“YAŞ” SÖZÜNÜN YAŞI
(ilk yazı)
İnsanlar doğma dillərində işlətdikləri sözlərin necə əmələ gəlməsini tapmasa da, ancaq həmişə onları bu sual düşündürür.
Bir dəfə özüm-özümə sual verdim ki, dilimizdə olan keçmə sözlər hansısa xalqın dilindən hazır şəkildə alınmadır. Ancaq öz işlətdiyimiz doğma sözlərimizin mənasını necə tapmaq olar? (Təxminən 10 il əvvəl)
Doğrusu bu yükün ağırlığı hamıya yaxşı məlumdur. Elmi əsərləri, izahlı lüğətləri, mifologiyaları, etimologiyaları mütaliə etsəm də, sözlərin fonoloji izahlarına çox az sayda rast gəldim. Həmişə eşidib və oxuyurdum ki, insan öz beyninin fəaliyyətindən çox cüzi surətdə istifadə edir. Məhz bu prinsipi qarşıma məqsəd qoydum…
Dilçilik elminin ilkin etapı sözdən başlayır. Səs sözdən əvvəl gəlsə də, o insana Allah tərəfindən verilmişdir. Yəni onun şüurundan əvvəl onun instinktiv varıdır.İnsanın dünyaya gəlişi də səslə gəlir.İnsan doğuşdan bioloji olaraq çoxlu səslər yaratmaq qabiliyyətinə malik olur.Getdikcə onlarda artikulyator aparatı formalaşaraq nitq orqanlarının imkanları ilə səstörədicilik qabiliyyəti formalaşır.O, səstörətmədə iştirak edən amilləri: ekspirasiya (nəfəs vermə), ağız boşluğunun artikulyasiyası, səs tellərinin titrəməsi (ehtizazı) və burun rezonansının köməkliyi ilə rəngarəng səslər çıxarır.Maraqlıdır, insan səsləri necə sözlərə çevirmişdir?
Mən deyərdim ki, ilkin qədim sözlər insanlarla yaşdaşdır.Elə ilk insan məhz ona Allah tərəfindən verilən düşüncə sayəsində beynini işlədib, sözlər yaratmışdır.İctimai münasibətlərin (sosiallaşmanın)yaranmasında nitq birinci vasitədir.
İnsan ilk sözləri (Ulu sözləri) necə yaratmışdır?Bu sözlərin yaranışını bilmək üçün ilk insan icmasının dünyasını dərk etmək gərəkdir.Onun sözləri hansı əsasla yaratmasının ilkin şərtlərini müəyyən etmək lazımdır.
İnsanın (uşaq) ilk dərk etdiyi şey qorxudur.Əslində qorxu insana instinktiv şəklində verilmişdir.Körpə uşaq qorxunc səsdən qorxub ağlayır, böyüdükcə ətraf mühütdə baş verən fəlakətlərdən, ən sonda isə ölümündən qorxur.Bu qorxulardan hifz olunmaq üçün özünə ətrafındakılardan kömək tapa bilmir.Çünki, ətrafındakılar da qorxu içərisində yaşayırdılar.Bu səbəbdən də insanlar Tanrı axtarışına çıxmışlar.Onlar inanırdılar ki, yalnız fövqəlbəşər qüvvə onları bu fəlakətlərdən qoruya bilər.
Onlarda tanrı təsəvvürünün ilk anlayışı özlərinin yaranışı ilə bağlı müəmmalı suallar olmuşdur.Onlar öz yaranışlarını dərk edə bilməsələr də, ancaq hansısa qüvvə tərəfindən yarandıqlarını dərk edirdilər və onu axtarırdılar.Axtardıqları fövqəlbəşər qüvvəyə ad vermək lazım gəlirdi.Onlar insanın yaradıcısını doğulan uşağın ilk çıxardığı səslə , yəni qağıltısı ilə adlandırmağı düşünmüş və ilk Ulu Tanrını “Qa” adlandırmışlar.Allah bütün insanlara bəxş etdiyi şüur nəticəsində bütün xalqlar heç bir təmas qurmadan, rabitəsiz olaraq eyni düşüncə ilə uşağın çıxardığı ilk səsi tanrılarına ad (ilk nominativ) etmişlər.”Qa” məfhumu müəyyən xalqların boğaz səslərinin artikulyasiyası nəticəsində “ha”,”xa”, “ka”, “ga”, “ğa”, “ya” və s. şəkillərinə düşərək, Ulu Tanrı adları yaratmışdır.İlk insan özündə mövcud olan səs vasitəsilə öz aralarında təmas qurmağa özlərini məcbur etmişlər.Yəni beyinlərini işlətməyə başlamışlar.Milyon illər bundan əvvəl ən ibtidai insanlar bir hecalı sözlər yaratmağa başlamışlar.Məhz bu səbəbdən də Ulu dilin sözlərinin əksəriyyəti “ka-qa”məfhumundan yaranmadır.Pr. Qəzənfər Kazımovun “Azərbaycan Dilinin Tarixi” əsərində Ulu dil geniş tədqiq edilmişdir.Sözlərin hamısını ilk tanrının adı ilə, sonralar isə təkamül nəticəsində yeni tanrılar yaradılaraq çox tanrıçılığa keçidlə yeni tanrı adlarından sözlər yaradaraq öz söz lüğətlərini artırmışdılar.İnsan təbiəti dərk etdikcə həyatın mövcudluğunu günəşdə görmüşlər.Tayfaların birləşməsi nəticəsində sinonim, antonim sözlər çoxluğu yaranmağa başlamışdır.Daha sonra substant dövlətlərin yürüşləri nəticəsində dillərə söz axını başlamış və müasir dil ailələri yaranmışdır.Praktik olaraq qonşu xalqlar eyni dil qrupuna daxil olmuşdular.Maraqlıdır ki, bu gün almlər dilin yaranma prinsipləri əsasında ermənilərin bizim ərazilərə gəlmələrini dil faktoru qarşısında qymurlar.Ermənilərin dörd tərəfində sərhəd xalqlarının heç biri erməni dilinə qohum dillər deyildir.Bu torpaqların sahibi olan Qədim Oğuzların zəncirvari dil qrupu Sibirdən başlayaraq İraq türkmənlərinə qədər uzanır.Nə coğrafiyaçı, nə də dilçi alimlər bu arqumentdən istifadə etmirlər.Tək ermənilər üçün yox, onların himayədarları üçün də…
Mövzudan uzağa getməyimin məqsədi sözün yaranma fəlsəfəsini açmaq və onun persuasivliyinin ( inandırıcılığının) çətin olması səbəbindəndir.
“Yaş” sözü məhz tanrısal olduğundan bu qədər uzağa getməyə ehtiyac duydum.Yuxarıda qeyd olunduğu kimi insan özünə seçdiyi ilkin Tanrını “Qa” adlandırmışdı və bu addan ilkin sözlər yaratmışlar.İbtidai insanlar gözəgörünməz tanrının yerdə təsəvvürünü qurmaq üçün onun təsəvvürünə oxşar zoolatriya (heyvanlara tapma, inanc, totem) tapıb onlara tapınaklarda(ibadət yerlərində) tapınış (ibadət) edirdilər.Mən özüm “inanc” sözünü Qədim Oğuzca “tapma” kimi yazdım.Yəni onu tapmış olduqları üçün türkcədə nominativləşmişdir.
Qədim Oğuzların ən qədim inancları “qoç” olmuşdur.Yəni Qa Tanrısının adından “qoç” sözünü nominativləşdirmişlər.Ən əsas məsələ Tanrının buynuzlu olması təsəvvürü əsas meyar idi.Məlum məsələdir ki, qoyunun bu növü müəyyən vaxt (il) keçdikdən, yəni onda buynuzun tam formalaşmasından sonra “qoç” adını alırdı.Təxminən dörd ildən sonra.Və bu müddət onun qoç olma yaşını müəyyən edirdi.
Fonetik hadisəyə əsasən”qoç” sözündə “q” səsi qohum “y” səsinə, “o” saiti mümkün “a” saitinə, “ç” samiti isə qohum “ş” samitinə keçmişdir.”Qoç – yaş”.Bu səpgidə Qədim Türklərin sözyaradıcılığında bu inancın adından ilk yeni “kaç”(neçə) sözü yaranmışdır.Quzunun qoça çevrilməsi yeni bir sözün “yaş” sözünə cığır açmışdır.Yəni insanın yaşının qoçun formalaşma müddətinin məntiqi “vaxt” anlamı əsasında yaranmışdır.Türk dilində “kaç” sözü ilə “koç” sözünün yuvası eynidir.İbtidai insan düşüncəsinin yaşınln milyon illər olması bunun primitivliyinə dəlalət edir.İlkin insanlara öz dilində söz yaratma ehtiyacları vacib olmuşdur.İlkin sözlərin hamısı Tanrının və inancın ətrafında yaranmadır.”Amon” tanrısı da Tanrı inancı olan iri buynuzlu inək cinsindən olan heyvanların çıxardığı “mo” səsindən yaranmadır.Yəni səs sözün yaranmasının təsadüfü nəticəsi deyil, ibtidai insanın ibtidai düşüncəsinin məhsuludur.Məhz ulu söz olan “mo” sözündən bütün dillərdə “mən” sözü eyni paralellikdə yaranmışdır.”Hor” tanrısının adından yaranan “er” şəkilçisi də bütün dillərdə adama ünvanlanmış termindir.
”Yaş” sözündən xeyli miqdarda məntiqi mənadan uzaq olmayan xeyli sözlər yaranmışdır.İbtidai insan otun rəngini “yaşıl” adlandırması, hər hansı bir nəsnənin “yaş” olması, ağlayarkən gözdən gələn “yaş”, insanın “yaşaması”, yaşlanaraq (yaşlı-qoca hər ikisi də qoç sözünün assimlatik formasıdır) olması, İnsanın qaşlarının qoçun buynuzuna bənzədilməsi(qaşığın adı da qaşa bənzədilməsindən yaranmadır.) “qoşa” sözünün qoçun buynuzunun iki olmasından, “koşmaq” sözünün “qoşa ayaqla qaçmaq”dan, “qoçaq” sözünün (qoçun gücündən) və s.
Əgər bizim qədim xalılara fikir versəniz orada ”qoç buynuzları” əks olunmuşdur.Hətta xaıçalarda bu gün mütəxəssislərin adlandırdığı “göl” nişanı da “günəş” nişanıdır.Qədim Oğuzlar xalçaları həndəsi elementlərin daha səhvsiz toxunmasını “dairə”nin çətinliyini nəzərə alıb, onu düz xətlərlə oxşarlığını yaratmışlar.
Araşdırma nə qədər çətin olsa da sözün fəlsəfi axtarışı mütləq şəkildə ibtidai insanın təxəyyülündən kənarda əsaslana bilməz.Burada əsas meyar sözün kökünün nüvəsində iştirak edən səslərin assimlatik, disimlatik fonetik hadisələrlə bu günkü sözə uyğun şəkildə olması əsasındadır.”Yaş” sözü “Qoç” sözü həm fonoloji, həm də məntiqi cəhətdən biri-biri ilə sıx əlaqəlidir.
P.S. Hörmətli ziyalılar inanın ki, bu cür mövzuları yazarkən sanki həmin aləmə düşüb, ibtidai insanların içərisində olursan.Bu cür olmasa yazmaq mümkün olmaz.(Şairin eşqi olmasa yaza bilmədiyi kimi.)Məsuliyyət nöqteyi nəzərindən inandırma metodunun psixoanalitikliklə geniş yazmağa məcburam.Müasir insana milyon illər öncəki insanın düşüncəsini inandırmaq asan deyildir.Maraqlıdır ki, müasir dünyada amerikalılar buna çox meyillidirlər.Bir dəfə “Filologiya Məsələləri” elmi jurnalında “İnsanlarda Tanrı Təsəvvürü” (2016-cı ildə) haqqında məqalə yazmışdım.İngilis dilində tələb olunan 6-7 sətrlik rezyumemi onlar tapıb oxumuşdular.Məndən dəfələrlə xahiş etdilər ki, bu yazını 44 səhifə həcmində yazıb onlara göndərəm.Kitabın topdan satışından yüksək qonanar da vəd etmişdilər.Baxmayaraq ki, məndə buna dair elektron formada 700 səhifəlik ekskluziv yazım olsa da, böyük alimimiz Mir Cəlalın sözləri yadıma düşdü və öz elmimi yadlara pula satmadım…
Bu yazımı özüm də yaza-yaza dəfələrlə oxudum.Qədim Türk xalqlarının düşüncəsinə heyran qaldım.
Müəllif: Həsən ƏLİYEV
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru