AXŞAMLAR
Bəd olub xəyalda,fikirdə nəsə ,
Bənzəyir yad olan qərib bir kəsə ,
Bu həsrət küləyi giribdir bəhsə,
Hər şey üzərimə gəlir axşamlar.
* * *
Şirinin tamı da ağzımda turşdur,
Dediyim kəlmələr yozulur suçdur,
Yarın gözlərində nədənsə boşdur,
Kamantək qəlbimi dəlir axşamlar.
* * *
O,məndən aralı,mən ondan uzaq,
Yolların enişi,yoxuşu sazaq,
Kəm olmuş qismətdən axı nə yazaq?
Mənim taleyimi bilir axşamlar.
* * *
Tam başqa oluram sübh çağı, səhər,
Gündüzlər haqlayır , bürüyür qəhər,
Gəzib dolanıram belə birtəhər,
Çarəsiz halıma gülür axşamlar!
* * *
Sarsılır, tab etmir,əyilir qürur,
Əhvalım dəyişir, rəngim də solur,
Ay zalım balası, həsrətdən Seymur,
Şam təki əriyir ölür axşamlar.!
BAXTSIZ QADIN
Fələyin oyununda uduzdun taleyini,
Gözündə sevgi öldü, sındı qolun, qanadın,
Sən ətirli gül idin, başa tac olmalıydın,
Ömrün vaxtsız qışında , saralıb-solan qadın!
Baxtsız qadın!
* * *
Bağladı qollarını hansı qanunlar sənin,
Unutdun ,xoşbəxtliyə axı haqqın var sənin,
Utanır gözlərindən bu uzun yollar sənin,
Sığınaraq yaşadın ardına təmiz adın!
Baxtsız qadın!
* * *
Gizlində çatmağın arzuların tükənməz,
Nə çəkmisən , dərdini çəkməyən axı bilməz,
Necə oxşasın səni söz ilə Seymur Sönməz,
Qəlbimi kül eylədi səni yandıran odun,
Baxtsız qadın!
ÇAL HƏZİN LAYLANI UYUYUM ANA
Sənə qurban olum ,yetiş dadıma,
Özün yet haraya,bu imdadıma,
Bir sığal,bir tumar çək saçlarıma,
Atım kədərimi unudum, ana,
Çal həzin laylanı uyuyum ana!
* * *
Sənsiz gün-güzarım ahu- zar keçər,
Gözlər intizarda həsrətin çəkər,
İsti nəfəsində bəsimdi, yetər,
Gəlginən dərdimi ovudum ana
Çal həzin laylanı uyuyum ana !
* * *
Sinəmdə çırpınan qəlbim göynəyir,
Səntəki dadıma kimsə yetməyir,
Bir anda gözlərim sənsiz gülməyir
Yetiş göz yaşımı qurudum ana !
Çal həzin laylanı uyuyum ana !
* * *
Mən səni gəzirəm aranda, dağda,
Xoş gəlmir, sən yoxsan dərədə, bağda ,
Yeni qədəm tutub söz anlayanda,
İlk sənin sevgini mən duydum ,ana!
Çal həzin laylanı uyuyum, ana!
* * *
Seymurun gözündə qalan xatirə,
Tək könül sirdaşı olan xatirə,
Həsrətəm müqəddəs olan ətirə,
Gəlim qucağına baş qoyum ,ana!
Çal həzin laylanı,uyuyum ana!
Müəllif:Seymur SÖNMƏZ
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru