
ANAMA
Sənin zəhmətinlə böyümüşəm mən,
Vaxt gəlib çətini də ötürmüşəm mən.
Bir bilsən nə qədər sevinmişəm mən,
Yaxşı ki, sən mənim varımsan, anam.
Gün olub, saçıma sığal çəkmisən,
Tutmusan əlimdən şaxə getmisən.
Gün olub, səni mən çox incitmişəm,
İncinən qəlbinə mən qurban, anam.
Gəzsəm də dünyanı, tapmaram tayın
Sənin bənzərin yox, anadır adın.
Yüz il də, min il də keçsə də inan,
Sən mənim ruhumsan, ən ülvi payım.
Bilirəm, saçına dən də düşəcək,
Üzündə qırışlar vaxtsız bitəcək.
Bilirəm, ayrılıq dəlib keçəcək,
Özünü bizlərsiz qoyma sən, anam.
Hələ nə yaşım var, körpəyəm axı,
Laylana ehtiyac duyuram axı.
Mən səni əvəzsiz sevirəm axı,
Tanrıdan diləyim çox yaşa, anam…
Müəllif: Aytac İBRAHİM
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru