
Elə insanlar var ki, yaradıcılığı ilə öz bacarığı ilə əsla öyünməzlər…
Bu gün tanıdığım və böyük rəğbət bəslədiyim iki gözəl insandan bəhs edəcəyəm…

Onlardan biri Qax torpağının yetirməsi, gözəl qiraətçi, yazar Qərənfil Arif qızı Camalovadır.Qərənfil Arif qızı 11 avqust 1975-ci ildə Qax rayonunda dünyaya göz açmışdır.Şəki Mexanika-Texnologiya kollecinin məzunudur.Qəhrəmanımızın ədəbiyyata sevgisi ta məktəb illərindən yaranmışdır.İllər keçdikcə bu məhəbbət onda aşıb, daşmış, vərəqlərə həkk olunmuşdur.Onun şeirləri “Günəşin Nuru”, “Zərif kölgələr” anotologiyalarında və bir çox saytlarda dərc olunmuşdur.
Şeirlərində sevgi və ayrılığın vəhdətini özünəməxsus şəkildə, özünəməxsus misralarla yaradan Qərənfil Arif qızının “Ayrılıq” şeirini sizlərə təqdim edirik:
Mən elə bilirdim, bir quru sözdür,
Ürəyə dərd imiş demə ayrılıq.
Ağappaq gündüzü qapqara edər,
Sevinci döndərər qəmə ayrılıq.
Bu elə ocaq ki, alovu sönməz,
Candan can almasa, yolundan dönməz.
Sevəni lal edər, danışmaz, dinməz
Ömrünü bürüyər çənə ayrılıq.
Ona əsir düşər gəda da, bəy də
Ruhu pərvaz edər dolanar göydə.
Dərdli çarəsini axtarar meydə,
Yalvarıb diz çökər sənə ayrılıq.
Qərənfiləm, içim dolu qübardır,
Nə qazandım, tale alıb apardı.
Bir dəfə sən canımcan can qopardın,
Tuş olma gəl bir də mənə ayrılıq.

Digər qəhrəmanımız isə Əliyev Hikmət Əlövsət oğludur.Hikmət bəy 10 avqust 1974-cü ildə Yardımlı rayonunun Honuba-Şıxlar kəndində anadan olmuşdur.1991-ci ildı N.Tusi adına ADPU-nun filologiya fakultəsinə daxil olmuş, ədəbi fəaliyyətinə də məhz bu illərdə təkan vermişdir.1996-cı ildə universiteti bitirib, müəllimlik fəaliyyətinə başlamışdır…
Hikmət Əliyevin “Mən nəyini sevdim sənin?” adlı şeirini təqdim edirik:
Mən nəyini sevdim sənin?
Əvvəl qara gözlərini.
Sonra ruha qida verən
Şirin,şəkər sözlərini.
Yaddaşıma hopub qalan,
O silinməz izlərini.
Ürəyini sevdim sənin.
Mən nəyini sevdim sənin?
Süzgün-süzgün baxışını.
Ürəyimə baxışınla
Vurduğun hər naxışını.
Qəmlənəndə gözdən axan
Narın-narın yağışıni.
Hər dəmini sevdim sənin.
Mən nəyini sevdim sənin?
Gözəl, ipək tellərini.
Görüşəndə həyəcandan
O titrəyən əllərini.
Nəhayət ,,sevirəm” deyən,
Noğul~nabat dillərini.
Hər kəlməni sevdim sənin.
Mən nəyini sevdim sənin?
Gözəl sevə bilməyini.
Ürəyimin dərd-qəmini
Gülüşünlə silməyini.
Hər gün səhər,hər gun axşam
Xəyalıma gəlməyini.
Getməyini sevdim sənin.
Mən nəyini sevdim sənin?
Duruşunu,yerişini
Məni tənha buraxmayıb,
Hər yuxuma gəlişini.
Mənə şirin yuxu verib
Asta-asta gedişini
Qədəmini sevdim sənin.
Hər şeyini sevdim sənin.
06.03.2023
Hər iki yazarımıza işlərində uğurlar arzu edirik.
Hazırladı: Aytac İBRAHİM
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru