Etiket arxivi: HAQQINDA

KƏNDDƏKİ EVİMİZİN UĞURSUZLUĞU

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

KƏNDDƏKI EVIMIZIN UĞURSUZLUĞU
(povest)

Güc-bəlayla, boğazımızdan kəsə-kəsə, hər fəslə bir paltar ala-ala özümüzə rayonların birində ev aldıq ki, yaydan-yaya gedib istirahət edək, on iki ayın heç olmasa bir ayında təmiz hava udaq, gözümüz canlı-canlı meşə görsün, dağ görsün, yağış yağanda torpaq qoxusu burnumuzdan beynimizə tüğyan eləsin, alınmadı. İlk gündən burnumuzdan gəldi. Hündür binaların möhtəşəmliyindən oksigen verən ağaclar insanların nəzərində dəyərsiz varlıqlara çevrilmişdi. Süni ağaclar daha çox diqqət çəkir, çəkilən hər şəkildə də arxa fonda süni əkilmiş ağaclar olurdu. Etiraf edirəm, mən də oksigen verməyən süni ağaclarla şəkil çəkdirməyə meyilliydim. Meyilliydim yazıram,çünki təbii şam ağacları hündürdü. Süni-təbii ağacın yazacağım hadisəyə nə aidiyyatı var, onu anlamadım, keçirəm mətləbə…
Əslində həqiqət başımıza gələn arzuolunmaz hadisəylə bağlıdır. Dədəm evi ucuz alanda gərək şübhələnərdik. Ondan əvvəl gərək ev haqqında məlumat toplayardıq. Toplamadıq, çünki sevincəyə düşmüşdük. Ucuz qiymətə; on beş min manata üç otaqlı, mətbəxi, geniş həyəti, kiçik olmayan çoxlu meyvə ağacları olan bağı, üstəlik, rayona yaxın olan kənddən ev almaq hər ailəyə qismət olmur ki, bizə qismət olubdu. Elə bilin loteriyada cekpotu biz udmuşuq. Evi ilk dəfə dədəmin telefonunda şəkillərdə görmüşdüm. Sizi inandırım, o cür qiymətə eşidib təəccüblənmək başqadı, şəkildə görmək bir başqadır. Üçüncü təəccübüm gördükdən sonra olmuşdu. Əslində təbiətcə şübhəli xarakterə malik insanam. Xarakterimə yaxşı bələd olduğumdan dədəmdən şübhəli-şübhəli soruşmuşdum.
─Ay başına dönüm, dədə, dörd sot torpağın içində üç otaqlı ev niyə ucuz satılır, maraqlanmısan? O boyda rayonda nə əcəb bir nəfər qabağa düşüb almayıb? Evin köhnə sahibləri keçən il alıbsa, bu il niyə satışa çıxardılar? Nəysə… Gözüm su içmədi bu evdən.
Allah var göydə, anam da elə mən deyəni dedi. Məlum məsələdir, bizdə kişilər nə qədər arvadı eşitsələr də, dediklərindən dönmürlər ki, dönmürlər. Hər şey bir yana, ilk gündən bizə yaxın qonşularımızın olmadığı diqqətimdən yayınmamışdı. Meşə bizə yaxın, o biri evlər bizdən xeyli uzaq, bir-birilərinə bir o qədər yaxınıydı. Vallah, gecəylə biri gəlib bizi öldürsə, yaşı yetmişi haqlamış nənəm demişkən, bir köpəkoğlunun xəbəri olmayacaq.
Hər axşam qatıq içməmiş yata bilmirəm. Mədəm vərdiş eləyib, gündüzlər sodalı su içməli, axşamlar sarımsaqlı qatıq yeməliyəm. İkisinin hesabına arıqlamaqla bağlı problemim olmur. Bir saat olardı kənddəki təzə evimizə çatmışdıq. Nənəmin qoluna girib evimizdən xeyli uzaqlaşdıq. Nənəm köhnə arvadlardandır, mən bir saat piyada gəzib yoruluram, nənəm kinayəylə mənə gülür.
─Bizim yerimizdə olsaydız neyliyərdiz?
─Allah gördü ki, bizdə sizdəki dözüm yoxdu, neyləsin, texnikanı yaratdırdı. Bekarçılıqdan tez yorulanlardanıq.
Nənəm: – Bu evdən xoşum gəlmədi ─deyəndə elə sevindim, burda yaza bilməyəcəm.
─Allah sənə şükür, evdə mən ağılda adam çıxdı.
─Səyləmə az, kopaq qızı.
Nənəm əsəbləşəndə söyüşün biri bir qəpik olur. Qınamayın, babam öləndə nənəmin dulluğunun heç qırx yaşı yoxuydu.Yarım saat da getdikdən sonra uzaq qonşu qapısının ağzına gələ bilmişdik. Nənəm əllərini belində çarpazlayıb, qapını döyməyimi əmr elədi. Baxıram arvada, qınamıram e, kişisiz cavan gəlinlər, namuslarını ikinci kişi nəfəsindən uzaq tutmaq üçün, təmiz adlarını qorumaq üçün özləri də bilmədən kişiləşirlər. Nənəmi çoxdandır müşahidə edirəm, davranışları kişi davranışıdır. Baxmayaraq ki, yazıq arvad neçə dəfə kişisi üçün ağlayanda görmüşdüm.

Uzaq qonşu qapını açdı. Mənə, nənəmə maraqla baxdı. Daha doğrusu, rəhmətliyin nəvəsi elə baxdı, elə bil illərdən sonra qapılarını ilk dəfə döyən biz olmuşuq. Yaşı otuz beşi keçməyən orta boy, uzun saçlarıyla diqqətimi çəkən gözəl gəliniydi.
Mən salam verdim, salamımı aldı. Nənəm:
─ Qızım, biz o evə təzə köçmüşük, –deyə əliylə evimizin səmtini göstərdi, –burda qatığı hardan ala bilərik?
Gəlin evimizə tərəfə baxdı, nənəmin sualına cavab verməmiş öz sualını verdi:
─Meşəyə yaxın olan evi deyirsiniz?
Verilən sualda qeyri-adi heç nə yox idi, hərçənd əcaib sualı məni təəccübləndirmişdi… Necə izah edim, cavan gəlinin sual verəndə üz ifadəsi qəribəydi, “O evdə heç kim yaşaya bilməz” fason…
Sual nənəmə də qəribə gəlmişdi, yenə cavab verdi:
─Hə qızım, o evi almışıq. Bir-iki aylıq köçmüşük.
Nənəmdən olsa ömrünü bu kənddə başa vurardı. Mən yaşaya bilməzdim. Kökü kəndə bağlı şəhərli qızam, şəhər mühitinə öyrəşmişəm. Hələ sizə bir həftədən sonra alacağımız iki keçidən yazmıram. Dədəmin şəhər mühitindən iyrəndiyini bilirdim, əməlli-başlı plan cızmağından bixəbəriydim. Eybi yox, onsuzda ailəlikcə bizə plan qurmaq düşmür. Həyatımızda hər şey qəflətən olur. Adətən də uğurlu olur.
Gəlin:
─Hmm, xeyirli olsun! –desə də, amma ürəksiz dediyi hiss olunurdu.
Nənəm köhnə arvadlardandır e! Dərhal gəlinin səsindəki ifadəni hiss eləmişdi. Anam həmişə ona qırmızısifət deyirdi, arvadın üzünə deməsə də.
─Nəysə ürəksiz dedin e qızım.
─Yox xala, o evə kim köçürsə çox yaşaya bilmir.
Baxdığım qorxu filmlər yadıma düşdü, istər-istəməz ətim ürpəşdi.
─Niyə ki? – sualı özüm verdim.
─Nə bilim, -deyib çiyinlərini atdı.
─Əşşi, boş şeylərdi. Sən de görüm qatığı hardan ala bilərik?
─Qatığı biz satırıq. Üç kiloluq qatığı yeddi manata veririk.
─Day sizin şəhərdən nə fərqiniz oldu?! Şəhərə kənddən gətirib sizdən ucuz verirlər ki!
Nənəmim hirsinə rəğmən gəlin gülümsədi.
─Nə deyim xala, qaynanamın qoyduğu qiymətdi.
─Qaynanan evdədi?
─Rayona gedib, axşama qayıdar.
─Day əlacımız nədi? Ordan ver üç kiloluq… Axşamlar içməyəndə pis oluram.
Eh, kimin nənəsidir? Nənəm əlini atdı ipək donunun altından geyindiyi güllü alt köynəyinə, sancaqlamış bükülü dəsmalını çıxartdı. Yeri gəlmişkən, mən nənəsinin təqaüdüylə kef edən nəvələrdən deyiləm. Biz tərəfdə oğlan nəvələrinin bu barədə bəxti gətirir. Mənim nənəmin qardaşıma pul barədə əli açıqdı. Növbə mənə çatanda, özünü kəfən pulunu oğurlatmış nənə kimi hiss edir.
Nənəm təkcə qatıq almadı, deyinə-deyinə kənd toyuğu da aldı. Hamısını mənə daşıtdırdı.
Deyirəm:
─Nənə, zəhmət haqqı on manatdır.
─Yox bir! Səni mən saxlamışam e! İndi pul istəyirsən?
─Axı nənə, rəhmətlik qudan saxlayıb. Sən hazıra nazir olmusan.
Nənəm bilir ki, sözün düzünü dediyim üçün həyatımın uğursuz günlərini az yaşamamışam, yenə alışa bilmirdi xasiyyətimə. Çox qəribədir, həyatımda etdiyim risklərdən sonra valideyinlərim, nənəm qarışıq digər qohumlar məni ciddi adam kimi qəbul eləməyə məcbur qalmışdılar. Əvvəllər arzularımı, istəklərimi dilə gətirirdim, elə də fikir verən yoxuydu. Məntiqlə idarə edə bilmədiyim hisslərimin zərbələrindən sonra ağzımı açmamış fikrimi soruşmağa başladılar. Qan qohumlarım tərəfindən kənardan bu vəziyyət necə görünürdü, bilmirəm, mən tərəfindən adiləşmişdi. Hiss edirdim, qorxurdular. Yenidən ağılsızlıq edərəm, yenidən pərişan edərəm deyə. Ölkəmin yazılmayan qanunların gücü altında əzilən bir çox gənc kimi əlbəttə, bu dəfə sevgi xətrinə yox, gələcəyim naminə bir çox addımlar atardım. Bu dəfə könüllü razılıq və xeyir-duayla. Bu gələcəyin işidir. Bir gün yaxınlarım haqqımda oxuyacaq, bir səhvi ikinci dəfə təkrarlamayacaq qədər ağıllı olduğumu onsuz da dərk edəcəklər. Onlara, lap elə olsun nənəm, özümü sübut etməyə nə həvəsim var, nə də vaxtım. Bəyaqdan on manat qoparda bilmədiyim nənəmin nəyinə sübut edim özümü? Arvadın fikri-zikri məndən nəticə görməkdir. Tez-tez nəticələrinin atasını söyür ki, çərxi-fələyin işini bilmək olmaz, söyürəm ki, köpəkoğlu tez gəlsin.
Gecəyə iki saat qalmış mənə iki diş sarımsağı xırda-xırda doğratdırdı, yarım saat kənarda saxlatdırdı ki, qatığa qatıb yeyəndə ağzından sarımsağın iyi gəlməsin. Həm də dişlərinin arasında qalmasın. Zəhləm sarımsaq iyindən gedir…
─Ay nənə, dişin protezdi. Maşallah, muncuq kimi düzülüb, sarımsaq harasında qalacaq. İstirahətə gəlmişəm guya, sarımsaq iyindən yediklərimi qaytaracam e!…
─Heş nə olmaz. Limonlu suyla yuyarsan keçər.
Çox kitab oxuyuram, di gəl, arvada söz çatdıra bilmirəm. Tərs kimi burda da bir otaqda yatırdıq. İnsafən, nənəm təkcə yatanda otaqda olmadığını hiss edərdim. Yatanacan ürəyindəki sözləri mənə deyərdi.
İki tualetimiz vardı. Biri evin içindəydi. Bizdən əvvəl evi alan ailə evə əməllicə əl gəzdirmişdi. Hamam-tualet də tikmişdi. Həyətdəki tualetdə tualetlik qalmamışdı, daha çox xarabaya bənzəyirdi. Nənəmlə mənim yatdığım otaqla üzbəüzüydü. Pəncərədən baxanda rahat görmək olurdu.
İsmayıl Şıxlının ” Ölülərinizi qəbirstanlıqda basdırın ” əsərini bitirdikdən sonra otağın işığını söndürdüm. Bəzi işlərdə solaxay olduğumdan yatanda da sol tərəfə yatıram. Kürəyimi nənəm tərəfə çevirdim. Təzəcə yuxuya getmişdim, nənəmdən indiyəcən eşitmədiyim səsi eşitdim. Arvad elə bil boğulurdu. Pişik cəldliyi ilə üzümü nənəmə tərəf çevirdim. Nənəmin gözləri bərələ qalmışdı, nəfəs ala bilmirdi.
Özümü itirsəydim, qışqırmasaydım, qaranlıq otaqda nənəmin bərələn gözləri birdəfəlik ölmüş adamın gözü kimi açıq qalacaqdı. Həyətin işığı yaxşı ki yanılı qalmışdı. Dədəmlə anam otağa necə girdilər, özləri də bilmədi. Otağın işığını atam yandıranda nənəm ” Bismillah ” qışqırıb başını yastıqdan qaldırdı. Belə başa düşdüm ki, yazıq nənəm qaranlıqdan xoflanıb. Nənəm bir-neçə dəfə dərindən nəfəs almağa çalışdı. Anam otaqdan çıxdı, çox keçməmiş bir stəkan suyla qayıtdı. Dədəm anasının qarşısında dizlərini yerə qoymuşdu, az qala uşaq kimi ağlayacaqdı. Zarafat deyil, qohumlarımızda nənəmin taylarından üç-dörd nənə ya vardı, ya yoxdu.
Dədəm suyu nənəmə öz əliylə qurtum-qurtum içizdirdi. Belə vəziyyətdə anamla mən olsaydıq, qorxumdan suyla anamı boğmuşdum. Atamdakı təmkinlilik məndə yoxdu.
─Mama, niyə boğulurdun? Nə oldu birdən-birə?
Nənəm əlini mənə uzatdı:
─Məni niyə boğurdun?
Nitqim qurudu. Nə vaxtsa uşaqlara və qadınlara təcavüz edən nanəciblərin qatili olmaq ürəyimdən dəfələrlə keçib. Danmıram, nənəsiylə yola gedən nəvələrin sırasına məni çətin qoymaq olardı. Yenə bu nənəmi öldürməyi düşünməyim, ya da öldürəcəyim mənasına gəlmirdi.
Dədəm yazıq-yazıq mənə baxdı. Mən bilmirdim ağlayım,ya gülüm.
─Nənə, səni niyə boğum ki? –deyə bildim.
Dədəm qarışdı söhbətə:
─Kənd yeridir, bəlkə toxunublar sənə? Qız səni niyə boğsun?
─Ay tövbə, məni boğurdu.
Dədəm təbii anasına inanmadı.
─Mama, sənə toxunublar. Şəfi səni niyə boğsun?
Adım Şəfadır, bilmirəm niyə, evdəkilər də, yaxın rəfiqələr də mənə Şəfi deyirdi.
Dədəm deyəndən sonra nənəm dərk eləmişdi ki, onu boğmağım üçün ortada səbəb yoxdur. Heç olmasın da! Ağlabatan variant odur ki, hirsli başla kimsə damarını basa, təmkinli və səbrli deyilsənsə, qatil olmağın qaçılmazdır.
Valideyinlərim nənəmi sakitləşdirəndən sonra təzədən otaqdan çıxdılar, nənə-nəvə yerimizə girdik. Bizim yerimizi anam yerdə salmışdı. İşığın yanılı qalması ikimizin də istəyiydi.
Ulduzlu gecənin işıqlı otağında nə vaxt şirin yatdığımızı bilməmişik.
Bu dəfə boğulduğumu mən hiss elədim. İki əl boğazımdan yapışmışdı. Gözümü açdım. Otaq zil qaranlıq, pəncərəsi açıq, məni həqiqətən kimsə boğurdu. Əllərim məni boğan əllərdən yapışmışdı, özümü ölümün bir addımlığında ölümdən xilas etmək istəyirdim. Boğmağı bir dərd, qarnımda oturub ağırlığıyla məni gücdən salmağı bir dərdiydi. Nənəmin məni öldürəcək dərəcədə nifrət etməyi ağlıma gəlməzdi. Çünki on səkkiz nəvənin arasında yeganə nəvəydim, onunla yola getmirdim. Digərləri necə deyərlər, nənəlik xətrinə, ya da çox istədiyindən yola verirdilər.
─Sən adımızı batırmısan! Sən adımızı batırmısan! Ölməlisən!…

ardı var…

ARDI BURADA >>>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

PROFESSOR FLORA NACİ ”ZİYADAR” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Diplomu doğrulama lingi >>>LAUREATLAR

Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, Əməkdar jurnalist Flora Nacıyevaya (Flora Naci – Флора Наджи) “Tərcüməçi dəftəri” (“Тетрадь переводчика”) yeni kitabının işıq üzü görməsi münasibəti ilə  “YAZARLAR”  JURNALI tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “ZİYADAR” Mükafatına layiq görülüb. Diplomu doğrulama lingi >>>LAUREATLAR

YAZARLAR olaraq, Flora Nacini təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Flora xanım!

FLORA NACİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif    ABBASOV – AKADEMİK HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV – 96

Şəkildə (soldan): akademik Hüseyn Əhmədov, ortada, ayaq üstə professor Akif Abbasov və  professor Əbülfət Pələngov.


 

AKADEMİK HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV – 96

  PEDAQOGİKA ELMİNİN QÜDRƏTLİ NÜMAYƏNDƏSİ 

17 iyun –  görkəmli pedaqoq, Azərbaycanda pedaqoji fikrin və məktəb tarixinin yorulmaz tədqiqatçısı, gənc pedaqoq-alimlərin yol göstərəni və xeyirxahı  pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının həqiqi üzvü Hüseyn Mustafa oğlu Əhmədovun anadan olduğu günüdür. Yaşasaydı   96 yaşı olardı.

Amma dolu, mənalı ömür sürdü. 93 yaşında dünyasını dəyişdi.

 Böyük pedaqoq nəinki aspirant, dissertant və doktorantların, habelə bir çox həmyaşıdlarının və müəyyən yaş həddinə çatmış təcrübəli pedaqoqların da yaxın məsləhətçisi idi.

Onlarla aspirant və dissertanta elmi rəhbər, neçə-neçə elmlər doktoru proqramı üzrə tədqiqat aparan şəxsə elmi məsləhətçi olub, çox saylı əsərlər – məqalələr, tezislər, kitab və kitabçalar, monoqrafiyalar, dərsliklər yazıb, çoxcildli “Seçilmiş əsələri”ni çap etdirib  

Akademik Hüseyn Əhmədovun şəxsiyyəti və elmi yaradıcılığı haqqında çox yazılıb, çox deyilib. Professorlar Fərrux Rüstəmov və  Həsən Bayramoğlu bu böyük alimə bir neçə kitab həsr etmişlər. Onun yubileylərinə aid kitablarda da respublikamızın onlarla tanınmış alimi öz ürək sözlərini demişdir. Çapa hazırlanan kitablarda  Hüseyn Əhmədovun həyatı, elmi yaradıcılığı, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti diqqət mərkəzinə gətirilmişdir.   

Odur ki, təkrarlara yol verməmək üçün biz onun yalnız “Nəriman Nərimanovun pedaqoji fikirləri” monoqrafiyası üzərində dayanmaq, öz təəssüratlarımızı bölüşmək istəyirik.

          Hər şeydən əvvəl onu deyim ki, Nəriman Nərimanovun pedaqoji fikirləri barədə çox pedaqoqlar söz deyib, məqalələr yazıb. Fəqət akademik Hüseyn Əhmədovun araşdırmaları xüsusilə diqqətəlayiqdir, daha sanballıdır, mötəbərdir.

Məlum olduğu kimi, müxtəlif dövrlərdə Nəriman Nərimanova münasibət müxtəlif şəkildə olub. Gah onun şəxsiyyəti, xidmətləri göylərə qaldırılıb,  təqdir edilib, gah bu böyük insan, görkəmli  dövlət və ictimai xadim, məşhur yazıçı və dramaturq diqqət mərkəzindən kənarda, kölgədə qalıb, onun haqqında bir çox həqiqətləri meydana çıxarmaq və yaxud onlardan danışmaq yaxşı qarşılanmayıb, qadağalar da istisna deyil. Bütün bunlar bir vaxtlar daxil olduğumuz ittifaqın üzdəniraq siyasəti ilə tənzimlənib.

Hamımıza məlumdur ki, Nəriman Nərimanov həqiqi vətənpərvər, Azərbaycan xalqının tərəqqisi və inkişafı, respublikamızın öncül yer tutması üçün əlindən gələni edib, həm bir dövlət xadimi, həm də yazıçı kimi xalqımızın maariflənməsi, yüksək mədəniyyətə yiyələnməsi istiqamətində böyük işlər görüb. Həm  sağlığında, həm də sonralar – müəyyən dövrlərdə ona “millətçi” damğası vurulub. Halbuki Nəriman Nərimanov beynəlmiləlçi bir insan idi, digər xalqlara dərin hörmət və məhəbbətlə yanaşır, öz millətini isə çox sevirdi. Həm də öz millətini sevmədən digər millətləri necə sevmək olar? Bu Sovetlər İttifaqının siyasəti idi. Millətini çox sevirdin, damğalayırdılar ki, millətçidir. Odur ki, tələb belə idi ki, millətini sevməzdən əvvəl beynəlmiləlçi olmalısan. Qəribə məntiq və siyasət idi!

Nəriman Nərimanov “Ucqarlarımızda inqilabımızın tarixinə dair” kitabını İ.V. Stalinə ünvanlamışdı. Bu əsərlə tanış olmaqla doktor Nərimanın nə qədər məhrumiyyətlərlə, maneələrlə qarşılaşdığının, xalqımız üçün necə böyük işlər gördüyünün, həyatını belə təhlükəyə atdığının, erməni-daşnaklarının onunçun necə tor qurduğunun   şahidi oluruq.

Bütün yuxarıdakı məsələlərdən təsadüfi olaraq bəhs etmədik. Akademik Hüseyn Əhmədovun “Nəriman Nərimanovun pedaqoji fikirləri” monoqrafiyası əslində 1975-ic ildə nəşr olunmalı idi, lakin dörd il ləngidi. Kitab müəllifin fikri öyrənilmədən senzura tərəfindən insafsızcasına kəsilib-doğranılaraq, insafsızcasına “redaktə” olunaraq ilk dəfə 1979-cu ildə işıq üzü gördü.

Əsər yenidən 2000-ci ildə nəşr edildi. Bu nəşrdə 1979-cu ildə aparılmış ixtisarlar bərpa olunmuş, yersiz redaktələr aradan qaldırılımış, bir növ 1975-ci il variantı bərpa  edilmişdir.

        Akademik Hüseyn Əhmədov monoqrafiyada Nəriman Nərimanovun pedaqoji fikirlərini son dərəcə ustalıqla, diqqətlə, ətraflı şəkildə araşdırmış və çox qiymətli vəsait meydana gətirmişdir. Filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlunun “Şikəst edilmiş övlad”, yaxud milli elmi düşüncənin repressiyası” adlı ön sözü monoqrafiyanın taleyinə aydınlıq gətirir. Alxan Bayramoğlu öz yazısında N. Nərimanovla bağlı hansı məsələlərin monoqrafiyadan çıxarıldığını göstərmiş, dərin təhlillər aparmışdır.

Hüseyn müəllim monoqrafiyanı yazıya alarkən Nərimanovun məqalə və kitablarından, habelə bədii əsərlərindən faydalanmışdır. Bəzi nümunələrə müraciət edək. Məsələn,  monoqrafiyanın “Əqli təhsil haqqında” paraqrafında oxuyuruq: “Nəriman Nərimanov istər təhsilin  rus dilində verildiyi dövlət məktəblərinin, istərsə də ənənəvi məscid məktəblərinin tədris planı və proqramlarını ciddi tənqid edir, xüsusilə ruhani məktəblərində təlim üsullarının  yaramadığını, bu məktəblərin xalqa xeyir vermədiyini dönə-dönə qeyd edirdi. O yazırdı ki, “bu vaxtadək millətin balalarını kor edən, hər şeydən avara salan, vaxtlarını əbəs yerə puç edən məktəblərimizdə nuhun əsrindən qalan üsul ilə dərs deməkdir”.

Həmin sözlərdə dərin həqiqət var.

Hüseyn müəllim bu qiymətli tədqiqat əsərində Nəriman Nərimanovun həyatı və maarifçilik fəaliyyəti;  Nərimanovun müəllim kadrları hazırlanması problemi; əqli təhsil; ana dili və onun tədrisi məsələləri; qadın təhsili; şəxsiyyətin fıormalaşmasında tərbiyənin məqsədi və rolu; xalqlar dostluğu və beynəlmiləlçilik tərbiyəsi; vətən və vətənpərvərlik; əmək və əmək tərbiyəsi məsələləri haqqında;  onun dini baxış və gənc nəslin tərbiyəsi problemləri ilə bağlı fikirləri üzərində dayanmış, onların əhəmiyyəti və böyüyən nəslin təşəkkül tapıb formalaşmasında rolu göstərilir.

Akademik Hüseyn Əhmədov haqq dünyasındadır. Fəqət o, yalnız cismən aramızda deyildir. Həmişə onu anırıq. Hüseyn müəllim bizə zəngin pedaqoji irs  qoyub getmişdir. Pedaqogikanın tarixinə və nəzəriyyəsinə dair fikirləri biz p0edaqoqlar üçün qiymətli mənbələrdir.

Bu gün pedaqoqlar, doktorant və dissertantlar, magistrantlar və magistrlər, müəllimlər akademik Hüseyn Əhmədovun əsərlərindən faydalanırlar.

Anadan olduğu bu gün bu böyük şəxsiyyəti nəzərdə tutaraq: “Allah sənə rəhmət eləsin, dəyərli insan!” deyirik.

                                Müəllif:   Akif ABBASOV                   

                   Azərbaycan Respublikası Təhsil  İnstitutunun

                    elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞƏLALƏ CAMAL – SEVGİ GƏTİRDİM

ŞƏLALƏ CAMALIN YAZILARI

Sənə bir çamadan sevgi gətirdim

Sənə bir çamadan sevgi gətirdim
Qarışıb içində köhnə – külüşə
Sən Allah bağışla, özüm qalmadım
Qalsaydım, çatmazdım indi görüşə.

Üzünə baxmağa gücüm çatmadı,
Məni dar ayaqda gözləyənim var.
Qapının ağzına qoyub çıxmışam,
Qorxuram, kölgətək izləyənim var…

Sənə bir çamadan sevgi gətirdim,
Mən özüm olmaram, qoy sevgim olsun
Sənə bir çamadan sevgi gətirdim.
Eşələ o sevgi qoy təmiz qalsın.

Köhnələr içində itib – batmasın,
Heyifdi, sevgimiz viran qalmasın
Sənə bir çamadan sevgi gətirdim…
Sevgisiz həyatın bir an olmasın…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Narıngül Nadir – Salamat qal, Şuşa! – Fotolar

VAQİF POEZİYA GÜNLƏRİ

                           Salamat qal, Şuşa!

                             (Şuşadan reportaj

14-15 iyul tarixlərində Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə möhtəşəm Vaqif Poeziya Günləri keçirildi. Qeyd edim ki, ilk dəfə 1982-ci ilin qarlı bir günündə ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən və orada təməli qoyulan Vaqif Poeziya Günləri Şuşa işğal olunana kimi hər il böyük təntənə ilə qeyd olunurdu. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə artıq ikinci dəfədir ki, doğma Şuşada, Cıdır düzünün yaxınlığında yerləşən, Azərbaycanın tanınmış şairi, görkəmli dövlət xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə bu möhtəşəm söz bayramı reallaşırdı.

Heydər Əliyev Mərkəzinin qarşısından yola düşən tədbir iştirakçıları yolboyu öz həyəcan və sevinclərini nümayiş etdirir, səfərin müqəddəsliyindən söz açır, duyğularını dilə gətirir, bu günə şükranlıq edirdilər. Hər kəs ətrafı dördgözlə seyr edir, sanki uzun illərin həsrətini, ayrılığını unutmaq, sıxışdırıb aradan çıxartmaq üçün görükləri hər yeri gözlərinə köçürmək istəyirdi. Daha heç nəyi itirmək olmazdı… Amma Qarabağın təbiəti nə qədər gözəl olsa da, ətraf bölgələrədə, xüsusilə Füzuli rayonunda olan dağıntılar, erməni qəsbkarlarının vəhşiliyi, təbiətə tutulan divan adamlarda bir təəssüf hissi də yaradırdı. Yolboyu Ali Baş Komandanın qələbə təntənəsi ilə səsləndirdiyi, artıq şüara çevrilmiş “Əziz Şuşa, sən azadsan”, “Şuşa, biz gəlmişik” ifadələri ətrafa yayılırdı. Yol uzaq olsa da, hamı gümrah görünür, heç kim yorğunluğunu dilə gətirmirdi.

Və budur, dağların qoynunda ilan kimi qıvrılan dolanbac yollar başa çatır, üzərinə “Şuşa” sözü yazılan lövhə göz önündə canlanır. Üzlərdə sevinc və qüruur hissi dalğalanır. Hər kəs avtobusdan enib doğma torpağa ayaq basmaq üçün təlaşlanır. Avtobusdan yüksək səviyyədə inşa edilmiş “Qarabağ” mehmanxanasının qarşısında dayanır. Həsrətli insanların ayağı Şuşa torpağına toxunur və qeyri-ixtiyari dodaqlardan bu sözlər süzülür: Toxunuşumuz mübarək! Qələbəmiz mübarək!

Azərbaycanın mədəniyyət mərkəzi elan olunmuş Şuşada builki Vaqif Poeziya Günlərinin ilk tədbiri “Qarabağ” mehmanxanasının həyətində Qarabağ döyüşlərinə və zəfərə həsr olunmuş kitab sərgisinin açılışı ilə başladı.

Tədbirin aparıcısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi sərgidəki kitablar və onların müəllifləri haqqında məlumat verərək, bu kitabların tarixi əhəmiyyətindən söz açdı. Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar iştirakçıları salamlayaraq bildirdi ki, bu gün Şuşaya gəlmək, bu müqəddəs yerləri ziyarət etmək Qarabağ həsrəti çəkən hər kəsin illərlə ürəyində gəzdirdiyi arzusunun çin olmasıdır.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Qarabağ dastanı, 30 ilin həsrəti- 44 günün zəfəri” və “Bütün yollar Şuşaya aparır” kitabları haqqında məlumat verdi. Yazıçı Elçin Hüseynbəyli, Xəyal Rza, Səlim Babullaoğlu, Ramiz Qusarçaylı, İlham Qəhrəman və başqaları müəllifləri olduqları Qarabağ mözsusunda yazılmış kitablardan söz açdı, şairlər Şuşa haqqında şeirlər sələndirdilər.

Bir qədər sonra tədbir iştirakçıları Vaqifin muzey-məqbərə kompleksinin önünə toplaşdı və poeziya tədbiri başlandı. Tədbiri giriş sözü ilə açan AYB sədri Anar çıxış edərək bu müqəddəs torpaqda Vaqif poeziya günlərinin keçirilməsindən qürur duyduğun bildirdi:“Bu gün həm poeziya, həm də qələbə bayramıdır. Bu bayramı bizə yaşadan Ali Baş Komandan, igid döyüçülərimiz və qələbə inamını həmişə qəlbində yaşadan xalqımıza minnətdarıq. Vətən uğrunda canından keçmiş şəhidlərimizə tanrıdan rəhmət diləyirik. Azərbaycanda həmişə sözə, sənətə qiymət verilib və görkəmli Azərbaycan şairi, dövlət xadimi Vaqifə həsr olunmuş poeziya günləri bunun bariz nümnəsidir”. Sonra Yazııçılar Birliyini katibi Çingiz Abdullayev çıxış edərək Şuşada keçən uşaqlıq illərinin xatirələrindən söz açdı. O bildirdi ki, Şuşada zaman-zaman görkəmli, istedadlı insanlar yetişib və bunların hamısı da Azərbaycan millətinə aiddir. “Şuşada bir nəfər də olsa erməni millətindən olan tanınmış insan yoxdur. Odur ki, ermənilərin bu torpağa sahiblənmək iddialarının saxta olduğuğu buradan aydın görünür. Şuşanı heç vaxt görməyən uşaqlar Ali Baş Komandana güvənərək yola çıxdılar və bu inam, sevgi onarda qələbə ruhu yaratdı, qalib oldular”.

Tədbirdə əvvəlki illərin Vaqif poeziya günlərini özündə əks etdirən tarixi video-çarx maraqla izlənildi. Sonra Nigar Həsənzadənin layihəsi olan “İgidlərin sözü” kompozisiyasının nümayişi elan edildi. Deyim ki, bu kompozisiya tədbirin ən təsirli və yaddaqalan hissəsi idi. 44 günlük müharibədə iştirak etmiş şairlərin çıxışı iştirakçıları çox duyğulandırdı. Müharibə zamanı döyüşərək düşmən üzərində qələbə çalan igidlərin söz üzərində də qələbə çalması göz önündəydi. Səsləndirilən şeirlər istər mövzu, istərsə də sənətkarlıq baxımından olduqca yüksək səviyyədə idi.

Tədbirin birinci gününün sonunda gecə yarıdan keçənə qədər iştirakçılar “Qarabağ” mehmanxanasının həyətində gəzişir, öz təəssüratlarını bölüşür, söhbətləşirdilər. Heç kimin gözünə yuxu getmirdi. Şuşa artıq bura toplaşmış, şair və yazıçılara, incəsənət adamlarına ilk baxışda yuxu kimi görünən, amma real olan sevincli anları yaşadırdı. Bir də ki, hamı acgözlüklə şəkil çəkdirdi. Bütün şəkillərin fonunda isə Şuşa əks olunmuşdu.

İyulun 15-də, tədbirin ikinci günü, iştirakçılar yenidən muzey -məqbərə kompleksinin önünə yığışdılar. Tanınmış şairlərin, eləcə də “Nəfəs” layihəsi çərçivəsində gənc şairlərin “Odlar yurdum Azərbaycan” mövzusunda şeirləri dinlənildi. Muğam sədaları altında səsləndirilən vətənpərvər şeirlər dalğa-dalğa səmalara qalxır, oradan füsünkar Şuşa meşələrinə, yamaclarına yayılır, təbiəti sevindirirdi. Yəqin ki, Vaqifin o gün şad olan ruhu da bu mənzərədən agah idi.

Bu da otlarının arasından növbənöv sehrli çiçəkləri boylanan tariximizin bir parçası olan Cıdır düzü! Buradakı xırda, məsum çiçəklər o qədər gözəl və ətirlidirlər ki, onlara əl uzatmamaq qeyri-mümkündür. Mən isə burada topladığım, əzizlədiyim çiçəkləri həyəcandan unuduram və Qarabağ düzlərində əsən küləyin ağzına verirəm. Cıdır düzündə Respublikanın əməkdar artisti, rejissor Nicat Kazımovn quruluşu ilə hazırlanmış konsert-kompozisiya isə başqa bir aləmdi. Füzuli, Xaqani, İmadəddin Nəsimi, Nizami Gəncəvi, Məhsəti, Molla Pənah Vaqif, Vidadi, Xurşidbanu Natəvan, Şah İsmayıl Xətai və başqa klassik şairlər və mütəfəkkirlərin obrazları o qədər təbii və canlı idi ki, insan özünü bir anlıq tarixin səhifələrində görürdü.

İyulun 15-i, saat 16.00. Şuşadan ayrılmaq vaxtı yetişdi. Gün-gündən abadlaşan, yenidən bərpa olunan bu gözəl yurddan ayrılmaq çox çətindi. Yenidən Şuşanın dolanbac yolları ilə üzü Bakıya tərəf irəliləyən qonaqların ürəyində bir arzusu vardı; yenidən bu yerlərə qayıtmaq, doya bilmədiyimiz Şuşa havasını ciyərlərimizə yığmaq. Fotolar:

Yenidən səninlə görüşmək arzusuyla salamat qal, əziz Şuşa!

Müəllif: Narıngül NADİR

NARINGÜL NADİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NİGAR SULTANLININ DOĞUM GÜNÜDÜR!

NİGAR SULTANLI

Bu gün – 17 İuly – tanınmış psixoloq-konsultant, Sənətşünaslıq üzrə fəlsəfə doktoru – kulturoloq Nigar Sultanlı nın doğum günüdür. Ad gününüz mübarək, Nigar xanım. Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

NİGAR SULTANLININ YAZILARI


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏŞAD MƏCİD ŞUŞADA – VAQİF POEZİYA GÜNLƏRİ – 2022 – FOTOLAR

VAQİF POEZİYA GÜNLƏRİ

İyulun 14- ü və 15-də Şuşada Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri baş tutub.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra artıq 2-ci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunur. Tanınmış qələm adamı Rəşad Məcidin Şuşadan paylaşdığı fotoları təqdim edirik:

Mənbə: Rəşad Məcid


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA YAŞAR HAQQINDA

LEYLA YAŞAR

Leylanın adını xalası Şəhla xanım qoyub. Məktəbə gedənə qədər yazıb-oxumağı iki yaş böyük qardaşı Orxandan öyrənib.

Leyla Yaşar qızı İsgəndərova 1984-cü il dekabrın 14-də Zərdab rayonunda anadan olub. 1991-ci ildə Zərdab rayon H. Zərdabi adına 1 saylı orta məktəbinin I sinfinə getmiş, 2001-ci ildə XI sinfi bitirmişdir. 2002-ci ildə BDU-nun kitabxanaçılıq və informasiya fakültəsinə qəbul olmuşdur. 2006-cı ildə ali məktəbi bitirmişdir.

Bu ixtisası atasının istəyi ilə seşib. Leyla orta məktəbdə əla qiymətlərlə oxumuş, riyaziyyat, ədəbiyyat, Azərbaycan dili, tarix, coğrafiya sevimli fənləri olub.

Məktəb, istərsə də rayon səviyyəsində keçirilən ictimai tədbirlərdə fəal bir şagird olaraq iştirak etmişdir. XI sinifdə oxuyarkən məktəblər arasında keçirilən bilik yarışında komandanın üzvü olmuş, komandaları I yerə, tarix fənni üzrə keçirilən məktəblərarası yarışda komandanın kapitanı olmuş, komanda II yerə layiq görülmüşdür.

VIII sinifdə oxuyarkən riyaziyyat fənnindən, IX sinifdə isə biologiya fənnindən olimpiadada iştirak edərək respublika turuna çıxmışdır. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə olimpiadada bütün turları uğurla keçərək respublika turunda IV yerə, XI sinifdə oxuyarkən yenə də Azərbaycan tarixi fənni üzrə keçirilən respublika olimpiadasında II yerə layiq görülüb. Həmçinin XI sinifdə oxuyarkən Azərbaycan Respublikasının müstəqillik qazanmasının X il dönümü ilə əlaqədar respublika üzrə keşirilən “Azərbaycanın dünəni, bu günü, gələcəyi” adlı inşa müsabiqəsində yaşadığı rayonu təmsil edərək, həvəsləndirici yerə layiq görülmüşdür.

Ali məktəbdə dərslərini yaxşı oxuyub. Sevdiyi fənlər Azərbaycan tarixi, müasir Azərbaycan ədəbiyyatı, dünya kitabxanalarının tarixi, iqtisadiyyat, qədim Azərbaycan ədəbiyyatı və. s olub.

Leylanın dediklərindən: “ – Həyatımda maraqlı, uğurlu günlər çox olub. X sinifdə oxuyarkən Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadada respublika turunda qazandığım uğurdan sonra başa düşdüm ki, artıq cəmiyyətin bir üzvü kimi mən də vətənimə, xalqıma xidmət etməyi bacaran layiqli bir şəxsiyyət ola biləcəm.

Qəbul imtahanlarında göstərdiyim nəticələrə görə ilk növbədə Allaha, I sinifdən XI sinfə qədər bilik verən müəllimlərimə, onun savadlı bir gənc kimi yetişməsində köməyi olan valideynlərimə minnətdaram.

Ali məktəbə qəbul olacağıma inanırdım. 11 il orta məktəbdə aldığım yüksək təhsil buna imkan verirdi”.

Qəbul olduğunu öyrənincə Leyla heç sevinməmişdi. Sevdiyi ixtisas olmadığından yenidən öz üzərində daha yaxşı çalışıb yüksək nəticə göstərmək istəyirdi. Yenə də atasının sevdiyi peşə olduğunu nəzərə alıb, fikrindən vaz keçdi.

Ali məktəbi bitirdikdən sonra jurnalist kimi fəaliyyət göstərmək istədi. Ancaq həyat onu tam başqa sahəyə apardı.

Xoşbəxtliyi can sağlığında, insanlarla mehriban ünsiyyətdə, güclü həyat eşqi ilə yaşayıb-yaratmaqda, işlədiyi sahəni sevərək xalqına yüksək xidmət etməkdə görür.

Sevdiyi ixtisasla bağlı yüksək zirvəyə güclü mütəxəssis kimi öz üzərində gecə-gündüz işləyib çalışmaqla qalxa bilər.

Asudə vaxtları çox az olur. Çalışır ki, asudə vaxtlarından səmərəli istifadə etsin. Daha çox işlərinə vaxt ayırır. Musiqi dinləyir, mütaliə edir. Bir də şəhərdə ən çox sevdiyi yer olan Dağüstü parka gerir.

İlk uğuru X sinifdə oxuyarkən qazanıb. Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin bilavasitə təşəbbüsü ilə keçirilən tədbirdə hədiyyələrlə təltif olunub.

Fəaliyyəti ilə bağlı “Azərbaycan müəllimi” jurnalında və Zərdab rayonunuda çıxan “Əkinçi” qəzetində məlumat verilib.


YAZARLAR

LEYLA YAŞARIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏYYUB TÜRKAY – UŞAQ ŞEİRLƏRİ

ƏYYUB MƏMMƏDOV

MEYVƏ BAĞI

Bağda ərik saraldı
Ay nə gözəl, nə gözəl.
Gör bir neçə çuvaldı,
Ay nə gözəl, nə gözə!

Ağaclar meyvə dolu,
Yetişib dadlı-sulu
Bardan əyilib xolu,
Ay nə gözəl, nə gözəl!

Bir tərəfdə gavalı
Digər yanda albalı
Al yanaqlı şaftalı,
Ay nə gözəl, nə gözəl!

Biz zəhmətin çəkərik
Çoxlu ağac əkərik
Dibinə su tökərik,
Ay nə gözəl, nə gözəl!

AĞACDƏLƏN

Ağacdələn ağacı,

Taqqıldadıb döyürdü.

Saldığı səs-küy ilə

O özünü öyürdü.

QOZA

Şam ağacı qozasını,

Atdı Əlinin başına.

Əli də onu vurmaqçün,

Tez əl atdı çay daşına.

NAR LƏKƏSİ

Mədinə narın başından,

Dartıb qopardı tacını.

Dedi: -üstün ləkələyib,

Niyə ağlatdın bacımı?

KƏLƏKBAZ KƏLƏM

Kələmin yarpaqların,

Soyub tökürdü Mələk.

İçində nə olduğun,

Deyir, öyrənim gərək.

Dartıb yarpaqlarının

Hamısını qopardı.

Gördü heç nə qalmadı

Bildi ki, iş qurtardı.

Ətrafa təəccüblə,

Baxdı balaca Mələk.

Dedi:- kələm də bizə,

Belə gəlirmiş kələk.

Müəllif: Əyyub TÜRKAY

ƏYYUB TÜRKAYIN YAZILARI

ATLAZ RZAYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru