
Tanınmış yazar Rövşən Abdullaoğlu tələbələrlə görüşüb. 2024-cü ilin ilk görüşün yazar belə şərh edib:
“Bu ilin ilk görüşü Azərbaycan Texniki Universitetində baş tutdu. Görüş II Kitabqurdu Payız Oxu Marafonu çərçivəsində “AzTU Kitab Klubu”nun təşəbbüsü ilə təşkil olunmuşdu.
Görüşdə tələbələrə marafon və seçilmiş “Koramal” kitabı haqqında məlumat verdik. Tələbələri maraqlandıran sualları cavablandırdıq. Düzgün ixtisas seçimindən, mental sağlıqdan, gənclərin ailədə qarşılaşdığı psixoloji problemlərdən, karyera inkişafından danışdıq. Faydalı görüş olduğuna inanıram.
Bu istiqamətdə görüşlərimiz davam edəcək. Görüşün təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm.”
Tədbirdən fotolar:




“YAZARLAR” olaraq, sevimli yazarımıza yeni ildə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun!!!
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru