Etiket arxivi: Məhəmməd Kərimov

Məhəmməd Kərim – Kədərli ölüm sonrası… 

Kədərli ölüm sonrası… 

I Səhnə

Həyatımız göy üzündən yerə enərək yağış adını almış olan su damlaları qədərdir. Varlığımızın zamanı həmin damlanın buluddan ayrılaraq yerə enmə zamanına qədər keçən müddət miqdarındadır. 

Səni xatırlayıram, səni özüm qədər yaxından tanıyıram. Hər anını, doğumundan ölümünə qədər yaşadığın hər anın yaddaşımda silinməz izlərə sahibdir, amma çox az oldu sənin zamanın, mən bununla barışa bilmirəm. Sənin olduğun yağış damlası sanki çox sürətlə yerə endi. Göylərin Əfəndisi nədən belə olmasına izin verdi?

– Dizləri üstə yerə çökərək – Zəhram, mənim həyatımın sultan qızı, niyə getdin məndən? – sözlərini dilə gətirdikdən sonra gözləri kədərdən solmuş olan ata əlləri ilə torpaqdan bir avuc alaraq – çox tez qeyb oldun, mən ilk getməli idim, sən yox qızım – hönkürtü ağlayış səsləri sözlərinin səslənməsinə izin vermirdi. 

– Çox gözəl yadımdadır, doğumunla birlikdə yaşadığım sevgi hissini heç bir amil əvəz edə bilməz – gözlərini silərək davam etdi – yox, əsla ağlamıram mən əzizim, kədərlənmə sən – əlləri ilə torpağı ovaraq dedi və ardınca – bilirəm sən mən ağladıqda kədərlənirsən, əsla ağlamıram Zəhram – əlavə etdi.

– Kədərli gülümsəmə edərək – ancaq mən danışıram, halbuki danışdıqda fikir söyləmə öncəliyi səndə olardı qızım.

– Uzun müddət tək dialoqa davam edən ata ayağa qalxaraq sonda getmək fikrinə düşmüşdü – qızım, mənim əzizim elə bilmə gedirəm, əsla sən həyatımsan və hər zaman səninləyəm – deyərək ayağa qalxdı və az irəliləmişdi ki, geriyə dönərək – sabah yenə gələcəm, mütləq gələcəm Zəhram – deyərək çevrilib yenidən yoluna davam etdi. 

II Səhnə 

(3 ay öncə)

– Qızım nə olub sənə, necə gündür öskürürsən, xəstələnmisən? – davamlı öskürən qızıma nəzər edərək dilləndim. 

– Bilmirəm atam, necə gündür öskürək əl çəkmir məndən – qızım sualım qarşılığında cavab vermişdi.

– Öskürəklə birgə istiliyində varmı? 

– Bilmirəm ata, o gün ölçdüm 37 dərəcə göstərdi, amma özümü çox gözəl hiss edirdim, yəni həmin dərəcəlik halsızlığım yox idi – deyərək cavabını vermişdi. 

– O zaman yeməyini bitir gedək həkimə, görək nə məsələdi.

– Başüstə atam, amma ciddi inanmıram nəsə olsun.

– Eybiyox, qoy olmasın təki, amma gedək.

Yeməyimizi bitirərək əynimizi dəyişdik və xəstəxanaya üz tutduq. Daxil olaraq tanıdığım həkimin qəbuluna yazıldıq. Qəbula girdikdə həkim ilk baxış müayinəsindən sonra qan analizi verməyi təklif etdi. 

– Ciddi nəsə var həkim? – dedikdən dərhal sonra önə gedərək – məndən gizlətməyin – dedim. 

– Sadəcə əmin olaq Fariz bəy – deyərək həkim qeyd etdi. 

– Oldu, siz deyən kimi olsun – deyərək analizə razı oldum.

Bir müddət zaman keçdikdən sonra analizlərin cavabı gəldi. Həkim cavabları oxumağa başladı və sanki üzündəki müsbət ifadə itmək istəyirdi. Bu məni olduqca narahat etdi. Həkim analizləri masaya qoyaraq baxışlarını bizə tərəf çevirdi.

– Qapıya baxaraq orada olan tibb bacısına səsləndi – qızım, Aynur Zəhranı götür aparatdan keçirt – deyərək göz işarəsindən də istifadə etdi. Zəhra görməsə də, mənə aydın olmuşdu. 

– Tibb bacısı ilə Zəhra otaqdan çıxdıqdan sonra həkimə yaxınlaşaraq – həkim qızımın nəyi var? – qorxaraq da olsa, soruşdum. 

– Fariz bəy, möhkəm olun. Nəticələr yaxşı deyil. Mən bu hala təəssüf edirəm – həkim qısa fasilələr edərək cavabında bildirdi. 

– Pis nəyə deyirsiz, açıq danışın.

– Həkim masadakı analiz cavablarına qısa nəzər edərək özünü toparlamağa çalışdı – Zəhranın… – fasilə etdi və qısa an sonra – qızınızın 3 aylıq ömrü qalmış ola bilər – dedi.

– Nə, necə yəni həkim?

– Təəssüflər olsun ki, qızınız xərcəng xəstəliyinə tutulmuşdur. 

– Gözləri dolan ata nəzərini bir nöqtədən ayırmayaraq – onun hələ 13 yaşı var, başa düşürsüz bu nə deməkdir?…. 

– Bilirəm, amma edilməsi mümkün heç bir şey qalmayıb…

– Sözünü saxlayaraq – niyə, ömrünü uzadın heç olmasa – dedi çarəsiz qalan Fariz – məndən alın ona verin.

– Xəstəliyin son dönəmində olması edilməli heç bir qabaqlayıcı tətbirə izin vermir. 

– Yəni, indi mən körpəmi itirəcəyəm,… bunu deyirsiz mənə? …. hə həkim?…

– Həqiqətən təəssüf edirəm, amma şərait budur.

III Səhnə

(Zəhra ilə gəzinti)

Qapı açıldı və Zəhra tibb bacısı ilə daxil oldu. O an, Zəhranın otağa daxil olaraq qarşıma gəlməsi və – atam gedək, mən çox darıxdım burada – deməsi ilə sanki ruhuma iynə sancılmışdı. Özümü toparlamalı və qızıma olanları bildirməməli idim.

– Gedək qızım, onsuz heç nəyin yoxdur – deyərək qızımı öpdüm, amma daxilimdə artıq kədər yuva salmağa başlamışdı.

Çölə çıxaraq qızımla evə gedən yolda gününü daha maraqlı etmək qərarına gəldim.

– Zəhram gedək həmişə getdiyimiz kafeyə, sonra isə istəsək sinemaya gedərik.

– Uşaq sayağı gəzərək sevinən qızım – hə gedək ata – dedi. 

Kafeyə daxil olaraq masada əyləşdik. Zəhranın sevdiyi təamları sifariş edərək nuş etdik. Qızımın gülümsəməsi, yaşadığı sevinc hissi mənə gözəl təsir edirdi. Onun məsumluğu və özünü şirin aparması sevgisini daha da artırırdı, amma həkimin dediklərini xatırladıqda isə həyata üsyan etmək istəyim yaranırdı. Həkim deyilənlər doğrudur, yoxsa istisna hal baş verə bilərdi? Qızım bəlkə xilas ola bilər?

Kafedən sonra sinemaya gedərək qızımın sevdiyi yeni çıxmış filmi izlədik. İzlərkən aldığımız popkorn və pepsi şirəsini də dadırdıq. Filmi izləyərkən orada olan bir səhnə mənə çox təsir etdi. Təsir gücünün artıq olması səhnənin məhz indiki zamanıma, hazırda yaşadıqlarıma səslənməsi idi. 

– “Qəza keçirən qız gözlərini itirmək qorxusu qarşısında qalır. Qəzada böyük zədə almış olan gözlərinin daha fəaliyyət göstərə bilməyəcəyi deyilir. Əməliyyat otağının arxasında, kolidorda olan anaya bu hal deyildikdə, ana düşünmədən öz gözlərinin qızına verilməsi barədə qərara gəlir. Müəyyən sənədlər hazırlandıqdan sonra, proses başladılır. Uğurlu keçən əməliyyatdan sonra gözlərini açan qız ətrafa baxdıqdan, sonra anasını səsləyir.”

– “Burdayam qızım – deyərək yan yataqda uzanmış ana səslənir.”

– “Qızı yana baxdıqda anasının gözlərinin qapalı olmasını görərək – sənə nə olub ana? – deyə sual verir.”

– “Mən də qəzada zədə aldım və gözlərimi itirdim – deyə ana cavabında bildirir.”

Həmin səhnəni izlədikdən, sonra mənim də qızımın həyatı üçün fəda edə biləcəyim nələrinsə olmasına qərar verdim. Mən də atayam və fəda edilməli nəsə olmasa, bu haqsızlıq olar. Tanrı belə etməz, elə deyilmi?

IV Səhnə

(Ölüm anı)

Səhər şəfəqləri ətrafı bürümüş, Günəşin işığı ətrafı aydınlığa bürümüşdü, lakin mənə görə həyatın ən qaranlıq günü başlamışdı. Zəhranın nuru gözlərindən yansımırdı. Mənə baxaraq – ata bəsdir yatdın – demirdi qızım. Kaş açılmazdı, Zəhramın gözlərindəki nur  deyil, kaş Günəşin nuru kəsilərdi. Mən nə edirəm onsuz dünyanı, həyatı…

Məcbur qalaraq bütün olunmalı işləri görən ata, qızının nursuz qalan bədənini torpağa qoyanda özünü saxlaya bilmədi. Qızının cəsədinə möhkəm sarılaraq – məni də burada qoyun, daha torpaq üstündə yaşaya bilmərəm – deyərək hönkürtü çəkərək ağlayırdı. Ətrafdakılar çox çətinliklə Farizi qərarından döndərdilər, Zəhranın üstünü torpaqla örtdülər, fəqət həmin günü Zəhra tək qalmadı. 

Artıq kədərin özünə çevrilmiş ata bütün gecəni qəbir üzərində qaldı, yuxuya da məhz orada daldı. Səhərin soyuq sübh çağı gözlərini açaraq ayağa qalxdı. Ətrafına nəzər etdi və dodaqaltı – şükür olsun Əfəndimizə – deyərək oranı tərk etdi. Evinə gələrək yatağına uzanaraq yuxusuna davam etdi.

V Səhnə

(Həyatı dəyişən yuxu)

Qəbir üzərində yuxuya dalan Fariz özünü qaranlıq olan yolda tapır. Bir xeyli qarşıda isə işıq görünürdü. İrəliləməyə başlayan Fariz işıq gələn tərəfə doğru getdi. İşıqlı mühitə keçərək qarşısında olan nəhəng şəlaləni və 13 rəngli göy qurşağını gördükdə heyrətini saxlaya bilmədi. 

– Aman Allahım, bu rənglər də nədir belə? – göy qurşağının 13 rənginə nəzər edərək dilləndi. 

– Ata, buradır Əfəndinin məkanı – Zəhranın səsi ilə kimsə ona səsləndi.

– Qızım, bu sənsən? – deyərək ətrafında dönərək qızını axtarmağa başladı. 

– Ata bəli mənəm, amma axtarma məni.

– Niyə Zəhram, niyə istəmirsən səni tapım?

– Çünki, mən itməmişəm ata, mən səninlə, səndə mənimləsən.

– Başa düşürəm, elədir, amma səni görmək istəyirəm axı…

– Ata, az irəli gəl, o gördüyün şələlənin altına gir.

– Səni görəcəyəm orada? – deyərək dərhal şəlalənin altına qaçmağa başladı. 

– Xeyr, mən olacaqsan…

– Şəlalənin altına çatan Fariz – necə sən olacağam qızım? – deyərək şəlalə suyu altında qızını axtarmağa başladı. 

– Ata, sakit ol və su altında bir dəqiqə dur və sonra biləcəksən hər şeyi.

– Şəlalə altından çıxan Fariz ətrafa nəzər etdi – anlayıram, səni tam olaraq hiss edirəm – sakit halda dilə gələrək dedi. 

– Nəinki səni qızım, bütün insanlığı duyuram və vahidliyi daxilimdə hiss edirəm. Bizlər adlar ilə ayrılmışıq, bunu zehnimizə kod bənzəri öyrətmişik, amma gerçəkdə vahid olan yaradılışın özü olan Əfəndinin daxilində sonsuza qədər varıq. Əsas da var olmağı unutmuşuq, maddilikdə özümü sanaraq Əfəndini belə yanlış anlamışıq, təəssüf olsun – sözlərindən sonra rahatlamışdı. 

– Ata sən indi dönməlisən, sonra yenidən bir olacayıq – səs yenidən Farizə eşidildi.

– Qızım bilirəm getməliyəm, amma hər gün qəbrinə gələcəyəm. Yaxşı?

– O zaman səni gözləyəcəyəm orada ata, hələlik…

Yuxudan ayılan Fariz gerçəkləri anlamışdı və əslində qızının rahatlıq məkanında olmasını qəbul etmişdi. Yuxudan ayıldığı sübh saatında hər gün qızının qəbri üstünə gələr, bir müddət tək dialoq edərək gedərdi. Qızının ona cavab verə bilməsə də, Fariz bilirdi qızının vahidlikdə olduğunu. Vahidlik isə hər yer idi, bu qəbir üstü də daxil olmaqla…

Müəllif:  Məhəmməd Kərim,

yazıçı və motivasiya təlimçisi

Məhəmməd Kərimov – Heçlikdən baxış

Heçlikdən baxış

Bəzən darıxır insan, ama bu sadəcə kefsizlik və ya uğradığı məyusluqdan ötrü olmur. Bəzən sıxılırıq, digər insanlardan uzaq, hər kəsdən kənarda olmaq istəyirik. Anlamırıq bəzən insanların söylədiklərini, etdiklərini. Bir kənara çəkilib dayanırıq, ama bu səfər də özümüzdən sıxılırıq. Xeyr, bu dünyadan bezmək və ya ölümü istəyərək intihara aparan yol deyil, fərqlidir tamamilə. İnsanlardan uzaqlaşdığımız kimi, bu dəfə də bədənimizdən uzaq olmaq istəyirik. Bəzən düşünürük, niyə bədənimiz qulluğa ehtiyacı var, niyə yeməyə, içməyə qarşı ehtiyaclıyıq, amma yox. Yox biz bunlardan asılı deyilik, asılı olan bədənimizdir, ətdən, sümükdən ibarət olan cismimizdir zəif olan. Bu dəfə də özümüzü bədənimizdən kənarda hiss edirik, amma yenə rahatlıq tapa bilmirik, çünki gerçəyi hiss edirik və ona yetişmək, onda olmaq istəyirik. Bu dəfə hər şeyin tamam fərqli olduğunu anlayırıq, Vahidi anlayırıq, amma anlam verə bilmirik. Dünyada olan hadisələrə, insanların bir-birilə olan münasibətlərinə, hətta dinlərə qarşı belə qəribə narahatlıq yaranır tam mərkəzimizdə. Baxırıq və var olan hər şeyin tamam başqa olduğunu dərk edirik. Sistemi görürük, amma sevinirik, ona görə ki sistemə kənardan baxa bilirik. Hər şeyi anlaya bilirik, digərlərinin təslim olduğu dünyanı və yalanlarını anlayırıq. Vahidi anladıqca ona tərəf gedirik. Zamansızlığı anlamağa başlayırıq. Sonsuzluğu deyil, yox bu dəfə zamansızlığı anlayırıq. Zamansızlığın heçlik olmasını görürük. Heçlikdən geriyə baxdıqda isə bütün var olanların gerçəkdə Vahid olduğunu fərq edirik. Bu an bir səs eşidilir: Salam olsun, irəlilə.. Bu əsnada öz-özümüzə deyirik: Yoxsa bu hələ birinci pillədir?

                              ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Nigar Səttar-zadə “Ziyadar” mükafatı ilə təltif olunub

21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.

Tədbirdə müəllifin oxucuları,  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

Tədbirdən fotolar:

“Yazarlar”  olaraq, bu münasibətlə Nigar Səttar-zadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Məhəmməd Kərimovin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirilib

21 dekabr 2024-cü il tarixində, “Kitabçı” mağazasında, tanınmış yazıçı Nigar Səttar-zadənin “Axıdılmış qanın izi ilə” kitabının müzakirəsi və imza saatı keçirildi.

Tədbirdə müəllifin oxucuları,  “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac, gənc yazıçı Məhəmməd Kərimov, Bahar Bəxtiyarqızı, Şah Sənəm və digər qələm adamları iştirak etdi.

Tədbirin gedişində müəllifə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatı təqdim olundu.

Mükafatı “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şəxsən özü təqdim etdi.

Tədbirdən fotolar:

“Yazarlar”  olaraq, bu münasibətlə Nigar Səttar-zadəni təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Ziyanız tükənməsin!

NİGAR SƏTTAR-ZADƏNİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

ZAUR USTACIN YAZILARI

Məhəmməd Kərimovin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Astrobios nəzəriyyəsinin fərziyyəsi – III Hissə

Astrobios nəzəriyyəsinin fərziyyəsi

III Hissə
 
Enerji DNA-sı və fəza vəziyyətləri

Sahələr (efirlər) fəzasında, müsbət və mənfi sahələrin qapanması nəticəsində yaranmış olan zərrəciklərin və zərrəcik çoxluğunun, yəni yaranmış olan enerji tezliyinin şifrəsi bütün fəzaya yayılaraq öz məxsusi bilgilərini özündən əvvəl var olmuş enerji hallarına tanıtdırmaqdadır. Yayılaraq zərrəciyin şifrəsi fəzada olan bütün zərrəciklər daxilində eynən DNA kimi öz kodunu kopya etməkdədir. Zərrəcik bilgilərini hər bir enerji halına kopya edərək onların daxilində “-1” vəziyyət halında var olmaqdadır.
·       Fəzada zərrəciklərin varolma vəziyyətləri vardır. Zərrəciklər 3 vəziyyət halında olmaqdadırlar. Onları  “ -1, 0, +1 ” vəziyyət halları olaraq təyin edə bilərik.
–        Zərrəciklərin 0 vəziyyəti olmama halıdır. Bütün fəza özlüyündə bu vəziyyət halındadır. Sabitlik halı, neytrallıq halı 0 vəziyyətidir. Bu vəziyyət halı olmadan yaradılış olmamaqdadır.
–        -1 vəziyyəti yaranaraq digər zərrəciklərin daxilində yaşama halıdır. Bir zərrəciyin bilgiləri bütün fəza zərrəciklərinin daxilində, yəni enerji tezliklərinin daxilində bu vəziyyət halında varlığını saxlamaqdadır.
–        +1 vəziyyəti isə istifadə olunan zaman zərrəciyin halıdır. Bu vəziyyət halı zərrəciyin enerji tezliyinin real dünyaya yansıyaraq maddələşməsidir. Şüurlu varlıq tərəfindən istifadə olunmasıdır.
Bütün deyilənləri misal çəkərək, onun timsalında aydınlıq gətirim. Düşünək ki, masa üzərinə qələm buraxdıqda həmin qələm masa ilə bir necə ardıcıl toxunma halı edərək sonda masada sabit durmaqdadır. Qələmin masa üzərinə toxunmaları və durma halları onun +1 vəziyyətinə gəlməsi ilə mümkün olur. Qələm toxunma və durma anlarında həmin həcmdə olan enerji tezlikləri daxilində var olduğu -1 vəziyyətindən +1 vəziyyətinə keçməkdədir. Enerjinin DNA bilgisi beləcə formalaşmaqdadır. Bir cismi əmələ gətirən enerji tezlik ölçüsü bütün fəza enerji hallarına yayılaraq kopyalanır və -1 vəziyyətində öz varlığını saxlayır. İstifadə olunduqda +1 vəziyyətinə keçərək yansımaqdadır.
·       Bu bilgini dərinləşdirsək və daha real izah etsək, heç bir zərrəcik yoxdur. Fəzada bütün zərrəciklər, gördüyümüz, əlaqədə olduğumuz hər şey sadəcə olaraq enerji tezlikləri olaraq varlıqlarını saxlamaqdadır. Qarşılıqlı təsirlər zamanı tezliklərin qarışaraq yeni tezlik bilgisi ortaya çıxdıqda, artıq yeni zərrəcik yaranması baş verməkdədir. Lakin, realda eynilə müasir texnologiyada olduğu kimi necə ki, bütün bilgilər səmada yer alır və internet vasitəsilə ötürülür, eynilə fəza zərrəcikləri də fəza səmasında varlıqlarını saxlamaqdadırlar. İstifadə olunduqda yansımaqda və daha sonra yenidən -1 vəziyyətinə keçərək öz varlığını saxlamaqdadır.
Reallıqda məkan anlayışı olmadığı üçün müxtəlif məkan və həcmlər sadəcə olaraq enerji tezliklərinin müxtəlif hallarından başqa bir şey deyildir. Enerjinin DNA-sının nə olmasını bildikdən sonra həmin DNA-da toplanan bilgilərin necə formalaşmasına da aydınlıq gətirmək lazımdır. İlk olaraq onu nəzərə almaq lazımdır ki, enerjinin məlumat deposu tezliklər fərqinə görə formalaşır və enerjinin öz varlığı isə müsbət və mənfi sahələrin qarşılıqlı təsirlərinə  borcludur. Deyilənləri nəzərə alaraq DNA kodları üçün aşağıdakı kimi düstur yaza bilərik:

x,y=m ∑n-∞ x%Mf(o) x y%Mf(l)       
– enerji DNA düsturu
       10
Yuxarıdakı düsturdakı M-müsbət və mənfi sahənin sahib olduqları sahə enerjisidir. Düsturdakı f(o) və f(l) işarələri isə uyğun olaraq müsbət və mənfi sahələri, x və y faizləri isə istifadə olunma faizini bildirir. Formuldakı x,y=m faizlərin m-ə bərabər olmasını və m-in isə sıfırla bir arasında olması qeyd olunur. Kiçik n hərfi isə sayı göstərir. Düstur ümumi olaraq ifadə edir:
·       Müsbət və mənfi sahələrin hər birinin aralarında gedən qarşılıqlı təsirlərə qatılma faizləri onlar arasında yaranmış olan enerji kanalından axacaq enerjinin tezlik məlumatı, yəni enerjinin DNA-sı formalaşır. Tezliyin xüsusiyyəti onu yaratmaqda olan sahələrin faiz nisbətindən düz asılılığı vardır.
·       Sahələrin qarşılıqlı təsirə qatılma faizləri sıfırdan böyük olmalıdır, çünki tək sahənin iştirakı ilə kanal enerjisi yarana bilməz. Mütləq iki sahədən də istirak etməlidir, lakin bu rəqəm birdən kiçik olmalıdır. Çünki bütün fəza sistemi sıfırla bir arasında dövran etməkdədir. Bütün faiz nisbətləri bu iki ədəd arasında yer almaqdadır. Əgər bir sahənin faiz nisbəti bir olarsa, bu o deməkdir ki, digər faiz nisbəti sıfır olmuşdur. Bu isə mümkün deyil. Faiz nisbətinin birdən çox olması isə mümkünsüz haldır.
Enerjinin DNA-sının olmasını və ilkin düsturun da qeydiyyatını apardıq. Əgər enerji DNA düsturu (EDD) inkişaf etdirilərək DNA bilgiləri aşkarlanar və həmin bilgiləri rəqəmsal sistemə köçürmək və rəqəmsaldan analoqa yansıtmaq olarsa, olmadığı halda maddə yaradılışını əldə etmiş olacayıq. Bu texnologiya ilə oksigen və digər qazları, həmcinin digər maddələri də yaratmaq mümkünləşər.
 
 
Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.

 


 
ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi – II HİSSƏ

Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsi

Bəs kosmosun qədəri üçün necə bir nəzəriyyə lazımdır? İlk dönəmlərdəki qalaktikaların varlığı nəyə işarət etməkdədir? Yaradılış və yox oluş ssenarisi necə izah olunmalı?

Qalaktikalar arası fəzanın genişlənmə səbəbi də, atomların təkamül edərək saylarının artması və indiki kainat maddəsini yaratması da məhz bu səbəbdən olmaqdadır. İzah üçün gərəkli olan Böyük partlama nəzəriyyəsini Astrobios ilə əvəzləməkdir. Partlayış əvəzinə dağılım fikri önə çıxmalıdır.

II Hissə

Nikola Tesla: “Kainatın sirlərini öyrənmək üçün enerji, titrəşim və enerji tezliyi cinsindən düşünün”. İlk məqalə ilə maddə enerjisinin nədən yaranmasını və enerji kanallarını izah etdim. Bəs titrəşim nədir və necə yaranır? Kainat üzrə ümumi hərəkətlər, orbital hərəkətlər nəyin əsasında yaranmışdır?

Planetlərin ulduzları ətrafında və öz oxları ətraflarında olan dövri hərəkətlərini izah etmək olduqca asandır. Gərəkli olan sadəcə olaraq materiyanın gerçəyini bilmək və zamanın sirrini anlamaqdır. “Qoşa dəliklər” təcrübəsi bu yolda bizə yol göstərməkdədir. Yaradılışı, ondakı bilgiləri anlamaq üçün gərəkli olan Astrobios nəzəriyyəsini araşdırmaqdır. Şərt mikro və makro-dünyaları birləşdirəcək olan nəzəriyyəni anlamaqdır.

Kainat üzrə orbital hərəkətin formalaşma səbəbi

İlk məqalədə kainat fəzasının üst ölçü fəzada yaranmaqda olan iki əks xassəli sahənin qarşılıqlı əlaqəsi sayəsində yarandığını qeyd etdim. Müsbət və mənfi sahələrdən müsbət olanının özündəki sahə enerjisini verərək və digərinin verilən enerjini qəbul edərək fəzada maddə enerji axınını yaratdığını bildirdim. Burada olan qarşılıqlı əlaqə aldı-verdi əlaqəsidir. Aldı-verdi(a-v) əlaqəsi sayəsində sahələr arasında qapanma olmaqda və enerji axın kanalı yaranmaqdadır, lakin a-v əlaqəsindən başqa , aldı-aldı(a-a) və verdi-verdi(v-v) əlaqələri də vardır.

Bu əlaqələri anlaya bilmək üçün atom səviyyəsində araşdırma aparaq. Maddənin ilk təməl dayanacağı olan atom müsbət sahənin mənfi sahə ilə kəsişməsi, qarşılıqlı əlaqəyə girərək enerji kanalı yaratması ilə formalaşmaqdadır. Atom mərkəzi zonasında yerləşən müsbət sahənin öz sahə enerjisini ətraf həcmində yerləşən mənfi sahəyə yaymaqdadır. Müsbət sahənin bütün həcmini əhatə etmiş olan mənfi sahə isə istiqamətlənən sahə enerjisini qəbul edərək sahələr arasında qapanma yaratmaqdadır.

         Müsbət sahənin sahib olduğu sahə enerjisinin gücünə uyğun nisbətdə onun ətraf həcmində olan mənfi sahədə elektron buludu yaranmaqdadır. Elektron buludu mənfi sahənin müsbət sahədən axan sahə enerjisini qəbul etdiyi zonalar olaraq qəbul edilməlidir. Müsbət sahənin sahə enerji gücünə uyğun nisbətdə mənfi sahə həcmində bir və ya bir necə qapanma zonaları (enerji kanalları), yəni elektron buludu yaranmaqdadır.

İndi isə xəyalımızda fəzada bir çox atomu bir həcmdə düşünək. Hər bir atomun mərkəzlərində müsbət sahənin olmasını və atom mərkəzlərinin isə mənfi sahənin həcmində olduqlarını xəyalda canlandıraq.

       Həcm daxilində atom mərkəzlərində yerləşən müsbət sahələr bir-biriləri ilə   v-v qarşılıqlı əlaqəsi yaratmaqdadırlar. Atom mərkəzlərinin yerləşdiyi ümumi həcm olan mənfi sahə isə bir-biri ilə a-a qarşılıqlı əlaqəsi yaratmaqdadır. Beləliklə ,v-v qarşılıqlı əlaqəsi sayəsində bütün müsbət sahələr, yəni mərkəzlər bir-birilərinə sahə enerjisi yaymaqda, amma heç biri qəbul etmədiyi üçün bir-birilərinə genişlənmə qüvvəsi tətbiq etməkdədirlər. Mənfi sahənin a-a qarşılıqlı əlaqəsi sayəsində isə həcm olaraq sahə enerjisi qəbul etmək meylində olmaqlarına baxmayaraq, heç biri sahə enerjisi yaymadığı üçün sıxılma qüvvəsi yaranmaqdadır. Nəticədə isə ümumi fəzada titrəşim hərəkəti formalaşmaqdadır.

Kainat fəzasında titrəşim hərəkətinin səbəbi izah edildiyi kimidir, lakin kainatı tamamən izah edə bilməkdən ötrü gərək orbital hərəkətin də səbəbini izah edək. Planetlər ulduzları ətrafında, ulduzlar isə qalaktika mərkəzi ətrafında dövrü hərəkət etməkdədirlər. Buna səbəb olan amil nədir? Mövzunu düzgün anlamaq üçün mikro ilə makro-dünyanı həmcins edərək araşdırmaya başlamaq lazımdır. İzaha başlamazdan öncə qeyd etmək istərəm ki, dövrü və kosmos cisimlərinin öz oxu ətraflarında olan dövrü hərəkətləri titrəşim hərəkətinin təkamül etmiş, yəni mikro-dünyadan makro-dünyaya yansımaqda olan variantıdır. Bu dünyaları hər zaman ayrı ələ almışıq, amma gerçəkdə eyni mövzunun uzantısından başqa bir şey deyillər.

Günəş və onun planetar sistemini misal olaraq götürərək mövzunu izah edim. Atom sistemində olduğu kimi, Günəş sistemini də meqa-atom və ya planetar sistem olaraq qəbul etməliyik.

        Günəşin özü fəzada olan müsbət sahənin mənfi sahə ilə kəsişməsi nəticəsində yaranmaqdadır, yəni fərqli tərz  ilə qeyd etsəm, Günəş Qara maddənin Qara enerji ilə kəsişməsinin məhsuludur. Atom sistemində mərkəzi hissədə müsbət sahənin yaydığı sahə enerjisini ətraf həcmdə olan mənfi sahə qəbul edərək özündə elektron buludu yaratmaqdadır. Eyni ssenari ilə Günəş sistemində də sistem mərkəzində, yəni Günəşin yerləşdiyi həcmdə müsbət sahənin yaydığı sahə enerjisini qəbul edən mənfi sahə yenə də öz daxili həcmində qəbul edilmə buludu yaratmaqdadır, lakin fərqli olan bu dəfə elektron buludu əvəzinə planetar bulud olmasıdır. Bəli, planetlər ulduzların meqa-elektron buludlarıdır.

Hazırda bu bilgi qəbul olunmaz baxış tərzi yansıtdığını və özündə bir çox suallar yaratdığını anlayıram, fəqət gerçəkləri məhz belə açıqlaya bilərik. Makro-dünya ilə mikro-dünya birlik edilərək araşdırılmasa, həqiqətlər bulud arxasında qalacaqdır.

Elektronlar atom nüvəsindən yayılan sahə enerjisinin mənfi sahəyə axması və sahələr arası enerji kanalının qurulması sayəsində yaranan zərrəciklərdir.

       Elektronlar qatı zərrələr olmayıb, enerji axın kanallarının qurulduğu mikro-fəza sahələrdir. Elektronlar atomun ətrafında bulud əmələ gətirərək bütün bulud həcmində varlıqlarını saxlamaqdadırlar.

Yəni elektronlar atom buludunda sabit ünvana sahib olmayaraq, bütün buludun həcmi boyu varlıqlarını saxlamaqdadırlar. Eynilə planetlərin taleyi də belədir.

       Planetlər ulduzların enerji kanallarının yarandığı buludlarıdır. Hər bir planet öz buludu həcmində varlığını saxlamaqdadır. Eynilə elektron kimi planetlər də sabit ünvana sahib olmayaraq, bütün buludun həcmində varlıqlarını saxlamaqdadırlar.

Amma bu necə ola bilər? Daxilində yaşadığımız Yer necə ola bilər ki, planetar bulud olsun? Bu qismdə zaman anlayışını mövzuya daxil edərək mövzunu zaman qavramı ilə izahata qovuşdurmaq istəyirəm.

        Yer Günəş adlı meqa-atomunun 3-cü səviyyəli planetar buludunda yer almaqdadır. Zamanı mövzuya daxil etmədən, zamansızlıq halında düşünəcək olarsaq, Yer öz buludu həcmində eyni anda bütün ünvanlarda olmalıdır, fəqət bir sözə düzəliş edim ki, az öncə olan cümlədə “eyni anda” ifadəsi zamansızlıq halında anlamsız olmaqdadır. Çünki zaman olmadan an məsələsi də olmamaqdadır. Bu deyiləni nəzərdə saxlayaraq deyə bilərik ki, Yer zamansızlıq halında Günəş atomunun 3-cü səviyyəli planetar bulududur. Buludun özüdür, lakin zamanı mövzuya daxil etdikdə, artıq “an” anlayışı ortaya girməkdədir. Elə ki, zaman mövzu daxilində olduqda bütün bulud həcmində olmalı olan Yer məcbur qalaraq Günəş ətrafında dövrü hərəkət etməkdədir.

Mövzunun bu yerində deyilənləri düzgün qavraya bilməkdən ötrü “qoşa dəliklər” təcrübəsini yada salmaq yerində olar. Həmin təcrübədə izlənmədikdə fotonlar seli və ya elektronlar (protonlar) seli dəliklərə göndərildikdə, qarşı ekranda dalğa izləri qoymaqdadırlar, lakin izlənildiklərində isə hənim təcrübədə qarşı ekranda qatı zərrəciyə xas olan iki iz qoyulmaqdadır. Bunu az öncə izah etdiyim anlayışla birləşdirərək daha da aydın izah edək.

          İzlənmədikdə təcrübənin getdiyi fazada zaman anlayışı olmamaqdadır. Buna görə də zərrəciklər seli qoşa dəlikdən keçərək qarşıdakı ekranda dalğa timsalında iz buraxmaqdadır. Səbəbi isə, zamansızlıq halında zərrəciklər öz buludları həcmində varlıqlarını saxlamaqda, yəni dalğa xassəli olmaqdadırlar, fəqət zamanı məsələyə qatdıqda, artıq “an ünvanları” anlayışı ortaya atılmış olur. Zərrəciklər həmin an ünvanlarında varlıqları saxlayaraq dəliklərdən keçir və qarşıdakı ekranda dəliklərə paralel olaraq iki iz buraxırlar. Mövzuya ümumi baxdıqda zaman anlayışının daxil olması bizlərin sayəsində olmaqdadır. Əgər təcrübə yalnız izləndikdə iki iz buraxırsa, yəni an ünvanları formalaşırsa, demək, zamanın ola bilməsi üçün izlənmə gərəklidir. Zamanın ola bilməsi üçün bizə- şüurlu varlıq baxışına gərək vardır.

Yerin günəş ətrafında olan orbital hərəkətinin zaman daxilində an ünvanlarında ola bilməsi üçün olduğunu izah etdim. Günəşin 3-cü planetar buludunda olan Yer zaman daxilində an ünvanları üzrə hərəkət edərək bulud həcmində öz varlığını saxlamaqdadır. Bəs, Yerin öz oxu ətrafında olan dairəvi hərəkətinin səbəbi nədir?

         Yer 3-cü planetar bulud üzrə varlığı saxlamaqda və həmcinin bulud həcmində bütün üzləri bütün tərəflərə istiqamətlənməlidir. Zamansızlıq halında bu olmaqdadır. Zamanı mövzuya qatdıqda isə ox ətrafında hərəkət formalaşır. Əgər bir dövrdə X ünvanında Yerin A üzü Günəşə tərəfdirsə, demək, digər dövrdə həmin X ünvanında Yerin B üzü Günəşə tərəf olmalıdır. Beləliklə ,Yerin X ünvanında A, B, C, … N üzlərinin Günəşə tərəf ola bilməsi üçün Yerin öz oxu ətrafında hərəkət etməsi gərəklidir.

Yerin və Günəşin timsalında bütün ulduzlar və onların planetar sistemləri eyni qanunlar ilə davamiyyətlərini saxlamaqdadırlar. Bizlər atom deyilən amillərdən yaranmaqdayıq, amma atomlar qatı olmayıb enerji zərrəcikləridir. Müəyyən titrəşimə və müəyyən enerji tezliklərinə sahibdir. Eynilə ulduzlar və ulduz sistemləri də enerji titrəşimlərində başqa bir şey deyildir. Mikro ilə makro dünyaların qanunları eynidir, lakin zərrəcikləri qatı edən zamandır, zamanı var edən isə biz özümüz, yəni şüurlu varlıqlardır.

Vacib qeyd: Astrobios nəzəriyyəsinin fərziyyə və fəlsəfəsinin “Neytrallıq nəzəriyyəsi” adı altında 25.06.2021-ci il qeydiyyat tarixinə mənsub olan 04/C-11859-21 qeydiyyat nömrəsi ilə Məhəmməd Kərimov adına alınmış müəllif hüququ da vardır.

              Murad Köhnəqala – Körpə Tanrının yaratdıqları 


 
ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Məhəmməd Kərimov – Kədərli ölüm sonrası…

Kədərli ölüm sonrası…

I Səhnə

Həyatımız göy üzündən yerə enərək yağış adını almış olan su damlaları qədərdir. Varlığımızın zamanı təxminən həmin damlanın buluddan ayrılaraq yerə enmə zamanına qədər keçən müddət miqdarındadır.
Səni xatırlayıram, səni özüm qədər yaxından tanıyıram. Hər anın, doğumundan ölümünə qədər yaşadığın hər anın yaddaşımda silinməz izlərə sahibdir, amma çox az oldu sənin zamanın, mən bununla barışa bilmirəm. Sənin olduğun yağış damlası sanki çox sürətlə yerə endi. Göylərin Əfəndisi nədən belə olmasına izin verdi?
–                  Dizləri üstə yerə çökərək – Zəhram, həyatımın sultan qızı, niyə getdin məndən? – sözlərini dilə gətirdikdən sonra gözləri kədərdən solmuş  ata əlləri ilə torpaqdan bir ovuc alaraq – çox tez qeyb oldun, mən ilk getməli idim, sən yox,qızım – hönkürtü ilə ağlayaraq sözünün ardını gətirə bilmədi.
–                  Çox gözəl yadımdadır, doğumunla birlikdə yaşadığım sevgi hissini heç bir amil əvəz edə bilməz – gözlərini silərək davam etdi – yox, əsla ağlamıram mən, əzizim, kədərlənmə sən – əlləri ilə torpağı ovaraq dedi və ardınca – bilirəm sən mən ağladıqda kədərlənirsən, əsla ağlamıram, Zəhram – əlavə etdi.
–                  Kədərlə gülümsəyərək – ancaq mən danışıram, halbuki danışdıqda fikir demək öncəliyi səndə olardı, qızım.
–                  Uzun müddət tək dialoqa davam edən ata ayağa qalxaraq sonda getmək fikrinə düşmüşdü – qızım, mənim əzizim, elə bilmə gedirəm, əsla ,sən həyatımsan və hər zaman səninləyəm – deyərək ayağa qalxdı və az irəliləmişdi ki, geriyə dönərək – sabah yenə gələcəm, mütləq gələcəm ,Zəhram – deyərək çevrilib yenidən yoluna davam etdi.
 
II Səhnə
(3 ay öncə)

–                  Qızım, nə olub sənə, necə gündür öskürürsən, xəstələnmisən? – davamlı öskürən qızıma nəzər edərək dilləndim.
–                  Bilmirəm, atam, necə gündür öskürək əl çəkmir məndən – qızım sualım qarşılığında cavab vermişdi.
–                  Öskürəklə birgə istiliyin də varmı?
–                  Bilmirəm, ata, o gün ölçdüm 37 dərəcə göstərdi, amma özümü çox gözəl hiss edirdim, yəni həmin dərəcəlik halsızlığım yox idi – deyərək cavab vermişdi.
–                  O zaman yeməyini bitir ,gedək həkimə, görək nə məsələdi.
–                  Bas üstə ,atam, amma inanmıram ciddi nəsə olsun.
–                  Eybi yox, qoy olmasın təki, amma gedək.
Yeməyimizi bitirərək əynimizi dəyişdik və xəstəxanaya üz tutduq. İçəri daxil olaraq tanıdığım həkimin qəbuluna yazıldıq. Qəbula girdikdə həkim ilk baxış müayinəsindən sonra qan analizi verməyi təklif etdi.
–                  Ciddi nəsə var, həkim? – dedikdən dərhal sonra önə gedərək – məndən gizlətməyin – dedim.
–                  Sadəcə əmin olaq ,Fariz bəy – deyərək həkim qeyd etdi.
–                  Oldu, siz deyən kimi olsun – deyərək analizə razı oldum.
Bir müddət  keçdikdən sonra analizlərin cavabı gəldi. Həkim cavabları oxumağa başladı ,getdikcə üzündəki  ifadə dəyişirdi. Bu məni olduqca narahat etdi. Həkim analizləri masaya qoyaraq baxışlarını bizə tərəf çevirdi.
–                  Qapıya baxaraq orada olan tibb bacısına səsləndi – qızım, Aynur, Zəhranı götür aparatdan keçirt – deyərək göz işarəsindən də istifadə etdi. Zəhra görməsə də, mənə aydın olmuşdu.
–                  Tibb bacısı ilə Zəhra otaqdan çıxdıqdan sonra həkimə yaxınlaşaraq – həkim, qızımın nəyi var? – qorxa-qorxa soruşdum.
–                  Fariz bəy, möhkəm olun. Nəticələr yaxşı deyil. Mən bu hala təəssüf edirəm – həkim qısa fasilələr edərək cavabında bildirdi.
–                  Pis nəyə deyirsiz, açıq danışın.
–                  Həkim masadakı analiz cavablarına qısa nəzər edərək özünü toparlamağa çalışdı – Zəhranın… – fasilə etdi və qısa an sonra – qızınızın 3 aylıq ömrü qalmış ola bilər – dedi.
–                  Nə, necə yəni, həkim?
–                  Təəssüflər olsun ki, qızınız xərcəng xəstəliyinə tutulmuşdur.
–                  Gözləri dolan ata nəzərini bir nöqtədən ayırmayaraq – onun hələ 13 yaşı var, başa düşürsüz bu nə deməkdir?….
–                  Bilirəm, amma edilməsi mümkün heç bir şey qalmayıb…
–                  Sözünü saxlayaraq – niyə, ömrünü uzadın, heç olmasa – dedi çarəsiz qalan Fariz – məndən alın, ona verin.
–                  Xəstəliyin son dönəmində olması edilməli heç bir qabaqlayıcı tətbirə izin vermir.
–                  Yəni indi mən körpəmi itirəcəyəm,… bunu deyirsiz mənə? …. hə, həkim?…
–                  Həqiqətən təəssüf edirəm, amma şərait budur.
 
III Səhnə
(Zəhra ilə gəzinti)

Qapı açıldı və Zəhra tibb bacısı ilə daxil oldu. O an, Zəhranın otağa daxil olaraq qarşıma gəlməsi və – atam ,gedək, mən çox darıxdım burada – deməsi ilə sanki ruhuma iynə sancılmışdı. Özümü toparlamalı və qızıma olanları bildirməməli idim.
–                  Gedək ,qızım, onsuz heç nəyin yoxdur – deyərək qızımı öpdüm, amma daxilimdə artıq fırtına başlamışdı.
Çölə çıxaraq qızımla evə gedən yolda gününü daha maraqlı etmək qərarına gəldim.
–                  Zəhram, gedək həmişə getdiyimiz kafeyə, sonra isə istəsən, sinemaya gedərik.
–                  Uşaq sayağı gəzərək sevinən qızım – hə ,gedək ,ata – dedi.
Kafeyə daxil olaraq masada əyləşdik. Zəhranın sevdiyi təamları sifariş edərək nuş etdik. Qızımın gülümsəməsi, yaşadığı sevinc hissi mənə gözəl təsir edirdi. Onun məsumluğu və özünü şirin aparması sevgisini daha da artırırdı, amma həkimin dediklərini xatırladıqda  həyata üsyan etmək istəyim yaranırdı. Həkim deyənlər doğrudur, yoxsa istisna hal baş verə bilərdi? Qızım, bəlkə ,xilas ola bilər?
Kafedən sonra sinemaya gedərək qızımın sevdiyi yeni çıxmış filmi izlədik. İzlərkən aldığımız popkorn və pepsi şirəsini də dadırdıq. Filmi izləyərkən orada olan bir səhnə mənə çox təsir etdi. Təsir gücünün artıq olması səhnənin məhz indiki zamanıma, hazırda yaşadıqlarıma səslənməsi idi.
–                  “Qəza keçirən qız gözlərini itirmək qorxusu qarşısında qalır. Qəzada böyük zədə alan gözlərinin daha  görə bilməyəcəyi deyilir. Əməliyyat otağının arxasında, koridorda olan anaya bu hal deyildikdə, ana düşünmədən öz gözlərinin qızına verilməsi barədə qərara gəlir. Müəyyən sənədlər hazırlandıqdan sonra, proses başladılır. Uğurlu keçən əməliyyatdan sonra gözlərini açan qız ətrafa baxdıqdan, sonra anasını səsləyir.”
–                  “Burdayam, qızım – deyərək yan yataqda uzanmış ana səslənir.”
–                  “Qızı yana baxdıqda anasının gözlərinin qapalı olmasını görərək – sənə nə olub, ana? – deyə sual verir.”
–                  “Mən də qəzada zədə aldım və gözlərimi itirdim – deyə ana cavabında bildirir.”
Həmin səhnəni izlədikdən sonra mənim də qızımın həyatı üçün fəda edə biləcəyim nələrinsə olmasına qərar verdim. Mən də atayam və fəda edilməli nəsə olmasa, bu haqsızlıq olar. Tanrı belə etməz, elə deyilmi?
 
IV Səhnə
(Ölüm anı)

Səhər şəfəqləri ətrafı bürümüş, Günəşin işığı ətrafı aydınlığa bürümüşdü, lakin mənə görə həyatın ən qaranlıq günü başlamışdı. Zəhranın nuru gözlərindən yansımırdı. Mənə baxaraq – ata , bəsdir yatdın – demirdi qızım. Kaş açılmazdı, Zəhramın gözlərindəki nur  deyil, kaş Günəşin nuru kəsilərdi. Mən nə edirəm onsuz dünyanı, həyatı…
Məcbur qalaraq bütün olunmalı işləri görən ata, qızının nursuz qalan bədənini torpağa qoyanda özünü saxlaya bilmədi. Qızının cəsədinə möhkəm sarılaraq – məni də burada qoyun, daha torpaq üstündə yaşaya bilmərəm – deyərək hönkürtü çəkərək ağlayırdı. Ətrafdakılar çox çətinliklə Farizi qərarından döndərdilər, Zəhranın üstünü torpaqla örtdülər, fəqət həmin günü Zəhra tək qalmadı.
Artıq kədərin özünə çevrilmiş ata bütün gecəni qəbir üzərində qaldı, yuxuya da məhz orada daldı. Səhərin soyuq sübh çağı gözlərini açaraq ayağa qalxdı. Ətrafına nəzər etdi və dodaqaltı – şükür olsun Əfəndimizə – deyərək oranı tərk etdi. Evinə gələrək yatağına uzanaraq yuxusuna davam etdi.

V Səhnə
(Həyatı dəyişən yuxu)

Qəbir üzərində yuxuya dalan Fariz özünü qaranlıq olan yolda tapır. Bir xeyli qarşıda isə işıq görünürdü. İrəliləməyə başlayan Fariz işıq gələn tərəfə doğru getdi. İşıqlı mühitə keçərək qarşısında olan nəhəng şəlaləni və 13 rəngli göy qurşağını gördükdə heyrətini saxlaya bilmədi.
–                  Aman Allahım, bu rənglər də nədir belə? – göy qurşağının 13 rənginə nəzər edərək dilləndi.
–                  Ata, buradır Əfəndinin məkanı – Zəhranın səsi ilə kimsə ona səsləndi.
–                  Qızım, bu sənsən? – deyərək ətrafında dönərək qızını axtarmağa başladı.
–                  Ata ,bəli ,mənəm, amma axtarma məni.
–                  Niyə ,Zəhram, niyə istəmirsən səni tapım?
–                  Çünk mən itməmişəm ,ata, mən səninlə, sən də mənimləsən.
–                  Başa düşürəm, elədir, amma səni görmək istəyirəm axı…
–                  Ata, azca irəli gəl, o gördüyün şələlənin altına gir.
–                  Səni görəcəyəm orada? – deyərək dərhal şəlalənin altına qaçmağa başladı.
–                  Xeyr, mən olacaqsan…
–                  Şəlalənin altına çatan Fariz – necə sən olacağam, qızım? – deyərək şəlalə suyu altında qızını axtarmağa başladı.
–                  Ata, sakit ol və su altında bir dəqiqə dur ,sonra biləcəksən hər şeyi.
–                  Şəlalə altından çıxan Fariz ətrafa nəzər etdi – anlayıram, səni tam olaraq hiss edirəm – sakit halda dilə gələrək dedi.
–                  Nəinki səni, qızım, bütün insanlığı duyuram və vahidliyi daxilimdə hiss edirəm. Bizlər adlar ilə ayrılmışıq, bunu zehnimizə kod bənzəri öyrətmişik, amma gerçəkdə vahid olan yaradılışın özü olan Əfəndinin daxilində sonsuza qədər varıq. Əsas da var olmağı unutmuşuq, maddilikdə özümü sanaraq Əfəndini belə yanlış anlamışıq, təəssüf olsun – sözlərindən sonra rahatlamışdı.
–                  Ata, sən indi dönməlisən, sonra yenidən bir olacayıq – səs yenidən Farizə eşidildi.
–                  Qızım ,bilirəm, getməliyəm, amma hər gün qəbrinə gələcəyəm. Yaxşı?
–                  O zaman səni gözləyəcəyəm orada ,ata, hələlik…
Yuxudan ayılan Fariz gerçəkləri anlamışdı və əslində qızının rahatlıq məkanında olmasını qəbul etmişdi. Yuxudan ayıldığı sübh saatında hər gün qızının qəbri üstünə gələr, bir müddət tək dialoq edərək gedərdi. Qızı ona cavab verə bilməsə də, Fariz bilirdi qızının vahidlikdə olduğunu. Vahidlik isə hər yer idi, bu qəbir üstü də daxil olmaqla…
 
                                    ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Məhəmməd Kərimov – 21 qramlıq bioenerji və Kosmopolit

21 qramlıq bioenerji və Kosmopolit
 
          1907-ci ildə Haverhill Massaçusetdə olan Duncan MacDougall adlı həkim müəyyən təcrübə üzərində çalışmış və ruhun çəkisini ölçmək istəmişdir. Bir çox ölüm anında olan insanlar çox həssas tərəzilər üzərində böyük həssaslıqla ölçülmüş və ortaya maraqlı nəticə çıxmışdır. Aparılan ümumi təcrübə sonunda insanların ölüm anında 21 qram ( daha düzü 21,3 qram) çəki itirdikləri məlum olmuşdur, ancaq daha maraqlı hal isə çəki itirilməsi ölüm anında müəyyən zaman sonra yenidən bərpa olunmaqda idi.
          Haqqında söz açdığımız 1907-ci ildə aparılan təcrübə bizlərə nəyi göstərməkdədir? Ruhun müyyən çəkisi ola bilərmi? Tarix boyu bütün dinlərdə də insanın maddi və mənəvi tərəfləri olması barədə fikirlər mövcud olmuşdur, amma indiyə qədər ruh barədə tam sübutlu dəlil gətirə bilən olmamışdır. Şəxsən mənim düşüncəmə görə ruhumuzun cismimizdən ayrı olması fikri düzgün gəlməməkdədir.
          Maddənin təməli olan atomun təməli enerji tezliklərinə, yəni enerji dalğalanmalarına söykənməkdədir, yəni sərt cisimlər əslində sərt deyildir, enerji tezlikləri vasitəsilə yaradılmış sistemlərdən ibarətdir. Bizim ruhumuz ətrafı anlayan, analiz edən şüur olaraq vardır və bu bizim hüceyrələrimizdən etibarən formalaşaraq gəlməkdədir. Hüceyrələrimiz ibtidai şüur olaraq, öz ətraflarını təhlil edərək, ətrafa uyğunlaşaraq yaşamağı öyrənən mexanizmlərdir. Bəs belədirsə, ərtaf özü nədir?
          Gerçəkdə ətraf fəzanın və ya kainatın özü ümumi şüur olaraq varlığını saxlamaqdadır. Hər bir hüceyrə isə kainatda yerləşdiyi məkan-zamana uyğun olaraq öz ibtidai şüuruna sahib olur. Bunu isə hüceyrə ətraf fəza ilə qarşılıqlı təsirdə olaraq etməkdədir. Geniş miqyasda nəzər yetirsək, hüceyrənin də atomlardan təşkil olunduğunu görərik, yəni hüceyrədə öz təməlini sonucda enerji tezliklərinə söykəməkdədir. Hüceyrə sistemi özü-özlüyündə kainata bağlanmaqdadır, ondan gəlməkdədir. Bu əsnada abzasın əvvəlindəki cümləni daha düzgün anlamış oluruq. Əgər hüceyrələrin və onlardan yaranmış bizlər şüura sahib oluruqsa, demək ki, ümumi kainat fəzası da şüur sisteminə sahibdir. Şüurumuz fərqli yerdən deyil, yerləşdiyimiz kainatın özündən gəlməkdədir. Bu mövzu ilə bağlı hüceyrə bioloqu olan Bruce H.Liptonun “İnancın biologiyası” kitabındakı fikrini qeyd etmək düzgün olar. Qeyd olunmuş fikir bu şəkildədir: “Hüceyrə membranının quruluşu məni vücudlarından ayrı olaraq düşünüldüyündə ölümsüz və mənəvi varlıqlar olduğumuza inandırmışdır.”
          Bizlər dünyəvi deyil, kosmik varlıqlarıq, yəni Kosmopolitə daxil olaraq varlığımızı saxlayırıq. Bəs bizlərin ayrı-ayrı fərdlər olmağımızı nə formalaşdırır. Bu məqamda yenidən hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabındakı başqa qeydini vermək yerinə düşər. Fikir bu şəkildədir: “Hər bir insanın hüceyrələrinin qruplaşmaları özünə spesifik hala gətirən şey nə idi? Hüceyrələrimizin xarici qatında qruplar halında şəxsiyyət qəbulediciləri vardır və bunlar bir fərdi digərindən ayırır.” Bu bilgiləri fiziki çəhətdən incələsək, hüceyrələrin xarici qatında yerləşən şəxsiyyət qəbulediciləri və kainatın bunlara verdiyi cavablar, hər biri tək gerçəyi ortaya qoymaqdadır. Kainat enerji alanından cismani alana enmişdir. Şəxsiyyət qəbulediciləri enerji tezliklərinin uyğunlaşması ilə mümkün olmaqdadır. Kainatda yerləşən ümumi şüur sonsuz sayda tezliklərə bölünməkdədir və hüceyrə qruplarının yerləşdikləri konuma münasib olaraq uyğunlaşan enerji tezliyi həmin hüceyrənin şəxsiyyətini təyin etməkdədir. Qısacası kainatdan gəlməkdəyik.
          Indi isə 1907-ci ildə aparılan təcrübəni xatırlasaq, ölüm anında itirilən 21 qram və sonra onun bərpasının nə anlama gəldiyini araşdıraq. Məqalədə öyrəndiklərimizə əsasən hüceyrələr kainatda olduqları məkan və zamana uyğun olaraq enerji tezliklərinə uyğunlaşır və formalaşır. Insan ölüm anında onun cisminin hüceyrələrinin toplam şüuru kainatın müəyyən tezliyindən ayrılaraq, fərqli tezliyə keçməkdədir. Bu halı fizika elminə əsasən təcil ilə əlaqələndirmək mümkündür. Təcilin düsturu aşağıdakı kimidir:
 a = F/m
          Düsturda yer alan a – təcili, F – qüvvəni, m – kütləni xarakterizə etməkdədir. İlk öncə təcilin nə olmasını qeyd edim.
          Təcil – sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fasiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyətdir. Təcil sürətin dəyişməsinə, daha artıq sürət əldə olunmasına deyilir. Və düstura fikir versək, cismin təcili artdıqca, kütləsi azalmaq üzrə getməkdədir. Kütlənin azalması ilə birlikdə tətbiq olunan qüvvə də artmaqdadır. Bu bilgiləri ölüm anındakı kütlə itirilməsinə tətbiq edərsək, belə bir fikir irəli sürə bilərik:
–        ölüm anında insanın sahib olduğu enerji tezliyi  alaraq yüksəldiyi üçün insan bədənində kütlə azalması olmaqdadır.
 Enerji tezliyimiz yüksəlir və daha üst məkan zaman ölçüsünə keçid etdiyi üçün daha dünya ölçüsündə fəaliyyətdə ola bilməməkdə və biz buna ölüm deməkdəyik. Qaldı ki, ölümdən sonra itirilən 21 qram kütlənin bərpa olunması, bunu isə vücuddan itirilən enerji tezliyinin yerinə fərqli tezliyin yüklənməsi kimi açıqlaya bilərik,sanki dənizdə müəyyən zonadan su götürülər və götürdüyü zonaya yenidən fərqli su kütləsi gələrək zonanı doldurması kimi insan vücudu da itirilən enerji tezliyinin yerini dolduraraq itirilən kütləni bərpa etməkdədir.
          21 qram təcrübəsinin tam izahının məqalədəki kimi olması ehtimalı olduqca yüksəkdir. Indi isə, mövzunu bir az da genişləndirərək insanlığın kosmopolit nəslini izah etmək yerində olacaqdır. Məqalədə qeyd etdik ki, insan şüuru hüceyrələrdən gəlməkdədir və kainatın uyğun gələn enerji tezliyi ilə formalaşır. Hüceyrələrin də molekulyar sistemlərdən təşkil olunması bilinən bilgidir. Kimya elminə əsasən isə molekulların sonlu sayda qruplaşmalarının olması məlumdur, yəni yaranmış müəyyən molekul qrupları fərqli məkan və zaman aralığında yenidən formalaşmaq ehtimalı vardır. Bu ümumi kainat üzrə bu şəkildə davam etməkdə və kainatın dərinliklərində müəyyən məkan və zaman intervalında fərqli, amma bizimkinə çox bənzər olan Yer kürəsi daha ola bilər. Bu Yer kürəsi cüzi fərqliliklərə sahib olmaq şərti ilə bizimki kimi Günəş sisteminin daxilində ola bilər. Belə olduğu halda orada da hüceyrələr sisteminin yaranması və bizlərin eyni kopyaları cüzi fərqlər ilə yaranması ehtimalı da vardır. Belə olduğu halda,  kainat daxilində var olan fərqli Yer kürələrində  olan mənim cüzi fərqlər ilə yenidən yarana bilmə ehtimalım var, amma heç var olmaya da bilərəm. Hamısı molekulyar qruplaşmalarından asılı olaraq davam etməkdədir, amma fərqli mənlər heç də eynilə mən olmuram, çünki yerləşdiyi məkan fərqi səbəbi ilə enerji tezlikləri tam eyni olmayacaqdır. Xarici quruluş baxımından və xarakterik baxımdan cüzi fərqlər ilə mən orada da özümü burada olduğu kimi hiss edəcəyəm.
          Bu bilgi bizlərin kainata yayılmamızı və beləliklə, kosmopolit nəslini yaratmağımızı göstərən ehtimal faktlardır. Ehtimal olaraq niyə qeyd edirəm, çünki bilgilərlə təsdiq olunsa belə, konkret təsdiqi hələ ki tapılmamaqdadır.
 
 
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Məhəmməd Kərimov – Xədicənin duası

                      Xədicənin duası

–          Atəş səsləri dayanmayacaqmı?
–          Dayanacaq ,mənim gözəl qızım,  səbirli olmaq lazımdır.
–          Ata, insanlar nədən belə edirlər ki? – sual dolu gözləri gözlərimə zilləndi, sanki qaneedici cavab gözləyirdi.
–          Ölkələr arasında müəyyən səbəblərdən müharibə ortaya çıxır,amma qorxma ,bizim evə gəlməzlər – deyərək saçlarına sığal çəkdim.
–          Bundan necə əmin ola bilərsən, axı atəş səslərini eşidirik.
–          Olsun, müharibə özü çox uzaqda davam edir, qızım.
–          Bəs gəlsə, o zaman nələr baş verəcək?
–          Sual qarşısında  bir az susdum, cavabımda nə söyləyəcəyimi düzü bilmədim – dua edək gəlməsinlər, qızım – deməkdən başqa ağlıma heç nə gəlmədi.
–          Allahamı dua edək?
–          Əlbəttə , qızım,Tanrı bizi eşidər və o mərhəmət sahibidir – deyərək simasında arxayınlıq yaratmaq istədim.
–          Mərhəmət sahibidirsə, demək müharibəni sevmir, hə ,ata?
–          Elədir, əlbəttə, sevmir.
–          Bəs, niyə icazə verir?
–          Nəyə, qızım?
–          Tanrı hər şeyin sahibidirsə, müharibəni sevmirsə, niyə olmasına icazə verir?
        Yaşı az olmasına baxmayaraq dərin suallar verərək məni çətin halda qoyurdu. Xədicəm o dəniz mavisi gözləri ilə mənə zillənmişdi, sanki sakit görünən dəniz tam gerçəkdə olan öz fırtınalarını gizlətməyə çalışırdı məndən.
–          Gözəl qızım ,Tanrı bizi üstün edib, azad iradə bəxş edib bizə. Ona görə də etdiklərimizə müdaxilə etmədən izləyir bizi.
–          Azad iradəyə görə Tanrı qarışmır pisliklərə? – az düşünərək verdiyi sualı oldu.
–          Eynilə ,Xədicəm, məhz ona görə Tanrı şəxsən müdaxilə etmir.
        Ardından Xədicə aramızda olan söhbəti saxlayaraq, əllərini dua vəziyyətinə gətirərək ovuclarını birləşdirdi. Səmaya deyil, düz qarşısına baxaraq Tanrısına dua etdi. Düzünü deyim, mənə əsas təsir edən məhz qızımın duası oldu. Ovuclarını birləşdirərək etdiyi duası uzun sürmədi, amma çox dərin oldu. Duada səsləndirdiyi sözlər bu tərzdə oldu:
–          Gözəl Allahım, sən hər şeyə qadirsən. Bizə azad iradə verərək üstün etdin, bunu öyrəndim atamdan, amma Tanrım biz azadlığın qədrini bilmirik. Ona görə də bizdən, yəni insanlardan azad iradəni geri al. Azad olmasaq da, heç olmasa ,xoşbəxt, sülh içində yaşaya bilək. Yoxsa, belə yaşamırıq bizlər…
 
 
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru 

Məhəmməd Kərimov – Xoşbəxtlik Aksiomu

                Xoşbəxtlik Aksiomu

–          Yenə gəlmisən?
–          Eynən, yenə buradayam.
–          Nədən belə edirsən?
–          Nə edirəm? – biraz susaraq ətrafa nəzər etdim – fikrimcə etdiyim hər şey doğrudur.
–          Bəlkə fikrində yanılırsan, əzizim?
–          İnanmıram belə bir hal olsun – deyərək qətiyyətlə bildirdim.
–          Dünyada çox insan var, mütləq sənin də ürəyinə yatan biri olacaqdır. Buna inan..
–          İnsanlar çoxdur, amma heç biri əksim deyil, anlayırsan məni? – sualını verərək ayağa qalxdım və qarşımdakı dalğalı dənizə tərəf bir necə addım atdım.
–          Öz əksini istəyirsən, eynilə sən olsun?
–          Əlbəttə, yalnız o zaman düzgünlük ola bilər.
–          Hansı düzgünlükdən danışırsan? Anlamadım.
–          Əllərimi cibimə salaraq gözlərimi dəniz dalğalarına həvalə edərək – xoşbəxtlik nədir?
–          Sevinc dolu olmaq, həzz verən həyat deməkdir.
–          Yox, mən xoşbəxtlik üçün nə gərəklidir, onu sual etdim.
–          Sükuta qərq olaraq – hər şəxsə görə dəyişən anlayışdır – dedi.
–          Bəs aksiomu nədir?
–          Nədir?
–          İnam – dərin nəfəs alaraq dənizin qoxusunu içimə çəkdim – inam olmasa xoşbəxtlik sadəcə şərti hal olaraq qalacaqdır.
–          Öz əksini ona görə axtarırsan?
–          Aha, eynilə. Yalnız özümə güvənə bilirəm çünki…
–          Nədən elə düşünürsən, güvənilən insanlar da az deyil axı..
–          Demədim ki, yoxdur. Xeyr, dürüst insanlar var, amma mən 100 faizdən söz edirəm.
–          Nəyin 100 faizi?
–          Xoşbəxtliyin – deyərək üzümü ona sarı çevirərək – mən ancaq sənə baxaraq 100 faiz xoşbəxt ola bilirəm.
–          Nədən mən?
–          Yenidən dənizə sarı çevrildim – çünki sənə baxdıqda tək özümü görürəm bu sonsuz aləmdə..
–          Özünlə olursan, xoşbəxt olursan mənimlə?
–          Tam yerində dedin, çünki mən səninlə tənha oluram. Anlamsız amillər üzündən küsən, bir-birinin xətrinə dəyən, arxasından işlər görən insanları görmürəm. Bir qarış torpaq üzərində qan axıdan atılan bomba və güllələrin səslərini eşitmirəm. Yalnız səninlə olduqda egosunu təxmin edən insancıqlardan tam kənar oluram.
–          Xoşbəxt olursanmı bəs?
–          Əlbəttə, yaxşı ki, varsan. Əziz Tənhalıq…
 
                                     ASTROBİOS NƏZƏRİYYƏSİNİN FƏRZİYYƏ VƏ FƏLSƏFƏSİ

Müəllif: Məhəmməd KƏRİMOV

MƏHƏMMƏD KƏRİMOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru