“YAZARLAR” JURNALININ AVQUST – 2022-Cİ İL 8(20) SAYI İŞIQ ÜZÜ GÖRÜB

“YAZARLAR” JURNALININ 15 YAŞI MÜNASİBƏTİ İLƏ HESABAT FORMATLI AVQUST – 2022-Cİ İL 8(20) SAYI İŞIQ ÜZÜ GÖRÜB PDF:

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Anar Turan – Çürük və yaxud Son insan

ANAR TURANIN YAZILARI

“Çürük və yaxud Son insan”

(fəlsəfi hekayə)

            Bir zaman yetişmişdi. Elə bir zaman ki, insan yaşamırdı, mövcud deyildi. Amma canlılar yenə var idi, onlar yaşayırdılar. Yəni dünya var idi, canlılar yaşayır, ancaq insanın izinə-tozuna rast gəlmək mümkün deyildi…

            Son insanın bu dünyadan köç etməsi üzərindən çox sular axmışdı. Və sonuncu insanın ölümündən sonra heç bir şey əvvəlki kimi deyildi artıq. Hər şey çürüməyə üz qoymuşdu. Və bu çürüməyə üz qoymuş dünyada, sonuncu insanın ölümündən sonra insanabənzər varlıqlar ortaya çıxmışdı, meydan sulayırdılar. Onlar eyni ilə insan kimi idilər, sadəcə olaraq düşünmür, düşünmək istəmir, düşünmək iqtidarını özlərindən uzaq tuturdular. Bunlar manqurtlardan daha təhlükəli bir varlıq idilər, bəlkə də, yazıq. Çünki manqurt istəsə də, düşünə bilməzdi, onda düşünmə anlayışı artıq mövcud deyildi. Bu peyda olmuş insanabənzər varlıqlar isə düşüncənin nə olduğunu bilirdilər, amma düşünmək istəmir, düşünmək iqtidarını yaxın buraxmırdılar…

            Hər bir canlı varlıq istər təhtəlşüur, istərsə də bilərəkdən özünün rahatlığını istəyir, arzulayır və buna can atır. Və bu istək, arzu və canatma hansı yolu getməyi tələb edirdisə, canlı varlıqlar da o yola qədəm qoyurdular. Beləliklə, bu gün son insanın qeyb olmasından sonra ortaya çıxmış “Çürüklər” adlanan bu canlı varlıqlar təhtəlşüur altında düşünməzliyi, dərketməzliyi və anlamazlığı özlərinə ən münasib yol seçmişdilər. Bu, bir növ, ağıl patlaması, düşüncənin “Big bang”ə məruz qalması idi…

            Çürüklərin meydana çıxması dövründə hər şey, beləcə, çürüməyə üz qoymuşdu. Axı hər bir varlıq özünəbənzər cəmiyyətdə var olur, yaşayır, yoxsa o ölər, məhv olar. İnsan irqi də belə bir cəmiyyət yarada bilmədiyi üçün məhv olmuşdu, qeybə çəkilmişdi. Bu dünyaya hakim olmuş Çürüklər də, beləcə, özlərinəbənzər bir cəmiyyət yaratmışdılar. Bu cəmiyyətdə isə nələr çürüməyə üz qoymamışdı ki…

            Çürüklərin əməllərinə nəzər yetirdikdə onların ən zərərli bakteriyalardan, viruslardan daha qorxunc və təhlükəli olduqları üzə çıxırdı. Və bu Çürüklər dünyanı dünya edən, onu yaşana bilən bir yer halına salan, yəni son insandan, insanlıqdan qalan dəyərləri çürütməsi ilə öz qorxunc və təhlükəliliklərini büruzə verirdilər…

            Bakteriyalar, viruslar necə sürətlə yayılırdısa, düşünün ki, bu Çürüklər onların on qatı, bilmədin, yüz qatı sürətlə hər bir mənəvi dəyəri çulğalayır, onları məhv edirdi. İndi artıq hər şey çürümüş və yaxud çoxdan bəri çürüməyə üz qoymuşdu.

            Və insanlığın yox olma və qeybə çəkilmə prosesinin son insanı da özünün insan olduğunu qəbul etməyərək, bunu rədd edərək Çürüklər cərgəsinə qoşulmuşdu. Çünki artıq dünyada insan olaraq yaşamaq, var olmaq mümkün deyildi, bu heç cürə alınmırdı. Son insan da, beləliklə, Çürük olmuşdu və insanlıq son nümayəndəsini də itirmişdi. Artıq o gün-bu gün cəmiyyət də gözəlləşib. Və insanoğlunun əksinə, Çürüklər hər zaman rahat yaşayır, ömür sürürlər…

            Dünyanın var oluşunun, insanların yaradılmasının necə baş verdiyi bəlli idi, amma sonu, yox oluşu bilinmirdi. Çürüklərin meydana çıxması ilə bu proses də aydınlandı, başa çatdı… 

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Bu nə zarafatdır!?

ŞƏLALƏ CAMALIN YAZILARI

Bu nə zarafatdır!?

Nə qədər darıxar insan
Bir insanın yoxluğuna?..
Necə öyrəşər?
Təsəvvür et
Dünən danışdığın, güldüyün adam
Bu gün başqalaşır, tanımır səni…
Bu nə zarafatdır, ay qadan alım?!…
Mən ki, məhəbbətə son qoy demədim,
Qəfil gedişini heç gözləməzdim…
Daha doğmam deyib öyünmərəm mən….
Doğmalar köçəri quşlar kimidir…
Vallah ən yaxşısı yad olmaq elə
Bilirsən, nə gələr, nə atıb gedər.
Söylə, bu sevgidən dönmək olardı?
İndi hayqırtımı eşidirsənmi?
Səsini səsimə söykəyərsənmi?
Daha darıxmaqdan betər olmuşam
Görsən vəziyyətimi nə təhər olmuşam
Üz gözüm qırışıb yumaq kimiyəm…
Başqa bir ocağa yamaq kimiyəm…
Məni sən gətirdin belə bir hala
Bu nə zarafatdır, ay qadan alım?
Qayıt gəl, dön daha, yuvan ki, mənəm
Bəlkə nə zamansa özünə gəlsən
Onda sənə qalan peşmanlıq olar
Qorxma, taledir də, ölüb gedərəm…
Əbədi deyilən həyat varmı ki?
Sadəcə dönsəydin son dönəmimdə
Daha darıxmaqdan bezar olmazdım.
Sözlər də dadıma yetməyir artıq
Susuram, başa düş, artıq dön geri
İndi danışmağa gücüm də yoxdur.
İşdi, dönsən
Bir xahişim
Bircə dəstə çiçək al
Görsəm ürəyim sevinər
Görməsəm, ruhum şad olar…

Müəllif: Şəlalə CAMAL,

Yaradıcılıq məsələləri üzrə menecer, AYB-nin üzvü.

ŞƏLALƏ CAMALIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təranə Məmmədin “Sirr” kitabını necə əldə etmək olar?

Kitab burada >>>> Bookhouse

Təranə Məmməd “Sirr” kitabı. Qiyməti: 5 AZN

Kitabı əldə etmək istəyənlər Bakı şəhərində, İçərişəhər Bookhouse & Cafe – Asəf Zeynallı 16. ünvanına müraciət edə bilərlər. (Bulvar tərəfdən, köhnə”Meridian” otelin yanından və Azneft meydanı tərəfindən”Yaşıl aptek”in yanından rahat gəlmək mümkündür). Tel: 050-356-27-94

16 Asəf Zeynallı küç, Bakı.

İçərişəhər Bookhouse & Cafe

Məkan-marşrut >>>> Bookhouse



YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ANAR TURAN – HAMIMIZ QOQOLUN “ŞİNEL”İNDƏN ÇIXMIŞIQ…

Nikolay  Qoqolun “Şinel” povestinin  PDF variantı burada: Şinel Qoqol

HAMIMIZ QOQOLUN “ŞİNEL”İNDƏN ÇIXMIŞIQ…

(Qoqoldan qeydlər)

            “Mənə yazmaqdan imtina daha çətindir. Çünki həyatın verdiyi ən ləziz cazibələrdən əl çəkəndən, insanı dünyaya bağlayan bütün tellərdən imtina edəndən sonra yazıçılıq məni dünyaya bağlayan yeganə vasitə idi”.

            İnsan hər kəsdən, hər şeydən küsə bilər. Amma o özündən küsməsin, insan ki özündən küsdü, onda hər şey sonlanmışdır demək.

            Yazmaq… Nə üçün?! Qoqol: “Cəmiyyəti gözəlliyə, kamilliyə çatdırmaq üçün yazmaq lazımdır”.

            Kitablarının əksəriyyətini yandırır. Bundan sonra Qoqol üçün həyatın mənası itmişdir. Gəncliyində (o heç qocalmamışdı, bəlkə, heç cavan da olmamışdı) şən, xoş əhval-ruhiyyəli insan olan Qoqol zaman keçdikcə bədbinləşmiş, daha depressiv olmuşdur. Çünki onun gördüyü – bizim görə bilmədiyimiz – şeylər Qoqolun xarakterindəki bu kəskin dəyişikliklərin yaranmasına səbəb olmuşdu. Mövlana: “Kim daha çox bilir, o daha çox dərd çəkir”.

            Qoqol diri-diri basdırılmaqdan qorxurdu. Kimlər qorxmayır ki?!. Milyonlarla insan, müqəddəs və ülvi-pak arzular azmı diri-diri basdırılıb?!

            İndi artıq tək-tək hər adam öz simasında bütün cəmiyyəti təhqir olunmuş sayır.

            İnsana qiymət verilməməsi Qoqolu narahat edirdi, bəlkə ona əzab verirdi. İnsanın qədr-qiymətini deyil,  onun hansı vəzifə-rütbə sahibi olmasına göstəriən dəyər onun qələmində bu cür əks etdirirdi: “Rütbəsinə gəlincə – zira bizdə hər şeydən əvvəl rütbəni bildirmək lazımdır”.

            İnsanı narahat edən, onun həyatını alt-üst edən insanlar qarşısında bəzən səssiz qalmaq, onları görməzlikdən gəlmək, bütün bu xoşagəlməzliklər ən pik nöqtəyə çatdıqda isə “Məndən əl çəkin, məni niyə incidirsiniz?” sözləri olardı. Bu qədər mədəniyyət, səbr və dözüm?! Qoqolun qəhrəmanının dili ilə verilmiş bu sözlər təsirli idi, üsyan deyildi ha, bu sözün mənasını Qoqol “Mən sənin qardaşınam” kimi ifadə edirdi. İnsanlar bir-birinin qardaşları deyillərmi?! Eyni gəmidə deyilmiyik, eyni budağın üzərində oturmamışıqmı?!

             Hər şey göründüyü kimi deyil, gözəlliklər altında nə qədəq eybəcərliklər, xoşagəlməzliklər, hətta dəhşətlər özünə yer tapa bilib. “… insanda nə qədər çox insaniyyətsizlik olduğunu kübarların zahirən zərif mədənilikləri altında nə qədər sərt bir kobudluq və aman Allah, hətta hamının nəcib və namuslu saydığı adamlarda da nə qədər sərt bir kobudluq olduğunu görüb öz ömründə sonralar da çox dəfə sarsılmışdı”.

            İstənilən sahədə çalışmasından asılı olmayaraq, insanda iş əxlaqı olmalıdır. İş əxlaqımı?! Qoqol: “Yəqin ki, heç bir yerdə öz vəzifəsinə bu qədər can yandıran bir adam tapmaq olmazdı. Onun canla-başla xidmət etdiyini söyləmək azdır: yox, o, eşqlə xidmət edirdi”.

            İnsan həyatdan, onu çulğalayan ətraf aləmdən razı qalmalıdır, özünü razı salmalıdır. Artıq vəzifə, mənsəbmi?! Nəyə lazımdır? “Yox, yaxşısı budur, mənə bir şey verin, üzünü köçürüm”. Başqalarının vəziyyəti, maddi durumu, bir arif adamdan duyduğum “gecə yatarkən qonşusunun pulunu saymaq” haqda heç nə fikirləşməzdi, öz aləmində idi: “O, öz paltarı barəsində də əsla fikirləşməzdi: onun vismundiri yaşıl deyil, nəsə unlu sarı rəngə çalırdı. Yaxalığı çox dar və alçaq idi… onun vismundirinə həmişə bir şey, ya bir parça quru ot, ya da nəsə, bir sap qırığı yapışmış olardı; bundan başqa o, elə bir xüsusi məharətə malik idi ki, küçə ilə gedərkən həmişə pəncərənin altına içəridən cürbəcür zibil tullanılan vaxt yetişərdi; buna görə də onun şlyapası üstündə həmişə qovun-qarpız qabığı və buna bənzər zirzibil olardı. O, ömründə bircə dəfə də olsun küçədə baş verən hadisələrə diqqət yetirməzdi, halbuki məlum olduğu üzrə, onun tay-tuşları olan gənc məmurlar öz iti nəzərlərinin nüfuzunu o dərəcəyə çatdırırlar ki, küçənin o biri səkisində bir adamın şalvarının çəkmə altına keçən üzəngi bağının qırıldığını görür və bu həmişə onların üzündə hiyləgər bir gülüş əmələ gətirir”.

            İnsan nə qədər maaş alsa, onun aylıq gəliri nə qədər olsa, o, rahat və qayılardan uzaq ömür sürər?! 5-in yanına üç, dörd sıfır atsaq, o həyatını sığortalaya bilərmi, xoşbəxt ömür sürərmi?! Xeyr, xoşbəxtlik göz, könül toxluğuyla mümükündür: “Dörd yüz manat məvaciblə öz taleyindən razı qalmağı bacaran bir adamın dinc həyatı beləcə keçib getməkdə idi”.

            Böyük insanlar var, bir də özünü böyük göstərən insanlar. Böyük insanlara çatmaq asandır. Amma özünü böyük göstərən insanlar özlərini böyük göstərmək üçün ona çıxan yollarda maneələr yaradırlar: “Bir də ki həmin adam öz böyüklüyünü başqa vasitələrlə gözə çapdırmağa çalışırdi: o belə bir qayda qoydurmuşdu ki, işə gəldikdə aşağı rütbəli məmurlar onu hələ pillə başında qarşılamalıdırlar, onun yanına heç kəs getməyə cürət etməməlidir, hər bir şey möhkəm bir qayda üzrə olmalıdır: kollec qeydiyyatçısı quberniya katibinə məlumat verməli, quberniya katibi titulyar və ya o dərəcədə olan başqa bir katibə məlumat verməlidir, yalnız bundan sonra iş gəlib ona çıxmalıdır”.

            Ağac bar verəndə başını aşağı əyər, insan da yüksəldikcə təvazösü də buna paralel olaraq yüksəlməldir. Amma bəziləri də var ki, “o general rütbəsi aldıqdan sonra özünü itirib, yolunu azmış və nə edəcəyini əsla bilmirdi”.

            İnsanın xarakteri özündən yuxarılarla, özünə bərabər olanlarla deyil, özündən mənsəb və imkanca aşağılara münasibətində üzə çıxır: “Özünə bərabər adamlarla o, ağıllı-başlı, olduqca mərifətli, bir çox cəhətlərdən hətta ağıllı bir adam idi. Ancaq özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşəndə o, tamamilə adamlıqdan çıxırdı”.

            Dünya cəhənnəmə çevrilib, insanlar qabalaşıb, mədəni olmaq, insani duyğuları daşımaq artıq işə yaramır: “Sizin başınızı boş şeylərlə doldururlar: akademiyalar da, kitablar da, əlifbalar da, fəlsəfə də cəfəngiyyatdan ibarətdir: Mən onların hamısına tüpürürəm!”.

            “Allah sənə rəhmət eləsin, Qoqol”…

Müəllif: Anar TURAN

ANAR TURANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Şəfaqət Cavanşir – Hakim əmi, azadlıq

Hakim əmi, azadlıq
(hekayə)

<<<< Əvvəli burada

Bir saat keçməmişdi, Nilufərin atası binaya daxil oldu. Birinci mərtəbədə ayağını saxladı. Yekəpərin qapısının ağzındakı döşəməyə baxdı. Döşəmədən qızının sidiyi hələ də qurumamışdı Qan atanın başına vurdu. Pilləkənləri bir-bir qalxdı, evinin qapısını ara vermədən döyürdü. Yasəmən qapını açan kimi yalvarmağa başladı. .
-Qurban olum, Turan…
Turan qoluyla arvadını itələdi.
-Çəkil. Mətbəxə keçib stolun üstündən bıçağı götürdü. Qapının ağzında Yasəmən qabağını kəsdi.
-Qurban olum, Turan, qoy o bıçağı yerə. Sonra hamı biləcək, qızımızın adına söz gələcək. -Düzünü de, qıza toxunub eləməyib? Bax ha, Yasəmən, mənə yalan danışma. Düzünü de. Turan suallarına ürəyinəyatan cavab eşitmək istəyirdi. Qızı otağında ona baxırdı. Turanın gözü qızına sataşdı, susdu. Nilufər ağlayırdı. Atasından utanırdı, yenə də gözlərinə dik baxmaya bilmirdi. Yasəmən ərini sakitləşdirmək, bıçağı əlindən almaq üçün danışırdı.
-Qurban olum, tutaq ki, onu öldürdün. Hə, nə olacaq? Sən türməyə düşəcəksən, hamı biləcək. Sonra bizi barmaqla göstərəcəklər. Mən sabah o vırılmışın arvadıyla danışaram. Ya onlar köçər, ya da biz. Qonşu binada yaşayan gəlini də deyirlər pis yola çəkiblər. Hamımız ona ağzımıza gələni demirikmi? İstəyirsən qızımız da onun kimi olsun?
Turan qızına baxıb susurdu, gələcəkdə onu hansı fəlakətlərin gözləyəcəyini gözünün qabağına gətirdi. Qızını qonşuluqdakı gəzəyən gəlinin yerinə qoydu. Yekəpərin onun qolundan tutub evinə apardığını, qızının gülüşlərini təsəvvür elədi. Təsəvvür elədi və iyrəndi.
-Nə danışırsan, az sən? Çəkil qabağımdan.
-Yalvarıram əlini mundarın qanına bulama.
-Öldürməyəcəm, başa salacam. Ya o, ya biz.
-Onu başa salmaq olar? Ayı boydadır.
Nilufər xəyalında yekəpərlə atasını müqayisə elədi. Atası ortaboy, qoldan elə də güclü kişi deyildi. Yekəpərin dərsini necə verəcəkdi? Atası anasının yalvarışlarına məhəl qoymadı, əlində bıçaq evdən çıxdı. Anası onun arxasınca qaçdı. Seyf qapının örtülməsiylə qızcığazın çömbəlib dizinin üstündə oturması bir oldu. Baş barmağının dırnağını yeyərək qapının o tərəfində baş verənlərin nəticəsini gözləməyə başladı.
Turan qonşusunun qapısını yumruqlayırdı.
-Aç qapını, ay oğraş. Aç… Şərəfsiz…
Yasəmən onu sakitləşdirmək üçün əliylə ağzını yumurdu.
-Ay Turannn…. Sus, camaatdan ayıbdı.
Turan arvadının əlini itələdi
-Səndə çəkil o tərəfə.
Qapı açıldı, yekəpər qonşu evdən çıxdı. Arvadı da qapı ağzında dayandı.
-Nə olub ə? Meşədəsən?
Turan bıçağı yekəpərin qaraciyərinə vurdu. Bir zərbədən nəfəs almağı çətinləşdi. Turan üç-dörd iri addım geri, blokun qapısınacan getdi.
-Nə iş gördün, Turan? – Yasəmən əlləri havada yekəpərə baxırdı, Yekəpərdən əvvəl onun siması meyid rəngi almışdı.
Yekəpər bıçağın sapından yapışdı. Bıçağı çıxarmağa çalışırdı, bacarmadı, sağ böyrü üstə bağıraraq yerə sərildi. Ağzından axan qan qurumamış sidiyin üstünə axdı. Gözləri sidik izinə, axan qanına baxa-baxa qaldı, əbədi bir nöqtəyə zilləndi.
Yekəpərin arvadı barmaqlarıyla çənəsini sıxıb qışqırmağa başladı. Gözlərini Turana zilləyib:
-Qatil… Qatiiil… – qışqırırdı.
İndiyəcən ona xoş gün göstərmədiyi ərinin yoxluğuna görə fəryadı onu eşidənləri yavaş-yavaş meyidin ətrafına yığdı. Turan qaçmamışdı. Hamı kimi polisin gəlməyini gözləyirdi…
Nilufər otağında ədyalını başına çəkib üzünü gizlətməyi özünə çıxış yolu bilirdi. Yorulmuşdu, evlərinə gələn qonşular onu soruşur, qohum-əqrabalar üzünə yazıq-yazıq baxırdılar. Təsəlli etmək üçün deyilən xoş sözlərin, yekəpərin arxasınca oxunan lənətlərin heç birini səmimi qəbul eləmirdi. Axı birinci mərtəbədən onun qapısı ağzından keçən yeganə uşaq o olmamışdı. Bəlkə onların da qızları əlləşdirilib, oğlanlarına toxunulub?
Kişilərin atasını “namus qəhrəmanı” adlandırması Nilufəri iyrəndirmişdi. Xəbərlərə baxa bilmirdi, kanallardakı aparıcılar atasından danışırdılar. Sosial şəbəkədə atasının şəkilləri paylaşılırdı. Qadınlar anasına atasının şəkillərini göstərirdi, elə bil hamısı anasının qatil əriylə fəxr etməsini bərk-bərk tapşırırdı. Ana-bala yaxşı bilirdi, söhbətlər hakimin atasına verdiyi cəzaya qədər davam edəcək, sonra başqa yerlərdə başqa hadisələr olacaq, atası o hadisələrin içində unudulacaqdı… Məhkəməyəcən Nilufər uşaq ola bilmədi, çünki uşaq kimi düşünə bilmirdi. Niyyəti həyata keçmişdi, yekəpər dünən torpağa tapşırılmış, qorxusu da qalmamışdı. Saçları dümağ olmuş yaşlı hakim onu səslədikdən sonra üzünə baxa bilmişdi. Hakim üzünə gülümsəyirdi.
-Qızım, baş vermiş hadisəni bizə danışa bilərsən?
Hakim qarşısındakı qızcığaza qarşı həssasıydı. Qızın gələcəyi üçün jurnalistlərin məhkəmədə iştirak etməyinə qadağa qoymuşdu. Jurnalistlər yenə də məhkəmə binasının qarşısında gözləyirdi. Nilufər susurdu. Hakim sualını təkrarladı.
-Qızım, özünü yaxşı hiss edirsən?
Nilufər kövrəldi.
-Yaxşıyam, hakim əmi.
“Hakim əmi” deməyi hakimin də xoşuna gəldi.
Nilufər sağ tərəfdə əli qandallanmış atasına, sonra anasına baxdı. İkisinin də gözləri ağlamaqdan qızarmışdı. Neçə gündür anası yemək yeməyi yadından çıxartmışdı. Onsuz da incə xanımıydı, beli ərə getməyən qızın belindən seçilmirdi. İndi bir dəri, bir sümük qalmışdı.
Nilufər hakimə baxdı.
-Sizdən bir xahişim olacaq, hakim əmi.
-Buyur, qızım.
-Hakim əmi, icazə verin, jurnalistlər də burda olsunlar.
Hər kəs təəccübləndi.
-Mən jurnalistlərə sənə görə icazə vermədim.
-Xahiş edirəm, hakim əmi.
Hakim yanındakı köməkçilərə baxdı, sonra qapının ağzında dayanan nəzarətçiyə göstəriş verdi
-Juranlistləri çağırın.
-Çox sağ olun. – Nilufər neçə gündür az sonra danışacaqlarını əzbərləmişdi
Jurnalistlər gəldi, televiziyadan gəlmiş iki operator kameranı qoşdu. Hər kəs balaca qızın nə danışacağını səbirsizliklə gözləyirdi. Nilufər hakimə baxdı.
-Peşmanam, hakim əmi.
Hakim maraqla qıza baxdı. Nilufər davam elədi.
-Anama o adamın elədiklərini deməyimə peşmanam. Hakim əmi, siz mənim atamı türməyə salsaz, anamla tək qalacam. Heç kim bizi axtarmayacaq, maraqlanmayacaq. Kaş, anama heç nə deməyəydim. -Sonra necə oldu dedin?
-O adam hər gün qabağımı kəsirdi. O adamın baxışlarından qorxurdum. Məni hədələyirdi. O gün məni məcbur evinə aparmaq istəyirdi. Qışqırdım, Hakim əmi. Qorxdu, evinə girdi. Yenə də anama danışmaq istəmirdim. Qorxumdan danışdım. Bilirsizmi, anama danışmasaydım, nə olardı?
-Nə olardı? – hakim soruşdu.
-Neçə gündür bizə gələnlərin hamısı atamı tərifləyir. Atam təriflənirsə, deməli, yaxşı adamdır, hə hakim əmi?
-Atan səni çox istəyir, qızım.
Nilufər sualını təkrarladı.
-Atam yaxşı insandı, hakim əmi?
-Atan səni çox istəyirsə, deməli, yaxşı insandı.
Nilufər hakimin cavabını təsdiqlədi.
-Mənim atam doğrudan yaxşı insandır, hakim əmi. Sinif yoldaşımın atası kimi oğlu olmadığına görə anamla dalaşmır.
Nilufər bir qədər susduqdan sonra davam elədi.
-Hakim əmi, bizim həyətdə bir qadın yaşayır. Anam deyir, o qadın uşaq olanda yoldan çıxardıblar. Qonşuların hamısı ona pozğun deyir.
Zalda adamlar arasında pıçhapıç başladı. Hakim zaldakılara səsləndi.
-Sakit… Davam elə, qızım.
-Hakim əmi, anama deməsəydim, böyüyəndə mənə də pozğun deyəcəkdilər. Qonşular, bu gün atama qəhrəman deyənlər, sussaydım, gələcəkdə ona pozğunun atası deyəcəkdilər. Mən indi uşağam. Anam işləmir. Bizim evdə təkcə atam işləyirdi. Siz atamı türməyə salsaz, anamla mənim halım necə olacaq, hakim əmi?
Hakim də kövrəlmişdi.
-Belə danışmağı sənə kim öyrədib, qızım?
-Bizə gələnlər pozğun qonşudan danışırlar, hakim əmi. Yalvarıram, hakim əmi, atamı azad eləyin. Nilufərin ayaqları əsirdi. Hiss edirdi danışa bilməyəcək. Onun titrəməsi hakimin nəzərindən qaçmadı. -Əyləşə bilərsən, qızım.
-Mənə söz verin, hakim əmi, atamı tutmayacaqsız. Atam yaxşı insandır. Hamı atama “yaxşı insan” deyir. Zalda əyləşmiş mərhum yekəpərin arvadı da ağlayırdı. Uşağın dedikləri qəlbinə toxunmuşdu. Birdən kimisi təlaşla ayağa qalxdı, kimisi oturduğu yerdə boğazını uzadaraq “baaa” … “boooy” … “ədə qoymayın” … səs-səsə verdilər.
Turanla arvadı “qızım” qışqırdılar. Yasəmən qızının yanına qaçdı. Hakimlə köməkçiləri də ürəyi getmiş Nilufərin yanına gəlmək üçün ayağa qalxdılar.
Nilufər gözlərini açanda artıq məhkəmə zalında deyildi. Hakimin otağındaydı, yanında ata-anası… Atasına sarılmaq üçün qollarını ona tərəf uzatdı. Turan qızını bağrına basdı, qızı boynuna qollarını sarıdı… İlk dəfə bu ölkədə möcüzə baş vermişdi… Rüşvətdən işıq surətiylə uzaq, ölünün günahkar, öldürənin günahsız olduğu sübut olunmuşdu.
Nilufərlə yaşıd bir-neçə qonşu qızları da Yekəpərin baxışlarından valideyinlərinə, valideyinləri də növbəti məhkəmədə hakimə söyləmişdilər.
Hakim əmi Turanın azadlığa çıxmasına qərar vermişdi. Mərhumun arvadı şikayətini geri götürmüş, əksinə, o kişidən yaxşı gün görmədiyini, əlinə çox pul keçəndə gecə evə özündən çox kiçik fahişələri gətirdiyini etiraf eləmişdi. Gələn qadınların arasında xatırladığı təkcə on dörd yaşında qadın həyatı yaşamağa məhkum edilmiş uşağıydı.

Son

Şəfaqət Cavanşirin povesti burada >>>

Müəllif: Şəfaqət CAVANŞİR

ŞƏFAQƏT CAVANŞİRİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KİTABSEVƏRLƏR GÜNÜ HAQQINDA

Kitab burada >>>> Bookhouse

KİTABSEVƏRLƏR GÜNÜ HAQQINDA

Kitabsevərlər günü: Təranə Məmməd “Sirr” kitabı. Qiyməti:5 AZN

Kitabı əldə etmək istəyənlər Bakı şəhərində, İçərişəhər Bookhouse & Cafe – Asəf Zeynallı 16. ünvanına müraciət edə bilərlər. (Bulvar tərəfdən, köhnə”Meridian” otelin yanından və Azneft meydanı tərəfindən”Yaşıl aptek”in yanından rahat gəlmək mümkündür). Tel: 050-356-27-94

16 Asəf Zeynallı küç, Bakı.

İçərişəhər Bookhouse & Cafe

Məkan-marşrut >>>> Bookhouse

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Qreys Oqot – ELİZABET

QREYS OQOT  /  QRACE OQOT

Akİf ABBASOVUN TƏRCÜMƏSİNDƏ


Qreys Oqot  /  Qrace Oqot

Qreys Oqot 1932-ci ildə Keniyanın Nyanza vilayətinin Asembo kəndində anadan olmuş, 2015-ci ildə vəfat etmişdir.

Qreys Oqot məşhur Keniya yazıçısı olmaqla yanaşı, eyni zamanda tibb bacısı, jurnalist, dəyərli siyasətçi və diplomat kimi də tanınırdı.

O, Keniyanın ilk parlament üzvlərindən biri, o vaxtkı prezident  Daniel Arapa Moinin kabinetində  yeganə qadın nazir köməkçisi olmuşdur. Atası  Jozef  Nyanduqa Asembo kəndində Qərb təhsili alan ilk şəxs idi.  Nqii Kilsəsində Qızlar məktəbində dərs deyirdi. Qreys Oqot da əvvəlcə bu məktəbdə, sonra isə Buterdə orta məktəbdə təhsil almışdı.  O, nənəsindən xalq nağıllarını öyrənmişdi. Londonda Müqəddəs Tomas anaları və uşaqları üçün xəstəxanada çalışmışdı.

Qreys Oqot Uqandada tibb bacıları hazırlayan xəstəxanada  təhsil almışdı. Sonradan Qreys Oqot ingilis dilində əsərləri nəşr olunan Keniyalı ilk qadın idi. O, Birləşmiş Millətlər Təşkilatının  Baş Assableyasında Keniyadan olan deputat kimi fəaliyyət göstərmişdir (1975). YUNESKOda Keniya nümayəndə heyətinin üzvü olmuşdu.

Keniyada Yazıçılar Assosiasiyasının əsasının qoyulmasında yaxından iştirak etmişdir.

Qreys Oqot  /  Qrace Oqot (Keniya yazıçısı)

ELİZABET

(hekayə)

Səhər saat səkkiz tamamda Elizabet kon­­­torun qapısını açdı. Bundan belə o, burada qulluq edə­cəkdi. Bu ara telefon zəng çal­dı. Elizabet tələsik dəstəyi qal­dırdı:

– Allo.

– Cənab Cimbonun katibəsidir?

– Bəli, eşidirəm. – Elizabet dəstəyi çənəsi ilə sıxıb stolun gözündən bloknot və karandaş çıxartdı.

– Məni şeflə calaşdırın.

– Təəssüf ki, hələ gəlməyib. Zəhmət olmasa, yarım saatdan sonra zəng edin.

– Telefonda qırıq bir səs eşidildi:

-Yaxşı.

Elizabet əsəbi halda dəstəyi tulladı:

 – Heç özünü də təqdim etmədi.

Cənab Cimbonun kabinetinə açılan qapı azca aralı idi. Elizabet otağa nəzər saldı. Otaq çox böyük idi. İçəridə qızıl ağacından qayırılmış böyük yazı masası qoyulmuş, döşəməyə tüklü yaşıl xalça salınmışdı. Pəncərələrin jalüziləri qaldırılmışdı. Bu, o demək idi ki, səhərlər kabinetə günəş şüası düşmür. Bütün əşyalar ciddi bir səliqə ilə düzülmüş, stolun üstündə qəşəng bir qadınla iki uşaq şəkli qoyulmuşdu. Elizabet fotoşəklə baxıb sonra onu yerinə qoydu. Qəbul otağına qayıdıb çox da böyük olmayan pəncərəyə yaxınlaşdı, küçəyə baxdı. Küçədə saysız-hesabsız maşın görünürdü. Sağa və sola doğru şütüyürdü.Maraqlıydı, təzə iş yerində çoxmu qərar tutacaqdı? Son yarım ildə bu, üçüncü iş yeri idi. O, dörd ay Amerikanın böyük idarələrinin birində qulluq etmiş, sonra topdansatış ticarət firmasında bir ingilisin katibəsi olmuşdu. Görəcəyi işdən çox şefini Elizabetin gözəlliyi maraqlandırırdı. İki ay birtəhər işlədikdən sonra qız xəbərdarlıq etmədən çıxıb getdi…

Təzə iş yerində ona ildə 790 funt təklif etmişdilər, halbuki əvvəllər o, 850 funt alırdı.

Pilləkəndə eşidilən addım səsləri onu düşüncələrdən ayırdı. Qız stolun arxasına keçdi və makinadakı kağızı düzəltdi. Qapı açıldı. Cənab Cimbo astanada göründü. Elizabet cəld yerindən sıçrayıb kabinetin qapısını taybatay açdı:

– Sabahınız xeyir, ser!

Şef bir müddət başdan ayağadək onu süzüb tələsmədən özünü yırğalanan kürsüyə yaydı, Elizabet üsulluca qapını örtüb makinada yazmağa başladı. Az sonra zəng çalındı və telefonun işığı yandı. Elizabet dəstəyi qaldırdı.

– Bura gəl. Məktub diktə edəcəyəm.

Elizabet:

– Baş üstə, ser! – deyib stenoqrafiya üçün bloknot və karandaş götürdü və kabinetə keçdi.

– Əyləş.

Şefin stolu üzərindəki telefon səsləndi. Cənab Cimbo etinasız halda dəstəyi qaldırdı. Bədənini geriyə atıb kürsüyə söykəndi.

Elizabet oğrun-oğrun yeni müdirinə baxdı. Onun yaşı qırxa yaxın olardı. Hündürboylu, kök və qarabuğdayı adam idi. Üzü tərtəmiz qırxılmışdı. Sir-sifətindən sağlam adam olduğu bilinirdi. Dişləri o qədər ağ idi ki, adam onların süni olduğunu zənn edirdi. Gur səsi ilə qıza müraciət edəndə səsində bir ata qayğısı duyulurdu. Və onu qadınların tumanı ardınca sürünən o biri şeflərə bənzətmək olmurdu… Nə eybi, gələcək göstərər.

– Deməli, arvadınızla saat səkkizdə sizi gözləyirəm. Hələlik.

Şef dəstəyi  asıb diqtə etməyə başladı. Saat on birə yaxın Elizabet bütün məktubları makinada yazıb imzalatmaq üçün cənab Cimboya apardı. Cənab Cimbo heyrət içərisində gözlərini qıydı:

– Maşallah, nə tez yazmısan!

Elizabet gülümsədi və çıxdı. Ona xəbərdarlıq etmişdilər ki, cənab Cimbonun işi çox olur, lakin qız onların öhdəsindən gələcəyinə inanırdı. Birə on beş dəqiqə işləmiş o, stolun üstünü yığışdırıb nahara getdi.

Bazar ertəsi cənab Cimbonun qəbuluna bir qadın gəldi. Elizabetə elə gəldi ki, haradasa onu görüb, ancaq xatırlaya bilmədi.

Qadın hündürboylu və tökməbədənli idi, dərisi süd qarışıq şokolad rənginə çalırdı və səliqəli saç düzümü vardı. Qadın ehti­yatla:

– Məşğuldur? – deyə soruşdu.

– Bəli. İclas gedir. Zəhmət olmazsa, adınızı deyin. Daxili telefonla xəbər verim.

Qadın mehribancasına gülümsəyib:

– Mən onun arvadıyam, – dedi.

– Hə, yadıma düşdü. Sizin şəklinizi onun kabinetində görmüşəm. Əyləşin, missis Cimbo. Bu saat gəlişinizi bildirərəm.

Elizabet düyməciyi basıb dəsətəyə pıçıldadı:

– Arvadınız gəlib. Xahiş edim gözləsin?

– Yox. Bu saat çıxıram.

Elizabet sözünü qurtarmamış cənab Cimbo kandarda göründü.

– Ami, əzizim, bağışla. İclasım var. Sürücü səni evə aparar. İclas qurtaran kimi zəng edərəm.

– Yaxşı, gözlərəm.

Qadın Elizabetə sarı dönüb gülümsədi:

– Təşəkkür edirəm.

Ami Cimbonun görünüşündən hiss edilirdi ki, həyatından razıdır. Elizabet onların xoşbəxt nikahına inanır və ürəyində sevinirdi ki, bu idarəyə düşməkdə bəxti gətirib. O, ah çəkib Amerikaya oxumağa getmiş nişanlısını xatırladı. Sonra kədərli fikirləri başından qovub yenə işlə məşğul oldu.

Həftələr, aylar sezilmədən ötüb keçdi. Nəhayət, Milad bayramı gəlib çıxdı. Elizabet iki rəfiqəsi ilə bayramı keçirmək üçün Mombasaya getdi. Onlar çimərlikdə üzdülər, isti qum üzərində nazlandılar, şirniyyat yedilər.

Elizabet Allahı qəzəbləndirsəydi, günaha batardı. Odur ki, öz yalvarışları, duaları ilə xudavəndi-aləmin dərgahına pənah apardı: onunla işləyən adamların hamısı qıza qarşı mərhəmətli olublar. Nə cənab Cimbo, nə də klerklər onun qadınlıq heysiyyatına toxunacaq xırda bir cəhd də göstərməyiblər. Doğrudur, gər­gin işləmək lazım gəlirdi, bəzən işdən sonra da saatlarla qalmalı olurdu. Axşamlar tək-tənha idarədə oturmaq dəhşətdir. Amma Cimbo hiss edilmədən qızda rəğbət hissi oyatmışdı, onunla davranışında heç bir qüsura yol verməmişdi.

Bir dəfə qıza müraciətlə: “Səni belə gec yalqız evə buraxmaq istəməzdim, – dedi. – Amma ötürmək fikrində də deyiləm. Bu söz-söhbətə səbəb olar. Nahaqdan böhtana düşərsən. Səninsə bütün həyatın hələ öndədir. Öz gözəl ləyaqətini qoru, mənim balam”.

Qızlar gecə qatarına minib bazar ertəsi səhər tezdən Mombasadan qayıtdılar və vağzaldan birbaşa işə yollandılar.

Nayrombidə ümumdünya konfransı keçirilirdi. Cənab Cimbonun stolunun üstü kağızlarla dolu idi. Elizabet hər axşam idarədə ləngiyirdi. Qız xoflanmasın deyə cənab Cimbo gözətçiyə tapşırmışdı ki, kontorun həndəvərindən uzağa getməsin.

Şənbə günü bərk isti idi. Elizabet saatına baxanda artıq ikinin yarısı idi. Nahara gecikməmək üçün tələsməli idi. Bu vaxt cənab Cimbo qapının ağzında göründü. Onun sifətinə xoş bir təbəssüm qonmuşdu:

– Yazıq qız, sən hələ də işləyirsən? Qoy qalan işlər bazar ertəsinə qalsın.

-Təşəkkür edirəm, ser. Mən artıq getməyə hazırlaşıram. Konfrans qurtarandan sonra dincələrəm.

Cimbo öz kabinetinə keçdi. Elizabet çantasını və jurnal götürüb qapıya sarı addımladı:

– Mən gedirəm, ser.

– Bir dəqiqə.

Cimbo gözdən keçirdiyi sənədlərdən ayrılıb qıza baxdı.

– Səhər yeməyində mənə kömək edərsənmi? O qədər çoxdur ki, təkbaşına öhdəsindən gələ bilmərəm.

Qız etiraz etmək qərarına gəldi. Axı Cənab Cimbonun bu təklifi nəzakət xətirinə idi.

– Təşəkkür edirəm, ser. Rəfiqələrim yataqxanada oturub məni gözləyirlər.

– Boyun qaçırma, rica edirəm.

Qız kabinetə girib divanda əyləşdi. O, şefin sözünü yerə salıb nəzakətsiz adam təsiri bağışlamaq istəmirdi. Şef həmişə onunla çox nəzakətli davranmışdı. Cənab Cimbo yeməyi ona sarı çəkdi. Qız yumurtalı buterbrod götürdü. şef ağır-ağır nəfəs alıb onun yanında əyləşdi.

– Səndən olduqca razıyam, mənim balam. Sən bura gələndən hər şey dəyişib. Yaxşı katibədən çox şey asılıdır.

O susdu və əlini buterbroda uzatdı:

– Minnətdaram, ser. Mən də sizdən olduqca razıyam. Sizinlə işləmək xoşdur.

– Bunu eşitməyimə şadam. Məni bir məsələ narahat edir, mənim balam.

O, Elizabetin sol əlindəki brilyant nişan üzüyünə toxundu:

– Səni  itirmək istəməzdim.

– Ah, ser, hələ toya azı iki il var. O vaxta qədər çox şey baş verə bilər.

– O xoşbəxt kimdir? Nə ilə məşğul olur?

– Hələ oxuyur…

 Elizabetin səsində ovqattəlxlik duyulurdu.

– Bəxtəvər onun başına. Sən elə işgüzar, elə incə və qə­şəng­sən ki…

Ağır əl möhkəmcə Elizabetin bədənindən yapışdı.

– Oy… xahiş edirəm, ser. Yalvarıram, lazım deyil…

O, yaxasını zorla şefin əlindən qoparıb ayağa sıçradı. Cənab Cimbo, demək olar ki, qışqıraraq:

– Qulaq as, Liz, – dedi. – Sənə heç bir yamanlıq etmərəm, and içirəm.

O, ehtiraslı nəzərlərlə qızı süzdü. Elizabet özündə-sözündə deyildi, havası çatışmırdı.

– Rica edirəm, ser, izn verin gedim. Mən dua etmişəm. Arvadınızı, uşaqlarınızı düşünün.

Hıçqırıqlar onu boğurdu. Cənab Cimbo:

– Di sakitləş. Eşidən olar, heç bir yamanlıq etmərəm, – deyə təkrar edə-edə qapını qıfıllayıb açarı pencəyin cibinə qoydu.

Qız cəld stolun arxasında gizləndi, sonra pəncərəyə sarı yüyürdü, sonra yenə qapıya, daha sonra stola doğru qaçdı. Cimbo onu yaxaladı və divana tərəf apardı. O, qızın dodaqlarını gəzdi, amma qız yumaq kimi büzülüb donunun ətəkləri ilə sifətini örtdü.

Cimbo:

– Liz! – deyib qızın qulaqlarını, yanaqlarını, əllərini öpdü. – Sən elə qəşəngsən ki… – O pıçıldadı. -Sənin dərin hamar və qı­zıl­gül ləçəyi kimi zərifdir. Mən heç bir pis iş tutmaram.

Qız ondan yaxasını qurtarmaq üçün bir xeyli çabaladı, nəhayət, ixtiyarı əldən getdi. Və… hər şey… xoşagəlməz yuxuda olduğu kimi baş verdi…

… Qaş qaralanda o, yataqxanadakı çarpayısında uzanmışdı. Yastıq göz yaşlarından tamam islanmışdı. Nişanlısının əzik-üzük edilmiş şəkli döşəməyə düşüb qalmışdı. O, ağır-ağır qalxıb pəncərəyə sarı getdi. küçə bom-boş idi, avtomobillər ötüb keçirdi.

Elizabet pərdəni çəkdi. Şəhər həyatı onun üçün deyildi. Öyrəşə bilmirdi. Qız kənddəki evlərindən, böyük və səmimi ailəsindən ötrü darıxdı. O özünü yalnız orada təhlükəsiz hiss edə bilərdi. Onun dincliyi, rahatlığı pozuldu, qəlbinə qüssə və kədər çökdü.

Bazar ertəsi səhər tezdən həmişə olduğu kimi yataqxanadan çıxdı. Ancaq avtobusa əyləşmək əvəzinə parkın içərisiylə pay-piyada vağzala sarı yollandı. Saat səkkizə az qalmış artıq əmək birjasının qarşısında idi. Yüzlərlə qadın, qoca və cavan dayanıb idarənin açılmasını gözləyirdi. Ağsaçlı qarılar dövrə vurub oturmuşdular. Astadan söhbət edirdilər. Qüssə və əzab onların sifətlərində hamarlanması mümkün olmayan qırışlar açmışdı. Elizabetin ürəyi ağrıdı, onların halına acıdı.

Adamlar get-gedə çoxalırdı. Qəmgin çöhrəli bu adamlar Allaha inanan, dua etmək üçün ağzına qədər dolmuş kilsəyə gələn adamları xatırladırdı.

O vaxt uşaq idi… Allah, yəqin ki, artıq ondan üz döndərib. O günahkardır…

Kimsə əlini onun çiyninə qoydu. Qız səksəndi və cəld çevrildi.

– Liz, burada nə edirsən? Bir bəri gəl, görüm.

O, miss Kimanininin ardınca arakəsmənin yanındakı kabinetə keçdi və ona təklif edilən stulda əyləşdi.

– Yenə işsizsən?

Elizabet dinməzcə başını yırğaladı.

– Bu dəfə nolub?

Elizabet cavab vermədi.

Ortayaşlı missis Kimanininin birjada çoxdan işləyirdi və arif adam idi. Əlüstü məsələni başa düşdü.

– Nə isə, təkid etməyəcəyəm, mənim balam. Sadəcə, bu şəhərdə qadınların həddindən ziyadə əziyyət çəkdiyini görəndə adamın ürəyi ağrıyır. Rüsvayçılıqdır. Oradakı qızları görürsən? Onlar hamısı işsiz katibə və stenoqrafçıdır.

Elizabet missis Kimaninin  iti və ağıllı gözlərinə baxdı:

– Elə buna görə də yanınıza gəlmişəm. Mənə başqa iş tapın, eybi yox, qoyun lap iki dəfə az maaş alım.

– Liz, axı sən şəhərdəki  ən yaxşı katibələrdən birisən. Yaxşı, eybi yox, gəl kilsədə və xeyriyyə cəmiyyətində iş axtaraq. Di, ruhdan düşmə.

Missis Kimanini xeyirxah qadın idi. Qızların çoxuna kömək etmişdi. O, Lizin də xoşuna gəlirdi.

– Keçən dəfə deyirdiniz  mənim şefim afrikalı olacaq. Yadınıza düşür? Bu tamam başqa məsələdir. Ona görə ki, o, ölkə qarşısında öz məsuliyyətini hiss edəcək. Gördünüz? O heç də ağlardan yaxşı deyilmiş. Qorxuram kilsə idarələrindən  də bir şey çıxmasın. Bütün kişilər bir bezin qırağındandırlar.

– Hər halda cəhd göstərək. Bir yer var, zəng çalım, get, bax. Sonra xoşuna gəlib-gəlmədiyini mənə bildirərsən.

Həftənin axırında Elizabet kiçik yetimxanadan zəhmət haqqı olaraq bir qədər qəpik-quruş aldı. İş ondan dözüm və səbir tələb edirdi. Yetimxananın sahibəsi rahibə Yelena bacı ona dırnaqlarını qısa kəsdirməyi buyurdu. Qıza ağ xalat, ağ ləçək və dabansız tufli geyindirdilər. Güzgüyə nəzər salan Elizabet özünü güclə tanıdı. O, ləçəyin altından çıxan tellərini düzəldib Yelena bacının ardınca uşaqların oynadığı böyük zala keçdi. Uşaqların bir qismi şəkil çəkir, lap balacaları isə kubiklərdən ev qururdular. Rahibə astaca:

– Yazıqlar ana məhəbbətindən və nəvazişindən məhrum olublar, – deyə sözə başladı. – Başqa uşaqların ata-anaları, bacı-qardaşları var, bunların isə heç kimi yoxdur. Onlara nə veririksə, qane olur, bütün həyatları boyu unutmurlar.

Qayğıya möhtac olan otuz cüt göz Elizabetin sifətinə zilləndi. Göz yaşları onun gözlərinə tor gətirdi. Özü çirkab içərisində olduğu halda onlara nə təlqin edəcəkdi?! Nə bilmək olar? Bəlkə də o, günahsız uşaqların arasında təsəlli, dinclik və sakitlik tapa bildi. Onlar yalvarıcı nəzərlərlə qadına baxırdılar. O, bu gözlərdən: “Bizim gələcəyimiz sənin əllərindədir. Bizə elə məhəbbət bəxş et ki, hələ heç kimdən beləsini görməmiş olaq” sözlərini oxuyurdu.

Elizabet həyəcanını bir təhər özündən kənar edib:

– Bacı, siz böyük və müqəddəs bir iş görürsünüz, – dedi. – Mən sizə kömək etməyə çalışacağam.

Birinci həftənin sonunda qız tam ümidsizliyə qapılmışdı. Uşaqlar onu ələ salır, hirsləndirir, sözünə qulaq asmırdılar. O, kömək üçün missis Kimaniniyə müraciət etmək qərarına gəldi, lakin özündə qüvvə tapmadı. Bir ay keçdi və uşaqlar Elizabetə isinişdilər. Onların həyəcan oyadan məhəbbəti qızın iqtidarını əlindən aldı. Balacaların ona böyük ehtiyacı olduğunu anladı və ona qüvvə versin deyə Allaha yalvardı.

İyunun ortalarında birdən-birə Elizabet yatağa düşdü. Yelena bacı öz qayğısını qızdan əsirgəmədi. Bir gün, iki gün keçdi. Qızın halı daha da xarablaşdı. Onu xəstəxanaya aparmaq lazım gəldi. Xəstəxanada o, üç gün yuxusuz və narahat gün keçirdi. Dördüncü gün halı bir qədər yaxşılaşdı və Yelena bacıya xəstəyə baş çəkməyə  icazə verildi. Rahibə onun əlini ovcunun içərisində sıxıb üzünü yana çevirdi:

– Oh, Elizabet, həkim dedi ki, sənin uşağın olacaq….

Gənc qadının ürəyi tez-tez döyündü, sifəti qıpqırmızı kəsildi. O, hamilədir. Rahibə tənə ilə ona nəzər saldı. Bu baxış: “Yetimin biri də artacaq” deyirdi.

liz hələ xəstəxanada ikən başa düşdü ki, onu tez, ya gec yetimxanadan qovacaqlar. Odlu məhəbbətlə sevdiyi nişanlısı onu bağışlamayacaq. O, evə – valideynlərinin, nənəsinin yanına qayıtmağa ürək etmədi. Hamilə olanları işə də götürmürdülər. Birdən gözü qarşısında Ami Cimbonun surəti canlandı. bu neçə vaxtda ilk dəfə həmin qadın haqqında düşündü. Xoşbəxt, məmnun və tamamilə təmin olunmuş bu qadın onun tam əksi idi. Yox, bu, ədalətsizlikdir. Cimbo onunla – Elizabetlə gör necə də amansızcasına davranmış, onu biabırçı vəziyyətdə qoymuş, dilənçiliyə məhkum etmişdi. Öz məxsusi arvadını isə mələk kimi bəsləyir.

Nahardan sonra Elizabet uşaqları yatırıb bərbərxanaya yollandı. Onun saçlarını düzəldən usta:

– Sənin gözlərin elə belə də parlaqdır, – dedi. – Görüşə hazırlaşırsan?

Liz:

 – Bəli, – deyə pıçıltı ilə cavab verib kürsünün arxasına söykəndi və gözlərini qıydı.

– Sən qəşəngsən. Onun bəxti gətirib.

– Təşəkkür edirəm. O özü də çox yaraşıqlı və xeyirxahdır.

Açıq sezilən istehzadan Lizin gözləri bir az da parladı. axşam o, Yelena bacıya bazar gününü qohumlarıgildə keçirəcəyini bildirmişdi. rahibə ilə xudahafizləşib avtobus dayanacığına yollandı.

Cənab Cimbonun evində heç kim yox idi. Bərk külək əsirdi. O, ayaqları keyləşənə qədər darvazanın kiçik qapısı ağzında gözlədi. Yağış başladı. Həyətdə qarajla yanaşı gözünə kiçik saray dəydi. Sarayın qapısı açıq idi. Çantasından bloknot çıxarıb bir parça kağıza: “Sizinlə görüşməyə gəlmişəm. Küçədə soyuqdur. Sarayda gözləmək qərarına gəldim” sözlərini yazıb qeydi qapının dəstəyinə keçirdi.

Cimbonun ailəsi evə xeyli gec qayıtdı. Ami bükülü qeydi açaraq:

– Bizdə kimsə olub, – dedi. Sonra ucadan onu oxudu. Cənab Cimbo kağızı arvadının əlindən qapıb nəyisə izah etməyə çalışdı. Lakin rabitəsiz sözlər yığınından heç kim heç nə anlamadı. O, cəld saraya doğru getdi. Arvadı və uşaqları çaşqın halda onu izlədilər.

Cimbo qapını taybatay açdı. Və qorxudan dizləri büküldü. Elizabet boğazında qırmızı şərf ilgəkdə yırğalanırdı. Cimbo: “Bir Allah şahiddir ki, mənim heç bir günahım yoxdur. Nədən qorx­malıyam ki…” – deyə həyəcanla düşündü: “Bircə bu hadisə firmanın mənafeyinə xələl gətirməsin”.

Elizabetin ölümündən xəbər tutan Yelena bacı onun unudub yetimxanada qoyduğu qeyd kitabçasını polis idarəsinə apardı. Kilsə intiharı pisləsə də, rahibə ürəkdən bədbəxt qız üçün kədərləndi.

İngilis dilindən çevirəni:  Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə AYB-nə fəxri üzv qəbul olnub

NAR ÇİÇƏYİNİN YAZILARI

TƏBRİK EDİRİK, GÜLNARƏ XANIM

Uzun illərdən bəri qürbət eldə,-Rusiyanın Belqorod şəhərində yaşasa da dünyaya göz açdığı Borçalı mahalına və ana vətənimiz Azərbaycana qəlbən qırılmaz tellərlə bağlı olan Gülnarə Acalova (“Nar Çiçəyi”) bu günlərdə Azərbaycan Yazıçılar Birliyinə fəxri üzv qəbul olunmuşdur. Azərbaycan və rus dillərində yazdığı şeir və esseləri ilə tanınan Gülnarə xanımın son illərdə “Ədalət”, “525-ci qəzet”, “Kredo”, “Mingəçevir” qəzetlərində, “Xəzan”, “Azad qələm” ədəbi dərgilərində, bir sıra elektron portallarda, AYB Mingəçevir bölməsinin bu il iyun ayının əvvələrində çapdan çıxan “Ruhumuzun yaz havası” almanaxında dərc olunan əsərləri insanlara unudulmaz anlar bəxş etməklə, nəcib hisslər aşılamaq gücündədir.

Son üç ildən bəri AYB Mingəçevir bölməsinin tədbirlərinə onlayn şəkildə qatılan Gülnarə Acalovanın imzası mingəçevirli oxuculara da yaxşı tanışdır.

Uzaq qürbət eldə soydaşlarımızın təmsil olunduqları icmada fəallığı ilə də seçilən xanım həmkarımızı Mingəçevirli yazarlar adından təbrik edir, ona ailə-övlad xoşbəxtliyi, könül xoşluğu, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

06.08.2022

 İsmayıl İMANZADƏ

   Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri, şair-publisist.

İSMAYIL İMANZADƏNİN YAZILARI

NAR ÇİÇƏYİNİN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

Dünən avqustun 7-sində Xudafərin Şadliq Sarayında M.Dilbazi Poeziya Məclisi və Dirili Qurbani Məclisinin birlikdə təşkilatçılıgı ilə Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Dirilli Qurbani Məclisinin sədri Yusif Dirili acdı.O, D.Qurbaninin “Bənövşə”şeirini söylədi.Sonra sözü D.Qurbani Məclisinin elm bölməsinin rəhbəri Tariyel Abaslıya verdi.O, bu məclisin uzunmüddətli fəaliyyətində bir çox şairlərin həyat və yaradıcılıgının işıqlandırıldıgını və bu gün isə Azərbaycanın ilk qadın xalq şairi M.Dilbazinin110 illiyinin qeyd olundugunu elan etdi.
M.Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı M.Dilbazi yaradıcılından, onun xüsusi önəmliyindən danışdı və sözü D.Qurbani Məclisinin təşkilat işləri üzrə rəhbəri Malik Əhmədogluya verdi.Ondan sonra “Nur Ocagı” Ədəbi Məclisi, şairlərdən Səadət Buta, Aqşin Agkəmərli ,Südabə Irəvanlı,Tahir Şirvanlı,Nəcibə Ilkin,Şərqiyyə Süleymanova ,Qəzənfər Məsimoģlu,Mənzurə Qaçayqızı, Firudin Şahbuzlu ,Tahir Baģırov adına 59 saylı məktəbin şaģiirdləri çıxış etdiilər..
DAMM vəSIM IB – nin Fəxri üzvü, “Yazarlar”jurnalının əməkdaşı,AJB-nin üzvü,”Xarıbülbül”Ədəbi Məclisinin sədri Nəzakət Kərimova Əhmədovaya söz verildi.O,xalq şairinin yaradıcılıģından danışdı və yaradıcı şairə Yadigar Təvəkgülün “Səni unutmarıq şair Mirvarid”şeirini söyləyərək hərbi polkovnik – şair Ramiz Duygunun “Qalibiyyət Dastanı”kitabını Güllü xanıma hədiyyə verdi.
Tədbir iştirakçıları arasında Azərbaycanın Milli Qəhrəmanı aģdamlı Allahverdi Baģırovun qardaşı Millli Qəhŕəman Eldar Bagırovun könüllü batalyonunda bir neçə dostu ilə birlikdə 1992-93cü illərdə “Qara Qaya” deyilən əraziyə gələrək yüzlərlə Xocalı sakininin mühasirədən çıxmazına kömək etmiş,xeyli yaralının döyüşdən çıxarılmasında fəal iştirak etmiş, əsir və girov götürülmüş Xocalı sakinlərinin azad olunmasında yaxından iştirak edərək öz qorxmazlıģı və cəsarəti ilə fərqlənmiş Arif Vəli oglu Məhərrəmovun olması və maraqlı məlumatları iləXocalı soyqırımına dair söylədikləri hamini təsirləndirdi…..O,vaxtiilə ona verilən Milli Qəhrəman adından imtina etmişdi…..
Arif Məhərrəmov 20 yanvar , Qarabag qazisi, Xocalı döyüşləri veteranı olmaqla II qrup müharibə əlili,Çeçenistanın Milli Qəhrəmanıdïr…
Haqqında “Zəngəzurun səsi”qəzeti xüsusi buraxılışını məhz Arif Məhərrəmova həsr etmiişdir.
Arif müəllim tədbirlə baglı təəssüratlarını da bölüşərək hamıya təşəkkür etdi
Sonda xatirə şəkilləri çəkildi. Fotolar:

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB -nin üzvü,”Yazarlar”jurnalının əməkdaşı,”Bizim Qala”jurnalının redaktoru, ”Qürur”bədii Yaradıcılıq Mərkəzi nəzdində ”Xarıbülbül” əbəbi məclisinin sədri.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru