MÜHARİBƏ GÜNÜ Müharibədən gələn xəbər Ürəyimi gülləliyən an, Doğum evinin başında Bir ana bulud daşıyır çiyinlərim. Yüyürüb bir çağa həsrətin arxasında gizlənir əllərim. Yolunu gözlədikcə doğum gününün. Yollar sancı çəkir ayaqlarımda.
Bir az keçmiş, tibb bacısı oğlumun üzünü Tanrıdan gizlədib gətirdi kor bir pəncərəyə. Gördüm gözlərini, Ağaclar sevinc gətirdi qollarıma, Qucağıma aldım doğum gününü.
Müharibədən gələn xəbər; Qarşı pəncərədə Körpə bir səs atasız qalır. Hardasa bir ana oğlunu mərmilərin yadından çıxarır.
Müharibə şəkilli adamların arasında, Kəpənəklərə dil öyrətməkdir addımlarını böyütmək…
Rəqəmlərin ölümüymuş doğum günün. Cibimdə çağırış vərəqi, dilimdə doğum günün dayanmışam müharibənin ağzında.
Doğum günündən uzaqlaşdıqca, oğlum! Gözlərimdə uşaqlar müharibələrlə yaşıd qalır, Axı anaların qucağı həmişə körpədir.
DAĞTUMAS: “oğurlanmış” kəndin tarixçəsi. Şəhidin və şəhid anasının arasındakı sarsılmaz “körpü”.
Dağtumas Cəbrayıl rayonunun kəndidir. Kəndin keçmiş adı “Tumas” idi. Sonra bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları) və Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra birini digərindən fərqləndirmək üçün dağ yamacında yerləşdiyinə görə, bu kəndə Dağtumas adı verilir. Kənd İşğal olunduqdan sonra ermənilər kəndin adını dəyişib “Tovmas” etmiş, kəndin özünü isə Kaşatağ (Laçın) rayonunun tərkibinə daxil etmişdilər. Ermənilərin kənd haqqında ağlasığmaz və təhrif olunmuş iddiaları var: ”Abidə üzrə ekspert Samvel Karapetyan araşdırmışdır ki, qəsəbənin köhnə adı Tovmasdır. Tumas adı isə sonralar köhnə ad Artsax ermənilərinin ləhcəsində dəyişdirilərək, “Tumas”a çevrildiyi zaman yaranmışdır. Kənddə yerləşən dağın adı da Tovmasardır. Dağ Artsax dağlarının bir hissəsidir, dağın yaxınlığından Ağavno çayı axır. Tovmas ətrafında bir sıra kəndlərin izləri qorunub saxlanılmışdır. Kənddən 5 km şərqdə, dar dərədə Craberd kəndinin xarabalıqları qorunub saxlanılmışdır. Azərbaycanlılar həmin kəndi Çelyabilyar adlandırıblar ki, bu da Craberd adının təhrif olunmuş formasıdır. Digər kənd kənddən 3,5 km şimalda yerləşir, onun şimal-şərq kənarında kiçik hövzə də qorunub saxlanılmışdır.Qayalardan axan bulaqların suları ilə qidalanır. Azərbaycanlılar kəndi Xanaqyabulaq adlandırırlar. Digər kənd isə Tovmasaberddən 1 km şimal-şərqdə yerləşir. Dağıntılar sulu və geniş dərədə qorunub saxlanılmışdır. Kənddə Tovmasaberd adlı qala yerləşir. Kənddə kilsə də var. Kəndin mərkəzində daşqın suları axan xatirə bulağı var idi. Husağbyurun köhnə bərk daşları onların orta əsrlərə aid olduğunu göstərirdi. Məlumdur ki, bulaq sonuncu dəfə 1929-cu ildə Artsaxın erməni ustaları tərəfindən təmir edilmişdir”.
Cəbrayılın ən yüksək dağ zirvəsi Dağtumas dağıdır.(hündürlüyü 1580 metr) Dağ elə həmin kənddə yerləşir. Dağın adını ermənilər təhrif edib “Tovmasar” qoymuşdular. Craberd Cəbrayıl rayonunun,Tovmasaberd “Başıkəsik Gümbəz”in təhrif olunmuş adıdır. Qısacası burada da ermənilər öz saxtakarlıq və oğurluq əməllərindən çəkinmədilər. Cəbrayıl rayonu 23 oktyabr 2020-ci ildə şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına və Cənab Prezidentin səyi nəticəsində işğaldan azad edilmiş,Dağtumas kəndi də adı ilə bərabər azadlığına qovuşmuşdur.
Dağtumas kəndi şəhidləri ilə tanınır. Həmin şəhidlərdən biri də Mahir Allahquliyevdir. Allahquliyev Mahir Məhəmməd oğlu 1968-ci ildə iyunun 11-də Cəbrayıl rayonunun Xanağabulaq kəndində anadan olub. Anası Dağtumas kəndindən ibtidai sinif müəllimi Rasta Hüseynova, atası aşıq Məhəmməd Allahquliyevdir. Mahir 1975-ci ildə Qazanzəmi kənd orta məktəbinə 1-ci sinfə daxil olur. 1985-ci ildə həmin məktəbi bitirib 1 il sonra hərbi xidmətə yollanır. Hərbi xidmətini Rusiyanın Stavropol vilayətində başa vurduqdan sonra vətənini namusu bilib 1988-ci ildə könüllü olaraq, özünümüdafiə dəstəsində döyüşlərə qatılır. 1993-cü ilin 12 aprel tarixində ailə həyatı quran Mahir 1993-cü il avqustun 23-də itkin düşür. 1994-cü il fevralın 5-də övladı Sadiq Allahquliyev dünyaya gəlir. 2-ci Qarabağ müharibəsindən sonra rusiyalı jurnalist sosial şəbəkələrdə bəzi materiallar yayımlayır, bununla da Mahir Allahquliyevin erməni gülləsinə tuş gələrək, şəhid olduğu öz təsdiqini tapır. Şəhidin xatirəsini əbədiləşdirmək üçün Biləsuvar rayonunun Cəbrayıl şəhərciyində büstü qoyulub. Şəhidin digər qardaşı Qarabağ müharibə veteranı Mahmud Allahquliyevdir. Şəhid Mahir Allahquliyev və onunla bərabər çiyin-çiyinə vuruşan, şəhidlik zirvəsinə ucalan digər silahdaşları- İbrahimov Novruz İbiş oğlu, İbrahimov Sərvər Rəşid oğlu, Məmmədov Səftər Novruz oğlu, Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu (qəzetdəki şəkildə yuxarıdan aşağıya doğru) daxil olmaqla 6 vətənpərvər oğulların fotoları digər Dağtumas şəhidlərinin fotoları ilə bərabər lövhəyə vurularaq,Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən İnçə körpüsündə- 6 qəhrəmanın şəhid olduğu ərazidə yerləşdirilmişdir. Ruhları şad olsun.
Dağtumas kəndinin öz savadı və təvazökarlığı ilə yaddaşlarda iz qoyan ən tanınmış siması az öncə adını çəkdiyim şəhid Mahir Allahquliyevin anası, ibtidai sinif müəllimi Rasta müəllim idi. Rasta Məhəmməd qızı Hüseynova 1935-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub.Füzuli rayonu Pedaqoji İnstitutun məzunu olub. Qısa müddət pedaqoji fəaliyyət göstərməyinə baxmayaraq, biliyi və səmimiyyəti ilə şagirdlərinin sevgisini qazanıb, nə şagirdləri ondan narazı olub, nə də o şagirdlərindən. Rasta müəllim müdriklik abidəsi idi, mənlə həmsöhbət olanda hər zaman qiymətli sözlər deyir, pedaqoji təcrübələrini bölüşürdü: “Hər şagird müəllimdən özünə bir parça aparır, məktəbi bitirib getsə də, müəllimin şagirddə qoyduğu iz heç vaxt silinmir. Sabah bir adam özünü yaxşı aparmasa, o saat soruşurlar ki, onun müəllimi kim olub? Müəllim gərək arxasınca heç vaxt özü haqqında pis sözlər dedirtməsin, elə gözəl dərs keçib elə gözəl nümunə olsun ki, sabah şagirdlərinə baxıb camaat fəxr etsin,desin, bunun müəllimi özü kimi nə mərifətli adam olub, şagirdləri böyüyüb müəllim,həkim olsun, işini vicdanla, savadla yerinə yetirsin”. Doğurdan da, Rasta müəllimin şagirdlərinin çoxu bugün müəyyən peşə sahibləri, ziyalılardır.
Müasir dövrdə bəzi müəllimlər sovet dönəmində şagirdlərə məktəbdə şiddət göstərildiyini əsas gətirərək, “Biz sovet müəllimi deyilik, müasir müəllimik, şagirdləri sevgi ilə böyüdürük” şüarı ilə məktəblərdə guya dərs keçirlər, lakin indi məktəblərin çoxunda müəllimə nə hörmət var, nə də keyfiyyətli dərs. Rasta müəllim də şiddətə qarşı idi. Heç vaxt şagirdlərə şiddət göstərməmiş, onları döyməmişdi, halbuki sovet dövrünün müəllimi idi, “döysəm, dərsimə gələrdilər?!” deyirdi. Üstəlik, hörməti də vardı, dərsinin keyfiyyəti də. Şagirdləri Rasta müəllimin 1 May bayramını (Dünya zəhmətkeşlərinin həmrəyliyi günü) təntənəli şəkildə qeyd etmələrini, idman dərsini maraqla keçməsini xatırlayardılar. Rasta müəllimin yaddaşında şagirdlərinin adları qalmışdı, adlarını çəkdikcə, başı ilə təsdiqləyər, onlar haqqında qısa məlumat verərdi. Özündən ümumi soruşanda ki, kimlərə dərs demisən, deyərdi ki, “ha çoox”. Bugün şagirdləri həmin biliklərin bəhrəsini görürlər.
Rasta müəllim poeziya vurğunu idi, şeir deməyi çox sevirdi, ən çox Səməd Vurğunun şeirlərini səsləndirərdi, misralarını unutmamışdı. Bir də mənə tez-tez dediyi bir şeir vardı: “Bir məclisə ayaq basıb varanda, Yaxşı əyləş, yaxşı otur,yaxşı dur, Dindirəndə mərifətdən xəbər ver, Qoy desinlər bərəkallah yaxşıdı”.
Ən böyük arzusu ölmədən öncə doğma kəndinə getmək idi. Hər gün o kəndi arzulayırdı. Ona söz vermişdim ki, Dağtumasa-kəndinə aparacam, arzusu çin olsun. Ömür vəfasız çıxdı. 2022-ci il oğlunun şəhid olduğu tarixdən 5 gün sonra 28 avqust dünyasını dəyişdi. Bu kənd sanki ana ilə bala arasında sarsılmaz bir “körpü” oldu, o dünyada bir-birlərinə qovuşdular. Buna görə də bu təxəllüsü götürmək qərarına gəldim ki, bu “körpü” daha da möhkəm olsun, mənə nənəmi və dayımı xatırlatsın. Nənəmdən geriyə bir fotoları qaldı, bir də səsyazmaları. Həə, unutmuşdum: bir də bu yazım. Məkanı cənnət olsun.
Dağtumas kəndində vicdanla, ləyaqətlə pedaqoji fəaliyyət göstərən digər müəllim Nəzərxan Haqverdiyev olub. Nəzərxan müəllim Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Öz sakitliyi, həlimliyi, savadı ilə xatırlanır. Müəllim hazırda təqaüddədir. Müəllimə can sağlığı arzu edirəm.
Dağtumas kəndinin digər tanınmış şəxsiyyəti Rasta müəllimin qardaşı jurnalist Raqub Şıxlıdır.(Hüseynov) Raqub Şıxlı ədəbi şəxsiyyətlərin bir çoxundan müsahibə almış, onların yaradıcılıq fəaliyyətini diqqət mərkəzində saxlamışdır. Jurnalistlə ədəbi fəaliyyəti haqqında illər öncə həmsöhbət olmuşduq. O, bir çox yazıçılarla dostluq münasibətləri qurmuşdu. Məsələn, deyərdi ki, Əli Kərim yaxşı yazıçı idi, amma əsəbi idi, onunla yaxın dost idi. Nizami Gəncəvinin heykəli təhqir olunduğu üçün Raqub Şıxlı bununla bağlı kəskin bir məqalə yazmışdı. Şair Mikayıl Müşfiqin qaranlıq taleyi haqqında müəyyən düşüncələrini bölüşürdü. İndi isə jurnalistlərimizin bəziləri şou-biznes müğənnilərinin brend geyimlərinin, evlərinin, maşınlarının “təhqiqatçısına” çevrilib, jurnalist dönüb olub detektiv. Sənəti, səsi olmayan müğənnilərdən müsahibə alırlar, az qalırlar ki, onların şərəfinə bir heykəl də ucaltsınlar, buna görə də hazırda çoxumuz informasiya bolluğundan əziyyət çəkirik. İndi bəzi jurnalistlərdən soruşsam, axırıncı dəfə muzeyə nə vaxt getmisiniz, nə vaxt bir yazıçıdan, bir yazıçının, bəstəkarın övladından, nəvəsindən müsahibə almısınız? Baxa-baxa qalacaqlar.
Dağtumas kəndindən olan Dağtumas kənd xəstəxanasının baş həkimi şəhid Əli Mahmudovu, xüsusilə də mərhum Şəmil həkimin adını qeyd etməyi özümə borc bildim. Həm Əli həkim, həm Şəmil həkim öz peşələrini vicdanla yerinə yetirmiş, əsla mənfəət güdməmişdir. İndi bəzi həkimlər soruşur ki, “pulla gəlmisən, ya pulsuz?” Əli həkimi heç vaxt görməsəm də, Şəmil həkimlə bağlı xoş xatirələrim var, haqqı heç vaxt ödənməz. Məkanları cənnət olsun.
Zaur Ustacın “Dağ” adlı yeni kitabı işıq üzü görüb. Birinci Qarabağ Müharibəsi Şəhidi mayor Quliyevin əziz xatirəsinə ithaf olunmuş sonet çələngindən ibarət olan kitab paralel olaraq ərəb qrafikalı əski əlifba ilə Azərbaycan dilində sonetlərdən və mayor Quliyevin fotolarından ibarətdir.
“El kitab çapı mərkəzi”ndə nəfis şəkildə nəşr olunmuş kitabın redaktorları Gülü xanım və Əli Aslani, rəssamı isə Natiq Nəcəfzadədir. Kitabın ənənəvi formada olan nüsxələri əsas kitabxana fondlarına hədiyyə olunmaqla yanaşı e-kitab şəklində müxtəlif müstəqil platformaların elektron kitabxanalarına yerləşdirilib. PDF:
Bu gün Zəngilan Rayon və Abşeron Rayon İcra Hakimiyyətlərinin təşkilatçılığı ilə Zəngilan şəhidi İsmayıl Mehdiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir Abşeron rayonunda Xırdalan mərasim evində baş tutub. Şəhidin xatirəsinə ehsan süfrəsi açılıb. Zəngilan rayonundan olan ağır Seyid Həsən Ağa ocağının yadigarlarlndan şəhid İsmayıl Mehdiyevin anım mərasimində Zəngilan rayonunun ziyalıları, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, müharibə qaziləri və veteranları, şəhid ailələri, şəhidin ailə üzvləri iştirak etmişlər. Anım mərasimində şəhidin ruhuna dualar oxunaraq yad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Esmira Günəşin “Xarıbülbüllər” kitabının təqdimatı bu dəfə Xırdalan Heydər Əliyev Mərkəzində baş tutub
Bu gün – 6 dekabr tarixində Azərbaycanın müxtəlif bölgələrindən gələn şəhid ailələrinin iştifakı ilə “Xarıbülbüllər” kitabının Xırdalan Heydər Əliyev Mərkəzi də təqdimatı və şəhidlərimizin şəkillərinin sərgisi olub.
“Xarıbülbüllər” Esmira Günəşin şəhidlər haqqında 13-cü kitabıdır. İndiyə qədər ümumilikdə 16 kitab ərsəyə gətirən gənc şairə xanım üçün bu olduqca yüksək və qürurverici, yaşından, mövqeyindən, satatusundan asılı olmayaraq digər qələm adamlarına örnək ola biləcək nəticədir. Yüksək keyfiyyətli fərqli dizayna malik olan bu kitabda müxtəlif bölgələrdən şəhidlər yer alıb. Vətən uğrunda canından keçən şəhidlərimizdən Siyahim Dəmirov, Zahir Hüseynli, Nəsib İsmayılov,İlkin Əhədzadə, Rəhman Məmmədov,Səmid Əliyev,Elnur İsmayılov,Vasif Quliyev, Vüsal Muradov, İbrahim Məmmədov, Rüfət Mustafayev, Şəhriyar Qasımov, Əliheydər Hüseynli, Dostəli Məmmədov, Şakir Cəmilli, Elçin Nəsirov, Fuad İsmayılov, Rauf Əsgərov, Elmir Ağayev,Ruslan Məmmədov, Mətanət Mehdiyeva, Həsənağa Abdullazadə,Sərxan Əliyev, Emil İsgəndərov, Akif Abbasov, Araz Məmmədov, Elvin Mustafayev, Rəvan Daşdəmirov, Natiq Əliyev, Elşən Dünyamalıyev, Vüsal Quliyev, Elvin Abbasov, Saleh Nuriyəv, Kamran Orucov,Novruz Haxverdiyev, Rəşad Ələkbərov, Xanoğlan Xəlilov,Zaur Cəfərov,Orxan Həmidov,Sarvan Məmmədov, Şamil Mirzəyev, Bayram Babaşov, Turxan Məmmədov, Emil Sadıqzadə, Əli Nağıyev, Niyaməddin Ələkbərov, Vüsal Həsənov, Elmar Nəsibov, Akif Cabbarov, Murad Qurbanov, Ülvü Məhərrəmov, Adəm Əliyev, Elxan Hüseynli,Fuad Bayramov,Alı Həsənli, Əli Seyidov, Rəhim Dadaşov, Emil Əliyev, Cavid Cabarzadə, Əmirxan Babayev, Əbil Cəbizadə, Orxan Hüseynov, Röyal Verdiyev, Samir Paşayev, Orxan Qəhrəmanov, Ülvi Rəfiyev, Əbülhəsən Eyvazov, Məhəmməd İsmayılzadə, Rəsul Sadıqov,Bilal Qənbərov, Anar Qorçuyev, Cavid Həsənov, Vüsal Teymurov, Rüfət Əsgərov,Elnur Məmmədov,Orxan Rəhimli,Qubad Əliyev,Vahid Alıyev, Əlisadət Ağayev,Orxan Namazov, Məhəmməd Abdullayev, Məzdək Eyvazlı, Rəşad Ağayev, Vaqif Alıyev, Vüqar Ağayev, Mayıl Qurbanov, Oruc Vəliyev, Kərim Məmmədov, Səbuhi Əsədov, İbrahim Lələyev, Natiq İsmayılov, Təyyar Ağayev,Xaqani Əskərov, Nicat Şükürlü,Ayaz Abbasov, Elbrus Əhmədov, Mehdi Fərzullazadə, Fizuli Həbibi, Vəfadar Quluzadə,Azad Zeynalov, Kənan Axundzadə, Həmdulla Abdullayev, Elnur Allahverdizadə, Qərib Balacayev, Munis Abbaslı, Xəyal Rəhimli, Zaur Əsədzadə, Səbuhi Əliyev, Mahir Dadaşzadə, Rahil Məmmədli, Barat Quliyev, Zamiq Hacıyev, Qoşqar Vəliyev, Aydın Rüstəmov, Rəşid Həmidov, Cavid Səfərli, Şəmsi Cəfərov, Məcid Məmmədov, Famil Ağaşov, Əvəz Abbasov, Səyavuş Nəsirov, Asim Süleymanov, Mahir Paşayev, Şaiq Kəlbiyev, Şahin Hüseynli, Röyal Cəfərli,Nurlan Abdalov, Məhəmmədəli Həsənzadə, Tacəddin İsmayılzadə, İlkin Xosrovzadə, Fərid Hüseynov, Samir Paşayev,Əli Eyvazov, Təhmasib Qarayev, Batdal Bayraxtarov, Elşən Sultanlı,Cavid Kərimov, Cavid Məmmədli, Osman Cəfərov, Əkbər Hüseynov, Allahverdi Tağıyev, Samir Şükürov, Elmar Bayramlı və Türkiyəli şəhid Yücel Aki kitabda yer alıb. Onu da xüsusi qeyd edək ki, şairə kitabın təqdimatını sıra ilə Azərbaycanın bütün bölgələrində keçirir və gələcəkdə Türkiyədə belə bir tədbirin həyata keçirilməsi planlaşdırılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyndən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən, Xırdalan şəhər İcra Hakimiyyətindən, MCP-dən nümayəndələr, qələm əhlindən Əli Bəy Azəri , Zaur Ustac , Tural Irfan , Aygül özü Vətən, Badamdar qəs. 239 saylı məktəbin, Saray 1 nömrəli məktəb , İdrak Liseyi Sumqayıt Filialı ,Novxanı 2saylı məktəbin, Masazır 1 saylı məktəbin, Abşeron rayon Saray qəsəbə 3 saylı orta məktəb , Binəqədi rayon 182 saylı məktəbin, Hövsan qəsəbəsi 172 saylı məktəbin, Xirdalan Şəhəri 2 saylı orta məktəb , Xırdalan 4 saylı məktəbin, Binəqədi rayon 100 saylı məktəbin, Nəsimi rayon 14 saylı məktəbin, Xırdalan şəhəri 3 saylı liseyin, Qobu qəsəbəsi 2 saylı məktəbin, Masazır 4 saylı məktəbin, Xırdalan 7 saylı məktəbin, Qobustan kənd tam orta məktəbin, Bayıl qəsəbəsi 91 saylı məktəbin, Sumqayıt şəhər 24 nömrəli tam orta məktəb , Çaylı kənd tam orta məktəbi , Bakı şəhər 159 saylı məktəbin, Lökbatan qəsəbəsi 288 saylı məktəbin, Mehdiabad qes 2 saylı tam orta məktəb , Prişekül qəsəbəsi tam orta məktəbin, Digah qəsəbə tam orta məktəb , Suraxanı rayon 101 saylı məktəbin, Fatmayı kənd tam orta məktəb müəllim və şagird kollektivi, eləcə də Abşeron ray. Mehdiabad qəsəbə Uşaq Musiqi məktəbi dən gənc ifaçılar və müğənni Ruslan Əkbərov iştirak ediblər. Tədbirdə bütün bölgələrdən gələn şəhid ailələri səhnəyə dəvət olunaraq ürək sözlərini paylaşıblar. Məktəblilər şairə Esmira Günəşin şəhidlərə həsr etdiyi şeirləri səsləndiriblər. Şairə Esmira Günəş MCP-nin müavini ilahiyyatçı-yazar Tural İrfan tərəfindən “Ziya” fəxri diplomu və Zaur Ustac tərəfindən “İsa Muğanna” diplomu ilə təltif olunub. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırılıb.
Bütün gələcək fəaliyyətində Esmira Günəşə uğurlar arzulayırıq! Uğurlarınız bol olsun!!! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.
Eşq olsun Azərbaycan xalqının şəhidlərinə hər zaman dəyər verən vətənpərvər nümayəndələrinə. Şəhidlər ölməz, Vətən bölünməz!
Bu gün Bərdə rayonu Yenidaşkənd kəndində Birinci Qarabağ müharibəsində 1994 cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhadətə ucalan Qulam Əkbər oğlu Qədirovun 50 illik yubileyi keçirilmişdir.
Tədbirdə Bərdə RİH başçısı aparatının, SHXÇDX-in əməkdaşları, şəhid ailələri, şəhidin döyüş yoldaşları, müharibə əlilləri, məktəblilər və kənd ictimaiyyəti iştirak etmişdir. Tədbirdə çıxış edən natiqlər şəhidin döyüş və həyat yolundan bəhs edən çıxışlar edərək Azərbaycan əsgərinin qəhrəmanlıq və vətənpərvərlik nümunəsindən danışmışlar. Tədbirdə şəhid Qulam Qədirovun adına hazırlanmış xatirə bukletləri, diplomlar və lövhələr tədbir iştirakçılarına təqdim edilmişdir.
Tədbirdən öncə Vətən müharibəsi şəhidlərinin adına inşa olunmuş şəhidlər abidə kompleksi ziyarət olunmuşdur.
Qulam Qədirov 27 noyabr 1972-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olmuşdur. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.
1990–1991-ci illərdə Özbəkistanın Çirçik şəhərində Sovet Ordusunda xidmət etmişdir. Bərdə rayon Hərbi Komisarlığı tərəfindən 10 may 1991-ci ildə Milli Orduya çağırılmışdır.
1993-cü ilin oktyabrına qədər 703 saylı hərbi hissədə xidmət etmişdir. Xüsusən Ağdərə döyüşlərində qumbaraatan kimi fəallıq göstərmişdir. Bundan sonra Qulam Qədirov 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunun qumbaraatanı və avtomatçısı kimi Ağdərə, Laçın, Kəlbəcər rayonlarındakı qanlı döyüşlərin iştirakçısı olmuşdur.
19 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində gedən döyüşlərdə şəhid olmuşdur.
Qulam Qədirov 20 yanvar 1994-cü ildə doğulduğu Yeni Daşkənd kəndində dəfn olunmuşdur.
ŞƏHİD TAXTIN MÜBARƏKDİ ŞƏHİDİM. (Şəhid Elmanın əziz xatirəsinə) Ömrü bir gül, ömrü qədər olanım, Yazda açıb, elə yazda solanım. Adı-sanı ürəklərdə, qalanım, Şəhid taxtın mübarəkdi, şəhidim! * * * İndi səni bütün oba-el sevir, Səbətlərdə bitən çiçək-gül sevir. Ağı deyən, şərqi deyən dil sevir, Zəfər vaxtın mübarəkdi şəhidim! * * * Bu zəfərdə sənin də öz payın, var, Zirvələrdən boylanan bayrağın var. Elman! Eldə sənin haqqı-sayın var, Bu novrağın mübarəkdi şəhidin!
BİLƏR (Şəhid Elnurun əziz xatirəsinə) Əgər səs verməsəm haqqın, səsinə, Lallar da dil açıb dillənə, bilər. Dünyanı firladar fələk tərsinə, Dünya bir nənnidə yellənə bilər… * * * Qarabağ uğrunda tökülən, qanlar, Qlümün üzünə gülən, oğullar. Haqqı uca tutan bilən o canlar, Daşıb sellər kimi sellənə bilər… * * * Elnur da bu selin kiçik, damlası, Elə nur doğmuşdu onu, anası. Qarabağ uğrunda bu haqq davası, Hələki bəmdədir, zillənə bilər…
* * * Silər yer üzündən, kin-küdurəti, Bərqərar eləyər haqq, ədaləti. Xudanın hökmüylə onun, qüdrəti, Yazdakı çəməndir güllənə, bilər… * * * Doğulub böyüdü o, İsmayıllıda, Can qurban eylədi qohuma, yada Qarabağda qopan aha, fəryada, Dözmədi vuruşdu o sona qədər… * * * Şəhid ruhları haqq, dərgahında, Vətən sevgisi var, ruhlarında. Düz dinin, danışın ruh yanında, Bir gündə göylərdən o enə bilər… * * * Bir qızın bir oğlun, bir də vətəni, Bizə əmanətdir şəhid Elnurun! Çürüməz cəsədi, nə də, kəfəni , Sevsək əmanətin igid, Elnurun
Biz bu gün 44 günün qəhrəmanlarından danışarkən unutmamalıyıq ki, hələ 90-cı illərdən Qarabağ uğrunda canından keçən igidlərimiz heç də az olmayıb. Onlardan biri də qəhrəman şəhidimiz Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev 1975-ci il mayın 13-ü Bakı şəhərində anadan olub. Orta təhsili 150 saylı tam orta məktəbdə alıb. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. 1993-cü il mayın 14-də hərbi xidmətə başlayan igidimiz, 1994-cü ildə Qarabağ uğrunda gedən savaşlarda iştirak edib. Horadizin, Qazaxlar, Arayatlı və bəzi digər kəndlərin düşməndən azad olunmasında şücaət göstərib. 1994-cü ilin martın 20-si döyüş bölgəsində yaralanıb. Martın 21-i Bakıya xəstəxanaya gətirilən Faiq gecə 1-ə işləmiş doğulduğu saatda da şəhadətə ucalıb. Məzarı Bakı şəhəri ll Şəhidlər Xiyabanında olan qəhrəmanımız şəhadətindən sonra ölkə başçısı tərəfindən igidliyə görə medalı ilə təltif olunub. Qeyd edirəm ki, şəhidimizin təhsil aldığı məktəb hal-hazırda qəhrəmanımızın adını daşıyır və məktəbin qarşısında şəhid Faiq Rzayevin büstü ilə yanaşı bulaq abidəsi də var.