İyirmi yaşda qohuma qan qızardı İyirmi beşdə dost bağımı yaz aldı Otuz yaşda yavaş yavaş azaldı Eləki yetişdim otuzbeş yaşa Qəliz qayğılarla qaldım baş başa! Otuz altı tufan qopdu, qış oldu Birdə baxdım otuz yeddi yaş oldu. Yoxsulluq ömrümə hökm etdi deyə Təkcə qədəm qoydum otuzyeddiyə.
Başını qatırıq quruca sözlə Üzünə baxırıq axı nə üzlə? Durduq keşiyində var gücümüzlə Əziyyət əzaba hey bata-bata Biz səni saxlaya bilmirik Ata.
Dilimdə gəlmir ki bir söz deməyə Artıq təbiblər də yetmir köməyə Gərdişə gücümüz çatmadı deyə Utana-utana baxdıq həyata Biz səni saxlaya bilmirik Ata.
Möcüzə göstərə uca yaradan Səni qüdrətilə çıxarda dardan Dərmanın tapardıq desələr hardan? Gecəni gündüzə biz qata-qata Biz səni saxlaya bilmirik Ata.
Yalvardıq Allaha biz neçə qardaş Bu yaşda nə köçmək? Axı nə təlaş? Kaş Allah möcüzə göstərəydi kaş Gedəydi başından bu bəla, qada Biz səni saxlaya bilmirik Ata.