MƏN SƏNƏ NƏ NAĞIL DANIŞIM BALA?

MƏN SƏNƏ NƏ NAĞIL DANIŞIM BALA?

Nağıl istəyirsən yatanda məndən
Fikirdən düşürəm mən haldan hala
Böyüyüb cırtdanlar, kiçilib divlər
Mən sənə nə nağıl danışım bala?

Çörəyə möhtacdır indiki divlər
Ehtiyac önündə dönüb hambala
Anasın bəyənmir o şəngülümlər
Mən sənə nə nağıl danışım bala?

Şüngülüm pullanıb, buynuzu çıxıb
Fatmalar dubayda pul demir pula
O tıq-tıq xanımın qunduzu çıxıb
Mən sənə nə nağıl danışım bala?

Göydən üç alma yox, indi daş düşür
Ayıq ol, altında kim qala-qala
İndiki keçilər qurdla döyüşür
Mən sənə nə nağıl danışım bala?

Yaman xəsisləşib qarı nənələr
Özləri möhtacdır bircə noğula
Getdi o Bəhlullar, o Danəndələr
Mən sənə nə nağıl danışım bala?

Qarğalar tülküyə aldanmır daha
Götürür pendirin, düzəlir yola
Keçəl tük axtarır düşüb tamaha
Mən sənə nə nağıl danışım bala?

Muradam, sən məndən nağıl dilədin
İstəyin gözümdə döndü suala
Rüşvətə satılır indi Ələddin
Mən sənə nə nağıl danışım bala?

06.04.2021

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir