
Oğlum
Sabah sənin vəfatının 16 ili tamam olur.
Başqalarını demirəm, insan heç özü-özünü anlaya bilmir.
16 ildir sənsiz yaşayıram.Sağlığında 16 dəqiqə sənsiz yaşaya biləcəyimi təsəvvür belə edə bilməzdim.Barmağna tlkan batsaydı,elə bilərdim o o tikan ürəyimə batıb.
…20 gün gözümün qarşısında dünyanın zülmünü çəkdin.Xərçəngin dəhşətli ağrıları səni dünyaya gəlişinə peşiman etdi.
20 gün dəhşətli ağrıların oldu.Son 7 günü,sinəni mənhənə kimi sıxan amansız ağrılardan bir dəqiqə də olsun yata bilmədin.
…Vəfatına beş gün qalmış,artıq mən sənin can çəkdiyin otağa gedə bilmirdim.Bacarmırdım.
Ağrılardan heç nə düşünə bilmirdin.Amma məni görmək istəyirdin.Təkidlə məni yanına çağırırdın…Canıma can bağlayıb, Allah bilir özümü necə ələ aldım.Sən olan otağa gəldim…Səni görəndə,sənə baxanda sənin o halına necə dözdüm,necə tab elədim?…Bu mənim üçün indiyə qədər sirrdir.Allah belə məqamlarda insana hardansa,məchullluqdan güc,qüvvət,dözüm verir ..Sənə:
-Əbil,sən sağılacaqsan,Türkiyəli həkimi gözləyirik.Gəlib səni əməliyyat edəcək…Sağılacaqsan…
Balam yalan danışdığımı bilirdi.
Danışa bilmirdi.Onun üçün danışmaq zülüm idi.Dörd gün əvvəlki sonuncu müayinədə həkim balamın bədəninin artıq 83 faiz xərçəndə yoluxduğunu (16 gün ərzində 60 faiz) demişdi…Həkimdən,balamın ağrılarını azaltmaq üçün morfi iynəsi istəsək də,həkim məsləhət bilməmişdi.Səbəbini soruşanda:
-Bu xərçəngin elə növüdür ki,ikinci,ya üçüncü morfidən sonra əqlini itirəcək- demişdi.
-Ata…-ağrılar əlində qovrulan balam dilləndi.
Balama lap yaxın gəldim.Duz kimi yalamaq istəyirdim balamı.Hönkürmək istəyirdim.Amma İndi bunların heç birini edə bilməzdim.Özümü güc bəla ilə tuturdum.
-Nə deyirsən Əbil?
-Heç nə istəmirəm ata…Nəfəs ala bilmirəm…Mənə bir udum nəfəs ver…
İlahi.Oğlum məndən bir udum nəfəs istəyir.Mən isə onun bu istəyi qarşısında açizəm.Yerlərə, göylərə hökm edən insanın, əslində nə qədər aciz,gücsüz olduğunu mən o gecə bildim…Otaqdan bayıra necə çıxdım,indi də xatırlamıram.
Bir də oğlumun can çəkdiyi otağa, onun bu vəfasız dünya ilə vidalaşmasından təxminən 2 saat əvvəl gəldim..Artıq huşu özündə deyildi. Necə nəfəs alırdı,ilahi. Elə bil sinəsinin altında traktor daş,qaya çevirirdi. Sinəsindəki gurultu otağı başına götürmüşdü. Sinəsi o gurultu ilə titrəyə-titrəyə qalxır,o gurultu ilə də titrəyə-titrəyə enirdi. Anası daşa dönmüş vəziyyətdə, oğlunun başı üstündə oturmuşdu.O,20 gün ərzində, bir dəqiqə də olsun oğlunun başının üstündən çəkilmədi.O dünyanın ən yazıq,ən bədbəxt,ən aciz anası idi .
Balam əzab çəkirdi.
Gecə yarısı idi.
Otaqdan çıxıb həyətə düşdüm.Həyətin ən qaranlıq küncünə gəldim.Məni heç kəsin görmədiyinə əmin olandan sonra,üzü qibləyə diz çökdüm.Allaha xitabən pıçıltı ilə dediyim sözlər indiyə qədər də yaddaşımdadır və son nəfəsimə qədər də yadımdan çıxmayacaq:
-İlahi,balamın sağalması üçün etdiyim dualar sənə çatmadı.Yalvarıram sənə,nə olar bu duamı eşit.Yalvarıram sənə,onu əzablardan qurtar.Onu öz dərgahına götür.Onun canını al. Yalvarıram sənə…
Hönkürtü məni boğdu.
Dünyada ikinci belə bədbəxt ata tanıyırsınızmı? Canından çox istədiyi oğlunun ölümü üçün Allaha əl açır,Allaha yalvarır…
…Evə gəldim.Atam,qardaşlarım,bacılarım aynabənddə əyləşiblər .Kədər,dərd içərisində. Çarəsiz.
…Bu vaxt içəridən yoldaşımın və bacımın vəhşi çığırtısı eşidilir.Bu artıq son idi. Əbil artıq yox idi.
Səhər hələ açılmayıb.Evimizdən göyə fəryad səsləri yüksəlir.
Allah səsimi eşitmişdi.Balamın ağrılarına son qoyulmuşdu.
Oğlumun cansız bədəni olan otağa keçirəm.Bu gücü özümdə necə tapdım,bilmirəm. Otaqda ondan və məndən başqa kimsə yoxdur.Xəstəliyini bilməyimiz və xəstəliyi 20 gün çəkdi.20 gün əvvəl şah balasına bənzəyən balamı xəstəlik tanınmaz hala salmışdı..20 gün əvvəlki Əbildən əsər- əlamət qalmamışdı.Ağzu azca açılıdır.Yaraşıqlı dişlərini xərçəng kömürə döndərib.Yaraçıqlı gözləri də yarıaçıq vəziyyətdədir. Cansız gözlərdə nə ifadə olacaq ki?…Yenə təkrar edirəm.İndı də anlaya bilmirəm ki,mən o otağa necə gedə bildim,.O qədər vaxtı o otaqda necə qala bildim…İnsanın həyatında heç vaxt cavab tapa bilmədiyi süallar olur…Bayıra çıxmağa tələsmirəm Bilirəm ki,bir daha oğlumu görə bilməyəcəyəm.Ona görə də ona baxmaq,baxdıqca baxmaq istəyirəm..Mənim 51,oğlumun isə 25 yaşı təzə tamam olub.
Sonra kimsə məni otaqdan çıxarır Artıq həyətdə çoxlu adam var.20 günün əzabı,dəhşətləri,yorğunluğu birdən bütün canımı alır.Səslər qulağıma əks səda kimi çatır.Sanki yerdə yox,havadayam…
İndi həmin dəhşətli hadisədən 16 il keçir.Yəni,sabah oğlumun vəfatının 16 ili tamam olur.Anası oğlundan sonra şəkər xəstəliyinə tutuldu,yüksək təzyiq tapdı,insult keçirdi,ürəyində ciddi problemlər var,yeriyə bilmir…Tam səmimi deyirəm,bu 16 ildə səhərin necə açılmasından,gecənin nə vaxt düşməsindən xəbərimiz olmadı.Bu 16 ili necə dözdük?.. bax bu bizim üçün sirrdir və sirr olaraq da qalacaq…
Və bu 16 ildə demək olar ki hər gün Allahdan bu diləyi diləyirəm:
-İlahi,heç bir valideyni balası ilə sınağa çəkmə…Heç bir valideynə bala dağı göstərmə.
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında