Məndə sənin günündəyəm

Məndə sənin günündəyəm

Ay mənə əl açan insan
Məndə sənin günündəyəm
Qabağıma qaçan insan
Məndə sənin günündəyəm.

Çətinkəşib zaman, qoca
Halım olub yaman, qoca
Yaxın gəlmə, aman, qoca
Məndə sənin günündəyəm.

Düşmüşəm amana, aha
Gümanım yoxdur sabaha.
Ələ baxan oldum daha
Məndə sənin günündəyəm.

Ay əl açan ahıl qoca
Əl tuta bilmirəm aca
Möhtac oldum ehtiyaca
Məndə sənin günündəyəm.

Sən dilənib dolanırsan
Yalvarırsan, yalanırsan
Mən Muradam inanırsan?
Məndə sənin günündəyəm.

8.10.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir