NÖVBƏTİ TƏDBİRİN UĞURU

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

“Içərişəhər”Dövlət Tarix-Memarlıq Qorugu”NUR Art House”qalareyasında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2022- ci il “Şuşa ili”nin elan olunması ilə əlaqədar bir – birindən maraqlı tədbìrlər həyata keçirilir Belə ki ,gənclərimizin çəkdikləri rəsm əsərlərindən ibarət –Sevil “Səmaya dönüşün təbəssümü”sərgisindəki əsərlərini anasının xatirəsinə həsr etmişdi.Üç gün davam edən həmin sərgidə gənc rəssamların bir -birindən maraqlı,gözəl əsərləri rəssamların daxili aləmini əks etdirirdi.Eyni zamanda heykəltəraşlıq və qrafik işlər də nümayiş etdirilmişdi…
“Qurama:Əsrlərin kəsişməsində nəsillərin baxış bucagında” adlı sərgi isəTarix-Memarlıq Qorugu Idarəsi,Azərbaycan xalçacıları”IB və NUR Art House”qalareyasının birgə tədbiri idi.Burada da mövzu ilə baglı rəngarəng əl işləri nümayiş etdirildi..
Sentyabrin11-də növbəti tədbirin iştirakcısı olduq..
Bu tədbir “Yanar daģ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruģu və “Miras”Mədəni Irsin Öyrənilməsinə Kömək Ictimai Birliyi sənətsevərləri ilə birgə “Şuşa ili “çərçivəsində təşkil olunan “Vətən baģı”adlı dekorariv-tətbiqi sənət satış-sərgisinə həsr olunmuşdu.
Xalqimizin milli ənənələrini özündə bədii şəkildə əks etdirən dekorativ- tətbiqi sənət,eyni zamanda onun milli kimliyinin, etnoqrafik yaddaşının daşıyıcısıdır. Bu xüsusiyyəti nəzərə alaraq dogma yurdumuzun min illərdən bəri gələn bir çox bədii və estetik sənət ənələrini yaşadan sərģinin təşkili tamaşacıların zövqlərini oxşadi..
Sənətsevərləri Içərişəhərdə qarşılamaga üstünlük verən “NUR Art House” qalareyası isə bu dəfə ekspozisiyasının bəzi nümunələrini məhz açıq səma altında ,Yanardaģda qurmaqla,tamaşaçıları paytaxtımızın gəzməli-ģörməli yerlərini, tarixi, təbiət və mədəniyyət abidələrini tanımaģa dəvət etdi.Məkan olaraq Yanar daģın seçilməsi də ” Vətən baģı”nı öz hərarəti ilə canlandıran Odlar ölkəsinin təbiətinə xas harmoniyanın sənətdə təcəssümünü təqdim etmək idi.
“Vətən baģı” adlı bu sərgi milli mədəniyyətimizin ən əsas məkanlarından olan Qarabaģın azad edilməsinə hesr olunmuşdu.Sərginin əsas qayələrindən biri Qarabaga məxsus estetikası ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri vasitəsilə mili ənənələrin yenidən dirçəldilməsi və təbliģidir.
Bildiyimiz kimi,30 iiə yaxın həsrətdən sonra müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə Qarabaģ düşmən tapdaģından azad oldu.Məhz bu qələbəni və dəyərləri əbədiləşdirmək məqsədilə Prezidentimiz 2022 ci ili “Şuşa ili” elan etdi. Azərbaycan tarixində özünəməxsus əhəmiyyətə malik olan Şuşa şəhərinin simvoluna cevrilən Xarıbülbül bir növ milli mədəniyyətimizin ən əsas hissəsinə çevrilib.Bu simvol həm ornament kimi xalq tətbiqi sənət nümunələrinin üzərində təzahür edib, həm də musiqi sənətimizə əvəzolunmaz bir ahəng qatıb.Milli mədəniyyətimizi və tariximizi özündə ehtiva edən sərginin adı da bu səbəbdən Xan qızı Agabəyim aģanın qələmə aldıģı məşhur “Xarıbülbül” mahnısının ilk sözlərindən götürülüb.
Düşünürük ki, xalqımızın minilliklərdən bəri ərsəyə gətirdiyi həm maddi,həm də qeyri- maddi mədəni irsimizin hər biri sanki Vətən baģı adlanan bir çəmənlikdə bitən qönçə güldür.Vətən torpaģından şirə çəkən.müxtəlif vasitələrdən hazırlanan nümunələrin hər biri bir xəzinə qədər böyük dəyərə malikdir. Fikrimizə aydınlıq gətirmək üçün belə bir nümunə cəkə bilərik.Bir aģacoyma ustasının hazırladıgı əsərdə istifadə etdiyi agac məmulatı bu torpaqdan yetişib,yəni ucsuz- bucaqsız baģının töhfəsidir.Elə ona görə də sənətkarın hazırladıģı bu əsər dolayı yolla bu baģın məhsuludur.
Bu sərginin yerləşdiyi məkan olan “Yanardaģ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruģu öz növbəsində zəngin tarixi irsi ilə vətənimizin həm yaşayış, həm də qədim mədəniyyət məkanlarına sahib oldugunun bir sübutudur.
Gunay Rzayeva,Günel Aslanova və Anar Ibrahimovun kuratoru oldugu “Vətən baģı” adlı dekorativ-tətbiqi sənət sərgisi sentyabrın 11-ində tamaşaçıların üzünə acıldı.
Burada , həmçinin həm öyrənmək, həm də ustalarımızın bu əsərlərini almaq imkanı da oldu.
Günel xanimin və Anar Ibrahimovun çixişlarindan sonra öz ifaları ilə hamını valeh edən Abşeron Mədəniyyət evinin konsert qruppasının möhtəşəm proqramı alqışlarla qarşılandı.Tədbiri ITV kanalı işıqlandırdı..
Həmişə oldugu kimi sonda xatirə şəkilləri çəkildi.

Müəllif: NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir