu dağınıq saçlı, oynaq baxışlı gözəllərin simasında Kim Qardaşyanın potensial davamçılarını gördük və əsla təəccüblənmədik. Çünki ermənistan iqtidarı ən ucuz siyasi fahişəliyin peşəkar ixracatçısı kimi ən bahalı otellərdə özünə həmişə asanlıqla müştəri tapıb…
Aprel döyüşlərinin strateji, taktiki şərhi sırf peşəkarlıq baxımından zamana ehtiyacı olan məsələdi; Gələcəyin yaddaş boğçası cavabını gözləyən suallar sarıdan heç vaxt qıtlıq çəkməyib. İndilərdə isə bütün təfərrüatları ilə gün kimi aydın olan bir məqam var ancaq. O da əməliyyata cəlb olunmuş şəxsi heyətin şücaətidi; həmişə eyni həyacanla izlədiyimiz ən mükəmməl müharibə filmlərinin baş qəhrəmanlarını belə kölgədə qoyan misilsiz şücaəti.
O üzdən mən Azərbaycan əsgərinin əlindəki silahdan çox, Azərbaycan əsgərinin köksündəki ürəyə inanıram. Çünki ən müasir silahlarımızı ən müasir kütləvi informasiya vasitələrimizdə ən müasir deletantlarımızın ssenariləşdirdiyi ucuz şoularla zərərsizləşdirə-zərərsizləşdirə gedirik. Məxfiliyin sıxlığı azaldıqca sıralarımız da seyrəlir. Özünütərif həddini aşanda isə müxtəlif analizator nüvələri arasındakı zəruri hüceyrə əlaqələri kəsilir, effektorlar iflic vəziyyətinə düşür. Ən dəhşətli məqam da elə məhz bu zaman yaşanır: İşığı resepsiya edən fotoreseptorların imkanları məhdudlaşır və nəhayət, bizi bir-birimizə bağlayan tellərin üzərində otur(uş)muş “sərçələr” gözdən itir, diqqətdən yayınır. O sərçələr düşündüklərimizi, danışdıqlarımızı rahat-rahat həzmeyi-giramidən keçirir, sonra bir müddət yad səmalarda pərvazlanır, daha sonra yenidən bizi bağlayan tellərin üzərində oturub gəyirə-gəyirə yuxarıdan aşağı başımıza zıllayırlar…
Yəni, Aprel döyüşləri zamanı hiss olunan dissonans daha çox informasiya təhlükəsizliyi cəbhəsində, ritmə yad “xaric səslərlə” yaddaşımızı təklədi. Qulaqardına vurduğumuz məsələlərdə daha ciddi olmağımıza ehtiyac duyulduğu anda hədə-qorxu yolunu tutanlar isə əslində növbəti problemlərin özülünü qazmış oldular. Çünki bu cür xaric səsləri bir-iki saz-söz aşiqinin romantik çıxışları ilə boğmaq cəhdimiz bizi daha ciddi təhlükələrlə üz-üz qoya bilər. Reallıq və bu reallığın ANA XƏTTİ – QƏLƏBƏ ƏZMİMİZ əsas yükü danışan və döyüşən ordudan çox, DÜŞÜNƏN ORDUNUN çiyinlərində görmək istəyir. Axı hədəflərimiz böyükdü!..
Bu da nümunə: Aprel döyüşlərindən sonra Ali Baş Komandanın qürbətdən dönən torpaqlarımıza baş çəkməsi, hər şeydən əvvəl, o torpaqlarda Şəhid olanlara ehtiramın ən mötəbər səviyyədə ifadəsi idi. Bu həm də o demək idi ki, orduya göstərilən davamlı dövlət qayğısı Azərbaycan əsgərinin ana südü kimi halal haqqıdı. Bu həm də müharibə əlillərinin, müharibə veteranlarının haqqıdı!!!
Cənab Prezidentin bu möhtəşəm mesajı indiyədək ordu rəhbəri səviyyəsində rast gəlmədiyimiz, amma həyati əhəmiyyət daşıyan addımlara stimul verdi. Dövlətlə xalqı vahid cəbhədə birləşdirən motivlər isə daha sonrakı mərhələdə təbii zəncirvari reaksiyalarla özünü çox gözlətmədi. Aprel döyüşləri zamanı müharibə əlillərinin, müharibə veteranlarının birbaşa təmas xəttinə, ön mövqelərə nəqli bu sırada dövlətin növbəti təmsilçisini – müdafiə nazirini də cəmiyyətə daha böyük hədəflərin sözçüsü kimi tanıtdı. Z.Həsənov onları bu gün də ordu ailəsinin üzvi kimi görməklə ordu ilə cəmiyyət arasındakı vəhdətə yeni məzmun, yeni əxlaq gətirdi; bu, sadəcə müharibə əlillərinin, müharibə veteranlarının təmas xəttinə, ön mövqelərə adi gedişi deyildi; bu həm də təmas xəttində, ön mövqelərdə yaşananların – güllə səslərinin, barıt qoxusunun bütün ölkəyə birbaşa etibarlı nəqli idi. O üzdən məndən ötrü həmişə doğma olan Silahlı Qüvvələrimizin informasiya təhlükəsizliyi cəbhəsində yaşanan problemləri ən azı ümumi qaydada ifadə etmək haqqımı heç kimə güzəştə getmirəm. Çünki bu narazılıq deyil, narahatlıqdı! Çünki düşmən güllələrinin yolu ilk növbədə informasiya cəbhəsindən keçir. Çünki o güllələrə öz köksünü tanıtmaq yalnız Azərbaycan əsgərinin alnına yazılmayıb!..
Aprel döyüşləri mənim xalqımın, mənim dövlətimin sarsılmaz iradəsini, tükənməz gücünü bütün dünyaya tanıtdı. Bu iradənin, bu gücün əsl mənbəyi işğal olunmuş torpaqlarımızdı. Orada – Vətənin bütövlüyü uğrunda döyüşə atılanlar, orada – Vətənin bütöv göründüyü yerlərdə əbədiyyətə qovuşdular. Onlar o torpaqlarda qürurla yaşamağa, qürurla addımlamağa hamıdan çox haqqı olanlardı; canlarından keçdilər, torpaqdan keçmədilər. İndi bizim ən böyük yükümüz bu haqqın halallığını almaqdı. Ən böyük problemimiz də elə budu. Çünki seyrəlmiş sıralarımızdan sızan işıq çox vaxt ya öz xarakterini müəmmalı şəkildə dəyişir, ya da quyu dibində parlayan ulduzlar kimi görunməz olur. Günəbaxan tumu isə adama həmişə günəşi xatırlatmır…
Müəllif: İbrahim RÜSTƏMLİ



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru