Etiket arxivi: QULU AĞSƏS

SÖZÜMÜZÜN SƏSİMİZİN ÜZÜAĞLIĞI

Mənim üçün o dərəcədə maraq kəsb eləmir həmişə üzü gülər, incə yumoru dilinin ucunda, ürəyindəki saf duyğuları parlaq gözlüyünün arxasından nur kimi yağan bu cavan oğlanın neçə ili arxada qoyduğu! Onun bir vaxt yurd-yuva itkisini kiməsə nizamsız görünə biləcəyi tərzdə, adamın yeddi qatından (yaxşı mənada) keçən söz çalarları ilə nizama çəkdiyi günləri xatırlayıram və səsinin, sözünün üzüağlığında bugünki Qulu Ağsəs kimi mənə daha maraqlı və qürurverici görünür!…

65 yaşımla bağlı ötən ilin fevralında dostlarımın AYB Natəvan klubunda məni də rayondan dəvət etdikləri tədbirdə əvvəl mətbu aləmdə birgə fəaliyyətə başlamağımızın, sonradan dostluğumuzun bir qərinədən çox olduğunu ayırd edə bildiksə, deməli 35 rəqəmi düz gəlir.

İndi çoxlarının başqa adda vərəqlədiyi, o vaxt Sabir Rüstəmxanlının qəzeti kimi əldən-ələ gəzən “Azad Azərbaycan”ın başlığı da içindəki yazıların ruhuna uyğun olaraq qara yox, qapqara çıxırdı. Ancaq Əlahəzrət SÖZün üzünü ağ eləyən bir kollektiv Qarabağa Xalq Yardımı Komitəsinin orqanı olan bu qəzetə gecə-gündüzünü qatmşdı. Komitəyə mərhim Xalq yazıçımız Bayram Bayramov rəhbərlik edirdi. Sədr müavini Nurəddin Mehdixanlının komitənin fəaliyyətində, o cümlədən qəzetimizin çıxmasında canfəşanlığı gözümün qabağında baş verib, bunu danmaq mümkün deyil. Baş redaktor şair Malik Fərrux ta Laçının işğalına qədər çox yaradıcı mühit formalaşdırmışdı və qəzetimiz doğrudan da  maraqla oxunurdu (o illərdə oxunaqlı qəzet çıxarmaq asan deyildi). Laçın dərdi bu vətənpərvər şairimizi hər şeydən uzaqlaşdırdı, sonda cismani varlığınıı da əlindən aldı.

 Elə mənim də, Qulu Ağsəsin də fikri-zikri böyüyüb boya-başa çatdığımız doğma yurd-yuvada qalmışdı. Ancaq qəzet durmadan çıxırdı və bu qəzetdə 2-3 nəfər bütün işləri həll edirdi. Mən yeni yaranan sərhəd qoşunlarına çağrılanda Qulu Ağsəslə bir neçə dəqiqəlik vaxt tapıb söhbət edə bildim, qəzetin maketləşməsində (məsul katib işindən çox qorxurdu) çətinlik çəkərsə, həmişə yanında olacağımı vəd etdim. Yanında oldum, ancaq həmişə yox və nə yaxşı ki belə oldu!…

  P;S: Bu gün biz yaşlılara “Ulduz” gənclərin mətbu orqanıdır, qocalar (üzümə deyib) harada olsa çap olunarlar” deyən baş redaktor haqqında söz yazmaq bir saat bundan əvvələdək ağlımdan belə keçmirdi. Çünki bir neçə gün öncə Rəşad Məcidin “Çiyələk qadın” şeirlər kitabını bir daha oxumaq istədim və Qulu Ağsəsin on söz kimi kiçik formatda cəmi 4 səhifə yarımlıq “Selfie”si o qədər maraqlı gəldi ki, onun üstündən adlamağım uzun müddət apardı. Sanki bu “Selfie”dən sonra şeirlər də adama başqa ruhda yapışırdı. Belə söz adamı barədə söz yazmağın asan olmadığını anlasam da, doğum günü təbriklərinə qoşulmaq üçün fürsətdən bəhrələnməkdən vaz keçə bilmədim: söz dünyamızda, şeir ruhumuzda üzüağ olan AĞSƏSimiz, günün mübarək!

MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist 

MAHİR CAVADLININ YAZILARI

QULU AĞSƏSİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərvanə Bayramqızı təbrik edir

Qulu Ağsəsin labirintləri

Canım Vətən,
yenəmi Arazla suvarılır
ədəbiyyat zəmin?
“Ağdam” şeirini yazan şairin Vətənə bu cür sual verməsi risklidir.
Vətən dil açsaydı cavabı sualında verərdi: – bəs şumlanan Ağdama tökülən nə idi?
Şair eyhamı anlayardı; ədəbiyyat zəmisini suvarmaqda təkcə sudan istifadə etmirlər. Yoxsa bayraqlar bayraq olmazdı…
Görəsən, Vətən “gözünü yumub ağzını açsa, “yorğunam” desə, Qulu Ağsəs neynəyəcək? Bildim. O, qırx dörd günün ruh yüksəkliyindən aldığı cəsarətlə verib sualı.
Şeirin yayıldığı günlər şairə unudulmaz, gözəl hisslər yaşatdı. Buna hamımız şahid olduq. Qələbə sevinci bir azərbaycanlı kimi, şeirin dillər əzbəri olması isə şair kimi onu riqqətə gətirməyə bilməzdi. “Ağdam” şeirini yazdığı vaxtadək o, poeziya və publisistikadakı yeri, redaktorluq fəaliyyəti ilə Azərbaycanın dəyərinə çevrilə bilmişdi. Yurdu işğaldan azad ediləndən sonra yaratdığı söz xəritəsi ilə də ürəklərdə yerini təzədən rahatladı.
“Ağdam” şairin adına təxəllüsü “Ağsəs” qədər yaraşdı.
Uşaqlıq yaddaşlı, xatirələr məskənli, yurd həsərtli “Ağ-qara bağ” şeiri Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını xatırladır. Yazılma tarixləri, məkanları fərqli olsa da yaratdıqları təəssürat oxşardır.
Qulu Ağsəsin yaradıcılığında ağır terminlərə, avropa dillərindən son illərdə dilimizə keçən tələffüzü çətin sözlərə rast gəlinmir. Bir-iki dəfə gözə çarpsa belə bu gec-gec qarşılaşdığımız yaxşı insanların sayını xatırladar. Ana dili onun üslubunda pis insanlar kimidir: dəyişməz və əbədi. Yazdıqlarını oxuduqca düşünürük; ifadələrində qəlizlik olmadığı halda nədir onun yaratdıqllarını mürəkkəbləşdirən? Cavab yubanmır. Yaradıcılığını bu cür ağırlaşdıran səbəbin dərin-fəlsəfi məna yükü olması ağıla tez gəlir. Şeirləri balaca boy-buxunu ilə bütöv bir nəsli idarə edən, hər çətin işin öhdəsindən gəlib gücünü dinməz-söyləməz, öyünmədən nümayiş etdirən insana bənzəyir. Bir misrasını oxuyursan, düşüncələrin tərpənir: şair burda nə demək istəyib? Həmin misranı təzədən oxuyursan: həə, – deyirsən – nə demək istədiyini anladım. Maraq güc gəldiyindən, ya da bəyəndiyinə görə bir də oxuyanda dodağından “Allah bilir, şair özü burda başqa məqamı nəzərdə tutub” kəlmələri qopur. Belə məqamda şair oxucu üçün sirli görünməyə başlayır. Qulu Ağsəsin şeirlərinin ədəbi labirint olduğu qənaətindəyəm. Dolaşıq xətlərin arasında seçim etmək çətinləşir. Hansı tərəfinə düşüb harasından çıxacağını düşünürsən. Nə özün yol tapırsan, nə də uzaqdan səni izləyən adam istiqamət verə bilir. Baxırsan-baxırlar, düşünürsən-düşünürlər. Bəlkə də, buna görə onun yaradıcılığından belə çox yazılıb. Hər bir müəllif, hər ədəbiyyatşünas Qulu Ağsəs labirintilərini çözməyə çalışır. Nəyi nə üçün, kim üçün, niyə yazdığını isə təkcə şair özü bilir. Sadə görünən mürəkkəb şeirlər, düyünlü görünən açıq fikirlər Qulu Ağsəs yaradıcılığında mənaları ilə maraq doğurur. Bir qədər fərqli deyək: Qulu Ağsəsin mətnin(ə)də söz yox, məna artıqlığı olur. Bəzən bir misrasını deyəndə el arasında tez-tez işlənən hər hansı bir deyimi xatırlayırsan. Yaxud real həyatdakı hansısa bir əlamət onun poetik dilində üstüörtülü şəkildə beyinə elə ötürülür, düşünürük ki, hamımız şeir dilində danışırıq. Onun oxucunu öz poeziyasında həbs etməyi də var. Elə hökm çıxarır, daxili dünyanla şairin dünyası arasında azırsan. İllərdir, özümüz hələ də qərar bilmirik, üşüyəndə ocağımı özümüzümü yandıraq.
Təkcə yaradıcılığından yazılmayıb, onu tanıyanlar şəxsiyyətini söz-söz, fikir-fikir çözməyə çalışıblar. Sözümü qəribliyə salmayacaqsınızsa deyim ki, qələm dostları Qulu Ağsəsi sözləşdiriblər. Onun şəxsiyyətinin təsvirində kəlmələr usta əlində gilə dönür. Bu tərəfdən yanaşanda şairin xeyli sayda heykəlini görürük. Sanki hər kəs bu qeyri-adi istedad sahibini, yaradıcılığı son dərəcə maraqlı olan şəxsi ayrı-ayrılıqda analiz etməklə onun özündəki mənanı izah etməyə çalışıblar. Bəli, söz kimi, fikir kimi insanın da mənalısı-mənasızı olur. Məncə, Qulu Ağsəsin fərd kimi mənası həm həlim, həm də sərt olmağındadır. Bu iki keyfiyyəti özündə elə daşıyır, biri o birindən çox görünmür. Qoşa gedirlər. Biri digəri lazım olan yerdə özünü ortaya atmır. Hərəsi öz məqamında üzə çıxır. Ona görə haqqında danışılanda nə “Qulu Ağsəs sərt adamdır”, deyirlir, nə də “fağır adamdır” söyləyirlər. Həlimliyini qabartsaq, dilindən çıxan kəskin sözləri yadımıza düşər, “sərtdir” desək, dilimiz quruyar. Qulu Ağsəs sözünün yerini-yolunu, hərəkətinin ölçü-biçisini əla bilir. Bu qaydanı bəzən yumorunda pozur. Məsələn, soruşsa “necəsən?” desən ki, “yaxşıyam, hələ ölməmişəm” çəkinmədən: “inşallah o da olar” deyə bilər. Bəzi fikirlərini söyləməkdə sərbəstliyə yol versə də çox vaxt ürəyindəkiləri deməyə xəsislik edir. Bax belədir o. Amma zarafatından incimirik. Niyəsini mən bilmirəm, bəlkə siz biləsiniz.
Qulu Ağsəs dörd misralıq şeir, beş-altı sözdən ibarət fikir yazıb qələmini dəftərin üstünə qoyub gedir. İndi gəl bu dörd misranın üstünə yüklədiyi mənanı şeirdən ayır görüm necə ayırırsan. Şeirə bir məna verəcəksən, yeddibaşlı əjdaha kimi o yanından yeni bir mənası çıxacaq. Tədqiqatçılara nə var, hərəsi öz interpretasiyasını yazacaq, zülüm oxucunundur. Biri öz halına uyğunlaşdırıb söyləyəndə digəri etiraz edəcək ki, yox, o mənada deməyib. Şairin özündən də soruşmaq olmaz ki, bunu hansı mənada yazmısan.
Elə şeirləri də var, nə soruşmağa, nə də etiraz etməyə ehtiyac qalmır.
“Köçəri quşlara vətən dəndi” misrası kimi. Atalar sözütək səslənir. Çox yerdə məsəl yerinə işlədirəm. Həqiqət payı danılmazdır. Bəziləri dənlənməyə gedirlər “yel əsib qoz tökülən ölkələrə”. Yerli quşlar onları dimdikləyib yuvadan atanda da “ölməyə vətən yaxşı olur”.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən tap!
Nümunəni tapmaca kimi uşaqlar üçün işləmək olar. Şagirdlər arasında əyləncəli kiçik səhnə hazırlasalar, yəqin ki, kitabdan ayrılmayan uşağın adını söyləyərlər.
Hardasa çölün düzündə
Su köşkü olmalıydı.
Ürəyimin alt gözündə
Son eşqim qalmalıydı.
Şair iki məkan göstərib: köşk, siyirmə… fəaliyyətsə oxucuya qalır. Faydalanmaq olar — köşkdən aldığın su ilə son eşqi həb kimi başına çək.
Sözübütövlüyün, doğruluğun ifadəsi:
“Su da atmazdı arxadan…
O qədər dürüst idi”.
Sevginin, bağlılığın qısa-geniş, adi-qeyri-adi izahı:
“O mənim hər şeyimdi,
Mən onun yarısı”
Q.Ağsəs şeirlərini hansı hisslərlə yazırsa, oxucuya o cür də çatdırır. Oxumaqdan zövq aldığımız kimi dinləməkdən də yorulmuruq.
Aprelin iyirmisinə aid şeirini isə altındakı skamyada, varağın bir küncündə oturmadığı vaxtda yazıb. İstəyirəm şairə stul göstərim: – Əyləşib dincinizi alın – deyim:
Gözəl hisslər bəsləyirik,
Üstəlik də baş əyirik.
Biz “Qulu Ağsəs” deyirk
Aprelin iyirmisinə.

Doğulmaq da bir iş imiş…
Yalan demək vərdişimiz.
“Səni leylək gətiribmiş
Aprelin iyirmisinə”

Nə tanrını küsdür, qına,
Nə peşman ol varlığına,
Səksən iki yarlığı al
Aprelin iyirmisinə.
(Şairin öz şeirinə nəzirə)

Hörmətlə: PƏRVANƏ BAYRAMQIZI

QULU AĞSƏSİN YAZILARI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub

“Ulduz”lu görüşlər”in növbəti qonağı Azər Turan olub
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” ədəbiyyat dərgisinin layihəsi davam edir.
“Ulduz”lu görüşlər”in növbəti qonağı tənqidçi, publisist, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan olub. AYB-nin Natəvan klubunda keçirilən görüşdə Azərbaycan Universitetinin tələbələri iştirak ediblər. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs türk məfkurəsini öz həyat amalına çevirən Azər Turanın həyat və yaradıcılığının əsas məqamlarına nəzər salaraq, görüşü açıq elan edib. “Ulduz” jurnalının şöbə redaktoru Taleh Mansur dəyərli kitablar müəllifi olan Azər Turanla görüşün tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb. Azər Turan görüşü təşkil etdiyinə görə “Ulduz” ədəbiyyat dərgisinə minnətdarlığını bildirib. Qonaq zəngin milli düşüncə tariximizə nəzər salaraq, ədəbiyyatımızda geniş yer tutan türk təfəkkürü, özünüdərk, vətən və millət mövzuları ətrafında fikirlərini bölüşüb. Nizami Gəncəvi, Əhməd Cavad, Hüseyn Cavid, Məhəmməd Hadi, Əli bəy Hüseynzadə kimi dühaların yaradıcılığının öyrənilməsinin əhəmiyyətini qeyd edib. Sözügedən mövzularda tələbələri maraqlandıran suallar cavabalandırılıb, onlara Azər Turanın imzalı kitabları hədiyyə edilib.


Layihənin növbəti qonağı şair Baba Vəziroğlu olacaq.

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Südabə Məmmədova – “Debüt” kitabı

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qulu Ağsəs – Yeddi il və yeddi gün

Yeddi il və yeddi gün

Fərqanə  Mehdiyevanın əziz xatirəsinə

…Bacım o lənətəgəlmiş xəstəliyin ucbatından dünyasını dəyişəndə Fərqanənin hələ tükü duruydu: redaksiyaya girməyiylə aləmi qatırdı, gərək “Ulduz”da hamı biləydi ki, Fərqanə iş başındadı, içimizin ən qaradinməzi Dürdanə üç kərə “Fəqiş!” çığırandan sonra onu güclə sakitləşdirmək olurdu, səhər yeməyini Əhmədlidə, günorta yeməyini Salyanda, axşamı Gədəbəydə yeyən Fərqanənin həyatı civə kimi qaynayırdı… Xəbəri eşidən kimi mənə zəng vurdu, bacın ölsün, dedi. Öldü, dedim. İki gün sonra yenidən o idi, yas yerini soruşurdu, izah elədim. Məlum oldu ki, Fərqanə ayrı yasa gedib, orda ağlayıb, başsağlığı verib, pul da yazdırıb çıxanda… məni xəbər alıb – orda kimdi Qulu Ağsəs tanıyan?! Arxasınca maşın yolladım, Fərqanə yas yerinə girəndə üzündə günahqarışıq təbəssüm vardı…

Üstündən bir neçə ay ötməmiş özü o lənətəgəlmiş xəstəliyə yoluxdu, hər gün eyni sualı eşidirdim: “Bacın xərçəngə nə qədər tab gətirdi?” Hər gün onu inandırırdım ki, ondakı başqa şişdi, birtəhər qulağını doldurub İrana yolladıq, Təbrizdə əməliyyatı uğurlu alındı, ora gedib-gəldikcə oxucuları da artmağa başladı, hamı Fərqanəni evinə qonaq çağırırdı, kitabını da çıxardılar İranda, beləcə, Fərqanə yenə əvvəlki Fərqanə oldu: deyən, gülən, tədbirlər bəzəyi, ayaqqabısı ütülü, şeir qazanı dəmdə…
Və bu dəmdə… korrektorumuz Rəfiqə xanım o lənətəgəlmiş xəstəliyə düçar oldu, tez də dünyasını dəyişdi… O vaxtdan Fərqanənin həyatı, ümidləri alt-üst oldu, oturub-durub özünə ölüm arzuladı, feysdəki statusları qara geydi, bir əlini bu dünyadan üzüb, o birini o dünyaya uzatdı. Yenə həkimlər, yenə diaqnostika, yenə Bakı-Təbriz yolları…
Epikrizlərini mənə oxudurdu:
“Gör burda nə yazılıb?..”
“Doxsan il ömür!”
“And iç, elə yazılıb?”
“And içirəm!”
“Sənə inanıram!”
“İnan!”
“Oğlumun toyunu görəcəm?”
“Əlbəttə!”
“And iç, elə yazılıb?”
“And içirəm!”
“Dəqiq oxudun?”
“Dəqiq!”
“Sənə inanıram!”
“İnan!”

…Nə yaxşı ki, epikrizdə bir şey düz yazılıbmış: oğlunun toyunu görə bildi Fərqanə!.. Amma tək onu yox: nəvə sevgisini, oxucu rəğbətini, daha nələri, nələri! “Payızın yanında gözlərsən məni” kitabını mən redaktə eləmişdim, hər dəfə poçtuma bir şeir yollayırdı, kitabın adı üstündə neçə kərə çək-çevir oldu, axırda razılaşdı, təqdimatda uşaq kimi sevinirdi – hamı gəlmişdı deyə; Fərqanə hamının Fərqanəsiydi; sağlam vaxtı da, xəstə olanda da! Feysdə hamıya ürək şəkli qoyurdu – dost, düşmən bilmədən, bir yol hətta əleyhinə yazılan statusu da bəyənmişdi, bunu özü danışanda gülməkdən gözləri yaşarırdı.
Mən işə getməyəndə votsapa mesaj yazırdı: “Töhmət alırsan!” Bu, o deməkdi ki, nigaranıq səndən, ona görə çəkilişə gedəndə mütləq Fərqanəyə xəbər eləyirdim, o da işdəkilərə: “Bu gün baş redaktora özüm icazə vermişəm!” “Ulduz”da qonaqlıq olanda Fərqanənin yeri başqaydı və başdaydı: şeir desin, oxusun, oynasın, amma yeməklə arası geniydi. Kefinin kök vaxtında qəfil halı pisləşərdi, “Doxsan!” deməyimlə rəngi üstünə gələr, təzədən həmin adam olardı.
Yeddi il xərçənglə doyüşdü, yeddi günə təslim oldu…
Şeirləri qalacaq, balaları, nəvələri onun xatirəsini yaşadacaq, biz də əlimizdən gələni edəcəyik. “Ulduz”un may sayını Fərqanənin şeirləri ilə açırıq, Fərqanəylə açılası hələ çox sabahlar var. İşdə yerinə adam götürmədik. O öz yerini özüylə apardı…

Müəllif: Qulu AĞSƏS

QULU AĞSƏSİN YAZILARI

FƏRQANƏ MEHDİYEVANIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz”lu görüşlər” in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu

“Ulduz”lu görüşlər” in budəfəki qonağı şair Səlim Babullaoğlu oldu

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, tərcüməçi, esseist Səlim Babullaoğlu ilə görüşü keçirilib. “Ulduz” ədəbiyyat dərgisinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Universitetinin müəllim, tələbə heyəti, eləcə də poeziyasevərlər və ədəbiyyat adamları iştirak edib.
“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs tədbiri açaraq, Səlim Babullaoğlunun yaradıcılığı haqda geniş məlumat verib. Ardınca “Ulduz” jurnalının şöbə redaktorları Dayandur Sevgin, Taleh Mansur, Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, şair-publisist Zaur Ustac çıxış edib. Səlim Babullaoğlu şeirlərini səsləndirib, tələbələrin suallarını cavablandırıb. Azərbayacan ədəbiyyatının mövcud durumu, bədii tərcümə sahəsində aparılmalı olan islahatlar, eləcə də yazarlarımızın dünyaya çıxması yolunda qarşıda duran məsələlər haqda geniş fikir mübadiləsi aparılıb. Sonda Səlim Babullaoğlu tələbələr üçün öz kitablarını imzalayıb. Tədbirdən fotolar:

“Ulduz” aylıq ədəbiyyat dərgisi

Südabə Məmmədova – “Debüt” kitabı

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmirin yeni kitabı işıq üzü görüb

Tanınmış qələm adamı Təranə Dəmirin sayca doqquzuncu kitabı işıq üzü görüb. Özünün xüsusi ənənələri olan “Maarif” nəşriyyatında nəfis şəkildə tərtib olunaraq, nəşr olunmuş kitabın redaktoru Qulu Ağsəsdir.

Qısa arayış: Təranə Dəmir – Dəmirova Təranə Ağaqardaş qızı – 1970-ci il dekabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində anadan olub.
Kolanı kənd orta məktəbini medalla bitirib.
1988-1993-cü illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb.
AYB-nin və AJB-nin üzvüdür. 9 kitab müəllifidir.
Şeirləri lap gənc yaşlarından dərc olunur.
Dəfələrlə AzTv-nin müxtəlif proqramlarında qonaq olub.
İndi də müxtəlif mətbu orqanlarda dərc olunur.
Ailəlidir, iki övladı var.

Əlamətdar hadisə barədə sevincini Təranə xanım sosial şəbəkə hesabından: Təranə Dəmir – “Qulu Ağsəsin redaktorluğu ilə “Sərhədsiz sərhədlər ” işıq üzü gördü. “Maarif” nəşriyyatına və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.– məzmunlu paylaşım edərək, öz izləyicilərilə bölüşüb.

YAZARLAR” olaraq, TƏRANƏ xanımı təbrik edir, qarışdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun!


TƏRANƏ DƏMİRİN YAZILARI

Məlumatı hazırladı: Günnur Ağayeva

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Onunçun hər yan Ağdamdı…

Qulu Ağsəsə, Ağ səs Quluya

Özü demiş “Ağzı kasıb evində bağlanmış
turşu bankasıdı,
ildə bir dəfə açılar”,
Sözü urvatdan salanlardan deyil ,
Amma sözünə dil uzadanları
elə sözüylə qamçılar.
Tanrıdan qorxmaz,
üsyanında da, küfründə də Ona sığınar.
Sevgisi bir adamlıqdı,
( yenə özü demiş)
Ona görə Eşqdə ikinci adam artıqdı .
Sözün keşiyində dördgözlə dayanar, ( Eynəyinin arxasında gizlədər narahatlığını,
Şəhid atalarından utanar ).
Namaz qılmaz, Oruc tutmaz,
(Allahı aldatmağı günah sayar)
Amma namaz qılmaq olar ətəyində.
Adamı neçə qat işıqdan keçirib
salar ürəyinə,
Hər kəs sağ çıxa bilməz söz kötəyindən.
Hərdən tanımadığı ölkələrə,
tanımadığı adamlara açar sirrini,
Tanıdıqlarına etibar etməz.
Gülüşündə gizlədər dərdini.
Sual alar , sual verməz.
Susa-susa sevər,
Sevə-sevə susar.
Sükutunun xofu basar adamı,
Yüz pozar, bir yazar,
Birdəfəyə qərar verməz.
Bircə balasındadı canı,
Canı sağ olsun.
Milyonlara qoşulmaz heç vaxt,
Təklərin içindən çıxıb axı.
Qınamıram,
İstəyir hər yerdə başı dik gəzsin,
Üzü ağ olsun.
Ayda, ildə bir dəfə gələr ilham pərisi,
Sözü misqal-misqal xərcləyər,
“Xəsis”likdi ən böyük günahı.
“Tənbəldi ” bir az da,
Nə şöhrətə qaçar, nə ada,
Zamanla ayaqlaşa bilmir həyat tərzi.
Qaraladıqlarını ağa köçürməz–
Ağsəs Qulu,
Qulu Ağsəs.
Fərq etməz ,
Onsuz da hayana çevirsən eyni adamdı–
Bir də ..
Bir də Vətən boyda sevdası var könlündə,
Onunçun hər yan Ağdamdı…

Müəllif: Təranə DƏMİR

Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.

Görsən üşüyürsən… yandır özünü… 

QULU AĞSƏSİN YAZILARI

TƏRANƏ DƏMİRİN YAZILARI

XALİQ MƏMMƏDOVUN YAZILARI

EYVAZ ZEYNALOVUN YAZILARI

I>>>>>>>>WWW.BEYDEMİR.RU


QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ULDUZ” JURNALININ İYUL – AVQUST 2024-CÜ İL SAYI (PDF)

“ULDUZ” JURNALININ İYUL – AVQUST 2024-CÜ İL SAYI (PDF):

I>>> İyul – Avqust 2024 >>> Download

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ulduz” dəbiyyat dərgisi iyun sayında oxucularının görüşünə yeni təqdimatda gəlib.

“Ulduz” dəbiyyat dərgisi iyun sayında oxucularının görüşünə yeni təqdimatda gəlib.

Dərginin üz qabığı, mündəricatından tutmuş son səhifəsinə qədər dizaynında dəyişiklik olunub. “Ulduz”un yeni dizaynı Türkiyədə hazırlanıb, növbəti saylar da eyni qaydada tərtib ediləcək.

Bundan əlavə, jurnalın səhifə sayı da artırılır. Əvvəl 88 səhifə çap olunduğu halda, bundan sonra 96 səhifəli olacaq.

İyun sayı isə xüsusi olaraq 104 səhifə hazırlanıb. Eyni zamanda, jurnalın ölçüsündə də dəyişiklik edilib.

“Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs bildirib ki, daha bir yeni təşəbbüsün reallaşması gözlənilir. Belə ki, Ankarada çap olunan “Gənc ürəklər” dərgisinin baş redaktoru Muhterem Şahinlə Qulu Ağsəsin əldə etdiyi razılığa əsasən, “Ulduz”un növbəti xüsusi buraxılışı “Gənc ürəklər” dərgisində, “Gənc ürəklər” dərgisinin növbəti sayı isə “Ulduz”da oxuculara təqdim olunacaq.

“Ulduz”un iyun sayında maraqlı bədii mətnlər yer alıb.

Dərgi Tural Cəfərlinin “Özüylə söhbəti… və şeirləri” ilə açılır.

Sərdar Aminin “Rəsul nəsə demək istəyir”, Təvəkkül Boysunarın “Araz axır qıyqacı”, Ayişə Nəbinin “Relsə bağlanan çoban”, Nazilə Gültacın “İki limon”, “Murad futbola baxırdı”, “Stabilizator”, Mətanət Ulu Şirvanlının “Dikbaş”, İlqar İsmayılzadənin “İtmiş pul” hekayələri, Aydan Abdullayevanın “Darıxan yazı” essesi dərgidə işıq üzü görüb.

Bir müddət əvvəl dünyasını dəyişmiş gənc yazıçı Murad Muradovun “Kərimin ördəkləri” hekayəsi də ruhuna ehtiram əlaməti olaraq bu buraxılışda dərc olunub.

“Ulduz” jurnalı və Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat fondunun təşkilatçılığı ilə Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş 35 yaşa qədər gənclər arasında keçirilən şeir müsabiqəsinin qalibləri – Cavid Qasımov, Allahşükür Ağa, Rəşad Nağı Mustafa, Eminquey Akif, El Roman, Seyyidəli Sübhinin şeirləri iyun sayında çap olunub. Eyni zamanda, Hafiz Hacıxalıl, Aysel Nəsirzadə, Rəsmiyyə Sabir, İnqilab İsaq, Ədalət Salmanın şeirləri “Şer vaxtı”nda oxuculara təqdim olunub.

“Tərcümə saatı”nda Xatirə Nurgülün tərcüməsində Sergey Dovlatovun “Ariel” hekayəsi dərc edilib.

Yazıçı-publisist Nadir Yalçın tanınmış şair Baba Vəziroğlu ilə müsahibəsi də jurnalın iyun sayında yer alıb.

Jurnalda İlham Abbasovun “Nobel” üzrə ədəbiyyat mükafatları laureatlarından Andre Jidin həyat və yaradıcılığından bəhs edən “Cuhud” soyadlı fransız yazıçısı” adlı məqaləsi dərc olunub.

“Gənc yazarlar üçün ustad dərsləri”nin növbəti mövzusu “Xorxe Borxesin “Dörd dövrəsi” barədə olub. Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu sözügedən esseni şərh edib.

İyunun “Tribuna”sında filologiya elmləri doktoru Vaqif Yusiflidir. “Yeni ədəbi nəsil” başlıqlı yazısında o, ümumi mənzərəyə nəzər salıb, iki mininci illərin ən gənc nümayəndələrindən bəhs edib.

“Dərgidə kitab”da İlhamə Nasirin qələm nümunələri işıq üzü görüb.

“Dərgidə sərgi”də isə Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Fəridə Cəfərovanın rəsmləri əksini tapıb.

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Adı yurdu ilə eyni rəngə çalan Şair…

Adı yurdu ilə eyni rəngə çalan Şair…

Adı yurdu ilə eyni rəngdə olan Şair, bəli, bu belədir, adının rəngi də yurdunun rəngindədir, özü də bilmədən, ya da bilərəkdən bilmirəm, amma rəssamlıq sevdasından da ola bilər, şairlik dünyasından da… nə fərqi ki, hər ikisini birləşdirən bir ruh, duyum, anlamdan gəlir bəlkə də… necə oxşayırlar, necə tamamlayırlar bir-birilərini- Ağdam və Ağsəs… nədənsə, ilk dəfədir ki, yurduna çevrilmiş İnsan gördüm onu oxuyarkən, müsahibələrini dinlərkən…

 Yuxarı başına keçən kafirə
yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən,
bircə əsarətdən qorxan!
Ağ alınlı qızılı atların vətəni,
seyid cəddinə içilən andların vətəni!
Sən dar gündə
Şuşaya arxa,
Xocalıya ümid oldun.
Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun…
Ağam şəhərim!

Əgər bir müəllifi oxuyarkən istər-istəməz onun haqqında oz-özünlə danışmağa başlaylırsansa, özün də hiss etmədən əlin qələmə doğru gedirsə, demək ki, əsl ƏDƏBİ adama rast gəlmisən…indi yazan çoxdu, kitab da çoxdu, amma lazım olan, əsl söz, fikir, ruh aləmi, mənəvi dünya, bəşəri hisslər, pak duyum, təmiz ağrı, vicdan siziltisi, gizli, qapalı daxili mənin zahiri mənlə aşkar, heyrətamiz vəhdəti, sözün ucuz məqama çevirildiyi bir bəsit aləmdən sözün ədiblər dəyərinə, əksinə, Tanrının ilkinə, imzasına belə hörmətsiz yanaşıldığı bir dönəmdə öz kamil məqamına qaldırıldığı bir ağ səsə, ağ sözə rast gəlirsən…

Uzun zaman rastıma çıxan “yazı”lardan çox bayağı qeydlər olan söz yiğınağından sonra təsadüfən onun haqqında yazıya, paylaşıma rast gəldim və bu rastlaşma gözəl bir təsadüfə bağlandı və bu gözəl tədadüf aydın bir yola çıxartdı və bu aydın yol özü demiş “ən böyük yüksəklik olan Ruh yüksəkliyinə” qaldırdı və bu Ruh yüksəkliyi sözün əsl mənasında Ağ Səsə apardı, apardı və apardı… Ağ Səs varsa demək ki, hələ dünyadan əlimiz üzülməyəcək ümid var, işıq var, ağ səs var….

Hansı şerlərinizi deyim ki, Qulu Müəllim, bir deyil, iki deyil, hamısında o ağ səs duyulur: “Müharibə əlili”, “İşdi-qəzadı səndən əvvəl ölsəm…”, “Hərdən anamdan xəlvət…”, “Dağa bax, sən allah…”, “Sağ-salamat ölsəydim…”, “Nə olar, bir səhər durub görəsən…”, “Rum rəqəmiylə onuncu…”, “Ağaclar hamısı kürəkən, qayın”, “Bəlkə də bu qanundu…”, “Görsən ki, qaranlıq çökür aləmə…”, “Nöqtələr”, “Ömrümdən neçə gün qalıb, neçə saat, İlahi?”, “Görsən üşüyürsən…”, “Tövbə, görünməyib fəlakət belə…” və s.,və s…

Bu sözləri hər yerdə daim məhşur Albinoni haqda deyərdim, “Adagio” əsərinə görə, ilk dəfə Ağsəs haqda da deyə bilərəm ki, bir insanda nə qədər böyük ürək, nə qədər böyük işıq olar, bir şair nə qədər dərinduyumlu olar, bir insan nə qədər özü olar- insan olar …

Onun yazılarından, fikirlərindən keçmiş Kişilərin avazı gəlir, Azərbaycan kişisinin məni görünür… ancaq günümüzlə səsləşən avazdır bu… Qulu Ağsəsin Ağdam şeri, Şuşa şeri və ya digər şerləri ilə tanış olarkən bu aydın sezilir. Şairin dərdi, ağrı-acısı, yaşadıqları, gördükləri, sarsıntıları onu nə qədər incitsə də, rahatlığına qənim kəsilsə də, o, bunu mərdanə qarşılayir, qürurunda gizlədir, necə deyərlər ağayana yanaşır, onun şerlərinə ağ səs salan fikirləri artıq fərdiliyi aşaraq bəşəri xarakter alır.

Hər gözünü sıxanda şəhid anası
əri dişini sıxar:
“Olmadı,
bu ki olmadı!”.
…Dörd şəhid atasının
dişlərini saydım
otuz iki olmadı…

Qulu Ağsəs şerlərində məkan və zaman vəhdəti, keçmiş və indi anlamı, ruh və yaddaş birliyi ilə qəribə, qeyri-adi sintez təşkil edir. Buna misal olaraq onun işğal vaxtı və işğaldan azad olunandan sonra Şuşaya həsr etdiyi ikili yanaşmada yazdığı hər iki şerində aydın görmək olar. Özü fərqində olsa da, olmasa da, o, dünənin adamıdır amma bü gündə yaşayan, əksini də demək olar, bu günün adamıdır, keçmişi özüylə daşıyan…əslində bilirik ki, insan bütövlükdə keçmişlə indinin vəhdətindən ibarətdir…bax elə, bu vəhdət Ağsəs dünyasından qırmızı xətlə keçir…

Xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
nə vaxtdı,
yad səslərdən yağır qulağına…
mən pambıq götürüm,
sənsə çöp götür,
enək İsa bulağına –
təmizləyək nisgilin,
28 bəlaya gəlmiş ilin!
…Bir də xoş gördük,
əyil qulağına söz deyim, Şuşam:
da-rıx-mı-şam!..

O bir söz sahibi olsa da inanclı bir şairdir həm də, ancaq, sözə inanclı biri… “Mən sözə inanıram. Əgər bu dünya və o biri dünya deyilirsə, o biri dünya da var.” Q.A.

Qulu Müəllim şerlərindəki ağ səsi ilə dünyadan böyük olan az ədiblərdəndir. Şerlərində insanı oxuyur, yurdunu arayır, əslində o yurdda özünü arayır, tapmağa çalışır… sanki yol gedən, özünü axtaran Qoca Müdrikdir…Həm şerlərində, həm də müsahibələrində dediyi hər fikri bir kəlamdır, hər kəlməsi bir yanğıdir, bir səsdir.

Görsən üşüyürsən yandır özünü!

Yazın Qulu Müəllim, yazın ki, üşüyəndə yana bilək!

Müəllif: Nigar HAQVERDİYEVA, ADU-nun baş müəllimi.

NİGAR HAQVERDİYEVANIN YAZILARI

QULU AĞSƏSİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru