
Bir zamanlar çox sevərdin…
Xatırlayırsanmı məni?
Bir zamanlar çox sevərdin
Guya ki…
Gör necə gözlərim gülür
Gör necə sevinirmişəm….
Bəs sən?
Yelləncəyindən yıxılan uşaqlar kimi
Küsdürdün məni parka…
Dizimi qanatdın…
Böyüdükcə anlamışdım
Dizimin yox
Ürəyimin yandığını…
Ürək dözməz, qanayar da, yanar da…
O ki daşdan deyil
Ətdir
Sevmək özü bir sənətdir…
Sən sevməyi bilməmisən.
Müəllif: Şəlalə CAMAL
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru