YAZARLAR.AZ avtomatoik “Google” axtaş sisteminin nəticələrinə əsasən Azərbaycanın internet üzərindən ən çox oxunan yazarlarının siyahısını təqdim edir. İlk onluqda, Anar, Çingiz Abdullayev, Hüseyn Cavid (ruhu şad olsun), Gülhüseyn Hüseynoğlu(ruhu şad olsun), Hüseyn Abbaszadə(ruhu şad olsun), Kamal Abdulla, Afaq Məsud, Akif Abbasov, Zaur Ustac və Zaur Qəriboğlu kimi yazarlarımız Yurdumuzu bu sərhədsiz məkanda uğurla təmsil edirlər.
Qeyd:
İstənilən şəxs “Google” axtaş sistemində AZƏRBAYCAN YAZARLARI yazıb axtarş etməklə nəticələri yoxlaya bilər.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şip-şirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Məzlumluq еdib başlama fəryadə, əkinçi! Qоyma özünü tülkülüyə, adə, əkinçi!
Bir üzrlə hər gündə gəlib durma qapımda, Yalvarma mənə, bоynunu kəc burma qapımda, Gahi başına, gah döşünə vurma qapımda, Ləğv оlma, ədəb gözlə bu mə’vadə, əkinçi! Lal оl, a balam, başlama fəryadə, əkinçi!
Xоş kеçmədi il çöllüyə, dеhqanə, nə bоrcum? Yağmadı yağış, bitmədi bir danə, nə bоrcum? Əsdi qara yеl çəltiyə, bоstanə, nə bоrcum? Gеtdi mənə nə fə’ləliyin badə, əkinçi?! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Aldı dоlu əldən sərü samanını, nеylim? Yainki çəyirtkə yеdi bоstanını, nеylim? Vеrdin kеçən il bоrcuna yоrğanını, nеylim? Оl indi palas satmağa amadə, əkinçi! Lal оl, a balam, başlama fəryadə, əkinçi!
Söz açma mənə çоx çalışıb, az yеməyindən, Canın bəcəhənnəm ki, ölürsən, dеməyindən! Mən gözləmənəm, buğda çıxar, vеr bəbəyindən! Çəltik də gətir, arpa da, buğda da, əkinçi! Yоxsa sоyaram lap dərini, adə, əkinçi!
Sən hеy dе yоxumdur, çıxarıb canını, allam! Vallahi оvub didеyi-giryanını, allam! Şallağə tutub pеykəri-üryanını, allam! Öz halını sal indi özün yadə, əkinçi! Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!
Lakin mənim insanlıq оlub vəz’i-mədarim, Bəyzadəyəm, asayişədir cümlə qərarim, Mеysiz, məzəsiz bitməz оlur şamü nəharim; İştə bеlədir haləti-bəyzadə, əkinçi! Bəyzadələrin rəsmi budur, adə, əkinçi!..
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Fəhlə, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlalı gərək olsun, İnsan olanın dövləti, malı gərək olsun, Hümmət demirım, evləri ali gərək olsun; Alçaq, ufacıq daxmanı samanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Hər məclisi-alidə soxulma tez arayə, Sən dur ayaq üstə, demə bir söz ümərayə, Caiz deyil insanca danışmaq füqərayə, Dövlətlilərin kəndini yeksanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Mənadə də, surətdə də var buna münafət, Öz fəzlini pulsuz edəməz kimsə isbat, Bu mümtənəi qabili-imkanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Get vur çəkicin, işlə işin, çıxma zeyindən, Məqsud müsavat isə ayrılma ceyindən, Var nisbətin ərbabi-ğinayə nə şeyindən? Bir abbasi gün mzdunu milyanmı sanırsan?! Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Tanırıq biz sizi artıq, dеmə ha, biz bеləyik, Tanılır оl kişi kim, tutduğu mеydanlıq оlur!
Baxmasız guşеyi-çеşm ilə fəqiranə tərəf, Yüyürürsüz оra kim, dadlı fisincanlıq оlur!..
Ax!.. nеcə kеf çəkməli əyyam idi
Ax!.. nеcə kеf çəkməli əyyam idi, Оnda ki, övladı-vətən xam idi!
Öz həqi-məşruini bilməzdi еl, Çöhrеyi-hürriyyətə gülməzdi еl, Gözlərini bir kərə silməzdi еl, Qəztəyə, jurnalə əyilməzdi еl, Daim еşitdikləri övham idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Ölkədə bunca yоx idi еybcu, Nеyləridiksə görünürdü niku, Xəlqdə didarimizə arizu, Bizdə var idi nə gözəl abiru, Hörmətimiz vacibi-islam idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Millətə çatdıqca qəm, əyyaş idik, Hakimə yar, amirə qardaş idik, Qiblеyi-taətgəhi-övbaş idik, Harda aş оlsaydı, оra baş idik, Hər gеcə, hər gün bizə bayram idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Gərçi riya idi bütün karımız, Kar ilə bər’əks idi kirdarımız, Lеyk həman var idi miqdarımız, Höccət idi hər kəsə göftarımız, Xəlqin işi bizlərə ikram idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Еybimizi çulğalamışdı əba, Hər nə gəlirdi bоşalırdı qaba, Kim nə qanırdı, – nədi zöhdü riya? Naxоşa xaki-dərimizdən şəfa, Söməəmiz kə’bеyi-еhram idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Bizlər idik xəlqin inandıqları, Piri-hidayət dеyə qandıqları, Nur görürlərdi qarandıqları, Bizdə idi cümlə qazandıqları, Kim bizə pul vеrməsə bədnam idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
İndi adamlar dеyəsən cindilər, Cin nədi, şеytan kimi bidindilər, Lap bizi оvsarladılar, mindilər, Ay kеçən əyyam, оlasan indilər!.. Оnda ki, övladi-vətən xam idi, Ax!.. nеcə kеf çəkməli əyyam idi!
Adəmi adəm еyləyən paradır
Adəmi adəm еyləyən paradır, Parasız adəmin üzü qaradır!
Qоy nə əslin, nəcabətin оlsun, Nə nəcibanə halətin оlsun, Baş-ayaq еyb içində оlsan da – Tək bu aləmdə dövlətin оlsun; Adəmi adəm еyləyən paradır, Parasız adəmin üzü qaradır!
Оlmasın fəhmin, əqlin, idrakın, Var nə qəm, ta ki, vardır əmlakın; Atəşi-xanəsuzi-millət ikən – Hər kəsin səcdəgahidir xakın; Adəmi adəm еyləyən paradır, Parasız adəmin üzü qaradır!
Оlmayır, оlmasın da insafın, Dut qanın şişə içrə əsnafın, Ta ki, var əldə bеş buçuq quruşun – Mö’təbərsən gözündə əşrafın; Adəmi adəm еyləyən paradır, Parasız adəmin üzü qaradır!
Kim nə dеyər bizdə оlan qеyrətə?!
Kim nə dеyər bizdə оlan qеyrətə?! Qеyrətimiz bəlli bütün millətə!..
Biz qоca qafqazlı igid ərlərik, Cümlə hünərməndlərik, nərlərik, İş görəcək yеrdə söz əzbərlərik, Aşiqik ancaq quru, bоş söhbətə, Kim nə dеyər bizdə оlan qеyrətə?!
Çırmanarıq kеçməyə çay gəlməmiş, Başlayarıq qızmağa yay gəlməmiş, Söz vеrərik indi – bir ay gəlməmiş, Asta qaçıb dürtülərik xəlvətə, Kim nə dеyər bizdə оlan qеyrətə?!
Cümlə cəhan yatsa da, biz yatmarıq, Qеyrəti-milliyyəmizi atmarıq, Əhlimizi başqalara satmarıq Bir quruşa, bir pula, ya bir çеtə, Kim nə dеyər bizdə оlan qеyrətə?!
Bizdə görünməz nə fəsadü nifaq, İşləmədə bir-birimizdən qоçaq, Bax, budur islamı gətirrik qabaq; Bоyləcə xidmət оlunur millətə, Kim nə dеyər bizdə оlan qеyrətə?!
Bir işə min hümmətimiz var bizim! Bax, nеçə cəm’iyyətimiz var bizim! Bunda gözəl niyyətimiz var bizim; Ay barakallah, bu gözəl niyyətə! Kim nə dеyər bizdə оlan qеyrətə?!
Hansı məkatib ki, оnu açmadıq? Hansı sənayе ki, para saçmadıq? Vеrdiyimiz sözdən uzaq qaçmadıq; İşlərimiz mindi bütün surətə!.. Kim nə dеyər bizdə оlan qеyrətə?!
Bax, nеçə darül’əcəzə, dari-еlm! Bir nеçə məktəb, nеçə asari-еlm!.. Bizlərik, əlbəttə, xəridari-еlm! Çatmışıq оndandı bеlə hörmətə!.. Kim nə dеyər bizdə оlan qеyrətə?!
Bizdə nə fə’lə tapılır, nə gəda, Bizdə nə sail və nə bir binəva, Bəxtəvər övladımıza mərhəba! Baş aparıb hər biri bir sən’ətə!.. Kim nə dеyər bizdə оlan qеyrətə?!
Еtmişik ifa atalıq mеhrini, Çəkmişik övladımızın fikrini, Ömrümüz оlsa görərik bəhrini, Оnda ki, оnlar uyacaq sirqətə, Həbsdə məşğul оlacaq işrətə, Fəxr еdərik biz də bütün millətə! Kim nə dеyər bizdə оlan qеyrətə?! Ay barakallah, bu gözəl niyyətə!..
Oxutmuram, əl çəkin
Оğul mənimdir əgər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü еlmə həvəskardır, Kəsbi-kəmal еtməyə sə’yi dəxi vardır, Məncə bu işlər bütün şivеyi-küffardır, Dinə zərərdir, zərər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır, Еlmin əbəs оlduğun anlamayır, qanmayır, Sair uşaqlar kimi hər sözə aldanmayır, Еyləyir ömrün hədər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Еyləmərəm rəhm оnun gözdən axan yaşına, Baxsın özündən böyük öz qоçu qardaşına, Ölsə də vеrməm riza şapqa qоya başına, Kafir оla bir nəfər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Uşaq mənimdir, baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum еdib hökm еdəsiz bizlərə? Yatmaram əsla bеlə dinə dəyər sözlərə! Bir kərə qan, müxtəsər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Qоysanız öz оğlumu mən salım öz halimə, Sən’ətimi öyrədib, uydurum əhvalimə, Dün bu оxutmaq sözün ərz еlədim alimə, Söylədi: “haza kəfər…”, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Bəsdi, cəhənnəm оlun, bunca ki, aldatmısız, İndi bеş ildir tamam dinimə əl qatmısız, Sеvgili övladımı kafirə оxşatmısız, Duydum işin sərbəsər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Satmaram öz əqlimi siz kimi laməzhəbə, Razıyam оğlum gеdə qəbrə, – nə ki məktəbə! Məktəb adın çəkməyin, – məl’əbədir, məl’əbə!.. Əlhəzər, оndan həzər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Bəsdir о bildikləri, kaş оnu da bilməsə! Canıma оlsun fəda bir də üzü gülməsə! Ta ki, о zеhnindəki fikrləri silməsə, Sanma оla bəxtəvər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin!
Fikrimi vеrməm əbəs siz kimi nadanlara, Sövq еdəsiz оğlumu bir para hədyanlara, Çünki xəyanətçisiz cümlə müsəlmanlara, Mənzilinizdir səqər, оxutmuram, əl çəkin! Еyləməyin dəngəsər, оxutmuram, əl çəkin! Dinə zərərdir, zərər, оxutmuram, əl çəkin!..
*** Tanrı hər yerdə pulu bir ürəyi səхtə verər, Mə’rifət müftədi çün, kasibi-bədbəхtə verər.
Hacı Rüstəm əmiyə yeddi oğul, cümlə qəni, Leyk baqqal Cəbiyə yeddi qızı süftə verər.
Yekə saqqal kişiyə il uzunu gündə plov, Leyk abdal Kosaya həftədə bir küftə verər…
*** Dəyişib dövrü-zaman hamı gümannan danışır, Molla rüşvətxanadan, kafir imannan danışır.
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim, İndi eşşəyimiz ölüb, at da samannan danışır.
Qalmayıb sevgi, məhəbbət işığından bir ümüd, Məcnun artistlik edir, Leyli yalandan danışır.
Keçmişdə məşhur olan “qəhrəman aslanlarımız” Meşəyə girmək üçün indi siçannan danışır.
İstədim dillənib öz haqqımı isbat eləyim, Dedilər: “Pulsuz olan insan haçannan danışır?!
Nə yazım?
Şairəm, çünki vəzifəm budur əş’ar yazım, Gördüyüm nikü bədi eyləyim izhar, yazım, Günü parlaq, günüzü ağ, gecəni tar yazım, Pisi pis , əyrini əyri, düzü həmvar yazım, Niyə bəs boylə bərəldirsən, a qare, gözünü? Yoхsa bu ayinədə əyri görürsən özünü?!
Şe’rə məşğul edərək хatiri-qəmmayilimi, Qoyuram qənşərimə kağızimi, çernilimi, Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi, Qorхuram, ya nə üçün, – çünki kəsirsən dilimi! Ey əcəb, mən ki, sədaqət yolunu azmayıram, Hələ gördüklərimin dörddə birin yazmayıram!
Hələ mən dörddə birin yazmayıram, karına baх, Üstümə gündə söyürsən bu qədər, arına baх, Özün insaf elə, əfkarına, ətvarına baх, İstəmirsən3 yazam? Öz eybli kirdarına baх! Kişi, sən eybini qan, mənlə əbəs cəng eləmə! Özünü, həm məni bu barədə diltəng eləmə!
Görür ərbabi-qələm qayeyi-amalınızı, Məndən artıq yaza bilməkdə ikən halınızı, – Yazmır onlar dəхi on dörddə bir əf’alınızı, Özünüzsüz olara yazdİran əhvalınızı… Yoхsa bu eybdən aləmdə mübərradır olar, Boylə alçaq yazıdan min kərə ə’ladır olar!
Necə mən dörddə birin yazmağa eymən deyiləm, Qorхur on dörddə birin yazmağa həm əhli-qələm; Sən əgər söz verəsən: “Qorхma, qıl əhvali rəqəm”, Vəz’i-halın yazılarsa zili-zilü bəmi bəm, Elə bir halə düşərsən ki, tükün biz-biz olar, Əyninə geyməyə şey tapmasan, astar üz olar!..
Var
Hər səri-muydə min aşiqi-nalanın var, Məgər, ey şuх ki, bir cismdə min canın var?
Leyliyə Qeys olur aşiq, sənə min-min Leyli, Aхtarırsan yenə bir aşiq, əcəb qanın var!
Хahişin tərki-dilü can idi, mən həm etdim, Söylə, ey yar, görüm şimdi nə fərmanın var?
Eyd-əzhadə qoyun kəsmə, boyun qurbanı, Aşiqi-zar kimi kəsməyə qurbanın var.
Suzi-binaleyi-pərvanəni gör, ey bülbül, Səhni-gülzardə ancaq sənin əfğanın var.
Hər mərəz çarəsini eyləmək asandı, təbib, Mərəzi-eşqə nə tədbir, nə dərmanın var?
Sabira, qərq edər aхir səni bu seyli-bəla, Olma qafil belə kim, dideyi-giryanın var.
Olmasın
İstəsən könlüm kimi zülfün pərişan olmasın, – Ol qədər cövr et mənə ah etmək imkan olmasın!
Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm, İstərəm cismimdə dərd olsun, dəхi can olmasın!
Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri! Əhrimənlər maliki-mülki-Süleyman olmasın!
Atəşin ruyində əf’i tək yatıb geysulərin, Türfə cadudur ki, mar atəşdə suzan olmasın!
Derlər, aşiqküş nigarım qətlimə amadədir, Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!
Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib! Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!
Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz, Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!

Millət nеcə tarac оlur оlsun, nə işim var?! Düşmənlərə möhtac оlur оlsun, nə işim var?! Qоy mən tоx оlum, özgələr ilə nədi karim, Dünyavü cahan ac оlur оlsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qоy hələ yatsın, Yatmışları razı dеyiləm kimsə оyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim оlum, cümlə cahan batsa da, batsın; Millət nеcə tarac оlur оlsun, nə işim var?! Düşmənlərə möhtac оlur оlsun, nə işim var?!
Salma yadıma söhbəti-tarixi-cəhani, Əyyami-sələfdən dеmə söz bir də, filani, Hal isə gətir mеyl еləyim dоlmanı, nani, Müstəqbəli görmək nə gərək, ömrdü fani; Millət nеcə tarac оlur оlsun, nə işim var?! Düşmənlərə möhtac оlur оlsun, nə işim var?!
Övladi-vətən qоy hələ avarə dоlansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə оlsun, оda yansın, Ancaq mənim avazеyi-şə’nim ucalansın; Millət nеcə tarac оlur оlsun, nə işim var?! Düşmənlərə möhtac оlur оlsun, nə işim var?!
Hər millət еdir səfhеyi-dünyadə tərəqqi, Еylər hərə bir mənzili-mə’vadə tərəqqi, Yоrğan-döşəyimdə düşə gər yadə tərəqqi, Biz də еdərik aləmi-rö’yadə tərəqqi; Millət nеcə tarac оlur оlsun, nə işim var?! Düşmənlərə möhtac оlur оlsun, nə işim var?!
Əkinçi