Etiket arxivi: HEKAYƏTLƏR

ZAUR LAMƏKAN – GƏLİŞİGÖZƏL

ZAUR LAMƏKAN – yazıçı.

GƏLİŞİGÖZƏL
(hekayə)
Hər bir halda,ümumilikdə İnsan-Adam olaraq bizi hər bir zaman, ən çox, həm narahat edən,həm də,nigaran saxlayan yeganə hiss,tam dəqiq əmin olmadığımız,cavabını tapmadığımız suallarla dolu olan,-Maraqdır!!!
Bu,sadəcə kitab deyil!
Böyük həyatın kiçik bir giriş qapısıdır.
Hər hərflərini oxududqca,hiss edərək daxil olacaqsan!.
Altı yaşım var idi,elə o,vaxtımdan mənə elə gəlirdi ki,irəlidə məni,arzu etdiyim və heç arzu etmədiyim nələrsə gözləyir.
Atam böyük vəzifədə işlədiyinə görə,gündüzlər vaxtı olmurdu deyə,məni hər gün ya anam,ya da,uşağı bağçada olan qonşular bağçaya aparıb gətirirdilər.
Uşaqlar oynayanda mən bir küncdə oturur,yemək yeyəndə, ya işdaham olmur,ya da,bir qıraqda tək yeyirdim. Yatanda isə,çox vaxt oyaq olur və nə isə fikirləşirdim.
Elə ona görə də, evə gələndə sanki, atamın əvəzinə mən getmişdim işləməyə,o qədər işləmişəm ki, işdən yorğun gəlmişəm.
Növbəti günlərdə də,həmişəki kimi,məni bağçaya aparıb gətirirdilər və bu hal, beləcə davam edirdi.
Vaxt gəldi,məni bağçadan çıxardıqdan bir neçə müddət sonra,birinci sinifə qoydular.
Bilmirəm,bəlkə də,atam həll etmişdi mənim məktəb sənədlərimi,bəlkə də,yox.
Birinci dəfə məni,məktəbə kimin gətirdiyini xatırlamıram.
İlk gün,hər oğlanı bir qız ilə oturtmuşdu müəllimimiz.
Birinci gün,Müəllimin də,kim olduğunu dəqiq xatırlamıram.
Yenə də,bağçada olduğu kimi,ya anam,ya da,mənimlə eyni sinifdə oxuyan,ya da,oxuduğumuz məktəbdə oxuyan uşağı olan valideyn aparıb-gətirirdi.
Artıq,iki ya da,üçüncü sinifdə oxuyurduq.Bir dəfə,sinif yoldaşım Saleh,tənəffüs vaxtı mənə dedi ki,gəl,dərsdən qaçaq?!…
hə,nə oldu,gəl də,
– mən,bəlkə də, ilk dəfə onda,o,kəlmədən (Evə çatanda, atam görərsə,atama,anam görərsə,anama hansı cavabı verəcəyimdən ) qorxdum. O dərəcədə qorxdum ki,hətta,qorxum üzümdə də,hiss olunurdu.
-Saleh: qorxdun? nədən qorxursan?! Uzağı bir şillə vuracaqlar sənə,vəssalam.
Bilmirəm nəyi fikirləşirdim?! nəyə görə fikirləşirdim?! amma onu,indi bilirəm ki,məktəb,dərs,sinif,uşaqlar, o qədər maraqsız idi ki, mən hətta bir şillədən belə qorxan adam,buna razı oldum və biz dərsdən qaçdıq.
Gəlib,evə çatandan sonra,nələr olduğunu xatırlamıram.
Bircə onu xatırlayıram ki,futbol topu kimi,atam döyüb anama ötürürdü,anam döyüb,atama ötürürdü.
Bilmirəm,bəlkə də,elə buna görə,xatırlamıram.
Qonşular evlərinə ərzaqlarını kağız paketlərdə,meyvələrini çəki ilə zəmbildə alıb gətirirdilər.Atamın pulu çox idi deyə,o,yeşiklərlə alıb gətirirdi.
-Bal,kürü və vitaminli meyvələr yediyimə görə,mənim yaddaşım çox güclü idi.
Döyüldüyüm günlərdən başqa.
Təxmini,beş yaşım olardı,qohumumuz bizə gələndə,mənə öz həyətlərindəki itlərinin balasını gətirmişdi.Bap-balaca,sarışın çənəsinin altından sinəsinə qədər ağ,qalan hissəsi sap-sarı idi. İlk dəfə idi ki,başqa bir canlıya toxunurdum.İtimi, elə,ilk dəfə əlimə götürdüyüm zamandan,adını Toplan qoymuşdum.
O itə,çox bağlanmışdım.
Onu,bir dəfə də,olsa,nə ac,nə də,susuz saxlamırdım,hətta,özümdən də,çox istəyirdim.
Bir dəfə açılıb,həyətdə işləyən ustanı, – bilmirəm,bəlkə də,pis adam olduğunu hiss etmişdimi,ya mənə toxunmuşdu deyə,ya da,ona qarşı kobud davranmışdı deyə, – dişləmişdi.
Mən,həmişə,hətta insanlara naməlum olan hisslərin,heyvanlarda və digər canlılarda olduğuna,əminliklə inanmışam.
Səhəri gün,məktəbimizdə olacaq tədbirə görə,koridorun axırında,solda,qapıdan aralı,gül dibçəyinin yanında, çox böyük səbrsizliklə atamın gəlməyini gözləyirdim.Tədbirin başlamasına on dəqiqə qalmış,ürəyimdə dedim ki,heç olmasa anam gələydi, amma,heç anam da,gəlmədi.
Müəllimlər dedilər ki,yəqin işdə olduqlarına görə,gələ bilməyiblər.
Bəlkə də,işdə deyildilər.
Bəlkə də,evdə idilər.
Billmirəm.
Amma,bunu dəqiq bilirəm ki,ondan sonra,məktəbimizdə dəfələrlə keçirilən müxtəlif tədbirlərdə,hər dəfə,digər uşaqların valideynləri gəlsələr də,mənim valideynlərim gəlmirdilər ya da,gələ bilmirdilər.
Və,dərs ilinin sonunda,amma,hətta tətil vaxtından əvvəl,artıq məni rayonda hansı qohumumuzun evlərinə aparacaqlarını müəyyənləşdirmişdilər.
Artıq tətil vaxtı gəlib çatdığında,axşam atam dedi ki,sabah hazırlaş,gedək rayona nənəngilə.
Səhər,xoruz banlayan vaxt,dan yeri təzəcə sökülürdü,yarı yuxuda,yarı ayıq vəziyyətdə qulağıma səs gəldi:
-Oğlum,qalx,qalx tez ol,geyin hazırlaş,gedək.
Mən də,yuxudan key kimi qalxar-qalxmaz,ilk öncə:
-Bəs Toplan?
Onun,suyunu-yeməyini kim verəcək?
Atam: -Oğlum,sən narahat olma,mən ya da,anan verəcək.
Toplanına yaxşı baxarıq,sən nigaran qalma,
tez ol,bir-iki tikə nə isə ye,bir çay iç, hazırlaş gedək.
Bir istəkan çay içib,bir az bal ilə yağ yeyib,çıxdım həyətə ki,
-Toplan oturaq vəziyyətdə,iki qulaqları da,yuxarı şəklənmiş vəziyyətdə mənə baxır.
O an,içimdə bir sim qırıldı sanki.
Qəlbimdə yaranan sıxıntını kimə izah edim deyə,cavabsız bir sual yaranmışdı.
Yaxınlaşıb,Toplanımın,üzünə baxaraq başını tumarladığımda, -O,sanki, mənə nə isə,
( qəlbindəkiləri hiss edirəm,sən məndən nigaran qalma get,amma,getməyini,istəmədiyini də,hiss edirəm,heç mən də,istəmirəm gedəsən )
demək istəyirdi
.Atam məni,-kövrəlmiş,hönkürtü ilə ağlayacaq vəziyyətdə,tam olaraq söz ilə izah olunmayacaq halda,Toplanımdan güclə ayırıb,maşına oturdu və özü keçib sürücü tərəfdə oturub,maşını işə salaraq,yola düşdük.
Bir saat yol getdikdən sonra,könlümü almağa çalışsa da,hisslərim fikirlərimi toplamağa imkan vermirdi ki,atam ilə,söhbət edək.
-Səbəbini bilməsəm də, amma,hiss edirdim ki,bu hiss,həmişəkindən fərqli bir hissdir.
İki saata,nəhayət ki,biz rayona,ordan da,yarım saata kəndə,nənəmgilə çatdıq.
Atam məni qoyub,özü də,yorğun maşın sürməmək üçün,bir gün qalıb,səhəri gün şəhərə qayıtdı.
Mənim,kənd yerinə getməyim,ilk dəfə olduğuna görə,bir neçə gün oranın havasına-suyuna öyrəşmək məcburiyyətində qaldım.
Bir neçə gün sonra,əmim dedi ki,sabah gedək balıq tutmağa.
Elə mənə də,maraqlı gəldi ki,görəsən balıqı necə tuturlar?! Nə edirlər ki,balıq gəlir?!
Səhəri gün əmim bir bel götürüb torpağı qazımağa başladı.
Soruşdm ki, -Əmi,balıq tutmağa gediriksə,torpaq qazımaq nəyə lazımdı?
Əmim: -qazıdığı torpağın altından soxulcanları çıxarıb dedi ki,
-Balığı,bunları qarmağa keçirərək tuturlar.
Keçirdiyim: stresi,hissləri,həyəcanı,məyyusluğu,( tərs adam və məni anlamayacağını bildiyim üçün,əmimə deməyin bir mənası olmadığına görə ) içimdə saxladım.
Kür qırağında,səssiz amma hərdən də,Quağ-Söyüd- ağaclarının yarpaqlarının səsləri ilə aldığım ruhani hisslər,məni müvəqqəti də olsa,biraz sakitləşdirmişdi.
Qayıdanda da,yolüstü,əmim, iri (Çəkil ağacı deyilən)ağacların ortasındakı dəlikdə quş yuvalarına əlini salaraq,əlli kiloluq un kisəsini,quş balalarının başını əli ilə üzərək doldurmaq istəyi o qədər idi ki,mənə də,necə etməyi öyrədərək,
-Hə,dayanma,tez ol,sən də,əlini sal,ağacın içindən yığ əlinə keçənləri.
Faydası olmağına inanmasam da,
-Ürəyim dözmədi,soruşdum:
– Əmi,bəlkə elə bunlar özləri anadılar?
Ya da,lap tutaq ki,bala da,olsalar,bəlkə bunların hələ ki,yeyilən vaxtı deyil?
bəlkə çox körpədilər?
– Əmim: Yox oğul,narahat olma,sən yığ gedək.
Belə,heç sevmədiyim işləri görən günlərim çox olurdu.
Gündəlik kənd həyatındakı işlərə hərdən kömək edir,gah sağol-larını qazanırdım.
Gah da,hərdən (böyüklərin dəcəllik edir-dedikləri)oyunlar oynayaraq günüm keçirdi.
Üç ay,yay tətili başa çatmaq üzrə idi.
Üç-dörd gün qalmış,atam gəldi məni aparmağa.
Elə,maşını ilə həyətə girən kimi,özü tərəfdə olan şüşənin aşağı saldığını görüb,heç maşından aşağı düşməmiş,tez qaçıb,yarım aşağı salınmış şüşədən başımı içəri salıb, soruşdum:
Ata,Toplanım necədi
– Atam:üzümə baxıb,sonra qapını açan tutacağından sıxaraq qapını açıb,addımını yerə qoyub maşından düşdü və məni qucaqlayaraq,
-Oğlum necəsən,necə keçdi istirahətin?
Bir tərəfdən nənəm,bir tərəfdən əmim gəlib atam ilə görüşüb-qucaqlaşdılar,hal-əhval tutub,yavaş-yavaş eyvana doğru irəlilədilər.
Əmim və atam eyvanda oturdular,nənəm də,onlara və özünə çay süzərək,gəlib oturdu onların yanında və (Sanki,mən heç bir sual verməmişdim atama) söhbətlərinə davam etdilər.
Amma,bu dəfə özü ilə bir nəfər də,gətirmişdi ki,gedəndə maşını o sürsün.
Deyəsən atam çox tələsirdi,deyə,ona görə də,bir-iki saat söhbətləşdikdən sonra,
-Yola düşməliyik dedi və qalxdı ayağa.
Nənəm və əmim,
-Heç olmasa bu gün qal,sabah gedərsən,
desələr də,atam,işi ilə əlaqəli olduğuna görə,bu gün qayıtmalı olduğunu bildirib,sağollaşıb mindik maşına və yola düşdük.
Yolda da,atam ilə o,gətirdiyi adamla söhbət etmələrinə baxmayaraq,arada fürsət düşən kimi,Toplanımın necə olduğunu soruşsam da,cavab vermirdi,başqa şey haqqında danışırdı.
Nəhayət,getdiyimiz vaxtdan,biraz tez gəlib çatdıq evə.
Həyətə girən kimi,
-Toplan- deyə,səsləndim
amma,səsi gəlmədi.
Həyətin künc-bucaqlarını axtardıqdan sonra,Həyətin ortasında,yarpaq-ot-çiyarların arasında,həyətimizdə heç vaxt olmayan iri nə isə gördüm.
Yaxınlaşdıqca,uzaqdan görünən saraltı,içimi qəhərləndirirdi.
Yaxınına çatanda,
-çarəsiz vəziyyətdə,hərəkətsiz, ölmüş bədənini görəndə,
mən,həmin an,ilk dəfə
-Ruhən öldüm.
Və deyəsən,elə həmin an anlamışdım ki,arzu etmədiyim sürprizlərdən biri budur.
Sanki,ruhsuz,quru,soyumuş və bu dünyadan ayrılmış,amma hərəkət edən bədənim:
titrəyən qollarımı yarpaqlar altında qalmış Toplanıma tərəf uzadıb,heç vaxt ağlamadığım kimi,gözlərimdən yaşlar ard-arda süzülərək (taqətim olmasa da,onu torpağa tapşırmalı olduğum üçün)bir təhər özümdə güc toplayıb,qollarım üstünə qaldırdım.
Evimizin arxasında olan kiçik torpaq olan tərəfə gedib,Toplanımı bir kənara qoyub,gözümü,gözü açıq vəziyyətdə uzanan ən sadiq dostumdan çəkmədən,bilmirəm necə və nə vaxta qazıdığım çala,artıq hazır idi.
Mənə hər zaman sadiq olan bir varlıq ilə,həmişəlik vidalaşmaq vaxtı gəlib çatmışdı.
Könülsüz,ruhsuz bədənindən belə ayrılmaq istəmədiyim dostumu,qazıdığım çalaya uzatmalı idim.
Mən artıq bunu etməli idim.
Özümdə bir təhər təpər tapıb,
-Dünyanın ən sadiq dostunun,barmaqlarım ilə ehmalca,çox həssas sığal çəkərək,gözlərini yumdum.
Dözə bilmədiyimə görə,özüm də,gözlərimi yumub,Toplanımı qazıdığım çalaya uzadıb,üstünü də,torpaq üstünə tökülməsin deyə,nəzik dikt parçası qoyduqdan sonra,hər bir ovuc torpağa, gözümdən süzülən yaşlarla örtürdüm üstünü.
Ölüm səbəbini,sonralar bildim ki,atam,dəvət edildiyi qonaqlıqlardan,anam da,ya qonşularla söz-söhbətlərdən ya qohum-əqrəbagilə gedib-gəlmələrdən vaxt tapa bilməmişdilər.
Bir neçə müddət bu halın təsiri altından çıxa bimədiyimi valideynlərim də,hiss etdiklərinə görə,
-Mənim,nəvazişə,fikir yayındırmaq üçün hansısa,mənə daha maraqlı olan nə isə etmələrini gözlədiyim halda,
bir dəfə atam məni yanına çağırıb,dedi:
-Oğlum,bu gün Gülarə müəllimə ilə danışdıq,sən sabahdan,məktəbə gedib-gəldikdən sonra,həftənin üç günü onun yanına hazırlaşmağa gedəcəksən.
Dostumun ölümü,ondan sonra yaşadığım streslərin təsirindən ayılmamış,ən yaxın doğmalarım olan valideynlərimdən gözlədiyimi deyil,gözləmədiyim bir xəbəri eşidən an,beynimi toplaya bilmədiyim bir vaxtda,heç,təəccüblənə də,bilmədim.
Sanki, -qurumuş halda,başqa bir sözlə,robot kimi
-Hə,yaxşı-dedim və keçdim öz otağıma.
Növbəti gündən ehtibarən,məktəbdən evə gəldikdən sonra,məktəbli geyimimi dəyişmədən,çantamı qoyub,bir dəftər və bir qələm götürüb birbaşa,Gülarə müəlliməgilə gedirdim.
Atam, məni tək hazırlaşdırması üçün,pul ödəyirdi deyə,mən,Gülarə müəlliməgilə gedib-gələndə,digər uşaqları görmürdüm.
Hər dəfə məktəbə gedib-gələndə,mənim də,elə bacım-qardaşım və elə mehriban,qayğıkeş,fədakar ailəm olmasını arzuladığım,-bir bacı-bir qardaş və Bağçadan xatırladığım,iki əkiz qardaşlar var idi.
Onları,hər dəfə,atası aparıb-gətirirdi məktəbə.
Kənardan gördüyüm o,sevgiyə,diqqətliliyə paxıllıq etmirdim amma,bunları mən, hiss edərək yaşamadığıma görə, dözə bilmirdim.
Sanki,içimdə bir səs deyirdi ki,
-Get arxalarınca,get,ən azından kənardan seyr et ki,sənin də, əslində,valideynin övladına qarşı diqqət etməyin,laqeyd olmamağın necə olmasından,o,sevgidən,sənin də,xəbərin olsun.
Dərsdən çıxan kimi,baxmayaraq ki,bu gün həftənin üçüncü,yəni hazırlığa getməli olduğum gün idi,amma,sevgisizlik məni,o dərəcədə bürümüşdü ki,artıq,nə hazırlığa getməmək, nə də evə gec getmək qorxusu gözümə görünmürdü.
Əlimdə göy rəngli məktəbli çantam,
ensiz qısa,üzərində Azərbaycan bayarğının şəkili olan,qara rəng qalstukum da,salllana-sallana düşdüm bu,atalarının əlindən tutaraq,deyib gülə-gülə gedən bacı-qardaşın arxalarınca.
Onlar,üzü parka tərəf gedirdilər.
( 1990-cı illərdə )
Park ilə məktəbin arasında,
mənim,hər gün həyəcan keçirərək,tək gedib-gəldiyim sıx ağaclar olan yerə yaxınlaşanda,
ataları istiqamətlərini dəyişib,biraz yol uzansa da,digər yol ilə getdilər.
Onsuz da,əvvəllər də,hər dəfə mən o,( Saqqallı,rus,ya da,başqa dildə danışan kişilər,evsizlər orda yeyib-içirdilər,özlərinə yer düzəldib,elə orada da,yatırdılar)
Qorxunc meşə -adlandırılan yerdən,tək gedib-gəldiyimdə,onları heç vaxt o yoldan gedib-gələn görməmişdim.
Mən də,o yola çatanda,gözləyirdim ki,bəlkə kiminsə valideyni keçər,ya da,başqa bir kimsə keçər,mən də,onun yanı ilə gedib-keçərəm,o,saqqallı bədheybətlərə oxşayan insanların yanından.
Amma bu dəfə,bacı-qardaşın hesabına,o yoldan gedəsi olmadım və elə,ürəyimin birinci rahatlığı bu idi.
Parka çatdıqda, -Sanki indi mən də,onlar ilə birlikdə oynayıb,şad hisslərimizi bölüşəcəkdik
amma,sadəcə olaraq,mənə bunları kənardan izləmək olardı.
Digər uşaqlar kimi də,yaxınlaşıb onlar ilə oynasaydım,atası o qədər yaxşı adam idi ki,narazılıq edəcəyinə inanmırdım,amma,həm məndə olmayan onların o,xoşbəxtçiliyinə maneə ola bilərəm deyə,həm də,kiminsə mənə yazığı gələr deyə,yaxınlaşmırdım.
O xoşbəxtliyi kənardan izləsəm də,sanki,ruhən onlarla birlikdə o hissləri duyurdum.
Xoşbəxtlik hüceyrələri o dərəcədə oyanmışdılar ki,mənə özgə olan onların atası,artıq,mənə də,doğma kimi gəlirdi.
Elə bil yatmışdım,anidən ayldım ki,
mən artıq bir neçə vaxtdır ki,burdayam,fikirləşdim ki,evə çatanda,gec getdiyim üçün haram edib,burnumdan gətirməsinlər deyə,yola düzəlim və,
-Heç olmasa bu dəfə,o,qorxunc yol ilə getməyim
-öz-özümə danışa-danışa,
-Bu gün gördüklərimə görə,yolumu uzatmağa dəyərdi.
Parkın ətrafı ilə üzü yuxarı qalxıb,çay daşları düzülmüş yolun sol tərəfi ilə gedib evə çıxdım.
Evə çatanda anam,
– əlində yun çubuğu,oturub məni gözləyirdi.
Həmən gecə,yalnız sağ tərəfim üstə yata bildim.
Çünkü demək olar ki,(sağ tərəfli olduğum üçün,yalnız sağ tərəfimi qoruya bilmişdim)bədənimin hər tərəfi göm-göy idi.
O gündən sonra,hər dəfə dərsdən evə gəlib,paltarlarımı dəyişən zaman,köynəyimi-şalvarımı çıxaranda,bədənimin göynəltisindən gözlərim yaşarırdı.
Əvvəllər anam məni döyəndə,axşam atam evə gəldiyində,buna müəyyən qədər narazılıq edirdi, amma sonralar,bəlkə də,işinin çox olduğuna görə,evə yorğun gəlir,(hərçənd ki,çox vaxt qonaqlıqlardan gəlirdi deyə,tox gəlirdi)yemək yemədən ya bir çay içib yatırdı,ya da,arada ailə daxili bizə də,vaxt ayırmaq məqsədi ilə,işdən tez gələndə,bizimlə eyni süfrə arxasında yeyib-içib yatırdı.
Səhəri də,mən məktəbə getmək üçün tez oyanırdım deyə,atamı görmədən gedirdim məktəbə.
Məktəbdən gələndə də,hər gün olduğu kimi eyni vəziyyət olurdu.
Və beləcə illər ötürdü.
Artıq yay tətili gəlib çatmışdı amma,bu dəfə atam məni kəndə nənəmgilə aparmadı.
Bir dəfə axşam atam işdən gəldi,maşını saldı həyətə,evin qapısını açıb içəri girəndə mənə baxıb gülümsəyərək,dedi:
-Oğlum,sənə şad xəbərim var.
Mənə anam da,nə isə deməmişdi deyə, heçnədən xəbərim olmadığına görə,soruşdum ki:
-Ata,nə şad xəbərdi bu?
atam:
-Oxuduğun məktəbdən sənədləri götürüb,verdim yeni məktəbə,bu məktəb həm də,evə yaxın olduğuna görə,sənə rahat olacaq gedib-gəlmək.
Düzü,biraz sevindim.
Ən əsas,o,qorxunc yerdən bir daha keçməyəcəyimə sevindim.
-Bu məktəbin evimizə daha yaxın olduğu üçün,dərsdən çıxanda,atam məni,daha bundan sonra aparmağa gələcək, -deyə, çox sevindim.
Yay tətili o qədər də,maraqlı keçmirdi.
Çünkü atam,hər gün qonaqlıqlarda olurdu.
Anam da,həmişəki kimi,yaxınlıqda yaşayan qohum-əqrəba və ya qonşularla söhbət etmək üçün ya yığışıb bizə gəlirdilər,ya da,anam onlara gedirdi.
Adətən mən, evdə tək qalırdım.
Atamın,digər qohumlara nisbətən maddi imkanı yaxşı olduğuna görə,qohumlar,onların uşaqları bizə tez-tez gəlirdilər.
Bu dəfə evdə tək qalmayım deyə, -anam,getməzdən əvvəl xalam oğlunu bizə çağırmışdı.
O məndən yaşca böyük olduğuna görə,ona daha çox inanır və dediklərinə qulaq asırdım.
Əvvəllər o bizə gələndə,adətən arada-bir həyətə çıxıb,bir az sonra-qayıdırdı.
Həmişə fikirləşirdim ki,bu niyə belə tez-tez gedir ayaqyoluna?!
Bu gün isə,gələndən hələ həyətə çıxmamışdı.
Maraqlı kinoya baxırdıq,bir az keçdikdən sonra dedi:
-Get mənə ordan külqabı gətir.
Mən də,qalxıb tez gedib bir külqabı gətirdim,soruşdum ki:
-Bunu neynirsən
-O:Siqaret çəkəcəm deyib,
bir siqaret də,mənə uzatdı ki: -götür,yandır.
Donub yerimdə qaldım,dilim topuq vurdu.
Mən:-
mən heç vaxt siqaret çəkməmişəm.
Özün çəkirsənsə,çək amma mən çəksəm,məni atam öldürər.
O: -Narahat olma,bir-iki yarpaq çeyniyərik,nə iyi qalmaz,nə də,kimsə bilməz.
Həm də ki,sən kişiləşmək istəmirsən?
Mən də,həvəslənib siqareti əlindən alıb yandırdım,
bir tüstü alar-almaz ( sonralar anladım ki,mən elə həmin gün,- tək siqareti deyil,həm ömrümün bir neçə illərini,həm də,öz ciyərlərimi yandırdım ) o saniyə,otaq başıma fırlandı,gözlərim qaraldı,çox qorxdum,amma heç,xalam oğlunun vecinə də,deyildi.
Əksinə,deyirdi ki:
-Qorxma,bir tüstü də,al,öyrənəcəksən,məndə də,belə olmuşdu,
birinci dəfə hamıda belə olur,
qorxma.
Amma mən,həm çox gərgin,həm də,çox qorxmuş vəziyyətə düşmüşdüm.
Tez,əlimdəki siqareti yerə ataraq, həyətə qaçıb,ağacdakı yarpaqlardan ovucla qırıb,ağzıma doldurub tez-tez çeynədim ki,anam gələn vaxta qədər iy qalmasın.
Anam və atam gələn vaxta qədər,artıq heç bir iy qalmamışdı.
-Bir neçə müddət sonra,məktəb vaxtı başladı və mən yeni müəllimlər və uşaqlarla tanış olacağam deyə,həm də,məni atam aparıb-gətirəcək deyə,çox sevincli halda,məktəbli geyimlərimi geyinib,çantamı götürüb,atamın otağına icazəsiz girməmək üçün, qaçdım həyətə maşının arxa qapısının qarşısında dayanıb,atamın gəlməyini gözləyirdim ki,anam qapıdan boylanıb dedi:
– Maşın xarabdı deyə,atan maşınsız gedib işə,get dərsə,axşam atan işdən gələndə qapını açar oturarsan,nə qədər istəsən qurdunu öldürərsən.
Bəlkə də,ilk dəfə deyildi, deyə, -təəccüblənmədim amma,çox sarsıldığımı hiss etsəm də,nə isə demək istəmədim və yenə də,həmişəki kimi,tək gedəsi oldum məktəbə.
Məktəbdə yeni müəllim və müəllimələr,yeni sinif yoldaşları ilə tanışlıq çox xoş təsir bağışladığına görə,ən azından,məktəbdə olan zaman unudurdum bütün bu olanları.
Elə əvvəl də,olduğu kimi,bu gün də,məktəbə tək getdim.
Qayıdanda,yolun kənarında dayanan bir kişi məni yanına çağırdı:
-Qaqaş,sağ ayağımın dizində sınıq var deyə,çox gəzə bilmirəm.
Mənə bir siqaret alıb gətirə bilərsən?

– Mən:
(əslində,həm atam,tanımadığın adamla danışmaq olmaz,dediyinə görə,həm də,on yaşım olmağına baxmayaraq, (Mən sonradan anladım ki,hər gün evdə atam ilə anamın dava-dalaşlarından sonra) ruhən keçirdiyim sarsıntılardan-streslərdən sonra,tanımadığım adamlardan qorxduğuma görə,istədim ki,yoluma davam edim amma,mənə,
– Nə tərbiyəsiz uşaqdı,çağırdım,heç cavab da,vermədi – deyə,
fikirləşər,ona görə də,dayandım)
Bəli,
əlbətdə dayı,
pulunuzu verin gedim, alım-gəlim.
Pulu kişidən alıb,üzü dükkana tərəf gedə-gedə,öz-özümə:
-birdən məndən soruşdu ki,
A bala,siqaret çəkirsən?
-nə cavab verərəm deyə,düşünürdüm.
Siqareti alıb-gətirib,(həm, kişi fürsət tapıb soruşmasın deyə,həm də,qorxumdan,kişidən tez uzaqlaşım deyə) tez verib,
-Dayı sağ olun – deyib,
həyəcanlı vəziyyətdə iri addımlarla yoluma davam edib,gəlib evə çatdım.
Ondan sonrakı günlərdə,məktəbə gedib-gələndə hərdən ətrafa boylansam da,o kişini daha bir də,görmədim.
-(Hər məktəbə gedib-gəldiyimdə,hər dəfə yadıma düşəndə,fikirləşirdim ki,bəlkə də,onu küçədə görən sonuncu adam,mən idim,bəlkə də,o artıq dünyasını dəyişib,yoxdur.)
Bilmirəm,bəlkə də,onun mənə siqaret aldırması,mənim gələcəyim barədə düşünməyim üçün bir siqnal idi.
Bir neçə müddət keçdikdən sonra,həmin o kişinin ölüm xəbəri,qonşudan-qonşuya, bizə də,gəlib çatdı.
Qonşu arvadlarla anamgil danışanda,mən də,eşitdim.
Eşidəndə çox pis oldum bu xəbərə.
(və hətta,bilmirəm nəyəsə görə,mənə psixoloji olaraq da,təsir etmişdi o kişinin ölüm xəbəri)
Axşam oldu,atamın gələn vaxtı idi.
Qaralmış havada,küçənin o başından atamın maşınının işıqlarından tanıyırdım,amma bu dəfə gələn,başaq bir maşın idi,gələn maşın atamın deyildi.
Rəngi bilinməyən biraz da,iri görünən maşın,mənə yaxınlaşanda,siqnal verib,yanımdan keçib küçənin bu birisi tərəfindən dönüb,üzü qapımıza tərəf dayanıb başladı siqnal verməyə.
Mən tez qapını açıb,girdim həyətə,elə mənim arxamca kimsə,qapını üzü içəri tərəf sıxıb:
-Qapını aç görüm deyəndə,
atamın səsinə oxşatdım deyə,
soruşdum:
Ata sənsən?
Hə, a bala,görmürsən gəlirəm,qapını niyə bağlayırsan?
qapını açıb,atamla salamlaşıb dedim:
– Ata,maşının hanı-
atam:
a bala,o boyda maşını görmürsən?
-Deyəndə ki,ay ata,mən sənin maşınının işıqlarından tanıyıram,bu sənin maşının deyil axı
atam uca səs ilə gülüb dedi:
-Oğlum,bu maşını təzə almışam, – mübarəkdi de görüm.
Sevinicimdən az qala,göylərə uçum
-tez maşının yanına qaçıb,qapısını açıb oturmaq istəyəndə,atam,qışqırıb dedi:
Ay bala,gəl keç bu yana,sabah mən işə gedəndə,gəlib baxarsan.
Mən: (Həm kövrəlmiş,həm də,alçaldılmış qəlbim tək, çox alçaq səs ilə) dedim:
-yaxşı ata.
Sabahsı gün,mən maşının qapısını da,açmadım.
Çünkü mən, atamdan əvvəl oyanıb gedirdim dərsə.
(bəlkə də,atam müdir olduğuna görə,biraz gec gedirdi işə)
Qayıdanda isə,hava qaralmış olurdu.
Sabah bazar günü (İstirahət günü) olduğuna görə,bəxtim gətirmişdi.
-Həvəs ilə,qaçaraq gəlib atamın otağının qapısını biraz tıqqıldatdıqdan sonra,atamı qucaqlayıb,üzündən öpüb çağırdım ki:
Ay ata,dur gedək maşının qapısını aç, maşına minək.
Atam: gözlərini açıb,başını yasdıqdan bir azca qaldırıb,çox acıqlı sifət ilə:
-Qalx rədd ol burdan!
İmkan ver,yatım!
Çox böyük bir peşimançılıqla,öz otağıma qaçıb,döşəyimin üstünə üzü üstə uzanıb,yastığı başımın arxasına bərk-bərk sıxıb,hönkürtü ilə ağladım.
Amma,həmişəkindən fərqli olaraq,bu dəfəki səssizlik mənim diqqətimi çəkdi və elə ağlaya-ağlaya, əvvəllər mən ağlayanda,anamın
-nə oldu ay bala,
niyə ağlayırsan?
nə oldu sənə birdən-birə
-desə də,
(əvvəllər mənim ağlamağıma reaksiya versə də,mən böyüdükcə,deyəsən mənə qarşı olan,lap çox,hər şeydən çox ehtiyacım olan,sevgiləri,nəvazişləri,qayğıları,istiqanlılıqları,getdikcə kiçilirdi,daha da,azalırdı.)
bu dəfə,heç anamın da,səsini eşitmədim deyə,bu da,bir tərəfdən daha pis təsir etdi mənə və buna görə də,özümdən asılı olmayaraq,biraz da,bərkdən ağlamağa başladım.
Elə,belə,axşama kimi -pərt olmuş,sınmış,ruhən incimiş halda, qəlbimin sınmış simlərinin səsinə qulaq asa-asa yuxu tutmuşdu məni.
(Sabahları,səhərin şehini,dan yerinin sökülməsinin xüsusi gözəlliyini,mənim kimi qəlbi incimişlər üçün günəşin boylanmasını yaxşı ki, Tanrı yaradıb)
Səhər oyananda,dünənkiləri xatırlamırdım.
Sanki,heç elə bir şey olmamış kimi,yatağımdan qalxıb atamı soruşdum
-anam isə:
tez ol,əynini geyin məktəbə get,yoxsa gecikərsən -dedi.
Mən də,həmişəki kimi,məktəbli paltarımı tez geyinib,bir istəkən çay içə-içə,bir-iki tikə çorək yeyib,getdim məktəbə.Məktəbdən qayıdanda,anam dedi:
-Paltarını dəyiş,gəzmək paltarını geyin,gedirik.
Gəzmək sözünü eşidəndə,çox sevindim,mən ürəyimdə artıq,cavabsız suallarla dolu olan, planlar cızırdım.
(atam görəsən bizi hara aparacaq,hansı parkda gəzəcəyik,mənə nə alacaq)
Atam da,buna görə işdən tez gəlmişdi evə.
Atam soruşdu ki:
hazırsız?
Anam:
hə,hazırıq, -dedi və üzü maşına tərəf gedib,arxa qapını açıb dedi gəl otur,sonra da,özü oturdu.
Atam qapını açıb oturanda,soruşdum ki:
-Ata,olar? mən qabaqda oturum
-atam:
yox,olmaz!
Otur ananın yanında.
Heçnə demədim və başımı aşağı salıb,gedəcəyimiz yerin hara olduğunu həyəcanla gözləyirdim ki,tez çataq,görüm atam bizi hara aparır,bəlkə,sürpriz etmək istəyir deyə,mənim anlamamağım üçün belə danışır mənimlə.
Bir saat yol getdikdən sonra,atam maşını bir məhəllənin arasına döndərib,yaşıl dəmir qapının qarşısında saxladı.
Amma,dəmir qapının üstündə böyük bir zəncir var idi.
Maşından düşdükdən sonra,atam,maşının arxa tərəfindəki binanı göstərib dedi:
-Bu binada bilirsən? kim yaşayır
-dedim:yox.
Atam:
Sənin dayıngil yaşayır bu binada.
Soruşdüm ki:
-ata,bəs,evdə olanda anam, – gəzmək paltarını geyin,gedirik dedi axı.
Atam:
-Hə düzdü,
biz də gəldik.
Bir də,soruşdum ki:
-Bəs biz parka,ya da,hardasa gəzməyə getmirik?
-sən mənə sürpriz hazırlamamısan?
Atam:
-Sanki mən,dünyanın ən gülməli lətifəsini danışmışdım,
-başladı qəh-qəhə çəkib gülməyə və elə gülə-gülə də,dedi ki:
-Oğlum,
nə park,
nə gəzmək,
nə sürpriz,
-bu gün dayıngildə ad günü üçün,kiçik qonaqlıq var,buna görə sizi gətirmişəm ki,yeyin-için.
Qəlbimdə olanlar,elə qəlbimdə də,qaldı.
Fikirləşdim ki,bəlkə,qonaqlıqda daha maraqlı şeylər olacaq?!.
Mən,ilk dəfə idi ki,başqa evdə keçirilən qonaqlığa gedirdim.
İçəri girdik,gələn qonaqlar ilə,bir-bir salamlaşıb-qucaqlaşdıq,amma,orada olan böyüklər mənim üzümdən öpən vaxtı,diqqətimi,evdə dayımın oğlundan başqa bir uşağın olmaması çəkdi və elə qapının qarşısında ikən,hələ ayaqqabımı çıxarmamışdım,istədim dayım oğlunu da,səsləyim ki, – gəl düşək aşağı həyətdə gəzək,burda uşaq yoxdu,bura böyüklərə aitdir- elə bu dəmdə,
atam:
A bala,nə gözünü zilləmisən?
ayaqqabını çıxar gəl otur ananın yanında.
Onsuzda,atam məni çağırmasa idi,mənə sadəcə olaraq, öz-özlüyümdə aşağı düşüb,gəzmək fikiri qalacaqdı,çünkü,nə atam,nə də,anam mənə heç bir yerə getməyə icazə vermirdilər.
Başımı aşağı salıb,ayaqqabımın iplərini açıb,keçib oturdum anamın yanında, və hamı kimi,mən də, -anamın, mənim qarşımdakı boşqaba çəkdiyi yeməyi,yeməyə başladım.
Artıq,gəldiyimiz vaxtdan bir neçə saat keçmişdi,atam və bir neçə yanında oturan qohumlar qalxdılar ki,eyvanda siqaret çəksinlər.
Hava da,artıq qaralmışdı.
Beş-on dəqiqə keçmişdi ki,işıqlar söndü.
Masanın üstündəkiləri çox çətin görmək olurdu.
Dayımın həyat yoldaşı və bacısı bir-iki ləmpə yandırıb,masanın ortasına qoydular.
Dayımın həyat yoldaşının qardaşı,hələ qalxmamışdı ayağa.
Elə o,oturduğu yer tərəfdən,şüşəni qaldırıb lap kiçik stəkənə süzüb,mənə tərəf uzadıb,qalın,yorğun biraz da,xırıltılı səs ilə:
-Al,
götür iç, dedi.
Qoxusunun,xoşagəlməz, çox pis olduğunu hiss etdiyimə görə,-Soruşdum ki:
-Dayı bu nədi-
Xeyirli şeydi,iç,dedi.
O,lap balaca stəkəni ağzıma tərəf yaxınlaşdırdıqca,burnuma, (Anam işdən gələndə,balaca-balaca şüşələrdə gətirdiyi ağ rəngli suyu,soyuducuya qoyub,həmişə deyirdi ki,buna əl vurmaq olmaz,bu içmək üçün deyil.Bir dəfə də,işdən gətirdiyi həmin balaca şüşələrdən biri,əlindən düşüb sındı və indiki kəskin qoxu bütün evə yayıldı)balaca şüşədəki suyun qoxusu gəldi.
Dedim ki:
-Dayı,anam bu ağ suyu içməyə icazə vermir axı?!…
-Nə varki burda,
sənin yaşında olanda,mənə də,süzüb vermişdilər mən də, içmişdim,
iyləmə,
çək başına,-dedi.
Mən də,dediyi kimi,iyləmədən,çəkdim başıma.
Dilimdə,boğazımda,qarnımda çox acı və dəhşətli bir yanqı hiss etdim.
-Görəndə ki,Udqunanda,az qala qaytarım
-başqa bir stəkənə də,yaşıl rəngli limonat süzüb,
-tez ol,bunu da,iç,yaxşılaşacaqsan, -dedi.
Bir neçə dəqiqə keçdikdən sonra,biraz özümə gəldim və məni,bir şey düşünməyə vadar etdi:
-Anamın-yanımızda ola-ola,heç bir narazılıq etməməsi.
Bir az sonra,atam,
hazırlaşın,gedək-deyib,
qara mil-mil pencəyini geyinib,qapıdan çıxıb bizim gəlməyimizi gözləyirdi.
Anam da,dayımın həyat yoldaşı və digər bacıları ilə görüşüb,öz qırmızı paltarını geyinib,sonra mənim paltarımı geyindirib ayaqqabısını da,geyinib qapıdan çıxanda,mən də,anamın arxasınca çıxırdım ki,
atam qolumdan yapışıb,
-A bala,ayaqqabıların hanı sənin,
acıqlı səs ilə-niyə ayaqyalın çıxırsan deyib,bir şillə vurdu.
Atamın məni,başqalarının yanında vurması, məni çox pis təsirləndirib və məyyus etsə də,
mənə qadağan olunmuş o,ağ suyu içdiyimə və bundan atamın xəbəri olmadığına görə biruzə vermədim.
Çünkü,həm özümü günahkar hesab etmək hissi var idi içimdə,həm də,ağlasaydım,ağzımdan iyi hiss edəcək deyə,məni daha pis döyər,bəlkə də,öldürərdi deyə,fikirləşdiyimə görə,qorxumdan səsimi də,çıxarmadım.
Gələ-gələ maşında da,cismən olmasa da,bəlkə də,heç özü də,fərqinə varmadan,ruhən,ən sərt sözləri ilə şillələdi məni.
Biz evə çatanda,artıq gecə çökmüşdü.
Arzuolunmaz qonaqlığın səhəri,yenə həmişəki kimi,yuxudan oyanıb,yatağımdan tələsik qalxıb,bir stəkən çay içə-içə bir-iki tikə çörəyin üstə yağ-balı yeyib bitirdikdən sonra,qara,qısa qalstukumu boğazıma keçirib,getdim məktəbə.
– Sonralar da,o,qonaqlıqda olan xoşagəlməzlikləri,atama demədim.
Və, beləcə bir neçə il keçdi.
Gün,ay,il,elə tez keçirdi ki,hərdən,kaşki biraz da,böyüsəydim,deyirdim amma,yox,həm də,böyümək istəmirdim.
Məhəlləmizdən bir küçə aşağıda yaşayan,çox yaxşı,böyüklərlə və uşaqlarla çox gözəl rəftar edən bir kişi,bir dəfə,öz yaşıdı ilə söhbətləşən vaxt,bir söz işlətmişdi.
-O demişdi:
Kaşki mən heç böyüməyəydim,uşaq qalaydım.
Bu söz,mən hərdən,kaşki tez böyüyəydim deyə,düşünəndə,hər dəfəsində,sanki,indi yanımdadı və o sözü yenidən dedi qulağıma.
Artıq,2000-ci ilin yay tətilidir.
Mən artıq çox böyümüşdüm.
Atam Tovuz rayonuna, iş yoldaşlarından birinin toyuna getmişdi.
Avqust ayının istisi bir tərəfədən,dənizə yaxın yaşadığımız halda,dənizə getməmək,hər hansısa istirahət guşəsinə həsrət qalmaq sıxıntısı da,bir tərəfdən məni çox sıxırdı.
Bu dəfə özümə dedim ki, -atamın məni,il ərzində bir dəfə harasa aparmasını gözləməyim daha bəsdir!
Təkbaşıma yola çıxdığımın ilk günü,-dayım uşaqları ilə Parkda söhbətləşib biraz gəzişərik deyə,dayımgilə getməyi qərara aldım.
Anama da,demədən çıxdım yola.
Qarşıma çıxan avtobusları,bir-bir saxlatdırıb soruşmaq istəyirdim ki,Karl Marks-a hansı avtobus gedir.Üç-dördündən sonra biri saxladı,soruşdum ki:
-Dayı,Karl Marksdan keçirsiz?
Sürücü:
Oğul bala,ora,ancaq Əzizbəyovdan
(İndiki Koroğlu Metrosundan)
işləyir avtobus
-gəl otur gedək,Əzizbəyovda düşüb ordan gedərsən Karl Marksa.
Mindim avtobusa,sürücüyə də, dayı çox sağ olun, -deyib,boş yerlərin birində oturdum.
Əzizbəyov metrosuna çatanda,sürücü dedi ki:
Oğul,deyəsən birinci dəfədi yola çıxırsan? –
Düş get,qabaqdakı yaşıl avtobusa min,amma,əvvəlcədən sürücüyə harada düşməli olduğunu deyərsən ki,yaddan çıxarıb,Karl Marks dayanacağını sürüb keçməsin.
Çox sağ olun deyib,avtobusdan düşən kimi,sürücü dediyi yaşıl avtobus tərəfə qaçıb,qapısının qarşısında məndən əvvəl minən adamları gözləsəm də,məndən arxadakıları elə bil kimsə qovurdu kimi,biri-birini itələyə-itələyə,orta boşdu deyə-deyə məni də,bu minvalla içəri sıxışdırıb mindirdilər.
Minən kimi,sürücünün üzünü sıxlıq olduğuna görə,görə bilməsəm də,eynən,əvvəlki sürücünün dediyi kimi,dedim,bu sürücü də:
yaxşı,
çatanda xəbər edərəm -deyib,
adam sıxlıqına görə qapıları bir təhər bağlayıb,yola düşdü.
Amma bu dəfə nəyinki oturmağa yer yox idi,hətta ayaq üstə sərbəst dayanmaq belə,çox çətin idi.Yol boyu,arada-bir düşənlər olurdu deyə,biraz boşluq yaranmışdı.Oturacaqlardan bir nəfər dayanacaqda enmək üçün qalxdı,elə bunu görən bir (20-25 yaşlı oğlan) nəfər,heç yanındakı yaşlı kişiyə də,macal vermədən tez gedib özünü yaydı oturacağa.Mən dayanan tərəfdə iki qoca baba və bir nənə dayanmışdılar.
Danışıqlarından belə bir söz eşitdim ki:
Bizim gələcək nəsilimiz bunun kimilərdisə, -MƏN- əldən getdi.
Düzü,bu sözü başa düşməsəm də,ən azından bildim ki,yaxşı bir söz deyil.
Əslində,heç mənim də,xoşuma gəlmədi o oğlanın hərəkəti.
Axır bir təhər gəlib,sürücü avtobusu əvvəlki dayanacaqlara bənzəməyən, Bənövşəyi rəngdə olan bir dayanacaqda saxlayıb,soruşdu ki:
Karl Marks dayanacağında düşmək istəyən sən idin?
Dedim: Bəli.
Dedi: oğlum,çatmışıq,düşə bilərsən.
-Çox sağ olun deyib,
yol pulumu verib düşdüm.
-Maşın yolunu keçib,üzü aşağı Azadlıq prospekti istiqamətində binanın qarşısındakı enli səki ilə,əsl, şəhərə ilk dəfə çıxan uşaq kimi,sağda-solda nə qədər yaşayış binaları və dükkanlar varsa,hamısına dəqiq baxa-baxa keçirdim ki,gələn dəfə yenə gələndə,tanımış olum və heç kimdən soruşmayım.
Evdən çıxmazdan əvvəl dayım oğlu ilə,ev telefonumuzla danışdığımıza görə,dayımgilin yaşadığı evə qədər üç-dörd tin dönmək lazım olduğunu bilirdim.
-İlk dəfə şəhəri gəzən,əsl görməmişlər kimi,içərisindəki satıcılarının üzünə kimi baxdığım dükkanların qapı rənginə qədər baxıb yadımda saxlamağa çalışırdım ki,ən azı qayıdanda heç olmasa yolu azmadan evə çatım.
Üç tin sonra,dördüncü tin ilə üzbəüz olan yolu keçib, -Blyard oyun salonu ilə üz-üzə gördüyüm binaya tərəf gedəndə,sol tərəfdən məhəllə uşaqları ilə Blyard salonundan çıxan dayım oğlunun səsini eşidib,dayanıb gözlədim ki,yoldaşları ilə sağollaşıb gəlsin,gedib biraz parkda gəzib söhbətləşdikdən sonra,qalxım dayım və həyat yoldaşı ilə də,görüşüb qayıdım evə.
Dayıoğlu gəldi,görüşüb getdik onlara yaxın olan, gözəl bir parka.
Bəlkə də,bundan da,böyükləri var idi amma,
bu mənim gördüyüm ən böyük park idi.
Söhbətləşərək biraz gəzib dolaşdıq və evə gecikməməyim üçün,tez qayıdıb lift ilə qalxdıq beşinci mərtəbəyə.
Evə girəndə,polis işləyən dayımın zəhimli sifətini görən kimi,özümü itirdim.
Elə, -ürəyimdə
öz-özümə: Birdən soruşsa ki:
kiminlə gəlmisən,ya da,evdə kimdən icazə alıb gəlmisən?
Nə cavab verəcəyəm
-elə bu dəm,dayım heç görüşməmiş:
-Bala,kiminlə gəlmisən -deyə soruşanda,
heç elə bil,bir-iki saat əvvəl heç kəsə demədən evdən,kişiləşib çıxan adam deyildim.
Dilim topuqlamağa başladı
:-Yoxee dayı,məən evdən qaçmamışam,
arxeyin ol,
qayıdanda atama deyəcəm
–demişdim ki, sözümü tam qutarmadan
-bir şillə vurdu.
Gözlərimdə şimşək çaxdı sanki.Özümdən asılı olmayaraq,gözlərim yaşardı və həm də,biraz da,əsəbiləşdim və qapını açıb birbaşa liftə minib,gəldiyim yola tərəf üz tutdum.
Həvəs ilə çıxıb,xoş hal ilə gəzə-gəzə,dükkançıların üzündəki təbəssümə baxaraq gəldiyim yolu,indi onların,təəccüblü baxışları ilə,ağlayaraq qayıdırdım həmən yolu.
–Evdən icazəsiz çıxdığımın doğru olmadığını,bilirdim amma böyüklər məni anlayar və bağışlayar, -deyə,düşünmüşdüm.
– İlk dəfə müstəqil,azad şəkildə,gəlib dayım və onun ailəsi ilə görüşüb qayıtmaq istədim amma,bu dəfə də,gözləmədiyim və arzu etmədiyim oldu.
Elə,bu halım ilə birlikdə,eynən gəldiyim istiqamətdə də,qayıdıb evə çatanda da,anam bir-iki şillə vurub,ardını da,gecə işdən gələndən sonra,atam davam etdirdi.
Baxmayaraq ki,mənim artıq on beş yaşım olmuşdu amma,yenə də,səhvim kiçik olanda da,böyük olanda da,əvvəlkindən daha pis döyürdülər məni.
Artıq,yay tətili bitmək üzrə idi,məktəbin başlamasına sayılı günlər qalmışdı.Yeni,məktəbli geyimlərim alınıb hazır vəziyyətdə masamın yan tərəfinə qoyulsa da, amma,-anamın yun çırpmaq üçün hazırladığı,nar çubuğunun və atamın şillə-təpiklərinin yerinin izi və ağrısı hələ getməmişdi.
Təxmini bir həftə keçərdi,altıncı günü axşam saat səkkiz-doqquz radələrində,anam qonşularla söhbətlərini bitirib gəldi evə və dərhal məni yanına çağırıb dedi:
-Məktəbin başlamasına iki gün qalıb,hazırlaşmaq vaxtıdı.
Masamın sol tərəfində olan qutunun içindən əlini salıb,iki bağlama çıxardı.
-Atan alıb bu şalavar-köynəyi,götür geyin,görək necədi,əyninə olur?
Mən də,şalvarı və köynəyi geyindim.
Anam:
qutunun bir küncündə qalan qara bir şey də,çıxardı
-Bəs bu qalstuku niyə taxmırsan?
-mən:
taxmaq istəmirəm demək istəyəndə,
-anam:
götür tax,
cəld ol,
özbaşınasan ki,taxmayasan?!
Məktəbin başlamasına iki gün qalmış,yenə də,əvvəllər olduğu kimi,yenə də,məni döyər,sinif yoldaşlarım əlimdə ya da,boynumda bir iz görsələr,mən nə deyərəm – deyə,
-yaxşı deyib, götürüb taxdım qalstuku boynuma.
Rəngi,əvvəlki qalstukum ilə eyni olsa da,amma bu dəfə,qalstukumun üstündə Azərbaycan bayrağının şəkili yox idi.
Ayaqqabımı da,geyindikdən sonra,anam soruşdu ki:
-şalvarın beli,köynəyin çiyin hissəsi,necədi
-ayaqqabın dar deyil?
sıxmır ki?
dedim yox,yaxşıdı.
Atam evdə idi.
Biraz sonra,atam da,çağırdı məni yanına.
-Biraz,qorxa-qorxa- qapısını tıqqıldadıb dayandım,gözlədim.
Dedi gəl,gəl otur.
Otağa girib, -Salam deyib,oturdum divanda.
Atam masanın üstündəki kağıza nə isə yazırdı və mən içəri girib divanda oturan kimi, qələmini yazdığı kağızın üzərinə qoyub dedi:
Daha böyümüsən,artıq budan sonra,hara getmək istəsən sənə icazə verirəm,
gedə bilərsən amma,mən evdə olmayanda,anana deyib gedərsən, -deyib,
əlini cibinə saldı və heç vaxt gömədiyim qədər pul çıxarıb,uzatdı mənə sarı.Həyəcanımı və təəccübümü gizlədə bilməyəcək dərəcədə,rəngim gah saraldı,gah qızardı.
Atam bu halımı görüb,başladı gülməyə və
– al,bundan sonra,məktəbdə və ya sinif yoldaşlarınla harasa gedəndə,nə vaxt ehtiyacın olsa,de.
Mən də,bu şok vəziyyətdən hələ özümə tam gəlməmiş,biraz ehtiyatla,bir az da,heç vaxt bu qədər pulum olmadığına görə,sevincdən barmaqlarım əsə-əsə əlimi uzadıb pulu götürüb,atamı qucaqlayıb çox sağ ol deyib,üzünün sağ tərəfindən öpüb otaqdan çıxıb,getdim öz otağıma yatmağa.
Sabahsı gün sinif yoldaşlarımla əlaqə saxlayıb saat 2-yə görüş vaxtı təyin edib,yığıldıq bir yerə.
İlk dəfə idi ki,atam mənə həm müstəqil harasa getməyə icazə verir və hər uşağın cibində olmayan qədər mənə pul vermişdi.
Çox sevinirdim,əhval-ruhiyyəm heç vaxt olmadığı dərəcədə yüksək idi.
Uşaqlara dedim ki: -gəlin,əvvəlcə gedək yaxşı parkların birinə,biraz gəzək,oturaq çay içək söhbətləşək,sonra da,qayıdarıq evə.
Razılaşdılar amma,hansı parka gedək? -deyə, məsləhətləşəndə,
mən utandığımdan heçnə demədim,çünkü mən heç bir parkı tanımırdım.
Dayımıngilə getdiyim gün,məni elə qarşılamasına görə,dayıoğlu ilə getdiyimiz park belə yadımda qalmamışdı.
Ruslan dedi ki: -mən tapdım,gəlin gedək Bakıxanov parkına.
Uşaqlar da,elə mən də,razılaşdıq,dedik gedək.
Orta gəzinti hissəsi ilə gedib,parka çatdıq.Parkda da,biraz gəzib,yolun kənarında olan binanın altındakı çayxanada iki-üç çaydan çay içib,söhbətləşə-söhbətləşə gəldik yol ayrıcına çatanda,sağollaşdıq,hərə öz evinə getdi.
Avqustun otuzbiri,səhər saat doqquz-on arası yuxudan oyanıb,fikirləşdim ki,məktəb yoluna yaxın yaşayan tanıdığım bir nəfəri də,gedib görüm,görüşüm.
Amma onu görməyimə o qədər də,əmin deyildim.
Daha doğrusu,keçən ilki məktəb vaxtında,yanaqları qırmızı bir qız görmüşdüm və ondan həqiqətən də,çox xoşum gəlmişdi.(Heç,rastlaşdıqda gülü qıza necə verməyin nə təhər olduğnu bilmədiyim halda)
Gələndə yolda,iri və gözəgəlimli kala gülü satan bir nəfərlə rastlaşdıq.Gülün,ən iri ləçəklisinin birini götürüb,qiymətini soruşdum:
-iki (İki Min manat) Məmməd deyib,
o da,soruşdu: – Cəmi birini alırsan?
-Bəli, deyib,götürdüyüm gülün pulunu verib,yoluma davam etdim.
Yanağı qızarmış qızgilin evinə gəlib yaxınlaşanda,elə o da,təsadüfən(bəlkə də,təsadüf deyildi)yaşadıqları məhəllədən bir tin o yandakı məhəlləyə rəfiqəsigilə getdiyini anlayıb,mən də,getdim arxasınca ki,məhəllənin sonunda adamlar olmayan bir yer olarsa,uzun-uzadı danışa bilməsək də,heç olmasa,salamlaşıb ona aldığım gülü verib qayıdım -deyə,fikirləşirdim ki,
anidən dayanıb,özü də,qaş-qabaqla üzü mən tərəfə, qayıtdı.
Mənə çatanda,heç Salamımı da,almadan,
-Mənimlə danışma!
Salam da,vermə!
O gülünü də,istəmirəm.
Qayıt,get! -deyib,
üzünü çevirib heçnə olmamış kimi,heç arxaya da,baxmadan yoluna davam etdi və bir-iki dəqiqə içində gözdən itdi.Mən də,həm məyyus olmuş vəziyyətdə,həm ona heç bir pisliyim olmadığı halda,mənə qarşı və aldığım gülə belə hörmətsizlik edərək,üzünü çevirib getməsinə görə,hirslənib,həm də,bu gülün bir mənası olmadığı üçün,hirs ilə yazıq kala gülünü çırpdım asvaltın üstünə,günahsız gül parça-parça oldu.Onun nəyə görə belə etdiyini heç cürə anlamadım və kor-peşiman qayıtdım evə.
Belə,xoşagəlməz,arzuolunmaz vəziyyətlərdə,evdəki dostum mənə yoldaşlıq edib,məni sakitləşdirir.
( Təcili, pul lazım olduğu üçün,qonşumuz pianolarını satan zaman,atam o pianonu mənə almışdı.)
Toplanımdan sonra,pianom ilə dostluq edirdim.
Piano üzrə təhsilim olmasa da,amma,hardasa bir musiqi eşidəndə və ya kimsə yanımda bir musiqi səsləndirəndə,həm göz,həm də,beyin yaddaşıma tez həkk olunur.
El arasında buna,fitri istedad da,deyirlər.
Mən dostumu sığallayıb-dilləndirir,o isə mənə musiqi səsləndirib məni sakitləşdirir və ruhuma ruh qatır.Pianoda,peşəkarlar kimi olmasa da,bacardığım musiqini ifa etdiyim zamanlarda,barmaqlarım elə piano dillərinin üstə gəzən vaxt,ən çox ehtiyacım olanı ürəyimdə fikirləşmişəm ki,heç olmasa bu gün ya atam ya da,anam, az da olsa,mənə qulaq assaydılar,özümü xoşbəxt hiss edərdim amma,hər dəfəsində atam:
Vaxtım yoxdu deyib yatmağa gedir,
anam da,səhər atanı işə yola saldıqdan sonra özüm də,işə getməliyəm,deyir.
Səhəri gün də,anam işdən gəldikdən sonra,həmişəki kimi,ya qohumlar ya da,qonşularla söhbətləşir,
atam da,işdən tox gəldikdə yatmaq vaxtıdır deyib yatırıq,ya da,atam yeməyini yedikdən sonra,sabah işə gecikməməsi üçün,yatmaq vaxtıdır deyib,yatırıq.
-Bütün bunlar,bu on beş ilimdə,hər şey yadımda qalan gündən sonra,yadımdadı ki,atam və anamın mənə qarşı və biri-birilərinə qarşı olan bu münasibəti elə-belə də,davam edib.
Amma bir tərəfdən də,xatırlayırdım ki,Onsuzda,qırmızı yanaq qızın ucbatından,bir çoxları kimi mənim də,çox xoşuma gələn Kala gülünü yerə atdığımda,ona deyil,yersiz və düşünmədən hərəkət etdiyimə görə,ən çox özümə hirsləndiyimdə,elə yolda ikən hələ evə çatmadan,yol boyu gələ-gələ də,fikirləşirdim ki,ən böyük səhv mənimdir və elə bu,daxili etirafa görə bir az da,öncədən sakitləşmişdim.
Bu gecə də,atam qonaqlıqda olacağını,gündüzdən zəng edib anama demişdi-deyə,həm də,səhər məktəbə gedəcəyəm deyə,atamı gözləmədən,gedib yatdım.
Səhər saat yeddi tamam,Sentyabr ayının on beşi,doqquzuncu sinifin ilk dərs gününə,çox həvəslə evdən çıxıb getdim məktəbə.Sinif yoldaşlarımı görmədiyim müddət,mənə bir il kimi,gəlirdi.
Sinif yoldaşlarımı gördükdə,biraz da,sevindim amma,məncə nə isə əvvəlki kimi deyildi.
İçimdə sanki,biri məlum digəri isə,mənə məlum olmayan iki hiss yaranmışdı.
Bilmirəm,nəyə görə,nə üçünsə anidən,uşaqlara bəlli etmədən
-Ürəyimdə Allahdan,hər şeyin öz qaydasında olmasını və mənə məlum olmayan hissin,xeyirli olmasını istədim.
Zəng səsləndi və hər müəllim-müəllimə dərs keçdikləri uşaqları ayırıb,sıra ilə düzüb siniflərinə apardılar.Biz doqquzuncuları da,axıra saxladılar.Tanımadığım bir müəllimə:
-Yeni sinif rəhbəriniz direktorun otağındadı,
səssiz dayanıb gözləyin,
birazdan gəlib sizi də,aparacaq öz sinifinizə -deyib, getdi.
Beş-altı dəqiqə sonra,cavan olmayan,balaca boy,ağbəniz,saçının da,bir hissəsi ağarmış,yeni gördüyümüz bir qadın direktorun otağından çıxıb üzü biz tərəfə gəlib,
-Salam uşaqlar-necəsiniz
Mən sizin yeni sinif rəhbərinizəm.
ilk tanışlığımızı sinifdə davam edərik – deyib,
bizi sıra ilə düzüb apardı sinifə.İlk gün idi həm də,sinif rəhbərimiz yeni idi deyə,bizimlə çox sorğu-sual etmədən,deyib-gülərək dərs vaxtının sonunda,növbəti gün üçün dərsləri izah edib,səhərki günə hazırlaşmağı tapşırmışdı ki,sonuncu zəng səsləndi və hamı sinifdən sıra ilə çıxaraq,hərə öz evinə yollandı.
Məhəllə uşaqları ilə də,münasibətim yaxşı idi deyə,atam,məhəlləyə çıxmağa icazə verən gündən, hər gün dərsdən gəldikdən sonra məhəllə uşalqarı bir yerə yığılıb,mən evdən çay gətirir,digərləri də,kimin nəyi varsa,kimisi Nərd,kimisi Domino,kimisi Lotto gətirir məhəlləmizdə düzəltdiyim söhbətgahda oturub çay içə-içə,deyib gülə-gülə oynayır,gəzməyə gedir,söhbətləşirdik.
Günlərimiz,vaxtımız elə gözəl keçirdi ki,adam,bu anların bitməsini itəmirdi.Axşamlar,valideynlərimiz evə çağıranda da,adam bu anları yarımçıq qoyub getmək istəmirdi.
Bir dəfə də,məhəllə uşaqlarından birinin doğum günü idi deyə,bütün məhəllə uşaqlarını,elə məni də, dəvət etmişdi amma,mən əslində,ad gününə,digər məhəllədən olan uşaqlar da,çağırmışdı deyə,getmək istəmirdim.
-Mən xasiyyət baxımından biraz kaprizli olduğum üçün,hər insanla tez dil tapa bilmir və ya hər insana tez uyğunlaşa bilmədiyimi uşaqlar bilsələr də,amma yenə də,israrla mənim onlarla birlikdə olmağımı istədikləri üçün,əvvəlcədən aldığım hədiyyəni də,götürüb getdim.
Əslində mən içəri daxil olduğumda,elə birincidən obiri məhəllədən gələn uşaqdan xoşum gəlməmişdi amma,bu məclis mənə aid deyildi ki,gələn qonaqları da,mən seçim.Öz məhəlləmizin uşağının doğum günündən geri qayıtmaq yaxşı olmazdı.Oturub yemək yedikdən sonra,səbəbkar beş-altı nəfərlik olan tortunu da,kəsib,çay gətirdi ki,anamın, mənim adıma bişirdiyi tort ilə çay içək.
Biraz sonra,qonşu məhəllədən gələn oğlan dedi ki,siqaret çəkək,sonra çay içərik.
Qonşu məhəllədəki oğlan,yuyulmamış çömçə kimi özünü ortaya atıb,sizə həm bahalı,həm də,çox xeyirli bitki dərmanı gətirmişəm deyib,cibindən,uzun yumuru kağıza bükülmüş siqaretə oxşar bir şey çıxardı.
Mən istəmirəm dedim.
Oğlan siqaretə oxşar bükümü yandırıb bir-iki tüstü çəkib,verdi mənə.
-Təəccüblə üzünə baxaraq dedim ki:
-Bu nə deməkdi?
Oğlan:
-götür çək,bu siqaret deyil, bahalı dərmandır,sadəcə olaraq bunun qəbul olunması belədir deyə,ona görə belə siqaret kimi çəkirik.
Açığı, tüstüsündən gələn qoxu çox fərqli idi və siqaret yandırılanda gələn qoxu ilə uyğunlaşmırdı bunun qoxusu amma,özlüyümdə fikirləşirdim ki,yəqin xaricdən gəlib,özü də,bahalıdı deyə,ona görə qoxusu da,belə fərqlidi deyə düşünərək,iki qullam çəkdim verdim uşaqlara,sonra onlar da,mənə ötürəndə iki qullam da,çəkdim.
O bükümü,sonra yenidən uşaqlara uzadırdım ki,birdən başım fırlandı,gözlərim qaraldı.
Bu hal,eynən,dayımgildəkini xatırladı mənə.
Mən,o oğlanın məni aldatdığını və öz məhəllə uşaqlarımın da,bundan xəbərləri ola-ola mənə demədiklərini,sonra anladım və bunu da,anladım ki,mənim başqalarına qarşı etmədiklərimi,-bunlar kimi -mənə qarşı edənlər,mənim dostum və ya yoldaşlarım ola bilməzlər.
Elə,o gündən sonra,oradakı uşaqlar ilə bütün münasibətlərimi kəsdim və hətta,onlar ilə üz-üzə gəldiyimdə yolumu dəyişərək mümkün qədər uzaq olmağa çalışırdım.
Sonralar,artıq dərsdən sonra və istirahət günlərində də,sinif yoldaşlarımla vaxtımı normal keçirirdim.
Bir neçə aydan sonra,məktəbdə dərsdən sonra bütün uşaqları məktəbin həyətinə toplayıb,danışmaq üçün sözü müdürəyə verdilər,müdirəmiz:
-Novruz bayramı ilə əlaqədar bayram keçiriləcək deyə,
bütün şagirdlər öz ata və anası ilə birlikdə gəlsinlər -deyib,
bizi evə yola saldılar.
Mən də,sevinə-sevinə gəlib evə çatdım və şadyanalıqla anama məktəb müdirəmizin dediklərini deyib,anamdan soruşdum:
ana gedərik?
-anamın bu xəbərə mənimlə birgə sevinəcəyini gözləsəm də,
anam,-yaxşı,axşam atan gəlsin deyərəm -deyib,qayıtdı öz otaqlarına.
Axşamı həvəslə gözləyirdim ki,bəlkə anam işdən yorğun gəlib,ya da,əhvalı yerində deyil deyə,gözlədiyim reaksiyanı görə bilməsəm də,atam sevinəcək bu xəbərimə.
Axşam saat doqquz-on radələri olardı ki,atam gəldi,mən də,bu xəbəri demək üçün sevincək halda qaçdım həyətə.Atam ilə salamlaşıb,heç maşının qapısını bağlamağa imkan vermədən,əlindən tutub dedim:
ata,müdirəmiz,Novruz bayramına görə,şənliyə sən və anam,ikinizlə birgə getməyi tapşırdı.
Atam heç,bu barədə nə isə fikirləşmirdi deyəsən.
Üzündəki ifadə,-mən buna nə cavab verim – deyə,sualına cavab axtaran bir mənzərə yaratmışdı mənim qarşımda.Artıq,mənə verəcəyi cavabın istədiyim cavab olmadığını hiss etmişdim.
Atam deyəsən sualına bir cavab tapmışdı və dilləndi:
-Oğlum,gedərik amma,səninlə mən,ikimiz gedərik -deyəndə,
-Mən: Bəs anam? – deyə,soruşdum
Atam:ananın işi var deyə,gedə bilməyəcək-deyəndə,
-Səndən əvvəl anama deyəndə,bu barədə mənə heçnə demədi axı
atam:yəqin yadından çıxıb, -dedi və səhər tez oyanmalıyam,gedək yataq deyib,keçdi öz otağına.
Mən də,cavabsız sual dolu beyinlə,getdim yatmağa.
Səhəri gün,atamdan aldığım alayarımçıq və həm də,şübhəli cavabı tamamlamaq üçün,fikirləşdim ki,bir də,anamla danışım.Qısa iş günü idi deyə,anam bu gün işdən tez gəlmişdi evə.
Anamdan soruşdum ki:
ana,sənin işin var idisə,dünən mən səndən soruşanda niyə demirdin ki,işim var?
anam:bayram günü mənim iş növbəm deyil həm də,əlavə başqa bir işim də,yoxdu deyib,başı ilə yataq otaqları tərəfə işarə edib,keçdi mətbəxə.
Atam qışqıraraq:
-ay qız çay nə oldu – deyəndə,
sakitcə mətbəxə keçib,asta səs ilə anamdan soruşdum ki:
Bəs bu gün atam işə getməyib?
Dedi: Hələ yox,birazdan gedəcək.
-Sən də,get hazırlaş məktəbinə get.
Atam əsəbi olduğuna görə,heç otağına girib heçnə demədən keçib otağıma,məktəb paltarlarımı geyinib,getdim məktəbə.
(Hər dəfə xoşagəlməz halda,və ya atam ilə anamın dava-dalaşından sonra,beynimdə yaranan ağrı və yarı pozulmuş-yarı pozulmamış psixologiya ilə evdən çıxanda,məktəbə çatana qədər yol boyu fikirləşirəm ki,indi gedəcəm ən çox hörmət etdiyim və ən çox sevdiyim Tükəzban müəllimənin dərsində,deyib-gülərək keçdiyi dərsdə,əhvalım yaxşılaşacaq və hər şey yaxşı olacaq.Arada,tənəffüs vaxtı sinif yoldaşlarım ilə söhbətləşəndə,ümumilikdə müəllimələrimizin kimin üçün daha yaxşı hansı müəllimə olduğunu sorğu-sual edəndə də,digər uşaqlar da,-ən yaxşı üç müəllimələrdən də, ən yaxşısının,Tükəzban müəllimə olduğuna,mənimlə razılaşırdılar.Bütün uşaqlardan da,ən çox mən,- əvvəlki müəllim və müəllimələrim barədə fikirləşəndə,öncəki illərdə bizə dərs deyən müəllimələrimdən,Tükəzban müəllimə kimi bir-iki müəlliməmin,yaxşı ki,bu il də,bizə dərs deməyinə, çox şad idim və belə bir müəllimənin bizdən nə vaxtsa ayrılmasını istəmirdim.) Düşünəndə ki,bu gün bizə rus dili dəsri deyən,ən çox istədiyim Tükəzban müəllimənin dərs keçəcəyi gündür,buna görə çox sevinirdim.
Dərs başlamaq üzrə idi,bir-iki dəqiqə keçərdi ki,zəng vuruldu və hamımız öz sinifimizə girib,oturduq.Dəftər-kitabı çıxarıb partanın üstünə qoyub,uşaqlar söhbət edirdilər.Mən isə,heç vaxt dərsə gecikməyən,Tükəzban müəllimənin gəlməsini gözləyirdim.
Qapı anidən açıldı və o saniyə uşaqların səsi kəsildi.Gələn başqa müəllimə idi.Həm tanımadığıma görə,birdən sual verməyim xoşuna gəlməz deyə,fikirləşdim,həm də,yeni müəllimə olduğuna görə,biraz çəkindim deyə,soruşmağa cürət edə bilmirəm, amma həm də,Tükəzban müəlliməmin nəyə görə gələ bilməməsinin səbəbini,sual verə bilmədiyimə görə də,içimdə sanki bir,narahatlıq vulkanı püskürürdü.Salamlaşıb,özünü təqdim edib uşaqlarla da,bir neçə kəlmə danışdıqdan sonra,axır və nəhayət ki:
-Tükəzban müəlliməmin oğlunun toyu olduğu üçün gələ bilmədi amma sabah gələcək -dedikdə,ürəyim sakitləşdi.Dərs vaxtı qurtardı və oğlanlarla bayıra çıxdıqdan sonra,hara gedəcəyimizi söhbətləşirdik ki,atası neft daşlarında işləyən Süleyman birdən dilləndi ki,gəlin sizi aparım yeni işlətdiyim çayxanaya.
Mən də,elə uşaqlar da,təəccüblə baxdıq Süleymana.
Əvvəlcə inanmadım, dedim ki:
Süleyman sən zarafat edirsən?
Süleyman:Gedək,baxın-görün mən zarafat edirəm ya yox.
Uşaqlardakı təəccübün və ürəklərində öz-özlərinə nə dedikllərini dəqiq bilməsəm də,amma mənim fikirləşdiyim bir şey var idi:
– Atasının,on beş yaşlı uşağa olan ehtibarı. –
Beynimdə,elə bu sual və təəccüblə də,getdik Süleymanın,bizim yaşıdımız,bizim sinif yoldaşımızın işlətdiyi obyektə.
Çatdıq,elə çatan kimi,
Süleyman: -Siz oturun,mən sizə Ədviyyatlı yaxşı bir çay dəmlətdirib gətirim-gəlim,söhbətləşərik.
Beş-on dəqiqə sonra Süleyman,əlində də,ətrafa yayılan çox gözəl ətirli iki çaydan çay gətirdi.Oturub söhbətləşməyə başlamazdan əvvəl,hamıdan qabaq birinci mən,içimdəki sualın cavabını tapmaq üçün,soruşdum ki:
-Süleyman,bəs sən dərsdə olanda buranı kimə tapşırırsan?
Atana?
-Dedi yox,
işçi ola-ola atama niyə tapşırım ki?!
Belə yerdə deyirlər:
-Evdə bişməyib-qonşuda görməyib,
Elə həqiqqətən də,içimdə əsl görməmiş hisslər və məyyusluq oyanmışdı artıq.
Axı mən,atanın oğluna bu dərəcədə ehtibar etməyini,oğluna bu qədər dəyər verməyini görməmişdim.
İçimdə,özü də,lap az yaşlarımdan başlayaraq yaranan məyyusluğun həddinin bu gün daha da,artması,məndə olmayan xoşbəxtliyin bir başqasında olması,məni üzmürdü.Məni üzən,bu qədər dəyərin,bu qədər xoşbəxtliyin və bu dərəcədə olan ehtibarın,nəyə görə məndə də,olmaması idi.
Bir neçə saat söhbətləşdikdən sonra,Süleyman ilə sağollaşıb qayıtdıq evə.
Biraz pianoda bir-iki musiqi ifa edib,qalxıb bir çay içib,gedib yerimdə uzandım,elə,bu gün gördüklərimi fikirləşə-fikirləşə yuxu tutdu məni.Bir də,atamın maşınının siqnal səsinə oyandım.
Atam maşını həyətə salıb,düşməyini, paltarlarını dəyişib çay içməyini gözləldim ki,sualımı verə bilim və verdiyim suala da,hirslənmədən cavab versin.
Yarım saat,qırx dəqiqə keçərdi ki,içəri girməzdən əvvəl səsləndim ki:
ata,gələ bilərəm?
Dedi:- hə,gəl.
İçəri girib,hal-əhvalını soruşduqdan sonra,elə, bir başa dedim ki:
-ata,mən bir obyekt götürüb işlədə bilərəm?
Atam üzümə elə baxdı ki,sanki mən mümkün olmayan,ya da,mənim heç bacara bilməyəcəyim bir iş haqqında nə isə dedim.
Atam dedi:
nə qədər ki,mənim canım sağdı və nə qədər ki,mən işləyirəm,sənin işləməyinə heç bir ehtiyac yoxdur.
-Yenə təzədən sual verdim:
ata,əgər ehtiyac olsaydı,sən mənə çayxana işlətməyi ehtibar edib icazə verərdin?
Atam:-gözlərini aşağı dikib,ehtiyac yoxdu dedim
və bu barədə söhbət belə gedə bilməz!
–yataq yerində oturub,corabını çıxarıb əli ilə işıqı işarə edərək:
-onu söndür sabah tez oyanmalıyam,özün də,get,yat! -dedi,
mən də,işığı söndürüb,suyu süzülə-süzülə getdim yerimə.
Nöbəti gün,Novruz bayramına görə təşkil olunan şənliyə,bir çox uşaqlar kimi,valideynlərimlə hazırlaşmalı idim amma,səhər saat altıdan oyanıb,mən kiminlə gedəcəyəm deyə,düşünürdüm və bunu düşünmək belə adamı sıxıntıya salırdı.Bu fikirlərin,içimdəki,cavabı tapılmayan sorğu-sualın təsiri altında,yatağımdan bir təhər qalxıb,gedib əl-üz yuyan yerdə üzümü soyuq su ilə yuyub,heç qurulamadan paltarlarımı geyinib,mən məktəb müdirəmizə nə deyəcəm,sinif yoldaşlarımın valideynləri yanında ola-ola,mən kiminlə oturacağam deyə,bu kimi çoxlu suallarla çıxdım yola.
Gəlib məktəbə çatanda,-valideynləri ilə birlikdə olan uşaqların üzlərindəki sevinci,fərəh hissini və heç vaxt görmədiyim xoşbəxtliyi görəndə,sanki,bir anlıq ayağımın altındakı torpaq soyudu,özümü çox tənha və kimsəsiz hiss etdim.Bunu görən məktəb müdirəmiz,məni yüksək səs ilə yanına çağırıb dedi:
-A bala eşitmirsən?
bayaqdan səni dörd dəfə çağırmışam,
bəs valideynlərin hanı
– mən:Birdən-birə yuxudan ayılmış kimi,özümü itirdim, tutuldum bilmədim nə deyim,
-bayrama görə rayona getdilər, -dedim.
kimisə aldatmağa və aldadana nifrət etsəm də,amma bu dəfə,bu vəziyyətdə,atam ilə anam gəlmədi deməmək üçün,məcburiyyət qarşısında qaldığıma görə yalan danışmalı oldum.
Müdirəmiz:
özləri getdilər,səni aparmadılar,
-tək qoydular evdə -deyib,
başını yellədib,pilləkanları qalxdı.
Mən həmin an,bilə-bilmədim ki,mənim yalan danışmağımı anladı və mənə inanmadığına görə elə deyib başını yelləyə-yelləyə getdi, ya da,ata və ananın,uşağı evdə tək qoyub getmələrinə görəmi?
hər halda,ikinci sualı mənə vermədiyi üçün və çıxıb getdiyi üçün,az da olsa,sakitləşdim.
Bu şənliyi də,beynim dolu fikirlər,qəlbim dolu acılar və şənliyə aidiyyatı olmayan əhval-ruhiyyə ilə,beləcə başa vurub,hər kəs dağılışdı öz evlərinə.
Mən də,gəldiyim yolu səhər necə gəlmişdimsə,elə,o vəziyyətdə də,qayıtdım evə.Evə çatıb,paltarlarımı dəyişib,çıxdım ki,biraz gəzim fikrim dağılsın az da olsa.Qatar yolunu keçmişdim ki,arxadan kimsə məni səslədi,çönüb arxaya baxdım ki,görüm kimdi məni çağıran-öncəki günlərdə sinif yoldaşlarım ilə birlikdə olan zaman gördüyüm oğlana bənzəyən bir nəfərin mənə sarı gəldiyini gördüm.Oğlan mənə tərəf gəlib çatanda,salam deyib soruşdu ki:
məni tanımadın?
Dedim: biraz tanış gəldin amma,tam dəqiq xatırlamadım.
Dedi:adım Rəşad-dı.
-Bir dəfə yaddındadı? sinif yoldaşlarınla görüşəndə mən də,onların yanında idim,sizinlə bir müddət oxuyub çıxan oğlan ilə gəlmişdim.
Sarı köynək geyinmişdim həmin günü,xatırladın?
Dedim: – hə,yadıma düşdü,xarici maşının da,var idi deyəsən
-Hə, – deyib,əlini mənim kürəyimə söykəyib o biri əli ilə,yolun o tərəfində olan çayxananı göstərib:
buyur gedək çayxanada oturub dərdləşək,
-yol gedirdin,yəqin susamış olarsan?
-Mən də,onsuzda bu olanlardan sonra,bu fikirləri beynimdən uzaqlaşdırmaq üçün gəzib-dolaşmaq,bir yoldaş olsaydı,onunla söhbətləşərdik,biraz yüngülləşərdim – deyə,
yola çıxmışdım.
Elə bu oğlanın da,rastıma çıxması yerinə düşdü.
Gedib oturduq,Rəşad çay süzdü,stəkənimə bir dilim limon da,atdı və başladı söhbət etməyə.
O,söhbət etdikcə,ona qulaq asa-asa diqqətimi masanın üzərindəki fərq çəkdi.
Bu fərq,bizim sinif uşaqları ilə həmişə oturub çay sifariş etdiyimiz masadan,qat-qat fərqli idi,çay süfrəsi olan masada,meyvə asartimenti,müxtəlif ləpələr,hind qozu,bal və qaymaqdan belə var idi.
Biraz ordan-burdan danışıb,nə işlə məşğul olduğumu soruşdu,dedim:
– Gördüyün uşaqlarla bir sinifdə oxuyuram.
Bəs,məktəbdən sonra nəsə bir iş görürsən?
-özünə xərcliyi-pul-paranı hardan alırsan?
haradasa işləyirsən?
MaşaAllah,cangüdənlərə oxşayırsan.
Sənə kənardan baxanda,adam elə bilir ki,haradasa yaxşı bir işdə işləyirsən
– Mənim üçün utancverici cavab olsa da,dedim
yox,işləmirəm,
mənə xərcliyi atam verir – deyəndə,
güldü və sonra yenə danışmağa başaldı:
-Mən sənin haqqında yaxşı söhbətlər eşitmişəm.
Dedim çox sağ ol,sən də,yaxşı yoldaşlıq edirsən.
Biraz əvvəl,səninlə görüşməzdən qabaq bərbad gündə idim,günüm çox pis keçib deyə,yola çıxdım ki,biraz gəzib-dolaşım,fikrim yayınsın,tanış uşaqlardan bir nəfərlə rastlaşsaydıq söhbət edib,dərdləşərdik deyə fikirləşəndə,sən çıxıdın rastıma,elə yaxşı ki,çıxdın rastıma,hər avara uşaqlarla dostluq etmirəm – deyəndə,
Sanki bu sözüm buna toxundu.
Birdən,məni səhv anlayar,sözlərimdən hansınısa ona aid etdiyimi fikirləşər deyə,
-narahat halda,bu sözlərimin sənə heç bir aidiyyatı yoxdu haa,
birdən,elə bilərsən sənə deyirəm,
qətiyyən belə fikirləşmə – deyəndə,
gülümsədi və əlini çiynimə qoyub dedi:
-narahat olma,
bayaq dediyim kimi,sənin haqqında,çox ehtibarlı və sadiq bir dost olduğunu danışırlar uşaqlar və bilirəm ki,
sən qəlbi təmiz adamsan,mənə deməzsən.
Həm də ki,mənə niyə deyəsən axı,mən çox asan bir iş görürəm amma,əvəzində bir çoxlarından qat-qat üstün qazanc əldə edirəm deyəndə,ürəyimdə -hə,bu ən birinci elə masanın üstündə olanlardan bəllidi deyə,öz-özümə düşünürdüm…
Hə,nə fikirləşirsən?,
sən istəməzsən ki,mənim kimi qazanc əldə edib,öz dostlarınla istədiyin yerə gedib, istədiyin kimi rahat istirahət edəsən?
İstəməzsən?
təkrar soruşanda,
Mən,cümləni bilmirdim hardan başlayıb,harda qurtarım.
Amma ən birinci,atamın-nə qədər ki,mən sağam,sənin işləməyinə ehtiyac yoxdu deməsi-qulağımda cingildədi.Mənə görə heç vaxt və heç bir kimsədən bu qədər görmədiyim canfəşanlıq ilə mənə qazanc əldə etmək üçün,iş təklif etdiyi üçün,Rəşada təşəkkür edib,dedim:
– Əlbətdə istəyərəm amma,atam icazə verməz deyəndə,yenə də,güldü və dedi:
Əgər istəməsən,atan və ya heç kim bilməz.
Belə bir iş mənə həm asan,həm qaranlıq və həm də,biraz ürkütücü olduğu üçün soruşdum ki:
Bu necə işdir ki,mən işləyəcəm amma,heç kəs bilməyəcək?
Gülümsündü və dedi:
narahat olma,iş çox asan və çox rahat bir işdir.
-Deməli:mən sənə flomaster verəcəm,sən də aparıb o flomasteri,dediyim adama satacaqsan.Pulunu alıb,gətirib mənə verəcəksən,mən də,hər ayın axırı sənə,iki yüz əlli min manat, maaş verəcəyəm deyəndə,
-Heyrətdən və həyəcandan istilik gəldi mənə,alnımdan tər axdığını görüb:
əlini-əlinə çırpıb bərkdən güldü və dedi:
Narahat olma,eynən mən də,sənin kimi həyəcan keçirmişdim bu qədər məbləği eşidəndə.İlk maaşın cibində olan zaman,bütün bunların hamısı keçib gedəcək və sən,əvvəlkindən də,yaxşı olacaqsan deyib,biraz işlərim var, indi mən getməliyəm,sonra sənə xəbər edəndə,görüşərik onda mənə nə qərara gəldiyini də,deyərsən,sağollaşmaq üçün sağ əlini uzatdı mənə sarı,sol əli ilə də,bir Hind qozu götürüb:
al,yolda yeyərsən deyib mənə tərəf uzadanda,- sol əlim ilə götürüb,çox sağ ol deyib,çıxdım amma,o,orda qaldı.
Üzü evə tərəf döndüm.
Yol boyu,bir tərəfdən-həm asan,rahat və çox vaxt aparmayan iş görüb çoxlu maaş alacağam deyə,sevinərək fikirləşir,
-həm də,bir tərəfdən,əgər bu iş belə asan və vaxt aparmayan işdirsə,bunu özü niyə etmir?
flomasterləri özü niyə aparıb satmır? -deyə,
öz-özümə sual-edib düşünərək gəlirdim.
Gəlib evə çatdığımda,uzanırdım,adətən -çox vaxt atam və anamın dava-dalaş səslərinə qulaq asa-asa,beyni yorğun vəziyyətdə yuxulayırdım amma,bu dəfə biraz fərqli oldu.Atam,işdən hələ gəlmədiyinə,anam da,qonşularla həyətimizdə söhbət etmədiklərinə görə,sakitlik idi deyə,elə bu məsələni fikirləşə-fikirləşə yatdım.
Səhəri gün sübh tezdən oyanıb,yenə də,həmişəki kimi,hazırlaşıb getdim məktəbə.
Tükəzban müəllimə gəlmişdi,salamlaşdıq,gələ bilmədiyi gün çox narahat olduğumu bildirib,oğlunun toyu münasibəti ilə də,təbrik edib,girdim dərsə.Birinci dərs,idman dərsi olmalı idi.Buna görə də,hamılıqla idman geyimində gəlmişdik dərsə,amma,bu gün hava çox küləkli idi deyə,müəllim,idman dərsini idman zalında deyil,sinif otağına yığmışdı uşaqları.Sinif otağında idman etmək mümkün olmadığı üçün,müəllim sadəcə olaraq,biraz danışıqlar aparmaqla,biraz da,kəndirdən sallanmağın və qaçaraq tullanmağın yollarını,şəkil üzərində göstərərək dərsini bitirib,biraz sonra,
-uşaqlar,işıqlar sönüb deyə,zəng səslənməyəcək.
Artıq,tənəffüs vaxtıdır,kim istəsə çıxa bilər deyib,kitab-dəftərlərini yığışdırıb getdi digər siniflərə dərs keçməyə.Tənəffüs vaxtı,Samirdən,Rəşadın necə uşaq olduğunu soruşdum,yaxşı uşaqdı,harasa gedəndə yaxşı qonaqlıq verir,özü də,hardasa yaxşı bir işdə işləyir.
Ata-anasını və harada yaşadığını soruşduqda,
-Ata-anasını tanımıram,deyəsən şəhərdə yaşayır deyib,
-sən onun haqqında niyə belə çox maraqlanırsan? deyə soruşdu,
-mən:heç,elə belə,
özüm üçün maraqlanmaq istədim deyəndə,
Samir:mənim tanışım sənə bu qədər niyə maraqlı olsun ki,mənə düzünü de,neynirsən-nəyinə lazımdı onun haqqında bu qədər məlumat?
–Mən,görəndə ki,Samirin məndən əl çəkmək fikiri yoxdu,başıma gələni danışdım,və onun mənə,nə qədər məbləğ dediyini deməsəm də, maaşlı iş təklif etdiyini də,deyəndə,biraz gülümsəyib,biraz da,üzündə paxıllığa oxşar bir ifadə ilə:
-Bu necə olur ki,mən onu səndən əvvəl tanıyıram,mənə bu barədə heçnə demir amma,səni gördüyü bir-iki gündü,səni oturduğu masa ətrafına dəvət edib,hələ bu azmış kimi,sənə maaşlı iş də,təklif edib? deyə, sualının ardınca kinayə ilə,danışa-danışa üzünü çevirib getdi sinifə.
Hər dərsdə fikir verirdim ki,bilmirəm nəyə görə,Samir artıq mən tərəfə baxmır,sanki mən,yeni gəlmişəm,ya da ki,elə bil o yeni gəlib deyə,biri-birimizi tanımırıq.Dərsimiz tamam bitdikdən sonra,uşaqlarla məktəbin həyətində biraz söhbətləşdikdən dərhal sonra,getdim evə.
Çünkü,Rəşadın o təklifi,tam işıqlı-aydın məqamları olmadığına görə,yarı qaranlıq-yarı həvəsləndirici məqamları ilə məni çox düşündürürdü.Həm də,mən ona bir cavab demək üçün,bir qərara gəlməli idim.
Yolda da,evdə də,elə hey,düşünürdüm o barədə.
Bir neçə gün sonra,mən məktəbdən çıxıb evə gələndə,Rəşad məni yolda gördü,salamlaşdıq,hal-əhval soruşduqdan sonra,çox dayanmadan:
Sabah saat dördün yarısı,keçən dəfə çay içdiyimiz yerdə görüşək deyib,sağollaşdı.
Evə çatana kimi,ona,sabah hansı cavabı verim deyə,özüm-özümdən soruşurdum.
Belə vaxtlarda,böyük qardaşı olanların,
oğlu ilə dost olan,
atası ilə məsləhətləşən uşaqların yaşadıqları hissləri yaşamağı,həmişə istəmişəm və arzulamışam.
İndi,mənim də,böyük qardaşım olsaydı və ya atam mənimlə dostluq etmiş olsaydı,onlar ilə məsləhətləşib,sonra daha dəqiq və həm də,daha tez qərar vermiş olardım.
Axşam oldu,mən pəncərədən üzü həyətə tərəf baxıb fikirləşirdim.Həmişəki kimi,atam işdən gəlib maşını həyətə salıb düşdü,biraz həyətdə gəzişdikdən sonra məni çağırdı yanına.
Amma bu dəfə,biraz böyük iş görən zaman üzdə yaranan ifadə ilə salamlaşıb əlimi sıxdı və dedi ki:
Sən artıq şagird yox,tələbə olacaqsan.
Birinci anlamadım,ardınca atam dedi ki:
Bu tətili yaxşı dincəl,gələn ildən sən daha orta məktəbə getməyəcəksən.
Təəccüblə baxaraq,fikrimi deyib,soruşdum ki:
Ata,mən hələ doqquzuncu sinifdə oxuyuram axı,mənim tələbə olmağıma,hələ iki il var.
Gərək onbirinci sinifi bitirim ki,sonra ali məktəbdə oxuyub tələbə olum,mən orta məktəbdə oxuyaraq bu necə ola bilər?
-Atam:mümkündü oğlum,dərslər başlayanda,sən Texnikuma gedəcəksən və onda biləcəksən ki,bu mümkündür.
Mənə uğur arzulayıb, – dedi:
mən biraz yorğunam bu gün.
Gedim bir çay içim,yatım -deyib,getdi otağına.
Yenə də,atam mənimlə danışmadan,mənim fikrimi soruşmadan,mənim sənədlərimi oxuduğum orta məktəbdən çıxarııb,Kollecə verdikdən sonra,hətta,mənim əvəzimə ixtisasımı da,seçmişdi.
Mənim ixtisasımı-Polis ixtisası üzrə boş yer qalmadığı üçün atam,ilk olaraq ibtidai sinif müəllimi seçmişdi,bir-iki il sonra isə,Polis ixtisasına keçirilməli idi.
Səhəri gün saat dördə işləyərdi evdən biraz tez çıxdım ki,gedim Rəşad ilə görüşüm.
Elə,çay içdiyimiz yerə çatmışdım ki,Rəşad da,sanki məni izləyirmiş kimi,həmin an çayxananın arxasından çıxıb,gülümsəyərək,sağ əlini uzadıb salam verib:
Nə yaxşı biraz tez gəlmisən -deyib,qapını açıb mənim içəri girməyim üçün əli ilə işarə edib,buyur keç deyib,mənim keçməyimi gözlədi,mən içəri keçdikdən sonra,özü də,içəri girib qapının sağ tərəfində dayanan yekəpər bir nəfərlə,heç kəsin eşidə bilməyəcəyi çox asta səs ilə,nə isə deyib,mən tərəfə gəldi və masa ətrafı boş olan oturacaqlarda oturduq,elə oturan kimi də,
-Sən onlarla nə danışırdın deyə,soruşdum.
Rəşad,sualıma: -sual verilməsini xoşlamayan adamlar kimi,cavab verərək,
heç,elə-belə,özümüz üçün sifariş edirdim ki,bizə yaxşı bir çay dəstgahı gətirsinlər deyəndə,yenə də,qapının sağ tərəfində dayanan yekəpərə baxıb sonra üzünü mənə çevirərək,heç fikirləşmədən,birbaşa:
-Hə,nə oldu,
nə qərara gəldin?
başlayırıq? işləməyə
-Mən açığı hələ tam dəqiq bir qərar verməyi planlaşdırmamışdım deyə,hə ilə yox cavabının arasında ilişib qalmışdım amma,elə bu an ağlıma bir şey gəldi,və,ilk işim olduğu üçün:
– Yaxşı,hələ ki,bir bağlama ver,aparım satım,mən işə öyrəşdikdən sonra,az-az artırarıq, – deyəndə,
gülüb əlini cibinə salıb,
-onsuzda biz bunları bir-bir satacağıq.
Xarici ölkədən gəldiyinə görə qiyməti də,çox bahadı deyə,onsuzda biz istəsək də,hamısını birdən sata bilmərik deyə danışdığında,- artıq bu vaxta qədər masanın üstünü,keçən dəfəkindən də,iki dəfə artıq doldurmuşdular.Söhbətini bitirəndə,mən elə birinci bunu soruşdum ki:
Rəşad,masanın üstünü bu qədər doldurtmusansa,yəqin ki,başqa qonaqların da,olacaq?
Dedi: yox,
başqa gələn olmayacaq.
Gələn qonağım səndən artıq deyil ki, – deyib,
bir az da,özü ilə fəxr hissi duyaraq üzümə baxıb,mənim də,ona qarşı reaksiyamın necə olduğuna baxdı,amma mən,insanın şeşələnməsini və özündən razılığı sevmədiyim üçün,özlüyümdə xoş olmasa da,bu işin sonunun necə olacağı həyəcanı ilə,Rəşadın mənə verdiyi bağlamanın içindəkinin əslində nə olduğunu araşdırmaq üçün,yanından qalxıb sağollaşıb evə getməyimi gözləyirdim.
Çaydanı götürüb əvvəlcə mənə,sonra da,özünə çay süzdü,bir-iki qurtum içdikdən sonra,-
yaxşı,mən daha qalxıb gedim,sonra görüşərik – deyəndə,Rəşad şübhəli-şübhəli üzümə baxıb,gözlərini zillədi gözlərimin içinə.
Mən:-Rəşadın müəmmalı baxışından narahat olduğuma görə,hər ehtimala qarşı,nə isə başa düşməsin deyə,fikirini yayındırmaq üçün:
-Hə,yeri gəlmişkən,heç demədin müştəri kimdi
– onunla nə vaxt və harada görüşəcəyəm? -deyə,soruşanda,
üzündə elə bir ifadə yarandı ki,elə bil həqiqətən də,ürəyində mənim haqqımda nə isə düşünürdü və anidən düşündüyü fikirindən döndü.
Həə,doğrudanda demədim axı,yaxşı ki,yadıma saldın deyib,
Üzərində yazı olan kiçik bir kağız parçasını mənə verib,sabah axşam bu adamla zəngləşib görüşərsiniz,flomaster bağlamasını ona verib,pulu alıb özündə saxlayarsan.O birisi gün,elə bu günkü kimi bu vaxtlarda,burda görüşərik deyib sağollaşdı.
Mənimlə sağollaşanda,əlimi iki dəfə ard-arda sıxaraq üzümə baxdı və,sənə arxeyinəm deyib,üzünü çevirib getdi.
Mən də,üzü ev istiqamətində gedə-gedə,içimdə: -evə tez çatım açım baxım görüm bu nə flomasterdi ki,bunu əldən-ələ özü də,qutu ilə deyil,ədədlə satırlar- həyəcanı ilə iri addımlarla gedib bir neçə dəqiqəyə çatdım evə.Hələ ki,bunun nə olduğunu dəqiq bilmədən və içimdəki şübhələri dağıtmadan,içəri girməzdən əvvəl,anamın bilməməsi üçün,flomaster bağlamasını cibimə qoymuşdum.Ev qapısından içəri girən kimi,tez keçdim öz otağıma,elə,bağlamanı açmağa hazırlaşırdım ki,anam çağırdı.
Bağlamanı tez-tələsik yastığımın altında gizlədib,çıxdım otaqdan.Bağlamanı heç kəsin görmədiyi üçün və anam qonşugilə gedəcəyini demək üçün məni çağırdığına görə,bəxtim bu dəfə gətirmişdi.
Anama:-Yaxşı sən get,mən evdəyəm, deyib,otağıma qayıdıb,flamaster bağlamasını yastığımın altından çıxarıb,biraz da,atam birdən gələr görər deyə,bu həyəcanla- bağlamanı tez açıb,flamasterləri içindən çıxarıb o üzünə,bu üzünə çevirib,qapağını açıb baxdıqda,digər flamasterlər ilə,heç bir fərqi olmayan,bizim istifadə etdiyimiz sadə-adi bir flomasterlər idi.
Amma mənə hələ də,qaranlıq qalan,bu flomasterləri nəyə görə əldən-ələ və yalnız bir bağlama olaraq satılması idi.Cavabını tapmadığım sualın axtarışı,beynimi və fikirlərimi bir yerə toplamağa imkan vermirdi.Bağlamadan çıxardığım flomasterlərdən biri,qapağı açıq vəziyyətdə əlimdə,sanki flomasterlə üz-üzə dayanıb,biri-birimizə baxırıq,mən ondan,fikirlərimlə:
Sən mənə nəyə görə müəmmalı təsir bağışlayırsan? -soruşduqda,
o isə,lal-dinməz dayanıb üzümə baxırdı.
Artıq,tam qərar verməsəm də,-mən boşuna şübhə etmişəm deyə,düşünən zaman ayağa qalxıb,əlimdəki flomasterin qapağını bağlayıb,bağlamasına qoymaq istəyən an,flomasterin uc hissəsi əlimə sürtündü,ucluğunun qırılmasından ehtiyat etdiyim üçün,çox narahat oldum ki,başqasının malını korlayaram,sonra Rəşadın yanında ehtibarım olmaz,mən bunun pulunu necə verə bilərəm -deyə düşünərək,qırılıb-qırılmadığından əmin olmaq üçün,barmağımı flomasterin ucluğuna toxundurdum.
Qırılmamışdı amma,yenə də,biraz daha,narahat olmağa başladım.Çünkü bu dəfə,şəkil çəkməli olan rəngli qələm yazmadı.Fikirləşdim ki,bəlkə əlimdə yazmadı,bir də,vərəqdə yoxlayım.Flomasteri vərəqə bir neçə dəfə,sağa-sola sürtməyimə baxmayaraq,yenə yazmadı.Dedim bəlkə,bu yazmır,o birilər yazır… -başqa birini götürüb yoxlayanda,o da yazmadı.
Yenə də,biraz narahatlıq var idi amma,bir tərəfdən də,fikirləşdim ki,götürəndə də,yoxlamamışdım onsuzda-yəqin hamısı xarabdı,sabah aparıb qaytararam Rəşadın özünə, deyə düşünərək,həm də,özüm-özümə,bu fikir ilə təskinlik etmiş olduğumu düşündüyüm üçün,biraz sakitləşdim.
(Hər bir halda,ümumilikdə,insan olaraq bizi,hər bir zaman ən çox həm narahat edən,həm də,nigaran saxlayan yeganə hiss,tam dəqiq əmin olmadığımız,cavabını tapmadığımız suallar dolu olan,maraqdır.)Gah fikirləşdim ki,onsuzda bunlar xarabdı və yazması üçün mən nə isə edə bilmərəm.
Gah da,fikirləşdim ki,yox,bəlkə birini açıb baxım?-deyə, öz-özümdən soruşurdum.
Bizim işlətdiyimiz flomasterlər ilə eyni görünsə də,amma,Rəşadın mənə,bunların çox bahalı olduğunu dediyinə görə,cəsarət edib açıb içinə baxa bilmirdim.Bir təhər,ürəyimdə təpər tapıb- flomasterin birini götürüb,arxa qapağını açdım.İçinə baxanda:-Rəng pambığı əvəzinə,içində toz halında olan,ağ rəngdə una oxşar nə isə var idi.Flomasterlərin bir neçəsinin yazmadığına görə,dedim yəqin elə həqiqətən də,xarab olub deyə,pambıqları da,toz halına gəlib.Dedim birinidə açıb baxım,görüm onlar da,belədisə,deməli həqiqətən də,hamısı xarabdır.Yenidən başqa bir flomasteri götürüb baxanda, bunun da içində,eyni əvvəlki kimi ağ rəngli toz var idi deyə,qapağını bağlayıb,bağlamasına qoymaq istəyəndə,diqqətimi çəkən qara rəngli flomasterin olması,televizorda xəbərlərdə gördüklərimi və ya uşaqlarla öz aramızda danışarkən,həyatda real olaraq görmədiyimi, təsəvvür etdiyimizi,bütün bunların mən yaşda olan bir uşağın necə və hardan ağlına gəlməsi,-məni həm heyrətləndirdi,həm də,dərin düşünməyə vadar etdi.
Mən artıq,Rəşadın,işimiz çox asan və rahat amma daha çox pullu işdi dediyi işin,nədən ibarət olduğunu,bu ağ rəngli olan tozun,-Narkotik olduğunu anladığımda,dünya başıma daraldı,mənim daha axırımdı,mən də,onlar kimi həbsxanalarda çürüyəcəm, deyə-fikirlərlə başım fırlandı.
Yatdığım yerin üstündə oturaqlı vəziyyətdə,qara rəngli flomaster qapağı açıq vəziyyətdə,bir az hissəsi də,şalvarıma tökülmüş halda,içində ağ rəngli qara ölüm olan toz,o biri əlimdə də,ölüm qabının qapağı.
Bir neçə dəqiqə,nə əlim,nə də ayağım hərəkət etmədən elə yerimdəcə donub qalmışam.Birdən,atamın və anamın gələcəyini xatırlayanda,bir təhər başımı çevirib saata baxanda gördüm ki,artıq mən neçə saatdır ki, bu vəziyyətdə oturub qalmışam.Qorxu,həyəcan və stersdən qanı donmuş əllərimi və ayaqlarımı bir təhər tərpədib,yavaş-yavaş ayağa qalxmağa başladım.Bir təhər özümü toplamağa çalışıb,biraz şalvarımın,biraz da,yatağımın üstünə dağılan bu ölüm tozunu yığışdırmağa başladım.Bu ölüm qumunu,həm atam görməsin deyə tez,həm də,daha diqqətlə yığmalı idim ki,sabah aparıb qaytarım özünə və bir dəfəlik Rəşaddan və ona yaxın olan hər bir kəsdən uzaq olum deyə, -düşünərək,flomasterin içinə əllərim əsə-əsə lap balaca olan duz qaşığı ilə yığırdım.
Bir az sonra,həyətdəki dəmir qapının səsi gəldi,gələn adamın ayaq səslərindən bilinirdi ki,ayağındakı həyətdə geyilən başmaqdır.Başmaq səsləri ev qapısına çatanda,qapını açıb məni səslədiyində,səsindən anam olduğunu bildim amma narahatlıq üçün bir səbəbim yox idi.Çünkü,bütün dağılan tozları bir təhər yığıb qurtardıqdan sonra,ölüm bağlamasını da,əşyalarımın altında gizlətmişdim.Otaqdan çıxdım ki,anamın mənə nə isə deyəcəyi varmı,ya yox
-Anam,biraz yorulmuş halda: çay içib-yemək yemisən? deyə soruşduqda,
Dedim: yox,işdaham yoxdu deyə yemədim.
Yemək istəmirəm amma,çay içərəm birazdan.
Mətbəxə,özümə çay süzməyə gedəndə,anam da,keçdi öz otaqlarına.Bir stəkən çay süzüb gəldim öz otağıma.Pəncərənin qarşısında oturub,çay içə-içə fikirləşirəm ki,mən bu,ölüm bağlamasını nə adla aparıb qaytaracağam ona, -elə o an,məni başqa bir şey düşündürməyə başladı: Əgər mən bu bağlamanı aparıb ona versəm,bəs sonra,sonra nə olacaq?
o da,aparıb aldığı adama qaytaracaq?
bəlkə də,qaytarmayacaq
və öz işinə davam edəcək,
-əlbətdə qaytarmayacaq.
-Və,o bu işi nə vaxta qədər davam etdirəcəksə,deməli nə qədər insanlar öləcək və nə qədər insanlar həbs olunacaq, deyə, -qəlbimin dərinliyində sanki bir hakim ilə üz-üzə oturub,ola biləcəkləri danışırdıq,sorğu-sual edirdik biri-birimizdən.
Artıq,ata-anası tərəfindən döyülən,qəlbi kövrək,utancaq,hər dəfə qərar verməkdə çətinlik çəkən mən,dəqiq əmin olduğum bir qərara gəldim və telefonu götürüb Rəşada zəng etdim.
Dəstəyi elə özü götürdü,salamlaşdıq,biraz narahat,bir az da,təəccüblü səs ilə,bu vaxt zəng etməyimin səbəbini soruşdu…
-Narahat olma,sadəcə olaraq,sabah sinif yoldaşlarım ilə görüşməliyəm deyə,görüşə bilməyəcəyik-deyəndə, Rəşad,-çox narahat və nigaran bir səs ilə,nə isə bir problem yoxdu ki,deyə soruşdu.
Mən də: Yox,narahat olma,hər şey qaydasındadır,sənə zəng edəcəm
–ardınca da,anamın səsi gəldi deyə,-getməliyəm,yaxşı oldu,hələlik sağ ol.- deyib,dəstəyi asdım.
Anam,kiminlə danışdığımı soruşdu,uşaqlarla deyib keçdim öz otağıma ki,birdən elə bir sual verər ki,özümü itirərəm və hər şeyin üstü açılar.Elə buna görə də,bu gün biraz tez yatdım.
Səhəri gün,sinif yoldaşlarım ilə görüşdük və getdik həmişə çay içdiyimiz yerə.Bu dəfə,bir çoxları rayona istirahətə gedəcəkdilər deyə,bütün sinif yoldaşlarım-münasibətimiz olanlar da,münasibətimiz olmayanlar da,gəlmişdilər.Bu dəfəki görüşümüz,daha fərqli və daha maraqlı keçirdi.
Amma,hələ mənim uşaqlara demədiyim bir məsələ də,var idi.
Bilmirdim ki, bu məsələni uşaqlara necə deyim -deyə, cümləmi ala-yarımçıq deməyə hazırlaşırdım ki,uşaqlar söhbət əsnasında,məndən danışmağa başladılar.Aralarından biri mənə dedi ki,sən əfəlsən,fərasətin yoxdu.
Mən sənin yerində olsaydım,ya da,sənin atanda olan imkan mənim atamda olsaydı,mən hər gün məktəbə atamın maşını ilə gələrdim,özümü başqa sinif uşaqlarına göstərmək üçün,gündə bir paltar geyinərdim amma,sən etmirsən-ya səni evdə nəzərə almırlar,ya da,sən bu imkanlardan istifadə edə bilmirsən.
Aralarında olan,düşüncə,təfəkkür və fəlsəfi baxımdan kasıb olan,yalnız üç-dörd nəfər bu tip danışıqlarına davam edən zaman,
mən sadəcə olaraq,onları dinləyirdim.
Çünkü,sözlərinin arasında-səni evdə nəzərə almırlar-dediyində həqiqət də,var idi deyə,bu cümləsinə deyəcək bir sözüm yox idi,olsa idi belə,özlüyümdə utandığımdan heç bir kəlmə də,deməyəcəkdim.
Amma,atamda olan imkandan istifadə edə bilmirsən sözlərinə görə,Tanrının mənə verdiyi bu xarakterə görə,həm başı ucalıqla və həm də,böyük fəxr ilə danışmağa tutarlı sözlərim olduğuna əmin idim deyə,dedim:
-Atanın maşınından və ya pulundan istifadə etmək başqa,sui istifadə etmək başqa,mən,tək atamdan deyil,heç bir kimsədən sui istifadə etməyin tərəfdarı olmamışam.Kiminsə hər hansısa bir imkanından sui istifadə etməmək,əfəl olmaqdısa,o zaman, mənim həmişə əfəl olacağıma əmin olun.Ruslan görəndə ki,bunlar mənə qarşı haqsız danışırlar, mövzunu dəyişmək üçün:
-Uşaqlar,bəlkə növbəti dərs ilimizdən danışaq, -dedi və hərə bir fikir söylədi,bu məqamda mənim üçün çətin də,olsa,dedim:
Uşaqlar,artıq gələn ildən ehtibarən mən sizinlə oxumayacağam.Yarısı elə bildi ki,zarafat edirəm,yarısı elə bildi ki,başqa bir sinifə keçəcəm,amma,Ruslan və Rasim ciddi qəbul etdiklərinə görə,təəccüblə soruşdular:
Doğrudan deyirsən?
Bəs,kimlər ilə oxuyacaqsan?
Bu suala cavab vermək mənim üçün çox çətin və kövrək məqamlar olsa da,
-Atamın mənə,fikirimi soruşmadan,həm də,iki ilimizi tam bitirmədən, etdiyi sürprizi,elə olduğu kimi də,onlara danışdım.Həmişə ən çox birlikdə olduğumuz uşaqların üzlərindən oxunurdu özlüyündə fikirləşdiklərini.Sanki,gözlərinin içinə diqqətlə baxdıqda belə,öz qəlblərində həqiqətən də,mənim – daha bir sinifdə oturmayacağıq,birlikdə daha çox vaxt keçirə bilməyəcəyik deyə düşündüklərimi, düşünürdülər.Saf hisslər bürünmüşdü simalarımıza.
Artıq,vaxt axşama doğru irəliləyirdi,bir neçə saat söhbətləşdikdən sonra,qalxdıq ki,görüşüb sağollaşaq:
Uşaqların,- alqan kimi qıpqırmızı olmuş,yanaqlarından yaş süzülən gözlərinə baxa bilmirdim,çünkü mən özüm də,onlardan heç geri qala bilmirdim.Ağlaşa-ağlaşa biri-birimizi bərkdən bağrımıza sıxaraq qucaqlaşıb,çox çətinliklədə olsa,bir təhər biri-birimizdən aralanıb,arxaya baxmadan üzümü evə tərəf gedən yol istiqamətində tutaraq,ta ki,evə çatana kimi,bütün yolu,-ardını saxlaya bilmədiyim,içimdən gələn hönkürtü ilə ağlayaraq gəlib evə çatdım, evdə olan qonaqla görüşmədən,anama da,heçnə demədən girdim birbaşa öz otağıma.Bir az uzandım ki,bir neçə dəqiqə keçər,az da olsa sakitləşdikdən sonra,qalxıb kim olduğuna belə fikir vermədiyim qonaq ilə görüşərəm.Amma mənim olduğum bu vəziyyəti,anlamayacaq kiməsə,öz hisslərimi anlatmağın mənasız olduğunu düşündüyüm üçün,heç otaqımdan çıxmaq itəmirdim,onsuzda məni anlayacaq bir kimsə də,yox idi bizim evimizdə.Bu gün olanlardan əlavə də,elə bu fikirin də,psixoloji təsirlərindən sarsılıb,uzandığım yerdə,geyimimi çıxarmadan yuxu tutmuşdu.Ayılanda saata baxdım,saat yenicə altı tamam olmuşdu.
Sanki mən,uzandığım andan ehtibarən saat altıya qədər,heç yatmamışam və hələ də,fikirləşdiyimin ardını fikirləşirəm,arzuolunmazlıqlar-anlamazlıqlar-Mənə qarşı müqəvva kimi davranışlar heç vaxt dəyişilməyəcək deyə,şüuraltı bir psixologiya yaranmışdı və bu fikirləri sanki,beynimdən çıxarmağa çalışıram amma,çıxara bilmirəm-kimi düşüncələr beynimdə tüğyan edirdi.
Artıq,saat doqquz tamam olmasına on dəqiqə qalırdı.Xatırlayanda ki,mən bu gün Rəşad ilə,görüşməliyəm, -dərhal beynimdə,həmişə olduğu kimi yenə də, suallar və cavablar yaranır:
niyə
-nə üçün
-nəyə görə belə oldu deyə suallar arasında,tək buna qarşı
– Əgər,atamın və anamın mənə qarşı olan fikirləri və münasibətləri belə olmasaydı,bəlkə də,indi bu belə olmazdı,mən nə Rəşad nə də ki,o tipli insanları tanımış olmazdım,bəlkə də,mən bu olanları yaşamazdım deyə,qəlbim ilə beynimin arasında,ortaq məxrəcə gəldiyi bir cavab yaranır.
Amma yenə də,bunları kiməsə danışmağın bir mənası yoxdur deyə,hərdən,yalnız gücüm özümə çatdığı üçün,özümü danlayır,bəzən də,-bəlkə də,mənim payıma düşən həyat budur deyə -əslində belə olmadığını bilə-bilə,çarəsiz vəziyyətdə,heç bir kəsdən narazılıq etmək haqqımın olmadığına özümü inandırmaq məcburiyyətində qalıram.Bu fikirlə də olsa,artıq qalxmalı idim,söz verdiyim yerə gecikə bilərdim deyə,qalxıb,-adətim üzrə əl-üzümü yuyub,üstünə yağ-bal çəkdiyim bir-iki tikə çörəyi yeyib,bir stəkən çayımı içib çıxdım evdən.Gəlib,Rəşad ilə görüşdüyümüz çayxanaya çatanda,bu dəfə Rəşad yox idi deyəsən,məni qarşılamadı.
Amma,yol boyu hərdən mənə elə gəlirdi ki,məni kimsə izləyir,və elə çayxanaya yaxınlaşana kimi,arxamca kiminsə gəldiyinə tam əmin idim,amma çönüb arxaya baxanda,izlədiyinin fərqinə vardığım insan,sanki bir anlıq ruh kimi yoxa çıxdı,gözdən itdi,heç kəsi görmədim.Girib içəri küncdə boş olan oturacaqda oturmuşdum ki,bir-iki dəqiqə sonra,əvvəlkindən fərqli olaraq,bu gün deyəsən ona nə isə olmuşdu kimi,yellənə-yellənə,gözlərinin altı qırışmış vəziyyətdə gəldi,yenə də,qapının sağ tərəfində dayanan yekəpərə nə isə deyib,üzü mən tərəfə yaxınlaşıb,mən oturduğum oturacağın yanındakı divanda oturdu.
Hal-əhvalını soruşdum:
Rəşad hələ mənə cavab verməmişdi,
-Bəs üz-gözün niyə bu haldadı
-Rəşad,yorğun üz cizgilərini bir az tərpədib,bir qaşını yarıya qədər bir təhər qaldırıb,kəkildəyərək hərfləri biri-birinə calaya-calaya demək istədiyindən anladığım bu oldu ki,
– gecə çox işləmişəm,yəqin ona görə bu gündəyəm – deyib,başını arxaya buraxıb söykədi divana.
Mən də,bunun nə hərəkət etməyə,nə də ki, danışmağa halının olmadığını görüb,keçdim mətləbə.
– Rəşad,mənə verdiyin flomasterlər yazmır,köhnədir deyəsən, -deyib,
bağlamanı şalvarımın cibindən çıxarıb,əlini belə qaldırmağa halı olmadığı üçün,qoydum köynəyinin cibinə və soruşdum ki:
başqası varsa,bunun əvəzinə ver aparım verim müştəriyə,pulunu da,alıb gətirim verim sənə deyəndə,başını arxaya söykədiyi vəziyyətdə,sol gözünü yarımçıq açıb,nə düşündüyünü anlamasam da,sanki nə isə düşünərək,nağıllarda olan qorxunc təpəgöz kimi mənə baxmağa başladı.Düzü,o baxışdan biraz ürpənsəm də,mənə verəcəyi cavabı gözləyirdim.Bir təhər başını qaldırıb,sağ gözünü də,bir təhər ala-yarımçıq açıb soruşdu:
– Yenə də,mənimlə işləmək istədiyinə əminsən?
Öhtəsindən gələcəksən?
-dedim:Hə,əlbətdə.
Onsuzda öhtəsindən gələ bilmədiyim iş olsaydı,razılıq verməzdim, deyəndə-güclə tərpətdiyi dodaqları yana qaçdı gülümsəmək istədi amma,bədəninin ağrısı nə qədər idisə heç gülümsəməyə belə halı yox idi.
Üzü tərpəndiyində,yanaqlarının da,ağrıdığı açıq-aşkar bəlli olurdu.
Özünü güclə tərpədib,bir təhər də olsa,əlini şalvarının cibinə salıb,mən verdiyim bağlamaya bənzəməyən başqa bir bağlama çıxarıb,mənə sarı uzatdı.
Bağlamanı alıb:
yaxşı,sağ ol mən gedim dedim qalxdım ayağa.
Rəşad elə bir vəziyyətdə idi ki,mənim ayağa qalxmağım hələ ona çatmamışdı.
Biraz da,uca səslə yenidən təkrar edib,yaxşı,sağ ol mən gedirəm,
-bir sözün varmı? mənə-
Rəşad nəhayət ki,dillənib yenə də,dodaqlarını güclə tərpədib,nə isə demək istəyirdi.
Təkrarən soruşduqda,bir təhər -müştərinin bir həftədən sonra gələcəyini dediyini anladım.
-Anladım,yaxşı oldu deyib, çıxdım ordan.
Çayxanadan çıxıb yolu keçib,üzü evə tərəf gedirdim,bir-iki kilometr getdikdən sonra,aşağı məhəllənin tinini dönən kimi,bir nəfər arxadan əlini sol çiynimə toxunduran an,diksindim hətta,doğrusu biraz da,qorxdum.
Həyəcanla da,olsa kim olduğunu və məndən nə istədiyini öyrənmək üçün,çönüb arxaya baxanda,
– Havanın isti vaxtı uzunqol köynəkdə,köynəyinin cibi cırılıb sallanmış,şalvarının tikişləri süzülmüş,saçı-saqqalı yaman gündə,çox qoca görkəmli,üzü çox azca tanış gələn,sanki kiməsə oxşatdığım bir nəfər dayanıb,çox cılız bədənli,gözləri yuxusuzluqdan partlayacaqmış kimi şişmiş,tükənmiş və gözlərində sanki,həyat eşqinin alovu sönmüş vəziyyətdə dayanıb,yazıq-yazıq,üzümə baxır.
Siz kimsiniz?
-Sizə nə lazımdı -deyə soruşduğumda,
-Qorxma,mənim sənə nə isə etmək fikirim yoxdur.Biz tanış deyilik.Sən bayaq girdiyin çayxanadakı ən ucaboy olan qaba görkəmli oğlan,-(deyəndə bildim ki,həmin o yekəpər oğlanı deyi)-mənim qardaşımdır və sənin görüşdüyün Rəşadı da,çox yaxşı tanıyıram.Sadəcə olaraq sənə kömək etmək istəyirəm.
Gedək mənim yaşadığım evdə danışaq,istəmirəm kimsə məni bu vəziyyətdə görsün.- deyəndə, -düzü bir az,tanımadığım birinin,heç vaxt olmadığım yaşadığı yerə getməyə ehtiyat etdiyim üçün,əvvəlcə istədim deyim ki:
– Yox,sağ olun,ehtiyac yoxdur.
Düşünəndə ki,o mənə,həm Rəşadı çox yaxşı tanıdığını,həm də,qardaşının kim olduğunu dediyinə görə,həm də,bu üst-başda olan birinin,başqa məqsədinin ola bilməyəcəyini düşündüyümə görə,
(Hər bir halda,mən risk etmiş oldum-axı bu çağırışın arxasında başqa məqsədlər də,ola bilərdi.)
razılaşdım və dedim yaxşı,gedək.
Təxmini,iyirmi dəqiqəyə yaxın yol getdik.
O,məndən qabaqda gedirdi deyə,onun hər atdığı addımı, hasarlardan tuta-tuta getməsi diqqətimdən yayınmırdı.
Gedib lap aşağı məhəllədə,Ruslar məhəlləsi deyilən küçəyə girdikdən sonra,məhəlləyə girişdə yarı boyası tökülmüş,yarı paslanmış,yarı sarımtıl rəngdə olan dördüncü qapını açıb həyətə girdikdən sonra:
-Gəl deyib,qəddi əyilmiş,qolları yanına sallanmış və halsız vəziyyətdə üzünü çevirib yarı tikilmiş-yarı sökülmüş evə tərəf addımladı,mən də,ardınca ona baxa-baxa kiçik addımlarla irəliləyirdim.Bu,yarı sökük-yarı tikilmişə oxşar evə çatanda,şüşəsi çilik-çilik olmuş qapını açıb:
-dedi gəl içəri.
İçəri girdikdə,həyatımda heç vaxt adını bilmədiyim,nəyin qoxusu olduğunu biımədiyim,həddindən artıq çox kəskin bir qoxu var idi.Sınıq-salxaq oturacaq kimi düzəldilmiş yerdə oturub,mənə də,otur deyib,cibindən kötüyünə çatmağa az qalmış yarı siqaret çıxarıb damağına qoyub əsən barmaqları ilə kibridi çaxıb yandırdı.Əvvəlcə mən,həm bir insan kimi,narahat olduğuma görə,həm də,buna yazığım gəldiyi üçün soruşdum ki:
Siz burada yaşayırsınız?
-O,əsməcə tutmuş başını yellədərək:
Hə,mən burada yaşayıram dedi.
Bəs valideynləriniz hanı deyə soruşanda, şişmiş gözlərindən yaşlar süzülməyə başladı,əsən başı və əlləri daha da,sürətlə əsməyə başladı.
Başını,bu vəziyyətdə çox saxlaya bilmədiyinə görə,yanına qoyduğu taxta parçasını iki əlləri ilə yerə söykəyib,başını da,qoydu əllərinin üstünə.
Sual verməyimə peşiman oldum.
-Bağışlayın,yəqin valideynləriniz dünyalarını dəyişiblər,bilsəydim bu barədə heçnə danışmazdım deyəndə,
-O: Mənim valideynlərim sağdır deyəndə,çox təəccübləndim bunun bu dərəcədə hönkür-hönkür ağlamağına görə səbəb nə idi bəs – deyə,soruşmaq istəyəndə,
-O: Elə bunları sənə danışmaq üçün səninlə görüşmək istəyirdim.
– Düz bir il əvvəl,gördüyün o,çayxana,ondan da,əlavə o çayxananın arxasında restoran və üç ayrı yerdəki obyektlər mənim idi.
Sonra,sənin görüşdüyün Rəşad ilə tanış oldum,bir-iki dəfə görüşüb danışdıqdan sonra,onu həmin o çayxanaya işə götürdüm və hər gün tez-tez görüşəsi olduq.
Aramızda çox inam-ehtibar yaranmışdı deyə,hətta qardaşıma tapşırmadığım daha çox imkanlı müştərilərlə haqq-hesab etməyi ona tapşırmışdım.
-(arada qollarını qaşıyaraq,öskürə-öskürə quruluqdan çatlamış dodaqlarını silə-silə danışmağı məni çox narahat etsə də,bu söhbtətin mənə nə aidiyyatı olmağının və söhbətinin sonunu bilmək üçün,özümü bir təhər saxlamışdım ki,danışıb fikirini tamamlasın,çıxım gedim burdan.)
Bir dəfə də,səhər gəldik işə,bir-iki saat sonra Rəşad,masa sifarişlərinin hesabını aldıqdan sonra, müştəriləri yola salan zaman,onlara nə isə verdiyini gördüm,qayıdıb gələndə,onlara verdiyin nə idi, deyə -soruşanda,dedi qardaş,narahat olma,onsuzda işdən sonra sənə bu barədə deyəcəkdim.
Rəşad,bizə əlavə gəlir gətirəcək iş tapdığını dedi və mənə flomasterlər göstərdi ki,bax qardaş iş bu qədər asan,amma daha çox gəlir gətirən işdir.Flomasterləri görəndə dedim ki,bizim məktəb ləvazimatları satılan yerimiz yoxdu axı
-Rəşad gülərək, bax,məhz elə diqqət çəkməsin deyə,biz flomasterin içindəkini satıb,külli miqdarda qazanc əldə edəcəyik dedi və,flomasterin arxa qapağını açıb iylədi.
Rəşad flomasterin içini iyləyəndə,məni həm gülmək tutmuşdu,həm də,bu nə deməkdi deyə,maraq məni az qalırdı ki,bir təhər etsin.Rəşad iylədiyi flomasteri mənə də,uzadıb:
– Al, səndə iylə bax gör,gülməlidi ya yox-dediyində,əlindəki flomasterin içinə baxmadan götürüb birbaşa iyləyənə kimi elə bilirdim ki,zarafat edir,amma sən demə,həqiqətən də,içi- adamı xoşbəxt hiss etdirib əslində isə bədbəxt edən, dolu zəhər imiş.
Bir dəqiqə sonra başım fırlandı və gördüyüm hər şey tərsinə çevrilmişdi.Artıq o zibili,mən nəfəsimə çəkmişdim,elə həmin saniyədən ehtibarən,dünyanın ən xoşbəxti mənəm deyə zənn etsəm də,amma sonradan anladım ki, günəşim söndü.
O,toz halında olan zəhərin zərrəcikləri bir yerə topalanıb, sanki bir qoşun olub gəlirdilər üstümə.
Hər gün bir flomaster iylədikcə,azlıq edirdi mənə.
Gündən-günə daha çox iyləmək istəyirdim-bədənimdə yaranan ağrıların sayı,dərəcəsi və müddəti günbə-gün artırdı.Təzə vaxtlar özümü xoşbəxt hiss etmək üçün,amma sonra isə,dözülməsi çətin olan ağrılarımı müvəqqəti də olsa,dayandırmaq üçün artıq o tozlar azlıq edirdi deyə,iynələr(deyəndə,nəyə görə uzunqol geyindiyini anladım) ilə davam etdirməli oldum.
Bir manatlıq flomasterin ucbatından,əvvəlcə maşınlarımı,sonra evlərimi ən sonda isə,obyektlərimi satmaq məcburiyyətində qaldım.
Bu gördüyün evə bənzər yer,əvvəl belə deyildi.Atama və anama aldığım ev idi.Hər şeyimi satdıqdan sonra,axırda qalan bura idi deyə,gəldim bura.Bura gəldikdən sonra da,valideynlərim evdəki əşyaları satdığımdan,artıq müflis olduğumu və mənim ağ ölüm tozunu qəbul etdiyimdən xəbər tutduqda, məni birdəfəlik oğulluqdan sildilər.
Elə həmin gün də,bu günə kimi yerlərini bilmədiyim harasa getdilər.
Sonra,daha satmağa bir şeyim qalmadığına görə,bədənimin ağrılarına dözmək məcburiyyətində qalıb sağaldım amma,hər şeyim bitib tükəndikdən sonra sağaldım və elə sağaldığım vaxtdan sonra da,burda,bu daxmada qalıram.
Buna yaşamaq demək olmaz!
İndi o bəla məndən əl çəkdi,amma gedərkən də,özü ilə mənəviyyatımı, imkanlı vaxtlarımı,normal insan həyatımı,atamı,anamı və sağlığımı götürüb özü ilə apardı.
Sən birinci dəfə mənə baxanda,sənə elə gəlmiş ola bilər ki,mən çox yaşlıyam amma,mən səndən çox da,böyük deyiləm,iyirmi bir yaşım var. (Deyəndə,heyrətdən içim-içimə sığmadı.Çünkü ona baxdıqda,mənim qırx yaşlı atamdan qoca görünürdü.)
Bütün bunları sənə,ona görə danışdım ki, təmiz orqanlarını korlayıb,xoşbəxt həyatını mənim kimi özünü,bədbəxt edib,səfil vəziyyətə düşməyəsən və bütün orqanlarını korlanmış xəstə halına salmayasan deyə.(Rəşadın hansı işlərlə məşğul olduğundan,artıq mənim də, xəbərim olduğunu ona bildirmədim)
Mənim indi sağalmağımın bir mənası yoxdur,kaşki mən elə, ağlım özümdə olan vaxt,valideynlərim yanımda olan vaxt,maddi imkanlarım və ən əsası iradəm olan vaxt özümü sağalmağa və bu bəladan uzaq olmağa məcbur edəydim…
.Danışıb fikirini bitirdikdə,əlləri əsə-əsə cırılmış cibinə qoyduğu uzun müddət yuyulmayan dəsmalını çıxarıb,üzünə tutdu.
–Danışdıqca bəlkə də, hər kəliməsinin,hər hərf sayı qədər gözündən yaşlar süzülə-süzülə danışırdı.
Qarşımda,başı aşağı vəziyyətdə,sanki,çox zülümlə döyülən uşaq kimi ağlayaraq başını aşağı salmışdı. Onun bu ağlamağını görüb,qəlbən və səmimiyyətlə ürəyinin dərinliyində həqiqi və hər şeyini itirdiyinə görə,heç bir mənası olmayan bir peşimançılıq hissi keçirdiyinə görə və bütün bu olanları yaşadığına görə,doğrudan da,çox məyyus oldum və həqiqətən də,ona çox yazığım gəlirdi.
Ona baxmağa artıq ürəyim dözmürdü,və özümü daha çox narahat hiss etdiyimə görə,
–Dedim:
Anladım,və sizi,sizin qədər olmasa da, peşimançılığınızın həqiqi və tam səmimi olduğuna görə çox gözəl başa düşürəm.
Bütün bunları mənə danışdığınız üçün və məni xəbərdar etdiyiniz üçün çox sağ olun.Amma bağışlayın ki,sizə faydalı hər hansısa bir köməklik edə bilmirəm.
– Mən hər dəfə,onun çoxdandı eşitmədiyi (Bəlkə də,kiminlə isə çoxdandı danışmadığına görə) bu tərz danışığıma görə,hönkürtüsü daha da,çoxalırdı.
Sızıldayaraq ağalayan zaman,gözlərinin içi qıpqırmızı,dodaqları əsə-əsə deməyə çalışırdı ki:
-Səninlə danışmaq məni çox duyğulandırır,çoxdandı ki,mənimlə heç kim belə hörmətlə nəyinki danışmırdı,heç salam belə vermirlər mənə. Deyib,hönkürtüsünü daha da,artıraraq ağlamağına davam etdi.
– Artıq gördüm dözə bilmirəm,
– İndi isə,mənə başqa bir sözünüz yoxdusa mən getməliyəm, sağ olun deyib,gözlərim dolmuş halda,ürəyim ağraya-ağraya çıxdım o,əvvəl içi dolu ailə,indi isə heç bir kimsəsiz,ağlayaraq peşimaçılığı və dərdləri ilə təkbaşına qalan səfilin evindən. – Gəlib evə çatdığımda,bağlamanı açanda,bu dəfə verdiyi bağlamadakı flomasterlər,digər flomasterlərdən daha fərqli və bir az da,böyük idilər.
Bundan sonrakı,hər keçən gün,içində nə olduğunu bilə-bilə,dünyanın ən pis ölüm və bədbəxtlik tozunun,hər evimizdə qalan günü,mənim üçün həyəcanla dolu olan dəhşətli günlər olacaqdı.
Artıq,Novruz bayramından sonrakı dərs vaxtı da,başlamışdı.
Hər dəfə dərsə gedib gələndə,bu bir həftənin nə vaxt gəlib keçəcəyini nə dərəcədə fikirləşirdimsə,dərsdən çıxan kimi,dərhal, heç uşaqlarla da,doğru-düzgün sağollaşmadan birbaşa evə gedirdim.
Səhəri gün də,dərsdən çıxıb birbaşa evə qayıtmaq istəyəndə,uşaqlardan biri məni səslədi ki,bir dəqiqə dayan,sənə sözüm var deyib,qaçaraq mən tərəfə gəldi.Mənə çatıb,təəccüblü baxışlı gözləri ilə məni yuxarıdan aşağı süzüb,soruşdu: –
Sənə nə olub,
neçə gündü ki,sənə fikir veririk,
özünü yaman qəribə aparırsan,
heç əvvələr belə deyildin – deyib,
təkrarən soruşdu:
Sən mənim canım,de görüm nə məsələdi?
-Mən: Heç,sadəcə olaraq evdə işim var deyə,ona görə tez gedirəm deyəndə, inamsız baxışları ilə diqqətlə üzümə baxıb,
-yox,onsuzda inanmadım,səndə nə isə var.
Bunu axır-əvvəl biləcəyik.
–Dedim,məndə heçnə yoxdu,sadəcə olaraq,evə tələsirəm, sağol,görüşərik deyib,üzümü çevirib yoluma iri addımlarla davam etdim ki,evə tez gəlim,birdən anam girər otağıma,gizlətdiyim bağlamanı görər.
Bir neçə gün belə,həyəcan və təlaşla keçdi.
Bir həftə tamam oldu,bu gün o müştəri ilə görüşməli idim.
Bir yandan məni,birdən nə isə planlaşdırdığımız kimi olmaz, deyə- bir yandan da,biz görüşənə kimi,birdən anam bağlamanı tapar deyə,bir həyəcan var idi içimdə.
Artıq,müştəri ilə görüşəcəyimiz vaxt yaxınlaşmışdı deyə,biraz da,sevinirdim ki,atam-anam və ya məni tanıyanlardan kimsə,bu bağlamanı məndə görmədi.Danışdığımıza görə,müştəri körpünün altında görüşməyimizi təklif etmişdi və mən də,razılaşmışdım deyə,hara getdiyimi dəqiq bilirdim.
Mən körpünün altına gedib çatanda,danışdığımız vaxta hələ beş-altı dəqiqə qalmışdı deyə,yarı torpaq altında,yarı üstdə qalmış kubikin üstə oturub müştərini gözləyim,indilərdə gələr.İki-üç dəqiqə sonra,sol üzündə,qulağının dibindən iki dodaqlarının arasına kimi kəsilmiş, çapıqı olan bir kişi mənə yaxınlaşıb saatı soruşdu,
-Mən də,saatı demək istəyirdim ki, qarayanız rəngli kişi:
-Flomasterləri gətirmisən? -deyə soruşanda,
bildim ki,bu müştəridir.
(Biz onunla öncədən telefonla danışanda,məndən saatı soruşarsan,və saatı hansı qoluma bağladığıma baxarsan-əgər saatı sağ qoluma bağlamışamsa və saata baxarsan,saatın içindəki ayın tarixi səkkizdirsə,deməli bu mənəm.
Flomasteri çıxarıb müştəriyə uzadanda,sağ künc tərəfdən boğanaq səs gəldi:
-Əllərinizi qaldırın və tərpənməyin deyib,üç-dörd Polis,bizi dairəyə alıb,aralarında olan iri çiyinli uca boy bir polis,polis dəstəsinin komadiri olduğunu deyib,soruşdu:
Hansınızda silah var?
Sizdən başqa kimsə var?
Dedik yox,yoxdur.
Polis,bəlkə də,mənim yaşım az olduğu üçün məndən deyil,birinci, müştəri kişiyə yaxınlaşıb,bu nədir deyə soruşdu,kişi də:
adi flomasterdi-dedi.
Amma,polis deyəsən inanmamışdı deyə,bağlamanı açdı və içindəkinin həqiqətən də, flomaster olduğunu görsə də,digər polislərə,siz də,digərlərini götürün açıb baxın flomasterlərin içinə.
İlk götürən polis flomasterin arxa qapağını açanda,dəhşətə gəldi və çox yüksək və əzazil bir səs ilə,
-Siz nə işlə məşğulsunuz?
-camaat uşaqlarını dərsə göndərir ki,sizlər belə vasitələr ilə onları yoldan çıxarıb,bədbəxt edəsiniz deyə?
Cümləsini bitirən kimi,dərhal bir də,soruşdu:
Bunları kimdən almısınız?,
hara aparmalı və kimə verməli idiniz?
Bütün bildiklərinizi danışın.
Flomasterləri ən birinci mən aldığım üçün,və bura da,mən gətirdiyim üçün,özümdə biraz cürət tapıb,utana-utana da olsa,etiraf etməkdən başqa bir əlacı olmayan adam kimi,öncə mən dilləndim:
-Cənab polis,bu flomasterləri mənə,Rəşad adlı bir nəfər satmaq üçün vermişdi.Mən də,adını bilmədiyim,bu müştəriyə verməli idim.
Məndən sonra da,pörtmüş halda-Qarabuğdayı rəngdə olan müştərinin üzünün rəngi biraz da,qaraldı,gözləri çaşqın vəziyyətdə bərələ qalmış şəkildə,artıq təslim olmuş baxışları ilə etiraf etməyə hazırlaşırdı:
-Cənab polis,mən bu flomasterlərin nə olduğunu bilmirəm,sadəcə olaraq,bu oğlandan aldıqdan sonra,Qara ləqəbli bir nəfərə verməli idim, deyib,ağız suyu sanki bir iri tikə kimi boğazından keçmirmiş kimi,əziyyətlə udqunaraq,biz bütün bildiklərimizi danışdıq,
artıq məni buraxacaqsınız? deyə,soruşduqda.
Polis:bu nədi,bizimlə alver edirsən?
səni buraxmıram desəm,digər üzvlərinizin haqqında bizə məlumat verməyəcəksən? -deyə soruşduqda,
müştərinin bu dəfə,dili topuq vura-vura:
yox-yox,Allah etməsin – deyəndə,cümləsini tam bitirməmiş, polis bərk əsəbiləşdi və əsəbi halda acıqla və yüksək səs ilə,-bu işləri görəndə,
milyonlarla evləri viran qoyanda,
cavan uşaqları bədbəxt edəndə,
on minlərlə ailəni dağıdanda
və nəhayət vətənə xəyanət edəndə Allah yadınıza düşmürdü,tutulan vaxt,işinizin üstü açılanda yadınıza düşdü?!
Digər üzvünüzün də,yerini öz xoşunuz ilə göstərdiyinizə görə,haqqınızda məhkəmə vaxtı,cinayət araşdırması zamanı bildirdiyiniz asanlaşdırıcı məlumatlara görə,nəzərə alına bilər, deyib,müştəridən,Rəşadın ünvanını soruşdu.
-Müştəri cavab verdi:Cənab polis, Rəşadın harada yaşadığını bilmirəm amma,çox vaxt hansı çayxanada olduğunu bilirəm.
Polis əməkdaşlarından biri,bütün flomasterləri götürüb bir çantanın içinə yerləşdirdi.
Komandirləri əmr etdi ki,hər kəs hazır olsun,digər üzvlərinin ardınca gedirik dedikdən sonra,bizi qandallayan polis əməkdaşı da,bizi aparıb maşına mindirdi.
Komandir də,mindikdən sonra,sürücü polisə sür deyib,müştəriyə də, digər üzvünüzün olduğu yerə getməyimiz üçün yolu göstər –dedi.
Polis komandiri,ünvanı müştəridən əvvəlcədən soruşduğu üçün,dəqiq bilirdi deyə,Rəşadın olduğu çayxanaya çatmağımıza bir –iki döngə qalmış,maşını saxlatdırıb,maşından düşmədən,flomasterə verəcəyi pulu müştəridən alıb,mənə uzatdı.
Nəyi necə edəcəyimi yaxşı bilirdim deyə,pulu alıb qoydum cibimə.
Polis,üzünü mən tərəfə tutub:
Elə isə qulaq as,əgər özbaşına hər hansısa bir hərəkət etsən,və ya qaçmağa cəht etsən,əməkdaşlara,atəş açmaq üçün,Vur! əmrini vermək məcburiyyətində qoyacaqsan məni,-deyib,ardınca dərhal,bir də dedi:
-Deməli,öncədən necə etməli idinsə,indi də,elə edəcəksən.
Aydın oldu?
-Mən:Bəli,aydındı deyib,maşından düşüb,piyada,üzü çayxanaya tərəf bir-kilometr getmişdim ki,çayxanaya çatmağa bir-iki metr qalmış,Rəşad məni,oturduğu hissədə,masanın qarşı tərəfində olan pəncərədən görüb,özü mənim qarşıma çıxıb əli ilə içəri gəlməyimi işarə etdi.
Polislər də,məndən arxada olan reklam plokatının arxasından,dürbin ilə mənim hara getdiyimi izləyirdilər.Rəşadın yanına çatıb salamlaşdıq,elə,əlimi cibimə salmaq istəyəndə,Rəşad tez sol əli ilə qolumdan tutub,ətrafdan diqqət çəkməmək üçün gülümsəyərək,sağ əli ilə çayxananı göstərib,burada yox,keç içəridə danışaq deyib,irəli addımladı və qapını açıb buyur keç deyib,cibindən bir siqaret də,çıxarıb yandırdı.
Bu dəfə,içəri keçdikdən sonra,həmişə oturduğumuz yerə deyil,bir-iki otaq içəriyə işarə edərək:
Ticari məsələmizi hər yerdə danışmamaq üçün,sakit bir yerdə oturub danışsaq yaxşı olar
-bu sözləri danışa-danışa,mətbəxin yanından keçdikdən sonra,qəhvəyi rəngdə olan qapının sol tərəfində,üstünə pərdə çəkilmiş qapını açıb əvvəlcə özü içəri girdikdən sonra,məni çağırdı.
İçəri girib,əvəllki kimi olmayan,sadəcə kiçik bir çaydan çay olan masa ətrafında,hal-əhval və bu gün müştəri ilə görüşməyim barədə söhbət etdikdən sonra,əlimi salıb cibimdən,müştəri verdiyi pulu Rəşada verdim, Rəşad, pulu cibinə qoyub,əlini cibindən çıxaran vaxt,polislər qapını açıb içəri girdilər.
Rəşad polisləri görən kimi,həyəcanlansa da,özünü itirmədən,təəccüb ilə:
Cənab polis,biz orta məktəbdə oxuyan şagirdik,cinayətkar deyilik və yəqin ki,siz bizi kiminləsə səhv salmısınız deyib,ardınca soruşdu:
-Cənab polis,sizə nə lazımdı?
Polis komandir:
Bizə sən və səninlə əlbir olanlar lazımdır.
Rəşad:Cənab polis,siz nə danışırsınız,nə əlbir olmaq?
mən nə etmişəm?
biz sadəcə olaraq,oturub çay içirik və başqa bir iş görməmişik,vəssalam.
Polis,Rəşadın özündən bu dərəcədə razı danışığına əsəbiləşib,öncədən başqa bir polisin yerləşdirdiyi çantadan,həmin o flomasterləri çıxaranda,Rəşadın gözləri bərəldi,polis,Rəşaddan,bunları kimdən aldığını soruşanda,Rəşad,üz ifadəsində biraz dəyişiklik olsa da,sanki birinci dəfədir ki,bu flomasterləri görürdü.
Yanaqları qızarmış Rəşad,orada olan bütün hər kəsə inkar edərək,bu barədə heç bir məlumatı olmadığını bildirdi.Rəşadın,orada olan hər kəsin qarşısında,bunu bilə-bilə,özü etdiyi əməli, bu dərəcədə həyasızcasına inkar etməsinə görə dözə bilməyən polis komandir:
Bəs,cibindəki pula nə deyirsən?
deyə soruşanda,
Rəşad bu dəfə təşviş içində,qanlı baxışlarla mənə baxdı.
Polis:Cəld ol,cibindəki pulu çıxar və sənə bir daha sübut göstərim deyəndə
-Rəşad da,cibindəki pulu çıxarıb dedi buyurun,bu ki,hamımızda olan adi puldur deyəndə,
Polis gülərək,Rəşada,əlindəki pulu çevir o biri üzünə bax.
Rəşad pulu çevirib o biri üzündə nə olduğuna baxanda,sanki bir anlıq şok keçirmiş oldu.
Polislər əvvəlcədən,müştərinin mənə verdiyi bütün pulların arxa tərəfinə,çox kiçik işarə çəkmişdilər.
Bu işarələri görən Rəşad,çox bilmiş bic başını biraz da,toparlayıb-bu pulu mənə bu oğlan verib deyib,hələ utanmaz-utanmaz da,mənim bu işlərdə əlim yoxdu deyib,polislərə əli ilə qapını göstərərək,-İcazə verin mən çıxım gedim evimə deyib,bir addım atmışdı ki,
-Polis komandiri:
Saxlayın onu,əl-qolunu da,qandallayıb aparın maşına deyib,məni və müştərini də,qolumuzdan tutub apardılar maşına.
Amma,çayxanadan çıxanda,mən içəridə olan zaman gətirilən başqa bir polis maşınını da,gördüm.
Məni,sonradan çağırdıqları boş olan maşına mindirdilər.
Rəşadı və müştərini əvvəlki maşına mindirib hamımızı,bölməyə apardılar.Bölmədə,hamısının komandiri yaxınlaşıb:
-Camaatı zəhərləyən bunlardı? – deyə soruşdu,bizi gətirən polislərin komandiri bəli,amma bir istisna var,cənab palkovnik- deyib,köməkçi polislərə,Rəşadı və müştərini müvəqqəti saxlama otağına aparmağı əmr etdi.
Polislər,Rəşadı və müştərini saxlama otağına apardıqdan sonra,bizi gətirən polislərin komandiri,palkovnikə,məni göstərərək,
-Cənab palkovnik,bu oğlanın günahı yoxdur.
Əksinə,bu oğlan çox düzgün hərəkət etdiyinə görə,əslində,bu cinayətkarları,elə bu oğlanın dürüstlüyü hesabına xəbər alıb tutmuşuq.
Bu oğlan,bu məsələni lap əvvəldən bizə olduğu kimi danışdı və araşdırmamızla həqiqətən də,düz danışdığına tam dəqiq əmin olduqda,heç bir kəsin xəbəri olmamaq şərti ilə,öz aramızda plan cızdıq və bütün işlərimiz planımız üzrə həyata keçdi deyib:
-Cənab palkovnik,icazə verin, bu oğlanı aparıb sağ-salamat evlərinə yola salaq deyəndə,palkovnik güldü və:
Əlbətdə,günahsız birinin həbsxanada nə işi var deyib,mənə əlini uzatdı,mən də,sevincli halda,böyük fəxr hissi ilə,palkovnikin uzatdığı əlini, səmimiyyətlə,qəlbən tutduğumda,palkovnik əlimi sıxıb,
-Əhsən sənə,sənin kimi oğullara daha çox ehtiyacı var bu vətənin -deyib,komandirə işarə edərək,buyurun,sizə yaxşı yol deyib,getdi öz otağına.
Komandir məni,çox hörmətli tərzdə,özünün şəxsi maşınına mindirib,gəlib qəsəbəyə çatdı,məhəllədə düşürmək üçün tini dönmək istəyəndə,mən özüm xahiş etdim ki,zəhmət olmasa maşını,tini dönmədən saxlayın mən düşüm gedim deyəndə,komandir maşını saxladı.Komandirin də,məni yalnış anlamaması üçün,dedim:
-Əvvəllər bizi birlikdə görməyiblər deyə,sonra ətrafdan baxanlar elə anlayarlar ki,güyya ki,mənim polis dostum var və o məni öz maşını ilə gətirib düz məhəlləmizdə düşürür,özümü kiməsə göstərən təəssürat yaratmış olaram deyəndə,komandir gülümsəyib:
Hə,bəlkə də,düz deyirsən,necə istəyirsən,buyur deyib,sözünü bitirdikdən sonra,sağollaşmaq üçün əlini uzatdı,mən də,təşəkkür edərək,böyük hörmətlə əlini tutub sağ olun,çox sağ olun ki,mənə inandınız deyib,qapını örtdüm,komandir də,maşını döndərib gəldiyimiz istiqamətdə qayıtdı.
Artıq,axşam saat,yeddi idi və çox güman ki,anam işdən gəlmiş olardı deyə,biraz tələsdim ki,onsuzda heç kimin bu günkü məsələdən xəbəri yoxdusa,bundan sonra da,heç olmasın.
Gəlib,həyət qapısına çatanda,cibimdən açarı çıxarmaq istəyəndə,gördüm qapının üstündə qıfıl yoxdu.Anam,qarşısında çay özü də,əsəbi görkəmdə oturub.Mən otağa girib masanın üzərindən su qabını götürmək istəyəndə,anam,sanki vulkan püskürürmüş kimi,oturduğu yerdən qalxan kimi:
-Sən bu vaxta qədər harda idin soruşub,cavabını gözləmədən,var gücü ilə bir şillə vurdu və, hələ gözlə atan gəlsin,yaxşıca o,verər payını.
Mən,bu dəfə ağlamadım.
Daha doğrusu,ağlaya bilmədim.
Belə halların neçə ilərdi təkrarlandığına görə,artıq,gözümdən yaş da,gəlmirdi.Necə ki,deyirlər:-Gözlərimin yaşı quruyub – əvvəllər bu cümlənin nə demək olduğunu anlamasam da,sadəcə olaraq cümlə kimi eşitdiyim bu sözləri,artıq,özüm,real olaraq,təbii halda özümdə görürəm.
Bir-iki saat keçərdi ki,atam işdən gəldi.
İçəri girib salamlaşanda:
Nə məsələdi,
bu niyə ağlayır? – deyə,anamdan soruşanda,anam,səhərdən çıxıb,səndən biraz əvvəl gəlib evə -deyəndə,atam da:
Sənə biraz sərbəstlik verdim,
pul verdim deyə,sən lap bu qədər ağını çıxartmısan ki,evə mən gələn vaxtda gəlirsən?
-Bu vaxt hardan gəlirdin?
kimdən icazə almışdın?
məndən icazə almışdın?
Deyə soruşa-soruşa, sanki öz oğlu deyiləmmiş kimi,üstümə cumub,iri əlini açıb,sifətimi bütöv tutan enli və dərin ovucu ilə üç-dörd dəfə başıma,üç-dörd dəfə kürəyimə vurduqdan sonra,biraz sakitləşib keçib divanda oturdu.
Mən,üzümü və başımı tutmuşdum və indi yerindən qalxıb gəlib davam edəcək deyə,qollarımı üzümdən və başımdan çəkmirdim.
Bir-iki dəqiqə vaxt keçdikdən sonra,gəl otur görüm burda,gəl danış,de görüm
hardan gəlirdin?
kimlərlə idin?
deyə soruşdu,
-Onsuzda, mənim sevincli ola biləcəyim vaxtlarda mənim yanımda olmayan,məni kədərləndirən atama,hər şeyin olduğu kimi deyib-deməməyin bir fərqi olmadığına görə, dedim uşaqlarla idim.Uşaqlarla olub-olmadığımı maraqlanmadan,dedi:
– Tutaq ki,uşaqlar ilə birlikdə olsan belə,sənə,evə bu vaxt gəlməyə icazə vermirəm
-qalx get yat! – deyib,
özü də,qalxıb getdi öz otağına.
On beş-iyirmi dəqiqə sonra,dava-dalaş səsləri bürüdü evi,bu dəfə özləri başladılar dava etməyə.
Ara-bir səslərindən ayırd edirdim ki,-atam anamdan soruşurdu:
-Uşaq nəyə görə bu vaxt gəlib evə
– Mən evə gec gəldiyim üçün,atam,anamı döyərək cəzalandırırdı.
Çox vaxt olduğu kimi,bu gün də,bu səs-küy ilə yatmalı oldum.
Sabahsı gün,-dünənki,atamın və anamın münasibətlərinin və heç kəsin arzulamadıqlarını,onlardan gördüklərimin təsiri altından çıxmasam da,az da olsa,fikirimi yayındırmış olaram, -deyə,fikirləşdim ki,uşaqlardan kiminləsə görüşüm,biraz gəzib dolaşarıq, amma xatırlayanda ki,uşaqlar rayona getməzdən əvvəl,bizim ümumi görüşümüz olmuşdu,deməli artıq,hər kəs istirahətdədi.
Görüşəcəyim bir kimsə və başqa bir məşğuliyyətim olmadığına görə,bu günümü,pianom ilə keçirəsi oldum.
Sadəcə piano və mən.
Bir neçə günlərim, belə,yoldaşlarsız,anlamsız və sıxıntılı keçirdi.
Bir neçə həftə sonra,bir neçə günlük qalan dərsimiz başladı.
Məktəbin ümumi olaraq son zəng tətilinə çıxacaq vaxtı idi deyə,həm də,müəllimlərimizin də,bəzilərinin olmadığına görə,dərslər çox vaxt yarımçıq keçirilib,vaxtın çox hissəsini də,məktəbin həyətində olan idman zalında praktiki olaraq,hərbi dərs ilə davam etdirlirdi.Dərs gününün sonuncusu olan,-Son zəng günü də,həmişə olduğu kimi,səhər tezdən oyanıb,hazırlaşıb,-evdən, bu gün maraqlı və yadda qalan gün olacaq, düşüncəsi ilə çıxıb üzü məktəbə tərəf yollandım.Məktəbə çatanda,on-on beş nəfər şagird,altı-yeddi nəfər valideyn var idi.
Bayram süfrəsindən bir qoğal,bir stəkən də,şirə götürüb bir qıraqda oturub,qoğalı yeyərək şirədən də,içib,masa ətrafında işləyənlərə çox sağ olun deyib,çıxdım həyətə.
Sinif yoldaşlarım gəlməmişdilər.
Bilmirəm,bəlkə də,bu son zəng onlara aid deyildi deyə,gəlməmişdilər.on beş-iyirmi dəqiqə sonra,bu şənliyi də,özümə aid bilmədiyim üçün,qayıtdım evə.Yolda fikirləşirdim ki,heç olmasa,yaxşı ki,piano var evdə,gedib onunla başımı qarışdıraram, deyə,özüm-özümə təskinlik edirdim.
Həyət qapısından içəri girəndə,qara rəngli böyük parça ilə üstü örtülmüş nə isə diqqətimi çəkdi,amma,üzümü çevirib diqqətlə baxmadım,dedim yəqin anamın əşyalarından biridir üstünü örtüb ki,quşlar gəlib üstünü batırmasınlar.
Ayaqqabımı çıxarıb,koridora tərəf üz tutanda,hər gün girib-çıxıdğım otaq,bu gün mənə, sanki geniş göründü.Keçib öz otağıma girdim,içimdə,söz ilə ifadə olunmayacaq bir hiss yarandığını hiss etdiyim üçün,bir də,qayıtdım koridora.Yuxarı baxıram,aşağı baxıram,sağa-sola baxıram amma,bir dəyişiklik görə bilmirəm.
-Elə bil,kimsə mənə dedi ki:-sən yolda,evə çatan kimi,piano ifa etməyi fikirləşirdin:
Nə oldu,ifa etmirsən?-sualı beynimdə yarananda,özüm özümdən soruşdum,doğrudan da,mən axı pianoda ifa etməli idim deyə,xəyalən pianonu düşünərək,əvvəlcə həmişə olduğu yerinə baxdım,görmədiyim an,-koridorda gördüyüm boşluq-genişlik,pianonun olmadığı üçün imiş.
Digər otaqlara da,baxdım amma,yox idi.
Anidən,həyətdə, üstü qara parça ilə örtülmüş böyük əşya yadıma düşdü.Tez həyətə qaçıb üstünü açanda gördüm ki,bu qara parçanın altındakı mənə alınan pianodur.
İçəridən məni bir hıçqırtı tutdu,gözlərim doldu.Qarşımdakı,mənə qarşı olan münasibətlər kimi,qara günə qalmış vəziyyətdə,anam evi təmir etdirməli olduğuna görə,lazımsızcasına çıxardılıb həyətdə,günəşin,küləyin,yağışın qarşısına atılan, dostum idi.
Sanki,bu olub keçənlər,atam və anam üçün adi bir şey idi.Əslində,atam axşam işdən gəldikdən sonra,xəbər tutduğunda narazılıq bildirdi amma,sonradan,sanki belə bir şey olmamış kimi,həyatlarına davam etdilər.
Bir gün də,axşam işdən gəldiyində,qarşıda hələ bir neçə ayllar var idi ki,mənim boş,(əslind isə,istirahətdə olmalı)vaxtım olduğuna görə,həyətdə bir-iki otaq,bir hamam,bir ayaqyolu tikdirmək üçün(ustaya pul-para sərf etməmək üçün)daş alıb həyətə tökdürəcəyini və sabahdan işə başlamağımı bildirdi,bir-iki stəkən çay içib getdi yatmağa.
Sabahki gündən etibarən mən başladım atamın tapşırdığı işləri görməyə.Həmyaşıdlarım yay tətilini istirahətdə,səyahətdə keçirdikləri zaman,atamın maddi imkanı yaxşı olduğu halda,- mən günlərimi,palçıq qarışdırıb-otaqları tikib,suvamaqla keçirirdim.
Artıq bir neçə ay,belə keçmişdi.Yeni dərs ili başlamaq üzrə idi, amma bu ildən ehtibarən,mən orta məktəbə deyil,təhsilimi texnikumda davam etməli idim.
Texnikumda dərs ilimin başlamasına bir neçə gün qalmış,axşam qonaqlıqdan gəlib,əgər işini bitirmisənsə,böyük məktəbin üçün,sabah gedib sənə bir iki şey alaq, -deyə soruşdu, mən də,artıq,ən çətin işlərin çoxusunu qurtarmışdım deyə,-dedim:
Tam bitməsə də,əsas işləri görüb qurtarmışam,qalan xırda işlərdi.
Atam:Onda, o qalan xırda işləri də,texnikumdan gəldikdən sonra davam edərsən,-və mənə uğur olsun deyib,keçdi öz otağına.
Sabahsı gün,həftənin beşinci günü saat onbir-oniki radələri olardı,maşın səsi gəldi və qapının zəng səsi gəldi.Artıq qalan daşları ortalıqdan götürüb,hasarın kənarına yığırdım,anam işdə idi.Əlim,üst-başım toz-torpaqlı halda, -kimdi deyə səsləndim. Atamın səsi gəldi:
Gəl aç,mənəm.
Mənim üçün bazardan nə isə alacaqdı deyə,bu gün tez çıxmışdı işdən.
İçəri girdi,baxım görüm nə iş görmüsən-soruşub,gördüyüm işlərə baxdı,və:
-sən get geyin-hazırlaş,gedək dedi.
Maşını içəri salmamışdı,oturub həyətdə mənim çıxmağımı gözləyirdi.Beş-on dəqiqəyə yuyunub-paltarlarımı geyindikdən sonra,həyətə çıxıb-mən hazıram dedikdə,oturacaqdan qalxdıqdan sonra,gəl-gedək deyəcəyini düşünsəm də, (sən demə,atam bayaqdan həyətdə oturub, mənim heç bir təcrübəm olmayan ilk dəfə gördüyüm işlərdə,nöqsanlar axtarırmış) məni yanına çağırıb,daxilimə,daxilimdəki mənəviyyatıma,ruhuma təsir edəcək dərəcədə,üzümə tüpürərək,söyüşlərlə təhqir etdikdən sonra:
-Onsuzda səndən oğul olmadı,heç olmayacaq da,-sözü ilə nöqtəsini qoyduqdan sonra,-gəl otur maşına,dedi.
Bu birinci dəfə deyildi ki,mən atamdan bu sözləri eşidirdim.
Bir neçə illər əvvəl,elə fikirləşirdim ki,bəlkə də,atam,anam indi belədi,böyüyəndə bütün bu gördüklərim hamısı dəyişiləcək.Atamın və anamın mənə qarşı olan münasibəti,heç olmasa fikirləşdiyim kimi olacaq,amma mən,sonra da və indi də,yenə də,ümüd edirəm və hər hansısa bir dəyişikliyin olmasına inanaraq,arzu edərək gözləyirəm.
Bütün ömrüm boyu,cavabını hələdə tapa bilmədiyim bir sual məni,daha çox düşündürüb: -Mən başqalarına qarşı belə deyiləmsə,bəs mənə qarşı niyə və nəyə görə belədirlər?!…
– Bəlkə elə,mən özüm bu münasibətə layiqəm və layiq olduğum üçün də, sona qədər belə davam edəcək?!… Hər halda,bunu sonralar anlamışdım ki,bu cür düşünmək,həm mənə layiq olmayan həm də, mənim yaşıma uyğun deyilmiş amma,yəqinki böyüklərdən gördüyüm münasibətlərdən sonra,yaranmışdı bu düşüncə məndə.Atam,kostyum,köynək,ayaqqabı və digər geyimləri aldı və əvvəllər də,yaxşı geyimlər aldığı günlər də, olmuşdu, amma,mənim zahirən görünüşdən(üz görünüş)çox,daxili görünüşə diqqətə ehtiyacım var idi.
Bazardan bir-iki şey də,alıb evə qayıtdıqdan sonra,həyət qapısını açdım ki,atam maşını həyətə salsın,atılmış pianom,tikinti üçün aldığı bəzi əşyalar həyətdə olduğu üçün,maşını bir təhər həyətə saldıqdan sonra,həyət qapılarını bağlamışdım ki,atamın gündüz vaxtı başlatdığını, hörgü işi gördüyüm zaman,su qabısını işlətdiyimə görə, anam davam etdirməyə başladı.Sanki bir taxtaya söyürmüş kimi, söyüb-təhqir etdikdən sonra,atam həmişə olduğu kimi,sanki heç bir şey olmamış kimi, mənə,keç içəri deyib,anamı da,çağırdı ki,gəl mənə çay-çörək ver,deyib-özü də,keçdi otağına.Anam işdən gəldikdən sonra,deyəsən biraz yatdıqdan sonra,qalan bir neçə saatı da,qonşularla söhbət etmişdi deyə,atam üçün çay-çörək hazırlamadığına görə də,bu günkü günümün,geriyə qalan hissəsi də,onların dava-dalaşına qulaq asmaqla keçəsi oldu.
Səhər saat səkkiz-doqquz radələri olardı,yuxudan oyandım.Təxmini,yarım saat sonra,anam o biri otaqdan səsləndi ki,get əşyalar yığdığımız yerdə axtar gör:
– Mənim keçən ilki iş sənədlərim ordadı?
Yaxşı deyib,masanın üzərindəki şirniyyat qabından iki peçenye götürüb düşdüm, həyətdəki köhnə əşyalar yığdığımız yeri axtarmağa.
Əşyaların arasında,güclə tərpənərək yarım saatdan artıq olardı ki,mən hələ də,anamın hansısa iş sənədlərini axtarırdım.Bir neçə dəqiqə də,axtardıqdan sonra,təsadüfən gözümə sataşan bir sənəddə,anamın adı yazılmışdı deyə,götürüb oxudum ki,bəlkə bu sənəd,elə anamın axtardığı sənəddir -deyə, oxuduğumda,şok oldum,bir anlıq ayaq üstə qurudum sanki.
Mən,köhnə əşyalar olan yerdən,anamın iş yerinə aid sənəd axtarmağa getdiyim yerdən,atam ilə anamın boşanma sənədini tapdım.
Atamın və anamın adlarının ardınca,-Boşanma – sözünü oxuduqdan sonra,kağız əlimdə,gözlərim vərəqə dikili vəziyyətdə,-Ayılıb özümə gəldikdən sonra,sanki damarlarımdakı qan,bir neçə dəqiqəlik donmuşdu.
Özümə bir təhər gəldikdən sonra,-Gedib anamdan bu barədə soruşum,bu nə məsələdi,niyə və nəyə görə belə oldu,nə səbəb oldu,-deyə fikirləşmək belə,mənə əziyyət verirdi.
Tərəddüd içində idim,soruşummu?soruşmayımmı?-deyə.Bütün bunların nə üçün olduğunu düşündüyümdə,sanki daxilimdə,qarşısına çıxan hər bir şeyi yeyib bitirən böyük bir qurd əmələ gəlmişdi və o qurd daha da,çox,lap çox yeyib talayırdı içimi,daha da,sürətlənirdi,elə bil mənim düşünməyə davam etməyim,ona daha çox enerji verirdi.Mən,bu olanlar barədə fikirləşib,düşündükcə sanki,ruhum yanırdı,ağlamadığım halda,içəridən qaynar yaşlar axırdı.
Öz-özümə,pıçıltı ilə,insana ən vacib olan ülvi hissləri,kam ala biləcəyi anları darmadağın olmuş,ümidləri dağıdılmış ürəyimdə-Bu artıq olub,olub keçən belə bir faciə haqqında nə isə desəm,soruşsam belə, bir mənası yoxdur ,deyib,-əlacsız,tükənmiş,düşüncələri,arzuları paramparça olmuş,halda,başı aşağı əyilmiş,gözlərim yerə dikilmiş vəziyyətdə,
tapa bilmədim – deyib,gedib otağıma girib,üstümdəki baş.sanki mənim deyildi,kimsə məni,ağır bir yük ilə yükləyibmiş kimi,həmişə daşıdığım başımı,bu gün isə daşımağa gücüm çatmırdı,yatağıma yaxınlaşan kimi,üstümdəki yükü atırmışam kimi,başımı atdım yastığa.
Artıq,nə isə düşünməyə nə həvəs,nə də,beynimin gücü qalmamışdı.Otağın tavanına baxdığımda,sağa-sola hərəkət edirdi,gözlərimi yummaq istədiyimdə belə,həmişəki kimi asan yumulmurdu,göz qapaqlarıma kükürd tökmüşdülər-bəbəklərim,içdən göynəyərək fəryad edirdi,sanki.Bu ana qədər,yadımda deyil bunun neçənci arzu etmədiyim hadisə olduğu,amma bunu dəqiq bilirdim ki,həyatımda bu günə qədər olan,ən ağır və dözülməsi çox çətin olan hadisədir.Bilmirəm nə vaxt və necəsə,məni yuxu tutmuşdu. Oyananda,atamın səsini eşitdim deyə,bildim ki,bu gün həftənin bazar günüdür və biri-birindən ayrılan və ayrıldıqlarını və hər şeyi gizlədən-deməyən atam-anam evdədi.Bu fikirlə,bir neçə saat əziyyət çəkən bədənim,yerimdə qıvrılaraq keçdi.
Atam qapını açıb görəndə ki,mən hələ də,yatdığım yerdən qalxmamışam,
-Sən niyə qalxmamısan? Sənin işlərin qurtardı ki,hələ də,uzanmısan,-xəstələnməmisən?
Mən: ölüvay halda,dedim yox,
-indi qalxıram.Elə bu vəziyyətlə də,bir təhər yerimdən qalxıb,heç bir tikə də,hər nə isə yeməyə həvəsim olmadığına görə,üç stəkən su içib,atamın mənə tapşırdığı həyətdəki yarımçıq qalan işləri davam etdirmək üçün, çıxdım həyətə.Dayanmışam iş görəcəyim hissədə,ayaq üstə,alətlər mənə,mən alətlərə baxıram,hansından başlayacağımı bilmirəm,öncə bundanmı başlayım,ya digərindənmi başlayım-deyə,qərar verməyə gücü çatmır beynimin.Qayıdıb otağıma getmək istəsəm də,sorğu-suallar başlayanda,mən,hansı sualı soruşacağam-hansı cavabı verəcəyəm? –mənə nə olub?!nəyə və kimə görə bu vəziyyətdəyəm?! -və ya hansı sualı verəcəyəm –Siz nəyə görə ayrıldınız?!-Nəyə görə bir yerdəsiniz?!-bütün bu olanlardan,mənim niyə xəbərim yoxdur?! -bu barədə də,bir cavab tapıb,qərar verə bilmirdim deyə,elə,həyətdə hər nə isə bir iş görərək baş qarışdırmaq,ondan yaxşıdır deyə,asan bir yol tapmışdım.Axşama kimi,elə həyətdəcə,sadəcə olaraq yalnız su içməklə,vaxtımı –taqətimin daha çox zəifləməsinə görə,ən yüngül işləri görərək keçirirdim.
Artıq növbəti gün,texnikumda dərs başlanan gün idi,və mən hazırlaşıb ilk dərs ilimi texnikumdan başlayaraq davam etməli idim.Səhər saat 7-8 radələri olardı ki,yuxudan oyanıb geyinib-hazırlaşmaq üçün qalxdım.
-Hə,deyirəm axı bu gün nə isə başqa yeni bir hiss də,yaranıb içimdə,bu hiss,bəlkə də,sevinmək,ruhlanmaq və ya əhval-ruhiyyəmi pozitivləşdirmək üçün bir səbəb olmadığına görə,Tanrıının,içimdə yaratdığı,bir lütfü idi.Ən son və ən çox güvəniləcək bir divar kimi,mən də,elə bu lütfə söykənmişdim.Və bu divar,mənə həm ayağa qalxmağa,həm də,yolumu davam etmək üçün güc verirdi.Elə bu minvalla da,hazırlaşıb çıxdım,ilk təhsil alacağım böyük məktəbin yoluna.İlk iki-üç gün,bizə dərs keçəcək müəllim-müəllimə heyyəti və qurup yoldaşlarım ilə tanışlıq üçün keçdi.
Bir neçə gün sonra,məktəbin qarşısında,tənəffüs vaxtı tez-tez, özündən razı,mənim kimi ucaboy bir oğlanın gəzdiyini görürdüm.Neçə müddət idi ki,hər dəfə bu yekəxana oğlanı görəndə,qıcıqlanırdım və bir mament axtarırdım ki,ona öz etirazımı bildirim.Axır,nəhayət ki,bir dəfə,bu oğlanın yekə-yekə gəzib,özünü təkəbbürlü aparmasına görə,etirazımı və narazılığımı bildirmək imkanı mənə qismət oldu.
Mənim bütün qurup yoldaşlarımın hamısı qız idi deyə,rayondan gələn bir neçə qurup yoldaşlarımın valideynləri yanlarında olmadıqları üçün,qızlarını mənə tapşırmışdılar deyə,qızlardan birini,bir-neçə dəfə bu oğlan ilə söhbətləşən görmüşdüm.Bir dəfə də,tənəffüsə çıxıb qayıdan zaman,koridorda bu oğlan ilə söhbət edərək gəldiklərini gördüm və həqiqətən də,acıqlandım amma həm də,bir tərəfdən də,bəlkə onlar bacı-qardaşdılar ya da,bəlkə qohumdular deyə,fikirləşdiyim üçün,qurup yoldaşım sinifə gəldikdən sonra,heç bir fikir bildirmədən:
O,oğlan kimdi ki,neçənci dəfədi,səni onun yanında görürəm,deyəndə-qurup yoldaşım güldü və,-O mənim qardaşımdır,dedi.Bir neçə müddətdən sonra,həmin bu qurup yoldaşımın,gəzməyindən xoşum gəlməyən qardaşı ilə dost olmuşduq,o bizə gəlirdi,mən də, onların kirayədə yaşadıqları evə gedirdim.Günümüz,hərdən sxıntılı,hərdən maraqlı-hərdən bir də,daha maraqlı keçirdi,amma özümə aid olan evdəki günlərim,elə olduğu kimi də,davam edirdi.
Artıq,üç il keçmişdi və mənim on səkkiz yaşım tamam olmuşdu.Sonrakı gün mən evdə olmadığım vaxt, evə xəbərdarlıq üçün vərəqə gəldiyini gördüm,bir qədər düşündükdən sonra,qərara gəldim ki,təhsilimi dondurub,hərbi xidmətə gedim. və bu xəbəri evdə də,dedim.
Əvvəl,-hələ ki,oxu texnikumu bitir,sonra gedərsən, desələr də,dedim yox,mən getmək istəyirəm.Sonra razılaşmışdılar.Və,təhsilimi dondurub,birinci çağırış vaxtı getdim hərbi xidmətə.
Hərbi xidmət həyatı,tamam başqa bir həyatdır.Nə asan,nə çətin,nə də,bizim yaşadığımız buradakı həyat kimi deyil.Orada,yəqin ki,olduğu mühitə görə,buradakından daha fərqli olaraq,hər cür insan olur-Yaxşı əsgər yoldaşım da,var idi,yaxşı komandirim də,var idi.Öz vəzifəsində qalsın deyə,əsgərə hər əziyyəti verən satqın “”komandir”” də,var idi-Xidmət etməkdən boyun qaçıraraq,hərbi hissədən qaçan “”əsgər”” də,var idi.Bu mühitdəki müddətimi də,Şükürlər olsun ki,ziyansız və bəlasız başa vurub,xidməti vaxtımızın bitməsinə,bir-iki saat qalmışdı ki,bizi evə yola salsınlar.
Axşamüstü saat:altı-yeddi radələri olardı ki,komandir bütün tabora səsləndi ki,artıq gedə bilərsiniz,və hərbi biletlərimizi paylayıb, bizi yola salmaq üçün,köməkçi komandirlərdən göndərdi və əmr etdi ki,gənclərimizi avtomobil yoluna qədər,sıra ilə düzüb aparıb yola salın.Bizi yola saldılar,avtovağzala gəldik,avtovağzaldan hərə öz evinə getmək üçün,avtobus axtarırdı,kimisi də,atasının maşınına minib gedirdi.
Mən də,həm yaxşı münasibətim olduğu üçün,həm də,evləri uzaq rayonda olduğuna görə,əsgər yoldaşlarımdan birini,qonaq aparım deyə,avtobus gözləyirdik.
Axır ki,Bakı istiqamətinə gedən iki nəfərlik boş yeri olan bir avtobusa mindik.Saat:doqquz-on arası olardı ki,gəlib Bakıya çatdıq.Şəhərdən də,üzü,evimiz tərəfə gələn bir avtobus ilə,gəlib çatdıq evə.
Həmən gün,atamın,mənim gəlişimə görə təşkil etdiyi qonaqlıqda da,bir-iki qohum və digər mən tanımadığım beş altı nəfər ilə,yemək yeyib söhbətləşdikdən sonra,əsgər yoldaşıma yatmaq üçün qonaq otağında yer salıb,özüm isə bir il altı aya yaxın yatmadığım yatağımda həm də,çoxdan dı,yatmadığımız qədər yatmaq həvəsi ilə,yataq yeriməzə keçib,həmin gecəni,elə bil ki,neçə illər imiş ki,biz yatmırmışıq kimi,yatmışdıq.
Səhəri gün,günorta saat:bir-iki arası olardı,yuxudan,əsgər yoldaşımın səsinə oyandım.Məni çağırırdı ki,qalx gedək məni yola sal mən də,öz evimizə gedim.
Ondan,bir neçə dəfə, bu gün də,qalmağını istəsəm də,o getmək istədi.Yemək yeyib,çayımızı içdikdən sonra,aparıb əsgər yoldaşımı evlərinə getmək üçün,avtobulsa yola saldım.Səhəri gündən ehtibarən,dondurduğum təhsilimi davam etdirmək üçün,texnikuma getməyə başladım.
Təhsilimin tamam bitməsinə az qalsa da,Bir neçə gün sonra,dərsdən sonra,artıq boş-bekar gəzməmək üçün,iş tapıb işləyirdim.Səhər texnikuma dərsə gedirdim,dərsdən gəldikdən sonra isə,günün qalan saatını da,işləməyə gedirdim.Bu gedişatla bir neçə müddət belə davam etdim,texnikumdakı təhsil vaxtının sonları idi,diplom almaq vaxtı gəlib çatmışdı.
Yay ayları idi,bir neçə gün sonra,direktor müavini,zəng edərək-gəlib diplomunuzu götürə bilərsiniz -deyə,məlumat verdiyinə görə,əvvəlcədən xəbərim var idi.İki gün sonra texnikuma gedib, diplomumu aldığım barədə sənədi imzaladıqdan sonra,götürüb gəldim evə.
Amma,hələ də,işə gedib-gəlməyə davam edirdim.(Hərbi xidmətdə olan zaman,hər bir əsgərin payına düşən məzuniyyət kimi,mənə də,bu haqqdan istifadə etmək vaxtı çatdığına görə,evə gəlmək qismət olmuşdu.Məzuniyyətə gəldikdən bir neçə gün sonra,-az da olsa,müvəqqəti də,olsa,sıxıntılardan uzaqlaşmaq həm də,eyin açıqlğı üçün,Dəniz kənarına gəzintiyə çıxmışdım.Bir-iki saat arası olardı ki,gəzdikdən sonra,fikirləşdim ki,daha bəsdir,gedim evə,onsuzda necəsə iki-üç günə hərbi hissəyə qayıdacağam deyə,düşünərək bir neçə addım atmışdım ki,Tanrı,gələcəkdə, uzaqlarda olduğuma baxmayaraq son dərəcə sədaqətlə məni gözləyəcək,sağlam,ağıllı,tərbiyəli,övladlar yetişdirəcək,çox gözəl,çox mədəni,çox istiqanlı,çox qayğıkeş və bu kimi sadalanacaq kefiyyətləri özündə cəm edən bir xanım çıxardı mənim rastıma.Mən,ehtibarını qazanmaq üçün məzuniyyət günümün bir-iki saatını ona sərf etmişdim,o isə mənim göstərdiyim etimad qarşısında,bütün ömrünü mənə həsr etdi.)Bir neçə müddət sonra,mən ailə qurmaq qərarına gəldim.
Tarix: iki min beşinci il,biz, Ailə qurduq və bir gün çətin,bir gün asan,bir gün də,daha çətin günlərimiz oldu,amma,ailə qurmaq üçün seçdiyim insan,bir dəfə də,olsa yaşayış vəziyyətinə görə,narazılıq etmədi.Çünkü,maddi vəziyyətim,mənəviyyatım qədər zəngin olmasa da,amma yenə də,mən,bir çoxları kimi pul-para,maddiyat ardınca deyil,mənəviyyat səsinin ardınca,qaçdım,və elə buna görə də,başqalarını özümdən əvvəl və daha çox düşünməyi öyrəndim.-(Əgər,evdə doğmalarınla,dost-tanışlarınla və ya iş yoldaşların ilə,yanında olduqları zaman yüksək səs və ya qışqıraraq danışırsansa,deməli danışan sadəcə olaraq vücudunuzdur,deməli qəlbləriniz biri-birindən ayrıdırlar!
-Nə qədər ki,gec deyil,danışdıqlarınızı və danışmadıqlarınızı belə,qəlbdən dinləməyə başlayın)-Ailə qurduğumuzdan bir il sonra yəni- iki min səkkizinci il- bir övladımız,iki il sonra da,-iki min doqquzuncu il-digər bir övladımız dünyaya gəldi.
İndi, -iki min iyirmi birinci il-,artıq birinin,on iki-birinin isə,on üç yaşı var.(El arasında deyirlər ki,-kim,nəyi-necə görübsə,böyüyəndə də,elə olacaq amma,(amma mən,gördüklərim kimi olmadım,gördüklərimi və mənə qarşı olanları başqalarına qarşı etmədim!.)bu və bu kimi fikirlər,mənim fikirimcə köhnə düşüncəlilərin inandıqları və əlbətdə ki,real olmayan bir mövhümatdır.İnsan özünü ali mərtəbəyə də,çatdırıb –Adam- ola bilər,olduğu mərtəbədən endirə də,bilər-fikiri,yəni,hər bir kəs,özü-özünü tərbiyələndirir və öz təfəkkürünə görə istiqamətləndirir!) Keçmişdə olanları xatırlayıram hətta,alçaldıldığım günlərimi,aylarımı,illərimi daha çox xatırlayıram və valideynlərimdə olan arzuolunmaz xüsusiyyətlərin məndə olmadığına və özümü belə tərbiyə etdiyimə görə,hər dəfəsində, -Tanrıya,- dəfələrlə şükr edirəm.
Son.
29.09.2021.

Müəllif: Zaur LAMƏKAN

ZAUR LAMƏKANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah – Oğul

MEYXOŞ ABDULLAHIN YAZILARI

Oğul…

(hekayə)

O, şirin yuxudaydı. İki il olardı ki, belə rahat yataqda yatmırdı. Orduya çağrılan gündən döyüşün, lap qaynar yerinə düşmüşdü. Hər an yan-yörəsində partlayan düşmən mərmilərinin uğultusundan, yeri-göyü lərzəyə gətirən ağır topların gurultusundan yuxusu ərşə çəkilmişdi. Bu gün isə, o, döyüş bölgəsindən uzaqda, doğma evlərində, anasının səliqə ilə hazırladığı yataqda rahatca yuxuya getmişdi. Kənardan baxan olsaydı düşünərdi ki, o, ömründə heç beləcə yatmamışdır.

Fəyazı yaxşı xidmətinə görə komandiri üç günlüyə məzunuyyətə buraxmışdı. O da, bu fürsətdən istifadə edərək, doğulub boya-başa çatdığı Qamışlığöl kəndinə, anasını görməyə gəlmişdi.

Oğlunun şirin-şirin yatdığını görən ana da, barmaqlarının ucunda ev-eşikdə gəzib-dolaşırdı ki, ciyərparasının yuxusunu qaçırtmasın. Arada da ürəyi ilə tablaşmayıb, balasının yatağına yaxınlaşar və bu iki ildə görmədiyi əsgər balasının sərtləşmiş, kişiləşmiş sir-sifətinə tamaşa edərdi.

Ana ehmalca davranırdı ki, oğlu yuxudan ayılmasın. Bilirdi ki, soyuq səngərdə, düşmənlə göz-gözə dayanan əsgərin yeməkdən çox şirin yuxuya ehtiyacı olur. Amma ana ürəyi narahat idi. Odur ki, oğlunun üstünə örtdüyü güllü yorğanı ehmalca qaldırdı. Oğlunun geniş sinəsinə, boyun-boğazına diqqətlə baxdı. Nə axtardığını heç özü də bilmirdi, amma baxırdı. Bir azdan dərindən nəfəs alıb xəfifcə gülümsədi və nəmlənmiş gözlərini yaylığının ucuyla qurulaya-qurulaya: – Şükür sənə, ilahi!.. – deyə pıçıldadı. O rahat olduğundan əyilib oğlunun alnından öpdü.

Bir azdan Fəyaz yatağında üzü üstə çöndü. Elə bu vaxt ananın gözləri onun kürəyindəki dərin yara yerinə zillənib qaldı. Güllə yarası idi. Ana titrək barmaqlarını yaraya toxundurdu. Sonra o, təlaş içində öz-özünə sual etdi: – Niyə görə Fəyaz bu barədə mənə bir söz deməyibdir? Axı, dünən onu çox sorğu-sual etdim. –Yox, bu yara elə-belə yaraya oxşamır. Olmaya, dilim-ağzım qurusun, – deyə ana pıçıldadı, olmaya oğlum düşmən qabağından qaçarkən vurulub?! Sonra nə fikirləşdisə: – Yox, ola bilməz, mənim oğlum düşmən qabağından qaçan oğullardan deyil!..- deyə o, öz-özünə toxtaqlıq verdi.

Əyilib dodaqlarını yavaşca yaraya toxundurdu. Hələ də tam sağalmamış yarasına isti nəfəsin toxunduğunu hiss edən Fəyaz gözlərini açdı və anasını başı üstə görcək yerindən dikəldi:

– Nədi, ay ana, niyə ağlayırsan? – soruşdu.

Ana gözlərinin yaşını yaylığının ucuyla qurulayaraq:

– Heç, ağrın ürəyimə, sənə baxırdım. … Bir də ki… – deyə ana sözünün ardını udaraq köks ötürdü və nəmli gözlərini oğlunun gözlərinin içinə dikdi.

– Nə olub sənə, ay ana? – deyə Fəyaz anasının əllərini ovcunun içinə alıb sığalladı.

– Sənə qurban, kürəyində güllə yarası gördüm, o nədir elə?

Fəyazın sifəti ciddiləşdi, o başını sinəsinə endirib dərindən ah çəkdi.

– Bilirsən, ana, o zəhrimara qalmış yara məni çox narahat edir. Doğrusu, utanıram. Elə gün olmasın ki, bu barədə fikirləşməyim. Kaş, o gün mən də döyüşçü dostlarım kimi həlak olaydım. O döyüşdən təkcə mən salamat çıxa bildim. Onda hər şey gözlənilmədən oldu. Düşmən bizi mühasirəyə alıb dördbiryandan üstümüzə güllələr yağdırırdı. Onlar bizdən qat-qat çox olsalar da, axıra kimi döyüşdük. Döyüşçü dostlarımın hamısı igidliklə həlak oldular. Mən də kürəyimdən yaralandım. Lənətə gəlmişlər, arxadan vurdular məni. Gözlərimi açanda, artıq özümü qospitalda gördüm. Kürəyimdən yaralandığımı biləndə, xəcalət çəkdim, özümü öldürmək istəyirdim, imkan vermədilər.

Firəngiz ana oğlunun boynunu qucaqlayıb onun gözlərindən öpdü. Ana qəlbi bir anlıq da olsa rahatlıq tapdı.

– Fəyaz, oğlum, allah xatirinə belə danışma, mənim səndən başqa kimim var? Ümidimi təkcə sənə bağlamışam, elə demə, qadan ürəyimə. Məyər səni tanımırlar, qəzetlər elə hey səndə yazır? Yadındadı, Ağdərədə gedən döyüşlər zamanı səndən verliş hazırlamışdılar. O, əsgər paltarı geyən qızın adı nə idi?! Bilirsən, o qız sənin igidliyindən necə də ağızdolusu danışırdı? Neçə nəfər düşmən əsgəri öldürməyindən, nə qədər tank vurmağından elə danışırdı ki… – Hə, bir də dedi ki, “səni evdə gözləyənin varmı?!” Sən də onun atmacasını başa düşmədiyindən, – “ hə, əlbəttə, anam gözləyir” – dedin. Qız sənin bu sözlərinə o qədər güldü ki… Xatırlayırsan?! Onda hamı mənə göz aydınlığı verib təbrik edirdilər. Deyirdilər ki, bəxtəvər başına oğlun qəhrəmandı e…

Hər ikisi, ana da, bala da bu söhbətdən sonra bir az rahatlıq tapdılar.

Bir neçə gündən sonra Fəyaz yenidən döyüş bölgəsinə qayıtdı. Vəziyyət bir az da çətinləşmişdi. Ölüm-itim xəbərlərinin ardınca kəndlərə, qəsəbələrə əsgər tabutları gəlməyə başladı. Ana gecə-gündüz Allaha yalvararaq, ona balasını qorumağı dua edirdi.

Belə günlərin birində, axşamüstü onların həyətində bir əsgər maşını dayandı. Sonra bir neçə maşın da həyətə girdi. Maşınlardan düşənlərin çoxu hərbiçi, qalanları isə mülki geyimli rayonun rəhbər işçiləri idilər. Onların arasından bir zabit ağır addımlarla yeriyərək anaya yaxınlaşdı və gücl eşidiləcək səslə:

– Ana, oğlun Fəyazı gətirmişik!- dedi. Sonra o, farağat vəziyyət alıb: – Fəyaz qəhrəmancasına…

Zabit sözünün ardını deyə bilməyib udqundu. Ətrafı ölü sükunət bürüdü. Elə bir səssizlik yarandı ki, bu səssizlik hamının canını üşütdü. Hamı özünü Fəyazın ölümündə günahkar bilərək başını aşağa salıb ananın qınayıcı baxışlarından yayınmaq istəyirdilər.

Zabitin pıçıltıyla dediyi sözlər ananın qulaqlarında bomba kimi partladı. Onun gözlərinə qaranlıq çökdü, hər yan bir anlıq qatı zülmətə büründü. Ana ayaqüstə dura bilməyib səndələdi.

Zabit cəld irəli yeriyib, onun qolundan tutdu və yavaşca yerə oturtdu. Ananın bədəni əsim-əsim əsirdi. Bir anın içindəcə yazıq arvad, canki yumağa dönmüşdü.

Səs-küyə qonşular axışıb gəldilər, həyətdə adam əlindən tərpənmək olmurdu.

Əsgərlər Fəyazın tabutunu maşından endirdilər. Ana tabutu görən kimi güclə yerindən qalxdı və titrək addımlarla oğlunun tabutuna yaxınlaşdı. O üzünü tabuta söykəyərək hönkürdü. Ananın hönkürtüsünə qonum-qonşular da qoşuldular. Birdən Firəngiz ana nə fikirləşdisə tabutun qapağını qaldırmağa çalışdı. Ətrafdakılar ona mane olmaq istədilər.

Ana fəryad çəkdi. Zabit irəli yeriyib adamları anadan araladı və tabutun qapağını götürüb kənara qoydu.

Ana titrəyən əllərini oğlunun bumbuz sifətinə toxundurdu, alnına dağılmış gur, qara saçlarını sığalladı. Birdən, gözləri oğlunun alnındakı güllə yarasına sataşdı. Güllə Fəyazın alnının ortasını dəlib keçərək, başının yan tərəfindən iri, qanlı şırım açmışdı.

Firəngiz ana əyilib oğlunun yaralı alnından öpdü. Sonra başını qaldırıb, üzünü həyətdə toplaşan adamlara tutaraq:

– Camaaat… Bir bura baxın!- dedi. Düz alnından dəyib e, güllə… Utanıb, vallah, balam utanıb başını yana əyməyə. Anası ölsün Fəyazın, keçən dəfə güllə kürəyindən dəymişdi, elə xəcalət çəkirdi ki…

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah – Mininci erməni qadını…   

MEYXOŞ ABDULLAHIN YAZILARI

                                      Mininci erməni qadını…   

                                      (hekayə)        

         … Gecənin qaranlığında, boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə yerə yıxılanda ölümün, artıq, bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. – Demək mənimki bura qədərmiş! – düşündüm. Bəlkə, yenə də nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala nəfəsim kəsiləcəkdi. Əllərimlə sifətimi qapatmışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın.

             Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım. Burnumun lap ucunda ağappaq, qarın üzərində qaralan bircüt əsgər çəkmələri gözümə dəydi. Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım.

            Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq, mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər, – fikirləşdim.

            Başımın üstündə dayanan əsgər, əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: – “Qalx ayağa!” – əmri verdi.

            Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım. Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-əskik yox idi. Bayaq böyürümə dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.

            Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və avtomatının lüləsini üzümə tuşlayaraq: – “Əllərini boynunun ardına qoy!..” – deyə bağırdı.

             Əllərimi boynumun ardında daraqladım. O, tək idi. Ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin, bu erməni əsgəri kəşfiyyatçıdır? – düşündüm. Çünki  kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz “ovunu” gözləməkdir.

            Əslinə qalsa, mən də kəşfiyyata göndərilmişdim. Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. – İndi nə edim? – düşündüm. Əgər bu oğlan təkdirsə məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdi. Çünki yanımda o çox cılız görünürdü. Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdı. Üç illik cəbhə həyatı məni çox zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da, kəfəni cırıb çıxmışdım.

            Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi. Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki,  elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, – deyə düşündüm. Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim.

            Dəqiqələr uzandıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə onun nəfəsini kəsərəm! – deyə öz-özümə təskinlik verdim.

            Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O, mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi.           Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü  çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur.

          Üstündən beşcə dəqiqə keçməmiş, yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlər idi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb, məni yerə yıxmasına cəsarət verən nə imiş?

            Dörd nəfər idilər, məni dövrəyə aldılar. İçərilərindən uzundurazının biri lap burnumun ucunda  dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də…

            Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım. Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı. Onlar dartıb əyinimdən pambıq gödəkçəmi çıxartdılar. Sonra da ayağımdakı çəkmələri tələb etdilər. Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərim başlayır.

         Kiçik bir kəndə çatıb, mal tövləsinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib tuluğa dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa  iti bir alətə toxunan kimi  qan fışqıracaqdır. Bədənim donmaq üzrə idi.

            Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə keçirməli olacağam. Hər halda bunlarla “dil tapmaq” düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, – düşündüm.

            İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaqüstə zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim. Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi.

            Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım. Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burnumu mal peyininin kəsif qoxusu qıcıqlandırdı. Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə istiləşdikcə ayaqlarımdakı sızıltı da çoxalırdı. Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür, bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum. Gözümə bircə anlıq da olsun yuxu getmirdi. Saat neçə idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı. Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi, günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim. Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.

            Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi. Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi.

           Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi. Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.

            Kənd balaca idi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.

            Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı.

            Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda pəncərənin qırağına qoyulmuş stolun arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi.     Əyinindəki matros köynəyi, yaxasız kiteli və dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə belələrinə “desant” və yaxud da “adamyeyənlər” deyirdilər.

            Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı və düz gözlərimin içinə baxdı.

            Mən onun sifətini görəndə diksindim. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki… Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı… Onlar bir-birlərinə nə qədər oxşayırdılar. Ayrı-ayrı adamların bir-birlərinə bənzədiklərinin  çox şahidi olmuşdum. Amma ağlıma gətirməzdim ki, düşmən olan iki millətin nümayəndəsi də bu qədər oxşar olsunlar.

            Zabit məni sorğu-suala tutaraq, hansı hissədə döyüşdüyümü, mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi. Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim. Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu bildirirdim. Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.

            Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.

       Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər. Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.

            Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər. Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə ilişib qaldı. Nə etməli, bunlara da şükür, – dedim.

              Günbatanacan mənə odun doğratdırdılar, əllərimin  içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha… Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım. Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş bilirlər. Yəqin evimə də xəbər vermiş olardılar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim. Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm? – düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.

            Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi.

         Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir etmişdi ki, axtarırdım, əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da basım yeyim.

            Bu  vaxt qəribə bir hadisə baş verdi. Tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm. İnəyə çatıb, iri, uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım.

             Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum. Ürəyimin bulanmasından bunu hiss edirdim.

            Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.

            Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə, elə bil, qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarmışdı.

           Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə kürüyürdüm, su daşıyırdım. Xülasə, kəndin nə ağır işi vardısa, mənə gördürürdülər.

             Başımın üstündə də, ev yiyəsindən başqa əlisilahlı bir əsgər dayanırdı. İş görməyə başlayanda əllərimdəki qandalları açıb, ayaqlarıma uzun zəncir vururdılar ki, qaçıb eləməyim. Bu zəncirlərlə hərəkət etmək asan olsa da, uzağa getmək mümkün deyildi. Hər halda məqam gözləyirdim, düşünürdüm kİ, fürsət tapan kimi aradan çıxacağam.

            Günorta vaxtları acından ölməyim deyə, mənə bir az  supdan-zaddan verərdilər. Səhərdən axşama kimi dayanmadan işləyən adama, bu yaxantıya bənzər bulanıq kələm supu nə edəcəkdi ki?.. İşləyərkən gözlərim ev yiyəsinin əlində olardı. Düşünürdüm ki, bəlkə, insafa gəlib mənə bir qırıq çörək verdilər.

            Axşamüstü məni yenə də həmin qərərgaha gətirdilər, o cavan erməni zabitinin yanına. Bu dəfə o, çox acıqlı görünürdü. Danışığından hiss edirdim ki, bərk əsəbləşibdir. Söhbət zamanı aydın oldu ki, keçən axşam bizimkilər onların bir əsgərini gəbərdiblər. Peçin ətrafında bir neçə adam da oturmuşdu. Onlar başlarını aşağı salıb öz dillərində nə isə danışırdılar. Məni görən kimi söhbətlərini yarımçıq kəsib, başlarını qaldırdılar. Sir-sifətlərindən acıqlı olduqları hiss olunurdu. Elə bu vaxt onlardan ən yekəpəri ayağa qalxıb, altındakı stulu mənə tərəf tolazladı. Başımı yana çəkməsəydim, atılan stul başıma dəyib dağıdacaqdı. Atdığı stulun yan keçdiyini görən həmin erməni, üstümə yeridi və mənə çatıb yumruqlarını işə saldı. Əli bağlı əsir ola, quduz düşmən ola, yumruqlar sir-sifətimə dəydikcə, beyinim sirkələnirdi. Sonra o, təpiklə qarnıma, böyürlərimə vurmağa başladı.

            Zabit, səhv eləmirəmsə, onu Vova deyə cağırırdılar, – irəli yeriyib məni onun əlindən zorla aldı. Yekəpər arxaya baxa-baxa elə fısıldayırdı ki, elə bil dədəsini mən öz əllərimlə güllələmişdim.

            Ağız-burnumdan qan axırdı. Döşəmənin üzərinə çilənmiş qan, burada sanki yekə bir heyvanın kəsildiyindən xəbər verirdi. Bir neçə günün içində onsuz da xeyli zəifləyib əldən düşmüşdüm. Bir yandan da aramsız olaraq döyülməyim, lap axırıma çıxmışdı. Beləcə davam etsəydi, yəqin ki, tezliklə nəfəsim kəsiləcəkdi.

            Bir azdan onlar otağı tərk edib getdilər. Onlar gedəndən sonra, Vova deyilən zabit məni stulda oturtdu və pəncərənin şüşəsini taqqıldadaraq, həyətdəki əsgərlərdən birini otağa cağırdı.       Əsgər içəri girəndə, zabit ona əmr etdi ki, otağa su və ləyən gətirsin. Əl-üzümün qanını yudum.

            Soyuq su zədələnmiş sir-sifətimə dəydikcə, ətim ürpəşirdi. Zabit yenə də məni sorğu-suala tutdu. Cəbhəyə könüllü gəlmiş bir əsgər idim. Əslində o da, gözəl bilirdi ki, mənim çox şeydən xəbərim yoxdur. Diqqətlə onun üzünə baxırdım. Gözlərimiz bir nöqtədə toqquşanda, qəribə də olsa, elə bil, erməni zabiti utanıb gözlərini gözlərimdən qaçırtdı. Bilmirəm, bəlkə də, bu mənə elə gəlirdi. Arada da: – “Nə işdir, tanış gəlirəm sənə?!”-  deyə soruşurdu.

            İçimdən gələn hansısa bir hiss məni ürəkləndirdi:

            – Hə, deyəsən səni haradasa görmüşəm, amma xatırlaya bilmirəm, – dedim.

            O, gülümsəyərək, başını buladı:

            – Harada görə bilərsən? – soruşdu – Bəlkə, yuxunda görmüsən?!

            Hiss etdim ki, zabit məni dolayır.

            Mən də söz altında qalmadım:          

            – Hə, düz deyirsən, ola bilsin ki, səni yuxumda görmüşəm, – dedim.

            Sonra zabit soruşdu:

            – Neçə yaşın var?

            – Qirx! – deyə cavab verdim.

            Zabit yerindəcə qurcalandı.

            – Mənimsə iyirmibeş. – Görürsən? – dedi. – Yaşıd da deyilik ki, deyək, nə vaxtsa bir yerdə bazlığa-zada getmişik.

            Onun bu atmacasına qarşı mən tam ciddi şəkildə:

            –  Sən mənim oğluma çox oxşayırsan, – dedim. – Elə bil tən yarıdan bölünmüş almasınız. Görsən, bunu özündə təsdiq edərsən. Amma o, səndən iki yaş kiçik olar, indi institutda oxuyur, – dedim.

             Zabit əlini əlinə vurub qəh-qəhə çəkdi. Sonra nə fikirləşdisə, birdən-birə ciddiləşib dedi:

            –  Deyəsən, döyülməkdən ağlını itirmisən, ha?.. İndi təpənə bir güllə vuraram, ağlın gələr yerinə. Məni aparıb hər qor-qoduğa tay tutmağına bax bunun.

           O möhkəmcə əsəbləşmişdi. Gözləyirdim ki, elə bu dəqiqə yumuruqlarını işə salıb ağız-burnumun qanını axıdacaqdır. Amma nədənsə, o, sakitcə dayanıb üzümə baxırdı.

            Bir azdan əsgərlərdən biri gəlib məni bayıra çıxartdı. Hava qaralmışdı. Qar yağmasa da eşikdə  bərk şaxta vardı. Yenidən məni gətirib ac-susuz həmin tövləyə saldılar. Tövləyə girən kimi gözlərimə işıq gəldi, çünki inəklər durada idilər. Bir-iki həftəni də beləcə başa vurdum.           Gündüzlər dəvə kimi işləsəm də, gecənin düşməsini səbirsizliklə gözləyirdim. Gözləyirdim ki, tövləyə gedəcəyəm və şipşirin ilıq süddən doyunca içəcəyəm. İnək südü içməkdən sinəm də açılmışdı. Qarnım da, çiy südə  öyrəşdiyinə  görə daha gurultu salmırdı.

            Vova deyilən erməni zabiti də bu kənddən idi. Varvara adlı anasıyla kəndin kənarındakı birmərtəbəli evdə olurdular. Bir neçə dəfə onların həyətində odun da doğramışdım.

            Varvara həyətlərində işlədiyim erməni qadınlarına nisbətən, mənə qarşı qəddar deyildi. Hətta, günorta vaxtları üstümüzdə dayanan nəzarətçi əsgərin etirazlarına baxmayaraq, mənə isti yeməklər də verirdi. Mən onların həyətində işlədiyim vaxtlar, o qadın da, toxunma  qalın yun şalını çiyinlərinə atıb, eyvandan oğrun-oğrun mənə baxardı. 

            Arada gözucu ona nəzər salardım. Belə vaxtlarda Varvara mənə göz vurub qımışardı. O, mənimlə həmyaşıd olardı. Onun mənə isti münasibət göstərməsi aramızı xeyli açmışdı. Nəzarətçi əsgər bir yerə gedəndə Varvara ilə söhbət də edirdik. Hiss edirdim ki, bu erməni qadını əməllibaşlı mənə vurulubdur. Hətta o, bir dəfə əsgərə bolluca araq verib, kefləndirdi və onu evə salıb yatırtdı. Sonra mənim qolumdan tutub həyətdəki balaca ərzaq anbarına apardı…

             O gündən sonra onunla dostlaşdıq. Hiss edirdim ki, məni oğluna da tapşırıbdır, daha əvvəlki kimi məni incitmirdilər.

            Başqa həyətlərdə işləməyə aparılanda Varvaradan uzaq düşürdüm. Amma bu çox çəkmirdi, bir də gördün günortadan sonra harda olsam məni tapıb onların həyətlərinə aparardılar. Bilirdim ki, bu onun işidir… Əvvəllər xırda-para işlər görsəm də, sonradan o fikirləşib mənimçün yaxşıca bir iş tapdı. Evin günbatan tərəfindən nə isə bir şey artırmalıydım. Bu iş də, bir-iki həftədən tez başa gəlməzdi.

            Bir dəfə söhbət zamanı onun oğlununun mənim oğluma çox oxşadığını bildirdim. O, cavabında gülə-gülə dedi:

            –  Mamedcan, məssəb haqqı, əgər bir dəfə də olsun siz tərəflərdə olsaydım, deyərdim ki, Vova, doğurdan da sənin oğlundur. Amma mən heç vaxt o tərəflərdə olmamışam. Əslinə baxsan, – deyə Varvara, əlini əlinə vurub bərkdən güldü, – mənim heç yerli-dibli ərim də olmayıbdır, axı.

            Doğrusu, onun bu sözlərindən bir şey anlamadığıma görə,  çiyinlərimi çəkərək təəccüblə onun üzünə baxdım.

            – Hə, Mamedcan, düzünü deyirəm, mən heç vaxt ərdə olmamışam. Biz mehmanxanalarda günümüzü keçirən  həyat qadınları idik, hər gün bir kişinin qoynunda yatırdıq.

            – Bəs onda, Vovanın atası kimdir? – soruşdum.

            – Eh, mən nə bilim, canım. Allah bilir o kimin oğludur.

            Məni heyrət bürüdü:

            – Siz nə danışırsınız, – dedim, – ola bilməz ki, siz onun atasını tanımayasınız?.

            – Deyirsən yəni, kişiləri qarışıq salmışam? – deyə o, güldü. – Yox, canım, mən doğru deyirəm, Vovanın kimin oğlu olduğunu, doğurdan da, bilmirəm. Məsələ tamam başqa cürdür…

            Mənə elə gəldi ki, Varvara məni dolayır, ona görə də daha bir söz deməyib, işimlə məşğul olmağa başladım.

            Varvara mənim incidiyimi görüb:

            –  Eh… Mamedcan niyə inciyirsən, mən ki, həqiqəti söyləyirəm. Doğurdan da, Vovanın atasının üzünü bircə dəfə də olsun görməmişəm. Vova süni mayalanmayla əmələ gələn uşaqdır…         O vaxt bizi mehmanxanalardan, şəhərin künc-bucaqlarından yığıb-yığışdırdılar. Yüzə yaxın fahişə qızlardıq. Gecəykən bizi elə yerə gətirdilər ki, oranı birinci dəfəydi ki, görürdük. Qaldığımız yer xəstəxanaya daha çox oxşayırdı. Burada çoxlu sayda palata vardı. Bizi beş-beş olaraq palatalara yerləşdirdilər. Hamımız da, say-seçmə cavan, harın qızlar idik. Bir aya yaxın ciddi rejmdə tibbi-müayinədən keçdik. Barmaqlarımızın ucundan, ta başımızın tükünə kimi yoxlayırdılar. Gündə iki dəfə həkim müayinəsində olurduq. Yaxşı qulluğumuz tutulduğundan yeyib, yamanca qızışmışdıq. Ürəyimiz nə istəyirdi onu da verirdilər, bircə kişidən başqa. Kişi üzünə həsrət qalmışdıq. Zarafata salıb, qızlardan biri arada deyirdi: – “ Bəlkə, bu verdiklərinizi qotur və axsaq bir kişiylə əvəz edəsiniz. Bu daha yaxşı olmazmı?”

             Bir aydan sonra xaricdən gəlmiş həkimlər süni yolla bizi mayalandırdılar. Əvvəlcə, heç nə başa düşmədik. Sonradan hər şey bizə aydın oldu. Sən demə, hardansa gətirilmiş kişi toxumlarıyla bizi mayalayıb, uşaq doğuzduracaqlarmışlar. Belə olanda qızlar yenə də dillərini dinc saxlamadılar: – “Görəsən kişilərə nə azar dəyib ki, onların işini bu vecsiz dəmir-dümürlər görürlər? Yoxsa onların kökü yerli-dibli kəsilibdir, xəbərimiz yoxdur?..”

            Süni yolla mayalandıqdan sonra, bizə çox ciddi nəzarət olunurdu. Demək olar ki, hər birimizə ayrıca tibb bacısı qulluq edirdi. Bir aydan sonra həmin həkimlər yenidən peyda oldular. Bu dəfə işin nəticəsiylə maraqlanırdılar. Bir neçə qızı çıxmaq şərtiylə iş yaxşı alınmışdı, deyəsən.

            Qəribə də olsa, mənim bəxtim yaman gətirmişdi. Bu işə nə vaxtdan başlamışdılar deyə bilmərəm, amma mən bu palatada süni yolla mayalanan mininci qadın olmuşdum. Ona görə də, mənə bahalı bir brliyant üzük hədiyyə etdilər. Təsəvvür edirsən, mənim bəxtim necə də gətirmişdi.

            Vədə tamam olandan sonra, hərəmiz bir uşaq dünyaya gətirdik. Doğulanların çoxu oğlan uşağı idi. Mən də sən gördüyün Vovanı doğdum. Uşaqları həkimlərin nəzarəti altında özümüz əmizdirirdik. Gündə üç dəfə körpələri bizə verirdilər. – Bir düşünürsən, Mamedcan, mən ana olmuşdum uşaq doğmuşdum. Bu bir möcüzə idi. Lap gülməli vəziyyət yaranmışdı, təsəvvür edirsən, uşağı döşlərimə salanda yaman qıdığım tutardı, gülməkdən özümü zorla saxlayırdım. Uşaq isə  zəli kimi sinəmə elə yapışırdı ki, onu canımdan qoparmağa qıymırdım. Ana olmaq gözəlmiş…

          Vova qarayanız və şirin uşaq idi. Onu elə ilk gündən sevdim. Arada da, öz-özümə fikirləşırdim, düşünürdüm ki, ilahi, görəsən bu uşağın atası kimdir, hansı millətdəndir? Qızlar arasında söz gəzirdi ki, guya bu kişi toxumlarını Afrika ölkələrindən gətirirlər, oranın adamları dözümlü olurlar, – deyirdilər. Amma balaca Vovkam heç də zənciyə oxşamırdı, o şipşirin bir bala idi.

            Uşaqlar bir yaşına qədər bizimlə qaldı. Sonradan onları ayırıb apardılar. Fikirləşdik ki, bəlkə bizi də buraxarlar, çıxıb gedərik işimizin dalısınca, lənətə gəlsin belə həyatı. Amma buraxmadılar, bir müddət keçəndən sonra, yenidən bizi həmin işə təhrik etdilər. Bax, mən Vovadan sonra iki oğlan da doğdum. Axırıncı uşağımı mənə göstərəndə, doğurdan da, az qaldım ki, dəli olum, o, qap-qara zənci balası idi. Qalın dodaqları, enli burnu, başının tükləri sıx bitmiş kol-kosa bənzəyən, kömür kimi qara olan bu uşağı qoynuma alanda, ətim ürpəşirdi. Amma nə edim, onu mən doğmuşdum, həm də bizi məcbur edirdilər ki, uşaqlara yaxşı baxaq. Bilirsən, bizi təəccübləndirən nə idi?! – deyə Varvara, qaşlarını çəkərək, söyləndi: – Biz doğduğumuz uşaqları nə vaxtsa başlayacaq müharıbəyə hazırlayırdılar..

            Varvara danışdıqca içimdə qeyri-adi nəyinsə baş verdiyini hiss edirdim Elə bil, beynimi bürümüş duman selinin içində uzaqdan da olsa, közərən bir işıq gəlirdi xəyalıma. Neçə illər bundan qabaq həyatımda baş vermiş o hadisə düşürdü yadıma. Fikirləşirdim, doğurdanmı Vova mənim oğlumdur?!..

                                                                             ***

            … Onda mən Bədəntərbiyyəsi institutunun axırıncı kursunda oxuyurdum. Uca boylu yaraşıqlı bir cavan idim. Bir dəfə təsadüfən yolum şəhərin kənar məhəllələrindən birinə düşmüşdü. Günorta vaxtı olduğundan yaxınlıqdakı kafeyə girib bir az qəlyanaltı etmək istədim.             Xidmətçi, sarısaç, yaraşıqlı, gənc  bir erməni qızı idi. Otağa daxil olan kimi o, diqqətlə məni süzdü. Sonra nə yeyəcəyimlə maraqlandı. Onun bu xoş nəvazişindən bir şey anlamadım. Əslində, bar və kafelərdə işləyən qadınların hamısı beləcə xoşqılıqlı olurlar.

            Mən bir pors sosiskanı yeyib, üstündən də bir şüşə pivə içib  getməyə hazırlaşırdım ki, həmin qadın mənim qoluma girib, yan otağa çəkdi və əllərini çiyinlərimə qoyaraq: – “Səndən yaman xoşum gəlir, axşam tərəfi vaxtın olsa, bir bu tərəfə baş çəkərsən. Səninlə bir saatlığa da olsa dünyanın dərd-qəmini unutmaq istəyirəm” – dedi. Və bayaq ona verdiyim yeməyin pulunu da ehmalca köynəyimin döş cibinə salıb, gülə-gülə: – “Xoşuma gəlsən axşamkı hesabından siləcəyəm!” – dedi.

            Cavan idim, qadının bu  nəvazişi sözsüz ki, mənə təsir etməyə bilməzdi. Axşamüstü mən həmin kafeyə gəldim. Qadın məni gözləyirdi. İçəri girən kimi yaxınlaşıb mehribanlıq göstərdi və mənə bir parç pivə gətirdi, sonra yemək tədarükü etdi. Hava qaralanda isə, kafeni bağlayıb, məni yan otağa apardı. Bir neçə dəfə onunla yaşadım… Axırıncı dəfə isə, o mənimlə “fransızsayağı” intim münasibətdə oldu və əlindəki xırda selefon paketi mənə göstərib dedi: – “Əzizim, unutma ki, bu sənin oğlundur… Biz səni həmişə xatırlayacayıq!..” – deyib, mənə bir göz də vurdu.

             Onun bu hərəkətindən heç nə anlamadım, sadəcə olaraq, bunu bir fahişə qadının şıltaqlığı kimi qəbul etdim.           

            Sonradan bir də o tərəflərə ayaq basmadım. Amma idmançı dostlarımın söhbətlərindən hiss edirdim ki, onlar da bir neçə dəfə həmin sarışın qadının qonağı olublar…

                                                                  ***

             O vaxtdan artıq iyirmi beş il ötmüşdü… Mən indi başa düşdüm ki, iyirmi beş il bundan qabaq, o, sarışın erməni qızının cüssəli gənclər sevdasına düşməsinin səbəbi nə imiş?..

           Varvaradan soruşdum ki, bəs, o biri uşaqlarının taleyi necə oldu, onlar da bu kənddədirlərmi?!

             O bildirdi kı, arada uşaqlarımla görüşürdüm, lap elə o zənci balamla da… – Əlbəttə ki, baş verənləri başqalarından gizlin saxlayırdılar, bu sirri ancaq özümüz bilirdik. – deyə qadın danışırdı.

             Keçən il qara zənci balamı sizinkilər döyüş zamanı vurub öldürdülər. Hətta, meyidini də vermədilər. Sizin tərəf onun xaricdən muzdla alınmış bir döyüşçü olduğunu iddia edirdilər. Yox, o öldürülən  zənci mənim qara balam Nikos idi.  Gözləri qıyıq, boyu balaca bir oğlan uşağı da doğmuşdum. Onun taleyindən xəbərsizəm.

            Vova isə mənim kimi, o da atası haqqında  heç nə bilmir. Bircə, onu demişəm ki, atası çoxdan ölübdür.

            Varvaranın danışdıqları mənim üçün bir yuxu kimi gəlirdi. Mən hər şeyi indi-indi anlayırdım və tam əmin idim ki, Vova mənim oğlumdur.      

         Varvaraya özüm barədə heç nə demədim. İndiyə qədər də fikirləşirəm ki, niyə mən ona bəzi şeyləri anlatmadım… Amma qarlı-şaxtalı bir fevral gecəsi, o, əsirlikdən qaçmağıma kömək edəndə başını sinəmə qoyub:

            – Mamedcan, Vova sənə yaman çox oxşayır. Bəlkə… O, sözünün ardını  deməyib, sadəcə olaraq gülümsədi.

            Varvaradan  ayrılanda:

       – Çalış Vovanı da götürüb buralardan uzaqlaşıb gedəsiniz. Bu müharibə sizlik deyil, – dedim.

            O, dediklərimi təsdiqləyəırək:

       –  Hə, mən də belə düşünürəm!.. – dedi.

            Mən özümüzünkülər tərəfə keçdim.

      … Bu hadisənin üstündən neçə illər keçməsinə baxmayaraq, bir fikir məni yaman narahat edir. Bu sualın cavamını indi də tapa bilmirəm… Biz kimlərlə vuruşuruq?!..

Müəllif: Meyxoş ABDULLAH

MEYXOŞ ABDULLAHIN YAZILARI



MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – Həyat səhnəciyi

ANAR TURANIN YAZILARI

“Həyat səhnəciyi”

(Hekayə)

            Əmiraslan ömrünün son anlarını yaşayırdı. Nəfəsi sanki ağzında idi, ciyərlərinə gedib çatmırdı. Özü də, ətrafında olan yaxınları da dərk edirdilər ki, o artıq dövranını başa vurur. Bəs niyə dövranını dedim?! Axı, bu 76 yaşlı qoca əvvəllər yorğa at kimi durmaq nədi, bilməzdi. Hamı onun qoçaqlığına heyran idi. O zamanlar dövran, necə deyərlər, Əmiraslanın dövranıydı. Su durar, Əmiraslan durmazdı. Bu otuzunda da belə idi, altmışında da… İndi isə artıq o günlər geridə qalmışdı. Bir vaxtlar rəhmətlik qonşusu Əhməd kişi ona zarafatyana belə demişdi:

            -Ay Əmiraslan, altımışı çoxdan haqlayıbsan, yetmişinə də az qalır. Sən elə and içibsən ki, günün çıxmağını da, batmağını da çöldə, tarlada qarşılayıb yola salaraq bu dünyadan köç edəcəksən? Bir evinə yığış. Gəl bizlərə yovuş, bağ-bağçada köhnə tanışlarla samovar qaynadırıq, kəklikotu çayı dəmləyib içirik. Keçən günləri yada salırıq, gələndən, gedəndən danışırıq. Elə hey tutubsan, işləmək, yenə də işləmək. İşdən qeyri məşğuliyyətlər də var. Həyat yalnız çöldən, tarladan ibarət deyil.

Əmiraslan da bu sözlərin qarşılığını belə vermişdi:

-Əhməd, iş insanın cövhəridir, gözümü açandan işləmişəm, əldə-ayaqda güc olanadək də işləyəcəyəm. Bədənimdən tər çıxmasa, ölərəm. Bir də ki zalım dövrana gəlib çıxmışıq. İnsanlardan nə qədər qaçsan, yaxşıdır. Təbiətdən isə insana pislik gəlməz. Ona görə də təbiəti özümə dost seçmişəm. Anam dünyasını dəyişəndən təbiət həm də anam olub. Belə daha yaxşıdı. İndiyə qədər bir-birimizə də xəyanət etməmişik. Nə əkmişəm, yüz qatını götürmüşəm. Çətin gündə imdadıma çatıb, yoxsulluqdan qurtarıb.

            Əmiraslan qoçaq-mərd kişi idi, həm də ki köhnə qoçaq-mərdlərdən. Elə kənddə də hamı onu köhnə kişilərin son qalası kimi tanıyırdı. Onun sözünü bir eləmirdilər. Böyük də, kiçik də hörmətini saxlayırdı. Küsülülər Əmiraslanın bir sözü ilə barışığa qol qoyardılar. Kəndli arasındakı dolaşıq məsələləri də o həll edərdi. Yaxşı tərəfi isə o idi ki, onun sözünə qulaq asan, dediyinə əməl edən heç zaman peşman olmazdı. Hətta iş o yerə gəlib çatmışdı ki, kənd camaatı Əmiraslanın dediyini müqəddəs qanun hesab edirdi. Camaat bunun hikmətini də öz aralarında belə yozmuşdu: düz adamın sözü də özü kimi düz olar, yaxşı və dünyagörmüş ağsaqqal sözünü dinləmək isə heç zaman zərər verməz.

            Əmiraslanın qocaqlığı dava illərində də özünü göstərmişdi. Hələ o vaxtları gənc dəliqanlı olanda düşmənin başına bəla olmuşdu. Səngərdən düşmən üzərinə ilk atılan da o olardı, öndə gedən də. İldırım sürətilə özünü ələ verməzdi. Üzünü də heç zaman düşmən görə bilməzdi. Xışıltısını bəzən duyardılar, onda da düşünərdilək ki, qurddu-quşdu. Davadan qayıtdıqdan sonra isə yenə işlədi, işlədi. Amma yığdığını özü yemədi, yetim-yesirə payladı. Yoxsullara əl tutdu. “Yığıb neyliyəcəyəm?!”- dedi. Mən yığsam, övladlarım tənbəl olacaq, yeyib-içib bir-iki günə dağıdacaqlar. Qoy onlar da işləsinlər, bilsinlər ki, heç nə asanlıqla başa gəlmir. Həm də insana qalan bir yaxşılıqdı, varındısa, əl tutassan. Onu da eləməsək, onda insanıqdan çıxmış olarıq.

            Bizim Əmiraslanın həyatı bax belə keçmişdi. Ta ki 3 il bundan öncəyə kimi. Xəstəlik tapdı, dəmir bədənli Əmiraslan azarladı. 73 illik ömründə xəstələnmək nədi, bilməzdi. Bu yerlərin dağ-dərələrindəki otlar onu polad kimi eləmişdi. Amma neyləmək olar?! Bu dünya insanı paltar kimi istifadə edir. Köhnəlmə, köhnəldin vay halına. Atacaqlar səni. Necə ki gözəl paltar alırsan, istifadə edirsən, geynirsən. sonra köhnəlir, yırtılır və atırsan. Dünyada insanı bax beləcə istifadə edir. Əvvəlcə gözəlim olursan, sonra yavaş-yavaş köhnəlirsən və…

            Əmiraslan da bu dünyada köhnəlmişdi. Bunu o da anlayırdı. Ona görə də son anlarında bu hislər, düşüncələr burulğanına qərq olmuşdu. İndi Əmiraslan hər şeyi – qoçaqlığı, işgüzarlığı, bütün olub keçənləri geridə qoymuşdu. Neyləmək olardı. Həyat belədir, zalımdır, həm də çox zalım. Əmiraslan da son nəfəsində bu zalımlıqla baş-başa qalmışdı. Bir özü idi. Bir də ki əməlləri. Ağlından keçən son düşüncə də bu oldu: insanın bu zalım dünyadan apardığı tək şey əməlləridir. Bu sözləri deyib son dəfə nəfəs aldı və gözlərini yumdu. Beləcə daha bir həyat səhnəciyi yekunlaşdı. Pərdələr salındı…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşir – Soltanbəy əfsanəsi

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

SOLTANBƏY ƏFSANƏSİ

(hekayə)

1977-ci il. Yay fəslinin birinci ayı.

Bəstəboy dədəmin çatmaqaşlarının altından bizə baxan sərt baxışlarını ilk dəfəydi ki, o gün yumşalmışdı.Əslində, atamın ürəyi yumşaq, mərhəmətli adam idi. Nənəmin, onun bir dediyini iki etmədiyindən bunu bilirdik. Şərq ölkələrində ataların övladları ilə, xüsusən, oğlanlarıyla pərdə saxlaması yazılmamış qanunlardandı. Sovet dövrünün uşaqları olsaq da, biz ata-analarımızı “dədə-nənə” deyə çağırardıq. İndi övladlarım mənə gah “ata” deyirlər, gah da “papa”. Böyük qızımın kefi kök olanda “babacım”, kefinə düşəndə “ dədə” çağırar. Halbuki, dədəm həftəylə evə gəlməyəndə bacılarım dədəmin üzündən öpmək nədir, üz-üzə gəlməyə utanardılar. İndi ata-bala münasibətləri tamam fərqlidir. Nə isə, övladlarımın mənimlə dostluq münasibətləri məni qane edir.
Nənəm əsgər getməyimi istəmirdi. Dədəm məndən böyük əmim oğluyla həyətdə, çəpərin yanında, məni qucaqlayıb ağlayan nənəmin qolları arasından nə vaxt çıxacağımı gözləyirdi. Qadınlarla ayrılığın çətin olduğunu hansısa əsərdə oxumuşdum, xatırlamıram. Mənim ilk dəfə qadınlarla ayrılığım elə həmin vaxt; nənəm, bacılarım və qonşu kənddə ürəyimi aça bilmədiyim İlknurla olmuşdu. Darıxmaqdan başqa əzab çəkməyəcəyimi də yaxşı bilirdim. Dədələrimiz demişkən, “kişilik” məktəbini keçməyə gedirdim.
Nənəmin hönkürməsi axırda dədəmi hövsələdən çıxartdı:
-Bəsdir aaz, elə bil oğlunu ölümə göndərir. İki ildən sonra qayıdıb gələcək. Onda oğlunu məndən çox görəcəksən.
Nənəm yenə üzümü göz yaşıyla islatdı, qara, əliylə ağzını tutdu, asta addımlarla çəpər tərəfə, dədəmgilin yanına getdi. Bacılarım da nənələri kimi qollarını boynuma doladılar, dədəmin xofundan halallaşmaq uzun çəkmədi. Qardaşımla qucaqlaşanda isə mən kövrəldim, o sevindi. Böyük qardaşlar əsgər gedəndə kiçik qardaşlar özlərini əsl kişi kimi hiss edirlər. Həyət-baca, nənə-bacı, elə dədənin də özü onlara əmanət olur, qorumaq istəyirlər.
Həyət qapısından bir az uzaqlaşmışdıq ki, nənəm dədəmin gəlinlik vaxtı başına örtdüyü qara, güllü yaylığının ucuyla islanmış yanağını silib, hamamda çiməndə istifadə etdiyimiz sarı qulplu, iri parçla dolu suyu arxamızca tökdü.
-Sağ get, salamat qayıt, bala.
Qapı ağzına çıxan kim vardısa mənim üçün dua edirdilər. Təzə gəlinlər, ərlik qızlar evlərin pəncərələrindən, aynabəndlərdən baxırdılar. Nənəm ağızdolusu dualardan təzədən həvəsə gəldi.
-Sən allah, əynini isti saxla. Pis şeylərə baş qoşma. Xatadan-baladan uzaq qaç.
Əllərini belinə çarpazlayıb, qapıdan çıxandan bir dəfə də olsun başını yerdən qaldırmayan dədəmin geriyə dönməyi ilə nənəmin susmağı bir oldu. Nənəm həyətə girdi, biz yolumuza davam etdik. Kəndin avtobusuna mindik. Özüm pəncərə tərəfdə oturdum, yanından keçdiyimiz kəndləri, arxada qoyduğumuz dağları yaddaşıma köçürmək istəyirdim.
Qubadlıdan çıxanda yolun sağ tərəfində “asfaltzavod” deyilən bir yer vardı. El arasında ora “qır zavodu” deyirdilər. Bir neçə dəfə bizi məktəbdən buraya pambıq yığmağa gətirmişdilər, amma “qır zavoduna” kimi gəlib çıxmamışdıq. İndi birdən-birə buraya gəlib çatanda ürəyimdə bir nigarançılıq yarandı. Elə bildim ki, doğma el-obadan birdəfəlik çıxıb gedirəm. “Qır zavodu” yolun sağında olduğundan başımı çevirib sola baxdım, istəmədim mənə qaranlıq kimi görünən dəzgahları görəm. Sol tərəfdə ucsuz-bucaqsız günəbaxan, qarğıdalı qarışıq sahələri boy verirdi. Gözoxşayan günəbaxan gülləri Həkəri çayını görünməz etmişdi, ilin bu vaxtı Həkəri çayı çox könüloxşayan görünürdü, elə bil təzə gəlin kimi olurdu.
Bir anlıq ürəyimdən bir istək keçdi, qarşılıqsız olan ilk məhəbbətimlə – İlknurla yan-yana günəbaxanlar arasından özümüzə cığır açaq, çaya qədər gedək. Eşqə düşüb fikir çəkməyim dədəmin də gözündən qaçmamışdı. Elə bilirəm dərdimi dədəmə nənəm özü danışmışdı. Nənəmə demişdi: “Ona denən, kişi olanda, onsuzda kəndin qızlarından kimisə sevəcək”.
Hər dədəyə öz oğlu yaşadığı yerlərin qızları vurulacaq qədər əzizmiş. Boyu boyuma çatanda mən də elə bilirdim oğlumun dərdindən məhlənin qızlarının gecə yuxuları ərşə çəkilib.
Getməmişdən bir həftə əvvəl İlknura öz bacısı vasitəsilə ağ dama-dama dəftərin vərəqinə yazdığım ürək sözlərimi göndərmişdim. Çəpərin o biri tayından ətrafa baxa-baxa ondan cavab gözləyirdim. İlknur fikirləşdiyimdən də hazırcavab çıxdı. Bacısından; “Tülkü, bizdə sənə verməyə toyuğumuz yoxdur” – cavabını qaytarmışdı.
Qollarını bir-birinə dolamış, həyətin ortasında dayanıb özündənrazı halda gülümsəyirdi. Çox güman cavabına qarşılıq verməyimi gözləyirdi. Uzaqdan gözlərinə baxmağa çalışırdım. Ayaqqabımın ucuyla torpağı eşələdim, başımı təzədən qaldırdım, ona baxdım. Onda başa düşdüm ki, sevgi kişi olub-olmamağına baxmır. Sadəcə, qızlardan müsbət cavab almaq üçün mütləq kişi olmalısan. Hərçənd, dədəm kimi üz qırxmağı orta məktəbdən başlamışdım, köynəyimin boğazıma yaxın düyməsini açanda sinəmin tüklərini görmək olurdu. Əsl qara oğlan kimi cəlbediciliyim varıydı, kişi deyildim. İki ildən sonra, “kişilik məktəbindən” qayıdanacan susmağa qərar verdim. Daxilən İlknurla sağollaşdım.
Əmim oğlu qolumu silkələdi, xəyallarımdan ayrılmalı oldum. “Qır zavodu”ndan sonra Zəngilandan gələn yola çıxıb bir xeyli irəliləmişdik, deyəsən yolun solunda qalan Şərfan kəndini keçirdik, bunu dirəyə yapışdırılmış lövhədəki addan oxudum. Kəndin qurtaracağında yol haçalanırdı. Burada avtobus sağa dönüb “Akara” yazılmış istiqamətdə yoluna davam elədi. Bir az getdikdən sonra gəlib “Akara” stansiyasına çatdıq. Dədəmdən öyrənmişdim ki, Akaranın əsl adı Həkəridir. Dəmir yolun çəkilişində və stansiya binasının tikilişində işləyən ruslar “Akara” dediklərindən bura belə adlandırılıb. Amma ahıl çağına çatmış ağsaqqallar, qocalar buraya “Həkəri” deyirdilər.
Biz stansiyaya çatanda orada çoxlu adam toplaşmışdı; kimisi əsgər gedirdi, kimisi yola salırdı, kimisi də maraq üçün vağzala çıxmışdı. Elə bu zaman qarnından “evin eyvanı, kişinin qarnı” məsəlini xatırladan hərbi komissarın nümayəndəsi praporşik Cabbarov səsgücləndirici ilə elan verdi:
-Qubadlıdan adını çəkdiklərim bir-bir yaxınlaşsınlar.
“Mirzəyev Soltanbəy Həsən oğlu” eşidəndə yaxınlaşdım. Praporşik çəpəki məni süzdü.
-Adın nədir sənin? – deyə astadan soruşdu.
-Soltanbəy. – Elə mən də astadan cavab verdim.
-Yeri, yeri dur cərgəyə. Bəyə bir bax! – Rişxəndlə dilləndi.
Siyahıda adlar oxunduqdan sonra bizi cərgəyə yığdılar və bir saatdan çox beləcə saxladılar. Axşamüstü idi artıq, “Qafan – Bakı” qatarı gəldi və bizim üçün ayrılmış sərnişin vaqonuna mindik. Bizi yola salmağa gedənlər isə başqa vaqonlara bilet almışdılar, bilet ala bilməyənlər də vaqon bələdçiləri ilə dil tapıb yerləşəcəkdilər.
Bələdçinin dediyinə görə Bakıya səhər tezdən çatmalıydıq, amma alatoranlıqda bizi yuxudan oyadıb qatardan düşürtdülər. Öyrəndik ki, bu yerin adı Biləcəridir. Mərkəzi Çağırış məntəqəsi vağzala yaxın olduğundan praporşik Cabbarov bizi cərgəyə düzüb piyada yerişlə ora apardı. Digər rayonlardan gələnlər də bizim kimi, Çağırış məntəsinə piyada gedirdilər.
On beş-iyirmi dəqiqədən sonra artıq Çağırış məntəqəsinin həyətində idik. Həyət adamla dolu idi. Praporşik Cabbarov bizi bir küncdə saxlayıb hara isə getdi. “Heç kim yerindən tərpənməsin” qəti tapşırıq verdi. O, bir neçə dəfə gəlib bizə dəysə də dəqiq heç nə demirdi. Hara gedəcəyimiz, nə vaxt gedəcəyimiz bizə gizli olduğu kimi, deyəsən ona da məlum deyildi. Günortaya yaxın əməlli-başlı üzülmüşdük. Bir yandan aclıq, bir yandan da qeyri-müəyyənlik bizi yormuşdu. Hara olur-olsun, təki göndərsinlər, çıxıb gedək.
Bizimlə birgə ayrı-ayrı bölgələrdən gələnlər, elə şəhərin özündən də olan çağrışçılar günortayacan toplantı məntəqəsinə gözləməli oldular.
-Diqqət, diqqət! – Səsgücləndirici ilə səsləndirilən komanda birdən hamımızı xəyaldan ayırdı.
Tribunaya boyu ilə eni bilinməyən, topa bığları ilə diqqət çəkən bir nəfər üzünü bizə tərəf tutub nə isə demək istəyirdi. Çiynindəki ulduzunu görməsək də zabit olduğunu təxmin etmişdik. Qolunda qırmızı qalın lenti də vardı, bu isə onun növbətçi olduğuna işarəydi.
-Məni diqqətlə dinləyin. İndi adını çəkdiyim çağırışçılar gedib yaxınlarıyla görüşsünlər. Sonra meydançanın sağ tərəfində yazılmış “1” rəqəminin yanında üç cərgə olaraq ard-arda düzülsünlər.
Həyəcanlandığımı hiss etdim, daha onun nə dediklərini xatırlamıram. Adımı eşitçək qaçıb dədəmin yanına getmək onunla tələsmədən görüşmək istəyirdim. Yaxınlarımız, yəni bizi yola salmağa gələnlər harda olduğumuzu bildikləri üçün bizdən çox da uzaqda deyildilər. Odur ki, çağırışçı yoldaşlarımı tərk edib dədəmin yanına getdim. Dədəm diqqətlə gözlərimə baxdı. Nazik, qara şalvarından əvvəlcədən bükdüyü pulu çıxardıb geyindiyim trapes şalvarımın cibinə qoydu.
-Çox olar. Mən bu qədər pulu neyləyəcəm?
-Çox olmaz. Üç yüz manatdır. Hara getdiyiniz bilinmir. Bir də gördün on-on beş gün yol gedəsi oldunuz.
Daha heç nə demədim, razılaşdım.
O vaxtlar trapes şalvarlar, damalı köynəklər modda idi. İndiki kimi fərqli geyimlər dəb deyildi. Qızların geyindiyi donlar da bir-birinə bənzəyirdi. Əksəriyyətinin donu gülü-çiçəyi xatırladırdı.
Hiss edirdim, dədəmin dili söz tutmurdu. Nə isə demək istəyirdi, udqunurdu. Əmin oğlu da kövrəlmişdi. Dədəmə tez-tez “Həsən əmi” deməklə elə bil ürək-dirək verirdi. Dədəm iki barmağıyla gözlərini ovuşdurdu, başını aşağı saldı. Mənim də gözlərim dolmuşdu, ilk dəfə dədəmin sərt baxışlarını görmürdüm. Hamı bir yana, dədəmi qoyub getmək istəmirdim. Yayın istisində xoş olmayan hisslər ürəyimdə tufan qoparırdı. Adımı-soyadımı eşidəndə özümü birtəhər ələ aldım:
-Dədə, salamat qalın, getməliyəm. – Güclə bunları deyə bildim, elə bil mən yola salırdım, məni yola salmırdılar.
Dədəmlə bərk qucaqlaşdıq, sonra əmim oğluyla qucaqlaşıb vidalaşanda dədəmin ağlamağının şahidi olduq.
“Kişi ağlayanda ürəyi qadın ürəyinə bənzəyir” həmişə belə deyərdi dədəm. İndi dədəm onun qəhərləndiyinin şahidi olduğumuzu görcək özünü cəmləşdirdi, üzümə iki dəfə yüngül şillə vurdu, cümlələri arasında məsafə qoya-qoya dedi:
-Köpəkoğlu, adam ol. Oralarda başını cəngələ salıb eləmə. Tez-tez məktub yaz. Nənəngili nayran qoyma, ha!…
Dədəm dərindən köks ötürdü, əliylə sinəmdən yüngülcə itələdi:
-Di get! Sənə yaxşı yol
Əmim oğluyla tələsik bir də görüşdüm. Qırmızı ikarusa minmək üçün onlardan uzaqlaşdım. Yenə pəncərə tərəfdə oturdum. İzdihamlar arasından gah görünən, gah da görünməyən dədəmi axtarırdım. Dədəm əlinin dalıyla gözlərinin yaşını silirdi. Məni gördü, gülümsədi. Əlini ürəyinin üstünə qoyub yüngülcə vurdu. Mən başa düşdüm ki, o, nə demək istəyir. “Atalar oğullarına dayaq olmaq üçün arxa cəbhədə dayanan əsgərlərdir”.
Aeroportdan birinci Moskvaya uçduq. Adını birinci dəfə eşitdiyim Vnukovo aeroportunda on beş respublikadan hərbi xidmətə gələnlər vardı, onların arasında ermənilər də az deyildi. Sovetin vaxtında ermənilərlə düşmənçilikdən söhbət gedə bilməzdi. Erməni milliyyətindən olan qızlarla evlənən azərbaycanlılar da az deyildi. Nadir hallarda bizim qızlardan erməni oğlanla ailə quran olardı. Təzə-təzə böyüklərimiz razı olmazdılar. Elə ermənilərin də ağsaqqalları bu izdivacın əleyhinə idilər. Sevgi isə yeganə hissdir ki, nə millətə baxır, nə də inanca.
Adətlərimiz də bir-birinə oxşayırdı. Dədəm də bir dəfə yanımda demişdi: “O, oğulu silərəm ki, gedib ermənilərdən qız ala”. Mən də, qardaşım da həyat yoldaşlarımızı uşaqlıqdan seçdiyimiz üçün, dədəm də bunu bildiyi üçün, biz tərəfdən arxayınçılıq vardı.
Bir həqiqəti danmaq olmaz. Sevgiyə inandıq, inanmadıq, o hiss nədirsə, qalib gələnə qədər razı olmayanlar birinci öyüd-nəsihət verirlər, xeyri olmayanda sözdə sənə düşmən olurlar. Asırlar, kəsirlər, lazım olanda döyürlər, axırda da şirin çaylarını içirlər. Eşitdiyim Azərbaycan – erməni ailələrin hamısı gec-tez bu mərhələlərdən keçmişdilər.
Hərbi xidmətdə olanacan erməni dostum da olmamışdı. Atamla Qafana gedəndə “salam-sağ ol” üçün erməni tanışlar vardı.
Dədəm dediyi kimi oldu, Moskvadan bizi Uzaq Şərqə, Sakit okean ətrafına, Primorskiy kraya, onların dilində Dalnıy Vostok deyilən bir diyara göndərdilər. Düz on üç gün qatarla yol getdik. Nəhayət, dədəmin verdiyi üç yüz manat pul xərclənib qurtaran günü gəlib bir yerə çatdıq. Bizi hərbi hissəyə gətirib kazarmalarda yerləşdirdilər. Başımızı keçəl qırxdırıb çimizdirəndən sonra əynimizə əsgər paltarı geyindirdilər. Əsgər olub cərgəyə düzüldüyümüz gün, həyatımda, bəlkə də ən çox sevindiyim günlərdən biriydi. Həm, necə deyərlər, “kişilik məktəbində” xidmətə başlayırdım, həm də evdən çıxıb üzücü yol yorğunluğundan, narahatçılıqdan sonra sanki, bir rahatçılıq tapmışdım. Lap dünyanın o başında olsaydım da bilirdim ki, burada hərbi xidmət keçəcəyəm.
Andiçmə mərasimindən sonra bizi rotalara böldülər. Mən birinci rotaya düşmüşdüm. Bizi beton zavoduna işləməyə göndərirdilər. Üç ay beton zavodunda işləyəndən sonra altı aylıq Ussuri körfəzinin qarşısında yerləşən Bolşoy kamen (Böyük daş) şəhərinə ezamiyyətə getdik. Bizdə tikinti hissəsi (stroitelnıy çast) idi. Hərbi hissəmizin nömrəsi indiyəcən yadımda qalıb. Voenniy çast (hərbi hissə) – 63306-da xidmət etmişdim. Hərbi hissədə qaralar çoxuydu, amma iki müsəlman vardı; mən və özbəkistandan gələn bir oğlan. Qalanları Ermənistanın müxtəlif bölgələrindən gələn ermənilər idi. Babkenlə tanışlığımız ordan başlamışdı. Babken Akopyan Qafandan idi. Özü də azərbaycanlıları çox sevirdi. Mənimlə digər ermənilər rus dilində danışanda Babken təklikdə azəricə danışardı. Diksiyasından yenə də erməni olduğu hiss olunurdu. Onu da yazım ki, ermənilərin çoxu bizim dili yaxşı bilirdilər.İndi də bilirlər. Məsələn, bakıda yaşayan ermənilərin diksiyasından erməni olduğunu hiss eləmək olmurdu. Digər erməni uşaqları məni ya zarafata, ya da acığa “ara tork” çağıranda, Babken soyadımı qısaldıb “Mirzə” çağırardı. Maşın sürməyi bacardığım üçün sürücü işləyirdim. Bizim vaxtımızda əsgərlərə işlədiyi üçün ayda üç manat maaş verilirdi.
Millətlərarası düşmənçiliyin olmadığını bilirdik, lakin aramızda bizə nifrət edən ermənilər az deyildi. Qarik Ağayan adlı əsgər yoldaşımızın ilk gündən mənimlə ulduzu barışmamışdı. Onun mənimlə rəftarının yaxşı olub-olmaması vecimə də deyildi. Davamız da düşməzdi.Babken hər ehtimala qarşı bir-neçə dəfə Qarikə görə xəbərdarlıq etmişdi. Mən isə onun hər dəfəsində Babkenin dediklərini qəribçiliyə salırdım:
-Babken, o, mənə nə edə bilər? Belə də ki, nə etsə, ikiqat da cavabını alacaq.
Hər dəfəsində də başını yüngülcə yelləyər, erməniləri yaxşı tanımadığımı tez-tez deyərdi. Bəzən elə bilirdim Babkenin bizimlə qarışığı var. Əslində, fərqli millətdən olmağımızın ikimiz üçün də heç bir əhəmiyyəti yox idi. Birlikdə çörək kəsmişdik, bir-birimizə qardaş, sirdaş olmuşduq. Arada zarafatıma salırdım; “ Babken, bir gün düşmən olsaq, məni öldürüb eləmərsən ki? ”
– Səyləmə ə, Mirzə – əsəbi cavabımı verərdi. Babken tez özündən çıxan adam olduğu üçün onu cırnatmaq xoşuma gəlirdi. Üzüdönük olmadığını yoxsa mən də bilirdim.
Lakin ermənilərin fürsət düşəndə üzlərinin necə döndüyünü növbəti il aprelin 23-də gördüm. Bizə beton zavodun yaxınlığında köhnə bağçada yer vermişdilər. Kazarma əvəzi istifadə edirdik.
Həmin gün səhər-səhər işə gedirdim. Təxminən 30-40 erməni yoldaşımızın kazarmada qalıb nə isə hazırlıq gördüklərinin şahidi oldum. Kimisi ət doğrayırdı, kimisi samovarda çay dəmləyirdi, kimisi yandırmaq üçün odunları bir kənara yığırdı.
Ayda bir dəfə hər birimizin evindən bizə pay-pürüş, pul göndərilirdi. Həftədə bir dəfə məktub yazıb göndərmək adətimiz olmuşdu. Evdən gələn pullarla ən çox bir-birimizin ad gününə hədiyyə alar, kef məclisi qurardıq. O gün də elə bildim kiminsə ad günüdür. Həmin günəcən elə bilirdim, aramızda millət söhbəti yoxdur. Qarik də kazarmada qalmışdı. Babken hazırlıq görən ermənilərə gözlərini qıyaraq şübhəylə baxması da məni şübhəyə salmamışdı.Babkendən soruşdum:
-Bu gün kimin ad günüdür?
Babken məndən bir az qabağa düşdü.
-Heç kimin!
-Onda niyə toplaşıblar? Nəyə hazırlaşırlar?
Babken sualıma cavab vermədi. Axşam da məndən əvvəl işdən çıxıb kazarmaya gəlmişdi. Qanı qaralmışdı, ara vermədən bir-birinin ardınca siqaret çəkməyindən bilirdim. Bir siqaret də mən yandırdım, səhər verdiyim sualı təkrarladım.
-Nə məsələdir, Babken? Səhər sualıma niyə cavab vermədin?
Babken üzümə də baxmadı.
-Yağış yağacaq, Mirzə.
Mən də pəncərədən çölə baxdım.
-Bilirəm. Aprel ayıdır də, yağmalıdır. Bir də mən gələndə damcılayırdı.
Bu dəfə Babken gözlərimə baxdı, elə bildi ki, mən nə isə bilirəm.
-Sabah Andranikin günüdür.
Hər şey mənə aydın oldu.
-Sizin məşhur Andraniki deyirsən? Hə də, siz axı hər il yeyib-içməklə onun matəmini saxlayırsız.
Babken başını yelləyib pəncərənin yanından uzaqlaşdı, çarpayısında oturdu.
-Sən necə də sadəlövhsən. Hələ də heç nə bilmirsən, tork.
Təəccüblənmişdim, o, ilk dəfəydi ki, mənə “tork” deyə müraciət edirdi.
-Onlar səni öldürmək istəyirlər. Andranikin qulağını bilirsən də kim kəsib?
Babkenin sualına cavab vermirdim. Əsgər yoldaşlarımın məni öldürmək planı qanımı dondurmuşdu. Babken danışmağa davam edirdi:
– Görürsən? Heç nə bilmirsən, Mirzə.Amma biz sizin tarixinizi yeri gələndə sizdən yaxşı bilirik. Andranik erməni, bolqar xalqı üçün qəhrəmandır.
– Azərbaycan, türk xalqı üçün də satqındır. Uşaq, qoca, qadın qatilidir. Erməni general dostu olmasaydı, bolqarlar onu qəhrəman görməzdilər.Narahat olma, biz də sizin tarixi pis bilmirik. Hardadı o əclaf? Görüm hansı köpəkoğlu məni öldürəcək?
İxtiyarsız səsimi yüksəltmişdim, qan başıma vurmuşdu. Qariki yumruqlarımın altında əzişdirmək istəyirdim. Babken qarşımda dayanıb, məni sakitləşdirməyə çalışırdı:
– Mirzə, xahiş edirəm, məni deməyimə peşman eləmə. Onlar çoxdur, sən təksən. Lap mən də sənin yanında olacam. Sonra? Ağılla hərəkət eləmək lazımdır. Bu məsələni sakit həll etməliyik.
Babken haqlı idi. Coşmaqla məsələni həll eləmək olmazdı. Babken guya məni sakitləşdirmək üçün zarafat elədi.
– Sizinkilər sənə qoymağa ad tapmadı, Mirzə?
Özümü birtəhər ələ aldım, yenə də hirsli idim.
– Dədəm elə adımı Soltan bəyin şərəfinə qoyub, Babken. Onların planı nədir?
– Səni birinci yeyib-içməyə çağıracaqlar, sonra da öldürəcəklər.
Hirsimdən güldüm.
-Nə danışırsan? Üstündən gör neçə il keçib,bir-birimizə qız alıb verən millətik, bunların planına bax! Bunu eləməyə dal lazımdı e!… Tutaq ki, məni öldürdülər. Sonra nə cavab verəcəklər?
Babken oturdu,iki barmağı arasında külə dönmüş siqaretini batinkasının altında söndürdü, bu dəfə rus dilində dedi:
– Nə olsun mehriban yaşayırıq.Hər il Andranikin şərəfinə mütləq bir tork öldürülür. Ya toka verərlər, ya zəhərləyərlər, ya da maşın qəzasına salarlar.
Babken ayağa qalxdı, mənə yaxınlaşıb qolumdan tutdu. Səsi titrəyirdi.
-Mirzə, səni çox istəyirəm. Mənə sirdaş, qardaş olmuşuq.Yalvarıram, tərslik eləmə. Qaç çasta, iki-üç günə qayıdarsan.
-Bəs, məni axtarmayacaqlar?
-Nə axtarmaq? Mirzə, başa düşmürsən ki, səni öldürəcəklər? Onlar danışanda eşitmişəm.
-Bəs sən?
Babken bu dəfə bizim dilimizdə danışdı.
-Narahat olma, erməni erməniyə heç nə etməz.
Bizim altı rotamuz vardı. Beşi qalmışdı Novanejin şəhərində. Qarikgilin başı qarışanda Babken qaçmağıma kömək etdi. Sərnişin qatarına minənəcən məni gözlədi, sonra qayıtdı kazarmaya.
İki saatdan sonra, axşam saat səkkizdə qatardan Novanejində düşdüm. Yaxın olduğu üçün çasta piyada gəldim. Ordakı Azərbaycan uşaqları gəlişimə təəccüblənmişdilər. Niyə gəldiyimi soruşanda erməni əsgər yoldaşlarımın planlarından danışdım. Çastda erməni uşaqları da dediklərimi təsdiqlədilər, Andranikin şərəfinə mütləq bir türk qurban seçildiyini, qaçmaqla düz hərəkət etdiyimi dedilər.
Babkenin təhlükəsizliyi üçün haqqında bir kəlmə də olsun danışmadım. Üç gündən sonra öz çastımıza qayıtdım. Qapı ağzında Qariklə bir neçə erməni yoldaşları söhbət edirdilər. Qarik məni görən kimi gülümsədi. Gülümsəyəndə üzündə qəribə mimikalar yaranırdı. Rus dilində dedi:
-Neçə gündür görünmürsən, Soltan bəy.
Xəyalımda əclafa yaxınlaşıb çənəsinin altından bir yumruq vurdum. Yaxınlaşdım, heç nə olmayıbmış kimi Qarik mənə əl uzatdı. Mən də öz növbəmdə əl uzatdım Qarikə də, o biri ermənilərə də. Rus dilində salamlaşdım:
-Yerlilərim gəlmişdi, onlara baş çəkməyə getmişdim.
Qarik qələbə qazanmış adam kimi güldü.
-Sən çoxbilmiş adamsan, Mirzəyev. Burda qalsaydın, səhərəcən yeyib içərdik.
Gülümsədim, onun çiyninə iki dəfə yüngülcə vurdum.
-Elə bil ki, yeyib içmişəm, Ağayan. Sağ olun. – Sakitcə onlardan uzaqlaşmışdım ki, Qarikin axırıncı sözləri ayaqlarımı yerdən kəsdi.
-Babkeni axtarma. Pilləkanlardan yıxılıb, yaxınlıqdakı xəstəxanadadır.
Qarikə yaxınlaşdım, hirsimi cilovlaya bilmədim, yaxasından yapışdım. Yanımdakı ermənilər bizi ayırmaq üçün aramıza girdilər. Qolumdan tutan erməni:
-Mirzəyev, sakitləş. – dedi.
O biri erməninin erməni dilində Qarikə dediyi sözlərini eşitdim:
– İsk hangarts mer handep bogoki!
Qarik astadan cavab verdi:
-Mi vaxestir yerkusnel cen karoq apatsutsel.
Günorta Babkeni görməyə getdim, eşitdiklərimi ona təkrarlayanda bildim ki, onlar şikayət edib-etməyəcəyimiz barədə narahatdılar. Əclaflar Babkenin bədənində demək olar, barmaq qoymağa ağ yer qoymamışdılar. Axşam məni “yeyib-içməyə” çağıranda tapa bilməyiblər, Babkendən şübhələniblər. Sonra da onu o ki var döyüb, pilləkanlardan itələyiblər. Babken mənimlə danışanda əvvəlcə özünü güclə toplayırdı:
-Mirzə, mən axmaqlıq elədim. Gərək səninlə gedəydim.
Babkenin şikayət etməməsi məni ikiqat əsəbləşdirirdi:
-Babken, niyə şikayət eləmirsən?
Babken gülümsədi:
-Alınmaz, qardaşım. Deyəcəklər, erməni erməniylə yola getmir.
-İncimə, Babken, millətinin murdar nümayəndələri çoxdur.
Babken gülməyə çalışır, nəfəsi daralırdı, ancaq yenə də ermənilərin tərəfini saxlamaqdan qalmırdı.
-Dediyin murdarlardan hər yerdə var.
Yenə də bu hadisəylə Babken kimi barışa bilmirdim. Qariki görməyə gözüm yox idi. Məni görəndə bir-neçə dəfə salam verdi, cavab da vermədim. Ona da, onunla əlbir olan ermənilərə də!…
Babken xəstəxanadan çıxdı. Məsləhətləşdik, məzuniyyətimin bitməyini gözləmədim. Ərizə yazdım, Novanejna şəhərinə – çasta gəldim. Komandirimiz asetin millətindən idi. Məni kərpic zavodda işləməyə göndərdi. Orda yaşca məndən böyük olan Natalya adlı bir qızla tanış oldum. Gözəlliyi bir tərəfə, mülayim xasiyyəti də məni özünə bağlamışdı. Niyə yalan deyim, çox istərdim, ona qarşı olan hisslərim İlknura qarşı olan sevgimi üstələsin, alınmadı. Hərbi xidmətimizi başa vuranacan münasibətimiz davam etdi.
Akarada düşəndə məni Bakıdan yola salan əmim oğluyla qardaşım qarşıladılar. Gözüm isə, dədəmi axtarırdı:
-Dədəm niyə gəlmədi?
Əmim oğlu cavab verdi:
-Evdə səni gözləyir.
Əslində, dədəmlə bağlı xatirələrimi yazmaq mənim üçün çox ağırdır. Həyətə girəndə nənəm, bacılarım məni gözlərinin yaşını tökə-tökə qarşıladılar. Dədəmi yenə görmədim.
-Dədəm hanı?
Qardaşımın gözləri dolmuşdu, nənəm hönkürtü ilə ağladı. Əmim oğlu həqiqəti udquna-udquna deyənəcən artıq hər şeyi başa düşmüşdüm.
-Həyatdı, əmi oğlu.
Dizlərimi nə vaxt yerə qoyduğumu xatırlamıram. Üzümü ovuclarımda gizlətdim, ürəyim yerindən çıxanacan hönkürtüylə ağladım. Dədəm məni yola salanacan keçirdiyim xoşagəlməz hisslərin nə olduğunu o gün dərk elədim. Son bir ildə niyə mənə gec-gec məktub gəldiyini də!…
Dədəmin boynunu qucaqlamaq yox, iyulda rəhmətə getdiyi üçün ilini vermək qismət oldu.
Dədəm bir gecə yatmış, bir səhər isə ayılmamışdı.
Daha bir il keçdi. Bu bir ildə həyatımda çox şeylər dəyişdi. İlknur sevgimə müsbət cavab vermişdi. Xoş anlar yaşatmaqla yaddaşımda qalan Natalya ilə arada məktublaşırdıq.
Bir gün isə sırf təsadüfdən Qafanda Babken ilə qarşılaşdıq. Saakyan küçəsiylə gedəndə bir nəfər arxadan gözlərimi yumdu. Günəşin şüalarını barmaqlarının arasından fərq elədim. Səsindən Babken olduğunu bildim. Görüşdük, qucaqlaşdıq, birlikdə “Zəngəzur” restoranına getdik. Əsgərlik xatirələrindən danışdıqca yüz-yüz vururduq. Babken mənimlə yenə də mənim dilimdə danışırdı.
-Babken, sənin vallah, bizimkilərlə qarışığın var! – deyib rumkamı rumkasına yüngülcə vurdum.
-Yox Mirzə, təmiz erməniyəm. Saf millətsiz deyə, sizləri çox istəyirəm. Gələn ay Rusetə köçürəm. Yerimi rahatlayım, sənə məktub yazacam.
Babken dediyi kimi də elədi. Rusiyaya köçdü, ancaq ondan məktub gəlmədi. Qafanda onu tanıyan erməni tanışım da yox idi ki, haqqında nə isə öyrənə bilim.
Babken bir həqiqəti düz deyirdi. Ermənilər çox fürsətçil millətdir. Sovet höküməti dağılandan sonra onların üzünü Azərbaycan gördü. Bugün onlar Qarabağı işğal ediblər. Əslində, Qarabağın hansı ölkəyə məxsus olduğu dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənilər məskunlaşdığı üçün onların adı çəkilir.Tərslikdən nağıllarda oxuduğumuz cinin canı şüşədə olan kimi,bizim də uğurumuz-uğursuzluğumuz ermənilərə himayə edən ölkədən asılıdır.
Qızım kimi internetdən nə anlayışım, nə də marağım yoxdur. Arada you tube girib ya saz çalan aşıqları dinləyərəm, ya da gedə bilmədiyim rayonlarımıza baxaram. Qubadlıya aid videolara baxanda dədəmin qəbri yadıma düşür, uşaq kimi ağlayıram. Bircə təsəllim odur ki, erməni Babken bu gün öz millətinə məndən iki dəfə artıq nifrət edir.
12.03.2017

Son

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Hakim əmi, azadlıq
(hekayə)

<<<< Əvvəli burada

Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
-Qurban olum, Turan…
Turan qoluyla arvadını itələdi.
-Çəkil. Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
-Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək. -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de. Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
-Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
-Nə danışırsan, az sən? Çəkil qabağımdan.
-Yalvarıram əlini mundarın qanına bulama.
-Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
-Onu başa salmaq olar? Ayı boydadır.
Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
Turan qonşusunun qapısını yumruqlayırdı.
-Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
-Ay Turannn…. Sus, camaatdan ayıbdı.
Turan arvadının əlini itələdi
-Səndə çəkil o tərəfə.
Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
-Nə olub ə? Meşədəsən?
Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
-Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
-Qatil… Qatiiil… – qışqırırdı.
İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı… Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmış, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
-Qızım, baş vermiş hadisəni bizə danışa bilərsən?
Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdi. Nilufər susurdu. Hakim sualını təkrarladı.
-Qızım, özünü yaxşı hiss edirsən?
Nilufər kövrəldi.
-Yaxşıyam, hakim əmi.
“Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
Nilufər hakimə baxdı.
-Sizdən bir xahişim olacaq, hakim əmi.
-Buyur, qızım.
-Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
Hər kəs təəccübləndi.
-Mən jurnalistlərə sənə görə icazə vermədim.
-Xahiş edirəm, hakim əmi.
Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
-Juranlistləri çağırın.
-Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
-Peşmanam, hakim əmi.
Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
-Anama o adamın elədiklərini deməyimə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim. -Sonra necə oldu dedin?
-O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Bilirsizmi, anama danışmasaydım, nə olardı?
-Nə olardı? – hakim soruşdu.
-Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
-Atan səni çox istəyir, qızım.
Nilufər sualını təkrarladı.
-Atam yaxşı insandı, hakim əmi?
-Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
Nilufər hakimin cavabını təsdiqlədi.
-Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
Nilufər bir qədər susduqdan sonra davam elədi.
-Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
-Sakit… Davam elə, qızım.
-Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
Hakim də kövrəlmişdi.
-Belə danışmağı sənə kim öyrədib, qızım?
-Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin. Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı. -Əyləşə bilərsən, qızım.
-Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir. Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
Nilufər gözlərini açanda artıq məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası… Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı… İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik fahişələri gətirdiyini etiraf eləmişdi. Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

Son

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

Hakim əmi, azadlıq
(hekayə)

Gah birinci mərtəbədə yaşayan qonşusu – təxminən yaşı qırxı keçmiş qarınlı, üzü azca tüklü, qalın dodaqlı, burnu incə, uzunboylu yekəpər kişiyə, gah blokun çıxacağına, gah da bir az cəsarətini toplasa evinə; üçüncü mərtəbəyə aparacaq pilləkənlərə baxırdı. Anası onu çörək almağa göndərmişdi. Daha doğrusu, atası işə gecikdiyi günlər on yaşlı Nilufər onun əvəzinə yaşadığı beşmərtəbəli binanın altındakı marketdən çörək, artıq qalan pulla özünə şokolad, ya da saqqız alardı. Bir həftədən çoxdu çörək almağa könülsüz gedirdi. Hər səhər qorxduğu yekəpər qonşusu onu blokun ağzında qarşılayırdı. “Dayı” dediyi yekəpər o biri qonşular kimi baxmırdı ona…
Qonşu binada cavan gəlin var, qaranlıq düşənəcən tək yaşayır. Gecənin bir vaxtından sonra yenidən tənha qalırdı. Hər gün otağının pəncərəsindən və ya həyətdə rəfiqələriylə oynayanda, o cavan gəlini kimsə bahalı maşınla evinə gətirəndə görürdü Nilufər. Həyətdəki kişilər bu yekəpər kişi kimi baxırdı o gəlinə. Bu baxışlar o baxışlara çox bənzəyirdi. Yaşıdlarından bir az hündür olan Nilufər günlərcə onu gözləyən yekəpərin yanından keçəndə, kobud əliylə onun hələ yetişməmiş sinəsini koftasının üstündən əlləməyə çalışması qızı iyrəndirmişdi. Yekəpərin bir əli şalvarının cibində, bir əli qız uşağının sinəsində, qarnında gəzirdi. Qolsuz köynəyinin yaxasının üç düyməsini əvvəlcədən açıb tüklü sinəsini qıza göstərir, təzə düzəltdirdiyi dişlərini ağardırdı. -Günorta gəl bizə, dayı sənə qonaqlıq versin. Xalidə xalan da evdə olacaq, qorxma…
Yazıq qız özünü yekəpərin əlindən bacardığı qədər tez xilas edər, çörəyi alandan sonra küçədən kiminsə binaya girməsini gözləyərdi ki, o adamla daxil olub, tez evlərinə qaça bilsin.
Nilufər iki daşın arasında qalmışdı. Anasına “Çörək almaq istəmirəm” desəydi, çox sual verəcəkdi. Atası neçə dəfə deyəndə eşitmişdi “Anası tərsdi”…
Bu gün yenə atası işə gecikmiş, yenə çörəyi Nilufər almalıydı. Anasından pulu aldıqdan sonra evdən çıxdı, qapını astaca örtməyə çalışdı, alınmadı. Unutmuşdu, seyf qapıydı, avtomatik özü bağlanır, açarın yoxdursa, kimsə içəridən açmalıdır.
Aşağı mərtəbədən qapının açılıb-örtüldüyünü eşidən qızcığaz qorxdu, pulu şalvarının cibinə qoyub qapını döydü. Elə bildi, yekəpər kişi gəlib qolundan dartacaq, evinəcən sürüyəcək. Uşaq yaddaşı güclü olur. Yekəpərin indiyəcən etdiklərini gözünün qabağına gətirəndə, qorxu vücudunu titrədirdi. Yasəmən qapını açdı, qızını əliboş gördü.
-Hələ çörək almamısan?
-Yadımdan çıxıb, pul içəridə qalıb.
-Göyərti də alarsan. – anası mətbəxə keçdi.
Hamamla mətbəx yanbayan olduğundan Nilufər üçün hamamda anasını gizlicə güdmək asanıydı. Anası eyvana paltarları sərməyə çıxan zaman mətbəx qapısını astaca örtdü, dovşan bəzəyi vurulmuş evdə geyindiyi şəpşəpinin birini götürüb evin qapısını açdı. Şəpşəpini qapıyla bağlanan yerin arasına qoydu. Asta addımlarla ikinci mərtəbəyəcən düşməyə çalışırdı. Birinci mərtəbədən yenə açılıb-bağlanan qapı səsini eşitdi. Deyəsən, yekəpər onun aşağı düşməsindən əlini üzmüşdü. Nilufər yekəpəri yaşadıqları binaya yaraşdırmırdı. Bir gün qəfildən yekəpərin yoxa çıxması ən böyük diləyidir. Qızcığaz üç pilləkən də aşağı düşdü. Dili ağzında titrəyə-titrəyə ürəyində Allaha yalvarırdı. Əllərini iki döşünün arasında yumruq formasında birləşdirmişdi. Yekəpərin qapısı qonşu qapısıyla üz-üzəydi. Qapının yanına çatdı, nəfəs almağı saxladı. Dabanını qaldırıb pəncəsinin üstündə qapının yanından keçməyə çalışdı. Neçə il həbsdə yatmış, azadlığı həsrətlə gözləyən məhbus kimi hiss elədi özünü. Niyyəti baxışları qədər qorxulu olan yekəpərin ucbatından uşaq düşüncəsini də itirmişdi. Yaşıdlarıyla oynamaq da istəmirdi.
Qapı açıldı, yekəpər qonşu qapı ağzında göründü.
-Sabahın xeyir, gözəlim. – Kobud səsiylə getmək istəyən uşağın ayaqlarını saxlamağa məcbur elədi.
Qorxu elə hissdir ki, ya getmək istəyərsən, gedə bilmərsən, ya elə bilərsən ayaqların yerli-dibli yoxdur, ya da ürəyinin dayanmasını arzulayarsan.
Nilufər yekəpərə baxdı. Qız onun gözlərində niyyətini, o isə qızın gözlərində qorxunu oxudu. Nilufər ayaqlarını tərpədə bilmirdi. Göz bəbəkləri böyümüşdü. Yekəpər yenə dişlərini ağartmış, yenə ağzında dili göbəyiylə birlikdə səssiz hərəkət edirdi. Bu dəfə yekəpər istəyini bir az da qabartdı. Astaca qıza yaxınlaşdı, kobud əlləriylə uşağın çanağını sığalladı.
-Pambıqdır. Bu dəfə səni buraxmaram. – deyib qəfildən qızın belini qucaqladı, hərəkətsiz ayaqlarını yerdən göyə qaldırdı.
Qorxusu Nilufəri qışqırmağa sövq etdi. Necə qışqırdı, qızcığaz özü də anlamadı, yekəpər də… Hər dəfə qıza toxunanda hədələmək susması üçün birinci silahıydı. Bunu gözləmirdi, cəld qızı yerə atdı, evinə girib qapısını bağladı. Qızın iki qıçının arasından boz şalvarının islandığı açıqca bilinirdi. Hər səhər Nilufər anasının tapşırığıyla iki stəkan su içirdi. Rahatladıqca qız döşəməyə baxır, sidiyi beton pilləkəndən pilləkənə süzülürdü. Ayağa çətinliklə qalxdı, axsayırdı. Axsaya-axsaya pilləkənləri bir-bir yuxarı çıxdı. Evin qapısı bağlanmamışdı. Qapının ağzına gələndə dizləri büküldü, taqəti qalmamışdı, səsli ağladı. Yasəmən qızının səsinə mətbəxdən çıxdı. Şəpşəpini ayağıyla kənara çəkib qapını tam açdı. Qızını yerdə görəndə həyəcandan dili-dodağı əsdi.

-Nili, sən niyə yerdəsən? Nə olub?
Nilufər anasına cavab verəcək halda deyildi. Anası onu ayağa qaldırmaq üçün qolundan tutdu.
-Hamama keç. Sakitləş, ağlama.
Nilufər anasıyla hamama keçdi, qızının axsadığını görən ananın ağlına pis heç nə gəlmədi.
-Harda yıxılmısan?
Nilufər yenə cavab vermirdi. İslatdığı şalvarına baxırdı. Yasəmən hamamdan çıxdı, bir qədər keçdikdən sonra əlində iki dərman, bir stəkan suyla qayıtdı.
-Bunu iç, özünə gəl. Rəngin-urfun da qaçıb.
Nilufər anasının dediklərini edirdi. Onun istəyiylə şalvarını, güllü tumanını çıxartdı. Ana suyla qızını beldən aşağı yuduqdan sonra məhrəbanı belinə doladı. Mətbəxə keçdilər. Qız stulda oturana qədər ağlayırdı, danışa bilmirdi. Yasəmənin narahatçılığı artırdı. Qızı yıxıldığına görə ağlayana oxşamırdı. -Qızım, nə oldu axı? De görüm kim qorxudub səni?
Qız susduqca ana təmkinini pozmamağa çalışırdı, suallarını təkrarladı.
-Nili, mənə bax. Bax mənə… Nə olub? Kimdən qaçmısan?
Qız anasının gözlərinə, sonra sağa əyilib evin qapısına baxdı. Bağlı olub-olmadığını dəqiqləşdirmək istəyirdi.
-A-na…
-Haycan
Nilufər anasını qucaqlayıb başını qarnının üstünə qoydu, yenidən ağladı. Yasəmənin hövsələsi daralırdı. -Qızım, nə olub? Qorxma, danış. Atanı çağıracam, qorxma.
Yasəmən qızının gözlərinə baxdı.
-Anan qurban, de görüm nə olub?
Nilufər içini çəkə-çəkə dedi:
-Ana, aşağıdakı dayı məni …
Anası gözlərini bərəltdi:
-Hansı dayı? – Qızının cümləsini bitirməyinə hövsələsi çatmadı…
Yasəmən ərinin axşam gəlməsini gözləyə bilmədi. Aşağı düşüb “Şərəfsiz” dediyi qonşusunun da payını verə bilməzdi. Qızının adına söz gələ bilərdi. Şəhərdə insanlar arasında baş verənlər tez unudulur, bilirdi. Yenə də olmaz. Heç kim qızının başına gələnlərdən xəbər tutmamalıdır. Adamı ikisi istəyəndə, üçü istəmir. Bax, o üçü heç vaxt heç nəyi unutmayacaq. Lap istəməyən üç adam da hər şeyi başa düşdü. Yasəmən qadınıydı, yekəpərə güc gələ bilməzdi.
Ev telefonuyla ərini yığdı. Əvvəlcə sakit, sonra ağlayaraq danışır, üstəlik, yumruğuyla sağ budunu yüngülcə döyəcləyirdi.
Nilufər başqa şalvarı əynində, yatağında əyləşmiş düşünürdü. Daha ağlamırdı. Atasının onu danlayıb-danlamayacağını fikirləşirdi. Anasına deməkdə düz hərəkətmi elədi? Bəs deməsəydi? Qonşudakı gəlini gözünün qabağına gətirdi… Xəyalında ancaq o canlanırdı.

Ardı var…

>>>> Ardı burada

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – “QIRMIZI YARPAQLI AĞAC” HEKAYƏSİ

ZAUR USTACIN YAZILARI

QIRMIZI YARPAQLI AĞAC
(hekayə)
2021-ci ilin adi payız günlərindən biri idi. Əslində bəlkə də bu gün heç adi gün deyil, sadəcə belə deməyə öyrənmişik. Payızın artıq son günləri olmasına rəğmən günəşli gün idi. Kimlər üçünsə gün hələ indi başlasa da mən onu artıq demək olar ki, tamamlamışdm. Dünən axşamdan iş başındayam. Artıq yorulduğumu hiss edib telefonda saata baxdım. 03.12.2021 Cümə günü 10:01. Mən yazı masamın arxasında oturanda hələ 02.12.2021 idi. Artıq buz kimi olmuş çayımın son damlalarını da udumlayıb, masadan qalxdım. Əlimdə fincan mətbəxə keçdim. Fincanı yaxalayıb, başı aşağı mətbəx masasındakı məcməyiyə qoydum və pəncərədən küçəyə, daha doğrusu havaya baxmağa başladım. Hava adama gəl-gəl deyirdi. Nazik qara yelliyimi geyinib aşağı düşdüm. Hava o qədər xoş idi ki, başıma nəsə qoymağa ehtiyac duymadım. Gəzə-gəzə gəlib Akademiya Bağına çatdım. Bura demək olar ki, Bakının gözü sayıla biləcək əsas xiyabanlarından birinin tən ortasında yerləşən böyük bağdır. Həm Elmlər Akademiyası metro stansiyası, həm də Elmlər Akademiyası özü və bir çox institutları bu ərazidə yerləşir. Səhər-axşam bu bağda çoxlu sayda insanların gəzişdiyini görmək olar. Pandemiya ilə əlaqədar sərt karantin günlərində bağa giriş yasaqlansa da hal-hazırda elə bir qadağa yoxdur. İnsanlar yenə səhər-axşam maneəsiz olaraq burada öz ehtiyaclarını ödəyirlər. Necə deyərlər şəhərin ən ucqar guşələrindən maşınlarla bu bağda gəzməyə gələnlər də daxil olmaqla yaxın ətrafda yaşayan insanlar bu bağda gəzməyi sözün əsl mənasında hələ anasının qarnında öyrənir və uşaq arabasından başlamış ta əlil arabasına qədər bütün həyatı boyu davam edir. Bu bağda adax-çiçək eləməyi, qaçmağı, şeir əzbərləməyi, sevişməyi, şeir yazmağı, qocalmağı öyrənirlər. Bir sözlə bu bağ elə əsl həyat məktəbi, akademiyasıdır. Mənim də digər insanlardan elə bir fərqim yoxdur. Ən azı gündə bir dəfə, ya səhər, ya da axşam bu bağda təxminən 2 saat gəzməsəm olmaz. Müxtəlif səbəblərdən əgər bu gəzinti alınmasa, sanki həmin gün tamamlanmamış qalır. Adətim üzrə Texniki Universitet tərəfdən bağa girib öz marşrut istiqamətimdə hərəkətə başladım. Adətən bağa girən kimi telefonda saata baxıram, 10:20 idi. İynəyarpaqların altından keçəndə payız hiss olunmasa da, tut, palıd, qaraağaclar olan hissəyə çatanda günəş şüaları altında daha da cazibədar görünən sarılı, qırmızılı müxtəlif rəngli yarpaqlar insanın ruhunu oxşayır. Qeyri-iradi nə vaxtsa oxuduğum şeirdən “Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl…” misralarını xatırladım. Payızın qıpqırmızı yarpaqlarla bəzəyib amansız qışın görüşünə hazırladığı orta boylu bir ağacın altında dayandım. Hələ məktəbli vaxtlarımdan botanika və coğrafiya fənlərindən həmişə “5” alsam da bu ağacın adını yadıma sala bilmədim. Sadəcə onun görünüşü, bu halı diqqətimi həmişə cəlb edirdi. Mən də onun yanından keçəndə ayaq saxlar, səsizcə iki doğma şəxs kimi dərdləşər, sonra da sükutla, bir az da hüznlə ayrılardıq. Son günlər, yəni yarpaqları qızarmağa başlayandan hər bu ağacı görən kimi artıq uzun müddət üzərində işlədiyim, bir türlü bitirə bilmədiyim “Zabitlər” povesti, daha doğrusu oradakı ümumiləşdirilmiş zabit obrazı gəlib durur gözümün qabağında… Qarlı qışı qarşılamağa qırmızı yarpaqlarla bəzənib-düzənmiş halda hazırlaşmış, yaşıl vaxtlarından daha ötkəm, daha qürurlu olan bu ağacı əsərimin qəhrəmanına bənzədirdim. “Deyirəm, bu zabit peşəsi də çox qəribə peşədir, bir ömür boyu əlləşib-vuruşub, min bir əziyyət bahasına nə vaxt səni haqlayacaq güllənin görüşünə hazırlaşırsan… Eynən amansız qarlı qışın görüşünə qırmızı yarpaqlarla bəzənib-düzənib hazırlaşan bu adsız ağac kimi…” – düşünə-düşünə adsız ağacdan aralanıb yoluma marşrut üzrə davam edirdim ki, ani olaraq gözümə sataşan mənzərə diqqətimi cəlb etdi. Orta boylu dolu bir oğlan ondan nisbətən hündür şumal digər bir cavanın əlindən tutub addım atmasına, yeriməsinə yardım etməyə çalışırdı. Əslində buna əlindən tutmaq demək olmazdı. İkisi də hardasa yaşıd olardılar. Orta boylu oğlan bütün bədəni və var gücü ilə ucaboylu oğlana dayaq olmağa çalışsa da bu onda yaxşı alınmırdı. Açıq-aydın hiss olunurdu ki, gücü çatmır. Qardaşa da oxşamırdılar. Tamam fərqli fizionomiyaya malik iki şəxs idi. Hətta elə ilk baxışdaca ayrı-ayrı millətin nümayəndələri olduğu aydın sezilirdi. Nə qədər arıqlamış olsa da qarabuğdayı hündür oğlanın şux qaməti, əzələli bədənli, bir az da zəhimli görünüşü sarıyanız ortaboylu, dolu bədənli oğlandan çox fərqlənirdi. Sarıyanız oğlanın “…ha qeyrət, ha qeyrət qardaş” kəlmələri aydın eşidilirdi. Qarabuğdayı hündür oğlan isə böyük tərəddüdlər içərisində nə qədər addım atmağa çalışsa da bu onda heç cür alınmırdı. Yaxınlıqda ağ maşın dayanmışdı. Sarıyanız ortaboylu oğlan arada qanrılıb maşına tərəf baxır nəsə narahat görünürdü. “Yəqin ki, ondan düşüblər” fikri keçdi eynimdən. Onların tuşuna çatana qədər:
“Qazi qardaş, səndələmə, mətin ol,
Bu torpağın altı, üstü sənindir!
Addımını ürəklə at, şax yeri,
Bu torpağın altı, üstü sənindir!
* * *
Altda qalan, “üzü bərkdir” deyilən,
Yerli-yersiz harda gəldi söyülən,
Dağı, daşı “əppək” kimi yeyilən,
Bu torpağın altı, üstü sənindir!”
Bu misralar süzülüb keçdi ruhumun süzgəcindən. Sarıyanızın “Qardaş, qardaş”- deyə məni haylaması ilham pərisini hürkütdüyünə görə şeir yarımçıq qaldı. Oğlanın yəqin ki, artıq üçüncü “Qardaş”ı idi ki, məni sanki yuxudan oyatdı. “Qardaş, zəhmət olmasa yardım et,”- mən onların tuşuna çatıb dayananda sarıyanız oğlan bir daha mənə müraciət etdi. Cəld dönüb onlara tərəf getdim. Və çata-çata: “Salam! Allah köməyiniz olsun! Necə yardımçı ola bilərəm?”- deyə soruşdum.
– Zəhmət olmasa, siz qardaşın qolundan ikicə dəqiqəlik tutun, mən maşının yük yerindən bir-iki şey götürməliyəm. Həm də hələ qapıları bağlamamışam, – deyə yardım etməyimi istədi. Maşın sovetin istehsalı olan ağ rəngli “06” idi.
– Buyurun, – deyə ucaboylu oğlanın qolundan yapışdım. Və elə o andaca onu belə saxlaya bilməyəcəyimi anladım. Eynən sarıyanız oğlan kimi bütün bədənimlə dayaq duraraq, onu güclə ayaqda saxlayır və addım atmasına yardımçı olmağa çalışırdım. Oğlanın nə qədər zəif və gücsüz olmasına baxmayaraq, hazırlıqlı adam olması hər halından bəli idi. Məlum döyüşlərdə yaralanıb-yaralanmadığını dəqiqləşdirmək istəyim nə qədər güclü olsa da, marağımı boğurdum. Ancaq oğlanın üzündəki ifadə sadəcə: “Dost, niyə belə üzgünsən?”- ifadəsinin lap deyə dilimdən çıxmasına səbəb oldu.
– Deyiləsi dərd deyil, müəllim. Boş ver, – dedi və çətinliklə olsa da yavaş-yavaş addımlamağa başladıq.
– Yenə də, – deyə sözgəlişi yenə soruşdum. Müsahibim arada yüngülcə səndələsə də getdikcə addımlarını yeyinləşdirir, daha ürəkli təsir bağışlayırdı.
– Nə bilim, Vallah.
– Allah köməyiniz olsun. Özünüzü sıxmayın. Həm də paylaşmaq adama yüngüllük gətirir. Bir də görürəm, hərbçiyə oxşayırsınız. Allah bütün mərd oğullara kömək olsun.
– Nədən bildiniz ki, hərbçiyəm?
– Sizdə zabit qaməti var. Hərtərəfli hazırlıqlı adama oxşayırsınız.
– Bəli, zabitəm.
– Rütbəniz?
– Kapitan.
– Məlum hadisələrdə hansı tərəfdə idiniz?
– Füzuli cəbhəsində idim. Elə ilk gün yaralandım. Heç nə edə bilmədim. Neçə illər əziyyət çək, əlləş-vuruş gözlə və o gün gəlsin sən heç nə edə bilmə. Tam səmimi deyirəm. Yaralanmağıma, bu halıma deyil, məhz belə alınmasına çox üzülürəm.
– Buna görə belə dilxorsunuz? Bir ildən çox vaxt keçib. Şükür Allaha torpaqlarımız qayıdıb. Siz iştirak edə bilməsəniz də, sizin zabitlər, əsgərlər bu məsələni həll etdilər. Üzqaramızı təmizlədilər. Bir də hərənin öz missiyası var bu həyatda, üzülməyə dəyməz.
– Tək o deyil. Yəqin, xəbəriniz var helikopter qəzasından?
– Bəli, əlbəttə. Çox üzüldüm. 14 şəhidimiz və 2 yaralımız var. Bəzi xəbərlərdə 4 yaralı da deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
– Amin. Bu televiziya, mətbuat adamı lap dəli edir.
– Nə olub ki? – dolayısı ilə də olsa özümü bu tayfadan hesab etdiyimə görə iradın üzümə deyiməsi məni lap müttəhim yerinə qoymuşdu.
– Yəqin, fikir vermisiniz, siyahıda hərbçilərin arasında lap sonda işçi deyə təqdim olunan bir nəfər var?
– Bəli, soyadını unutdum, ancaq belə bir adam var. Özü də deyirlər məşhur adam olub. Polkovnikdir.
– Bəli, polkovnik. Qəhrəman. Mərd. Qorxmaz. Bilirsiniz, belə insanları olduğu kimi təqdim edib tnıtmağa heç doğru-düzgün söz də yoxdur. Bəlkə də var mən bilmirəm.
– Haqlısınız. Hərdən belə məsələlər olur. Yəqin, tələsik siyahı istəyəndə rəsmi məlumatlar əsasında belə tərtib olunub. Bunu ancaq belə izah etmək oar. Deməli, əsl narahatçılığınız bu səbəbdəndir? – Bu vaxt sarıyanızın yük yerini tappıltı ilə örtməsi ikimizin də eyni vaxta maşına tərəf baxmağımıza səbəb oldu. Onun bir əlində “06” nın yük yerindən çıxardığı qatlama kətil, digərində top və çiynində yüngül yorğan kimi bir örtük var idi. Sarıyanızın əllərinin dolu olduğundan kapitana bir az da yoldaşlıq etməli oldum. Sarıyanız gəlib bizə çatanda kapitan sözünə davam etdi:
– Xeyr. Təsadüf deyil… Bax, görürsünüz bu qatlama kətili? 1 ildən artıq vaxt keçib. Allahın əlil arabasını ala bilməmişik. Əlil demişkən. Hələ heç əlillik də təyin olunmayıb. Ancaq, bilirsinz məni üzən, qorxudan əsas məsələ bunların heç biri deyil.
– Bəs nədir sizi belə narahat edən?
– Qorxuram ki, sabah Allah eləmımiş bir şey olsa, məsələn, lap elə bu bağda yıxıldım başım dəydi səkiyə, və ya – bu vaxt bağın içndəki yolda döngəni sürətlə dönüb siqnal verən xarici markalı maşını işarə edərək – maşın vurdu öldüm. Onda deyəcəklər bu gün Elmlər Bağında bir “əlil” ölüb. Hə, mütləq əgər xəbər verən olsa, bax belə verəcək. “Əlil” ölüb. Həlak olanlardan biri “işçi” olub… nəsə, boş ver müəllim. Sizi də yordum. Haqqınızı halal edin.
– Bu nə sözdür, cənab kapitan, borcumuzdur. – Hiss etdim ki, “cənab kapitan” ifadəsi qarabuğdayı oğlanın ürəyinə yağ kimi yayıldı. Bəti-bənizi açıldı. – Buyurun. Halal, halal xoş. Allah köməyiniz olsun. Bu ara qatlama kətili yerə qoyub telefonla rus dilində danışan sarıyanıza işarə edərək:
– Dostum deyəsən rusdur? – deyə soruşdum.
– Bəli. Atası da anası da rusdur. Bakılıdır. Uşaqlıqdan bir məhlədə böyümüşük. O qədər dost-tanışdan ən çətin günlərimdə mənə dayaq olan, həmişə yanımda olub dəstək verən təkcə bu oldu. Adı İqordur.
– Bəs sizin adınız necə oldu? Bayaqdan gəzirik heç soruşmadım.
– Adım Çingizdir. Çingiz.
– Çingiz, üzr istəyirəm. Bəlkə yersiz sualdır. Qardaşınız yoxdur?
– Xeyr . Tək uşağam. Bilirsiniz atam da hərbçi olub. O da kapitan rütbəsində Birinci Qarabağ Müharibəsində yaralanmışdı. Mənim 7 yaşım olanda rəhmətə getdi. Uşaq olsam da onun yaralarına görə acılar içində əzab-əziyyət çəkə-çəkə necə yaşadığını, can verdiyini unuda bilmirəm. Deyəsən məni də eyni aqibət gözləyir.
– Hansı idə anadan olmusunuz, Çingiz müəllim?
– 20 yanvar 1990 – cı il. Özü də bilirsiniz harada?
– Harada?
– Kamçatkada. Atam orada xidmət edirmiş. 20 yanvar hadisələrindən sonra mən lap körpə olanda qayıdıb Bakıya. Sonra da müharibə. Və sizə danışdığım kimi. Bax belə, müəllim. Bəs sizin adınız necə oldu? Yəqin daha burada tez-tez rastlaşacağıq.
– Mənim adım Vahiddir. Vahid Dilsiz.
– Hə eşitmişəm. Deməli Vahid müəllim sizsiniz. Çox sağ olun! Yenə siz arada-bərədə hərbçilərin problemlərindən yazırsınız. Allah sizdən razı olsun.
– Minnətdarm. Siz sağ olun. Sizin etdiklərinizin yanında bizimkilər heç nədir.
– Elə deməyin. Bayaq siz özünüz dediniz axı, hər kəsin öz missiyası var.
– Elədir. – Bu vaxt telefonla danışıb qurtaran İqor qatlama kətili yoldan biraz kənarda ağacların altında açaraq, çiynindəki örtüyü də üstünə atıb bizə tərəf yaxınlaşdı. Çingizi İqora təhvil verib: – Hələlik. Siz demiş yəqin tez-tez burada görüşəcəyik, – deyib marşrut üzrə dövrə vurmağa başladım. Mən dövrə vurduqca “əlil” və “işçi” kəlmələri də burğu kimi beynimə işləyirdi.
Son.
03.12.2021-09.01.2022. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anton Pavloviç Çexov – “Sevinc” hekayəsi

ANTON ÇEXOVUN YAZILARI

SEVİNC

(hekayə)

Gecə saat on iki idi.
Mitya Kuldarov  həyəcanlanmış, saçları pırpızlanmış halda külək kimi valideynlərinin mənzilinə uçdu və sürətlə bütün otaqlara girdi. Valideyinləri artıq yatağa uzanmışdılar. Bacısı yerinə uzanıb oxuduğu romanın axırınıcı səhifəsini bitirməkdə idi. Gimnazist qardaşlarıı yatmışdı.
– Sən hardan gəlmisən?-  valideynləri təəccübləndilər. –  Nə olub sənə?
– Eh, soruşmayın! Mən heç cürə gözləmirdim! Yox, mən heç cürə gözləmirdim! Bu… bu hətta mümkün deyil!
Mitya qəhqəhə çəkərək xoşbəxtliyindən ayaq üstə dayana bilmədiyindən kresloya çökdü.
–  Bu mümükn olan şey deyil! Siz təsəvvür edə bilməzsiniz! Siz bir baxın!
Bacısı çarpayının üstündən sıçrayıb, yorğanı çiyninə ataraq qardaşının yanına gəldi. Gimnazistlər oyandılar.
– Sənə nə olub? Səndə sir-sifət qalmayıb!
– Anacığım, bu məndə sevincdəndir! Axı mən indi bütün Rusiyada məşhuram! Bütün! Əvvəllər bu dünyada kollec qeydiyyatçısı Dmitri Kuldarovun mövcud olduğunu ancaq təkcə siz bilirdiniz, amma indi bütün Rusiya bu haqda bilir! Ey İlahi!
Mitya yerindən sıçrayıb bir-bir bütün otaqlara qaçdı, yenidən gəlib oturdu.
– Axı nə olub ki? Ağıllı-başlı başa sal görək!
– Siz vəhşi heyvanlar kimi yaşayırsınız, qəzet oxumursunuz, aşkarlığa heç bir fikir vermirsiniz, axı qəzetlərdə o qədər gözəl şeylər yazılır ki!
Əgər bir şey baş verərsə, o saat hamıya məlum olur, gizlədilmir! Mən necə də xoşbəxtım! Ey İlahi! Axı qəzetlərdə ancaq məşhur adamlardan yazırlar, amma buna baxın, götürüb məndən yazıblar!
– Sən nə danışırsan? Harda?
Atasının rəngi ağardı. Anacığı ikonaya tərəf çönüb xaç çəkdi. Qısa gecə köynəklərində yatmış gimnazistlər yerlərindən sıçrayıb öz böyük qardaşlarının yanına gəldilər.
– Hə-ə! Mənim haqqımda yazıblar! İndi bütün Rusiya mənim haqqımda bilir. Siz, anam, bu nömrəni yadigar kimi gizləyin! Hərdən oxuyarıq. Bir baxın!
Mitya cibindən qəzeti çıxardı, atasına verdi, sonra göy karandaşla haşiyələnmiş yerinə barmağını çırpdı.
– Oxuyun!
Atası eynəyini gözünə taxdı.
– Oxuyun də!
Anacığı ikonaya baxıb bir də xaç çəkdi. Atacığı öskürərək içini arıtladı və oxumağa başladı:
– “29 dekabrda, axşm saat 11 də, kollec qeydiyyadçısı Dmitri Kuldarov…
– Görürsünüz, görürsünüz! Sonrasını oxu!
– … kollec qeydiyytçısı Dmitri Kuldarov, Kozixinin evinin binasında yerləşən, Malıy Bronnı küçəsindəki qara pivəxanadan çıxanda, sərxoş vəziyyətdə olduğundan…
– Mən Semen Petroviçinən bir yerdə idim… Hər şeyi incəliklərinə qədər yazıblar! Davam edin! Qulaq asın!
– … və sərxoş  vəziyyətdə olduğundan sürüşərək Yuxnovski uyezdinin  Durıkina kəndinin kəndlisi, faytonçu  İvan Drotovun atının ayağının altına yııxılmışdır. Atlar hürkərək Kuldarovun üstündən sıçrayıb atlanmış və içərisində ikinci gildiyanın üzvü olan  moskvalı tacir Stepan Lukovun əyləşdiyi xizəyi də onun üstündən aşırıb sürətlə küçədən qaçmışdır və həyətin dalandarı tərəfindən tutulmuşdur. Əvvəlcə huşsuz vəziyyətədə olan Kuldarov polis məntəqəsinə aparılmış və orada həkim müayinəsindən keçirilmişdir. Onun boyun arxasından aldığı zərbə…
– Atacan, faytonun qabaq tərəfindəki taxta dəymişdi. Davam elə! Siz arxasını oxuyun!
– … onun boyun arxasından aldığı zərbə, yüngül xəsarət sayılımışdır. Baş verən hadisə haqqında protokol yazılmışdır. Zərərçəkənə tibbi yardım edilmişdir…”
– Dedilər ki, boynumun dalını soyuq su ilə isladım.  İndi oxudunuzmu? Hı? Bax, bax budur! İndi bütün Rusiyaya yayıldı! Di bəri verin!
Mitya qəzeti qapdı, qatladı və cibinə soxdu.
– Qaçım Makarovgilə, onlara da göstərim…  İvanitskilərə də göstərmək lazımdır, Natalya İvanovnaya, Anisim Vasilyeviçə… Qaçıram!  Xudahafiz!
Mitya  metaldan məxsusi nişanı olan furajkasını başına qoydu, təntənəli, sevincli bir halda küçəyə qaçdı.

Tərcümə edəni: Sultan Mərzili.

İlkin mənbə: yarpaq.az

Müəllif: Anton ÇEXOV

ANTON ÇEXOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRVARİ – QISA HEKAYƏLƏR

MİRVARİ – GƏNC YAZAR

“Dənizdən günəşə gedən qız…”

Mavi geyimdə olan qız məktublarla birlikdə dənizə atıldı.
Saçları islanmış halda, əlləri taqətdən düşmüş, paltarı da çox islaq idi..
O, xoşbəxt görünürdü, lakin bir yandan qəmginlik biraz da olsa gözlərinə çökmüşdü.. Qayıtmaq istəsəydi də qayıda bilməzdi, çünki uzun bir yol qət etmişdi.Günəşə doğru addımlayırdı, hey gedirdi çata bilmirdi.. Dodaqlarının arasında bir məktub tutmuşdu gözümdən qaçmadı. Özü ilə birgə o qədər yol keçib gətirmişdi o məktubu..
Arabir dənizin ortasında dayanaraq, ətrafa nəzər yetirib yenidən davam edirdi.. Kədərli gözləri qarışmışdı dənizə.. Onun kədərini, dəniz də apara bilməzdi uzaqlara.. Onun tək çıxış yolu getmək idi. Hara gedəcəkdi? Uzsuz , bucaqsız dənizin ortasında yəqin ki, itib batacaqdı…
O, əslində çoxdan günəşə, göyüzünə, dənizə qovuşmuşdu. Sadəcə o məktubda, onun dənizlə bağlı xəyalları yazılmışdı. Onun ən böyük xəyalı, dənizə, günəşə, göyüzünə qarışmaq idi.. O, dənizin ortasında yorularaq, ucalmışdı göy üzünə. Məktubda itib yox olacaqdı, necə ki, özü arxada iz buraxmadığı kimi..

* * *

Yalnız başına, məzarlığa getmək heç də qorxulu deyildi əslində. Mən hər zaman yalnız getməkdən qorxurdum. Yuxularımda belə görüb, qorxudan ayılırdım. Ağacları, təbiəti demək olar çox fərqli idi. İnsan burada daha çox yaza bilərdi. Çünki burada, kimisi xoşbəxtlikdən, kimisidə arzularını gerçəkləşdirə bilmədən ölmüşdü. Burda səs yox idi, amma mən ölü insanların çığlıqlarını duya bilirdim. Bunu duymaq ürək istərdi. Yaşanmışlıqlar onları duymağa imkan verirdi. Şəkillərin hər biri mənim üzümə baxırdı sanki. Onlar mənə nəyisə başa salmaq istəyirdilər. Onların çoxusu sevgisizlikdən əziyyət çəkirdi. Hər birinin öz hekayəsi var idi. Cismən ölsələrdə, ruhları bir yerlərdə yaşayır. Sevdiklərini izlərkən, nifrətdən soyuğa dönmüş qəlbləri onları fəth etmişdi bir ömür ölməyə. Ruhları şad olmasa belə, göyüzünün ən gözəl yerlərinə ucalmışdılar.
Hər birinə dayanmadan şeir yazmaq istərdim. Lakin ağlamaq istəmirdim. Onun üçün yazmadan getdim oradan, göz yaşlarımı, beynimdə qalan yazılarımı götürdüm özümlə. Mənim də öldüyümü görsünlər istəmədim. Mən o məzarlıqda ruhumu dəfn etdim.

* * *

Gedirəm bu axşam… Dağları, çiçəkləri, yaşıllıqları, dənizi, ayı geridə qoyub gedirəm… Xoşbəxt günlərimi, şəkillərdə, yazılarımı kitablar da, sevdiklərimi nağıllarda, sevdiyimi şeirimin ən gözəl misrasında qoyub gedirəm. Üzümə toxunan küləyin rahatlığını, getdiyim yollar da qalan izləri, yalnız insanlar və maşınlar təmizləyəcək. Arxamda heç bir şey qoymadan gedirəm… Yaddaşımdan silinməyən, xatirələri də pəncərədən atıram… Mən bu gecə heç bilmirəm hara gedirəm.. Ayaqlarım hara aparacaq… Amma ayağımın getdiyi yerə ürəyim getməyəcək bilirəm.. Mən bu gecə, ayın gecəni işıqlandırması ilə birlikdə, əllərimlə üzümü örtərək gedirəm.. İndi ayın işığı belə, həyatıma rəng qata bilmir.. Mənim həyatımda bir şeylər əksikdi.. Əsil ayın işığı, üzümə toxunan əllər, ayaq addımlarımın arxasınca gələn xəyalı…

MÜƏLLİF: MİRVARİ

MİRVARİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru