
QƏRAR
Bu gün bir qərar almışam,
Elə indi getməliyəm…
Get – gəllərdə ha qalmışam
Mən sənə layiq deyiləm…
Hanı sevgin bitməz idi?!
Bu ümmana yetməz idi?!
İnan səndən getməz idim,
Mən sənə layiq deyiləm…
Məhəbbətdən pay olmazdı,
Əhdi – peyman pozulmazdı.
Min bir yerə yozulmazdı
Mən sənə layiq deyiləm…
Qara saçımı dən aldı,
Ayrılıq da hərdən oldu.
Eşqin məni məndən aldı
Mən sənə layiq deyiləm.
Gəzər, axtarar ürəyim
Evim, eşiyim, dirəyim.
Ay mənim yarım, gərəyim,
Mən sənə layiq deyiləm.
GƏL
Gəlişinə qurban olum,
Elə gəl ki, şəfəq saçsın
Məhəbbətin şüaları üzərimə.
Günəşi özünlə gətir
Gəl günəşim ol sən mənim.
Səni sevim, əzizləyim.
Qollarıma alım səni
Sığallayım…
Ağlayanda lay lay deyim
Allahımdan bir pay deyim
Ağıl balam
Nağıl balam
Get şirin yuxuya sən
Noğul balam
Tez böyü, tez dil aç sən
Tez böyüyüb tez dil açsan
Ana desən
Canım qurban olsun balam.
Doğmalardan doğma olan
Gözəl balam.
Müəllif: Şəlalə CAMAL,
Yaradıcılıq məsələləri üzrə menecer.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru