VAQİF OSMANLI YAZIR

DÜNYANI DURNA BƏYAZLIĞINA DONDƏRƏNLƏRİN AMACI

05.08.2026-ci il müqəddəs bir gün oldu. Bu gün Zəngilanın yeddi məzarsız şəhidlərindən bir İsmayıl Barat oğlu İsmayılovun doğum günü, həm də şəhid İsmayılın bacısı Lalə İsmayılın ilk kitabı “Bəyaz durnalar”ın oxucuları ilə görüşü ilə yadda qaldı.

Torpağı müqəddəs qanları ilə Vətənə çevirən şəhidlər anıldı, həqiqi sözə dəyər verildi, Lalə xanımın söz mülkünə səyahət etdik.

Lalə xanımın öz dəst-xətti var. Könül duyğularından ibarət yaradıcılıq yolunda milli kökə və milli mənəvi dəyərlərə bağlılıq ana xəttdir.

Birinci növbədə Lalə xanımın lirik diliylə onun kim olduğunu vurğulayaq:

Əzəldən axıra yalan dünyaya
Meydan oxumaqçün gələn qadınam.

Ədalətsizliyə, haqsızlığa, qəddarlığa üsyan edən, meydan oxuyan Lalə xanım çağdaş Türk dünyasının çağdaş “amazonka”sı kimi ürəyinin haqq səsi, əzminin dirənişi, ədidəsinin dönməzliyi ilə hər şeirində bizi mübariz olmağa səsləyir. Bununla belə, o, “öz yerini əzəldən bilən qadın”dı, anadı, bacıdı, Türk qızıdı.

Sinəsində dağlar boyda qardaş dağı olsa da, həm də “ağlaya-ağlaya gülən qadın”dı. Çünki həyat, ədalət uğrunda döyüşlər insanlıq yaşadıqca davam edəcək. Və özündən razıdır ki, “yazıq görkəmində kəfən geymədən qürur libasında ölməyə” hazır olan qadındı. O, fəxr edir ki, şərəf, ləyaqət, qürur Türk qadınının başının tacıdır. Bu günümüzün acı gerçəkliklərinə, daha doğrusu, gerçək eybəcərliklərinə baş əyməyən Lalə xanım “anası Türk, babası Türk”, özü, sözü, düşüncəsi Türk el qızıdı. Bir sözlə, onun düşüncə süzgəcindən süzülüb gələn şeirlər böyük Türk nəğmələridir. O, “Türkün öz qızı, öz anasıdı”. Özlük bütövlükdür.

Lalə xanımın Novruz çərşənbələrinin birində yazdığı statusu çox düşündürücüdür. Yazır ki, papaq namusdur, papaq qeyrətdir, Tanrı eşqinə, öz əlimizlə papağımıza qoz qoydurmayaq.

Bu, hər bir Türk övladının həyat manifesti olmalıdır.

Əksər xalqların lüğətində, mənəvi dünyasında qeyrət, namus, ismət kimi ali mənəvi dəyərlər yoxdur. Bunlar bizim xalqın mənəviyyatının dayaq sütunu, aliliyidir. Bizi belə mənəvi məziyyətlərimizə görə daha yaxşı tanıyırlar, hətta bizə qibtə edirlər. Lalə xanımın şeirləri mənəviyyat nəğmələridir.

Lalə xanım hümanistdir, mərhəmətlidir. Başqa bir statusunda yazır ki, İranda Türk qardaşlarımız var, onların hər biri Tanrıya əmanət olsunlar. Lalə xanımın geniş ürəyindən xəbər verir bu milli nigaranlıq.

Bir ömür payında, ədəbi təxəllüsündə iki şərəfli missiya daşımaq düşüb Lalə xanımın zərif çiyinlərinə. İsmayıl (İsmayılova) onun həm soyadı, həm də Vətən uğrunda canını fəda edən məzarsız şəhid qardaşı İsmayılın bacısı olmaq şərəfi. Harda qardaşa həsrət bacı varsa, düşünürəm ki, o, Lalə xanımdır, harda balasına həsrət ana varsa, o, Lalə xanımın anasıdır.

Vətənin aydın səmasında nizamla, qatar-qatar süzən, göylərdən yerdəki insanlara durna diliylə ismarışlar göndərən durnaları bəyaz -sülh, təmizlik, səadət rəngində görənlər çoxaldıqca boz-bulanıq dünyamız səliqə-sahmana düşər, əminamanlıq olar.

Əsas məsələ odur ki, Lalə xanımın lirik dünyası özününküdür, həsrəti, kədəri, vüsalı, sevinci ilə. O. bunu “Bəyaz durnalar”da sübut edib.

07.08.2026

Müəllif:  VAQİF OSMANLI

“Ədəbi ovqat” ədəbi-bədii dərgisinin baş redaktoru

VAQİF OSMANLININ YAZILARI

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü


Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü


İllər ərzində Azərbaycanın mövqeyləri siyasi, ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq nüfuzu getdikcə güclənir və bunun sayəsində tərəfdaşlar ölkəmizi güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edilər
Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl üzərində Prezident İlham Əliyev dünya arenasında yüksək nüfuz qazanmış güclü, qüdrətli dövlət qurub. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ardıcıl olaraq həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də informasiya məkanında mübarizə qələbələr qazanır.
Bu gün ölkəmiz öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Bütün bu proseslərin arasında güclü siyasi iradə durur.
Müəllif, “Siyasi İradə, Bütövləşən Azərbaycan” adlı əsərində Prezident İlham Əliyevin rəhbərliyi altında Respublikamızın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunmasında atılan tarixi addımları və siyasi prosesləri qələmə almışdır.

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib
kultur.az xəbər verir ki,  05–06 avqust 2026-cı il tarixlərində Türkiyənin Ankara şəhərində keçirilən “9. BİLSEL International Gordion Science Research Congress” çərçivəsində Aybəniz Haşımovaya iştirakçı sertifikatı təqdim olunub.
O, konqresdə “The Wisdom of the Pen – The Power of the Word (A Scientific-Literature Approach to the Creative Work of Nijat Artürk)” (“Qələmin hikməti – Sözün gücü (Nijat Artürkün yaradıcılığına elmi-ədəbi yanaşma)”) adlı elmi məruzə ilə çıxış edib.
Qeyd edək ki, sertifikat konqresin Təşkilat Komitəsinin sədri, dosent Dr. Taner Akarsu tərəfindən imzalanıb.

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Əli NƏCƏFXANLI – GECƏNİ SEVMƏYƏN QIZ

GECƏNİ SEVMƏYƏN QIZ
“Mənim gecələrdən acığım gəlir…”
(R. adlı bir qızın etirafından)

Uzun bir tunelə bənzəyir gecə,
Kölgələr sürünə-sürünə keçir.
Arxayın saatlar, ləng dəqiqələr
Zülmətə bürünə-bürünə keçir.

Bir qız var, gecəni görən gözü yox,
Gecə qənimidi, səhər həkimi.
Gözünü zilləyib zil qaranlığa
Səhəri gözləyir səhərə kimi.

Divarlar yeriyib gəlir üstünə,
Yuxu həbləri də işə yaramır.
Gündüzlər damağı çağ olan qızın
Gecələr başlayır qara bayramı.

Bir qərib sevdanın itiklisidi,
Könlü haraydadı, qulağı səsdə.
Hərdən də sükutu tərpətmək üçün
Dərdini oxuyur bayatı üstdə.

Gecə ahlarıyla yalqız qalan qız
Axşamdan-sabaha şam kimi yanır.
Səhər açıldımı, dağılır dərdi,
Təzədən ömrünə ömür calanır.

Gündüzü min dillə dindirə bilir,
Bilmir gecə ilə dil tapsın necə.
Günəşə yalvarır – çıxıb getməsin,
Allaha yalvarır – düşməsin gecə.

Barışmaq istəmir öz qismətiylə,
Gecəni danmaqdan bezmir, yorulmur.
Amma nə etməli, ömür qatarı
Gecə tunelindən keçməsə, olmur.

Müəllif: Əlir Nəcəfxanlı

Əli Nəcəfxanlının yazıları

Məmməd Aslanın yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I