
AY ADAM
Uymusan əğyara, bəsdi, sən Allah,
Geriyə dönməyin gec olar sabah.
Görmə başqasında, nə məndə günah,
Qayıt haqq yoluna, qayıt, ay adam!
Sən elə bilmə ki, xoşbəxt olarsan,
Tanrıdan zərbəni beşqat alarsan.
Əlin boşa çıxar, naçar qalarsan,
Qayıt haqq yoluna, qayıt, ay adam!
Bilirəm olmusan başlı – başına,
Kefinin havası vurub başına.
Düşmən qalib gələr başsız qoşuna,
Qayıt haqq yoluna, qayıt, ay adam!
Kim bilir yaxşının nələr çəkdiyin,
İçində ağlayıb qan – yaş tökdüyün?
Sındırma bir qəlbi, uçar tikdiyin,
Qayıt haqq yoluna, qayıt, ay adam!
Bəlkə səhv edirəm ” dayan” deməkdə,
Özümə borc bildim ” oyan” deməkdə.
Allahdan istərəm olsun kömək də,
Qayıt haqq yoluna, qayıt, ay adam!
Müəllif: Məmməd MƏRZİLİ
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru