Etiket arxivi: HAQQINDA

Zülfiyyə Vəliyeva. Dədəm Qorqud Sənin ruhun şad olsun.

ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

Dədəm Qorqud Sənin ruhun şad olsun

        Yeni Era Türk erasıdır. Türkün dünyaya bəxşeyişi:-Elm, mədəniyyət, mənəviyyat, sülh ,barış.Türk dünyasının uğurlarına dəstək olmaq, dünyada sülhün, əminamanlığın qorunmasına töhfə vermək üçün daha səylə çalışmaq gərəkdir.  Ömrü boyu yol gedirık.Yolun uğurlu olması iki amillə bağlıdır. Qarşına qoyduğun məqsəd, kiminlə, yaxud kimlərə gedəcəksən bu yolu. İlk növbədə səni başa düsən, düz yola istiqamətləndirən, daim sənə dəstək olan İnsanlarla istənilən yolu rahat getmək, uğur əldə etmək mümkündü. Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona köməkdə göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. İnsanın niyyəti, xisləti, inamı, etiqatı onu ən yaxşı keyfiyyət göstəricisidir. Xalqını, millətini, dövlətini, dilini , dinini sevən harada yaşamasından aslı  olmayaraq bütün azərbaycanlılar, türk dill xalqlar, bəşəri duyğularla yaşayan insanlar bizmlə  birgə çalışıblar bu illər ərzində. “Kitabi – Dədə Qorqud” dastanı Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər, müvafiq istiqamətdə elmi-tədqiqat işi ilə məş­ğul olan, öz Vətənini ürəkdən sevən və ona xidməti özünə şərəf bilənlənlərin  Dədə Qorqud ruhuna olan ehtiramları elmi axtarışların  miqyası və xarakteri dəyişmişdir. Bu məqsədlə resbuplikamızda  Dədə Qorqud Milıli Fondu, Akademiyanın  Folklor İnstitutu nəzdində “Dədə Qorqud Mərkəzi” fəaliyyət göstərir. Bakı Dövlət Universitetinində fəaliyyət göstərən  “DƏDƏ QORQUD“ Elmi  Tədqiqat  Laboratoriyası  Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider H.Əliyevin 21 fevral 1999-cu il, 98  saylı sərəncamına əsasən Təhsil Nazirliyinin 04 may 1999-cu il 303 saylı əmri ilə yaradılmışdır. Ümummilli lider  dastanın 1300 illik yubileyi münasibəti üzrə “Dövlət Komissiyasının   tədbirlər Planı” haqqında sərəncam imzalamış və bununla yanaşı H.Əliyevin tapşırığı ilə YUNESKO çərçivəsində   “Kitabi-Dədə Qorqud”un  yubiley tədbirləri keçirilmişdir.  Drezdendə, Moskvada, Türkiyyənin bir çox şəhərlərində qeyd olunan konfranslar, görüşlər, elmi seminarlar “Dədə Qorqud” dastanlarının dünya səviyyəsində tanılmasında çox böyük rolu olmuşdur. Laboratoriyanın yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi ziyalı şəxsiyyətlər burada fəaliyyət göstərmiş, laboratoriyanın sonrakı çoxşaxəli və geniş fəaliyyətinə öz töhfələrini vermişdir. Azərbaycan ədəbiyyatı tarixi   kafedrası nəzdində fəaliyyət göstərən  laboratoriyaya 2015-2021-ci illərdə  akademik Nərgiz Paşayeva rəhbərlik etmişdir.  

“Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində olduqca önəmlidir.“Dədə Qorqud” eposunun yazıya alınma tarixi, tədqiqi tarixi, poetik strukturu, türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixində yeri, dastanın daha qədim qaynaqları sonrakı dastançılıq ənənələrimizdə  mövqeyi və təsiri, qəhrəmanlıq və məhəbbət dastanlarımızın  öyrənilməsində bir mənbə kimi istifadə olunması, eyni zamanda qədim və Orta əsrlər  Azərbaycan tarixinin araşdırılması, tarixi qaynaq kimi əhəmiyyəti və s. kimi filoloji parametrlərin laboratoriyada ardıcıl və sistemli şəkildə  elmi işlər formasında  aparılması əsas məqsəd olmuşdur.

Dövlətimiz tərəfindən yüksək diqqət və qayği ilə əhatələnən bu abidənin 2015-ci ildə alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən üzrə çıxarılması, nəşr edilməsi və dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam oldu. Bu əlamətlər hadisə ilə bağlı cənab Prezident İ.H.Əliyev 20 fevral 2015-ci il tarixində “Milli- mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycamçılıq ruhunda tərbiyə olunmasında “Dədə Qorqud” dastanlarının böyük əhəmiyyətini nəzərə alaraq, qorquddşünaslığın sistemli fəaliyyətinin təmin edilməsi məqsədi ilə Sərəncam imzalamışdır. Sərəncam sayəsində, dövlət səviyyəsində kollekviumlar təşkil olunmuş, kitablar, toplular dərc olundu, ali təhsil ocaqlarında beynəlxalq, elmi seminarlar həyata keçirilmişdir.

 “Dədə Qorqud” laboratoriyası fəaliyyət göstərməyə başladığı zamandan həmin problemlərin araşdırılması üçün xüsusi iş planı hazırlamış və bu plan əsasında fəaliyyətə başlanmışdır. Qeyd olunan məsələlərin, filologiyaya aid fənlərin daha da səviyyəli tədrisi və mükəmməl elmi bazanın təşkili üçün “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyanın elmi əməkdaşları tərəfindən 2010-cu ildə “Dədə Qorqud dünyası” I cild, 2012-ci ildə “Dədə Qorqud dünyası” II cild çapdan çıxmışdır. “Dədə Qorqud” ETL-nin əməkdaşları Türkiyə, İran, Rusiya və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.

2017-2018-cı tədris ili çərçivəsində laboratoriyada professor Adil babayevin rəhbərliyi ilə  “Dədə Qorqud ümumtürkün və Azərbaycan xalqının dastanıdır”, “Dədə Qorqudun vətəni Azərbaycandır” və “Kitabi-Dədə Qorqud dastadındakı xitablar milli-mənəvi dəyərlərin göstəricisidir” adlı elmi seminarlar keçirilmişdir. 

2021-ci ildən “Dədə-Qorqud” Elmi  Tədqiqat Laboratoriyasına Ağdam rayonun Gülablı kəndində anadan olmuş ,Filologiya üzrə fəlsəfə doktoru Almara Vəzir qızı Nəbiyeva  rəhbərlik edir. Laboratoriyada Fil.ü.e.d.prof.  Adil Məmməd oğlu Babayev oğlu (aparıcı elmi işçi), Ped.ü.f.d.dos. Aslanlı Mobil İsmayıl oğlu (baş elmi işçi) ,Fil.ü.f.d. Nəbiyeva Almara Vəzir qızı (elmi işçi),Fil.ü.f.d. Quliyeva Samirə Şükür qızı  (kiçik elmi işçi), Fil.ü.f.d. Babanlı İlhamə Məhəmməd qızı  (kiçik elmi işçi), Fil.ü.f.d. İbrahimli Ülviyyə Akif qızı  (kiçik elmi işçi), Əzimova Aida Yaşar qızı (kiçik elmi işçi),Cavadova Rəna Tofiq qızı (baş laborant), Əliyeva Fərqanə Sədaqət qızı (baş laborant), Feyziyyeva Fərqanə Mahəddin qızı (laborant),Qayyum Nigar Rüstəm qızı (laborant) fəaliyyət göstərirlər. ETL əməkdaşlarının şəxsi və ya həmmüəliflərlə birgə nəşr etdirdiyi mühüm monoqrafik tədqiqatlar, ETL-in xüsusi nəşr və topluları qeyd olunur.

2021-ci ildən başlayaraq Elm və Təhsil nazirliyin qərarı ilə il ərzində 6 elmi seminar keçirilmişdir:

-17.02.2022 “Kitabi Dədə-Qorqud” dastanının dünya ədəbiyyatşünaslığında  tədqiqi. Məruzəçilər: (Nəbiyeva Almara, Quliyeva Samirə,Cavadova Rəna)

-17.03.2022 “Kitabi- Dədə Qorqud” eposunda xalqımızın milli adət və ənənələrinin əksi (Novruz çərşəmbələri).  Məruzəçilər: (Babayev Adil, Nəbiyeva Almara,İbrahimova Ülviyyə,Babanlı İlhamə,Cavadova Rəna, Əliyeva Fərqanə).

-25.05.2022 “Kitabi Dədə-Qorqud” dastanının  3-cü əlyazmasının tədqiqi tədqiqi”. Məruzəçilər: (Quliyev Bayram,Babayev Adil,Əskər Ramiz,Nəbiyeva Almara, Babanlı İlhamə)

-21.10.2022 “Kitabi-Dədə Qorqud” dastanından gələn ənənələr, qopuzdan saza, sələflər və xələflər. Məruzəçi: (Mahmud Qara).

-16.11.2022 Dədə Qorqud – övliya,ozan,el ağsaqqalı kimi. Məruzəçilər: (Babayev Adil,Əliyeva Fərqanə).

-21.12.2022 “Kitabi – Dədə Qorqud dastanlarının dilində feillərin işlənmə tezliyi”. Məruzəçilər: (İbrahimova Ülviyyə, Babanlı İlhamə).

“Dədə Qorqud”  ETL-nın oktyabr ayında  keçirilən seminarı akademik Yaşar İbadovun “Dədə Qorqudla bağlı elmi tətqiqatları,əldə olunan nəticələr”ə həsr edilmişdir.  Qədim ulu babamız Dədə Qorqud mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı  azərbaycanlı alim,”Alternativ psixologiya” elminin müəllifi, Tibbi Biologoya Elmləri doktoru, Oksford Universitetinin akademiki Yaşar Saday oğlu İbadov tərəfindən elmi əsasalarla  təsdiqlənmişdir. Dədə Qorqun 560-cı ildə anadan olmuş 259 il ömür sürmüş , 819-cu ildə vəfat etmişdir. Dədə Qorqudun tarixi  şəxsiyyət olması haqqında  informasiyanın  dəqiqləşdirilməsinə elmi töhfəsini vermiş akademik Yaşar Saday oğlu  İbadov “DƏDƏ QORQUD”  mükafatı  ilə təltif  edilmişdir. Dədə Qorqudun doğum və ölüm tarixini müəyyənləşdirməsi, Dədə Qorqud obrazı əsl yeni tarixi nailiyyətdir. Qeyd edilmişdir ki, Azərbaycan elminin korifeyini Yaşar müəllimi İzmirdə Türk dünyası yenidən kəsf etdi. Vətənini ürəkdən sevən və ona xidməti özünə şərəf bilən vətəndaş kimi Dədə Qorqud ruhuna olan ehtiramının, eyni zamanda məhz onunla bağlı şəkilli yazının Azərbaycan övladına  kosmik yolla verilməsi qürur vericidi.

     Dekabr ayının 21-də “Kitabi – Dədə Qorqud dastanlarının dilində feillərin işlənmə tezliyi” mövzusunda kecrilən elmi seminarı Almara xanım açaraq qeyd etdiki, feil morfologiyanın ən bəhslərindən biridir. İstər müasir Azərbaycan dilində, istərsə də qədim və orta əsrlərdə feil bir nitq hissəsi kimi öz rəngarəngliyi ilə digər nitq hissələrindən fərqlənir.  Bütün dünya dillərində olduğu kimi Azərbaycan dilinin  də lüğət  tərkibinin daha çox qismini feillər təşkil edir. Bu fakt yalnız müasir dillərdə deyil, tarixi abidələrə də aiddir. “Kitabi-Dədə Qorqud” dastanlarında feillərin demək olar ki bütün növləri, şəkilləri, kateqoriyaları  öz əksini tapmışdır.

  Məruzəçi  Fil.ü.f.d. Babanlı İlhamə Məhəmməd qızı  (kiçik elmi) işçi. -“Kitabi – Dədə Qorqud” dastanını oxuduqca, vərəqlədiqcə onun sirli aləm olduğunun şahidi oluruq. Elə bu səbəbdən də dastan həmişə bütün dilçilərin, türkoloqların diqqət mərkəzində olmuş, tədqiqat obyektinə çevrilmişdir. Nitq hissələri arasında xüsusi çəkiyə malik feillərin  “Kitabi – Dədə Qorqud” dastanlarında özünün zəngilliyi və qədimliyi ilə seçilən əsas nitq hissələrindəndir. Zaman-zaman feillərin tərkibində dəyişikləiklər getmiş bəzi kök feillərə leksik şəkilçilər qoşularaq yeni sözlər yaranmış, bəzi feillər daşlaşmış şəkildə digər nitq hissələrinin kökündə qalmış, bəziləri isə uzun müddət bədii üslubda işlənilsə də, arxaikləşərək dilin passiv fonuna keçmişdir. Dastanda işləmə feillərinin müəyyən hissəsi heç bir dəyişikliyə uğramadan dövrümüzə gədər gəlib çıxmışdır. Məsələn: Ağlamaq, azmaq, doymaq, dirilmək, eşitmək, izləmək və s. Fonetik dəyişikliyə uğramış sözlərdən əgilmək-əyilmək, qormaq-qorxmaq, incilmək-incimək, yudmaq-udmaq və s.

 “Kitabi – Dədə Qorqud” un kitab fonduna daxil olan feillərin digər bir qismi ədəbi dilimizdə semantik və ya fonosemantik dəyişikliyə uğramışdır: qavarmaq-“əlini keçirmək”, bü gün- “mənimsəmək”, oxumaq-“çağırmaq”, bü gün kitab oxumaq mahnı oxumaq mənasında işlənir. Dastanın mətnində işlənən feillərin bir qismidə məhdud ərazidə- dialektlərdə öz izlərini buraxmış, ya da tamami ilə unudularaq işləkliyini itirmiş leksik arxaizmlərdir. Dastanın arxaik leksikasının bir qismi  bilavasitə onun öz dilini səciyyələndirir. Az və ya çox dərəcədə başqa abidələrdə təsadüf olunsa belə bunlar “Dədə Qorqud” leksikonu üçün daha tipikdir: bunalmaq, onarmaq, qulumaq və s. 

Əsləmək- “qulaq asmaq, sözünə baxmaq”. Aruz Təpəgözü dögdi yasaq eylədi, əsləmədi. Əsləmək feili müasir Azərbaycan dilində tamamilə arxaikləşmişdir. Lakin türk ədəbi dilində eslemek –“sözüne bakmak, tabe olmak”, türmən dlinin dialektində isə əsqermek- “sözə baxmaq, hesablaşmaq, hörmət etmək” mənasında işlənilir. Yay qanmaq-“sirkələnmək, ləpələnmək” mənasında. Dəniz kimi yayqandı.Oğuz qrupu türk dillərindən yalnız türkmən dilində yellənmək-“əsmək, silkələmək” mənasında yaykanmak feilə rast gəlinir.

Tonatmaq- “donatmak”. Yalıncık görsəm tonatdım. Bu feil  müasir Azərbaycan və türkmən dillərində qeydə alınmasa da, türk dilində bəzəmək, geyindirmək mənalarında donatmak fonetik tərkibində işlənilir. Belə misalların sayını artırmaq olar lakin bu faktların özüdə “Dədə Qorqud”da ki arxaik feillər haqqında bizə lazım olan məlumatı verir. Bir məqamı da nəzrinizə çatdırmaq istəyirəm ki “Dədə Qorqud” feilləri 484 feil müəyyənləşmişdir.                              

 Seminarda iştirak edən Respublikanın Əməkdar müəllimi, akademik M.Mehdizadə mükafatı laureatı Zülfiyyə Vəliyeva  çıxış edərək qeyd etdi ki, elmi seminarın  mövzusu aktualdur. Dədə Qorquddan  gələn  şirin ifadələr dilimizin zənginlıyində öz əksini tapmışdır. Kitabi – Dədə Qorqud” un leksikasının müasir Azərbaycan dili ilə müqayisəsi göstərir ki, müasir dilimizdəki semantik hadisələrin kökü bir başa qədim mənbələrə əsaslanır.

 Yeni era Türk erası adlanır! Dədəm Qorqud İstəyi Nə?

-Türk dünyası möhkəm olsun nar kimi!

Öz birliyin O qorusun Nar icində olan pərdələr  kimi!

Ellər cörəkli olsun!

Bir-birinə onlar arxa dayaq olsun!

Türk dünyası oyansın!

Veriləni O  bilsin!

-Yeni Era başlanır!

Yeni era Türk erası adlanır!

Türk dünyası sınanır!

İlahi dərgahından ,

Dədəm Qorqud ruhundan,

Türk elinə xeyir dualar verilir!

Dədəm Qorqud Sənin ruhun şad olsun!(Z.V)

      Dədə Qorqud aşiqlərinin müqəddəs ocaqda bir amal üçün gördukləri işlər qürurvericidir. Şübhəsiz Bakı Dövlət Universitetinin  “ Dədə Qorqud” Elmi Tətdqiqat Laborotosiyası qarşıda  duran vəzifələrin öhdəsindən layiqncə gələrək yeni yeni uğurlara imza atacaqlar!

 Türk dünyası dəyərlərinə, Vətənə, İnsana olan sevgilə yeni-yeni Uğurlara birgə imza atamaq istəyilə!

                                                                  

Müəllif: Zülfiyyə VƏLİYEVA       

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MƏMMƏD MƏRZİLİ. Zaur Ustacın “BB” kitabı haqqında.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Zaur Ustacın “BB” kitabı haqqında
Kitaba ön söz kimi Əliqulu Qəmküsarın şeiri ilə başlamaq klassikamıza hörmətdi. Həm də şairin öz zəmanəsindən olan gileyi, indiki zamanla müqayisə etməkdi.Baxırıq ki, o zamanla indiki zamanın arasında fərq çox azdı.
Zaurun toplayıb çap etdiyi bu hekayələrində həyatın reallıqları var. Bu hekayələrdə oxuduqlarımız hər birimizin gözləri qarşısında baş verən hadisələrdi. Mən burada elə Ə.Haqverdiyevin hekayələrinin davamını görürəm.
Tibb müəsisələrində, ticarətdə olan eybəcərlikləri Zaur çox gözəl qələmə alıb. İncəlikləri yumorla çox ustalıqla göstərə bilib.
Qarabağ müharibəsinin qazilərinə, veteranlara olan münasibətləri oxuduqca, bəzi üzdəniraq tibb işçilərini gözlərim önündən keçdilər…
Zaur, uğurlar olsun! Davamı gəlsin!

Müəllif: Məmməd MƏRZİLİ

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏQIBƏ QƏVVAS. ÇALINMAMIŞ “VAĞZALI”.

Rəqibə Ağa qızı Paşayeva 25 oktyabr 1959-cu ildə Sabirabad şəhərində anadan olub. Hazırda Sabirabad şəhərində yaşayır.

Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

ÇALINMAMIŞ “VAĞZALI”

Dan yeri yenicə ağarmış, xoruzların səsi bir-birinə qarışmışdı. Yuxudan erkən qalxan kənd adamları mal-qaranı, qoyun-quzunu tövlədən çölə çıxarırdılar. Qoyun-quzunun mələşməsi bir kənd səhərinin başlanmasından xəbər verirdi. Əlli illik ailə həyatını bir dam altında yaşayan Lətif baba ilə Zivər nənə də çoxdan oyanmışdı. Hər ikisi gözlərini eyni nöqtəyə zilləyib susmuşdu. Hava açıldıqca evin pəncərəsindən otağa düşən işıq bir nöqtəyə zillənmiş gözlərin səmtini aydınca göstərirdi. Bu gözlər düz 24 il idi ki, gündə bir neçə dəfə səliqə ilə çərçivəyə salınıb divardan asılmış bir gənc əsgərin şəklinə dikilib qalırdı. Bu şəkil Lətif baba ilə Zivər nənənin Qarabağ müharibəsində itkin düşmüş yeganə oğlu Xudunun şəkli idi.

Müharibə başlananda Xudu öz məktəblərində tarix fənnindən dərs deyirdi. O, iki ay idi ki, ibtidai sinif müəllimi Gülər müəllimə ilə nişanlanmışdı. Yay tətilində toyları olmalı idi. Oğul toyuna hazırlaşan ata-ananın sevincindən ayağı yerə dəymirdi. Bu o vaxtlar idi ki, I Pyotrun siyasəti ilə cəmi 150 il əvvəl torpaqlarımıza köçürülmüş, çörəyimizdən çörəkli, evimizdən evli, torpaqlarımızdan torpaqlı olan ermənilərin beyninin qurdu yenidən tərpənmişdi. Diaspora olduqları üçün nə Fransa, nə Amerika, nə də Rusiyada dövlət yaratmaq imkanı qazana bilməyən ermənilər diaspora ola-ola təkcə Azərbaycanda bünövrəsi 1923-cü ildə qoyulmuş Dağlıq Qarabağın muxtariyyət məsələsindən, 1948-1953 cü illərdəki deportasiyadan, 1960-cı illərdə baş verən hadisələrdən dişlərində qalan şirənin dadını yenidən duymuşdular. Əllərinə daha çox ərazi keçirmək eşqinə düşən ermənilər bu dəfə Qarabağı gözaltı etmişdilər. Həmin gündən yüzlərlə Azərbaycan oğulları Qarabağın müdafiəsi uğrunda döyüşlərə qatıldı. Xudu müəllim də həmin oğulların sırasında idi.

Ağır döyüşlərin birində yaralı halda ermənilərə əsir düşən Xudu müəllim haqqında daha heç bir xəbər olmadı. Elə o gündən indiyə qədər barmağında nişan üzüyü gəzdirən Gülər müəllimənin, Lətif babanın və Zivər nənənin gözləri Xudunu aparıb, ancaq geri qaytarmayan yollara dikilib qalmışdı…

Həyətdən gələn səs Lətif baba ilə Zivər nənəni xəyaldan ayırdı. Səs qonşu Kərimin 10 yaşlı oğlu Samirin səsi idi. O, asta-asta Lətif babanı çağırırdı. Yay tətili olduğuna görə hər gün səhər uşaqlarla qoyun-quzunu otarmağa gedən Samir Lətif babanın 5-6 qoyununu da özü ilə otarmağa aparırdı.

Lətif baba qalxıb həyətə düşdü.

-Sabahın xeyir, Lətif baba.

-Sabahın xeyir, ay oğul.

O, Samirin başını sığalladı.

-Allah köməyiniz olsun. Qonum-qonşu olmasaydı, biz kimsəsiz qocalar nə edərdik. Bu qoyunları sizin hesabınıza saxlayıram. Yoxsa, mən qoyun otaran halda deyiləm.

Lətif baba danışa-danışa qəhəlin qapısını açdı. Qoyunları çölə ötürdü. Samir əlindəki çomaqla qoyunları dəhmərləyib küçə qapıdan çölə çıxardı. Arxadan Zivər nənənin səsi gəldi:

-Ay Samir, dayan.

Samir ayaq saxladı. Zivər nənə əlindəki bükülünü Samirə uzatdı.

-Al, ay oğul, şirin külçədi, uşaqlarla yeyərsiniz.

Samir əlini uzadıb bükülünü aldı.

-Çox sağ olun, Zivər nənə.

Zivər nənə Samirin başını sığallayıb üzündən öpdü. Arvadı qəhər boğdu. O, boğazındakı qəhəri udmağa çalışdı. Son vaxtlar çox kövrək olan Zivər nənə özünü zorla ələ alıb əlini Samirin çiyninə qoydu.

-Siz sağ olun, ay bala, dadımıza yetirsiniz, qolumuzdan tutrsunuz. Cəmi qonum-qonşudan çox razıyıq. Uşaq olanda nə olar. Siz ki, bizim kimi kimsəsiz qocaları tək qoymursunuz, Allah sizdən razı olsun.

O, yaylığının ucu ilə yaşarmış gözlərini sildi. Baxışları çoxdan çıxıb getmiş Samirin gedərkən kip örtdüyü qapıda ilişib qaldı. Sanki xəyal bir anlığa əlləri qoynunda çarpazlaşıb qalmış Zivər nənəni götürüb çox uazaqlara apardı. Qapını örtərkən dörd barmağı qapının arasında qalıb qanamış beş yaşlı Xudunun göynəyə-göynəyə ağlayan səsini eşitdi. “Can bala” – deyib qapıya tərəf addımladı. Qollarını açıb yana-yana ağlayan oğlunu qucaqlamaq istədi. Bayaqdan yerində donub qalmış Zivər nənənin bu qəribə hərəkəti Lətif babanın gözündən qaçmadı. Yavaşca arvadını səslədi:

-Sənə nə olub, ay Zivər, hara gedirsən?

Zivər nənə Lətif babanın qəfil səsindən diksinən kimi oldu. Çaşqın halda gah qapıya, gah da Lətif babaya baxdı. Qapının ağzında dayanıb ağlayan Xudunun səsi xırp kəsildi. Səliqəli, tərtəmiz geyinmiş uşağın sifəti gözlərində çilik-çilik olub yoxa çıxdı. Elə bil arvadın üstünə soyuq su tökdülər. Bədənindən şiddətli gizilti keçdi. Sanki yuxudan ayıldı. Gördüklərinin xəyal olduğunu dərk edəndən sonra göz yaşlarını saxlaya bilmədi. Onu bu şirin xəyaldan ayırdığına görə ərinə acığı tutdu. Xəyalən də olsa ağlayan balasını bağrına basıb qoxulaya bilmədiyinə görə için-için göynədi.

Zivər nənənin bu hərəkətindən qorxuya düşən Lətif baba üzü qibləyə dayanıb əlini haqqın dərgahına qaldırdı: “İlahi, sən bizi sonrakı ayıbımızdan qoru. Bizə səbir əta elə. Ağlımızı əlimizdən alma”.

O, ağır-ağır addımlarla arvadına yaxınlaşdı. Əlini onun çiyninə qoydu:

-Özünü ələ al, ay Zivər.

Zivər gözləri yaşla dolmuş halda dilləndi:

-Uşağın səsi qulağıma gəldi, ay Lətif. Bax orada dayanıb ağlayırdı. Yadındadır, balaca olanda barmaqları qapının arasında qalıb qanamışdı. Eyni görkəmdə gözümə göründü. Həmin boy-buxunda, həmin paltarda…

Zivər Lətifin təəccüblə ona baxdığını görüb həyəcanlandı:

-Vallah, dəli olmamışam, ay Lətif. Uşaq olduğu kimi gözümə göründü. Özümü unutdum.

Zivərin səsi yavaşıdı. Elə bil o da özündən xoflanmağa başladı. Bunu hiss edən Lətif baba astadan dilləndi:

-Gedək çay içək. Çörək də yeməmişik.

-Qoy mən hinin qapısını açım, toyuqlar ac qalıblar. Sən keç evə, mən də gəlirəm.

O, hinə sarı gedib toyuq-cücəni həyətə buraxdı. Hinin üstünə qoyulmuş bakdan bir qab dən götürüb yerə səpdi. “Düti, düti”, – deyib o yan-bu yana dağılışmaq istəyən toyuqları dənə sarı çağırdı. Birdən elə bil bütün həyət başına fırlandı. Əlini hinin yanındakı heyva ağacına atdı. Ağacdan yapışıb yavaş-yavaş yerə çöməldi. Aralıda kötüyün üstündə oturub papiros çəkən Lətif baba ayağa qalxıb əlindəki papirosu yerə atdı. Zivərə sarı gəlib əlini ona uzatdı:

-Yapış əlimdən, səni evə aparım. Gedim Həmid həkimi gətirim, səni yoxlasın. Neçə gündür nasazlamısan. İynə-dərman yazsın, alım. Deyirlər bu axşamçağı pensiyalarımız da köçəcək.

O, Zivər nənənin qolundan yapışıb onu birtəhər evə apardı. Yatağına uzandırdı. Arvadın halı yaxşı deyildi. Elə bil ev başına fırlanırdı. Bədəni tamam gücdən düşmüşdü.

Lətif babanın gözləri yaşla dolmuşdu. O, rəngi solmuş arvadına baxıb yavaşca dilləndi:

-Güclü ol, ay Zivər, məni tək qoyma. Axı, biz bir-birimizə söz vermişik. Xudu gəlməyənə qədər ölməyəcəyik.

Halı özündə olmayan Zivər nənənin yarıyumulu gözlərindən yaş süzülüb yastığa düşdü. Lətif baba əlini onun alnına qoydu:

-Sən bir az səbirli ol, gedim Sənubəri çağırım. Həm də həkimin dalınca adam göndərim.

Zivər nənə zorla dilləndi:

-Qorxma, ay Lətif, mənə heç nə olmaz. Bir az başım ağrıyır, keçib gedəcək.

Lətif baba nigaran halda qapıya tərəf yönəldi:

-Həkim dalınca adam göndərib qayıdıram. Sən bir az toxtaq ol.

Lətif kişi yaşına yaraşmayan bir cəldliklə həyətə düşdü. Qonşu ilə öz aralarındakı çəpərə yaxınlaşıb həmyaşıdı Xanoğlanı səslədi:

-Xanoğlan, ay Xanoğlan.

Həyət süpürən Sənubər səsə çəpərə sarı gəldi. Xasiyyətinə uyğun astaca dilləndi:

-Sabahın xeyir, Lətif əmi.

-Sabahın xeyir, ay bala. Xanoğlan hardadır, gözümə dəymir.

-Dayım heyvanları naxıra ötürüb dükana getdi. Evə bir-iki xırda-para lazım idi. İndilərdə alıb qayıdar. Lətif əmi, nə isə demək istəyirdin?

-Hə, qızım, bizim qarı nasazlayıb. Həkim gətirmək lazımdır. Evdə tək qoya bilmirəm.

-Bəs, bunu mənə bayaqdan niyə demirsən? Uşaqlar yatıblar. Mən Zivər xalanın yanında qalararam. Sən tez həkimin dalınca get.

O, əlindəki süpürgəni evin divarına söykədi. Tələsik Zivər xalanın yanına yollandı. Elə küçə qapısından çıxmışdı ki, qaynatasının gəldiyini gördü. Addımlarını yavaşıdıb kişinin gəlməyini gözlədi. Bütün günü sil-süpürlə, biş-düşlə, uşaq-muşaqla keçirən Sənubərin birdən-birə küçədə görünməsi Xanoğlanı narahat etdi. Gəlinə çatan kimi təəccüblə soruşdu:

-Xeyir ola, ay Sənubər, salamatlıqdır?

-Lətif əmi səni soruşdu. Deyir Zivər xala xəstələnib. Evdə təkdir. Özü həkimin dalınca getdi. Mən də ora gedirəm.

-Hə, get-get, yubanma. Mən də əlimdəkiləri aparım evə qoyum, gəlirəm. Deyirəm axı, Lətif səhər-səhər tələsik hara gedir. Qapıdan elə çıxdı ki, heç məni də görmədi.

Xanoğlan öz-özünə danışa-danışa küçə qapısından içəri girdi: “Tifağın dağılsın, erməni. Qapın çırpılsın, erməni. Caamat min bir arzu-ümidlə, əziz təbərrik uşaq böyüdüb ki, yurdunda yurdçu olsun. İndi nə ölüsünü tapır ki, basdırıb qəbrinin üstündə ağlasın, nə də dirisini tapır ki, qocasına, xətəsinə sahib çıxsın. Adamın malı itər, pulu itər, deyərsən başının-gözünün tasatlığı olsun. Yoxsa adamın da balası itər? Belə də dərd olar? Belə də zülm olar?

Xanoğlan deyinə-deyinə aldığı ərzaqları mətbəxdəki stolun üstünə qoydu. Sonra astaca uşaqlar yatan otağın qapısını açıb üç yaşlı Çingizin və dünyasını çoxdan dəyişmiş arvadının adını daşıyan beş yaşlı Nisənin açılmış üstlərini örtdü. Uşaqları süzüb gülümsündü: “Allah saxlamışların yatışları da nadincdir. Bir üstünlükləri var ki, səhərlər bir az yatırlar”.

O, sakitcə qapını örtüb həyətə düşdü.

Artıq neçə gün idi ki, bütün kənd Zivər nənənin ağır xəstə olduğu xəbərini eşitmişdi. Bu çətin günlərdə qonum-qonşular bu kimsəsiz qocaları tək qoymurdular. Dəfələrlə təklif və təkid edilməsinə baxmayaraq hələ də ailə həyatı qurmayıb, barmağında Xudu müəllimin nişan üzüyünü gəzdirən saçları ağarmış Gülər müəllim də bu xəbəri eşidib sarsılmış, onları oğulsuz, yurdlarını sahibsiz qoyan ermənilərə lənətlər yağdırmışdı. Ata-anasının ölümündən sonra qardaşı ilə yaşayan Gülər müəllimə dəfələrlə öz-özünə gedib Zivər nənəni və Lətif babanı görmək, onlarla bir yerdə yaşamaq qərarını versə də son anda onu “Vağzalı” sədaları ilə o həyətə aparmayan taleyindən utanmış, həya etmişdi. Ancaq Zivər nənənin bu ağır günündə barmağında gəzdirdiyi üzüyün sahibinə sədaqət timsalı olaraq Lətif babagilə baş çəkməyi bir ailənin üzvü kimi özünün mənəvi borcu hesab edirdi. Gülər müəllimə özünü toplayıb qayınatasıgilə getməyi qərara aldı.

Zivər nənənin vəziyyəti getdikcə ağırlaşırdı. Onun sağalması üçün əlindən gələni əsirgəməyən Həmid həkim də gündə iki dəfə Lətif babagilə baş çəkir, xəstənin müalicəsini nəzarətdə saxlayırdı. Dünyanın gedişatından xəbərdar olan Lətif baba bir an da olsun ömür-gün yoldaşından ayrılmırdı. Yanağından süzülən isti göz yaşları ağappaq ağarmış saqqalını isladırdı. Divarboyu cərgə ilə döşəkçə üstündə oturmuş kəndin yaşlı qadınları gözlərini ölü kimi uzanmış Zivər nənəyə zilləmişdilər. Zivər nənənin dodaqlarını nəlbəkinin içindəki ilıq suya atılmış pambıqla isladan Sənubər də xısın-xısın ağlayırdı. Bütün ailəsini 1992-ci ilin 25-dən 26-na keçən gecənin fevralında Xocalıda itirən Sənubər Xanoğlan kişinin evinə gəlin gələn gündən mehrini qonşuluqda yaşayan, özü ilə həmdərd olan bu iki qocaya salmışdı. İpək kimi yumşaq xasiyyətli Zivər nənə də altı yaşında ata-anasını itirmiş Sənubərə öz doğma balası kimi yanaşmış, bilmədiklərini öyrətmiş, ağır işinin qulpundan yapışmışdı. Sənubər gözlərini son ümidi olan Zivər nənəyə zilləyib saqqalı uzunu yaş tökən Lətif babaya baxdıqca, oğul toyu, gəlin arzusu, nəvə həsrəti ilə yaşayan bu iki qocanın nisgil yükünün ağırlığını dərk etdikcə ürəyi göynəyir, göz yaşlarını saxlaya bilmirdi. Sənubər ağladıqca Lətif baba ilə Zivər nənənin həsrətlə gözlədiyi çalınmamış “Vağzalı”nın sədaları altında o müdhiş gecənin vahiməli səsini eşidir, bir-birinin ardınca Kətiyin ətəyinə səpilən ata-anasının, bacı-qardaşının, qonum-qonşuların nalə dolu fəryadını xəyalında canlandırırdı. Sənubər həyatla ölüm arasında əlləşən Zivər nənəyə baxdıqca, ən doğma adamını itirmiş kimi kövrəlir, onu bağrına basıb duz kimi yalamaq istəyirdi. O, sanki bir andaca altı yaşında ikən uşaqlığına son qoyub, onu böyüdən 25 fevral gecəsində olduğu kimi bağrına basmağa macal tapa bilmədiyi doğmalarını itirdiyi duyğu ilə göynəyir, sızıldayırdı. Zivər nənə də son anında öz yeganə oğlunu bağrına basa bilmədi.

Sənubər nəlbəkidəki suyu təzəliyib Zivər nənənin dodaqlarını ilıq su ilə islatdı. Birdən Zivər nənənin üç gündən bəri açılmayan göz qapaqları titrədi, alt çənəsi səyridi, gözləri Zivər nənəyə zillənmiş Lətif baba yerində qurcalandı. Öz-özünə pıçıldadı: “Allah, sən özün kömək ol!” Divarboyu oturmuş arvadlardan bir neçəsi ayağa qalxıb Zivər nənəyə yaxınlaşdı. Sələmə arvad əyilib diqqətlə onu süzdü. Başını yırğalayıb dilləndi: “Şükür Allaha, salamatlıqdır. Rəngi-ruhu da üstündədir”.

O, əlini Zivər nənənin alnına qoydu. Elə buna bənd imiş kimi arvad gözlərini açdı. Sələmə sevincək onun əllərini əlinə alıb dedi: “Şükür Allaha, deyəsən oyandın”.

Zivər nənə yorğun-yorğun ətrafdakıları süzdü. Baxışlarını dolandırıb Lətif babaya zillədi. Yorğun gözləri yaşla doldu. Bir dəri, bir sümük olan əlini Lətif babaya tərəf uzatdı. Lətif əlli illik ömür-gün yoldaşının açılan gözlərinə baxıb sevincdən kövrəldi, anasından yetim qalmış uşaq kimi hönkür-hönkür ağladı. Sanki kimsəsizlik çökmüş qaranlıq komasına işıq saçan ümid qapıları açılmışdı.

Arvadlar kirimişcə oturmuşdular. Lətif baba çarpayının qabağındaca dizi üstə çöküb Zivərin titrəyən əllərini ovuclarının arasına aldı.

-Sənə nə olub, ay Zivər, haran ağrıyır?

Zivər nənənin dolmuş gözlərindən axan yaş damlaları yastığa süzüldü. Güclə eşidiləcək bir səslə dilləndi:

-Ürəyim ağrıyır, ay Lətif.

O, təngnəfəs oldu. Sənubər pambıqla onun göyərmiş dodaqlarını islatdı. “Su verim, içirsən?” – deyə soruşdu. Zivər nənə yüngülcə başını tərpətdi. Sənubər ona bir neçə qaşıq su içirdi. Elə bu vaxt küçə qapısı astaca döyüldü. Üzüm çardağının altında oturmuş 5-6 kişi qapıya tərəf boylandı. Xanoğlan qalxıb qapıya tərəf getdi. Gələn Gülər müəllimə idi. Qapı açılan kimi onsuz da həyəcanlı olan Gülər müəllimə özünü itirdi, ürəyi şiddətlə döyünməyə başladı, dili topuq vurdu: “Mən gəldim ki…”

O, sözünün dalını gətirə bimədi. Gözləri yaşla doldu. Başını aşağı saldı. Elə Xanoğlan kişi də çaş-baş qalmışdı. O da özünü topladı: “Xoş gəlmisən, qızım, lap yaxşı eləyib gəlmisən. Burada dayanma, keç içəri”.

Gülər müəllimə utana-utana həyətə girdi. Onu görən kimi oturanların hamısı ixtiyarsız olaraq ayağa qalxdılar. Hamı lal-dinməz başını aşağı salıb dayandı. Xanoğlan kişi: “Gəl, qızım, gəl, Zivər xalan içəridədir”, – deyə dilləndi. O, kövrəlmiş halda Lətif babanı səslədi: “Lətif, ay Lətif, bir çölə çıx, gör kim gəlib”.

Lətif balkona çıxdı. Gülər müəlliməni görüb yerindəcə donub qaldı. Selə dönmüş göz yaşlarına hakim ola bilmədi. Qollarını açıb qıza tərəf yeridi: “Bizi bağışla, qızım. Səni gəlin havası ilə bu həyətə gətirə bilmədik. Biz sənin qarşında günahkarıq”.

Gülər müəllimə hönkürüb özünü uşaq kimi qayınatasının üstünə atdı. Lətif baba 24 il yolunu gözlədiyi gəlinini bağrına basdı, ağarmış saçlarını sığallayıb alnından öpdü: “Yurdun sahibsiz qalsın, erməni, niyə yurdumu sahibsiz qoydun?” – deyib hönkürdü. Həyətdəki kişilər gəlin səliqə-sahmanına, nəvə ayaqlarına həsrət qalan, sükut çökmüş bu həyət-bacaya, saqqalı uzunu yaş tökən bu tənha qocaya baxdıqca kövrəlir, bir-birindən gizlin göz yaşlarını silirdilər. Lətif baba gəlninin əlindən yapışıb içəri çəkdi: “Gəl içəri, qızım, qoy son nəfəsində Zivər anan da səni görsün”.

O, Güləri Zivər nənənin çarpayısının yanına gətirdi. Ehmalca arvadını səslədi: “Zivər, ay Zivər, gözlərini aç, gəlnimiz gəlib. Gülər səni görməyə gəlib”.

Zivər nənənin hərəkətsiz bədəni gərildi. Gözlərini açıb Gülərə baxdı. Başını qaldırmaq istədi, gücü çatmadı. Zorla eşidiləcək bir səslə dedi: “Can bala, sənin ağarmış saçlarına ölə bilməyən canım qurban”.

Gülər əyilib qayınanasının üzündən öpdü. Hər ikisinin göz yaşları bulaq kimi qaynayırdı. Zivər nənə yenə nə isə pıçıldadı, ancaq onun nə dediyini heç kəs başa düşmədi. Düz iki saat idi ki, o, gözlərini Xudunun divardan asılmış şəklinə zilləyib qalmışdı. Arvadlar Zivər nənənin çəkdiyi əziyyətin səbəbini bilirdilər. “Ölə bilməyir yazıq, balasını gözləyir. Gəlini də gəldi, yenə sakitləşmədi. Ağır dərddir, neyləsin, bircə bala ola, o da itkin düşə. Gözlərinin qabağında gəlini qarıyıb qocaldı”.

Arvadlar gözlərinin yaşını silə-silə pıçıldaşır, Sələmə arvad isə lal-dinməz qulaq asırdı. Birdən o, yavaşca ayağa qalxdı. Gedib Xudunun divardan asılmış şəklini gətirib Zivər nənənin sinəsinin üstünə qoydu. Əllərini çarpazlayıb şəklə söykədi. Bunu hiss edən Zivər nənə əlini çətinliklə şəklə toxundurdu. Elə bil ürəyi təlatümə gəldi. Sinəsi aramsız qalxıb-enməyə başladı. Şəkli sinəsinə sıxdı. Sonra şəkli taqətdən düşmüş əllərinə alıb qurumuş dodaqlarına yaxınlaşdırdı, şəkli duz kimi yalamağa başladı. Elə bil bədəninə güc gəldi. Başını yastıqdan qaldırdı. Hamının eşidəcəyi bir səslə fəryad etdi: “Harda qaldın, ay oğul, daha gözləməyə gücüm çatmır, məni bağışla”.

Zivər nənənin cansız bədəni çarpayıya düşdü.

Müəllif: Rəqibə QƏVVAS

RƏQİBƏ QƏVVAIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

24 DEKABR – AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR!!!


İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN TƏHSİLİ
Müstəqil Azərbaycanımızın memarı, Ümummilli liderimiz Heydər Əliyev zirvəsi! Bu zirvədən baxanda Ulu öndərin saldığı və gələcəyə böyük inamın təntənəsi olan yollarda mətin addımlarla irəliləyən və millət atasının arzularını uğurla gerçəkləşdirən möhtərəm prezidentimiz İlham Əliyevi görürük!
Hakimiyyətdə olduğu illərdə o, Azərbaycanımızın şan-şöhrətini bütün dünyaya yayıb, iqtisadiyyatımızı dirçəldib və misli görünməmiş qüdrətə çatdırıb, ordumuzu gücləndirib, sənayemizi inkişaf etdirib.
İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycanın dövlət büdcəsi dəfələrlə artmışdır və artmaqda davam edir. Dövlətlərin Azərbaycana böyük maraqları var, bir-birinin ardınca neçə-neçə ölkə rəhbəri, iş adamı respublikamıza gəlib müxtəlif sazişlər, müqavilələr imzalayır, diplomatik əlaqələr yaradırlar. Hər dəfə bu böyük şəxsiyyətin – İlham Əliyevin müxtəlif səviyyəli tədbirlərdə, ayrı-ayrı dövlət başçıları ilə görüşlərində məruzə, çıxış və nitqlərini dinləyəndə, məntiqli, aram-aram, təmkinlə, mahir diplomat və uzaqgörən siyasətçi kimi söhbətlərini, mülahizə və mühakimələrini eşidəndə heyran qalır, Azərbaycan vətəndaşı olmağımıza görə iftixar və qürur duyuruq.
Azərbaycan regionda lider dövlətdir. Bu xüsusda cənab İlham Əliyev deyir: “Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkəsidir… İndi Azərbaycan bütün sahələrdə bir ölkə kimi nümunə olubdur… Bizim iştirakımız olmadan regionda heç bir məsələ həllini tapa bilməz. Nə iqtisadi, nə nəqliyyat, nə enerji, nə də siyasi məsələ”.
Həmin sözlərdə dərin həqiqət vardır.
Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə digər sahələrdə olduğu kimi, təhsilimizin inkişafına, onun dünya təhsil sisteminə inteqrasiya olunmasına da xüsusi diqqət və qayğı göstərmiş və hazırda da diqqət və qayğısını əsirgəmir.
İnsan elm və təhsil sahəsində kamilləşir, onun dünyagörüşü genişlənir, cəmiyyətin həyatında yaxından iştirak edir, hörmət və nüfuz sahibi olur. Ölkəmizi savadlı, elmli adamlar irəlilədir, dünyanın qabaqcıl, inkişaf etmiş ölkələri sırasına çıxarır. İlham Əliyev insanın, cəmiyyətin həyatında təhsilin rolunu həmişə görmüş və yüksək qiymətləndirmişdir. Hələ 2000-ci ilin mart ayında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində işləyərkən, millət vəkili kimi Bakı Dövlət Universiteti tələbələri ilə görüşündə demişdir: “Tələbəlik illərindən çox səmərəli istifadə etmək lazımdır. Çünki müasir həyatda hər şeyi bilik və təcrübə həll edir. Əgər 20-30 il bundan qabaq əsas məsələ – deyə bilmərəm ki, hamı üçün, amma bir qrup adamlar üçün – əsas məqsəd diplom almaq idisə, indi sənin lap 5-10 diplomun olsa da, biliyin, savadın yoxdursa o diplomlar sadəcə kağıza çevrilir. İlk növbədə bilik, təcrübə və həvəs olmalıdır – əsas amillər bunlardır”.
Ona görə də cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan təhsilinin inkişafını diqqət mərkəzində saxlamaqdadır. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artırılması, pedaqoji kadrların hazırlanması işinin təkmilləşdirilməsi, şagird və tələbələrlə təlim və tərbiyə işlərinin səviyyəsinin və keyfiyyətinin yaxşılaşdırıması, istedadlı uşaqlara qayğı və onların qabiliyyətlərinin qiymətləndirilməsi, tədris ocaqlarının inşası və əsaslı təmiri və s. deyilənlərə əyani sübutdur.
Möhtərəm Prezident cəmiyyətin həyatında, ölkəmizin inkişafında və tərəqqisində, xalqın yüksəlişində, maariflənməsində təhsilin böyük imkanlarını görmək və qeyd etməklə kifayətlənmir, bu istiqamətdə konkret tədbirlər görür və əhalinin geniş təbəqəsinin, aidiyyəti şəxslərin və təşkilatların təhsilin təşkili və idarə olunmasındakı məsuliyyətini nəzərə çatdırır. Cənab Prezident göstərir: “Bütün işlər məhz məktəbdən başlayır və məktəbdə təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”.
İlham Əliyev təhsilimizin inkişafında dünya təcrübəsindən bəhrələnməyi lazım bilir, müxtəlif ölkələrin ali məktəbləri ilə dostluq və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir və bu sahədə fəal təşəbbüs göstərir. Onun bu səyini xarici ölkələrin səlahiyyətli nümayəndələri də etiraf edirlər. Belə ki, Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Quberski İlham Əliyevə universitetin fəxri doktoru diplomu təqdim edərkən demişdir: “Azərbaycan Prezidentinin fəal dəstəyi sayəsində Azərbaycan və Ukrayna ali məktəbləri arasında dostluq əlaqələri və əməkdaşlıq genişlənmiş və dərinləşmişdir”.
Belə dostluq və birgə əməkdaşlığın bariz nümunəsini Prezidentimizin Bakı şəhərində M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında 15 yanvar 2008-ci ildə imzaladığı sərəncamda görmək mümkündür. Sərəncamda deyilir: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə təhsil sahəsində genişmiqyaslı islahatlar proqramı həyata keçirilir, özəl sektor formalaşır, respublikanın beynəlxalq təhsil məkanına inteqrasiya prosesi sürətlənir. Azərbaycan vətəndaşlarının Rusiya Federasiyasının nüfuzlu ali məktəblərində təhsil almaq istəyi respublikada yüksək səviyyədə tədris həyata keçirən mötəbər bir universitetin filialının açılmasına zərurət yaratmışdır”.
Möhtərəm Prezidentimizin bu kimi xeyirxah, uzaqgörən və faydalı təşəbbüsləri xalqımızın, uşaq, yeniyetmə və gənclərin təhsilə yaxından bağlanmasına şərait yaratmaqla yanaşı, xarici dövlətlər tərəfindən də təqdir edilir və yüksək dəyərləndirilir. İlham Əliyev M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral, 2008), İordaniya Universitetinin (29 iyul, 2007), Macarıstanın nüfuzlu Korvinus Universitetinin (18 fevral, 2008), T. Şevçenko adına Kiyev Milli Universitetinin (2008) və başqa universitetlərin fəxri doktoru seçilmişdir.
İlham Əliyevin uzaqgörənliyi sayəsində ölkəmizin iqtisadi uğurlarından sosial məsələlərin, təhsilin problemlərinin və s. həllində səmərəli istifadə olunur. Bu, təsadüfi deyildir, çünki “bizim gələcəyimiz təhsillə bağlıdır, bu, ölkəmizin, millətimizin gələcəyi məsələsidir. Azərbaycanda təhsilin səviyyəsi artır və biz buna çox sevinirik. … Təhsil inkişaf perspektivlərimizi müəyyən edən başlıca sahədir” (İlham Əliyev).
Möhtərəm Prezidentimiz şagirdlərə məktəbdə tədris olunan bütün fənləri yaxşı öyrənməyi tövsiyə edir, Azərbaycan dili və ədəbiyyatın rolunu xüsusi qeyd edir. Cənab İlham Əliyevin sözləridir: “Azərbaycan dili və ədəbiyyat kabineti uşaqların ana dilini mükəmməl öyrənməsi işində böyük rol oynayır. Bizim ədəbiyyatımız, ana dilimiz müstəqil Azərbaycan Respublikasının inkişafında çox böyük əhəmiyyət kəsb edir. Arzu edirəm ki, uşaqlar ədəbiyyatımızı yaxşı oxusunlar, yaxşı tərbiyə alsınlar, yaxşı vətəndaş olsunlar”.
Cənab İlham Əliyev ölkənin inkişafında elmi-texniki tərəqqinin, texnologiyaların əhəmiyyətini xüsusi vurğulayır. Prezidentimiz bu barədə deyir: “Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”. Odur ki, cənab Prezident ümumtəhsil məktəblərinin siniflərin kompüterləşdirilməsinə ciddi əhəmiyyət verir. Bu barədə deyir: “Bilikli, savadlı uşaqlar, gənclər gələcəkdə Azərbaycanı idarə edəcəklər. Məktəblərdə kompüter sinifləri yaradılır və internetə qoşulur ki, uşaqlar bunu öyrənsinlər və dünyada gedən proseslərdən xəbərdar olsunlar”.
Möhtərəm Prezidentimiz xarici dillərin öyrənilməsinə xüsusi diqqət yetirir (“Hər bir gənc xarici dilləri bilməlidir”). Cənab İlham Əliyev özü də xarici dilləri dərindən bilir, yüksək kürsülərdə, mötəbər məclislərdə, nüfuzlu görüşlərdə ingilis, türk və rus dillərində heyrət doğuracaq aydınlıqla, sərbəst, təmkinlə danışır, fikrini sərrast, məntiqli ifadə edir.
Cənab Prezident müəllim şəxsiyyətinə böyük qiymət verir, onların şərəfli və yorulmaz, eyni zamanda çətin əməyini yüksək dəyərləndirir. Bu xüsusda deyir: “Müəllimlərin üzərinə çox böyük vəzifə düşür. Vaxtilə mənim də müəllimlik fəaliyyətim olub və həyatımın bu dövrü mənə çox əzizdir… Gələcək nəslin yetişdirilməsi, onların tərbiyə olunması, Azərbaycana bacarıqlı kadrların hazırlanması çox böyük vəzifədir və ölkəmizin inkişafı məhz bu bilik səviyyəsindən asılı olacaqdır”.
Qabaqcıl məktəblərin; nəzəri və metodik hazırlığa, pedaqoji ustalığa pedaqoji ustalığa malik olan, şagirdlər və valideynlər, pedaqoji ictimaiyyət arasında dərin hörmət və nüfuz qazanmış müəllimlərin fəaliyyətini qiymətləndirmək cənab Prezidentin xüsusi diqqət mərkəzində olan məsələlərdəndir.
İlham Əliyev istedadlı uşaqları xüsusilə diqqət mərkəzində saxlayır, onların yaradıcı qabiliyyətlərini, istedad və bacarıqlarının hər vəchlə inkişaf etdirilməsinə qayğı göstərməyi və bunun üçün əlverişli şərait yaradılmasını vacib hesab edir, onların ruhlandırılması, həvəsləndirlməsi ilə bağlı tədbirlər görür.
Ölkə Prezidenti məktəb tikintisinə də ciddi fikir verir və bu sahədə “Heydər Əliyev Fondu”nun səmərəli fəaliyyətini də xüsusi vurğulayır: “Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla icra olunur. Fondun xətti ilə 200-ə qədər yeni məktəb tikilibdir. Yəni bu, ümumi işimizdir, deyə bilərəm ki, ümumxalq işidir”.
İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə respublikamızda yüzlərlə yeni məktəblər tikilmişdir. Görülmüş işlərin faydasından danışarkən cənab Prezident göstərir: “Bu böyük nailiyyətdir və davam etməkdədir. Çünki hələ yararsız vəziyyətdə olan məktəblərin sayı kifayət qədərdir. Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər”.
Cənab Prezident şagirdləri və tələbələri yaxşı oxumağa çağırır və göstərir ki, tələbə üçün əsas stimul oxumaq olmalıdır. Eyni zamanda qeyd edir: “Bilirsiniz, mən başa düşürəm ki, bəzi hallarda təqaüd çatmır. Mən özüm də tələbə olmuşam, mən də ayda 45 manat təqaüd alırdım və təqaüdlə yaşamağın nə demək olduğunu yaxşı bilirəm. Ancaq eyni zamanda təqaüdü əsas amil kimi götürmək, məncə, düzgün olmazdı. Siz həyatda ilk addımlarınızı atırsınız. Sizin əsas stimulunuz bu olmalıdır ki, yaxşı oxuyasınız, yaxşı bilik alasınız və gələcəkdə yüksək maaşlar alasınız”.
Bu gün Azərbaycanımız dünya dövlətləri arasında şərəfli və öncül yer tutur. Respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Elm, təhsil, mədəniyyət və incəsənətimiz də, sənayemiz, nəqliyyat, iqtisadiyyatımız da, hərbi qüdrətimiz də fərəh doğurur. Şəhərlərimiz, rayonlarımız abadlaşır, gözəlləşir.
Bütün bu uğurlarımızın çoxuna möhtərəm Prezidentimiz İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə nail olmuşuq!
30 ilə yaxın bir dövr idi ki, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan erməni faşist işğalçılarının tapdağı altında idi. Dünya dövlətləri susurdu. ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) tərəfgördülük edir, ermənilərin mövqeyini müdafiə edirdilər. BMT-nin erməni işğalçılarının, erməni ordusunun qeydsiz-şərtsiz Azərbaycan ərazisindən çıxmasını tələb edən 4 qərarı yerinə yetirilmirdi.
Azərbaycan Prezidentinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu hərəkətə gəldi. Ermənilərin 6 il ərzində işğal etdiyi torpaqlarımız cəmi 44 gün ərzində işğaldan azad olundu.
Buna görə cənab İlham Əliyevə minnətdarıq! İndi həmin şəhər, rayon və kəndlərimizdə quruculuq işləri həyata keçirilir.
Cənab İlham Heydər oğlu Əliyevin 61 yaşı tamam olur. Biz möhtərəm Prezidentimizi 61 illik yubileyi münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi, suverenliyi, tərəqqisi, xalqımızın rifahı və təhlükəsizliyi yollarındakı səmərəli fəaliyyətinə görə ona uğurlar diləyir, uzun ömür, cansağlığı arzulayırıq!!!
Cənab Prezidentimiz həmişə var olsun!!!

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor, respublikanın Əməkdar müəllimi .

AKİF ABBASOVUN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – ONU TANRI SEÇİB!

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustadan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


ONU TANRI SEÇİB
Şərəfli əcdadın şanlı övladı ,
Bütün ulusunun qolu, qanadı,
Hər yanda fəxrlə çəkilir adı,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
İlhamdır istəyi, elin arzusu,
Amalı, bir şirin dilin arzusu,
Əməli, tər qönçə gülün arzusu,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nizamı, gərdişi ustadan usta,
Təftişi, gedişi ustadan usta,
Planı, döyüşü ustadan usta,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Seçir, sonalayır, sorur düşməni,
Ağladır, sızladır, yorur düşməni,
“iti qovan kimi qovur düşməni”
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!
* * *
Nitqi, bəlağəti, şəsti yerində,
Görkəmi yerində, büstü yerində,
Alınmaz qaladı, postu yerində,
Çağ açıb qapadan söydandır soyu!
Tanrı tərəfindən qutlanıb toyu!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd Haqsevər. Uşaq şeirləri

ƏHMƏD HAQSEVƏRİN YAZILARI

UŞAQ ŞEİRLƏRİ
QÜDRƏTİN BAŞI
Dünən gecə maraqla
Gedirdi evdə söhbət.
Kimsə dedi itirib
Başını qonşu Qüdrət.
* * *
İşə bax, bu gün səhər
Gördüm həmin qonşunu.
Başı yerindəydi ki,-
Hardan tapıb başını?

CİNASLI DEYİMLƏR
Gözəldir görkəmi ?–
Yaxşı bax, gör kəmi.
* * *
Yaxşını yaxşı san,
Deyərəm yaxşısan.
* * *
Nəfsə ram olmaram,
Sən də gəl olma ram.
* * *
Layiqsə, təriflə,
Məhv etmə təriflə.
* * *
Dünyada ölkə min,
Oğluyam ölkəmin.
* * *
Yalandan əl çalır,
Doğrudan alçalır.
* * *
Paxıllıq–yaradır,
Xəstəlik yaradır.
* * *
Div gördüm yuxuda,
Eh… qaçdı yuxu da.
* * *
Doğulan hər çağa
Sevincdir hər çağa.
* * *
Bu palto qızındı,
Geyindi, qızındı.
* * *
İstəyir yara maz,
Başqa şey yaramaz.
* * *
Bədə xoş deyildi,
Yox, belə deyildi.
* * *
Düzəltdi saatsaz,
İşləyir saat saz.
* * *
Yol kimin?–Böyüyün.
Eləysə böyüyün.
* * *
Düşmən ki buyurdu,
Gəl qoru bu yurdu.

AZADIN KONFETLƏRİ
Öz iki konfetini
Çoxdan yemişdi Həsən.
Qardaşının payına
Göz dikmişdi deyəsən…
* * *
Yaxınlaşıb Azadı
Aldatmağa çalışdı.
,,Birini ver də mənə.”-
Şirin-şirin danışdı.
* * *
Başladı axtarmağa,
Tapmadı heç birini.
Harda gizlətmişdisə
Biləmmədi yerini.
* * *
Azad bir xeyli güldü,
Dedi:-İşlətmişəm çəm.
Mən öz konfetlərimı
Qarnımda gizlətmişəm.

GİLAS BUDAĞI
Gülçöhrə tez qaçaraq
Əlində kiçik budaq
Evə girdi sevincək,
Gülüşü açdı çiçək.
Budaqda vardı xeyli
Meyvə iri, şirəli.
Dedi:-Ata, bura bax,
Cənnət imiş bizim bağ.
Mən budağı qırmışam,
Sənə pay gətirmişəm.
Gör nə qədər gilas var,
Yesən, necə xoş olar!
Ata görcək bu halı,
Tam dəyişdi əhvalı.
Dedi:-Ay gözəl qızım,
Yadında qalsın sözüm.
Ağac canlıdır axı,
Qırmaq ilə budağı
Əzab vermisən ona,
Ağrısı yetməz sona.
Bizə dostdur ağacllar ,
Onların çox xeyri var,-
Bol-bol verirlər meyvə,
Hələ bundan əlavə
Təmizləyirlər hava,
İşmi görürlər yava?
Yayın isti vaxtında
Dincəlirik altında.
Bir də belə şey etmə,
Ağacları incitmə.

HAMIDAN ƏVVƏL
Hamıdan əvvəl Bakı
Qarşılayır səhəri.
Günəş Xəzərdən çıxıb
Salamlayır şəhəri.

OĞURLUĞUN NƏTİCƏSİ
Elnur baxıb ağaca
Dərindən köks ötürdü.
Gördü ki, yoxdur görən,
Yerdən bir daş götürdü.
* * *
Qonşunun ağacına
Həmin o daşı atdı.
Daş bir anda qayıdıb
Öz başını qanatdı.
* * *
Ancaq o nahaq yerə
Axıtdı göz yaşını,-
Oğurluq etməsəydi,
Qanatmazdı başını.

ÜMİD VƏ TELEVİZOR
Qucağımdan kənara
Hey dartınırdı Ümid.
Başa düşmürdüm niyə
Bu körpə qalmır sakit.
* * *
Birdən gördüm boylanır
Ümid televizora.
Mən də bircə anlığa
Nəzər yetirdim ora.
* * *
Ekranda görünürdü
Beş-altı kiçik uşaq.
Səpələnib ətrafa
Bir xeyli də oyuncaq.
* * *
Demə, Ümid əl atıb
Televizora sarı,
İstəyirmiş götürsün
Ordan oyuncaqları.

ALİYƏNİN ŞEİRİ
Hər kəsə yazdın-
Dedi Aliyə,-
Bəs mənə şeir
Yazmırsan niyə
* * *
O ki çiçəkdir,
Gözəl-göyçəkdir.
Şeir gərəkdir
Şəkər dilliyə?
* * *
Gördüm layiqdir,
Etməsin fikir.
Yazıb bir şeir,
Etdim hədiyyə.

ƏN BÖYÜK DƏRS
Düşündü müəllimi
Səməndər aldatmağı,
Dünən dərsi danışıb
Qiymət almışdı axı.
* * *
Bütün günü oynayıb
Dərs öyrənmədi daha.
Amma bu fikri ona
Başa gəldi çox baha.
* * *
Çevrildi həqiqətə
Düşündüyünün tərsi.
Müəllimi çağırdı
Danışmaq üçün dərsi.
* * *
Səməndərin boğazı
Tamam qurudu qaldı.
Dünən ,,beş” almışdısa,
Bu gün də ,,iki” aldı.
* * *
Bu da dərs oldu ona,
Bir də belə etmədi.
Dərsi hazırlamamış
O məktəbə getmədi.

CAVANŞİRİN YUXUSU
Gecənin bir yarısı
Evdə hamı yatmışdı.
Cavanşir səs-küy salıb
Oğuzu oyatmışdı.
* * *
Səhər Oğuz elədi
Qardaşından şikayət.
Anası da soruşdu
Cavanşirdən nəhayət:
* * *
-Gecənin yarısında
De,qalxmısan ayağa,
Qardaşın Oğuzu da
Qoymamısan yatmağa?
* * *
Cavanşir dedi:-Ana,
Nədənsə qaçdı yuxum.
Daha yuxum gəlmədi,
Ha gözlərimi yumdum.
* * *
Oğuz dedi:-Yalandır,
Qapını da açmayıb,
Cavanşirin yuxusu
Heç bir yana qaçmayıb.

VƏTƏN NƏDİR ?
Ümid soruşdu:- Baba,
Ay baba, Vətən nədir?
Baba öz nəvəsinə
İzah elədi bir-bir.
* * *
Sən də, mən də, anan da-
Ailəmiz Vətəndir.
Bax, bu həyət, bu küçə,
Məhəlləmiz Vətəndir.
* * *
Xoşbəxt yaşadığımız
Şəhərimiz Vətəndir.
Üzümüzə xoş gələn
Səhərimiz Vətəndir.
* * *
Dərin-dərin dərələr,
O dağlar da Vətəndir.
Görmədiyimiz uzaq
Torpaqlar da Vətəndir.
* * *
Deyib anladığımız
Bu şirin dil Vətəndir.
Bizim dildə danışan
Bu xalq, bu el Vətəndir.
* * *
Bax, binların hamısı
Birləşib bir can olur.
Hamımızın anası
Azəribaycan olur.
* * *
Buna görə Vətəni
Qorumalıdır hər kəs.
Ana kimi Vətən də
Sayılır çox müqəddəs.
* * *
Ana Vətəni sevmək
Borcudur hər bir kəsin.
Bizdən başqa kimi var
Axı, bu müqəddəsin?!
* * *
Biz bilməsək qədrini
Nə qalacaq Vətəndən?
Düşmənlər qırar bizi,
Nə sən olarsan, nə mən.
MÜƏLLİF:ƏHMƏD HAQSEVƏR
Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

ƏHMƏD HAQSEVƏRİN YAZILARI



ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şair, publisist Zaur Ustacın “BB” kitabında yer almış “BB” hekayəsi haqqında fikirlərim…

AYTAC İBRAHİMİN YAZILARI

Şair, publisist Zaur Ustacın “BB” kitabında yer almış “BB” hekayəsi haqqında fikirlərim…
Zaur Mustafa oğlu Mustafayev 8 yanvar, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnistutunda və Şamaxı Humanitar kollecində davam etdirmişdir.Qeyd edək ki, Zaur Mustafayev Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyyatda olan zabitdir.
Zaur Mustafayev 1998-ci ildən etibarən dövri mətbuatda çıxış edir, “Zaur Ustac” təxəllüsü ilə yazıb, yaradır.
Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi, baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatıdır.
Onun yaradıcılığında nəzm və nəsr nümunələri bərabər bölünmüşdür.Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, yazar bədii əsərlərin, bir çox dərs vəsaitlərinin, publisistik yazıların müəllifidir.Onun “Oriyentar ulduzu”, “Gülzar”, “Qələmdar”, “Zimistan”, və bir çox kitabları oxucular tərəfindən böyük rəğbətə səbəb olmuşdur.Yazarın vətənə olan pak məhəbbəti, vətən həsrəti yaratdığı əsərlərində öz əksini tapmışdır.
Zaur Ustacın ərsəyə gətirdiyi tədris vəsaitləri, “Güllünün şeirləri”(Məktəbəqədər hazırlıq qrupları üçün vəsait),” 39 həftə”(İngilis dili üçün xüsusi proqram) 39 weeks (Special program for English) müəllimlər tərəfində böyük həvəslə qarşılanmışdır.
Yazarın növbəti kitabı isə “BB” kitabıdır.Kitab Əbdürrəhim bəy Haqverdiyev-150 yubileyi tədbirləri ilə əlaqədar görkəmli ədibin əziz xatirəsinə ehtiramla qələmə aldığı müxtəlif hekayələrdən ibarətdir.Hər bir hekayənin özəlliyi və məntiqi sətiraltı mesajları olduğunu düşünürəm.Ən çox diqqətimi çəkən hekayə isə “BB” hekayəsi oldu.
Hekayədə cəmiyyətimizdə baş verən hadisələrin ümumi reallığı əks olunmuşdur.Hekayəni oxuduqca hiss edirik ki, bu reallıqlar nə tənqid edilməli, nə də müsbət emosiyalarla qarşılanmalıdır.Diqqət yetirsək, hekayədə dövrümüzə uyğun paradoksal vəziyyət biruzə verilmişdir.Əlbəttə ki, bu hal oxucunu daha da düşündürməyə zəmin yaradır.Yazarın elə ən çox oxucuları dərinliklərə aparan hekayəsi, fikrimcə, məhz budur- “BB”…
Hekayəni oxumağa başlamamışdan əvvəl “BB” adı hədsiz maraq yaradır.Nəyə görə “BB”?
Axı, “BB”-nin mənası nə ola bilər?
Artıq hekayəni oxuyar, oxumaz bu suallara cavab tapmaq mümkündür.Hekayənin bütün mahiyyətini dərk etmək üçün, hekayənin iki obrazı- Əli Mülayim(Jurnalist) və Bəy Bala müəlliminin (Məşhur “BB” şirkətinin rəhbəri)dialoquna diqqət yetirmək lazımdır.Hekayədə Bəy Bala müəllim demişkən, Əli Mülayim təxəllüsündən göründüyü kimi mülayim obraz nümayiş etdirir.O, sadəcə işini hərtərəfli, ən kiçik detalları ilə mükəmməl görməyə can atan şəxsdir.Bəy Bala müəllim isə cəmiyyətimizdə uğur qazanan bəzi insanların iç üzüdür və onların demək istədiyi hər şey məhz elə Bəy Bala müəllimin Əli Mülayimlə olan dialoqunda əks olunmuşdur.Universtitetə müəyyən məbləğ ilə düzəlir, hər hansı bir dövlət işində işləmək təklifini rədd edir, özünə necə olursa olsun bir ailə biznesi yaratmağı daha üstün tutur.Amma maraqlısı da budur ki, bu adam həm öz biznesini yaratmaq üçün çalışır, həm də öz məhsulları satılsın deyə insanların həmin məhsula qarşı təlabatını yaradır.Məsələn, elə misal götürək, “Bit” biznesini.Biznes və bit sözləri yanaşı işlənəndə bir az beyinlərdə mizah hissi doğursa da, planlanlaşmış və bütün nəslin cəlb olunduğu bir biznesdir.Öz yaxınlarının başında bit yaratmağı məmnuniyyətlə özünə fəxr bilən bu adam hələ onları xalqın sıx olduğu yerlərdə gəzməyə də şövq edir.Əslində, Bəy Bala müəllim bu halda intellektual iş adamı kimi görünür, amma sual yaranır.Bəs vicdan? Bəs cəmiyyətə vurulan ziyan? Bəs xalqı aldatmaq?
Bunlar bir iş adamın insanlıq kitabında yazılacaq bir şeydirmi? Bizim fikrimizcə, əlbbəttə ki, yox.Qətiyyən örnək alınacaq bir vəziyyət deyil.Lakin, gəlin, günümüzdəki gərçəklərə bir nəzər salaq.Zəmanəmizdə irəliyə getmək üçün, özünün şəxsi biznesini qurub, ortaya bir məbləğ qoyub, özünə nə isə bir şey fikirləşib etməsən, elə yaradacağın biznes başlamamış sona yetər.Hiylə, kələk bəzən ticarətin inkişafında dayanan metodlara çevrilə bilir.Düşünürəm ki, hekayənin paradoks yaradan və dərin düşüncələrə dalmağa imkan verən nüansı da elə burdan başlayır.
Hekayənin sonluq hissəsinə az qalmış, Bəy Balanın həyat yoldaşının zəng etməsi ilə sanki hər şeyin üstündən bir andaca qara xətt çəkilir.
Ümumiyyətlə, Bəy Balanın xanımı ilə danışığından Əli Mülayim bir nəticəyə gəlməsə də, hardasa o hissləri anlayışla qarşılayır və daha çox sual vermir.
Əli Mülayim də, Bəy Bala müəllim də, elə bu hekayənin yaradıcısı Zaur Ustac bəy da hər şeyin fərqindədir…
Fikrimcə, belə bir süjet xətti ilə yazılmış, xalqa subliminal mesaj verən hekayələrə ehtiyacımız var.Belə hekayələr bir xəzinədən daha dəyərlidir, həm mənəviyyatımız üçün, həm də insani cəhətlərimizin inkişafı üçün…

Müəllif: AYTAC İBRAHİM

AYTAC İBRAHİMİN YAZILARI


ZAUR USTACIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AYAZ İMRANOĞLU. GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR

AYAZ İMRANOĞLUNUN YAZILARI

Ayaz İmran oğlu Abbasov 15 mart 1959-cu ildə Zəngilan rayonu, Zərnəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır.

GÖZLƏYİRƏM SƏNİ, ƏSGƏR

Son bir ayda Tural Yusifovun xasiyyətində qəribəliklər baş verirdi. Həmişə deyib-gülən, əsgər yoldaşları ilə mehriban davranan, bölükdə hər kəsin doğmasına çevrilən, verilən tapşırıqları can-başla yerinə yetirən bu azərbaycanlı balası hamıdan qaçaq, adama yovuşmaz olmuşdu. Fikirli-fikirli gəzib dolaşırdı, tamamilə özünə qapanmışdı, gecələr yata bilmir, səhəri dirigözlü açırdı. Hətta bir neçə dəfə hərbi qayda-qanunu pozmuş, tapşırıqları başdansovdu yerinə yetirmişdi.

Gecə növbətçisi serjant Sokolov kazarmada hamının yatdığı vaxt Turalın gecə paltarında hərbi hissənin həyətində gəzişdiyini görmüşdü…

Tural “kurilka”dakı (siqaret çəkmək üçün yer) oturacaqda əyləşib ilk dəfə görürmüş kimi göydəki ulduzlara baxırdı. Saysız-hesabsız ulduzlar arasından özünün bəxt ulduzunu axtarırdı. Qütbdə par-par parıldayan qoşa ulduza gözlərini dikdi. Nəsə yadına düşüb qeyri-ixtiyari qımışır, dodaqları tərpənirdi. Bir zamanlar Lalə ilə birlikdə ulduzlara baxa-baxa qovuşacaqlarına tam əmin olmuşdular. İndi isə o günlər yadına düşüb bulud kimi dolmuşdu. Siqaret yandırıb acı tüstünü elə iştahla ciyərlərinə çəkirdi ki, elə bil bu zəqqutum tüstü dərdinə məlhəm olacaq. Fikri, xəyalı uzaqlarda cövlan etməkdəydi. O qədər dərin düşüncələrə qərq olmuşdu ki, bayaqdan yanında dayanıb ona maraqla tamaşa edən Sokolovu görmürdü. Hətta Sokolovun onun soyadını çağırması Turalı xəyal dünyasından ayıra bilmirdi. Sokolov ikinci dəfə:

-Yoldaş Yusifov, nə üçün yatmırsan? Bəlkə xəstələnmisən, kömək edə bilərəm, – deyəndə xəyallardan ayrıldı.

Əsəbləri tarıma çəkilmiş adamlar kimi çönüb Sokolovu süzdükdən sonra avtomatdan çıxan gilizlər kimi səksənib kənara sıçradı:

-Heç nə, heç nə! – kəkələyib siqaretin kötüyünü yanındakı zibilqabına atıb ayağa durdu. Sokolova məhəl qoymadan iti addımlarla kazarmaya girib çarpayısına uzandı.

Turalın bu qəribə hərəkətləri komandir-zabit heyətini, əsgər yoldaşlarını çox narahat edirdi. Həmvətənli əsgər yoldaşları onu dilə tutub nə baş verdiyi ilə maraqlansalar da, onları da acılayıb uzaqlaşırdı. Çəkdiyi acıları he, kimlə bölüşmədiyindən əsəbilik bütün vücuduna hopmuşdu.

Səhər yoxlamasında cərgəyə düzülən əsgərlərin hər biri səliqəsi ilə göz oxşasa da, Tural yenə də üzünü qırxmamışdı, boyunluğunu yenisiylə əvəz etmədiyindən çirkli idi. Bölüyün starşinası gizir Klimenko bunu görüb əmr verdi:

-Sıravi əsgər Yusifov, bir addım irəli!

Tural əmri eşidən kimi bir addım qabağa çıxıb farağat komandasını aldı:

-Sıravi əsgər Yusifov sizi eşidir, yoldaş gizir.

-Bu nə özbaşınalıqdır, nə üçün səhər yoxlamasına hazır deyilsən? On dəqiqə vaxt verirəm, get, özünü səliqəyə sal, – sonra Klimenko səsini yumşaldıb həlim səslə – səhər yeməyindən sonra yanıma gələrsən, – söylədi.

-Oldu, yoldaş gizir, – günahkar adamlar kimi başını aşağı salıb verilən tapşırığı yerinə yetirməyə getdi.

“Hər bir əsgərin sağlamlığı, nümunəvi davranışı əsas şərtlərdəndir” – Klimenko bunu özünə şüar etmiş, əsgərə qayğı onun həyat tərzinə çevrilmişdi. O ki qaldı Turalın səhər yoxlamasına hazırlıqsız çıxmasına, o, belə hallarla rastlaşdıqda həmin əsgərə mütləq xəbərdarlıq, ya da şifahi töhmət elan edərdi. Yox, əgər belə hal bir neçə dəfə təkrar olunardısa, öz cəza üsullarını tətbiq edərdi – mətbəxdə kartof təmizləmək, donuz fermasında bir neçə gün işləmək, ya da bir ayaq üstə əlləri yuxarı vəziyyətdə dayanmaq. Klimenko bu dəfə nədənsə Yusifova güzəşt etdi.

Əsgərlərinə doğma övladı kimi yanaşan, qayğısını çəkən, mərhəmətini əsirgəməyən gizir bayaqdan kabinetində oturub Yusifovu düşünürdü: “Hər şey bir müddət öncə əsgərə gələn məktubdan sonra oldu. Əsgərin özünə qapanmasının səbəbi zənnimcə o məktubdur. Görəsən, o məktubda nə müəmmalı sirr var ki, əsgər belə küskün hala düşüb?” Durub rəfə yaxınlaşdı. Burada hər bir əsgərin ayrıca qovluğu var. Əsgərlər hərbi xidmətə başlayan gündən onların yaşadığı ünvana – valideynlərinə, məktəbə məktub yazardı ki, onların xasiyyətnaməsini göndərsinlər. Bu xasiyyətnamələr ona əsgərləri tanımağa kömək edirdi. Yusifovun dosyesi saxlanan qovluqdakı xasiyyətnamələri bir də oxudu. Hər iki məktubda onun nümunəvi, zəhmətkeş gənc olduğu xüsusi vurğulanırdı.

Fikirlər gizirdən əl çəkmirdi: “Bu duruma səbəb bəlkə o məktub deyil. Bəlkə əsgər yoldaşları ilə mübahisə, yaxud dava edib, yaxud kimsə möhkəm xətrinə dəyib, o da incik düşüb? Yox, yox, elə bir şey olsaydı, mütləq bilərdim. Əsgərlik həyatının incəlikləri ilə yanaşı, həm də yazılmamış qanunları da işləkdir – “molodoy”, “starik”, “ded” və. s. Yusifov “molodoy” deyil ki, “ded”lər onu döyə”. Müxtəlif xalqlardan və ailələrdən əsgərliyə gələn gənclərin özünəməxsus adət-ənənələri, milli dəyərləri var. Gərək bir-birinə sayğı bəsləsinlər ki, xoşagəlməz vəziyyət ortaya çıxıb problem yaratmasın”.

Klimenkonun ağlından cürbəcür şübhələr dolaşıb keçsə də heç cür Yusifovun “dərd”inin səbəbini tapa bilmirdi. Onu hərbi tibb məntəqəsinə göndərdi ki, sağlamılığında psixoloji problem yaşanır bəlkə. Oradan da cavab gəldi ki, Əsgər Yusifov tam sağlamdır….

***

Dostundan məktub almışdı. Məktubdakı hər söz, hər cümlə nöqtəsinə, vergülünə kimi yaddaşına hopub onu təsir məngənəsində sıxırdı, ağrılı tikan kimi ürəyinə sancılıb sızladırdı. Dostu yazırdı: “Tural, son aylar Lalə çox dəyişib, tamam başqa qız olub. O, daha sən gördüyün və tanıdığın Lalə deyil. Qəsəbəmizə qonaq gələn şəhərli oğlanla tez-tez kinoya, konsertə, gəzməyə gedirlər. O qədər mehribandılar ki, elə bil neçə illərin sevgililəridir. O, səni tamam unudub”.

Hər dəfə məktubda yazılanlar yadına düşəndə qəm dəryasında boğulur, özü özünə suallar verir, cavabını tapa bilmirdi: “Canımdan çox sevdiyim Lalə bu cür dəyişə bilərmi? Ağca aşıq pirində and içib əhd-peyman bağladığımız nə tez yadından çıxdı? Budurmu sədaqət, vəfa, etibar? Dözə biləcəyəmmi bu dərdə? Canımdan can ayrılmış kimi yarımcan olmuşam. Eh… vəfasız dünya, insanların da özün kimi vəfasızmış”…

Gecələr yuxuda tez-tez sayaqlayır, qışqırır, hirslənir, sonda da yazıq-yazıq ağlayırdı. Çarpayı qonşusu oyadanda nə baş verdiyini yada sala bilmirdi. Üstünə çəmkirirdi ki, niyə qoymursan yatam. Əsgər yoldaşı da, – ağzına gələni sayaqlayırsan, sən məni qoymursan yatmağa, – deyib gülürdü….

…Klimenko həmin gün Turalla görüşdü, ancaq verdiyi suallara inanandırıcı cavab ala bilmədi. Tural “bəli”, “xeyr”lə suallardan yayınırdı. Klimenko əl çəkmək istəmirdi, sözləri onun ağzından sanki kəlbətinlə dartıb çıxarırdı. Gizir uzunmüddətli həyat təcrübəsindən istifadə edib əsgərinin qılığına girib hər şeyi öyrənməyi bacarırdı.

Nəhayət, Tural içində kükrəyən, fırtınaya çevrilən ağrılarını ətraflı açıb tökdü…

Gizir məqsədinə çatdığı üçün gülümsədi, – eh cavanlıq, cavanlıq, – deyib dərindən köks ötürdü. Təzə-təzə dən düşən saçlarına sığal çəkib, sarı bığının uclarını burub gəncliyini xatırladı. Handan-hana Turalın gözlərinin içinə baxıb təsəlli verməyə çalışdı:

-Ola bilər, ola bilər, cavan oğlan. Ağrısı, acısı olsa da, sevginin hər cəfası şirindir. Bir də mən bilirəm ki, sizdə bağlanan əhd-peyman saf sevgi andıdır. O qızın andına sadiq olmamasına inanmıram. Özü də Oğuz – Türk qızı ola. Sizin xalq haqqında bilgilərim çoxdur. Axı hərbi xidmətimin bir hissəsini sizin ellərdə keçirmişəm, adət-ənənələrinizdən, milli ruhunuzdan, dəyərlərinizdən də xəbərim var. Qadınlarınız namuslu, ismətlidir, sevgisinə sədaqətlidirlər. Ərlərini başının tacı bilirlər. Ona görə də kişiləriniz qadınlara Tomris, Burlaxatun, Bəyim, Nigar kimi adlar verirlər. Nağıl və dastanlarınızda müsbət qəhrəman qadınlar daha çoxdur. Bu yaxınlarda “Dədə Qorqud” filminə baxdım. Qadınlar orada ucadan uca tutulur. O ki qaldı sənin başına gələn məktub əhvalatına, bir az düşünmək, gözləmək və səbir etmək lazımdır. Sizdə belə atalar sözü də var: “Hirsli başda ağıl olmaz”. Çox müdrik kəlamdır. Səbirli ol, özünə gəl. Nə bilirsən dostunun yazdıqları düzdür? Onun yazdıqları yanlış da ola bilər, inanıb hər şeyin üstündən qara xətt çəkmək olmaz…

Klimenko nəyisə yadına salırmış kimi bir anlıq fikrə getdi. Sonra mavi gözlərini qıyıb söhbətinin davamına başladı:

-Hərbçilərin həyatında belə hadisələr tez-tez olur. Valya ilə təzə evlənən vaxtlarımız idi. Bir övladımız vardı. Bir dəfə məni altı aylıq ezamiyyətə göndərdilər. Qəflətən yola düşdüyümüzdən imkan olmadı ki, ailəmə baş çəkəm, sağollaşıb yola düşəm. Düz dörd ay yarım ailəmlə heç bir əlaqə yarada bilmədim. Elə bir yerdə idik ki, ətraf aləmlə tam təcrid olunmuşduq. Hətta məktub yazıb yola salmaq mümkün deyildi. Dörd ay yarımdan sonra bizi gətirib bir qəsəbənin yaxınlığında yerləşdirdilər. Məktub yazsam da cavab ala bilmədim, narahatlığım birə-beş artdı. Gecə-gündüz narahatlıq içində başımı itirmişdim, ezamiyyət vaxtımı bitirən kimi arvadıma, uşağıma xeyli hədiyyə alıb evimə gəldim. Həyət qapısının zəngini dəfələrlə bassam da qapını açan olmadı. Nigaranlıqdan özümü itirəcək dərəcəyə çatmışdım. Mənim gəldiyimi bilən qonşu Sveta qarı “xoş gəldin” etdikdən sonra xalatının cibindən evimin açarlarını çıxarıb mənə verdi, – arvadın səndən küsüb uşağı da götürüb atası evinə gedib, – dedi.

Yol yorğunu olduğumdan Sveta qarıya “niyə”, “nə üçün” suallarını vermədən qapını açıb içəri girdim. Ayağımı içəri qoyan kimi sonsuz uçuruma, boşluğa düşdüyümü hiss etdim. Elə bil otaqların divarları, döşəmələri, tavanları, stol, stullar, qab-qacaqlar müdhiş sükuta qərq olmuşdular. Evdəki sükutdan qulaqlarım tutulurdu. Otaqların birinin qapısını açanda o bir otaqların qapıları sanki üstümə qışqırırdılar: “məni də aç, məni də aç!”. Allah heç bir evi qadınsız, uşaqsız qoymasın. Otaqları gəzdikcə dəli olmaq dərəcəsinə çatırdım. Qaynatamgil yaxın şəhərdə yaşayırdı, tez onlara getdim.

Qaynatamgildə Valya mənimlə neçə gün küsülü gəzib dolaşdı. Nə qədər yalvar-yaxar, xahiş-minnət etsəm də barışmaq niyyəti yox idi. Heç yaxın da gəlmirdi ki, qəflətən ezamiyyətə getdiyimi ona başa salam. Qaynatam dünyagörmüş, arif insandı. Qulağıma pıçıldadı ki, darıxma, barışacaq. Bir gün övladımı götürüb yaxınlıqdakı parka getmişdim. Oğlum uşaq yelləncəyində oynayır, mən də oturacaqda oturub Valyanı düşünürdüm. Kiminsə yanımda oturduğunu hiss etsəm də dönüb baxmadım. Bir də gördüm kimsə əlimin üstünə əlini qoydu. Əlin hərarəti tanış gəldi, diksinib baxdım, Valya idi. Bir-birimizi qucaqlayıb illərin tamarzıları kimi öpüşlərə qərq etdik. O, hal-qəziyyəni atasından öyrənib barışmağa gəlmişdi.

-Yoldaş komandir, küsməyinin səbəbi ezamiyyət idimi? – Yusifov tez-tələsik soruşdu.

-Hə, gözlə ardını danışım, – Klimenko ayağa qalxıb bayaqdan dəm alan çaydandan iki stəkan çay süzdü, konfet qabını stolun üstünə qoydu, əyləşib söhbətini davam etdirdi:

-Mənim Vitya adlı bir uşaqlıq dostum var, bu şəhərin o başında yaşayır, vaxtaşırı ailəliklə bir-birimizə get-gəl edirik. Çox zarafatcıl, baməzə adamdı. O, bilir ki, Valya məni çox qısqanır. Mən olmayanda ailəliklə bizə gəlişlərində əlinə fürsət düşür ki, Valyanı cırnatsın:

-Nə ezamiyyət, hamısı boş şeydi, o, sevgilisi ilə Nalçikdə istirahətdədir. Qayıdan kimi səni boşayıb onunla evlənəcək.

Valya əvvəlcə bu söhbəti zarafat kimi qəbul eləsə də, sonradan götür-qoy edir ki, bəs niyə mən məktub yazmıram, zəng etmirəm. Beləcə, şübhələr dolur içinə, Vityanın zarafatını həqiqət kimi anlayır. Bundan sonra Valya acıq eləyib atasıgilə gedir. Bunları sənə danışmaqda məqsədim odur ki, dostunun yazdıqları kimi olmaya bilər. Dostun Lalə ilə danışmayıbsa, qızın kiminləsə kinoya, konsertə getməsi o demək deyil ki, onun yeni sevgilisidir. Həmin oğlan yaxın dost, qohum da ola bilər. Xətrinə dəyməsin, o qədər yaxın “dost” tanıyıram ki, dostunun sevgilisini zorla, yaxud xoşla ələ keçirib. Otur, yaxşı-yaxşı düşün, sevgilinə məktub yaz, yəqin ki, sevindirici xəbər alarsan. Yoxsa ömür boyu əzab çəkərsən. İlk məhəbbətin yarası heç vaxt sağalmır, əsgər.

Sıravi əsgər Yusifov komandirinin yanından çıxanda qəlbində bir ümid işığı yaransa da yenə də könlü qırıq idi, inamı özünə qayıtmamışdı. Əvvəlki sevən və sevilən Tural ola bilmirdi, elə bil başqalaşmışdı. Özünü – Laləni dəlicəsinə sevən, sevgisi naminə hər cəfanı çəkməyə hazır olan Turalı axtarırdı. Tapacaqdımı? İnanmırdı ki, Laləyə məktub yazıb sevindirici xəbər eşidəcək. Axı onun başqa sevgilisi var, yəqin nişanlıdırlar, bəlkə toyları da olub. Bunları fikirləşəndə yerə-göyə sığmırdı, bəxtini söyürdü. “Yox, yox, bu ola bilməz!” – mızıldana-mızıldana hərbi hissənin girəcəyindəki ağcaqayın ağacının yanına necə gəldiyini özü də bilmədi. Kim onu bura gətirdi? Şirin xəyalların və xatirələrin məskəni olan bu yerə çoxdan gəlmirdi. Bir vaxtlar Lalədən məktub gələndə əsgər yoldaşlarından aralanıb bura gələr, məktubu həvəslə açar, dönə-dönə doymazlıqla oxuyardı. Heyif o məktublardan. Dostundan gələn o məktubdan sonra Lalədən aldığı məktubların hamısını yandırmışdı. İndi ağcaqayın o günləri bir daha xatırlatdı. O, ağcaqayını “yaralamışdı”, əsgər bıçağı ilə ağacın görünməz yerinə “Lalə” yazmışdı. İndi o sözləri axtarırdı. Tapdı, ağac boy atmışdı, yazı yerdən bir qarış ucada idi. Dəfələrlə ağaca su vermişdi ki, tez böyüsün. Onda “Lalə” sözü də ucada görünəcəkdi. Əlini yazdığı sözün üstündə gəzdirib xeyli tumarlaya-tumarlaya oxşadı. İstədi o sözü öpə, niyəsə bu fikrindən vaz keçdi, bir addım geri çəkilib həsrətlə yazıya baxdı.

Hərbi qaydalara görə axşam yeməyindən sonra yatmaq əmrinə kimi iki saat istirahət vaxtı verilirdi. Bu iki saatda hərə özünə aid işlə məşğul olurdu. Tural qırmızı qələmini və bir neçə ağ vərəq götürüb “qırmızı guşə”yə çəkildi. Klimenkoya söz vermişdi ki, Laləyə məktub yazacaq. Qarşısındakı vərəqlərə nə yazacağını anışdıra bilmirdi. Vida məktubumu yazsın? Qələmi kağızın üstünə qoyanda barmaqları titrədi. Yazacaqlarını bayaqdan beynində götür-qoy etsə də ürəyi qələmə “icazə” vermirdi. Fikirləri qəlbini, dilini, əllərini, qələmini, kağızı yandırırdı. Uzun müddət ağ kağıza, barmaqları arasındakı qələmə baxa-baxa qaldı. Bir anda iki damcı göz yaşı kirpikləri arasından süzülüb bəyaz kağıza düşüb hopdu, kağız üzərində iki ləkə yarandı. İstədi kağızı eləcə qatlayıb, zərfin içinə qoyub Laləyə yollasın. Məktubun adı da “iki damcı göz yaşı” olsun. “Yatmaq!” əmri veriləndə o, hələ də göz yaşları hopmuş kağıza baxa-baxa qalmışdı…

Növbəti axşam yenə “qırmızı guşə”yə çəkilib məktub yazmaq istədi. Bu dəfə yazdı, pozdu, cırdı, nəhayət, ürəyindəkiləri ağ kağızın üzərinə köçürdü. Məktubu hərbi hissənin girəcəyindəki poçt qutusuna salanda bir xeyli əlindən buraxmadı, – “bəlkə göndərməyim?”

Artıq məktub poçt qutusundaydı.

Bir vaxtlar hər dəfə Laləyə məktub göndərəndə sevinirdi, bilirdi ki, Lalə məktubu alan kimi cavab yazacaq. Lalə hamı kimi ənənəvi – “hörmətli məktub”, “şanlı məktub”la başlayan məktublar yazmazdı. Onun məktubu “gözləyirəm səni, əsgər!” sözləri ilə başlayardı. Bu məktubu isə Tural ümidsiz yola saldı, inanmırdı ki, cavab gələcək. Fikirləşirdi ki, bu sonuncu məktubdur. Axı Tural Laləyə vida məktubu yazmışdı. Laləni acılamasa da, sonda – “get, etibarsız, əhdinə, vəfana xilaf çıxdın. Sənə xoşbəxtlik arzulayıram. Sən arzularımın işığını söndürüb məni dərin quyuya saldın. Tək-tənha orda necə yaşayım?” – yazmışdı. Bir vaxtlar bu sözlərin tam əksini yazardı. Onda arzular sonsuz, gen-bol, təzə-tər idi. İndi isə saralıb solmuşdu…

Poçt qutusunun qarşısında dayanıb düşüncələr burulğanında çabalayırdı: “Dostu yazırdı ki, Lalənin görüşdüyü oğlan ilk baxışdan səliqə-sahmanlı, mədəni, alicənab görünür. Deyilənə görə ali təhsillidir, Bakıda hansısa iri müəssisədə mühəndisdir. Bu yay həmişə bir yerdə olublar, tez-tez dağa, meşəyə gedirlər. O gün Həkəri çayında oğlanı çiməndə, Laləni də sahildə oturub ona tamaşa edəndə görüblər. Sənə etdiyi xəyanətdən qeyzlənib Laləyə daha salam da vermirəm. İkisi bir-birinə çox oxşayırlar, həm də bir-birinə yaraşırlar, bir almanın iki üzü kimidirlər. Oğlanın maşını, deyilənə görə Bakıda evi də var”.

Tural düşüncələr aləmindən ayrıla bilmirdi: “Bizim rayonun qızları Bakıda yaşamağa meyilli olurlar. Yazıqlar rayon yerlərində səhərdən qaş qaralana kimi o qədər işləyirlər ki, gəncliyinin necə gəlib keçdiyindən xəbərləri olmur. Ağ atlı oğlanları şəhərdən gələcəyi ümidi ilə yaşadıqca ömür-gün keçir. Qarşılarına çıxan ütülü şəhərli oğlana bənd olub seçimsiz-filansız ərə gedirlər. Qəsəbəmizdən üzaq şəhərlərdə yaşayan qızlar yaman çoxalıb. Əvvəllər oğlanlar işin-gücün azlığından kəndlərdən qaçıb Rusiyanın ucqar çöllərinə işləməyə gedirdilər. Elə orada da rus Nataşalarına ilişib ailə qurar, doğmalarından xəbərsiz ömür çürüdərdilər. Ömür keçəndən sonra Nataşalar bizim oğlanları bəyənməzdilər.

“Qızım şəhərdə yaşayır” sevincli ata-analar həmişə qızlarının ağ günə çıxdığını, xoşbəxt olduğunu ağızdolusu danışardılar. Qız valideynləri qapılarını döyən elçilərə ilk sualları bu olurdu ki, oğlan şəhərdəmi yaşayır? Daha soruşmurdular ki, şəhərdə neyləyir, nə peşə, sənətin sahibidir, oğlanla qızın xasiyyətləri düz gələcəkmi?

Tural kimdir? Atası, anası, qardaş-bacısı olmayan, nənə himayəsində böyüyən yetimin biri. Yəqin o oğlanın ata-anası imkanlıdır, Laləyə çoxlu qiymətli daş-qaş alacaqlar. Lalə də hər dəfə şəhərdən qəsəbəyə gələndə doğduğu gözəl-göyçək uşaqları ilə qəsəbənin mərkəzinə çıxacaq, mən də Laləni görəndə içim qan ağlayacaq. Kaş, onu sevməyəydim. Ehh… Sevgi sifarişlə olsaydı nə vardı ki… Sevgi özü gəlib sevənin yaxasından zəli kimi yapışır.

Başımı aşağı salıb kasıbçılığımı yaşayırdım. Yatsam yuxuda da görməzdim ki, müəllim ailəsində böyüyən Laləni sevəcəyəm. Bir də ayılıb gördüm ki, eşq atəşində yanıram. Yazıq nənəm qohum-qonşudan eşidib biləndə ki, Laləyə aşiq olmuşam, qız da mənə biganə deyil, sevinmişdi. Əsgərliyə gəlməmişdən bir neçə gün öncə mənə dedi:

-A bala, eşitmişəm Ərşad müəllimin qızına vurulmusan, gəlsənə o qızın başına bir yaylıq bağlayaq ki, elçi düşən olmasın. Bilsinlər ki, qız əmanətdir, yəni qızın gözləyəni var.

Mən yarızarafat, yarıgerçək nənəmin sözlərinə güldüm:

-Bikar qalmısan, nənə. Sən deyənlər qaldı keçmişdə. Biz əhd-peyman bağlamışıq, bir-birimizə söz vermişuk.

-Təki sən deyən olsun, ay bala, – nənəm gülümsəmiş, sevincdən qol-qanad açmışdı.

Laləyə elə inanmışdım ki, heç vaxt onun xəyanət edəcəyi ağlıma gəlməzdi. Lalənin anası ilə nənəm çəpərdibi söhbət edəndə Gülbahar xala qəti bildirmişdi ki, Tural əsgərliyə arxayın getsin, Lalə ilə Turalın ulduzları elə barışıb ki, onları heç kim və heç nə ayıra bilməz. Eh, Lalə, Lalə! Qəlbimə sağalmaz dağ çəkdin…”

***

Tural məktubu göndərdiyi vaxtdan günlər, həftələr ötmüş, ay başa çatmağa az qalmışdı. İndi əvvəlkindən daha çox darıxırdı. Niyəsə vida məktubundan sonra günləri, həftələri deyil, saatları, dəqiqələri sayırdı. Laləyə vida məktubu yazdığı üçün hərdən özünü qınayırdı…

Səhərdən təlim mərkəzində müxtəlif çaplı silahlardan istifadə etmək qaydalarını öyrənən bölük bir az əvvəl yorğun qayıtmış, qısa istirahətdən sonra nahara getmək üçün hərbi hissənin meydançasında sıraya düzülmüşdü. Növbətçi əsgərlərə gələn məktubları paylayırdı, Turala məktub verəndə gözünün içinə baxıb gülümsədi. Tural məktubu alan kimi əlləri özündən asılı olmayaraq titrəməyə başladı. Elə bil zərfin içinə enerji buraxmışdılar. Maqnit kimi Turalı özünə çəkirdi. Az qalırdı zərf insan kimi dil açıb danışsın, qışqırsın ki, “nəyi gözləyirsən, məni tez oxu!” Dostlarından ona altdan-altdan baxanları, dodaqaltı qımışanları da görürdü. Ancaq onun məktub almasını təbrik etməyə əsgər yoldaşları çəkinir, heç nə demirdilər. Həyəcandan Turalın pörtdüyünü görməmək mümkün deyildi. Zərfin üstündəki yazını görən kimi Lalənin xəttini tanıdı. Zərfin içindəki vərəqdə yazılanlardan xəbərsiz olsa da dodaqlarına qonan təbəssüm çox şeydən xəbər verirdi, sevincdən gözləri dolmuşdu. Pıçıltılarını ancaq özü eşidirdi: “nə gözəl xəbər oldu, gördüyüm yuxu bu imiş”.

Dünən gecə gördüyü yuxunu məşhur yuxuyozanlar kimi, yaddaşında çözələdi: “Qəsəbənin yuxarısındakı “Lalə düzü” lalələrdən qırmızı rəngə boyanmışdı. Tural ağ atın tərkində gəlib çıxmışdı “Lalə düzü”nə. Atdan düşüb lalələrdən bir qom yığdı. Laləliyin o başında gəlinlik libasında Lalə ona əl edirdi. Tural ona tərəf getdikcə, Lalə ondan uzaqlaşırdı. Lalə gedib bir komanın qapalağı ağzında dayanıb Turala əl edir, şirin səsiylə onu çağırırdı:

-Hayıfdı, niyə lalələri dərib al-qana boyadın. Sənin Lalən mənəm, gəl məni dər. Bu kasıb komamızda çiçək balalar dünyaya gətirək, – söyləyib komaya girdi.

Tural qaça-qaça onun ardınca komaya girsə də Laləni axtarıb tapa bilmədi…

Yuxudan hövlnak oyanan Tural xeyli vaxt özünə gəlmədi….

Sən demə Lalədən məktub alacaqmış. Fərqinə varmırdı məktubda Lalə nə yazıb. Ən vacibi odur ki, ona cavab yazıb, bu ona bəs edər. Sağ olsun Klimenko, onun tövsiyəsi öz bəhrəsini verdi.

Əlindəki zərfi uşaq oyuncaq oynadırmış kimi bir neçə dəfə o üz-bu üzə çevirib baxdı, gördüyünə inana bilmirdi. Əgər yoldaşları yan-yörəsində olmasaydı, bu cansız zərfi dönə-dönə öpər, bağrına basardı.

Lalənin xətti də özü kimi gözəl idi. Zərfin ünvan yazılan üzündə hərflər gözəl xətlə muncuq kimi düzülmüşdü. Həmişəki kimi məktub yenə qırmızı qələmlə yazılmışdı.

Starşina Klimenkonun gur səsi onu xəyallardan ayırdı: “Bölük, farağat! Sağa dön! Sol çiyin üstə addımla marş! Bölüyün mahnısını oxuya-oxuya yeməkxanaya doğru!”. Bölük “Üç tankçı” mahnısını oxuya-oxuya meydançadan üzü yeməkxanaya addımlayırdı. Mahnının gur sədaları ucsuz-bucaqsız Tayqa meşəsinə yayılırdı.

Əsgər yeməkxanasında hamının başı yeməyə qarışmışdı. Tural da yeyirdi, ancaq hara, niyə, necə yeyirdi, xəbəri yox idi. Əlini çörəyə, boşqaba, qaşığa uzatsa da, fikri döş cibində – ürəyinin üstünə qoyduğu məktubdaydı. Tez-tez əlini döş cibinə toxundurub yoxlayırdı ki, məktub yerindədirmi. Məktubu tez oxumaq istəyi ilə alışıb-yanırdı.

Başında bir sual dolaşırdı – məktubu harada oxusun. Tapdı. Nahardan sonra bölüyün qısa istirahəti zamanı fürsət tapıb tez ora cumdu – ağcaqayının kölgəsinə. Kürəyini ağacın iri gövdəsinə söykəyib zərfi döş cibindən çıxardı, bir məktuba, bir də ağacın gövdəsinə yazdığı “Lalə” sözünə baxdı, “Lalə” sözü də sevincək ona baxırdı. Məktub onun sinəsindəki tərdən bir azca yaş olmuşdu.

Həyəcandan az qalırdı ürəyi yerindən çıxsın. Zərfi açdı. Elə həmin andaca burnuna xoş ətir dəydi – həmişə sevə-sevə qoxladığı kəklikotu ətri. Qəsəbələrinin üst tərəfindəki “Quş qayası” dağının ətəklərindəki kəklikotunun ətrini anındaca tanıdı. Qəsəbə əhli kəklikotu, qantəpər, quzuqulağı, şomu, əvəlik, şəfaverici dərman bitkiləri yığmağa “Quş qayası”na gedərdilər. Biz tərəflərdə belə bir rəvayət var: Bir Bilici baba adında loğman istənilən xəstəliyi müalicə edirmiş. “Quş qayası”nda bitən otlardan müxtəlif məlhəmlər hazırlayarmış.

Kəklikotunun yarpaqları, çiçəkləri qurusa da ətri hələ də zərfin içində qalmışdı. Tural bu xoş ətri ciyərlərinə çəkdikcə özünü doğma yerlərdə hiss etdi, torpağın ətrini duydu: “yaxşı oldu, kəklikotunu dəmləyərəm, özüm də içərəm, Klimenko da, əsgər yoldaşlarıma da verərəm.

Zərfin içində Lalənin şagird dəftərinin qoşa vərəqinə yazdığı məktub və şəkli vardı. Qeyri-ixtiyari dodaqlarını şəklə yapışdırıb öpdü, elə bil ki, susuzluqdan cadar-cadar olmuş dodaqlarına həyat suyu, şirinlik, hərarət axdı, çoxdan Turalın üzünə həsrət qalmış təbəssüm əvvəlki yerinə qondu.

Məktubu birnəfəsə oxudu:

“Günaydın, əzizim, mənim küsəyənim. Çoxdandı səndən məktub almırdım. Fikirləşirdim ki, hərbi təlimə getmisiniz, məktub yazmağa imkanın yoxdu. Buna baxmayaraq hər gün poçtalyon Abbas dayının qarşısını kəsib soruşurdum ki, mənə məktub gəlibmi? Hərdən də beynimə qara-qura fikirlər gəlirdi. Deyirdim bəlkə rus gözəlçələrinə başın qarışdığından mən yadından çıxmışam. Sən demə, mənim haqqımda pis və yalan xəbər aldığından küsübmüşsən. Qoy deyim, ürəyin yerinə gəlsin, sənin şübhələndiyin oğlan mənim ögey qardaşımdı. Təəssüf… Mənsə darıxa-darıxa özümə təsəlli verir, özümü ovudurdum. Məktubda yazdıqlarını həyəcanla oxudum. Sənin ürək döyüntülərini duydum, narahatlığını yaşadım. Əzizim, əsgəri xidmətinin tez başa çatmasını elə arzulayıram və gözləyirəm ki. Sənsiz keçən günləri, ayları ömürdən saymıram. Həm də fikirləşirəm ki, bu həsrət, ayrılıq bizi daha da doğmalaşdırır. Axı şair demişkən, darıxmaq sevməkdi, Məhəbbət hər zaman uzaqlıq sevib. Deyirlər, əsgərlik kişilik məktəbidir. Sən Sibir soyuğunda mətinləşirsən. Yolunu gözləyirəm. Elə arzulayıram qovuşacağımız günü. Yadında saxla, demişəm, sən mənim kişimsən”…

Tural məktubu dönə-dönə oxuyurdu, oxuduqca da özünü qınayırdı. Cavab məktubuna ad da qoydu: “Acı suallara şirin cavablar”. Dərindən köks ötürdü. Gözləri nəmləndi. Bu göz yaşları nə qədər turşməzə olsa da, bir o qədər də sevgi kimi şipşirin idi. “Demək o üç sözü hələ də mənə deyir: “sən mənim kişimsən”. Qürurlanıb gülümsədi. Yenə xatirələr burulğanında şirin xəyalları şahə qalxdı: “Lalə ilə bir sinifdə oxuyurdu, çox dəcəl qız idi, yetənə yetirdi, yetməyənə daş atırdı. Atası onu oğlan təbiətli böyütmüşdü, ən çox da oğlanlarla dava edirdi. Atası Ərşad müəllim məktəbin direktoru olduğundan məktəbin ərköyünü kimi ad çıxarmışdı. Onun sözünün üstünə söz demək olmazdı. Səkkizinci sinifdə oxuyanda bir gün Turalın dostunu nədən ötrüsə sinif yoldaşlarının yanında döymüşdü. Həmin vaxt Tural məktəbin idman meydançasında yuxarı siniflərin şagirdləri ilə futbol oynadığından hadisədən xəbəri olmayıb. Dostunu döyüldüyünü biləndə hirslənmiş, elə sinif yoldaşlarının yanındaca Laləyə şillə vurmuşdu. Lalə Turalın bu hərəkətini çaşqınlıqla qarşılasa da, deməyə söz tapmayıb sonda əsəbiliklə: “sən kimsən, kişimsən, məni vurursan?” – qışqırmaqdan başqa çarə tapmayıb üzünü çevirib getmişdi. O gündən Lalə bir daha heç kimlə dava etmədi, hamıyla mehriban davrandı, dəcəlliyi yoxa çıxdı, ağır oturub batman gəzdi. Sonralar “sən mənim kişimsən” sözləri bir dəfə də təkrar olundu. Onda artıq Lalə ilə Tural bir-birini sevirdilər. Tural əsgərliyə gedən günün əvvəlki gecəsi onlar Turalgilin bağında alma ağacının altında görüşdülər. Lalə başını Turalın sinəsinə qoyub xısın-xısın ağlamış, qulağına pıçıldamışdı: “İki il necə dözəcəyəm, mənim kişim?”. İndi yenə məktubunda “sən mənim kişimsən” yazıb”.

Tural həmin gecə çox rahat yatdı. Məktub onun qəlbindəki çətin açılan düyünləri açmış, gərginliyi silib-süpürmüş, inamını özünə qaytarmışdı.

Səhəri gün bölük avtomat silahdan atəş açmaq üçün təlim mərkəzindəki poliqona getdi. Tural beş güllə ilə əlli mümkün xaldan qırx səkkiz xal toplayıb birincilik qazandı. Gizir Klimenko bunu heyranlıqla qarşılasa da Turalın əlaçı əsgər olduğu günlər yadına düşüb sakitləşdi, yanına çağırıb təbrik etdi. Turalın üzündə xoşbəxtlik işığının bərq vurduğunu, qara gözlərinin sevincdən alışıb-yandığını təcrübəli gizir görməyə bilməzdi.

Aralarındakı yaş fərqini, komandir, əsgər sərhəddini bir kənara qoyub köhnə dostlar kimi danışırdılar. Söhbətin şirin yerində Tural döş cibindən çıxardığı məktubu Klimenkoya uzatdı. Klimenko məktubu əlinə götürüb o üzə, bu üzə çevirib içərisindəki şəklə baxdı:

-Ohoo, sənin Lalən budurmu?

-Yoldaş gizir, sevgilimdən gələn məktubdu. Sizin məsləhət və tövsiyələriniz işə yaradı, çox sağ olun, – deyərək gülümsər baxışlarıyla Klimenkoya minnətadarlığını bildirdi.

Klimenko, – əsl Şərq mələyidir, – söyləyib sözünə ara verdi, – bəs nə yazır, barışdınızmı, o oğlan kim idi?

Tural sıxıla-sıxıla sözünə davam etdi:

-Yoldaş gizir, həmin oğlan Lalənin ögey qardaşıdır. Lalənin atası Ərşad müəllimin cavanlıq səhvindən doğulub.

-Ohoo, maraqlıdır. Ucundan-qulağından danışa bilərsən?

-Ərşad müəllim Bakıda Pedaqoji İnstitutda qiyabi təhsil ala-ala qəsəbəmizdəki məktəbdə müəllim işləyirmiş. İldə iki dəfə semestr imtahanlarına gedəndə bir ay müddətində tələbə yoldaşı Təranəgildə kirayənişin olurmuş. Təranənin qəlbində Ərşada qarşı sevgi oyanır, Ərşad da ona biganə deyilmiş. Günlərin bir günü Təranə ilə Ərşad şəhvət hisslərini cilovlaya bilməyib sevgi macərası yaşayırlar. Gizli sevginin nəticəsində bir oğlan uşağı dünyaya gəlir. Elə həmin vədələr Ərşad müəllimin valideynləri onu zorla əmisi qızı ilə evləndirirlər. Atası ilə aralarında qalın pərdə olan Ərşad Bakıda oğlu olduğunu deyə bilmir. Təranə Ərşadın evləndiyindən xəbər tutandan sonra “düz elədin, onsuz da mənim ömrümə az qalıb. Sevgimizin yadigarı oğlumuz mənə bəs edər”, – deyib kövrələrək köks ötürür. Ərşad müəllim nə illah eləyirsə Təranə dərdini dilə gətirmir. Növbəti semestrdə Bakıya gələn Ərşad müəllim Təranənin xərçəng xəstəliyindən dünyasını dəyişdiyini eşidib üzülür. Onun qəbrini ziyarət edib önündə baş əyir: “Sənin necə böyük ürəyin varmış, Təranə”.

Təranə işıqlı dünyasını zülmət aləmə dəyişməmişdən əvvəl oğlunu uşaq evinə verir ki, Ərşad ailəsində problemlər yaşamasın. Ərşad müəllim ha istəsə də oğluna sahib dursun, ancaq cürəti çatmır oğlunu uşaq evindən alıb ailəsinin yanına gətirsin. Düşünür ki, müəllim adına xələl gələr, el-oba tənəsi ağır şeydi. Bakıya gələndən-gələnə uşaq evinə gedər, oğlu ilə görüşərmiş.

Beləcə, illər ötür…

Allahin cəzasıdırmı, nədirsə, Ərşad müəllim əmisi qızı ilə evliliklərindən bircə uşaq dünyaya gəlir ki, o da Lalədir. Qadın neçə dəfə hamilə qalsa da, bətnindəki döl inkişaf etmir, tələf olur. Həkimlər bunu qan qohumluğu ilə bağlayırlar, həm də qan qrupları eyniymiş. Lalə də qardaş-bacısız böyüyür, başqa uşaqların çoxlu qardaş-bacılarının olduğunu görüb xiffət keçirir. Ərşad müəllim də qızını oğlansayaq böyüdür.

Bir gün Bakıdan Ərşad müəllimin ünvanına məktub gəlir. Məktubu alan arvadı göndərilən ünvanın uşaq evi olduğunu görəndə qəlbinə min cür fikirlər dolur. Ərini gözləməyə səbri çatmayıb məktubu açır. Beləcə Ərşad müəllimin illərlə gizli saxladığı sirri faş olur. İnsafən həyat yoldaşı da bu xəbəri hay-küylə qarşılamır. Uşağın anasının cavan ölməsi onu kədərləndirir, uşağa qarşı qəlbində mərhəmət hissi oyanır. Hətta bir neçə dəfə əriylə Bakıya gəlir, uşağa baş çəkir, ona mehri-məhəbbəti yaranır, birlikdə gəzintiyə çıxır, bir gecə də özləriylə saxlayırlar. Qadın həmin gecə uşaqla bir yorğan-döşəkdə yatır, səhər durub ərinə, – əmioğlu, onu bu gecə bətnimdən keçirdim, doğma oğluma çevirdim. Qızımıza qardaşdır, ona da analıq etmək borcumdur, – deyərək Ərşad müəllimin bütün nigaranlıqlarına son qoyur.

Klimenkonun səbri çatmır:

-Bəs sən bunları haradan bilirsən, sevgilin məktubda yazıb?

-Yox, bunları Lalə mənə çoxdan danışıb. Lalənin qardaşı uşaq evindəki məktəbi “əla” qiymətlərlə bitirir, Politexnik İnstitutda təhsil alır. Dostumun oğlanın mühəndis olmasını yazması düz deyilmiş, hələ tələbədir. Keçən yay qəsəbəyə gəlib yay tətili günlərini qardaş-bacı bir yerdə keçiriblər. Dostum da bunları dəqiq bilmədiyindən elə zənn edir ki, onlar sevgilidirlər. Lalə məktub yazmasaydı, həmin oğlanın kim olduğunu mən də bilməyəcəkdim. Lalə həmişə şəhərdə yaşayan qardaşından qürurla danışar, onu görməyi arzulayardı.

Klimenkonun qaşları çatıldı. Lalənin qardaşının taleyinə acıdı:

-Nə yaxşı ki, atası onu atmayıb. Qadına da əhsən ki, doğma balası kimi sevir onu. Deyirlər ki, ögey analar daşürəkli, əzazil olur. Görürsən, belə ögey analar da var, – Klimenko Lalənin şəklinə yenidən baxdı, – gözlərindən ağıllı qıza oxşayır, – dedi.

-Hə, bizim qızlar sevdiklərinə həmişə vəfalı olurlar.

-Bilirəm, bəs bura nə yazıb? – şəklin arasında yazılan sözləri anlamadığına görə soruşdu:

-Yoldaş gizir, yazır ki, “səni gözləyirəm, əsgər”.

-Tərcümə elə, nə deməkdir?

-Jdu tebe, soldat…

Təlimdən sonra Tural Lalənin göndərdiyi kəklikotundan dəmləyib bir fincan Klimenkonun kabinetinə apardı:

-Yoldaş gizir, kəklikotu çayıdır, Lalə məktubda göndərib. Bizim yerlərdə bitən şəfaverici yabanı otdur.

Kəklikotunun ətri Klimenkonun otağına dolmuşdu. Buğlanan çaydan starşina bir neçə qurtum içib “bəh-bəh” dedi…

MÜƏLLİF: AYAZ İMRANOĞLU

AYAZ İMRANOĞLU YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

ŞƏHİD ELNURUN ƏZİZ XATİRƏSİNƏ
Əgər səs verməsəm haqqın,səsinə,
Lallar da dil açıb dillənə, bilər.
Dünyanı firladar fələk tərsinə,
Dünya bir nənnidə yellənə bilər…
* * *
Qarabağ uğrunda tökülən,qanlar,
Qlümün üzünə gülən, oğullar.
Haqqı uca tutan bilən o canlar,
Daşıb sellər kimi sellənə bilər…
* * *
Elnur da bu selin kiçik,damlası,
Elə nur doğmuşdu onu ,anaşı.
Qarabağ uğrunda bu haqq davası,
Hələki bəmdədir, zillənə bilər..
* * *
Silər yer üzündən, kin-küdurəti,
Bərqərar eləyər haqq, ədaləti.
Xudanın hökmüylə onun, qüdrəti,
Yazdakı çəməndir güllənə, bilər…
* * *
Doğulub böyüdü o,İsmayıllıda,
Can qurban eylədi qohuma, yada
Qarabağda qopan aha, fəryada,
Dözmədi vuruşdu o sona qədər…
* * *
Şəhid ruhları haqq,dərgahında,
Vətən sevgisi var,ruhlarında.
Düz dinin,danışın ruh yanında,
Bir gündə göylərdən o enə bilər…
* * *
Bir qızın bir oğlun, bir də vətəni,
Bizə əmanətdir şəhid Elnurun!
Çürüməz cəsədi, nə də, kəfəni ,
Sevsək əmanətin igid, Elnurun!

Müəllif: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Ekzistensializm cərəyanı

TANRIVERDİ ƏLİYEVİN YAZILARI

 Ekzistensializm cərəyanı

      Ədəbiyyatda və fəlsəfədə insan oğlunun varlığından bəhs edən cərəyana ekzistensializm deyilir.Latın dilində “exsistensia varlıq deməkdir və bu ədəbi-fəlsəfi cərəyanın əsas problematik mövzusu insanın mövcudluğudur.Fəlsəfə və ədəbiyyat tarixində insanın mövcud olması müxtəlif formalarla izah olunmuşdur.Məsələn,şərq fəlsəfəsində mövcudluq anlayışı “vücud” termini ilə ifadə edilir.Belə ki,əqidə alimlərinə görə varlığın iki forması mövcuddur:

1.Vacibül-Vücud

2. Mümkün əl- Vücud.

  Molla Sədranın ekzistensializmi

    Mümkün əl- vücud insanın və eyni zamanda bütün məxluqatın xilqətindən bəhs edən anlayışdır.Bu anlayışa görə insanın mövcud olmasının səbəbi vacibül-vücud yəni Allahdır.Çünki insanın mövcud olması Allahın azad iradəsindən aslıdır.Bir sözlə insan mümkün varlıqdır, mövcud ola da bilər,olmaya da bilərdi.Sözügedən anlayış Molla Sədranın fəlsəfəsində də geniş formada izah olunmuşdur.Sədranın hikmətil-mütəaliyə fəlsəfəsi qərb təfəkküründə transsendensial cərəyan olaraq qəbul olunur və bir çox fəlsəfəçilər onu şərq ekzistensializminin atası hesab edir.Sədraya görə bir nəsnənin varlığı(ekzistenisası) onun mahiyyətindən (essensiasından) əvvəl gəlir.Biz bu fikirə XX əsr qərb filosoflarından olan Jan Pol Sartrın “Varlıq və heçlik” əsərində də rast gəlirik.Lakin Sədranın Sartrdan fərqi onda idi ki,Sartın fəlsəfəsindəki azadlıq və özgələşmə anlayışı,Sədrada yox idi. Həmçinin,Molla Sədra varlığa mahiyyətin verilməsinin səbəbini Allahda görürdü, Jan Pol Sartr isə qeyd edir ki,varlıqdan əvvəl mahiyyətin olmamasının səbəbi Tanrının olmamasıdır.

   Sədranın ekzistensializm metodunda bir digər fərqlilik də metempsixoz anlayışıdır.Belə ki,filosofa görə insan mahiyyət etibarı ilə gördüyü xeyir və şər əməllərə nəzərən mücərrəd dünyada ,yəni məad aləmində öz varlığını hazırlayır və ölən zaman onun mövcudluğu həmin bədənə köçür.İnsan nə qədər xeyir işlərlə məşğul olsa,məad aləmindəki bədəni də o qədər nurani olar. Molla Sədranın bu fikiri irfanda da öz əksini tapır.Məad anlayışını qəbul edən irfani cərəyanlara görə abid olan şəxs,dünyadan təcrid olmalı,ibadəti zöhdə əsaslanmalı və ən əsası öz məad aləmini və məaddakı cismini nuraniləşdirməlidir.İrfandakı bu təcridolmaya qərb fəlsəfəsində özgələşmə və yadlaşma anlayışları ilə paralellik təşkil edir.

Soren Kyerkaqard  və ekzistensializm

    Bir çox filosofların fikrincə,ekzistensializm cərəyanının atası danimarkalı filosof və teoloq Soren Kyerkoqordur.Onun “Qorxu və Titrəmə” əsəri ekzisensializm cərəyanı üçün ilkin başlanğıc hesab olunur.Sözügedən əsər İbrahim peyğəmbər və oğlu İshaqın sərgüzəştlərindən bəhs edir. Belə ki,əsərdə İbrahim peyğəmbərin Allahın əmri ilə oğlu İshaqı qurban kəsməyə aparması teoloji yol ilə təhlil olunmuşudur.Həmin hadisədə ekzistensial metod ondan ibarət idi ki,İbrahim dövrün və cəmiyyətin qanunlarını çeynəyir və bilavasitə Allahın əmrinə tabe olaraq oğlunu qurbangaha aparırdı.Biz bu situasiyada əsərin baş qəhrəmanının cəmiyyəti önəmsəməməsini müşahidə edirik.Eyni zamanda Sorenin digər təhlillərinə nəzər yetirdikdə İshaqın qüssəli,kədərli  və pessimist olması qarşımıza çıxır.İbrahim bu əsərdə azad iradəli obrazdır və O öz azadlığı üçün oğlunu Allahın yolunda qurban verməyə hazırdır.Soren Kyerkeqor həmin əsərdə maraqlı bir mövzuya toxunur.O,söyləyir ki, “… İşləməyən çörək yeməz. Nə qədər qəribə olsa da,bu atalar sözü ən təbii şəkildə aid olduğu bu dünyaya tətbiq edilə bilməz, xarici aləm natamamlıq qanunlarına tabedir və burda dəfələrlə eyni şey təkrarlanır.Öz çörəyini işləməyən qazanır, hərçənd yatan işləyəndən daha çox bolluq içindədir… Ruh aləmində isə məsələ başqa cürdür.Burda əbədi ilahi nizam hökm sürür,burda günəş xeyirxah və bədxahlar üzərinə eyni parlamır,burda əziyyət çəkən öz bəhrəsini görür”. Soren Kyerkaqardın bu sözlərində dünyanın ədalətsiz və absurd olması ön plandadır.Biz bu fikirlərin əksini Albert Kamyunun absurdist ideyalarında da görmüşük.Belə ki,Kamyuya görə həyatın mənası yoxdur və mənasız həyatda məna axtarmaq özü mənasızlıqdır,gah30 yaşda öldün,gah da 70 yaşda bunun heç bir fərqi yoxdur. Mahiyyət etibarı ilə hər iki filosof bir-birləri ilə səsləşən paralel fikirlər söyləyirlər.Yalnız, əsas fərq budur ki.Soren Kyerkeqor axirət aləmini qəbul edir və mənanı orda görür,Albert Kamyu isə ateist olduğu üçün axirəti qəbul etmir və məsələyə nihilist yanaşır. Jan Pol Sartrın isə məna anlayışı bir qədər fərqlidir.Onun sözlərinə görə Dünya aporiori(təcrübədən əvvəl) dərk olunmazdır.Yalnız ,insan bu dünyaya hər hansı bir mənanı verə bilər.

Ekzistensializmin tüğyan etməsi və Jan Pol Sartr

   Avropada sənaye inqabından sonra insanların yaşayış tərzi müsbətə doğru dəyişməyə başlamışdır. Həmin dövrün “baş bilənləri”nin fikrincə, Avropa zaman keçdikcə daha da inkişaf edəcək,çiçəklənəcək və cənnətə çeviriləcəkdi.Lakin bu tip fikirlər,alman filosofu Fredrix Nitşze tərəfindən qəti şəkildə rədd edildi.Nitşzeyə görə Avropa cəmiyyətinin həddən artıq inkişaf etməsi ümumibəşəri bir bəlaya səbəb olacaqdı.Filosofun bu sözləri 1914-cü il 28 iyul günü Frans Ferdinandın öldürülməsi ilə I Dünya Müharibəsinin başlamasında öz əksini tapmışdır. Müharibə bitən zaman cəmiyyət çöşük və yıxıntı dövrü yaşayırdı və bu yıxıntıdan qaynaqlanaraq dadaistlər və sürrealistlər eyni zamanda da dekadentçilər əsərlər yazıb yaratmağa başlamışdırlar.Belə ki, dadaistlər müxtəlif qəzetləri bir yerə yığıb parçaladıqdan sonra,onların təsadüfi seçilmiş fərqli parçalarını birləşdirərək  xaosu ifadə edən əsərlər yazmışdırlar. Sürrealizm isə ilkin olaraq incəsənətdə ,daha sonra isə bədii ədəbiyyatda özünü büruzə vermişir.Bu cərəyanın nümayəndələri artıq xaosdan doğan real hadisələri qəbul etmir və realist dünyaya gerçəkliyin üst qatından baxırdılar. Dekadentizm isə həyatın absurdluğunu və insanın vəhşətini nəzərə alaraq Tanrı ilə zarafat edib,söhbətləşməyi daha məqbul hesab edirdi.Bütün bu cərəyanlar Avropada modernizm adı altında birləşmişdir ki,ekzistensializm də bu siyahıya daxil idi.Ekzistensializm cərəyanı II Dünya müharibəsindən sonra bədii ədəbiyyatda geniş formada tüğyan etməyə başlamışdır və bu ədəbi-fəlsəfi axının öndərləri Albert Kamyü və məşhur fransız filosofu Jan Pol Sartr hesab olunurdu.

 Haşiyə:

  Qeyd etmək lazımdır ki,biz şərti olaraq eksiztensializmi 2 hissəyə bölə bilərik.1. Teizmin təsir etdiyi II Dünya müharibəsinə qədərki dövr.2. Ateizmin təsir dairəsində olan və II Dünya müharibəsindən sonrakı dönəm.

   Sartr mövcudluğu insanın azadlığında və azad iradəsində görürdü.Onun Varlıq və Yoxluq əsəri insanın azadlığını etiva edən fikirlər ilə zəngindir.Filosofa görə:

  • İnsanın mövcudluğu mahiyyətdən öncə peyda olur.
  • Əgər əzəli insan xisləti yoxdursa,əgər dünya öz-özlüyündə dərkolunmazdırsa,başqası insana nə əmr edə bilər,nə də haqq qazandırmağı bacarar.İnsan azadlığa məhkumdur. 
  • Əgər insan azaddırsa,O ,tamamilə öz mövcudluğu üçün məsuliyyət daşıyır.
  • Əgər insan azddırsa,onun üçün nə xeyir ,nə də şər mövcuddur.Çünki insan yalnız özünə xeyir seçə bilər.
  • Azadlığın özü azadlığa gedən yoldadır.

    Jan Pol Sartrın bu fikirləri bilavasitə müharibələrə,vətənpərvərlik,mühafizəkarlıq və milliyyətçilik kimi siyasi ideyalara qarşı idi.Onun zənnincə, bu tip siyasi ideologiyalara  xidmət edən insanlar sürü psixologiyası ilə idarə olunur və azadlıqları əllərindən alınırdı.Məhz ,onda görə də insan bu ideyalardan təcrid olub özgələşməli yadlaşmalıdır.

 Anar yaradıcılığında ekzistensializm cərəyanı.

    Dünya müharibəsindən sonra Avropada tüğyan edən ekzistensializm cərəyanı Azərbaycan ədəbiyyatına da təsir etmişdir.Bədii ədəbiyyatda ekzistensial obraza dair bir neçə xas xüsusiyyətlər mövcuddur ki,Anar Rzayevin yaradıcılığında biz bunu müşahidə edirik. Həmin xasiyyətlər bunlardır:

1. Obraz ölüm qorxusu ilə üzbəüzdür

2. Kədərli,pessimist ruhludur.

3. Özgələşdiyi üçün tənhadır

4. Cəmiyyətin fikirlərini önəmsəmir. Və öz azadlığı üçün hər kəsi qurban verməyə hazırdır.

5. Narsizmə meyillilik müşahidə edilir.

    Anarın yaradıcılığında “Otel otağı”, “Mən sən o və telefon”, “Qırmızı limuzin”, “Ağ liman” və.s kimi əsərlərdə ekzistensializm cərəyanının qoxusunu hiss etmək mümkündür. Ədibin yaradıcılığı- ndakı “Qırmızı limuzin” əsəri sürrealist elementlər ilə başlayır.Belə ki, əsərin baş qəhrəmanı yuxuda bir məhəllə görür və həmin məhəlləni yadına sala bilmir,daha sonra isə bəhsigedən məhəllədə qarabasma kimi bir qırmızı limuzin peyda olur.Səhər saatlarında zəngli saatın onu oyatması ilə yuxusu bitir.Baş qəhrəmanın yuxusuna girdiyi qırmızı limuzini real həyatda ,daha dəqiq desək həyətdə,işdə, metronun önündə görməsi onu vahiməyə və qorxuya salır,sanki obrazımız ölüm qorxusu ilə üz-üzədir.Biz burda ekzistensial obrazın ölüm qorxusu məfhumunu müşahidə edirik.Obrazımız həddən artıq tənhadır.Bu tənhalıq onun tək yaşamasında, işə gedib- gələrkən yolda heçkimlə yoldaşlıq etməməsində görürük.Bu tənhalıq onu az da olsa,eqozimə sürükləyib.Eqoist olan insan da cəmiyyətin təfəkkürünə tabe olmağı özünə heç cürə sığışdıra bilmir. Əsər I Qarabağ müharibəsi dövründə qələmə alınmışdır ki, biz bunu maşının simvolik olaraq 19.91 rəqəmli seriya nömrəsinin 1991-ci ilə nisbət verilməsində müşahidə edirik.Halbuki, əsərdə həmin müharibədən bir cümlə də olsa bəhs edilmir, çünki əsər ekzistensial ruhludur və bu cərəyan cəmiyyətin təfəkküründə olan vətənpərvərlik və müharibə leyhdarlığına qarşı çıxırdı.Baş qəhrəmanımız həddən artıq pessimist obrazdır , əsərdə onun gündəlik həyatının təkrar və sıxıcı olması,katibə ilə ayrılarkən mənfi aurada olması obrazımızın neqativliyinə dəlalət edir.Əsərin gedişatında isə obrazımız qırmızı limuzin qorxusuna qalib gəlir və onunla üzləşmək istəyir.Lakin sonda qəhrəmanımızın əvvəlki ölüm qorxusu başına gəlir və o, maşında partlayaraq ölür. Ekzistensial obrazın ölümdən qorxması təbii haldır,çünki ölüm varlığın yaşamasına son qoyan yeganə vasitədir.Qeyd edək ki, limuzinin qırmızı rəng olması da təsadüfi hal deyil.Belə ki, qırmızı rəng qanı simvolizə edir.

    Əsərdə baş qəhrəmanımız limuzini görən zaman özü-özünü sorğulamağa, real həyatdakı qırmızı limuzin ilə yuxudakı limuzin arasındakı hər-hansısa bağlılığın olmamasına özünü inandırmağa çalışır. Lakin hərşeyə biganə olan obrazımız, bu məsələyə də biganə yanaşır, bəzən də problemi yola vermək üçün özü-özünü aldadırdı. Əsərdəki bu situasiya bizə Soren Kyerkeqorun məşhur bir deyimini xatırladır: “ Hər kəs özü tərəfindən aldadılar”. Kyerkoqardın bu sözünü sanki Anar Qırmızı limuzin əsərindəki baş qəhrəman vasitəsi ilə nəsrə çəkmişdir. Hər bir insanın fitrətində eqoizm olduğu üçün ağılasığmaz hər- hansısa situasiya qarşısına çıxanda onu real baxış bucağı ilə dəf etməyə səy göstərir , çünki eqoizm həmin insanın təfəkkürünə təsir etdiyi üçün artıq eqo vasitəsi ilə hökm verməyə, problemdən çıxış axtarmağa və ya  qeyri-adi bir anlayışı ya real baxış bucağı ilə yozmağa, ya da rədd etməyə çalışır. Qeyd etdiyimiz kimi baş qəhrəmanımız da eynən bu cürdür. O öz həyatında gördüyü limuzini, yuxusunda gördüyü limuzin ilə eyniləşdirmək istəmir. Hətta, bir ara qırmızı limuzinin varlığını “deyəsən şəhərdə qırmızı maşınların sayı çoxalıb” kimi sözlərlə inkar etməyə başlamışdır. Və bu tip sorğulamalar nəticəsində obrazımız özü-özünü Kyerkeqor demiş aldadırdı.

İstifadə olunmuş mənbələr:

Qorxmaz Quliyev – Dəlidən doğru xəbər. Mütərcim nəşriyyatı Bakı – 1999

Jan Pol Sartr- Varlıq və Yoxluq Qanun nəşriyyatı- Bakı 2012

Əli Əmininejad – İrfan elmi- Nurlar nəşriyyatı – Bakı- 2022

Soren Kyerkeqor – Qorxu və Titrəmə – Bakı-2018

İnternet resursları :

https://news.milli.az/culture/102671.html
https://plato.stanford.edu/entries/mulla-sadra/

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru