Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi
Etibar Həsənzadənin “Zəfərlərə Doğru” adlı kitabı AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə edildi
Bu barədə Yazar Etibar Həsənzadə öz rəsmi sosial media hesablarında məlumat vermişdir.
“Zəfərlərə Doğru” adlı kitabım Cümhurbaskanimiz Recep Tayyip Erdoğanin dava və yol dostu AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə hədiyyə. Diqqət və hörmətə görə AK Parti MKYK Üyesi Barış ÖzErol bəyə və məni layiqincə təmsil etdiyinə görə Gönül Elçim Mustafa Nazilli bəyə təşəkkürümü bildirirəm. Allah ömür versin Allah razı olsun sizlərdən var olun. Qeyd edim ki Barış bəy mənə salamlarını və xoş sözlərini xoş arzularını çatdırmış və uğurlar arzulamışdır. Bizdən də Qardaş Türkiyəmizdə ki dostlarımıza və Barış bəyə qucaq dolusu salamlar sevgilər.
“Milli Qəhrəman Vüqar” – Yeni kitabın təqdimatı Bu günlərdə Azərbaycan ədəbi mühitinin görkəmli və qocaman nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin sədri, Turan Xalq şairi, “Turan Ödülü”, “Ustad Niftalı Göyçəli” ödülü, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri ödülü və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, ədəbi təhlilçi və tənqidçi, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəlinin Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun xatirəsinə yazdığı “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poema kitabı işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Milli Qəhrəman Vüqar” (Bioqrafik poema) Müəllif: Niftalı Göyçəli Redaktor: Valeh Novruzov (Turan Yazarlar Birliyinin üzvü, ünlü-sədalı etnoqrafik “Dərəçiçək xatirələri” kitabının müəllifi Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı, 2026 Kağız formatı: 84×108 1/16 Kitabın həcmi: 104 səhifə Tiraj: 100
Kitab barədə: Bu poemada Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun obrazında I Qarabağ savaşında rəşadət göstərmiş igid əsgərlərimizin döyüş salnaməsindən bəhs olunur. Əziz şəhidimizə həsr olunmuş kitabın girişində Turan Yazarlar Birliyinin üzvü, TYB-nin xüsusi ödülü, “Hüseyn Cavid” ödülü və “Ustad Niftalı Göyçəli” ödülü laureatı, yazıçı-şair Ramil Bəylər tərəfindən kainat və varlıq aləmi barədə qələmə alınmış “Münacat” adlı gözəl şeiri təqdim edilir. Ardınca kitabın əsas hissəsində Ustad Niftalı Göyçəlinin uyğun mövzuda xüsusi məharətlə qələmə aldığı gözəl və mənalı poeması yer almışdır. Bundan sonra kitabın redaktoru Valeh Novruzovun II Qarabağ Savaşı ilə bağlı fikirləri, ardınca şəhid Vüqar Mürəslovun bibisi, Turan Xalq şairi Şəhla xanım Rəvanın həmin poema barədə qələmə aldığı nəzəri münasibəti yer almışdır. Kitabın sonunda isə “Şəkil albomu” başlığı altında şəhid Vüqar Mürsəlov və eləcə də onun yaxınları və cəbhə yoldaşlarına aid fotoşəkillər təqdim edilmişdir… Məlumat üçün qeyd etmək lazımdır ki, Ustad Niftalı Göyçəlinin “Milli Qəhrəman Vüqar” adlı bioqrafik poemasının ilk təqdimatı 26.07.2026 tarixində Cəlilabad şəhərində yerləşən “Tut Bağı” İstirahət Mərkəzində “Həməşəra” mətbu orqanının təşkilatçılığı ilə onun özü və eləcə də tanınmış ziyalılar, Cəlilabad ədəbi mühitinin bir qrup tanınmış və dəyərli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvləri, şəhid ailələri, habelə yazıçı və şairlərin, ədəbi təhlilçi, tənqidçi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə və səmimi aurada keçirilmişdir…
Minnətdarlıq: Fürsətdən istifadə edib, Azərbaycan ədəbi mühitinin qocaman nümayəndəsi, Turan məfkurəli Turan Xalq şairi, Ustad Niftalı Göyçəlini işıq üzü görmüş yeni kitabına görə səmimi qəlbdən təbrik edir, doğma elimizin fəxarətli sülaləsinə mənsub olan Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovla bağlı yazıb ərsəyə gətirdiyi belə bir gözəl və mənalı poemaya görə təşəkkürümü bildirir, eyni halda əziz və dəyərli Ustadımıza uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist) 04.08.2026
Xəstəyə şəfadır məlhəm ürəyin, Ümidsiz gözlərə işıqsan, həkim! Gülümsər gözlərin ümid yandırır, Sən həyat çeşməsi, bulaqsan, həkim!
Sadiq bir əsgərsən əlində silah, Dilindən düşməyir heç zaman Allah, Işə tələsirsən hər erkən, sabah, Ürəklər qızdıran ocaqsan, həkim!
Sənsiz bu dünyanın hər günü kədər, Ölüm tüğyan edər, yaşamaq hədər, Sevinc bəxş edirsən,hər axşam,səhər, Bütün insanlara dayaqsan, həkim!
Bir kabus dolaşır gəzir dünyanı, Alıb caynağına minlərlə canı, Belə çətin gündə sizə tay hanı? Könüllər yandıran çıraqsan, həkim!
Şirin sözlərindir xəstəyə dərman, Xəstənin gülüşü sənə ərməğan,, Səni ürəyində yad edir Sübhan, Xalqın keşiyində oyaqsan, həkim!
NECƏSƏN?
Çoxdandır ayrılıq salıbdır, yağı, Ata bir, ana bir qanım, necəsən?. Uzaq düşdün bacı, qardaş elindən, Can canımdan olan canım, necəsən? Ata bir, ana bir qanım, necəsən?.
Araz nalə çəkdi, gözlər qızıl qan, İkiyə bölündü bir bədən, bir can. Yanır için-için hey Azərbaycan, Təbriz, Ərdəbilim, şanım, necəsən? Sən canımdan olan canım, necəsən?.
Ey başı bəlalı, Gülüstan kəndi! Böldün bir milləti, əyildi qəddi. Çəkdin ürəyimə dəmirdən səddi, Gözündən yaş axan danım, necəsən?* Can canımdan olan canım, necəsən?. *-sübh çağım
DƏNİZ
Dəniz, yadındamı bir qız, bir oğlan? Gəzərdi qoynunda sənin bir zaman. Mavi gözlü qızı sevərdin sən də, Qalıbmı onlardan ürəyində iz ? Sən ey mavi gözlü, dalğalı dəniz!
Yanına gələndə tutub əl-ələ, Şaqraq ləpələrin dəyib sahilə, Sevinib baxardın hey gülə-gülə. Darıxardıq səni görməyəndə biz, İlk görüş günləri, ey mavi dəniz.
O mavi gözləri salanda yada, Gəlirəm yanına, çatırsan dada. Ürəyim dincəlir sənə baxanda, Olmusan bizlərə mehriban, əziz, Sən ey mavi gözlü, dalğalı dəniz.
Bir gün sahilinə gələrək mehman, Gördün tək gəzirəm, darıxdın yaman. Dalğalar sordular səbəbin haman, Külək də qanadın sallayıb səssiz, Baxmadız üzümə, ey mavi dəniz!
ŞƏHİD ƏSGƏR
Dönsəydi kağıza hər dağ, hər qaya, Dəniz də, mürəkkəb olsaydı əgər, Yazarlar dursaydı yerdən ta Aya, Yenə vəsf etməyə acizdir bəşər, Sizlərin haqqında, ey şəhid əsgər!
Yeni tarix yazdın, dillərdə dastan, Torpağın qayıtdı ,özün verdin can. Qovuldu ölkəndən işğalçı düşman. Gətirdin Vətənə xoşbəxtlik, zəfər, Sən ey şəhid olan, yenilməz əsgər!
Hayların gözünə çəkərək min dağ, İşğaldan qurtuldu doğma Qarabağ. Qalxdı xan Şuşada üçrəngli bayrağ! Qanlı döyüşlərdə göstərdin hünər! Düşmənə zərbəni endirən əsgər!
QALİB BAYRAĞIM!
Eşitsin insanlar, eşitsin dünya, Köləlik zəncirin qırdı yurdumuz. Bütöv Qarabağa gəldi bayrağım, Bu gün yeni tarix yazdı Ordumuz! “Hay”lara məzarı qazdı Ordumuz!
İkiyüz il yanan, od-alov söndü, Xalqımın vüqarı özünə döndü. “Muxtar vilayət”i arxivə gömdü, Gavurdan intiqam aldı Ordumuz! Dəmir zindanlara saldı Ordumuz!
Ay ellər, bir dönün, tarixə baxın! Gülüstan sülhünə, keçmişə axın! Qələbə bayrağın sinəyə taxın! “Hay”-a məzar qazdı indi Ordumuz! Düşmən bayrağını yendi Ordumuz!
Ey Şəhid ruhları, qalxın ayağa! Qanınız tökülən, o Qarabağa! Baxın Xan elində üçrəng bayrağa! Ağ bayrağ qaldırdı, o mənfur yağın! Yeni tarıx yazdı Vətən bayrağın!
Siz ey Qazilərim, eşq olsun sizə! Gəzdin Qarabağı, gəzdin diz-dizə. Ölümlə qaldınız hər an üz-üzə, Sarsılmaz qayatək keşikdə durdun, Haqqın məhkəməsin Bakıda qurdun.
Ali Baş Komandan, gözümüz aydın! Qələbə günlərin özlədin, saydın! Tarixə yazıldı müzəffər adın! Köləlik zəncirin qırdı yurdumuz! Yeni tarix yazdı şanlı Ordumuz!
Lalə İsmayılın ilk kitabı – “Bəyaz Durnalar” kitabının təqdimat mərasimi keçiriləcək
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə sizi mənalı bir tədbirə dəvət edirik.
5 avqust 2026-cı il, saat 14:00-da Azərbaycan Milli QHT Forumunda şair Lalə İsmayılın ilk kitabı – “Bəyaz Durnalar” kitabının təqdimat mərasimi keçiriləcək.
“Bəyaz Durnalar” kitabı Birinci Qarabağ müharibəsində məzarı olmayan, itkin düşmüş yeddi şəhidimizin əziz xatirəsinə ithaf olunub. Müəllifin qardaşı İsmayıl İsmayılov da həmin yeddi itkin şəhidimizdən biridir.
Tədbir çərçivəsində İsmayıl İsmayılovun doğum gününə həsr olunmuş anım proqramı keçiriləcək, qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad ediləcək.
Bu görüş Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ölməz xatirəsinə ehtiramın, ədəbiyyatın, vətənpərvərliyin və milli-mənəvi dəyərlərimizin təntənəsi olacaq.
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 83, World Business Centre, 2-ci mərtəbə (Heydər Əliyev Sarayının arxa tərəfində, Ziraat Bankın yerləşdiyi bina).
Ədəbiyyatsevərləri, ziyalıları, şəhid ailələrini, qazilərimizi, media nümayəndələrini və bütün ictimaiyyət nümayəndələrini bu mənalı tədbirdə iştirak etməyə dəvət edirik.