ŞAHNAZ ŞAHİN – ŞAİRLƏR

ŞAHNAZ ŞAHİNİN YAZILARI

ŞAİRLƏR

Xoşbəxtlikdən yazılmır xoşbəxt şeirlər…

Suçəkən kağız kimidi, hər gün bir az dərd çəkir canına…

Bir az eşq, bir az ev, bir az Vətən dərdi qarışır qanına…

Bir az Göydən, bir az Yerdən azar götürür…

Gecənin bır vaxtı gedib Ayın yanında özünə məzar götürür..,

ölməmişdən ölür şairlər…

Bəxti çırtlamaq əvəzinə ürəyi çatlayır həmişə…

Qanı tökülə-tökülə, ruhunu alıb çiyninə gəlir mehraba…

Yalvarır Allaha, “nə olar, çiçək ömrü vermə şairlərə..,

lap əjdaha ömrü ver..” deyə! …

Gendən baxıb, “şair şeir yazır ” deyirlər…,

bəxtərlik verirlər.

* * *

…Şeiri şair yazar, olar yarımadam…

Tikər sətirləri iztirablara, bənd vurar sevgiləri ayrılıqlara…

Qoynunda ilan balası saxlar kimi yatar gecələr…

Ay həsrətində olduğu öpüştək toxunar dodaqlarına…

Təbəssümü yanaqlarına çapıq düşər..

* * *

Göz qapaqları dar ağacı…,

kiprikləri intihar etmiş ümidləri…

Qarşında azad biri…

Yoxla, üstündə sənədi filanı yox…

Dindir, sözündə yalanı yox…

Dünyaya gəlişi sirr…

ünvanı müəmma…

adı Şair!..

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.