“Yazarlar” jurnalı tərəfindən təşkil olunmuş müxtəlif tədbirlər zamanı qaliblərə və Azərbaycanı ölkəmizdən kənarda ləyaqətlə təmsil edən ziyalılarımıza təqdim olunur. təqdim olunur. Diplomdan ibarətdir. Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli yazarımız Çingiz Abdullayevin icazəsi və xeyir-duası ilə ərsəyə gəlmişdir. № 0001 (05.03.2024-cü il, Bakı şəhəri) diplom şəxsən Çingiz Abdullayev tərəfindən Azərbaycan Yazıçılar Birliyində ölkəmizi Norveçdə ləyaqətlə təmsil etdiyinə, Ana dilimizin qorunmasında xüsusi xidmətlərinə görə Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi nin koordinatoru, Yazarlar Jurnalı Norveç təmsilçisi xanım Günay Əliyeva (Gunay Aliyeva) ya təqdim olunmuşdur.
Özəl günlər ərəfəsində tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.
Kitab gözəl insan, əsl ziyalı bu sahədə öz sözünü çoxdan demiş təcrübəli naşir Zaur Qafarzadənin rəhbərlik etdiyi “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı artıq satışdadır.
Yuxarıda qeyd etdiyimiz kimi kitab yubiley tədbirləri çərçivəsində nəşriyyat tərəfindən şairin yubileyinə hədiyyə olaraq nəşr olunmuşdur. Ərəfəsində olduğumuz xüsusi günlərdə kitabın satışından əldə olunacaq gəlir də eyni zamanda “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrin həlli istiqamətində sərf olunacaq.
Kitab geniş oxucu kütləsi – ilk növbədə özəl günlərdə hədiyyə axtarışına çıxan uşaqlı-böyüklü, qızlı-oğlanlı, cavanlı-qocalı, kişili-qadınlı hər kəs üçün nəzərdə tutulub. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “…Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır…”
Dünyanın təməli sevgidir, gülüm! Dərdin, ah-nalənin özü də sevgi…
Deyən Zaur Ustacın “Sevgi dolu şeirlər” kitabı bütün özəl günlərdə (doğum günlərində, dostunuzu, sevgilinizi, anananızı ziyarət edərkən) sizin ən gözəl, ən dəyərli sovqatınız olacaq. Kitab eyni zamanda son 30 ilin Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlanan mütəxəssislər – filoloqlar, jurnalistlər, ali və orta təhsil müəssisələri müəllimləri, tələbələr, doktorantlar üçün də faydalı mənbə rolunda çıxış edə bilər və bu baxımdan çox əhəmiyyətli qaynaqdır.
Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən, onun şeir modellərinin böyük ədəbiyyata səciyyəvi bədii strukturun ideya (məzmun) strukturu ilə vəhdətini önə çəkmək, müasir oduğu qədər də öz soy-kökünə bağlılığını əks etdirmək baxımından olduqca faydalı olmaqla bərabər, ana dilimizin leksik tərkibini onun aktiv ve passiv fondu kimi də böyük əhəmiyyət kəsb edir, öyrədir. Burada köhnəliklə yenilik arasında əlaqəni, dilimizin zəngin söz ehtiyatlarından faydalanmaq qabiliyyətini, istifadə yollarını əyani şəkildə görür və zövq alırıq.
Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin ön sözü ilə başlayan kitabın redaktoru filoloq, çağdaş dünya ədəbiyyatı üzrə ixtisaslaşmış müstəqil ədəbiyyat tənqidçisi Günnur Ağayeva, rəssamı isə Azərbaycan Rəssamlar İttifaqınln üzvü tanınmış xalçaçı rəssam Natiq Nəcəfzadədir.
Kitab artıq satışdadır istənilən şəxs onu əldə edib sevgi dolu şeirlərlə tanış ola bilər.
Zaur Ustac demişkən: “Sevin ki, seviləsiniz!”
Kitabı əldə etmək istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilər (votsap da var):
Fəlsəfə nədir? Fəlsəfə, varlıq, bilik, əxlaq, şüur, dil və insan təcrübəsi kimi əsas suallar üzərində düşünmə və sorğulama praktikasidir. Fəlsəfənin məqsədi, bu suallara sistematik, məntiqli və tənqidi bir şəkildə cavablar axtarmaqdır. Fəlsəfi suallar adətən birbaşa müşahidə və ya təcrübələrlə cavablandırıla bilməyən, abstrakt və dərin məsələlərlə əlaqəlidir.
Fəlsəfə, adətən dörd əsas alt sahəyə bölünür:
Metafizika: Varlığın və gerçəkliyin mahiyyəti ilə bağlı suallar soruşur. “Niyə mövcuduq?”, “Kainatın mahiyyəti nədir?” kimi sualları əhatə edir.
Epistemologiya: Bilik anlayışı, mənbəyi və sərhədləri ilə maraqlanır. “Bilik nədir?”, “Nəyə etibar edə bilərik?” kimi sualları araşdırır.
Etika: Yaxşı, pis, doğru və yanlış kimi əxlaqi dəyərləri və normaları sorğulayır. “Yaxşı həyat necə yaşanır?” kimi sualları müzakirə edir.
Məntiq: Düzgün düşünmə yollarını araşdıran və arqumentlərin keçərliliyini qiymətləndirən bir intizamdır.
Fəlsəfə, dəqiq cavablar verməkdənsə, dərin düşünməyi, sorğulamağı və tənqidi baxış bucağını təşviq edir. Bu xüsusiyyəti ilə digər elmlərə də töhfə verir.
İndiyədək Nizami poeziyasının Baltik xalqlarının dillərində yayımlanması sahəsində ən möhtəşəm işi litvalı tərcüməçi Linas Broga (1925-2005) görüb. Bu, ilk növbədə, onun “Leyli və Məcnun” poemasını Litva dilinə çevirməsi ilə bağlıdır. Poema 1985-ci ildə Vilnüsdə kitab şəklində 14 min nüsxə ilə nəşr olunub. L.Broga kitaba poema ilə yanaşı, Nizamidən tərcümə etdiyi 5 qəzəli, 8 rübaini və 2 qəsidəni də daxil edib. O, “Leyli və Məcnun”un tərcüməsinə həm də 10 səhifədə müfəssəl izahatlar hazırlayıb, xüsusi lüğət tərtib edib və elmi tədqiqat səviyyəli geniş bir sözardı yazıb. Müəllif sözardını belə ibrətamiz fikirlərlə tamamlayır:
“Əsl sənət, əsl gözəllik – həqiqi bir dəyərdir və başqaları ilə bölüşəndə tükənmir. Odur ki, Nizaminin poetik sərvəti biz litvalılara da məxsusdur. Hərçənd bu sərvəti əxz etmək asan deyil. Nizami kimi nəhəng bir şairi orijinaldan layiqincə tərcümə etmək üçün biz hələ çox işlər görməliyik”.
Nizami Gəncəvinin “Leyli və Məcnun“ poemasının litvaca nəşrinin üzqabığı. Vilnüs, „Vaga“ nəşriyyatı, 1985-ci il, 280 səh.
Poemanın Litva dilinə tərcüməçisi Linas Broga
Linas Broga tərcümə prosesində digər mətnlərlə yanaşı, “Leyli və Məcnun” poemasının görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Mübariz Əlizadə (1911-1994) tərəfindən Azərbaycan dilinə edilmiş filoloji tərcüməsindən də istifadə etmişdir (Bakı, “Elm” nəşriyyatı, 1981, 285 səh.). Qeyd etmək vacibdir ki, L. Broga üçün bu filoloji tərcümənin mətnini Azərbaycan dilindən Litva dilinə böyük zəhmət, səbir və sənətkarlıqla, Vilnüsdə yaşayan həmvətənimiz, ədəbiyyatşünas, publisist və tərcüməçi Mahir Həmzəyev çevirmişdir.
M. Həmzəyev həmçinin “Leyli və Məcnun”un Litva tərcüməsi barədə litvalı şair-tərcüməçi Alfonsas Bukontas (1941) ilə birgə „Şam kimi, sən də öz xəzinənlə yan“ başlıqlı resenziya yazmış və bu məqalə Vilnüsdə Litva Yazıçılar İttifaqının “Pergale” adlı ədəbi jurnalının 1985-ci ildə çıxmış 12-ci sayında çap edilmişdir.
Nizami Gəncəvinin „Leyli və Məcnun“ poeması haqqında resenziyanın dərc edildiyi „Pergale“ ədəbi-bədi jurnalının üzqabığı. 1985-ci il, № 12
„Leyli və Məcnun“ poemasının Litva dilinə tərcüməsi barədə resenziya mətninin görüntüsü_№ 2
„Leyli və Məcnun“ poemasının Litva dilinə tərcüməsi barədə resenziya mətninin görüntüsü_№ 3
Mahir Həmzəyev dahi şair Nizaminin 880 illik yubileyi münasibətilə 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası Mədəniyyət nazirliyi tərəfindən Bakıda təşkil olunub keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumuna dəvət olunmuş və burada „Litvaya gedən Nizami yolu“ mövzulu ədəbi-tarixi məruzə ilə çıxış etmişdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, M. Həmzəyev bu Forumda AR Mədəniyyət nazirliyi tərəfindən „Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı“ ilə təltif edilmişdir.
M. Həmzəyevə təqdim olunmuş „Nizami Gəncəvinin 880 illiyi (1141-2021) xatirə nişanı“nın vəsiqəsinin görüntüsü.
Sözügedən „Litvaya gedən Nizami yolu“ adlı ədəbi-tarixi oçerk „525-ci qəzet“in 2022-ci ilin mayın 22-də çıxmış sayında dərc olunmuşdur (//525.az/).