
AYRILIĞIN SƏSİ
Buludlar gizləndi saçlarında,
Ay batdı gözlərinin qarasında.
Soyuq külək əsdi nəfəsindən,
üşüdüm,
iliyimə işləlirdi sözlərinin sərtliyi.
Xəncər kimi kəsirdi üz-gözümü baxışların.
Hicranın ölçüsünü bildirdi
mənə arxanı çevirməyin.
Ayrılığın səsi eşidilirdi addımlarının tappıltısından…
Yanıq iyi gəlirdi ürəyimin çatından.
26.11.2025
Müəllif: QABİL NƏBİ