
ATA
(Allah dünyasın dəyişən atalara rəhmət eləsin)
Gəzdim dərmanını tapa bilmədim.
Aləmə yayıldı sorağım Ata.
Sən idin dünyada tək ümid yerim
Bəs indi kim olsun dayağım Ata?
Axı nə yaşdır ki əlli doqquz yaş
Bu bahar çağında daş olmusan, daş
Bircə yol səsini eşidəydim kaş
Fəxrim, fəxarətim, fərağım Ata.
Niyə tez üz tutdun ölümə sarı?
Qocalıq dadından dadmadın barı
Sənsiz çox çətindir ömür yolları
Yoluma nur saçan çırağım Ata.
Qoy sənə rəhm etsin uca Allahım
Bu sənsiz dünyamda odur pənahım
İndi baş daşındır ziyarətgahım.
Pirim, qibləgahın, ocağım, Ata.
30.11.2023.
Müəllif: Murad Eloğlu
Oxuyun >> Gözündə tük var