Etiket arxivi: ZAUR USTAC

Ustadım Nəsimi, sözümüz sözdü

19 iyul 2025, Suraxanı gəmi – muzeyi, Bakı ş.

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – CƏNNƏTİN PİLLƏKƏNİNDƏ

CƏNNƏTİN PİLLƏKƏNİNDƏ
(qələmdaşım Azər Laçınlıya)
Şair var; qələmi, mürəkkəbi var,
Hər şeyi yerində, “suçəkən”i yox!
Həmişə elində, obanda, Şair,
Nə çox “Ağ saray”lar, pilləkəni yox!


Həsrətli qardaşım, bu günə şükür,
Hicrətli yoldaşım, bu günə şükür,
Qeyrətli sirdaşım, bu günə şükür,
Nə qədər evlər var, pilləkəni yox!


Qurulu evlər var, yox pilləkəni,
Çoxdur abad yurdlar, yox yol çəkəni,
Çoxunda çox şey var, yox “Mıxtökən”i,
O qədər “Cənnət” var, pilləkəni yox!


Kimi evin tapdı, yolun kol basmış,
Kiminin həyətin, yurdun lil basmış,
Nə çox ev-eşik var, çoxdan “dul” qalmış,
Çox yerə keçid var, pilləkəni yox!


Ustacı tanırsan, şükür aşiqi,
Hicrətdə intizar sökür aşiqi,
Yumağa döndərir, bükür aşiqi,
Onun hər şeyi var, pilləkəni yox!
17.07.2025. Laçın.
Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

ALTMIŞ  BEŞİNCİ  YAZI

Tarixin borclu olduğu adam- Yunus Oğuzun 65 yaşına

Salam olsun, çox dəyərli oxucum! Budəfəki qəhrəmanımız bütün Türk dünyasının, Oğuz elinin bir əlində qılınc, bir əlində qələm sözün, kitabın, ədəbiyyatın, mədəniyyətin, tarixin, milli kimliyin keşiyində mərdi-mərdanə dayanmış hünərvər alim oğlu Yunus Oğuzdur.

Yunus Oğuzun özü oldu-olmadı mən bu barədə dəfələrlə müxtəlif tədbirlərdə də demişəm. Yeri gəldikcə deyirəm və deyəcəm. Əsasən gənclərin üstünlük təşkil etdiyi tədbirlərdə bu məsələyə mütləq toxunur və Yunus Oğuz kimi ziyalılardan misal çəkir, belə insanlarımızı nümunə göstərirəm.

Yunus Oğuz sağlığında öz əməllərilə “Gündoğandan Günbatana” dediyimiz böyük türk dünyasının mənəvi aləmində sözdən-kitabdan ayağı bozqın bilinməyən təkində,  başı isə  sonsuz səmanın mavi ənginliklərində itib-batan  nəhəng heykəlini ucaltmış çox azsayl müasirlərimizdən biridir.

Mən Yunus Oğuz imzasını tarix dərsliklərinin demək olar ki, olmadığı bir dövrdə tarixi romanlar müəllifi kimi tanımışam.  Əgər belə demək mümkünsə – doğru olarsa,  tarixi onun yazdıqlarından öyrənmiş bir nəslin nümayəndəsi kimi, Yunus Oğuzu böyük əminliklə tarixin ona borclu olduğu adam adlandırardım. Hələ çox əvvəllər özlüyümdə onun yazdıqlarını Yevgeni Tarlenin “Napoleon”u, Vasili Yanın “Çingiz xan”, “Kurqanlardan gələn işıq” kimi möhtəşəm əsərləri ilə müqayisə etmiş və həmişə bir baş yuxarı bilmişəm.

Yunus Oğuzun yaradıcılığı və bir müasiri olaraq bütün gündəlik fəaliyyəti ilə tanış olarkən qeyri-ixtiyari Timuçinin (Çingiz xanın)  ovcunun içində qançırla doğulması əhvalatını, digər buna oxşar ayrı-ayrı şəxslərin dünyadakı müssiyaları ilə bağlı işarətləri xatırlamaya bilmirsən. Bir var tarix yazmaq, bir də var tarix yaratmaq. Yunus Oğuz tarix yaradanlardandır. Onun missiyası bundan ibarətdir. Bütün yaradılmışlar kimi tarix də ona borcludur.

22 iyulda   Yunus Oğuzun 65 yaşı tamam olur. Bu münasibətlə yazarlar cameəsi adından onu təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Zaur USTAC,

“YAZARLAR” jurnalının və YAZARLAR.AZ  saytının təsisçi – baş redaktoru, AVMVİB-nin, AYB-nin və AJB-nin üzvü, şair, publisist

Şuşatək ocağın mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac

Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — Şair, publisist, Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,[1] Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).[2]

Həyatı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsi iştirakçısı və hal–hazırda ehtiyatda olan zabitdir.[3]

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.[4]

Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi[5] və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.[6]

Yaradıcılığı

[redaktə | vikimətni redaktə et]

Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir.[7] O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qurumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.[8],[9]

Əsərləri

[redaktə | vikimətni redaktə et]

Kitabları

[redaktə | vikimətni redaktə et]

  • ”Günaydın “(“Ağçiçəyim”)
  • “Mum kimi yumşalanda”
  • ”Məhdud həyatın məchul düşüncələri”
  • ”İstəməzdim şair olum hələ mən”
  • ”Gülzar”
  • ”Oriyentir Ulduzu” – I, II, II, IV nəşrlər[10]
  • ”Şehçiçəyim”
  • “Gülünün şeirləri”
  • ”Balçiçəyim”
  • ”Bayatılar”
  • ”Bərzəxdə”
  • ”Sevin ki, seviləsiz”
  • “Qəlbimin açıqcası”
  • “93-ün yayı və ya bir qaşıq qatıq”
  • “2016”
  • “Nişangah”
  • “Ustadnamə”
  • “Usubcan əfsanəsi”
  • “Çəhrayı kitab”
  • “Otuz ildir əldə qələm “
  • “Əliş və Anna”[11][12]
  • “Qələmdar”[13]
  • “Yaradanla baş-başa”
  • “Zimistan”[14]
  • “45” (şeirlər)[15][16]
  • “Ülyahəzrət”[17]
  • “Qədimliyə bürünmüş yenilik” [18][19]
  • “Gülüzənin şeirləri”[20][21]
  • “Sevgi dolu şeirlər” [1],[2],[3]

Tərcümələri

[redaktə | vikimətni redaktə et]

  • Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”)[22]
  • Stiven Rebli.”Troya Daşı” (Stephen Rabley “The Troy Stone”)[23]

Tədris vəsaitləri

[redaktə | vikimətni redaktə et]

  • “Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait.[24][25][26]
  • “39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)[27]

Məqalələri

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustac “Dağlar” haqqında[28]
  2. Su — dünyaya açılan bir pəncərədir[29]
  3. “Hərb mövzulu yazılar” I[30] və II[31]
  4. Nəzmi şah və ya Kəmaləddin Qədim[32]

Layihələri

[redaktə | vikimətni redaktə et]

Mükafatları

[redaktə | vikimətni redaktə et]

  1. Qızıl qələm mükafatı[38]
  2. İlin Vətənpərvər Şairi[39][40]

Ədəbiyyat

[redaktə | vikimətni redaktə et]

  1. Aida Hacıxanım “Məqam”[41]
  2. Aida Hacıxanım “Ömrün anları”[42]
  3. Aida Hacıxanım “Otuz şeir, otuz fikir”[43]
  4. Gülü “Zaur Ustac”[44]
  5. Qələndər Xaçınçaylı “Taclı şair”[45]
  6. Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə[46] və II hissə[9]
  7. Kamal Camalov “Əliş və Anna haqqında”[47]
  8. Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası”[48][49][50]
  9. Vaqif İsaqoğlu “Zaur Ustacın poetik dünyası”[4],[5]

Mənbə

[redaktə | vikimətni redaktə et]

  1. Azərbaycan Milli Kitabxanası[51]
  2. Milli Virtual Kitabxana[52]
  3. Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası[53]
  4. Prezident Kitabxanası[54]

İstinadlar

[redaktə | vikimətni redaktə et]

  1. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  2. ↑ “Azərbaycan Respublikası Prezidentinin Fərmanı”. president.az (az.). Azərbaycan Respublikasının Prezidenti. 15 aprel 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  3. ↑ ““Bir vətəndaş kimi düşünməliyik – bu gün vətənə nə vermişik…““. anl.az (az.). Həftə içi.- 2018.-17-19 noyabr.- S.8. 17–19 noyabr 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  4. ↑ “Zaur Ustac Azərbaycan mətbuatında” (az.). Yazyarat.com. 09 yanvar 2021. 2021-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  5. ↑ “2007-ci ilin avqust ayının 1-dәn 2008-ci ilin avqust ayının 1-dәk reyestrә daxil edilmiş mәtbu nәşrlәr barәdә məlumat” (PDF). ajb.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 16 avqust 2007. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  6. ↑ “Azərbaycan Jurnalistlər Birliyinin Təbriki”. zefernews.az (az.). Azərbaycan Jurnalistlər Birliyi. 15 aprel 2019. 2025-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 yanvar 2025.
  7. ↑ “DÜNYANIN BİR RƏNGİ VAR…” adalet.az (az.). ADALET.AZ. 25 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  8. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  9. ↑ Yuxarıda get:1 2 “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” II hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  10. ↑ “Arxivlənmiş surət” (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-02-08.
  11. ↑ “Zaur Ustac “Əliş və Anna““. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  12. ↑ “Zaur Ustac “Əliş və Anna““. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  13. ↑ “Zaur Ustac “Qələmdar““. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  14. ↑ “Zaur Ustac “Zimistan““. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  15. ↑ “Zaur Ustac “45” (şeirlər)”. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  16. ↑ “Zaur Ustac “45” (şeirlər)”. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  17. ↑ “Zaur Ustac “Ülyahəzrət““. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  18. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik““. anl.az (az.). anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  19. ↑ “Zaur Ustac “Qədimliyə bürünmüş yenilik““. mucru.art (az.). Mucru.art. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  20. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri““. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  21. ↑ “Zaur Ustac “Gülüzənin şeirləri““. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  22. ↑ “Stiven Reblinin “Mavi Ay Vadisi” (Stephen Rabley “Blue Moon Valley”). Hekayə. Əsər “İngiliscə uşaq hekayələri” layihəsi çərçivəsində Zaur Ustac tərəfindən tərcümə olunub”. kitabxana.net (az.). Kitabxana.net. 18 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  23. ↑ “Stiven Rebli.”Troya Daşı”. Zaur Ustacın tərcüməsində. Bu əsər “İngiliscə uşaq ədəbiyyatı” layihəsi çərçivəsində nəşr olunur”. kitabxana.net (az.). Kitabxana.net. 20 dekabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  24. ↑ ““Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  25. ↑ ““Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. mucru.art (az.). Mucru.art. 8 iyul 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  26. ↑ ““Güllünün şeirləri” Məktəbəhazırlıq qrupları üçün vəsait”. bakubookcenter.az (az.). Bakubookcenter.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  27. ↑ ““39 Həftə” (İngilis dili üçün xüsusi proqram) “39 Weeks” (Special program for English)”. anl.az (az.). Anl.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  28. ↑ “Zaur Ustac “Dağlar” haqqında”. anl.az (az.). Ədalət.-2019.-7 sentyabr.-S.14. 7 sentyabr 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  29. ↑ “Su – dünyaya açılan bir pəncərədir…” anl.az (az.). Həftə içi.- 2019.- 3 may.- S.8. 3 may 2019. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  30. ↑ “Hərb mövzulu yazılar I” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 26 iyun.- S.4. 26 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  31. ↑ “Hərb mövzulu yazılar II” (PDF). anl.az (az.). “Ədalət qəzeti.- 2019.- 28 iyun.- S.4. 28 iyun 2019. 2020-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 dekabr 2020.
  32. ↑ “Nəzmi şah və ya Kəmaləddin Qədim”. anl.az (az.). Həftə içi.- 2019.- 12 mart.- S.8. 12 mart 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  33. ↑ ““Dağlar” işıq üzü gördü”. anl.az (az.). Həftə içi.- 2019.- 27-28 avqust.- S.4. 27–28 avqust 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  34. ↑ ““Oriyentir ulduzu” – Bizi Qarabağa səsləyən kitab”. tezadlar.az (az.). Tezadlar.az. 19 mart 2019. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  35. ↑ “Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar”. anl.az (az.). 525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  36. ↑ “Memar Əliş bəy Kərəmli” (PDF). anl.az (az.). Ədalət qəzeti.- 2020.- 6 oktyabr.- S.7. 6 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 24 dekabr 2020.
  37. ↑ “Kremlin memarı Əliş bəy Kərəmli”. tezadlar.az (az.). Tezadlar.az. 3 oktyabr 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  38. ↑ “Prezident təqaüdünə layiq görülən yazçılar: Kimdir onlar? – BİZİM ARAŞDIRMA”. cebhe.info (az.). Cebhe.info. 26 iyun 2020. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  39. ↑ “Şairlər mükafatlandırıldı”. arasdirma.info (az.). Arasdirma.info. 20 noyabr 2019. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  40. ↑ “Şairlər mükafatlandırıldı” (az.). Faxrali.com. 20 noyabr 2019. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2021.
  41. ↑ “Aida Hacıxanım “Məqam““. anl.az (az.). anl.az. 7 may 2017. 20 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  42. ↑ “Aida Hacıxanım “Ömrün anları““. kitabxana.net (az.). kitabxana.net. 3 iyun 2018. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  43. ↑ “Aida Hacıxanım “Otuz şeir, otuz fikir““. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  44. ↑ “Gülü “Zaur Ustac““. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  45. ↑ “Qələndər Xaçınçaylı “Taclı şair““. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  46. ↑ “Azərbaycan Respublikası Təhsil Nazirliyi “Məktəbə hazırlaşırıq” I hissə”. trims.edu.az (az.). Azərbaycan Respublikası Təhsil Nazirliyi. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  47. ↑ “Kamal Camalov “Əliş və Anna haqqında““. anl.az (az.). anl.az. 2020-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 dekabr 2020.
  48. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası ““. yazarlar.az (az.). yazarlar.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  49. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası ““. kitabxana.net (az.). kitabxana.net. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  50. ↑ “Ayətxan Ziyad “Zaur Ustacın uşaq dünyası ““. anl.az (az.). anl.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
  51. ↑ “Azərbaycan Milli Kitabxanası”. ek.anl.az (az.). Anl.az. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  52. ↑ “Milli Virtual Kitabxana”. kitabxana.net (az.). Kitabxana.net. 2020-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 dekabr 2020.
  53. ↑ “Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası”. azlibnet.az (az.). Azlibnet.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.
  54. ↑ “Prezident Kitabxanası”. ebooks.az (az.). Ebooks.az. 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

  1. Zaur Ustacın youtube kanalı
  2. Zaur Ustacın facebook səhifəsi
  3. Zaur Ustac yazarlar.az saytında

7 İyul Nigar Səttarzadənin doğum günüdür – Təbrik!

DOĞUM GÜNÜ TƏBRİKİ

Yazarlar cameəsi adından dəyərli qələm dostumuz, əzizimiz, silahdaşımız gənc yazar Nigar Settar-zadeni doğum günü münasibətilə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun! Təbəssüm gül üzünüzdən əskik olmasın! Nə yaxşı ki, varsınız! Yazın, yaradın! Allah Sizi qorusun!
Hörmətlə, Zaur USTAC

NİGAR HAQQINDA YAZILAR

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ustaclı oğlu Ustacam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ustaclı oğlu Ustacam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR USTACLA MÜSAHİBƏ

Həyatda olduğum hər an üçün şükür etməyi öyrəndim

Söhbətdaşımız – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi və jurnalist, “Yazarlar” jurnalının redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.

1 — 1988-ci ildən ədəbi fəaliyyətə başlamısınız. Həmin dövrün ruhi-siyasi ab-havası və ilham mənbələri Zaur Ustacın qələm ustalığını necə formalaşdırdı? O illərin yükü bugünkü qələm səslənmələrində necə əks olunur?
— Doğrudur. “Əməyə məhəbbət” adlı ilk yazım 24 may 1988-ci ildə rəsmi mətbu orqanda dərc olunub. O dövrün mövzuları əsasən əməyi və bayramları tərənnüm etmək idi. Real gündəlik həyatımızı əks etdirən yazılar yazırdıq. Necə deyərlər, – “düzü-düz, əyrini-əyri”. Məncə o illərdən bu günə daşıdığım ən faydalı vərdişlərim elə budur – realist olmaq, hər şeyə açıq gözlə baxmaq, yaxşıları tərənnüm etmək, əhmiyyətli əməllərdən söhbət açmaq, xalqın içində – gündəlik həyatda olmaq. Zəhmətkeş olmaq. Yorulmadan, usanmadan çalışmaq. Bax belə.

2 — Siz tez-tez “qələm saflığı” anlayışını vurğulayırsınız. Bu ifadə sizin üçün şəxsi inancdır, yoxsa ədəbi bir manifest?

—Əvvəlki sualınızın cavabında qeyd etdiyim kimi, biz belə öyrənmişik. Bu bir normadır. Faydalı, əhəmiyyətli uzun illərin sınağından çıxmış ədəbi norma – manifest də deyə bilərsiniz. Kəsədən bu bizim iş qaydamızdır. Məncə xeyir, fayda bu yoldadır. Ümumi işimizin xeyirinədir.

3 — Yazıçılar bu gün xalqın qəlbi və vicdanı olaraq necə bir rol oynamalıdır, sizcə?

—Cahangir qardaş, sualları elə seçmisiniz ki, söhbətimiz tam bir yazı kimi – nəzm kimi axır. Maşallah olsun. Bu sualın cavabı elə bayaq söylədiklərimdir. Yazıçı da, şair də, alim də xalqın içində olmalıdır. Onların nə düşündüyünü, gündə neçə dəfə, nə yeyib, nə içdiyindən xəbərdar olmalıdır. Məsələn götürək elə mənim ilk qələm təcrübələrimin dərc olunduğu vaxtları… Bəxtiyar Vahbzadə, Xəlil Rza, Xudu Məmmədov, Anar, Elçin… Keçənlərə rəhmət, qalanlara can sağlığı. Yaradıcılıq məhsulu, yazar sözü səmimi və içdən olanda həm də faydalı olur. Deyən üçün də, eşidən üçün də. Xalqın vəziyyətindən xəbərdar olmalı, real həyatdan yazmalı, xalq üçün faydalı, gələcək nəsillər üçün tarix yazmalıdırlar. Bu qədər.

4 — Qarabağ müharibəsi həyatınızda və yaradıcılığınızda necə iz buraxdı?

—Bir gündə dünyada mövcud olan maraqların çoxu yoxa çıxdı. Çox məsələlər adilişdi. İnsan olmağın, insanlığın, sağlamlığın, sağ qala bilməyin dəyəri, vacibliyi artdı. Zamanın ən dəyərli nemət olduğunu anladım. Salamat olduğum hər an üçün daha çox şükür etməyə başladım. Daha çox işləməyə və yaxşılıqlar, təmənnasız yaxşılıqlar etməyə başladım. Və biz nə etsək də Böyük Allahın bizə olan lütfünün qarşısında çox cüzi – dəryada bir zərrə misalı – nəsə edə biliriksə, nə xoş halımıza.

5 — “Ustac.az” mərkəzi vasitəsilə siz elm, yaradıcılıq və şəxsi inkişafı bir araya gətirmisiniz. Sizcə, bu mərkəz gələcəkdə hansı istiqamətlərə xidmət etməlidir?

— Bizim fəaliyyətimiz elə bu istiqamətdə də davam edəcək. Yaşından, mənsəbindən, cinsindən asılı olmayaraq bizə ehtiyacı olanların yanında olacağıq. Bu bizim məqsədimiz, məramımız, işimizin qayəsidir.

6 — Həyatın ən ağır dərslərindən biri — itkilərdir. Siz bir yaradıcı şəxs olaraq itkilərdən nələri öyrəndiniz?

—Həyatda olduğum hər an üçün şükr etməyi və əlimdə olana dəyər verməyi öyrəndim. Paylaşmağı və bundan zövq almağı öyrəndim. Sözün əsl mənasında həyat paylaşdıqca daha gözəl olur. Belə ibrətamiz suala görə sizə xüsusi təşəkkürlər.

7 — İnsan üçün iki böyük vətən var: biri doğma torpağı, digəri — qəlbidir. Siz bu iki vətən arasında ədəbiyyat vasitəsilə necə bir körpü qurmusunuz?

—Mən onları birləşdirmişəm. Divin canı şüşədə olan kimi, mənim də qəlbim elə öz torpağımda rahatlıq tapır, asudə döyünür, ritmini bu Yurdun bulaqlarının, şəlalərinin səsinə uyğunlaşdırır. Mən bununla xoşbəxtlik tapıram. Yurdumun çiçəkləndiyin gördükcə fəxarət hissi köksümü qabardır. GƏNCLİYİMİN HƏDƏR GETMƏDİYİNİ ANLAYIRAM. Bu bir başqa hissdir.

8 — Həyatın çətinliklərindən yorulan zaman insanlar ya səssizliyə, ya da dua və ibadətə yönəlir. Siz yorğunluqdan ruhən necə xilas olursunuz — şeir yazaraqmı, təbiətə baxaraqmı, yoxsa dinclik içində susaraqmı?

—Mən bu barədə bir neçə dəfə demişəm. Mənim bu günə kimi heç bir çətinliyim olmayıb. Ürəyimdən nə keçib, Böyük Allahım hamısını mənə nəsib edib. Sadəcə Yurdumu gəzməkdən, şeir yazmaqdan, şeir söyləməkdən zövq alıram. Yazılması vacib bildiyim mətləbləri əsasən gələcək nəsillər üçün qələmə alıram. Bu qədər.

9 — Bu günkü nəslin elmi və intellektual potensialı sizi ruhlandırır, yoxsa narahat edir?

—Bütün hallarda sevinirəm. Ruhlandırır.

10 — Özbəkistan və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələri necə qiymətləndirirsiniz? Bu münasibətləri hansı yeni mərhələyə çıxarmaq olar?

—Bizm xalqlarımız sözün əsl mənasında qardaş xalqlardır. Dilimiz bir, adətlərimiz birdir. Tarix boyu daim bizi ayırmağa, yad kimi təqdim etməyə çalışsalar da, bax bu gün bizim aramızda olan söhbət sübut edir ki, heç kim, heç nəyə nail ola bilməyib. Şübhəsiz ki, gələcək daha gözəl olacaq. Bütün sahələrdə daha da sıx əlaqələr qurulacaq.

11 — Şair daim içində nəyisə itirmiş, axtaran, kövrəlmiş bir haldadır… İtkilər sizdə hansı şeirlərə çevrilib?

—Maraqlı və ibrətamiz sualdır. Ələxsus torpaqlarımızın müdafiəsi və azad olunması uğrunda Həmdəm Ağayev, Vüqar Ağayev, Şükür Həmidov, İlqar Mirzəyev kimi qardaşlarımızı itirməyimiz mənə çox pis təsir etdi. İlqara ithaf etdiyim silsilə şeirlər var. Lap bu yaxında “40 gün – 40 şeir” adlı şəhidlərimizə həsr etdiyim şeir kitabı nəşr olunub.

12 — Zaur Ustac öz qəlbini necə eşidir? Özünüzlə daxili dialoqu necə aparırsınız?

Çox həssas insanam. Bəzən bu mənə əziyyət verir. Əzab çəkirəm. Sakit olduğum qədər də çılğınam. Demək olar ki, bu günə qədər ancaq ürəyimin səsi – diqtəsi ilə yaşamışam. Beynimə ancaq riyazı hesablamalar aparan zaman müraciət edirəm. Ruhumla dialoqum həmişə uğurlu alınır. Özüm özümü yaxşı tanıyıram.

Söhbətləşdi: Cahangir NAMAZOV,
Azərbaycan Jurnalistlər Birliyinin və 
Dünya G
ənc Türk Yazarlar Birliyinin üzvü

Zaur USTAC təbrik edir

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru