
Payızda Bahar
Zaman keçdikcə insanın kəşf etdiyi bütün boyalar dəyişir, solur, bozarır, bərpaya ehtiyac duyur. Təbiətin yaratdığı rənglərə isə zaman təsir edə bilmir. Onlar əsrlərdir ki, olduğu kimi qalır, dəyişmir. Təbiət hər fəslini öz rənginə boyayır. Payızın da öz rəngi var. Çox vaxt ona “qızıl payız” deyirlər. Payız bu qədər solğun, darıxdırıçı olduğu halda niyə ona “qızıl payız” deyirlər görəsən?
“Yenə payız gəldi qonaqlar kimi
Soldu məhəbbətim yarpaqlar kimi” – bir anlıq bu mahnı düşdü yadıma.
Yarpaqlar solur, amma qəribə bir rəng alır payızda. Həqiqətən hər yarpaq bir kiçik qızıl parçasına bənzəyir. Yarpaqlar bəzən sarı, bəzən tünd yaşıl bəzən də qəhvəyi rəngə boyanırlar. Təbiət bütün bu rənglərin qarışığından yaratdığı qəribə bir örpəyə bürüyür ətrafı.
Payızda təbiətin qoynunda olmağın ayrı ləzzəti var. Payızın ətrindən, füsunkar gözəlliyindən doymaq olmur.
Şəhərdən çox uzaqdayam. Maşını yolun qırağında saxlyıb üstündə ağaçların bir- biriylə qol-boyun olub təbii çardaq yaratdığı çığırla piyada gedrəm. Bir qədər getdikdən sonra qulağıma sanki inilti səsi gəlir. Mən yerdən gözəl rəngli bir yarpaq götürüb ona diqqətlə baxıram. Onun səsini eşidirəm. Həzin, kədərli bir nəğmə səsi gəlir. Ətrafa göz gəzdirdikcə həmin kədərli nəğmə daha da aydın eşidilir. Sonra o kədərli musiqini üsyankar bir simfoniya əvəz edir. Sonra yenidən həmin nəğmə… Musiqi səsi məni heyran edir. Mən təbiətin ən darıxdırıçı fəslindən zövq alıram… Payızda bahar hissi yaşayılram. Yaşayıram, sevinirəm, sevilirəm, sevirəm!
Yerdən bir neçə qucaq solmuş yarpağı maşının içinə atıb yüksək sürətlə maşını sevdiyim qadının evinin qarşısına sürürəm.
Evə yaxınlaşanda ona zəng edib:
- Evinizin qarşısındayam, düş, səni görmək istəyirəm, – deyib düşünürəm ki, əgər o da mənim kimi solğun yarpaqları görəndə təəccüblənmədən sevinəcəksə, demək biz ikimiz də payızda bahar yaşayıb xoşbəxt ola bilərik.
Bir neçə dəqiqədən sonra o, maşına yaxınlaşıb mənimlə salamalşır. Mən maşının qapısını açıb ona oturmağı təklif etdikdə
o, əllərini uzadıb yarpaqlardan bir qucaq götürür və bağrına basıb gözlərini yumur. O, sanki payızın ətrini çəkirdi içinə. Mən ona diqqətlə baxır və onun ürəyinin pıçıtısını eşidirdim.
O da eyni sözləri deyirdi ürəyində. Yaşayıram, sevinirəm, sevilirəm, sevirəm!
“Payızda bahar” adlı yeni kitabdan
Müəllif: Təranə MƏMMƏD
yazıçı, şair, tərcüməçi. AYB üzvü.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru